Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-170/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı il tarixində Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, M.Ə.Rəsulzadə 22 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 24 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 3 ünvanında olarkən həmin mənzildə onunla birlikdə yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs qızma süfrəni yığışdırmağını dedikdə sonuncu ona yeməyini tam yeyib qurtardıqdan sonra süfrəni yığışdıracağını kobud şəkildə bildirdirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həmin yerdə Zərərçəkmiş şəxs sağ əlinin arxa hissəsi ilə ağız nahiyyəsinə qəsdən vurub sonuncuya hər iki dodağın qançır hematoması və üst dodağın selikli qişasının səthinin cırılması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə yeməyini yekunlaşdıran zaman həyat yoldaşı Zərərçəkmiş şəxs süfrəni yığışdırmasını demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona yüksək səslə “yeməyini qurtar, süfrəni yığışdıracağam” cavabını vermişdir. Bu səbəbdən də o, əsəbləşərək Zərərçəkmiş şəxs ona cavab qaytardığı üçün sağ əlinin arxa hissəsi ilə ağız nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs evi tərk etmiş və oğlunun evinə gedərək oradan polisə şikayət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 24 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs birgə yaşadıqları mənzildə yemək yeyərkən ona süfrəni yığışdırmasını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs yeməyini bitirdikdən sonra süfrəni yığışdıracağını demiş, lakin o, spirtli içkinin təsiri altında olduğundan onunla mübahisə etməyə başlamışdır. Onlar arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs sağ əlinin arxa hissəsi ilə onun ağız nahiyyəsinə zərbə vurmuş və bundan sonra o əsəbləşərək evi tərki edib yaxınlıqda yaşayan oğlunun evinə getmişdir. Hal-hazırda o, əri Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Allahveürdi oğlu barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır (səh. 8-13). İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş halında olmuşdur (səh 18). İş materiallarında olan MTE və PA X3 Şəxsin Yasamal rayon şöbəsinin 25.02.2022-ci il tarixli 193 nömrəli rəyi ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarəthər iki dodağın qançır-hematoması və üst dodağın selikli qişasının səthinin cırılması küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 24.02.2022ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (səh. 23-24). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ- nin 05.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 18.04.2018-ci ildə Kürdəmir Rayon Məhkəməsinin Hökmü ilə AR CM-nin 306.1-ci maddəsi ilə, təqsirli bilinərək 02 (iki) İL azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin 24.10.2018-ci il tarixli Qərarı ilə,18.04.2018-ci il tarixli Höküm dəyişdirilərək AR CM-nin 70ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti verilməklə cəzadan şərti olaraq azad olunmuş və 25.10.2019-cu ildə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır (səh. 58-59). İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 1(041)-04/2018 saylı, 18 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-385/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti cəza tətbiq edilməsi qərara alınmışdır (səh 60-64; 65-70). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-170/2022 saylı, 18.03.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 18.03.2022-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 03 (üç ) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-170/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-170/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver