Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-170/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 noyabr 2019-cu il tarixdə bir gün əvvəl X3 şəhərində ağır xəstəlikdən vəfat etmiş atasını dəfn etmək üçün Yasamal 1 saylı Dağüstü qəbiristanlığında qəbir yeri almaqdan ötrü dostları Şahid2 və Şahid1 vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Yasamal bələdiyyəsində və 01 saylı Dağüstü qəbiristanlığında hər hansı vəzifə tutmadığı halda, özünü Yasamal rayon dağüstü qəbirstanlığınm müdürü kimi təqdim edərək sözü gedən qəbirstanlıqda qəbir yeri üçün başqasına məxsus torpaq sahəsini göstərib 3500 manata satacağını yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə 05 noyabr 2019-cu il tarixdə ümumi tanışları Şahid1 vasitəsilə ünvan 2 ünvanında yerləşən ünvan 3arixdə isə həmin ünvanda Zərərçəkmiş şəxs1 2000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə ünvan 2 ünvanında yerləşən ünvan 4ərini əvvəlcədən rezervasiya etmək məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs2 Yasamal bələdiyyəsində və 01 saylı Dağüstü qəbiristanlığında hər hansı vəzifə tutmadığı halda, özünü həmin qəbirstanlığın müdürü kimi təqdim edərək ona həmin ünvanda başqasına məxsus torpaq sahəsini göstərib 7500 manat qiymətində satacağını yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 2020-ci ilin mart ayında həmin ünvanda vahid niyyətlə ayrı-ayrı vaxtlarda hissə-hissə 4500 və 3000 manat olmaqla, ümumilikdə 7500 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə 19 iyun 2019-cu il tarixdə vəfat etmiş və ünvan 2 ünvanında yerləşən Yasamal 1 saylı Dağüstü qəbiristanlığında dəfn olunmuş xalası X14 üçün məzar daşı sifariş etmək məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında yerləşən icarəyə götürdüyü “Məzar daşı sifarişlərinin qəbul edilməsi” ofisində məzar daşını 1600 manat qiymətində 10 gün müddətində hazırlayacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 vahid niyyətlə 2020-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə həmin ünvanda 800 manat, 10 gün keçdikdən sonra 2020-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə isə həmin ünvanda 700 manat olmaqla, ümumilikdə 1500 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə 17.08.2020-ci il tarixdə vəfat etmiş azyaşlı oğlu üçün məzar daşı sifariş etmək məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 ünvan 2 ünvanında yerləşən icarəyə götürdüyü “Məzar daşı sifarişlərinin qəbul edilməsi” ofisində məzar daşını 2000 manat qiymətində iki həftə müddətində hazırlayacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs4 vahid niyyətlə 2020-ci ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə həmin ünvanda 300 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə həmin ünvanda 700 manat olmaqla, ümumilikdə 1000 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2002-ci ildən Yasamal rayon 1 saylı dağüstü qəbirstanlıqda məzar daşları sexini icarəyə götürüb işlədir. VÖEN-ni olmuşdur. Sex və qəbirstanlıq əvvəllər əhaliyə vətəndaşlıq xidməti trestinin nəzdində olmuşdur. Sex trestin balansında olsa da, o, icarəyə götürüb işlədirmiş. Qəbirstanlıqda ayrı-ayrı şəxslərə satılan torpaq sahəsinin sənədi olmur. Təxminən 3 il əvvəl X8 ilə tanış olmuşdur. Nərminənin 3 uşağı var imiş. Onların qalmağa evi yox imiş. Yayda bulvarda yatırmışlar. Onun Nərminəyə yazığı gəldiyi üçün Yeni Yasamal qəsəbəsində yerləşən dostu Raufun bacısına məxsus mənzilə yerləşdirmişdir. Dostundan bu barədə xahiş etmişdir. Kirayə pulu 250 manat imiş. Kirayə pulunu və yemək pulunu o, öz hesabından ödəyirmiş. Nərminə əvvəllər evli olsa da, boşanmışdır. Nərminə kirayə tutduğu evdə xəstə anası və 2 azyaşlı və bir 15 yaşlı qızı ilə qalırmış. Onun Nərminə ilə yaxın münasibəti yaranmışdır. Onunla dini nikah bağlamışdır və hərdənbir görüşürmüş. 2019-cu ilin noyabr ayının əvvəllərində tanıdığı Tural ona zəng vurub demişdir ki, dostunun atası vəfat edib, dostu atasını bu qəbirstanlıqda basdırmaq istəyir, ondan 3-4 nəfərlik qəbir üçün torpaq ayırılmasına köməklik etməyini istəmişdir. O, Turala demişdir ki, torpaq ayırılması işinə bələdiyyə baxır, bələdiyyə ilə danışıb deyər. Turalı 2 ilə yaxın imiş ki, üzdən tanıyır. Belə ki, Turalın atası işlədiyi qəbirstanlıqda dəfn olub. O, qəbirstanlıq müdüriyyətindən xahiş etmişdir ki, Turalın atası üçün torpaq ayırsınlar. O, ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən biri ilə Yasamal Bələdiyyəsində işləyən Elçinə zəng vurub harada olduğunu, əgər qəbirstanlığın yaxınlığındadırsa onunla görüşmək istədiyini bildirmişdir. Elçinlə qəbirstanlıqda görüşmüşdür. Elçinə demişdir ki, tanış adam var, dostunun atası vəfat edib, dəfn etmək üçün torpaq istəyirlər. Elçin də, dəmir çərçivə ilə hasarlanmış torpaq sahəsini göstərərək demişdir ki, bu torpaq sahəsi bələdiyyə aiddir və satır. O, bələdiyyədə şöbə müdiri işləyən Həmid Həmidova bu barədə demişdir. Həmin torpaq sahəsində küncdə Qalina Minasazovanın qəbiri var imiş. Həmidlə görüşəndə ona demişdir ki, qəbir qazılmasını təşkil etmək daxil olmaqla torpağı 4000 manat satır və ona 300 manat pul verəcək. Tural qəbirstanlığa dostu ilə gəlmişdir. O, Turala qəbir üçün həmin torpaq sahəsini göstərmişdir. Turala demişdir ki, torpaq sahəsi 4000 manata satılır. Tural Cəlillə videogörüntü ilə danışmış və torpaq sahəsini Cəlilə göstərmişdir. Cəlil demişdir ki, 4000 manat bahadır, 3500 manat verə bilər. Həmidə bu barədə deyəndə Həmid razılaşmışdır. Beh kimi Tural ona 1500 manat vermiş və bildirmişdir ki, qalan pulu dostu Zərərçəkmiş şəxs1 dəfn mərasimindən sonra verər. O, da, 1500 manat pulu Həmidin sexə göndərdiyi tanımadığı şəxsə vermişdir. Həmin puldan 300 manat özünə götürmüşdür. 2-3 gün sonra Tural yanma gəlib qalan 2000 manat pulu da, ona vermiş və bildirmişdir ki, Cəlil ona verib. Artıq həmin gün Cəlilin atası həmin torpaq sahəsində dəfn olunmuşdur. Həmin 2000 manat pulu da, o, Həmidə onun göndərdiyi tanımadığı şəxs vasitəsilə göndərmişdir. Tural ona pulu verdikdən sonra Cəlil onun yanına gəlmiş və ona demişdir ki, ona atasının həmin torpaq sahəsində basdırılması barədə sənəd versin. O, da, Cəlilə məsləhət vermişdir ki, ölüm şəhadətnaməsini bələdiyyə təqdim etsin, bələdiyyə ona sənəd verər. Hər iki dəfə Tural ona pul verəndə sonuncuya demişdir ki, verdiyi pulu bələdiyyəyə verəcək. 2020-ci ilin yaz aylarında Ramin adlı şəxs ona 3 ədəd sadə qəbir daşı sifariş vermiş və ölmüş 4 nəfərin ad, ata adı və soyadlarını ona vermişdir. Hər birisinin qiyməti 300 manata razılaşmışlar. Bir məzar daşında iki nəfərin adı yazılmalı imiş. Ramin həmin məzar daşlarını Cəlilin atasının dəfn olunduğu hasarlanmış torpaq sahəsində qoymuşdur. O, Raminə demişdir ki, Cəlil bu torpaq sahəsini alıb. Ramin isə demişdir ki, torpaq sahəsinin küncündə basdırılmış Qalina onun qohumudur, torpaq sahəsini vaxtilə onlar hasara alıblar. O, Raminə demişdir ki, Cəlillə məsələni aydınlaşdırsın, torpaq Cəlilindir. İlk olaraq elə bilmişdir ki, Cəlilin qohumudur. Cəlilin mobil nömrəsini Raminə vermişdir. Cəlil də, atasının qəbrini ziyarət etməyə gələndə həmin məzar daşlarını orada görmüşdür. Cəlil ona bu barədə demiş və bildirmişdir ki, həmin məzar daşlarının ona və qohumlarına heç bir aidiyyəti yoxdur, ondan həmin məzar daşlarının götürülməsini istəmişdir. O, da, işçilərinə demişdir ki, həmin məzar daşlarını ordan götürüb sexə qoysunlar. X20 xalası Marina ilə danışıb razılaşmışdır. O, əvvəlki ifadəsində Turalın ona 3000 manat verməsini göstərmişdir, bu barədə düz göstərməmişdir. Tural ona 3500 manat pul vermişdir. Tural ona hər iki dəfə pulu verəndə Cəlil onun yanında olmamışdır. Cəlil pul veriləndən sonra onunla görüşmüşdür. Onunla danışanda Cəlil onun səsini də, mobil telefonu ilə yazmışdır. Ona təqdim olunan səs yazısında səs onun səsidir. Həmin danışıqda o, Cəlilə deyir ki, onun verdiyi puldan cəmi ona 300 manat pul çatıb, qalan pullar bələdiyyəyə verilib. 2020ci ilin mart ayında Nərminə ona demişdir ki, qəbirstanlıqda atasına, əmiləri və digər qohumlarının basdırıldığı yerin ətrafında torpaq sahəsini satmaq istəyir. Həqiqətən də, işlədiyi qəbirstanlıqda Nərminənin atası və digər qohumları basdırılmışdır. Nərminə hasara alınmış iki məzar daşı olan torpaq sahəsini göstərərək bildirmişdir ki, məzar daşları əmisi qızlarının qohumlarına məxsusdur, qohumları torpağı satmağı ona tapşırıblar. Nərminənin göstərdiyi hasara alınmış torpaq sahəsi təxminən 40-50 metr kvadrat imiş. Nərminənin dediyinə görə qohumları torpaq sahəsini 10000 manata satır. Həmin ərəfələrdə sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qəbirstanlıqda işləyən molla ilə sexinə gəlmiş və ona demişdir ki, 4 nəfərlik qəbir üçün boş torpaq sahəsi almaq istəyir. O, da, Hacıbabaya demişdir ki, qəbirstanlıqda torpaq sahəsi satılır. Hacıbaba demişdir ki, 4 nəfərlik qəbir yerinə 4000 manat pul verəcək. Sexdə işləyən Məhərrəmə demişdir ki, həmin torpaq sahəsini Hacıbabaya göstərsin. Hacıbaba da, torpaq sahəsini görüb bəyənmişdir. O,da, bu barədə Nərminəyə demişdir. Nərminə demişdir ki, ucuz olduğu üçün satmaq istəmir. O, Hacıbabaya zəng vurub demişdir ki, torpağın sahibinə demiş, qiymətlə razılaşsa ona deyəcək. İki-üç gün sonra Nərminə demişdir ki, anası xəstə olduğuna görə ona pul lazımdır, torpaq sahəsini satsın. O, da, Hacıbabaya dörd nəfərlik qəbir yerini 4000 manata satmışdır. Hacıbaba pulu o, sexdə olmadığına görə işçisi Məhərrəmə vermişdir. Çünki, Hacıbaba ona zəng vuranda o, sonuncuya demişdir ki, o, sexdə deyil, pulu işçisi Məhərrəmə versin. Hacıbaba da, pulu Məhərrəmə vermişdir. O, da, Nərminəyə zəng vurub demişdir ki, pulu Məhərrəmdən götürsün. Aradan 1 ay sonra Hacıbaba ona demişdir ki, aldığı torpaq sahəsində əlavə də, 3-4 nəfərlik torpaq sahəsi almaq istəyir, torpaq sahibi satırsa almaq istəyir. O, da, Hacıbabaya demişdir ki, torpaq sahibi ilə danışıb xəbər edər. Nərminə ilə bu barədə danışmışdır, Nərminə də, 4000 manata satacağını demişdir. Hacıbaba ilə 3500 manata razılaşmışlar. Hacıbaba 3500 manat pulu işlədiyi sexə gətirmiş, o, sexdə olmadığı üçün Hacıbabaya demişdir ki, 3500 manat pulu işçisi Məhərrəmə versin. Hacıbaba da, 3500 manat pulu Məhərrəmə vermişdir. O, da, Nərminəyə demişdir ki, pulu Məhərrəmdən götürsün. Bir neçə ay sonra məlum olmuşdur ki, Hacıbabaya satdığı torpaq sahəsi Nərminənin qohumlarına məxsus deyil, Nərgiz adlı qadına məxsusdur. Nərminə onu aldatmışdır. Ona görə də, Hacıbabaya demişdir ki, ya onun pulunu qaytarar, ya da bələdiyyədən xahiş edər ki, ona başqa torpaq sahəsi ayırsınlar. Hacıbaba isə pulunu geri istəmişdir. Həmin vaxta qədər o, artıq Nərminədən ayrılmışdır. Çünki, Nərminə dələduz imiş. Başqa şəxslərə qarşı dələduzluq etmişdir. 2020-ci ilin mart ayında bələdiyyədə işləyən Rizvan və başqa işçilər ona təsir göstərirmişlər ki, guya o, qanunsuz işlərlə məşğul olur, sexi təhvil versin. O, məcburən sexi boşaltmışdır. Sexi təhvil verəndə orada məzar daşları qalmamışdır. O. bundan sonra qəbirstanlığın yaxınlığında ofis icarə müqaviləsi əsasında icarəyə götürüb işlətməyə başlamışdır. Ofisdə məzar daşları qoymamışdır. Çünki, ofis balaca imiş. Ofisin divarına məzar daşlarının sifarişlərinin qəbulu ilə bağlı elan yapışdırmışdır. Sifariş olanda başqa yerlərdən məzar daşı alıb gətirib satırmış. Həmin ofisdə bir neçə ay işləmişdir. 2020-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs3 onun ofisinə gələrək demişdir ki, xalası qəbirstanlıqda çoxdan basdırılıb. Lakin maddi imkan olmadığına görə vaxtında məzar daşı düzəldə bilməmişdir. Ondan xalasının qəbiri üstə məzar daşı qoyulmasını xahiş etdi. Məzar daşını 1600 manata düzəltdirib qoyacağını öhdəsinə götürmüşdür. Beh kimi 800 manat istəmişdir. Rüfət 800 manatı ona vermişdir. Razılaşmışlar ki, qalan pulu məzar daşı qoyulandan sonra verər. 10 gün ərzində məzar daşını düzəltməli imiş. Lakin Rüfət xalasının şəklini gec gətirmişdir. O, xalasının qəbri üstündə beton düzəltmişdir. Həmin ərəfələrdə Rüfət qalan 800 manat pulu deyil, 700 manatı ona ofisdə vermişdir. Rüfət ona cəmi 1500 manat vermişdir. Həmin ərəfədə ürəyindən infakt keçirdiyinə görə ürəyinin ritmini tənzimləmək üçün ürək tərəfdən dərinin altına ritm tənzimləyici aparat qoymuşlar. Rüfətin sifariş verdiyi məzar daşı hazırda hazırdır, yalnız şəkli yapışdırmaq qalıb. Həmin ərəfələrdə, yəni 2020-ci ilin sentyabr ayının sonlarında tanıdığı Murad qardaşı Zərərçəkmiş şəxs4 ilə sexinə gələrək ona demişdir ki, qardaşı Mehdinin dörd yaşlı oğlu xəstəlikdən vəfat edib. Biləcəri qəsəbəsində qəbirstanlıqda basdırıblar. O, Muradın atası üçün vaxtı ilə məzar daşı düzəltmişdir. Mehdi oğlu üçün ağ mərmərdən məzar daşı sifariş vermişdir. 2000 manata qəbir daşını düzəltdirib qəbir üstdə qoyacağını öhdəsinə götürmüşdür. Beh kimi 300 manat pul istəmişdir. Mehdi də, ona 300 manat pul vermişdir. Razılaşmaya görə qalan 1700 manat pulu məzar daşı hazır olandan sonra ona verməli imiş. Məzar daşının materialı baha olduğuna görə Mehdidən 700 manat pul istəmişdir. Mehdi də, 700 manat pulu ona sexində vermişdir. O, uşaq üçün orta ölçüdə məzar daşı düzəltsə də, Mehdi bəyənməmiş, bildirmişdir ki, ölçüləri balacadır. Həmin ərəfələrdə xəstələndiyi üçün sifarişi icra edə bilməmişdir. Mehdinin mərhum uşağı üçün düzəltdiyi məzar daşını başqasına satmışdır. Pulunu isə xəstə olduğundan dərmanlarına xərcləmişdir. Ofisi səhətində problemlər olduğu üçün 2020-ci ilin sentyabr ayında sahibinə təhvil vermişdir. Ofisin sahibi qadındır, adını xatırlamır. Mehdidən aldığı pulun əvəzinə ona 500 manat qiymətində “Lg” markalı 102 diaqnallı təzə televizor vermişdir. Qalan pulu da, qısa müddətdə verəcəkdir. Bundan başqa Hacıbaba və Rüfətdən aldığı pulları qaytaracaqdır. Cəlilin verdiyi pul isə Həmidə çatdığı üçün Həmid pulu qaytarmalıdır. Göstərilənlərə əsasən müharibə veteranı olmasını, ürəyində xəstəliyinin olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hazırda neft-qaz servisi ilə məşğul olan “Şlumberje” şirkətində baş mühəndis vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı olaraq bildirir ki, 29 oktyabr 2019-cu il tarixdə onkoloji xəstəlikdən əziyyət çəkən atası Sovet Şıxməmmədovu müalicə məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmışdır. 04 noyabr 2019-cu il tarixdə atası İstanbul şəhərində yerləşən hospitalda əziyyət çəkdiyi xəstəlikdən vəfat etmişdir. Bu səbəbdən o, həmin vaxt dostları Şahid1 və Şahid2lə əlaqə saxlayaraq atasının vəfat etdiyi, hazırda onu Azərbaycana gətirib dəfn etmək üçün müvafiq sənədləşmə işləri ilə məşğul olduğunu, bu səbəbdən Yasamal rayonu ərazisində yerləşən, “Atv” televiziya kanalının yaxınlığındakı qəbirstanlıqda atası dəfni üçün yer təşkil etmələrini xahiş etmişdir. Fikirləşmişdir ki, həmin qəbirstanlıq həm şəhərə yaxındır, həm də, şəhərdəki qəbirstanlıqlara nisbətən məzar üçün yeri ucuz almaq olarmış. Dostları da, 05 noyabr 2019-cu il tarxdə onunla əlaqə saxlayaraq Yasamal qəbirstanlığının müdiri kimi tanıdıqları Vidadi adlı şəxslə danışdıqları, qəbirstanlıqda 4 nəfərlik yer olduğunu və 3.500 (üç min beş yüz) manat məbləğində pul müqabilində Vidadi adlı şəxsin həmin ərazini ona sata biləcəyini demişdir, o, da, bununla razılaşmışdır. Həmin gün Turalla Rüstəm onun tapşırığı ilə Vidadi adlı şəxsə beh kimi 1.500 (min beş yüz) manat məbləğində pul vermişlər. 06 noyabr 2020-ci il tarixdə gecə saat 3-4 radələrində Bakı şəhərinə gəlmiş və həmin gün səhər saatlarında atasını həmin qəbirstanlıqda dəfn etmişdir. Tural və Rüstəm onun əvəzindən Vidadiyə 1500 manat pul verdikləri üçün o, da, sonunculara 1500 manat pulu qaytarmışdır. Vidadi ilə əvvəlcədən razılaşdığı qalıq 2.000 (iki min) manat məbləğində pulu da, dostu Turalın yanında Vidadi adlı şəxsə qəbiristanlıqda yerləşən məzar daşı sexində vermişdir. Həmin vaxt yanında başqa heç kim yox imiş. Onun satın aldığı yer hasara alınmışdır. Lakin hasarın içində bir nəfər 1991-ci ildə vəfat etmiş X4 məxsus məzar var imiş. O, Vidadi adlı şəxsdən həmin məzarın kimə məxsus olmasını, onun aldığı sahənin kim tərəfindən hasara alınması ilə maraqlandıqda Vidadi ona narahatlığa heç bir əsasın olmadığını bildirib, həmin şəxsin pula ehtiyacı olduğu üçün məzar yerini satdığını və pulu da həmin yerin sahibinə verəcəyini demişdir. Məzar yerini satan şəxsin Qalinanın qohumu olduğunu bildirmişdir. Vidadi demişdir ki, Qalinanın məzarını dəmir çərçivə ilə ayıra bilər. O, da, razılaşmışdır. O, Vidadiyə demişdir ki, Qalinanın qohumları ilə görüşüb halallığını alsın. Vidadi onu əmin edib bildirmişdir ki, narahat olmasın.özü onlarla görüşəcək. O, da, razılaşmışdır. 17 iyun 2020-ci il tarixdəo, atasının məzarını ziyarət edərkən satın aldığı torpaq sahəsində boş olan 3 məzar yerinin 3 adsız məzar və baş daşı ilə zəbt olunduğunu görüb bu barədə Vidadi ilə dərhal əlaqə saxlamışdır. Məzar daşları yerə sementlə yapışdırılmamışdır. Vidadi də ona sahibi olduğu qəbir daşı sexində ona bir nəfər şəxsin 3 ədəd qəbir daşı hazırlamalarım sifariş etdiklərindən məlumatlı olduğunu, lakin həmin qəbir daşlarının onun satın aldığı sahədə qoyulmasından məlumatsız olduğunu demiş və bunun səhv olduğunu, hazırda işçilərinə bu barədə xəbərdarlıq edib həmin səhvi tezliklə aradan qaldıracağını bildirmişdir. 22 iyun 2020-ci il tarixdə o, yenidən atasının qəbrini ziyarət edərkən oradan həmin qəbir daşlarının götürüldüyünü görmüşdür. Bundan 1 ay sonra özünü Yasamal Bələdiyyəsinin əməkdaşı kimi təqdim edən Rizvan adlı şəxs ona zəng edərək Marina adlı bir qadının Yasamal Bələdiyyəsinə yaxınlaşaraq onun satın aldığı sahənin əslində Marina adlı həmin qadına məxsus olduğunu bildirmiş və məsələni həll etmək lazım olduğunu demişdir. Bundan sonra o, X5 yaxınlığındakı kafedə görüşmüşdür. Həmin vaxt onun yanında bir neçə nəfər iş yoldaşı kimi təqdim etdiyi adamlar da var imiş. Rizvan müəllimlə bu barədə söhbət etdikdə o, satın aldığı həmin sahəyə dair Marina adlı qadının sənədinin olub-olmamasını maraqlanmışdır. Rizvan da, ona həmin qadının torpaq sahəsinə dair heç bir sənədinin olmadığını, lakin Marina adlı qadının əvvəllər həmin sahədə Qalina Minasazovanın məzarından başqa da digər yaxınlarının da məzarlarının olduğunu bildirmiş və bunun həmin qəbiristanlıqda işləyən mollalar və digər işçilər tərəfindən təsdiqləndiyini bildirib onun aldadıldığını demişdir. O, yenidən bununla əlaqədar Vidadi müəllimlə əlaqə saxlamışdır. Onunla qəbiristanlıqda təklikdə görüşdüyü zaman Vidadi Marina adlı şəxsin qohumu kimi tanıdığı Ramin adlı şəxsin atasının vəfatından əvvəl ona yaxınlaşaraq onlara məxsus torpaq sahəsini pula ehtiyacları olduğu üçün satmaq istədiyini, özünün də həmin torpaq sahəsini satdığını, lakin torpaq sahəsinin sahibi olan Marina adlı qadının bir müddət sonra onunla əlaqə saxlayaraq həmin torpaq sahəsini heç kimə satmaq istəmədiyini, belə bir niyyətinin olmadığını dediyini qeyd etmiş və özünün də, bu dələduzluğun qurbanı olduğunu bildirmişdir. Söhbətlərinin yekununda Vidadi Qalinanın məzarının yanında bir nəfər məzar yerini onlara ayıracağını, qalan iki nəfərlik boş yeri isə ona ayıracağını bildirmişdir. Lakin o, Vidadinin sözlərinə inanmamışdır. 2020-ci ilin sentyabr ayında o, Marina ilə əlaqə saxlayaraq onunla Elmlər Akademiyasının qarşısında görüşmüşdür. Həmin vaxt Marinanın bacısı oğlu Ramin də orada imiş. Marina ona atasının basdırıldığı yeri ona halal etdiyini, lakin qalan yerlərin ona məxsus olduğunu, orada öz məzarlarını bərpaetdirəcəyini demişdir. O, isə Marinaya bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib məsələnin qanuni şəkildə tənzimlənəcəyini bildirmişdir. Bundan 1 həftə sonra Marina ona zəng vuraraq atasının basdırıldığı yeri də, ona halal etmədiyini, qəbiri oradan çıxartmalı olduğunu demiş və telefonda aralarında sözlə mübahisə yaranmışdır. Marinanın da, həmin məzarların yerləşdiyi torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Marinanın dediyinə görə o, Vidadi tərəfindən məzar üçün torpaq sahəsinin ona satılmasından xəbərsizdir, ona heç kəs buna görə pul verməyib, eləcə də, o, torpaq sahəsini satmaq istəməyib və bu barədə Vidadiyə də, deməmişdir. O, Vidadidən bu barədə soruşanda Vidadi ilk olaraq demişdir ki, guya Marinanın bacısı oğlu Ramin Marinanın xəbəri olmadan torpağı satıb, pulu Raminə verib. Ramin Vidadinin dediklərini təkzib etdikdən sonra Vidadi ona demişdir ki, pulu bələdiyyənin işçilərinə verib. O. atasının həmin məzarlıqda dəfn olunması ilə bağlı Yasamal bələdiyyəsindən sənəd almışdır. Həmin sənədi ona bələdiyyənin işçisi Elçin vermişdir. Vidadinin ondan 3500 manat pul almasının təsdiq etməsi barədə sonuncunun səs yazısı var. O, Vidadi ilə danışanda diktofonla sonuncunun səsini yazmışdır. Çünki, bilirmiş ki, Vidadi sonradan təkzib edər, onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir, mülki iddiasının tam təmin edilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsinin X11 həkim reanimataloq işləyir. Gömrük xidməti leytenantıdır. 2014-cii ildə ailə həyatı qurmuşdur. 2015-ci ildə Aişə adlı qız övladı doğulmuş, 2016-ci ildə isə Davud adlı oğlan övladı doğulmuşdur. Davud da, 2020-ci ilin yaz aylarında qan xəstəliyi aşkar olunmuşdur. Həkimlər məsləhət görmüşlər ki, Türkiyənin paytaxtı Ankara şəhərində uşaq xəstəlikləri xəstəxanasına uşağı aparaq. X22 da, həkimdir. Türkiyədə təhsil aldığı üçün Aynur Davudu aparmışdır. Lakin 2020-ci ilin avqust 17-də uşaq vəfat etmişdir. Uşağı mərhum atasının qəbiri yanında dəfn etmişlər. Mərhum atası 2016-ci ildə vəfat etmişdir. Qardaşı Murad atası üçün qəbir daşını Yasamal rayonunda “Qurd qapısı” adlı qəbirstanlıqda məzar daşı sexini işlədən Təqsirləndirilən şəxs sifariş vermişdir və sonuncu da, sifarişi icra etmişdir. O, da, Vidadini həmin vaxtdan tanıyır. Bunda görə də, qardaşı ilə birlikdə 2020-ci ilin sentyabr ayının sonlarında həmin qəbirstanlığa gedib Vidadi ilə görüşmüşlər. Vidadiyə mərhum oğlu üçün məzar daşı sifariş vermişdir. Vidadi bildirmişdir ki, məzar daşını 2000 manat qiymətində düzəldəcək və məzar daşını uşağın qəbir üstdə qoyduracaqdır. O. da, razılaşmışdır. İlkin olaraq beh kimi 300 manat pul istəmişdir. O, da, 300 manat pulu Vidadiyə vermişdir. Həmin vaxt Vidadinin tanımadığı bir işçisi və Anar adlı oğlu var imiş. Razılaşmaya görə qalan 1700 manat pulu məzar daşı hazır olandan sonra verməli imiş. Lakin bir neçə gündən sonra təxminən sentyabr ayının sonlarından oktyabr əvvəllərində Vidadi istifadəsində olan ***-***-**-** mobil nömrə ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq demişdir ki, heç olmasa 700 manat versin ki, baha daş alıb düzəltsin. O, da, tək Vidadinin ofisinə getmiş və 700 manat pulu Vidadiyə vermişdir. Vidadiyə ikinci dəfə pulu verəndə də, oğlu Anar və işçisi, şəriki kimi təqdim etdiyi adını bilmədiyi şəxs də, orada imişlər. Vidadi iki həftə müddətində məzar daşını hazır edəcəyini söz vermişdir. Aradan iki həftə keçdikdən sonra Vidadiyə zəng vurmuşdur, Vidadi demişdir ki, bir-iki günə hazır olar. Lakin Vidadi məzar daşını hazır etməmiş və zənglərinə cavab verməmişdir. Qardaşı ilə onun ofisinə getsə də, ofisi bağlı imiş. Mobil nömrəsinə zəng çatmadığı üçün oğlu Anara zəng vurmuşdur. Anar demişdir ki, atası xəstə olduğu üçün xəstəxanadadır, iki-üç günə çıxacaqdır. Bir neçə gündən sonra Anara zəng vursa da, Anar demişdir ki, xəstəxanadan çıxıb, evdədir, sabah məzar daşını qoyacaqdır. Lakin sabahsı gün Aııarın da, mobil nömrəsinə zəng çatmamışdır. Vidadi ona qarşı dələduzluq edərək 1000 manat pulunu ələ keçirmişdir. Başqa məzar daşı sexində uşağı üçün məzar daşı sifariş vermişdir. İndiyədək də, Vidadi pulunu verməmiş və ondan gizlənir. Vidadinin ofisində məzar daşları ümumiyyətlə yox imiş. Vidadi ona vurduğu ziyandan 680 manatı qaytarmış, 320 manatı isə hələ də qaytarmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 uşaqlıq dostudur. Bir sinifdə oxumuşlar və bir məhəllədə qalırlar. 04 noyabr 2019-cu il tarixdə Cəlilin atası Türkiyənin İstanbul şəhərində xəstəxanada xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin tarixdə Cəlil ona və ortaq dostu Rüstəmə zəng vuraraq atasının vəfat etdiyini və onlardan xahiş etmişdir ki, mərhum atası Sovetin nəşini basdırmaq üçün Yasamal rayonunda "ATV” televiziya kanalının yaxınlığında yerləşən qəbirstanlıqda yer təşkil etsin. Səhv etmirsə ya həmin gün, ya da, sabahsı gün Rüstəmlə birlikdə həmin qəbirstanlığa getmişlər. Orada qəbirstanlığa baxan Vidadi ilə bu barədə söhbət etmişlər. Vidadini 2018-ci ildən tanıyır. Belə ki, həmin ildə atasını həmin qəbirstanlıqda dəfn etmişdir. Qəbir üçün yeri Vidadi ona satmışdır. O, Vidadini qəbirstanlığım direktoru kimi bilirmiş. Ona görə də, Vidadiyə demişdir ki, dostunun atası Türkiyədə vəfat edib, burada basdırmaq istəyirlər. Vidadi qəbirstanlıqda 3-4 nəfərlik qəbir üçün boş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin sahibi həmin torpaq sahəsini satmağı ona tapşırıb və oranı 4000 manata satır. O, Cəlillə videogörüntülü danışıb qəbir yerini ona göstərmiş və demişdir ki, qəbir yeri 3-4 nəfərlikdir. Cəlil də, həmin yeri almaq istəmişdir. Onlar Cəlillə telefonla danışıb dörd nəfərlik qəbir yerininin 4000 manata satıldığını demişlər. Cəlil də, demişdir ki, qiyməti aşağı sala bilirlərsə, aşağı salsınlar, pulun bir hissəsini onlara verək, özü gələndə hesablaşar. Vidadi ilə torpağı 3500 manata almağa razılaşmışlar. Vidadi beh kimi 1500 manat pııl istəmişdir. O, da, Rüstəmlə 1500 manat pul düzəldib Vidadinin ofisində sonuncuya vermişlər. Onlar pulu Vidadiyə verəndə orada heç kəs yox imiş. Vidadinin göstərdiyi torpaq sahəsi hasara alınmışdır, hasarın içərisində kənarda Qalina Minasazova adlı qadının qəbri var imiş. Lakin Vidadi torpaq sahəsinin əsl sahibi ilə onları əlaqələndirməmişdir. 06 noyabr 2019-cu il tarixdə Cəlil mərhum atasının nəşini Bakıya gətirmiş və həmin tarixdə həmin qəbirstanlıqda dəfn etmişlər. O, Cəlillə qalan 2000 manat pulu qəbirstanlıqda Vidadiyə vermişlər. Cəlil o, və Rüstəmlə verdikləri 1500 manat pulu onlara qaytarmışdır. Aradan bir müddət keçdikdən sonra Cəlil ona demişdir ki, Vidadi onu aldadıb, atasının qəbri yanında başqa məzar daşları qoyulub, torpaq sahəsinin sahibi ona pul çatmadığını ona demişdir. Vidadinin Cəlildən pul almasını təsdiq etməsinə dair səs yazısı vardır. Cəlil Vidadindən qəbir yerinin sahibi ilə onu görüşdürməsinə və halallıq almasını istəsə də, Vidadi onları görüşdürməmişdir. Vidadinin onun yanında bələdiyyə işçisi ilə torpağın satılmasına görə danışmasını görməmişdir. Torpağın alınması ilə bağlı bələdiyyə işçisi ilə görüşməmişlər. Bələdiyyə işçisi onlardan buna görə pul istəməmişdir. İkinci dəfə Vidadiyə 2000 manat pul verəndə Cəlil onun yanında olmuşdur. Vidadi yalan danışır. Elçin adlı bələdiyyə işçisi Cəlilin atasını dəfn etmək üçün qəbir qazanda orada imiş. Elçin də, onlara deməmişdir ki, torpağı o, satır. Elçin qəbir qazmaq işlərini təşkil etdiyi üçün Cəlil Elçinə 300 manat pul vermişdir. Vidadinin onlardan aldığı pulu Elçinə verməsini həmin ərəfədə deməmişdir. Vidadi onlara demişdir ki, pulu torpağın sahibinə verər, bələdiyyə işçisinə verəcəyini deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1 il 4 aydan artıqdır ki, Yasamal rayon bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. Bundan əvvəl isə ‘’Əhaliyə vətəndaşlıq xidməti trestimdə fəhlə işləmişdir. Əvvəllər qəbirstanlıqlar trestin nəzdində imiş. Sonradan qəbirstanlıqlar bələdiyyələrin tabeçiliyinə verilmişdir. Buna görə də, avtomatik olaraq xidməti iş yeri Yasamal bələdiyyəsinə dəyişdirilmişdir. Yasamal rayonu ərazisində 1 qəbirstanlıq və 2 şəhidlər xiyabanı vardır.Şəhidlər Xiyabanları trestin balansmdadır. Bələdiyyədə hazırkı işi Yasamal Dağüstü qəbirstanlığma nəzarət etməkdir. Qəbirstanlıqda piyada və avtomobil yollarda abadlıq işləri tərəfindən görülür. Eləcə də, dəfn mərasimlərinə nəzarət də, həyata keçirilir. Qəbirstanlığa o, və bələdiyyədə vergi müfəttişi işləyən Rahib Mehdiyev nəzarət edir. Qəbirstanlığın miidürü vəzifəsi ştatı yoxdur. Bələdiyyə tərəfindən qəbirstanlıqda dəfn üçün torpaq satılmır. Çünki, boş torpaq sahəsi yoxdur. Kimsə vaxtilə orada torpaq hasarlayıbsa özü üçün satır və qohumlarını əvvəllər orada basdırılmış qohumlarının üstündə və ya yanında basdırırlar. Lakin qəbirstanlıqda dəfn edilməsi üçün bələdiyyə ölmüş şəxsin qohumu ərizə ilə müraciət edir, tərəflərindən bələdiyyədə dəfn edilənlərin qeydiyyatı kitabında bu barədə qeydiyyat aparılır. Müraciət edən şəxsin qohumunu mərhum qohumunun yanında dəfn etməyini göstərir. Təqsirləndirilən şəxs 4 ildən artıqdır ki, tanıyır. Vidadi sözü gedən qəbirstanlıqda məzar daşları sexi işlədir. Sexi 2020-ci ilin mart ayında təhvil vermişdir. Sonra qəbirstanlığın yaxınlığında ofis icarəyə götürüb işlətməyə başlamışdır. 2 ay orada işlədikdən sonra ofis işlətməyi dayandırmışdır. 05 noyabr 2019-cu il tarixdə o, qəbirstanlıqda olanda Vidadi iki tanımadığı cavan oğlanla ona yaxınlaşmışdır. Vidadi bildirmişdir ki, bu şəxslərin qohumu Türkiyədə vəfat edib bu qəbirstanlıqda özlərinə məxsus torpaq sahəsində dəfn etmək istəyirlər. O, da, Vidadiyə demişdir ki, bununla bağlı bələdiyyə müraciət etməlidir. Vidadi onların qohumlarını dəfn etmək istədikləri torpaq sahəsini ona göstərmişdir. Həmin torpaq sahəsində X2 məzarı var imiş. Məzarın yanında 3-4 nəfərlik qəbir yeri var imiş. Vidadi ona demişdir ki, torpaq sahəsi bu şəxslərə məxsusdur. Qəbirstanlıq torpaqlarının sənədləri olmadığı üçün o, onlardan sənəd tələb edə bilməzdi. İki gün sonra. 06 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 atası Sovet Məmmədovu qeyd edilən torpaq sahəsində dəfn etmişdir. Bununla bağlı bələdiyyədə müvafiq sənədləşdirmə işləri aparılmışdır. O, 2020-ci ilin iyun ayında bilmişdir ki, Zərərçəkmiş şəxs1 atasının dəfn edildiyi yer həmin torpaq sahəsində basırdırılmış Qalinanın qohumlarına məxsusdur və onlar orada Sovet Şıxməmmədovun dəfn olunmasından xəbərsiz olublar. Qalinanın qohumu tanımadığı bir qadın bələdiyyəyə bu barədə şikayət etmişdir. Cəlil də, ona demişdir ki, Vidadiyə ümumilikdə 3500 manat pul verib ki, orada bir neçə qəbirlik torpaq sahəsi versin. Vidadi onu aldadıb. Vidadi ona da, böhtan atır ki, guya Cəlilin dostlarını onunla qəbirstanlıqda tanış edib, həmin şəxslərdən torpağa görə pulu o, almış, ona da, 300 manat pul vermişdir. Vidadinin niyə görə ona böhtan atdığını bilmir. Cəlil və dostları pulu Vidadiyə veriblər. Onun həmin şəxslərlə torpağın satılması ilə bağlı heç bir söhbəti olmamışdır və onlara bu barədə vəd də. verməmişdir. Vidadi özünü onlara qəbirstanlığın müdiirü kimi təqdim etmişdir. Vidadinin həmin şəxslərdən 3500 manat pul almasından həmin ərəfədə xəbərsiz olmuş və Vidadi həmin şəxslərdən aldığı puldan ona heç nə verməmiş və bu barədə əvvəlcədən razılığa da, gəlməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonradan bilmişdir ki, sonuncu qəbirstanlıqda məzar daşı sexi işlədir. X17 Arsenovna əmisi arvadı olub. X7 arvadı Qalinanı 1991-ci ildə Yasamal dağüstü qəbirstanlığında dəfn etmişdir. Əmiləri Turqut, Uğuz, atası Çingiz Minasazov və nənəsi Fatmaxanım orada dəfn olunmuşlar. Nənəsi və əmisi Uğuz hələ sovet dövründə vəfat etmişlər və orada dəfn olunmuşlar. Mərhum atası mərhum nənəsinin qəbrində dəfn olunub. Orada 3 məzar daşı vardır. Əmisi Turqut illər əvvəl həmin sahəni dəmir çərçivə ilə hasara almışdır ki, yaxın qohumlarından ölən olsa orada dəfn olunar. Həmin qəbirlərin yerləşdiyi torpaq sahəsinin onlara məxsus olmasını Təqsirləndirilən şəxs da, bilirmiş. Arabir o, və bacısı oğlu Ramin qəbirstanlığa gedib oraya baş çəkirmişlər. 2020-ci ilin may ayında Ramin anası, yəni bacısı Elmira ilə qəbirstanlığa gedəndə görmüşlər ki, yaxınlarının qəbirlərinin yanında bir nəfəri basdırıblar. Ramin bu barədə şikayət etmək istəyəndə Vidadi ondan xahiş edib deyib ki, heç yerə şikayət etməsin. Vidadinin dediyinə görə Cəlil adlı şəxs ona deyib ki, Qalinanm uzaq qohumudur, ona görə atasını orada basdırmaq istəyib. Cəlil atası Soveti orada basdırıb. O, bu barədə Yasamal Rayon Bələdiyyəsinə şikayət etmişdir. O, Cəlillə telefonla və şəxsən görüşəndə Cəlil ona demişdir ki. qəbir yeri üçün torpaq sahəsini ona Vidadi 3500 manata satmışdır. Hətta əmisi Uğuz və nənəsi Fatmanın qəbir daşları yerində yox imiş. Bacısı oğlu Ramin Vidadidən bu barədə soruşanda Vidadi demişdir ki, narahat olmasın, təzə qəbir daşları yerinə qoyacaq. Vidadi torpağında 3 adsız qəbir daşı qoymuşdur. Cəlil bunu görəndə Vidadidən tələb etmişdir ki, ondan aldığı torpaq sahəsindən məzar daşlarını götürsün. Vidadi də, həmin məzar daşlarını götürmüşdür. Ramin Vidadidən nənəsi və əmisinin məzar daşlarını yerinə qoyulmasını tələb edəndə Vidadi demişdir ki, narahat olmasın, məzar daşlarını üzərinə yazı yazmaq üçün götürüb yazı yazdıqdan sonra yerində qoyar. Yasamal bələdiyyəsində işləyən Rizvan ona bildirmişdir ki, bələdiyyə tərəfindən aparılan sorğu zamanı onlara məlum olub ki, Vidadinin Cəlilə satdığı torpaq sahəsi uzun illər əvvəl onlara, yəni atasına və əmilərinə məxsus olub. Bu barədə Yasamal Bələdiyyəsi tərəfindən ona arayış verilmişdir. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair həmin arayışdan başqa sənəd yoxdur. O. Vidadinin Cəlilə qarşı dələduzluq etdiyini bilməmişdir. Zərərçəkmiş şəxs1la heç bir qohumluğu yoxdur. Vidadi ondan və qohumlarından xəbərsiz Cəlilə onlara məxsus olan torpağı satmışdır və bu barədə onlara deməmişdir. Aldığı puldan onlara heç bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin avqusat ayında Azərbaycan Respublıkası Vətəndaşlıq Xidməti Teyestri tərəfindən Yasamal rayon qəbiristanlığı Yasamal rayon bələdiyyəsinə idarəetməyə təhvil verilib. O vaxtdan həmin qəbiristanlıq Yasamal rayon bələdiyyəsinin idarəetməsindədir. O həmin vaxtdan bələdiyyədə Vergi və Ödənişlər Şöbəsinin müdiri vəzifəsində çalışır. Onlar oraya yeni təyin olunanda baxıblar ki, qəbiristanlıq çöldən qəbiristanlıq kimi görünür, ancaq zibilxana kimidir. Ona məlum olub ki, uzun illər dəfn olunanların qəbirlərinin içindən artıq torpaqlar çıxarılır və 3-5 metr o tərəfə hasarın içinə tökülür. Bu formada davam edir. Hətta qəbristanlıq təhvil götürüləndən sonra rayon rəhbərliyi də gəlib baxdı. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olan mübahisə barədə Marina xanımın şikayətindən sonra xəbər tutmuşuq. Ümumiyyətlə Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O bələdiyyəyə işə qəbul edildikdən sonra Vidadini ilk dəfə, həmin vəzifəyə təyin edildikdən 1 gün sonra yəni 2019-cu ilin avqustunda görmüşdür. Vətəndaş Xidməti Teyestrinin müdiri Cavanşir müəllim qəbristanlığı təhvil alanda ona bildirib ki, Vidadindən ehtiyatlı ol, uzun illərdir burada daş sexi işlədir, əməli düz insan deyil. Vidadi ilə onun arasında heç bir iş birliyi ola bilmamışdır. Onlar qəbiristanlığın rəhbərliyinə gələndə Vidadi artıq özünü orada hamıya tanıtmışdır. Hələ də Vidadinin əməllərinin nəticəsini fəsadlarını görürlər. Vidadi ilə aralarında tez-tez mübahisə olurdu, tez-tez polisə düşüblər. Onlar oraya gələnə qədər bütün səlahiyyətlər Vidadidə olub, baxmayaraq ki Vidadinin torpaq satmaq, qəbir yeri vermək səlahiyyəti olmamışdır. Marina xanım Rizvan müəllimin yanına gəlib. Deyib ki, qəbirlərimiz olub, daşlar çıxarılıb. Həmin iş araşdırılanda məlum olab ki Vidadi Marinanın qohumlarının qəbir yerini Cəlilin atasının dəfn edilməsi üçün Cəlilgilə satıb. Bundan sonra da mübahisə başlamışdır. Vidadiyə dəfələrlə xəbərdarlıq edilmişdir ki, əvvəlki işlərinə son qoysun, qəbir yeri satmaqla məşğul olmasın, lakin Vidadi öz əməllərini davam etmirmişdir. Elçin onun şöbəmdə işçidir. Vidadi qəbir yeri satması ilə bağlı, həmçinin Zərərçəkmiş şəxs1 atasının dəfn edilməsi üçün satdığı yerlə bağlı nə ona, nə də Elçinə, həmçinin Elçinin ona verilməsi adı ilə hər hansı bir pul verməmişdir, Vidadidən bu barədə heç bir məbləğdə pul almamışdır. Vidadi orada-burada hərdən bir söz danışır, gah deyib ki, Həmidə pul verib, gah deyir ki, Elçinə pul verib ki Həmidə versin. Lakin o heç vaxtı Vidadidən pul almamışdır. əksinə onlar arasında mübahisələr olmuşdur. Vidadini düz əməlli bir insan kimi tanımır. Hətta Vidadi qəbristanlıqda yanğın da törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda X1 şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. 2020-ci ilin mart ayında anası yaşlı olduğu üçün Yasamal rayonunda yerləşən “Azərbaycan Nəşriyyat Evi”-nin yaxınlığındakı qəbiristanlıqda boş torpaq sahəsi almaq üçün getmişdir. Bir neçə qəbirlik torpaq almaq istəyirmiş. Həmin vaxt orada özünü Yasamal qəbirstanlığınm müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Vidadiyə demişdir ki, o, qəbirstanlıqda boş torpaq sahəsi almaq istəyir. Vidadi adlı şəxs də, ona qəbirstanlıqda təxminən 40-50 kvadrat metr sahəyə malik alçaq daş hasarla əhatələnmiş boş torpaq sahəsini göstərərək həmin sahəni 10.000 (on min) manat məbləğində satdığını bildirmişdir. O, Vidadiyə demişdir ki, qiymət bahadır. Bundan sonra Vidadi həmin yeri 7.500 (yeddi min beş yüz) manat məbləğində pula satmağa razılaşmışdır. Bundan təxminən 1 həftə sonra 2020-ci ilin mart ayında Vidadi adlı şəxsə onun Yasamal qəbirstanlığında yerləşən ofisində 4.500 (dörd min beş yüz) manat məbləğində pul vermişdir. Həmin vaxt ofisdə ikisindən başqa heç kim yox imiş. Vidadi həmin torpaq sahəsini ona sənədsiz satırmış. Çünki, dediyinə görə qəbirstanlıqda torpaq sahəsini sənədlə satılmır və torpağın sənədi yoxdur. Vidadi demişdir ki, narahat olmasın o, qəbirstanlığın direktorudur, heç bir problem ola bilməz.Vidadi 4.500 (dörd min beş yüz) manat məbləğində pulun ona ödənilməsinə və torpaq sahəsinin satın alınmasına dair ona hər hansı qəbz verməmişdir. Bundan təxminən 1 həftə sonra 2020-ci ilin mart ayında Vidadi adlı şəxsə onun Yasamal qəbirstanlığında yerləşən ofisində qalıq 3.000 (üç min) manat məbləğində pulu vermişdir. Həmin vaxt da ofisdə ikisindən başqa heç kim yox imiş. Vidadi 4.500 (dörd min beş yüz) manat məbləğində pulun ona ödənilməsinə və torpaq sahəsinin tərəfindən satın alınmasına dair ona bu dəfə də hər hansı qəbz və yaxud digər sənəd təqdim etməmişdir. Vidadinin ona satdığı torpaq sahəsində iki köhnə qəbir var imiş. Vidadi ona demişdir ki, hər iki mərhumun qohumları yoxdur, heç kəs qəbirin yanını almamışdır. O, da, Vidadiyə inanmışdır. O, həmin boş torpaq sahəsini satın aldıqdan sonra vaxtı olduqca həmin yerə gedir və orada abadlıq işləri aparırmış. Belə ki, 2020-ci ilin təxminən aprel ayının sonu may ayının əvvəllərində aldığı həmin yeri dəmir hasara almış və istifadəsində olan mobil nömrəsini orada olan mollalardan birinə verərək torpaq sahəsi ilə bağlı hər hansı bir şey olacağı təqdirdə onunla əlaqə saxlamasını bildirmişdir. 2020-ci ilin may ayında hazırda adını xatırlamadığı bir qadın onunla əlaqə saxlayaraq aqressiv tonda danışıb ona məxsus torpaq sahəsini nə səbəbə hasara aldığını soruşmuş və onunla təcili şəkildə görüşmək istədiyini bildirmişdir. O, nə baş verdiyini öyrənmək üçün Vidadi adlı şəxslə əlaqə saxlamışdır. Vidadi telefonda danışıq zaman ona bunun onun səhvi olduğunu, torpaq sahəsinin əslində qadına məxsus olduğunu bildirmiş və qəbirstanlıqda görüşərək qadına guya anlaşılmazlıq olması barədə üzrxahlıq etmələrini xahiş etmişdir. O, həmin gün adını xatırlamadığı həmin qadınla qəbirstanlıqda satın aldığı torpaq sahəsinin yaxınlığında görüşmüşdür. Bu zaman Vidadi də, onun yanında imiş. O, qadına anlaşılmazlıq olduğunu bildirib üzrxahlıq etmiş və Vidadi də, onun sözlərini təsdiqləmişdir. Qadınla olan söhbəti yekunlaşdıqdan sonra Vidadi ona başqa boş torpaq sahəsi verə biləcəyini qeyd etmişdir, o, isə artıq ona inanmadığını bildirərək verdiyi ümumilikdə 7.500 (yeddi min beş yüz) manat məbləğində pulu və hasara çəkdiyi 1.000 (bir min) manat məbləğində xərci ona geri ödəməsini tələb etmişdir. Vidadi həmin pulu ona geri ödəyəcəyini bildirsə də, hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edirmiş. Vidadinin ona pul qaytarmaq niyyətinin olmadığını görüb 2020-ci ilin iyul ayının əvvəllərində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qadın paltarları mağazası icarəyə götürüb işlədir. 19 iyun 2019-cu ildə xalası X14 vəfat etmişdir. Xalasını o, Yasamal qəbirstanlığında mərhum anasının qəbrinin yanında basdırmışdır. Mərhum xalası ailə həyatı qurmadığı üçün övladı da, olmamışdır. Maddi imkanı həmin ərəfələrdə olmadığına görə xalası üçün məzar daşı diizətdirə bilməmişdir. 2020-ci ilin sentyabr ayında bir az pul toplamış və qərara gəlmişdir ki, mərhum xalası üçün məzar daşı düzəltdirsin. Həmin qəbirstanlıqda məzar daşı sifarişlərini qəbul edən ofis olduğunu gördüyü üçün oraya getmişdir. Ofisdə özünü Vidadi kimi təqdim edən şəxs ona bildirmişdir ki, ofisin müdürüdür. O, da, Vidadiyə demişdir ki, mərhum xalası üçün mərmərdən məzar daşı sifariş etmək istəyir. Vidadi ona demişdir ki, 1800 manata düzəldə bilər. O, da, demişdir ki, bir az qiymətdə aşağı düşsün. Sonunda 1600 manata razılaşmışlar. Vidadi ondan beh kimi 800 manat istəmiş və bildirmişdir ki, 10 gün ərzində məzar daşını düzətdirib yerinə qoyacaqdır. O, da, 800 manat pulu ofisdə Vidadiyə adını bilmədiyi işçisinin yanında vermiş və mərhum xalasının qəbrini Vidadiyə göstərmişdir. Aradan 10 gün keçdikdən sonra o, qəbirstanlığa Vidadinin ofisinə getmişdir. Vidadi ona bildirmişdir ki, sifarişlər çox olduğuna və xəstə olduğuna görə məzar daşı hələ hazır deyil, qalan 800 manatı pulu ona versin, bir həftə müddətində məzar daşını hazır edər. Üstündə cəmi 700 manat pul olduğuna görə Vidadiyə 700 manat pulu ofisdə oğlunun yanında vermişdir. Lakin aradan bir həftə keçdikdən sonra o, xalasının qəbrinə baxmağa getmişdir. Görmüşdür ki, yalnız xalasının qəbiri üstünə beton vurublar, məzar daşını qoymamışlar. O, Vidadinin ofisinə getsə də, Vidadi orada yox imiş. İndiyədək Vidadini tapa bilmir. Onun mobil nömrələrinə zəng vursa da, ona zəng çatmır. Vidadi pulu qaytarmamışdır. Hər iki dəfə Vidadiyə pul verməyə gedəndə o, ofisə tək getmişdir. Xalası uşaqları pul qoyub mərhum xalası üçün 31 dekabr 2020-ci il tarixdə məzar daşı qoymuşlar. Təqsirləndirilən şəxs isə ona qarşı dələduzluq edərək 1500 manat pulunu ələ keçirmişdir. Sonradan bilmişdir ki, Vidadi ondan başqa şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal Bələdiyyəsində ərazi idarəetmə şöbəsinin miidürü vəzifəsində işləyir. 2020-ci ilin fevral ayında Yasamal Bələdiyyəsində həmin vəzifəyə təyin olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Vidadi Yasamal dağüstü qəbirstanlığında məzar daşı sexi işlədirmiş. 2020-ci ilin mart ayında Vidadinin borcu yarandığı üçün həmin sexi ondan alıb Anar adlı şəxsə işlətməyə verilmişdir. Vidadi isə qəbirstanlığın yanında bir otaqlı ofis götürmüş və üzərində məzar daşları sifarişlərinin qəbulu ilə bağlı elan vurmuşdur. Əvvəllər qəbirstanlıqlar Vətəndaşlara Xidmət Trestinin nəzdində imiş. 2019-cu ildə qəbirtsanlıqlar bələdiyyələrin balansına verilmişdir. Bələdiyyənin işi qəbirstanlıqda abadlıq işlərini təşkil etmək və qəbir qazma işlərinin təşkil etməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı qərarı ilə təsdiq edilmiş“Qəbiristanlıqlarm salınması və idarə olunması QaydalaıT’na uyğun olaraq 01.08.2019-cu il tarixdən Dağüstü 1 qəbirstanlığı təhvil-qəbul aktma əsasən Yasamal bələdiyyəsinin balansına verilmişdir. Qəbirstanlıqda demək olar ki, torpaqların çoxusu dəfn olunmuş şəxslərin qohumları tərəfindən hasara alınmışdır. Dəfn olunmuş şəxslərin qohumları hasara alınmış torpağı sata bilirlər. Lakin torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmur. Yalnız dəfn olunmuş şəxslərin qeydiyyatı bələdiyyədə aparılır, bu barədə lazım gəldikdə dəfn edilmiş şəxsin qohumuna məktub verilir.Çünki, qəbirstanlıq 01.08.2019-cu ildən bələdiyyənin balansına verilmişdir. Bələdiyyə işçiləri olaraq onlar qəbirstanlığı təhvil alanda görmüşlər ki, Vidadi qohumları onlara məlum olmayan köhnə rus qəbirlərini yerindən çıxarıb həmin yerləri mişar daşı ilə nişanlamışdır. Həmin yerləri kimlərəsə satmışdır. Onlar isə Vidadinin qanunsuz olaraq satdığı və nişanladığı həmin qəbir yerlərini dağıtmışlar. Orada ölü basdırılmamışdır. Vidadiyə imkan verməmişlər ki. bundan sonra torpağı satmasın. Buna görə də. Vidadi onlara böhtan atır. Vidadinin Zərərçəkmiş şəxs1 qəbir yeri üçün torpaq sahəsinin satmasından xəbəri olmamışdır. Sonradan bu barədə məlumatı olub. Belə ki, Marina Minasazova adlı qadın 2020-ci ilin yay aylarında Yasamal bələdiyyəsinə gəlib ona şikayət edərək bildirmişdir ki, atasının və əmilərinin basdırıldığı və hasara aldığı torpaq sahəsində Sovet Şıxməmmədov adlı şəxsi dəfn ediblər və bu barədə ona deməmişlər. Marinaya tərəfindən bildirilmişdir ki, bu barədə məlumatı olmayıb, lakin araşdırıb ona xəbər edərlər. O, mərhum X6 Şıxməmmədova zəng vurub sonuncuya bildirmişdir ki, başqasına məxsus qəbir yerində atasını dəfn edib. Cəlil isə demişdir ki, həmin torpağ sahəsini Vidadi ona 3500 manat satıb. Cəlili bələdiyyəyə dəvət etmişdir. Cəlil ona bildirmişdir ki, Qalina Minasazovanın qəbirin yanındakı torpaq sahəsini Vidadindən 3500 manat alıb, Vidadi pulu bələdiyyəyə vermək adı ilə ondan alıb. O, da, Cəlilə demişdir ki, Vidadiyə belə bir səlahiyyət bələdiyyə tərəfindən verilməmişdir, Vidadi onu aldadıb. Cəlil isə ondan Marinanın həmin torpağa dair sənədinin olubolmadığını soruşmuşdur. O, da, Cəlilə izah etmişdir ki, qəbir yerləri üçün torpaq sahəsinə çıxarış verilmir. Marinanın qohumları 30-40 il əvvəl bu qəbirstanlıqda dəfn olunublar və qohumlarının dəfn olunduqları torpaq sahəsi hasarlanıb, həmin torpağa dair sənədi olmasa belə bələdiyyə istərsə də, icra hakimiyyəti ölmüş şəxslərin yaxın qohumlarının həmin torpağa dair hüquqlarını tanıyır. Yəni ölmüş şəxsin yaxın qohumları istər həmin torpaqda digər ölmüş qohumlarını dəfn edər, istərsə də, başqasına satar. Buna bələdiyyə müdaxilə etmir. Cəlilə təklif olunmuşdur ki, Marina Minasazova ilə özü razılaşsın. Vidadi barəsində isə polisə şikayət versin. Vidadi yalandan bələdiyyə işçilərinə böhtan atır ki, guya Cəlildən aldığı pulu bələdiyyə işçisi Elçinə verib, sonradan pulu Elçinə verdiyini təkzib edərək əvvəllər bələdiyyədə şöbə müdürü işləmiş Həmidə göndərdiyini bildirmişdir. Vidadi bələdiyyəyə qarşı ədavət aparır. Çünki, 2019-cu ilə qədər qəbirstanlıq trestin nəzdində idi və Vidadi həmin ilə qədər qəbirstanlıqda qanunsuzluqlar edirmiş və torpaq satırmış. Qəbirstanlıqlar bələdiyyənin mülkiyyətinə verildikdən sonra onlar Vidadiyə imkan verməmişlər ki, qəbirstanlıqda dəfn olunmuş şəxslərin yanındakı torpaqları satsın. Cəlil və Hacıbaba adlı şəxslərə hasarlanmış və qəbir yerləri olan başqalarına məxsus torpaq sahələri onların xəbərləri olmadan Vidadi satmışdır. Aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bildiyinə görə topaz oyunlarında külli miqdarda pul uduzmuşdur. Vətəndaşlardan dələduzluq yolu ilə ələ keçirdiyi pulları da, topaz oyunlarına qoymuş və uduzmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin ziyanları tam ödənilməmişdir. Məhkəmə həmçinin cəza təyin edərkən cinayətin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən hal kimi təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlinin qəbristanlıqda qəbir yeri satmaqla bağlı, qəbir daşı düzəltməklə bağlı olduğundan, vurduğu ziyanı ödəmədiyindən, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarında olan 033938 saylı, 03.04.2020-ci il tarixdə verilmiş vəsiqənin surətinə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin 63 yaşının olmasını, evli olmasını, müharibə veteranı olmasını, xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 27.02.2021-ci il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Sonradan Yasamal Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və o, 09.06.2021-ci il tarixdə tutularaq, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş, Təqsirləndirilən şəxs ona dəymiş 3500 (üç min beş) manat məbləğində maddi zərər, 35000 (otuz beş min) manat mənəvi zərərin əvəzi olaraq pulun, habelə hazırki iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 1(004)-170/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının ələ keçirmək məqsədilə 05.11.2019cu il tarixində bir gün əvvəl X3 şəhərində ağır xəstəlikdən vəfat etmiş atasını dəfn etmək üçün Yasamal 1 saylı Dağüstü qəbiristanlığında qəbir yeri almaqdan ötrü, Yasamal bələdiyyəsində və 1 saylı Dağüstü qəbiristanlığında hər hansı vəzifə tutmadığı halda, özünü Yasamal 1 saylı Dağüstü qəbiristanlığının müdiri kimi təqdim edərək həmin qəbiristanlıqda qəbir yeri üçün başqasına məxsus torpaq sahəsini göstərib 3500 manat satacağını yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni onun pul vəsaitini əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə 05.11.2019-cu il tarixində - 1500 manat, 06.11.2019-cu il tarixində isə 2000 manat məbləğində pulunu alıb ələ keçirməklə ondan ümumilikdə 3500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh, ondan aldığı 3500 manat müqabilində ona 4 məzar yerini verməyi öz öhdəsinə götürmüşdür. Həmin məzar yerlərində ailə məzarlığı kimi, atası və ailə üzvlərini dəfn etməyi planlaşdırırdı. Lakin, cavabdehin dələduzluğu nəticəsində, o, atasını başqa şəxsə məxsus torpaq sahəsində dəfn etmiş, digər 3 məzar yerləri isə ümumiyyətlə ona verilməmişdir. Beləliklə, ailə məzarlığı haqqında planı puç olmuşdur. Bundan başqa, atasının dəfn edildiyi torpaq sahəsinin sahibi bu dəfn üçün ondan icazə və razılıq alınmadığı üçün öz halallığını vermir. Bütün bunlar onu çox narahat edir. Cavabdehin hərəkətləri nəticəsində onda dərin depressiya əlamətləri, passivlik, tez qıcıqlanma, aqressiya, emosional qeyri-sabitlik, tez yorulma, yuxu və iştaha pozuntusu əmələ gəlmişdir. Nəticədə tibbi və psixoloji müalicəyə ehtiyacı var. Hesab edir ki, cavabdeh Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət nəticəsində ona dəymiş zərər, cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilərək, cavabdehə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin cinayət əməllərin sanksiyalarında nəzərdə tutulmuş ən yüksək cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddianın maddi zərərlə bağlı hissəsi tam təmin edilməlidir. Belə ki, cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyan ödənilməmişdir. Ona görə də həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə verilməlidir. İddia tələblərindən mənəvi ziyan tələbi barədə məhkəmə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olub-olmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyini hazırkı iş üzrə nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, bu hal zərərçəkənə mənəvi sarsıntı və istirab vermişdir. Bu mənəvi ziyanın məbləği ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da müəyyən edilmişdir ki, həmin zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin atası üçün qəbir yeri alması üçün çəkdiyi xərclərlə bağlı maddi ziyan hissədə mülki iddialarının təmin edilməsi qənaətinə gəlinmişdir. Bu hal da mənəvi zərərin kompensasiyalaşdırılmasında nəzərə alınası haldır. Buna görə də mənəvi zərərlə bağlı hissədə iddia tələbi qismən təmin edilməli, təqsirləndirilən şəxsdən 500 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu da təqsirləndirilən şəxsdən tutulub, zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 verilməlidir. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 09 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 3500 (üç min beş yüz) manat, mənəvi zərərə görə 500 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4030 manat (dörd min otuz manat) tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-170/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-170/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver