Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-171/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri “04 saylı” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Bakı Metropoliteninin “İnşaatçılar” stansiyası yaxınlığında satışını təşkil etdiyi “Azərlotereya”ya aid məntəqədəki masanın üzərindən sonuncuya məxsus 200 manat dəyərində bir ədəd “X14 10” markalı **********47930 və **********47948 İMEİ kodlu üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefon cihazını gizli yolla taladıqdan sonra, ünvan 2 ünvanda yerləşən 167 saylı tam orta məktəbin yaxınlığına daşımaqla, həmin gün, yəni, xx.xx.2024-cü il tarixdə saat 20:44də həmin mobil telefon cihazında Kapital Banka aid “Birbank” mobil tətbiqin giriş kodunu əvvəlcədən bilməsindən istifadə edərək tətbiqə daxil olub, elektron məlumat daşıyıcısı hesab edilən E.Rəfiyəvə məxsus "xxxx" ASC-nə aid 416974******3635 saylı kart hesabından 240 manat, saat 20:48-də isə 416973******6593 saylı həmin banka aid kart hesabından 160 manat pulu öz istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5239- 1517-1192-5829 saylı kart hesabına köçürməyə nail olmaqla, zərərçəkmiş şəxs Elməddin Rəfıyevə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 605 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. X3 təxminən bir neçə ay müddətdir ki, tanıyır. Elməddin ünvan 3 ünvanda “Azərlotereya”nın satışını həyata keçirdiyi üçün tez-tez onun yanına gedib gəlirmiş. Belə ki, ondan arada “poz qazan” lotoreya aldığı üçün Elməddinlə münasibətləri yaranmışdır. Pulu olmayan vaxt isə Elməddinlə həmin iş yerində həmsöhbət olurmuşlar. Elməddinlə münasibətləri normal olduğu üçün onun telefondan istifadə etməkdə anlayışı zəif olduğuna görə Elməddin bir neçə dəfə istifadəsində olan “Redmi Note 10” markalı mobil telefon cihazını ona verərək telefonda olan Kapital Banka məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə başqa şəxsə pul köçürməyini xahiş etmişdir. Həmin vaxtdan X11 məxsus “Birbank” mobil tətbiqinin giriş kodu yadında qalmışdır. 01 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində ünvan 3 ünvana, yəni Elməddinin “Azərlotereya”nın satışını həyata keçirdiyi yerə gəlmişdir. Elməddindən 100 manat borca pul istəmiş və həmin pulu növbəti gün geri qaytaracağını bildirmişdir. Lakin Elməddin pulu olmadığını bildirmişdir. Həmin vaxt öz istifadəsində olan “Samsung J5 Pro” markalı mobil telefonunun ekran hissəsində çat olduğu üçün yolun əks istiqamətində olan telefon təmiri dükanına gedib bir qədər sonra geri qayıtmışdır. Telefonu ustada olduğu üçün Elməddindən telefonunu zəng etmək üçün ona verməsini xahiş etmişdir. Elməddin telefonunu ona verdikdən təxminən 2 dəqiqə sonra telefonu Elməddinə geri qaytarmışdır. Elməddin də özünə məxsus həmin “Redmi Note 10” markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Həmin gün, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Elməddinin başının qarışıq olduğunu görüb masanın üzərində olan ona məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu mobil telefon cihazını oğurlayaraq oradan uzaqlaşmışdır. Həmin ərazidən bir qədər aralıda yerləşən 167 saylı tam orta məktəbin qarşısında ara küçəyə daxil olaraq Elməddinə məxsus “Redmi Note 10” markalı mobil telefonda Kapital Banka məxsus “Birbank” tətbiqinə daxil olmuşdur. “Birbank” tətbiqinə daxil olan zaman Elməddinin istifadəsində olan kartlarda ümumilikdə təxminən 600 manata yaxın pul olduğunu görmüşdür. Bundan sonra mobil tətbiqdə 416974******3635 saylı Kapital Banka məxsus kartdan 240 manat, 416973******6593 saylı kartdan isə 160 manat öz istifadəsində olan Kapital Banka aid 5239-1517-1192-5829 saylı kartına köçürmüşdür. Bundan sonra həmin mobil telefonu orada olan xatırlamadığı zibil qutusuna ataraq həmin yerdən uzaqlaşmışdır. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, X6 ilə heç bir ədavət və ya düşmənçiliyi, aralarında borc məsələsi olmamışdır. Təxminən oğurluq etdiyi vaxtdan 2-3 ay əvvəl Elməddini tanımışdır. X4 məxsus Kapital Banka aid 416973******6593 saylı kart hesabından 160 manat, 416974******3635 saylı kart hesabından isə 240 manat olmaqla, ümumilikdə 400 manat pulu öz istifadəsində olan 5239-1517-1192-5829 saylı kart hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs məxsus Kapital Banka aid kartlardan pul oğurlamağı barədə ümumiyyətlə heç kimə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu mobil telefonunu oğurlayan zaman Elməddinin başı qarışıq olduğu üçün bu barədə məlumatı olmamış və o, Elməddinin görməyəcəyi şəkildə telefonunu götürmüşdür. Oğurladığı 400 manat puldan heç kimə heç bir məbləğdə pul verməmiş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Zərərçəkmiş şəxs məxsus “Redmi Note 10” markalı mobil telefonunu oğurlamaqda məqsədi Elməddinin telefonunda əvvəlcədən şifrəsini bildiyi “Birbank” mobil tətbiqə daxil olaraq kart hesablarından pul oğurlamaq olmuşdur. Elməddinin mobil telefonu ucuz və köhnə olduğu üçün həmin telefonu oğurlamaq niyyəti olmamışdır. Bu səbəbdən də telefonda olan mobil tətbiq vasitəsi ilə Elməddinin kartlarından öz kartına pulu köçürdükdən sonra Elməddinin telefonunu xatırlamadığı zibil qutusuna atmışdır. Qeyd etdiyi oğurluq cinayətindən başqa heç bir cinayət törətmədiyini, sözügedən cinayəti törədərkən heç kimlə əlbir olmadığını bildirmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 aya yaxındır ki, tanıyır. Belə ki, o, ünvan 3 ünvanda Azərlotereyanın satışını həyata keçirirmiş. Kənan onun yanına mütəmadi gəlib gedir, ona kömək edirmiş. Onun mobil telefondan anlayışı olmadığı üçün Kənana özünə məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonun giriş kodunu və Kapital Bank ASC-nə məxsus Birbank mobil tətbiqin kodunu vermişdir. Kənan həmin tətbiq vasitəsi ilə onun Kapital Banka məxsus kartından online ödənişləri həyata keçirmişdir. O, Kənana telefonu verərək ondan lazım olan şəxslərə öz kartından pulun köçürməsini xahiş edirmiş. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda Azərlotereyanın satışını həyata keçirən zaman Kənan onun başının qarışıq olmasından istifadə edərək Azərlotereyanın satışı məntəqəsinin stolunun üzərində olan ona məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonu oğurlamasını aşkar etmişdir. Bir qədər gözləmiş ki, bəlkə Kənan telefonla danışmaq üçün getdiyini düşünsə də, təxminən 10-15 dəqiqə gəlmədiyini görüb telefonunun oğurlanması qənaətinə gəlmişdir. Təxminən 30-35 dəqiqə sonra Kapital Bankın 196 qaynar xəttinə müraciət edərək kartlarının bloklanmasını xahiş etmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə X7 filialına yaxınlaşaraq kartları barədə məlumat alan zaman 416974******3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 416973******6593 saylı plastik kartından isə 160 manat pulunun çıxarılması məlumatı verilmişdir. Bundan sonra bir daha Kənanın onun mobil telefonu ilə bərabər, Kapital Banka məxsus plastik kartlarından 400 manat pul çıxarmasına əmin olmuşdur. Daha sonra bu barədə polisə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 416974******3635 və 416973******6593 saylı kartının balansındakı pulun onun icazəsi olmadan çıxarılmasında şübhələndiyi şəxs Təqsirləndirilən şəxsdur. 416974******3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 416973******6593 saylı plastik kartından isə 160 manat məbləğdə pul çıxarılmış, yəni 400 manat və ona məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefon 200 manat məbləğində olmaqla ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Ona məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrədə heç bir məbləğdə danışıq kartı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda Azərlotereyanın satışını həyata keçirən zaman Təqsirləndirilən şəxs ona məxsus “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonunu oğurlayan zaman onun başı qarşıq olduğu üçün telefonunun oğurlanmasının şahidi olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 9/9002 nömrəli rəyi ilə ona məxsus mobil telefona verilmiş qiymətlə razı olmadığını, ona məxsus mobil telefonun qiymətinin 200 manat olduğunu, cinayət işi üzrə ona məxsus oğurlanmış mobil telefonunun qiymətinin 200 manat kimi qiymətləndirilməsini xahiş etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 01 ədəd 200 manat dəyərində “Redmi Note 10” markalı **********47930 və **********47948 İMEİ kodlu mobil telefonu və həmin telefonunda olan “Birbank” mobil tətbiq vasitəsi ilə kart hesablarından 400 manat pulu çıxarılmış, nəticədə ona ümumilikdə 605 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığı olduğu, həmçinin Azərlotoreya satış köşkünün piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə yerləşdiyi, köşkün sağ tərəfində Kioksun yerləşdiyi, üzbəüzdə fərqli-fərqli iaşə obyektləri olduğu, satış köşkünün arxa tərəfində avtomobillərin hərəkəti üçün 2 istiqamətli yolun mövcud olduğu, ərazidə kameraların olmadığı, köşkün rənginin göy rəngdə olduğu, üzbəüzdə hündür mərtəbəli binaların mövcud olduğu müəyyən edilmiş, fotoşəkillər çəkilərək materiala əlavə edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 9-12); “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); “Maddi sübut əhəmiyyətinə malik ola biləcək əşyanın və ya sənədin götürülməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut sayılan üzərində Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İnşaatçılar metrostansiyasının yaxınlığında Azərlotereyanın satışını həyata keçirdiyi ünvan 3 ünvanında mobil telefonunun oğurlanması nəticəsində 4169-74**-****- 3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 4169-73**-****-6593 saylı plastik kartından isə 160 manat pulun çıxarılmasıma dair banda əldə olunmuş 02 ədəd A4 vərəqdən ibarət bank çıxarışının iş üzrə sübut əhəmiyyətinə malik olduğundan X1 götürülməsi qərara alınmışdır (i.v. 31); “Təqdim olunmuş sənədin götürülməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İnşaatçılar metrostansiyasının yaxınlığında Azərlotereyanın satışını həyata keçirdiyi ünvan 3 ünvanında mobil telefonunun oğurlanması nəticəsində 4169-74**-****- 3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 4169-73**-****-6593 saylı plastik kartından isə 160 manat pulun çıxarılmasına dair banda əldə olunmuş 02 ədəd A4 vərəqdən ibarət bank çıxarışı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür (i.v. 33); Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs adına olan 416973******6593 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdə 160 manat, 416974******3635 nömrəli kart hesabından isə xx.xx.2024-cü il tarixdə 240 manat pul köçürülmə yolu ilə hesabdan çıxarılmışdır (i.v. 34-35); “Maddi sübut əhəmiyyətinə malik ola biləcək əşyanın və ya sənədin götürülməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut sayılan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İnşaatçılar metrostansiyasının yaxınlığında Azərlotereyanın satışını həyata keçirdiyi ünvan 3 ünvanında mobil telefonunun oğurlaması nəticəsində 4169-74**-****- 3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 4169-73**-****-6593 saylı plastik kartından isə 160 manat pulunu öz istifadəsində olan Kapital Bank” ASC tərəfindən verilmiş 5239-1517- 1192-5829 saylı plastik karta köçürməsinə dair 02 ədəd A4 formatında elektron qəbz iş üzrə sübut əhəmiyyətinə malik olduğundan Təqsirləndirilən şəxs götürülməsi qərara alınmışdır (i.v. 74); “Təqdim olunmuş sənədin götürülməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İnşaatçılar metrostansiyasmın yaxınlığında Azərlotereyanın satışını həyata keçirdiyi ünvan 3 ünvanında mobil telefonunun oğurlaması nəticəsində 4169-74**-****- 3635 saylı Kapital Banka məxsus plastik kartından 240 manat, 4169-73**-****-6593 saylı plastik kartından isə 160 manat pulunu öz istifadəsində olan Kapital Bank” ASC tərəfindən verilmiş 5239-1517- 1192-5829 saylı plastik karta köçürməsinə dair 02 ədəd A4 formatında elektron qəbz iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür (i.v. 76); **********7 və **********5 nömrəli qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:44-də Elməddin Rəfiyəvə məxsus "xxxx" ASC-nə aid 416974******3635 saylı kart hesabından 240 manat, saat 20:48-də isə 416973******6593 saylı həmin banka aid kart hesabından 160 manat pul 523915******5829 nömrəli kart hesabına köçürülmüşdür (i.v. 77-78); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23noyabr 2024-cü il tarixli, 9/9002 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Xiomi” markalı, Redmi Note 10 model mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150,00 manat (130manat + 170 manat):2 müəyyən edilir (i.v. 103-106); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişikliklər edilməklə, həmin maddədə nəzərdə tutulan ittihamın yenidən ona elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə kiminləsə əlbirliyi müəyyən olunmadığından, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı Yasamal RPİ-nin İŞ-nin sabiq müstəntiqi, Ramal Şirinov tərəfindən götürülmüş "xxxx"dan alınmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının 02 vərəqədən ibarət bank çıxarışları və mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı 02 vərəqədən ibarət qeydlərin surətləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, istintaq zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində 01 ədəd “Xiomi” markalı, Redmi Note 10 model mobil telefonun 150 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, həmin 01 ədəd “Xiomi” markalı, Redmi Note 10 model mobil telefonun qiymətinin iş üzrə 200 manat məbləğində əsas götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolu və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 122-128); Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. **********2 nömrəli qəbzin surətindən dən görünür ki, ELMEDDİN R****** adına olan ****9934 nömrəli kart hesabına ****5829 nömrəli kart hesabından 125 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanılması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 tapşırılmışdır (i.v. 1); “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi və tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 49); “Cinayət işinin icraatının dayandırılması haqqında” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, şübhəli şəxsin yeri müəyyən edilmədiyi üçün dayandırılmışdır (i.v. 51); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 04 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 53); 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 12:00 radələrində Yasamal rayonu, Müzəffər Həsənov 12 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPi-nin 29-cu PŞ-nə gətirilmişdir (i.v. 55); “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 56); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 80); Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (i.v. 89-90); “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək 02 ay 23 gün, yəni 27 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Ramal Şirinovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır (i.v. 96-98); “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (i.v. 109); “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir (i.v. 130-131). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, vətən müharibəsi iştirakçısı olmasını (CM-nin 59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət (Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 12:00-dan tutulmuş, 06 dekabr 2024-cü il tarixdə, saat 10:00-dan 11:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra prokuror qarşısına çıxarılmış və həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın məhdudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış "xxxx"dan alınmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman intervalında X2 adına olan kart hesabının 02 vərəqədən ibarət bank çıxarışları və mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı 02 vərəqədən ibarət qeydlərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - "xxxx"dan alınmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman intervalında X2 adına olan kart hesabının 02 vərəqədən ibarət bank çıxarışları və mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı 02 vərəqədən ibarət qeydlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-171/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-171/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver