Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-17/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittihamçı X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi iştirakları ilə, 19 avqust 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Daha sonra isə xüsusi ittiham qaydasında şikayətinə əlavəni məhkəməyə təqdim etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarı ilə İ. Ü.N.Muradovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət və ona əlavə belə əsaslandırılmışdır ki, Ü.N.Muradova iki fərqli vaxtda ona hədə-qorxu gələrək barəsində sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə rüsvayedici məlumatlar yaymaqla hədələmiş, 20 iyul 2021-ci il tarixdən etibarən səsləndirdiyi böhtan və təhqir xarakterli məlumatların sosial şəbəkələr və KİV-lərdə yayılması üçün çalışmışdır. Ü.N.Muradova iyul ayının ortalarında iki fərqli vaxtda iki fərqli sosial şəbəkə hesabı vasitəsi ilə ona hədə-qorxu və təhqir ehtiva edən mesajlar göndərərək Ü.N.Muradovaya məxsus olmayan, aralarında heç vaxt rəsmi və qeyri-rəsmi, şifahi və yazılı razılaşma olmadığı halda ona məxsus olan pişik balalarından birini tələb etmiş, verməyəcəyi təqdirdə sosial şəbəkələrdə barəsində rüsvay edici məlumatlar yaymaqla hədələmişdir. Həmin mesajların mətni belədir: 1-ci mesaj: "Ya mənim balamı göndərirsən, ya da sənin bu qəhbəliyin, poxlu evin və evivə gətirdiyin azyaşlı urodkalar haqda 1 status yazacağam ki, pox olacaqsan! Balamı göndər, sonra o küçə pişiyinlə hara istəyirsən sikdir! Mənim anormal beynimi çöndərmə, ay xala!!!" 2-ci mesaj: "Söz ishalını oxumadım, fikrim də yoxdur. Balamı xoşluqla mənə verməsən, Fb-də səni rüsvayi cahan edəcəyəm. Odur ki, xoşluqla balamı Sevaya ver gətirsin" Hər iki mesajı yazdıqdan sonra onu dərhal sosial şəbəkə hesablarında blok etmiş, telefonlarına cavab verməmnişdir. Bu mesajlar və mətndəki tərbiyəsiz ifadələr onu narahat etdiyinə, stres keçirdiyinə görə o, Ü.N.Muradovanın bacısı Vüsaləyə və hər ikisinin ortaq tanışı Sevda xanıma məlumat verərək Ü.N.Muradovanın bu hərəkətlərinin hədə-qorxu ilə tələb etmə olduğunu, bunun cinayət olduğunu bildimişdir. Bundan qısa müddət sonra Ü.N.Muradova onun barəsində şər və böhtan, təhqir dolu ilk yazısını 20 iyul 2021-ci il tarixində facebook sosila şəbəkəsində yazmışdır. "Ayrı vaxt haqq-ədalətdən dəm vuran Bəxtiyar Hacıyevin çöl pişiyi ilə çaşıb öz cins pişiyimi cütləşdirdim. İndi 5 baladan birini mənə verməmək üçün çıxmadığı oyun qalmayıb. Balanın birini mənə verməsən, bu haqda status yazıb sənin nə qədər yalançı, cığal olduğunu bəyan edəcəyəm, demişdim, bu da indi əvəzində durmadan mənim bütün rəfiqələrimə yazır ki, Ülviyyə məni şantaj edir, onu polisə verəcəyəm. Ay bədbəxt, sən bir pişik bölgüsündə adil ola bilmədin, gör sənin əlində hakimiyyət, pul olsa, neylərdin? Eyibdir e, utan-öl, haqqım olan bir balanı mənə verməmək üçün bütün ətrafımı narahat edirsən. Yekə-yekə statuslar yazanda dilin də buna görə olsun. Əslində, o səni virtual dəstəkləyən kəslər, real həyatda necə biri olduğunu, hansı həyat tərzi sürdüyünü bilsə, səni nəinki dəstəkləyər, hətta üzünə də tüpürərlər. Amma bu yerdə artıq susuram... Qoy, o haqqın olmayan bala da sənin olsun, ilahi haqq isə mənim... "https://www.facebook.com/alovlu.ulviyya/posts/**********8503560 Bundan dərhal sonra DİN 102 xidmətinə və Yasamal RPİ-nin 27-ci PB-nə müraciət edərək Ü.N.Muradovanın ondan hədə-qorxu ilə tələb etməsi barədə məlumat vermişdir. Bu ərəfədə isə Ü.N.Muradova növbəti yazını paylaşmışdır: “Bu statusu burada paylaşmaqda məqsədim, həyatım üçün təhlükə olduğunu sizə bildirməkdir. Əgər mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir. Çünki bugün bütün günü onun tərəfdən terrora məruz qalmışam. Dəfələrlə həyətimizə gəlib, içəri daxil olmağa çalışıb, nalayiq sözlərlə qapımızı az qala sındırmaq istəyib. Bu azmış kimi evimin həndəvərində uca səslə adımı çəkərək məni təhqir və təhdid edib. Məsələ ilə bağlı artıq polisə müraciət etmişəm, sahə müvəkkilinə ərizə və izahatımı yazıb vermişəm. Daxili işlər nazirliyindən və əməkdaşlarından bu məsələni ciddi nəzarətə götürməklərini və məni mühafizə etməklərini xahiş edirəm". Bu müddət ərzində onun Ü.N.Muradova barəsində şikayəti Yasamal RPİ-yə və oradan da Bakı şəhər Baş Polis İdarəsinə göndərilərək araşdırma aparılmış. Bu müddət ərzində Ü.N.Muradova izahat verməkdən yayınmış, 10 günlük araşdırma müddəti olmasına baxmayaraq 50 gün Ü.N.Muradovanın izahatının alınmasını gözləmişdir. Bu müddət ərzində Ü.N.Muradova ardıcıl olaraq dəfələrlə həm sosial şəbəkələrdə öz hesablarında, həm müxtəlif səhifələrin administratorlarına məlumat göndərərək, həm müxtəlif KİV-lərdə çalışan dostlarına təzyiqlər edərək onun barəsində həqiqətə uyğun olmyan, təhqir və ağır cinayətlərdə ittiham olunduğu böhtanlar yaymağa davam etmişdir. Belə ki, Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********7395509 Mətn: "Bəxtiyar Hacıyev, ləyaqətsiz sənsən, sənin nəslindir! Şəxsiyə yazıb bloklayan arvad kimi arvad!!! Belə ləyaqətin var, razılaşmaya əməl et. Edə bilmirsən 3 metrlik söz ishalınla Messengerimi iyləndirmə! Ləyaqət deyəndə yəqin ki, dizə qədər zibil içində, döşəməsi kirdən qart bağlamış, nəcis və sidikdən rəng tutmuş unitazı olan, qırxılmış tük dolu vannanı, üfunət qoxan evini nəzərdə tutursan. Qələt elədim, oraya əl yumağa girdim, ödüm ağzıma gəldi. Deyək ki, cəhənnəm, evini hər adam görmür, bəs, dizə qədər zibilxana olan maşınını o olmayan ləyaqətinə necə sığışdırırsan? O maşındır, yoxsa zibil vedrəsi? 5 manat pul verib aylarla maşın yudurtmursan, barı, içinin zibilini at, tozunu sil, ay bədbəxt! Küçədə yaşayan bomj belə, səndən daha təmiz yerdə yaşayır. Bu çirkabın içində yaşayan sən, evinin hər bucağında iylənmiş, kif atmış pişik yemi saxlayan sən, amma pişiyinə virus salan mən olmuşam? Sənsən guya o evə "modellər" gətirən? İt günündə evə model yox e, uzağı modelin elə iti gələr. Ağıllı ol, dilini qoy gündəyməzinə, mənə bir də yazma, ay işverən! Həyatı polis bölmələrində keçən işverən, get, məni yenə polisə ver! Sənin kimisi utanmadan anasını, bacısını da polisə verər... O pişiyimin balaları sənə qənim olsun, evimdə yediyin çörək burnundan gəlsin! " Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********8365022 Mətn: " Allah məndən razı olsun. Nə yaxşı ki, varam Tənqidimdən nəticə çıxararaq, evi təmizləmisən. Bu divanın rəngi də varmış... Hələ yastıqçaları demirəm… Heç olmasa, üzlərini yuyub taxmısan , yoxsa bitli baş bloger qızlar kimi ancaq fotosessiya üçün düzmüsən? Yəni o masanın üstü boş da ola bilirmiş? Çünki adətən orada siqaret külü və kötüklərindən barmaq basmağa yer olmazdı... Bıy, işığın da var ki... Pişik balalarına iynə vurmağa gələndə qaranlıqdan iynəni şprisin başına taxa bilmirdik. Yooo, baxma, yavaşyavaş adam olursan. İnanıram ki, çox keçməz hamam otağını, unitazını da yuyarsan. O da nəhayət ağ günə çıxar. O rəngdə unitaz heç ümumişlək kənd tualetlərində olmur e, ay murdar... Amma yuyub şəklini çəkəndə onu qucaqlayıb çəkdir ki, dəqiq səninki olduğuna inanan. Okeymi? Divanın üstünə çıxardığın, ömründə üz-gözünü yumadığın o miyovullarımı isə sənə heç halal eləmirəm. P.s: Yoo, yanılmışam. Divanla döşəmənin kiri elə şəkildən gözə girirmiş. İndi baxdım foto şərhdə. 28 iyul, 2021-ci il. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********7238740 Mətn: 29 iyul, 2021-ci il "Ay tərbiyəsiz, sən utanmırsan gecə saat 2-də qonşum qadını narahat edirsən? Ölüb yerə girirsən heç, məni bəhanə edib gecə vaxtı yaşlı qadına girişirsən? Anan yaşında qadındır, sənə nə var, o gecə saat 2-də haradadır, kiminlədir? Ay abırsız, sənə bu "tərbiyə"ni atan verib, yoxsa anana da gecələr subay gədələr zəng vurur? Dostun R.Hacılı deyirdi, sən azyaşlıların dəlisisən, indi də başqa fetişin baş qaldırıb? Tfu sənə! P.s: gör, nə gündəsən ki, googleda adını yazanda birinci bu şəklin çıxır" Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********7735252 Mətn: "Sübut istəyirdiniz? Bu da sübut! Yaşlı qadına gecə 1-2-də yığır, görür açmır, whatsappına yığır. Bu binamusun bir yiyəsi var ya yox? Bu biqeyrəti burada müdafiə edən trolları Bəxtiyar hansı pulla maliyyələşdirir? 29 iyul, 2021-ci il" Mənbə:https://www.facebook.com/permalink.php?story_fbid=**********93746 Mətn: "Gəncə Dövlət Universitetində hər kəsin nifrətini qazanmış, ləqəbi "donos" Fikrət olan, Bəxtiyar Hacıyevin əmisi oğlu gorbagor olub. O qədər murdar adam imiş ki, ayın 14-ü evində ölüb, amma hələ bu gün biliblər. Yarım aydır iylənən əmisi oğlundan dərs götürməsə, Bəxtiyar Hacıyev də belə tək öləcək, pişikləri də başına sıçacaq. https://www.facebook.com/permalink.php?story_fbid=**********93746 31 iyul, 2021-ci il" Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********9619673 Mətn: "Hələ o gün prezidentə qarşı məhkəmə iddiası xəbəri çıxanda yazdım ki, gərək birhüceyrəli amöb olasan ki, prezidentin FB səhifəsini adminlərin idarə etdiyini bilməyəsən. Və bu gün məhz bu səbəbdən iddianın məhkəmə tərəfindən rədd edildiyi məlum oldu. Məqsəd isə sadəcə gözə kül üfürmək idi... Guya bu müxalifətçidir, guya bunun prezidenti belə, məhkəməyə verəcək “cəsarəti” var. Biri bu “bezdarnı” şoumenə çatdırsın ki, sənin bu klounadana ancaq 10-15 savadsız izləyicilərin inana bilər. Biz yemədik. Guya sadə xalqa can yandıraraq iqtidara qarşı göstərdiyin mübarizən budur? Özfəaliyyətiniz elə bundan ibarətdir? FB-də Prezidentin səhifəsi tərəfindən bloklanmağına görə Prezidenti məhkəməyə verəndə, xalq, elektoratın nə qazanır? Bu “mübarizə”nin adı nədir? Sən kimə nömrə gəlirsən? Daha vacib məsələlərlə bağlı Prezidenti məhkəməyə verməyə popon çatmadı, Yoxsa icazəli protestin buraya qədərdir? Yəni doğrudanmı sənə inanan avamlar sənin hakimiyyətin iti olduğunu görmür? Guya sən məhkəmə iddiasının baş tutmayacağını bilmirdin? Axı, ərizənin özündə sən elə bilərəkdən özün özünü təkzib edir, səhifənin şəxsən prezident tərəfindən deyil, adminlərin idarə etdiyini yazırsan. Özün öz iddianın əsassız olduğunu ərizəndə ərz edirsən və guya möcüzə gözləyən kütbeyin kimi özünü gic yerinə qoyursan? Öz aləmində 1 güllə ilə 2 dovşan vurursan: - Qərbin gözündə Prezidenti məhkəməyə verən müxalifətçi maskası, - Əl meymunu olduğun iqtidarın isə “demokratiya carçısı” Alınmadı, otur, iki! Sən uzaqbaşı hamını məhkəmə ilə hədələməklə gündəmdə qalmağı sevən Bayram Nurlunun tayısan. Hərçənd, dərinə gedəndə Bayram səndən daha kişidir, çünki maska altında gizlənmir. X12 konfet kağızına bükülmüş versiyasısan, hakimiyyətin öz qapısına hürən iti, klounusan, başqa heç nə... Məndən sənə məsləhət, arada beynini at paltaryuyan maşınına, yuyulsun, bəlkə, 1-2 qırış əmələ gələr. https://www.facebook.com/alovlu.ulviyya/posts/**********9619673. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********0483944 Mətn: "Bu xəbərə ciddən çox məyus oldum. Bəxtiyarın pişik məsələsindən sonra anasının səs yazısı ortaya çıxmışdı. Danışıqdan bilinirdiki ana və ata cins olaraq oğul bildikləri bəXtİYAR dan narazıdırlar. 3 gün öncə yazıq valideyin yenidən bəXtİYARlA əlaqə saxlayıblar. Ana telefonda yalvar yaxar etsədə cins olaraq oğul bildikləri valideyinlərinin sözlərini eşitməyib. Sonda ananın səs yazısında 1:32 ci saniyyədə deyir oğul ya biz ya pişik? Fizialoji oğlan olan bəxtiyar telefonu asır və pişiyi secir. P.S Cəmiyyət bu cür #dilkultirisləri ciddiyə aldıqca batacaq. Belələri sonda ya samiraldo yada bayram nurlu olur. Xeyirlisi inşallah nə deyirik özləri bilər. https://www.facebook.com/alovlu.ulviyya/posts/**********0483944. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********3547486 Mətn: "Eşitdim pişik oğrusu Bəxtiyar Hacıyev tumanını başına çəkib milləti intiharla hədələyir. İndi məni fikir götürüb ki, o, tumanını başına çəkəndə alt tumanını, barı, yuyub geyinib? Yoxsa, evi kimi tumanı da kirdən üfunət qoxuyur? Yadıma qolunu prokurorluğun hasarına bağlayan Əvəz düşdü. Sizcə, kim döyər, Əvəz yoxsa Bəxtiyar?" Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********3547418 Mətn:"Bəxtiyar Hacıyev, şəkillərimi paylaşmaqdan yorulmadın? Ay pişik oğrusu, polis mənim qapıma gəlib, amma məhz sən o qapıya hücum etdiyin üçün, məni xilas etməyə gəlib. Amma sən hələ də bununla bağlı cəza almamısan, yəni sənin polisin iti olduğun göz qabağındadır.Əgər mən (sən şərlədiyin kimi) həqiqətən polisi söymüşəmsə, heç nə demirəm, elə sənin gününə düşüm.Yox əgər sən yalan danışırsansa, bacını ellər aparsın. Razısan? 9 sentyabr 2021-ci il" Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********6314054 Mətn: Bəxtiyar Hacıyev səni ölmülə hədələyirlər və sənin bununla bağlı görüntün də var və sən bunu paylaşmırsan? Səm mənim sənə “yazdıqlarımı” montaj edib paylaşan adam, sən həqiqi sübutu guya paylaşmırsan? Sən heç nədən məni polisə şikayət edən işverən, əlində “sübutun” ola-ola payıaşmırsan? Öz izləyicilərini qoyun yerinə qoymusan, yoxsa Avropadan növnəti qrand almaq üçün əsas yaradırsan, ay sə ni dələduz, Bayram Nurlu sənin yanında qələt edir. 10 sentyabr 2021-ci il. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********9437118 Mətn: Bununla artıq neçənci dəfədir ki, Bəxtiyar Hacıyevlə bağlı mənə belə şikayət gəlir. Təəccüb də etmədim, çünki sən demə, bloger Mehman Hüseynov həbs olunanda da Bəxtiyar onun sevgilisini aldadıb təcavüz etmək istəyirmiş. Qıza yalandan deyibmiş ki, Mehman həbs olunmayıb, bizdədir. Qız da inanıb bunun evinə gedib. Aldandığını, Bəxtiyar tərəfdən seksual hərəkətləri görəndə isə Bəxtiyara şillə vurub evdən qaçıb. Bunu mən demirəm, bütün media danışır. Heyf ki, indi bilmişəm... Yoxsa, beləsinə salam da verməzdim. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********7833075 Mətn: Bundan sonra ancaq belə... X8 Hacıyevi MƏHKƏMƏYƏ VERDİ X6 bloger Bəxtiyar Hacıyevi xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Bununla bağlı Unikal.org-a açıqlamasında jurnalist özü məlumat verib: “Bu adam – pişiyimi oğurladığı azmış kimi, pişiyimi mənə verməmək üçün sosial şəbəkələrdə məni şantaj edir, qəsdən böhtan və şər atır, ünvanıma əxlaqsız ifadələr işlədir və mütəmadi olaraq məni təqib etməkdən də çəkinmir. Onun şəxsi profilini bloklasam da müxtəlif profillərdən, bağlı və açıq nömrələrdən zəng vurur, yazır, əl çəkmir. İyulun 20-dən başlayan bu mənəvi terrordan təngə gələrək xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişəm. Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası sentyabrın 20-si saat 12:00-da Gəncə şəhəri Nizami rayon məhkəməsində baş tutacaq. Bundan başqa, Bəxtiyar Hacıyevin iyulun 20-si evimə etdiyi basqınla bağlı polisə müraciət etmişəm, amma hələ bir nəticə yoxdur. Verilən məlumata görə istintaq davam edir” – deyə, Ülviyyə Alovlu açıqlama verib. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********5690767 Mətn: Bugün səhər saat 11 radələrində bloger Bəxtiyar Hacıyev hansısa yollarla ailəm haqda məlumatları əldə edərək, bacımın iş yerinə hücum çəkmiş, aqressiv şəkildə nalayiq ifadələrlə bacımı axtardığını bildirmişdi. Hadisə ilə bağlı artıq 102 xidmətinə məlumat vermişik. Görüntülər müşahidə kameralarına düşüb və onlar da öz növbəsində hüquq mühafizə orqanlarına təqdim olunacaq. Bundan belə mənim və ailəmin təhlükəsizliyi sırf hüquq-mühafizə orqanlarının boynuna düşür. X9 məxfi məlumatlarla təmin edən, onun mənə qarşı bu ilk olmayan hücumlarını görməzdən gəlib, cəzasız qoyan da məhz dövlət güc strukturlarıdır. Polisə edilən şikayətlə bağlı mediada gedən xəbərləri jurnalistlərə təzyiq göstərərək sildirən də səlahiyyətli hüquq-mühafizə məmurlarıdır. Bəxtiyar Hacıyevlə əlbir olub onu iqtidara “müxalifət” kimi təqdim edərək Feysbuk vasitəsi ilə İlham Əliyevi söydürənlər, elə onun öz əhatəsində olan, amma əslində xarici qüvvələrə işləyən müxənnətlərdir. Buna artıq tam əminəm! Bununla artıq neçənci dəfədir ki, mənim şəxsi və məxfi məlumatlarım Bəxtiyar Hacıyevə ötürülür. Bəxtiyar Hacıyev isə öz növbəsində hakimiyyətdə olan havadarlarının hesabına qadın zorakılıqlarına qol qoyur, amma sudan quru çıxmağa müvəffəq olur. Buradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nə müraciət edirəm, bundan belə mənə və ailəmə bir şey olsa, bunun birbaşa günahkarı bütün dövlət mühafizə orqanlarıdır! Həqiqətən, təngə gəlmişəm, bezmişəm! Bu mənəvi terrora bir son qoyan olacaq ya yox? Bunun bir yiyəsi də yoxdur ki, dayandırsın? Mən siyasi sferadan deyiləm e, əl çəkin. Pişiyimdən də əl üzmüşəm, daha məndən nə istəyirsiniz? Gərək elə qan çıxa ki, aidiyyati güc strukturları kor gözlərini açıb reallığı görə? Bu ölkədə qadınların əzildiyi bəs deyilmi? Qadın zorakılığına göz yumanlar, elə onun iştirakçısı sayılır! Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********5702267 Mətn: Bu telefon danışığı siyasi məhbusluq yaşamış jurnalist Mehman Hüseynovla gedir. X7 həbsdə olan Mehman Hüseynovun sevgilisinə qarşı olan seksual zorakılığıdır. Dinləyin, tanıyın! Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********4253978 Mətn: SOS! Bəxtiyar H. trolları ilə profilimə durmadan spam atak edir! Nöqtə, vergül. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********2086173 Mətn: Bu nömrələrdən Bəxtiyar Hacıyevin digər növ tərəvəzlərdən ibarət əzizləri mənə yazıb hədəqorxu gəlirlər Yadınızdadır, eyni tip nömrələrdən biri ilə bu xiyar guya danışığını lentə almışdı? X14 bunu bu nömrələrlə trollayır zad... Yəni eyni nömrələrdən mənə yazdırmaqla xiyar özünü yanırdı ki, hamısı özlərinin qurmalarıdır Görünür, nə qədər çox söyülürlər, o qədər çox xaricdən qrand alırlar Yəqin, onlarda yaxşı pula biqeyrət olmaq zapadlo deyil Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********6598783 Mətn: Adətən, guya rüşvətxorluğa qarşı olan Mey tv sevimli podruşkaları Bəxtibəd Hacıyevin xahişi ilə cinayətkar əmisini təmizə çıxarmağa çalışır O kilo ilə olan pullar, qızıllar bunun olsa da, maaş kartları bunun deyilmiş Dələduzluq genetik xüsusiyyət imiş. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********5761249 Mətn: Bildiyiniz kimi dünən Gəncə ş. Nizami rayon məhkəməsində mənim bloger Bəxtiyar Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddiama baxılmalı idi. Amma təəssüflər olsun ki, bir çox həmkarlarımın proqnoz etdiyi kimi iş icraata götürülmədi. Səbəb çox gülünc olsa da, fakt göz qabağındadır. Özü özü ilə 1 saatlıq müşavirəyə çəkilən Roma papası ədalı hakim Roman Ələkbərli bu "məşvərət" ərzində kimdən təlimat aldısa, quyruğunu qısıb gəldi. O dedi, mən dedim, O dedi, mən dedim... Gözünün içinə qədər haqsız və istinadsız idi. Amma təlimatlanmış olduğu hər kəlməsindən bəlli idi. Bəxtiyar Hacıyevin hökumət daxilində olan havadarları böyük papanın gözünün odunu almışdı. Mənim cinayət məcəlləsinin, hüquq normalarının müddəalarına istinadım o qədər eşitməməzliyə vuruldu ki, qarşımdakının karlığına belə şübhəm yarandı. Amma mən ki, əlil deyiləm. Bu məsələni əəən yüksək instansiyaya qədər qaldıracaq təpərim də var, hikkəm də... Bir pişiyi verməmək üçün bir jurnalistə olmazın iftiralar yaxmaq, bir qondarma müxtəlifət nümayəndəsinin başı üçün deyil. Sənin tamaşan özün kimi əqidəsiz məmurlar tərəfindən xaincəsinə altdan-altdan dəstəklənirsə, mənim də 4-cü hakimiyyət kimi jurnalist haqlarım Konstitusiyam tərəfindən qorunur! Bu məsələyə tam ömrümü, Avropa məhkəməsinə isə sərvət xərcləməli olsam da, mən bu yolda qətiyyətimi kəm etmərəm. Dediyin, yazdığın hər böhtana görə qarşımda diz çöküb üzr istəyəcəksən. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********4871452 Mətn: Ayrı vaxt burada krısa kimi oturub statuslarımı güdən, hər kəlməmə görə zəng vurub məni narahat edən DTX hara baxır? Yoxsa, bunlar da Bəxtiyar Hacıyev kimi hakimiyyətin tulalarıdır? Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********8154030 Mətn: Azərbaycan məhkəmələri bloger Bəxtiyar Hacıyevin tumanının altından çıxa bilmir. Rəsmi qeydiyyat ünvanı Gəncə olsa da, oradakı özbaşına, heç bir qanun-qayda tanımayan hakim keçəl Romaşka özündən-götündən çıxardığı səbəblə Bəxtiyarın faktiki ünvanını Gəncə hesab etmədi. Təkrar vurğulayıram, Bəxtiyar Hacıyevin rəsmi qeydiyyat ünvanı ünvan 4, hər kəsi yalnız rəsmi qeydiyyatda olduğu ünvana aid məhkəməyə vermək lazımdır. Hərçənd, bunlara sərf edəndə bu qayda ilə də manipulyasiya edirlər. Belə ki, Müdafiəçinın mənə qarşı qaldırdığı işə mənim ərazim olan Yasamalda deyil, yazının getdiyi saytın qeydiyyat ünvanına görə müəyyənləşmişdi. Nə isə, bu dəfə Bəxtiyara qarşı xüsusi ittiham qaydasında olan ərizəni Yasamal məhkəməsinə göndərdik. Səbəb - Bəxtiyarın digər bir məhkəmə prosesində iddia ilə çıxış etdiyi ərizədə öz faktiki ünvanı kimi Yasamal r, C.Cabbarlı küç, Caspian plaza 1/8 yerləşən ofisini qeyd edib. Bu ünvanı şəxsən BH özü məhkəməyə təqdim edib. Şəxsən özü!!! Bəs nə oldu? Bu dəfə də Bəxtiyar məhkəməni saymadı, məhkəməyə gəlmədi. Bəxtiyarın özünün də etiraf etdiyi kimi dostu, podruqası Yasamal rayon məhkəməsinin sədri Əliyev İslamın əli ilə bu dəfə də mənim iddiam icraata götürülmədi . Səbəb də yenə eyni oldu. X13 ali məhkəmənin son qanun dəyişikliyinə istinad edərək ərizənin Yasamalda baxıla bilməyəcəyini dedi. Yəni bütün məhkəmələr Bəxtiyarın cibindədir. Və bundan sonra kimsə desə ki, BH müxalifətdir, ona deyin ki, Ülviyyə Alovlu deyir ki, sənin anan q**bədir. Qoy, o adam gəlib tapsın məni, mənə BHnın müxalifət olduğunu sübut eləsin! Bəxtiyar Hacıyev - iqtidarın içindən olan, post uğrunda it kimi qarpışan klanlardan birinin tulasıdır, həmişə də belə olub və prezidentə qarşı da ssenari üzrə hürdürülür. Bəxtiyar müxalifət olsaydı, onu bütün məhkəmələr belə qorumazdı. Bəxtiyar müxalifət olsaydı, məhkəmənin binasında olsa da, hakimin üzünə qırmızıqırmızı "mən iclasa girməyəcəyəm" deyə bilməzdi. Bəxtiyar müxalifət olsaydı, bir pişik temasına görə Bəxtiyarın şikayəti ilə Baş Polis İdarəsi + Daxili işlər nazirliyi məni bu qədər narahat etməzdi. Harada görülüb ki, məişət zəminində olan bir məsələyə nazirlik səviyyəsində müdaxilə edilir? Harada görülüb ki, sahə müvəkkilinin apardığı işi nazir nəzarətə götürür? Necə olur ki, Bəxtiyarın bütün günü söydüyü Vilayət Eyvazovun yetimçələri Bəxtiyara görə belə əl-ayağa düşürlər? Necə olur ki, pişiyi oğurlanan da mən, evinə hücum olunan da mən, İlham Əliyevin agenti adlandırılaraq iftiraya məruz qalan da mən, amma "qanun" keşikçiləri BHnın yanında olub, mənə qarşı hər cəbhədən hücuma keçiblər? Bəxtiyar müxalifət olsaydı, bütün günü whatsappda Anar Ələkbərovla, Siyavuşun arvadı ombudsmanla yazışa bilərdi? Sıravi vətəndaş kimi biriniz bu şəxsləri yığın görün, sizə hay verən olacaq? Heç sıravi biri yox e, jurnalistlərdən birinin zənginə cavab verəcəklər? Amma Bəxtiyarla gecə-gündüz yazışırlar. Ona görə bundan belə mənim yanımda heç kim bəxtiyarın müxalifət olduğunu deməsin, yoxsa anasını söyəcəyəm. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********2912628 Mətn: Əslində Azərbaycanda məhkəmə sistemi necə işləyir? Ərizəni yazıb aidiyyəti rayon məhkəməsinə göndərib günlərlə gözləyirsən ki, proses günü təyin olunsun. Bəxtin gətirsə, ən tezi 2 həftə sonra cavab gəlir ki, 10 gün sonraya sizin şikayətiniz üzrə iclas təyin olunub. Nəticədə, 1 ay sonra məsələyə baxılır və əgər bircə səbəbdən bu iclas baş tutmasa, eyni qaydada daha 1 ay gözləməli olursan. Amma Yasamal rayon məhkəməsinin sədri Əliyev İslamla bloger Bəxtiyar Hacıyevin münasibəti ooo qədər istidir (Bəxtiyar özü də bunu heç vaxt gizlətməyib) ki, bugün baxılmalı olan proses hər hansı bir səbəbdən tarix dəyişirsə, sədr onu elə həmin gün, məhz həmin gün (!) tam 3 gün sonraya təyin edir. Həm də artıq baxılmış və rədd edilmiş məsələyə aaa. Rədd edilmiş məsələyə eyni məhkəmə instansiyasında təkrar necə baxılır, bu da ayrı məhəbbətdir. Hərdən mənə elə gəlir ki, bunlar eyni evdə yaşayırlar... Xatırladım ki, həm Gəncə (BH-nin rəsmi qeydiyyat ünvanı), həm də Yasamal (BH-nin sənəddə qeyd etdiyi faktiki ünvanı) məhkəməsi mənim ona qarşı iddiamı, əsassız ünvan bəhanəsi ilə, geri qaytarıb. Yeri gəlmişkən, Bəxtiyarın can-ciyəri Yasamalın sədri İslam Əliyev əvvəl Ali Məhkəmənin sədri olub. Beləsinin sözü necə keçərli olmasın? Belə “müxalifət” olmağa nə var ki? Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********2162606 Mətn: Pişik oğrusu Bəxtiyar Hacıyev məni məhkəməyə verib. Səbəb, onu “pişik oğrusu” adlandırmağımdır. Təsəvvür edirsiniz? Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı – burada deyiblər... Sən mənim pişiyimi oğurla, amma bu adı üstündə daşımağa hünərin çatmasın... Yasamal rayon məhkəməsində Murad Məmmədovun hakimliyi ilə keçən hazırlıq iclasında vəkilim məsələ ilə tanış olmaq üçün bizə sənədlərin daxil olmadığını bildirərək vaxtın dəyişdirilməyi üçün vəsatət qaldırıb. Niyə? Çünki bu, pişik oğrusunun mənə qarşı olan EYNİ MƏZMUNLU ikinci iddiasıdır. Bundan öncə eyni məhkəmə, digər hakimin sədrliyi ilə pişik oğrusu Bəxtiyarın iddiasını rədd etmişdi. Bəxtiyar da guya ərizəsində hansısa qüsuru düzəldərək eyni iddia ilə yenidən dava açmaq istəyir. Fikir verin, apelyasiya əvəzinə yenidən eyni məzmunlu (!) iddia rayon məhkəməsinə gəlir və pişik oğrusunun dostu Yasamal r. məhkəməsinin sədri utanmadan eyni məsələyə növbəti iclas təyin edir. İndi siz tapşla iclas qazanan pişik oğrusunun məhkəmədə arxayın duruşunu təsəvvür edin. Özünü nalayiq aparmağını, vəkilə, hakimə barmaq silkələməyini görəydiniz. Ərizəni əlinə ilk dəfə alan hakimə pişik oğrusu qayıdasan ki: “Bəs siz mənə söz vermişdiniz ki, bugün məsələyə baxılacaq və icraata götürüləcək?!” SÖZ VERMİŞDİNİZ!!! Harada, kimə? Harada görünüb ki, hakim hələ məsələ ilə tanış olmamış iddiaçıya söz verir??? Nəyin müqabilində? Niyə??? Bunların arxası, yiyəsi kimdir? Pişik oğrusunun bu sözündən sonra üzü pomidora dönən hakim (baxma, az da olsa, abrı varmış) qorxa-qorxa: “Mən nə edim ki, bunlar məsələ ilə tanış olmaq istəyir? Gözlə, bir az gözlə” – deyib. Siz bunların arasında gedən dialoqa fikir verin: Arvadına bahalı paltar almağı söz vermiş, amma hələ ala bilməmiş ərin gileyi və bundan küsmüş arvadın işvəsi səhnəsini xatırladırmı? Bundan sonra zaldakılara: “Siz hələ məni yaxşı tanımırsınız! Mən sizin başınıza oyun açacağam!!!” – deyən, pişik oğrusu sizə heç kimi xatırlatmır? “Hamınıza qan uddurajam” deyən əmisi Hafiz Hacıyevin qardaşı oğlu Bəxtiyardır da... Rüşvətxorluğa görə həbsdə yatan Vilyam Hacıyevin əmisi oğlu - pişik oğrusu Bəxtiyar Hacıyevdir... Toxumunuz kəsilsin!!! Gec-tez yalına it olduğunuz sahiblərinizi də tanıyacağıq! Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********8158988 Mətn: Ayyy, gülməkdən öldüm Bunu mənə qızlar atıb, sən demə, öz aralarında neçə vaxtdır oxuyub gülürlər Mənə deyirlər, bu evi zibilxanadan seçilməyən gədə deyil? Deyirəm, özüdür ki, var Amma bir düzəliş edim ki, onun evindən fərqli olaraq bu zibil qutularındakı zibil hər gün atılır Hələ maşınındakı zibil o qutulardakılardan daha çox olur İndi bu statusla demək istəyir ki, poxlu evdə yaşamağına səbəb də sistemdir? Saaalla, oradan bir məmur ayırın, gəlib o iylənmiş evi yuyub yığışdırsın O ala qarğa da yəqin özünü deyir Adama deyərlər, balalamaq istəyirsən, get balala da, buna cəmiyyət neyləsin? Bu cəmiyyətdən belə xoşun gəlmirsə, cəhənnəm olub gedə bilərsən o sevimli aftafabaş podruqalarıvın yanına. ayyy öldüm. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********4985405 Mətn: Düşük xiyar həmişəki ampluasında Adamın bir özünə hörməti, az da olsa kişiliyi olar da. Mənbə: https://www.facebook.com/alovlu.ulviyya/posts/**********3316861 Mətn: 16 yaşlı qız uşağına "Gəl, səni çılpaq çəkim. Ya dəniz qırağında, ya bizdə" yazan 40 yaşlı gədənin adını siz qoyun. Tfu! Göstərilən halları nəzərə alaraq Ü.N.Muradovanın Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddlərin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı B.İ.Hacıyev şikayətinin məzmununa uyğun çıxış edərək Ü.N.Muradovanın Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ü.N.Muradovanın müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittihamçının şikayətində qeyd etdiyi məsələlərin heç bir əsası və sübutu yoxdur. Həmin şikayətə xüsusi ittihamçı kağız üzərində çap olunmuş şəkilləri əlavə etmişdir. Xüsusi ittihamçı iddia edir ki, həmin şəkillərdə əks olunan mətnlər, şəkillər Ü.N.Muradovanın facebook sosial şəbəkəsindəki profilində paylaşılmışdır. Lakin, bu faktı təsdiq edən başqa sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən mətnlər, şəkillər Ü.N.Muradovanın profilində yoxdur. Xüsusi ittiham qaydasında şikayət üzrə sübutetmə vəzifəsi xüsusi ittihamçının üzərinə düşür. Lakin, xüsusi ittihamçı yalnız facebook sosial şəbəkəsindən bir neçə çıxarışları çıxararaq sübut kimi məhkəməyə təqdim etmişdir. Göstərilən halları nəzərə alaraq xüsusi ittihamçının iddia etdiyi məsələlər üzrə Ü.N.Muradovanın aidiyyətinin olmadığını və təqsirliliyinin sübuta yetirilmədiyini nəzərə alaraq onun barəsində ona xüsusi ittiham qaydasında şikayət üzrə işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştiakçılarını dinləyərək, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında Ü.N.Muradovanın barəsində olan xüsusi ittiham qaydasında cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayətində göstərilən yazı və paylaşmaların “Facebook” sosial şəbəkəsində məhz Ü.N.Muradova tərəfindən edilməsini bildirsə də qeyd edilən halı təsdiq edə bilcək kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şikayətə yalnız facebook sosial şəbəkəsindən çıxarışlar əlavə edilmişdir. Həmin çıxarışlar isə Ü.N.Muradovaya istinad edilən yazı və paylaşımların məhz onun tərəfindən onun səhifəsində edilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, “Facebook” sosial şəbəkəsindən çıxarışlar edilərk iş materiallarına əlavə edilmiş, lakin həmin çıxarışların edildiyi səhifənin məhz Ü.N.Muradovaya məxsus olan səhifədən edilməsini və həmin səhifədə məhz Ü.N.Muradova tərəfindən icra edildiyini təsdiq edən əlavə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, sosial şəbəkədə eyni ad-soyadla saysız hesablar açılması mümkündür ki, bu halda isə hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi üçün həmin səhifənin məhz ona məxsus olması və onun tərəfindən idarə edilməsini təsdiq edən digər mötəbər sübular da təqdim edilməlidir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli 4/1707 saylı ekspertiza rəyində göstərilən xüsusatlara baxmayaraq, həmin rəydə qeyd edilən ifadələr məhz Ülviyyə Muradova tərəfindən istifadə olunması sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi indiki halda xüsusi ittihamçı cinayət prosesual qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirməyərək iddia etdiyi yazı və paylaşmaların barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs tərəfindən edilməsini kifayət qədər mötəbər dəlillərlə sübut edə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin təqsirliliyi xüsusi ittihamçı tərəfindən sübuta yerilmədiyi üçün Ü.N.Muradovanın barəsində olan xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 570 (beş yüz yetmiş) manat xüsusi ittihaçı B.İ.Hacıyevdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.2, 41 və 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 570 (beş yüz yetmiş) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-17/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-17/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver