Məhkəmə qərarları › İş №1(004)-172/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-172/2019

24.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-172/2019 24.09.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxx 1986-cı ildə Saatlı rayonu, Krasnoselsk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-cimaddələriilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə saat 00:03 radələrində ünvan 2 ünvanının qarşısında, yəni ictimai yerdə şəxsiyyəti istintaqa Tamerlan Mirzəliyev və Həsən Həsənov kimi məlum olan tanışları ilə birgə yüksək səslə, habelə söyüşlü ifadələrlə söhbət etdiyi zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq həmin hərəkətlərə son qoyma barədə olan haqlı tələbini şəxsən özünə aid edib cüzi səbəb kimi göstərməklə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya ohomiyyotli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək əli ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə sonuncunun yerə yıxılması ilə nəticələnən zərbə vurmaqla xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə sağ təpə sümüyünün xarici sümük səhvəsi hüdudunda məhdudlanan xətti sınığı, sağ təpə-gicgah nahiyəsinin həyat üçün təhlükəli olmayan epidural hematoması, baş-beyinin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsinin hematoması, sol yanağın yumşaq toxumalarının şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Yasamal rayonu. Yeni Yasamal 1, Ə.Əhmədov küçəsindən piyada keçən zaman həmin küçədə yerləşən binada yaşayan tanışı Şahid2 zəng edərək görüşməyi təklif etmişdir. Lakin Zöhrə, yorğun olduğundan görüşə bilmədiyini bildirmişdir. O, Zöhrəyə bir neçə dəfə görüşməyi təklif etsə də Zöhrə görüşməkdən imtina etmişdir. O, orada bir müddət dayanmışdır. Saat 00:00 radələrində həmin küçədə yerləşən 24B saylı binanın həyətində dayanan zaman görmüşdür ki, tanımadığı bir oğlan, Tamerlan Mirzəliyev və Həsən Həsənov adlı tanışları ilə naməlum mövzuda söz mübahisəsi etmişlər. Habelə həmin şəxs Həsəni yaxasından tutaraq itələşdirmişdir. O, yaxınlaşaraq mübahisəni sakitləşdirmək istəmiş və tanımadığı oğlana irad tutaraq nəyə görə bu cür hərəkətlər etməsini soruşmuşdur. Həmin şəxs, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs cavab olaraq yaxşı etdiyini bildirmiş və mübahisəyə müdaxilə etməməyini tələb etmişdir. Sərxan çox yekəxana tərzdə onunla söhbət etdiyindən Sərxandan nəyə görə belə danışıq apardığını soruşmuşdur. Sərxan isə cavab olaraq yaxşı etdiyini, ləzgi balası olduğunu demişdir. Habelə Sərxan onun yaxasından tutub əl-qol hərəkətləri ilə danışmışdır. Həmin vaxt Sərxandan spirtli içki qoxusu da gəlmişdir. Sərxan onunla söhbət apardığı zaman əlini belinə tərəf çəkmiş və görmüşdür ki, şalvarının qayışına keçirilmiş vəziyyətdə qabura (tapança qabı) vardır. Hava qaranlıq olduğundan isə qaburanın içərisində tapançanın olub-olmamasını seçə bilməmişdir. Bu vəziyyəti görüb şübhələnmiş və Sərxandan polis əməkdaşı olub-olmamasını soruşmuşdur. Sərxan polis işçisi olmadığını bildirmiş, sonra isə Sərxandan onun barəsində şikayət edibetməyəcəyini soruşmuşdur. Sərxan isə şikayət etməyəcəyini bildirmişdir. Elə bu anda o, sağ əlini yumruq halına salıb sıxaraq ani bir zərbə ilə Sərxanın çənə nahiyəsindən bir dəfə vurmuşdur. Həmin zərbədən Sərxan yerə yıxılmış və huşunu itirmişdir. O Sərxanı vuranda təxminən saat 00:03 radələri olmuşdur. O da orada 2-3 dəqiqə dayanmış. Sərxan yerə yıxıldıqdan sonra tanımadığı şəxslər üzünə su çiləyərək ayıltmağa çalışmışlar. Lakin bu bir nəticə verməmişdir. Bunun ardınca isə oradan çıxıb getmişdir. Tamerlanla Həsən isə hadisə yerində qalmışlar. Sonra baş verənlərdən isə onun xəbəri olmamışdır. xx.xx.2018-ci il tarixdə o, dostu Zöhrə ilə növbəti görüşdə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Oven” adlı un məmulatları mağazasının üstündəki binanın 3-cü mərtəbəsində fəaliyyət göstərən adını bilmədiyi kafedə oturub söhbətləşən zaman saat 17:40 radələrində mülki geyimdə olan, özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edən şəxslər kafeyə daxil olaraq ona yaxınlaşmış, polis vəsiqələrini göstərərək Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O da həmin polis işçilərinə etiraz etməyib birlikdə kafeni tərk etmiş və birgə Yasamal RPl-nin 29-cu PŞ-nə yollanmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə zamanı birinci dəfə idi ki, Sərxanı görmüş, əvvəllər görüşməmiş, Sərxanı tanımamışdır. İlk dəfə hadisə günü görmüş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Sərxan əvvəlcə Həsənlə ardınca isə onunla çox yekəxanacasına, əl- qol hərəkətləri ilə söhbət etmiş, o Sərxandan, tanışlarıyla etdiyi mübahisəni dayandırması ilə əlaqədar tutduğu iradı da rədd etdiyindən Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə anında Tamerlan Mirzəliyev və Həsən Həsənovun hər ikisi sadəcə kənarda dayanıb hadisəni müşahidə etmişlər. Onlar Sərxanı vurmamış, xəsarət yetirməmişlər. Hadisə ani olaraq baş vermiş və o, cəmi bir zərbə ilə Sərxanı yerə yıxmışdır. Sərxanın ona cavab olaraq zərbə vurmağa imkanı olmamış, ona görə də o heç bir xəsarət almamışdır. Həmin hadisəni tanıdığı adamlardan Həsən və Tamerlan görmüşdür. Orada çoxlu sayda başqa adamlar da olmuş, sadəcə onların heç birini tanımamışdır. Hadisə günü Sərxanın üzərində silah qaburası gördükdə ilk ağlına gələn polis əməkdaşı olmuşdur. Ona görə də Sərxana yalnız bu barədə sual vermişdir. Sərxan polis əməkdaşı olduğunu bildirsəymiş o, dövlət işçisini vurmamışdır. Zərərçəkmiş şəxs başqa dövlət qurumunun əməkdaşı olmasını ağlından keçirməmişdir.Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə axşam radələrində dostları ilə birgə istirahət edib bir qədər araq içmişdir. Oradan çıxıb yaşadığı ünvana gəlmiş, yaşadığı məhəlləyə çatanda artıq xx.xx.2018-ci il saat 00:01 radələri olmuşdur. Məhəlləyə çatdıqda görmüşdür ki, orada bir neçə nəfər şəxs yüksək səslə mübahisə edir. O həmin şəxslərə yaxınlaşaraq sakit danışmalarını, söyüş söyməmələrini tələb etmişdir. Həmin şəxslərin arasından bu sözə cavab verən olmamışdır. Ona görə də o, bir qədər kənara çəkilib üzdən tandığı qonşusu ilə söhbət etməyə başlamışdır. Həmin vaxt irad tutduğu şəxslərdən biri ona yaxınlaşaraq əslən haralı olduğunu soruşmuşdur. O da həmin şəxsə ləzgi olduğunu demişdir. Bundan sonra həmin şəxs ondan polis işçisi olub-olmadığını soruşmuşdur. O isə polis işçisi olmadığını bildirmişdir. Bunun ardınca isə cavab olaraq ona: “sən qəhbə deyilsən ki? Səni vursam qəhbəlik etməyəcəksənki?” sualını vermişdir. O da bu suala: “yox, bizə yaraşmaz elə bir şey" cavabını vermişdir. Elə bu suala cavab verən kimi həmin şəxs, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs yumruqla onun sol çənə nahiyəsindən bir dəfə vurmuşdur. O həmin zərbədən yerə yıxılaraq başı yerə dəymiş və nəticədə huşunu itirmişdir. Bir neçə dəqiqə sonra onu hadisə yerində olan tanımadığı adamlar ayıltmışlar. O ayağa durub evə getmiş və yatmışdır. Səhərisi gün özünü yaxşı hiss etmədiyindən və baş nahiyəsində ağrılar olduğundan tibb müəssiəsinə müraciət etmişdir. O xəsarət alan zaman yanında üzdən tanıdığı 2 (iki) qonşu olmuşdur. Hadisədən sonra o, xəstəxanada müalicə alan zaman Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birgə onun yanına gələrək üzrxahlıq etmişdir. Zərərçəkmiş şəxs dindirmə zamanı ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-də izahat verən zaman fikrini düzgün izah edə bilməmiş, hadisə zamanı yanında əslində iki nəfər qonşu olmuşdur. Qonşuların anket məlumatlarından xəbəri olmamışdır. Məhəllədə kiminləsə dostluq etməyə vaxtı olmadığından qonşularını yalnız üzdən tanımışdır. Onun ümumiyyətlə baş nahiyyəsindən vurmamışlar. Yalnız bir dəfə çənə nahiyyəsindən vurmuşlar. Həmin zərbədən o, yerə yıxılmışdır ki, nəticədə başı yerə dəymişdir. Baş nahiyəsindəki xəsarət yerə yıxıldığı üçün yaranmışdır. Ayrıca olaraq onun başından kimsə küt alətlə vurmamışdır. Hadisə yerində heç kimlə mübahisə etməmiş, sadəcə məhəlləyə yaxınlaşan zaman orada bir neçə nəfər, sayını dəqiq bilmədiyi şəxslər yüksək səslə, nalayiq ifadələrlə mübahisə etdiyindən onlara yaxınlaşıb normal tərzdə sakit danışmalarını tələb etmiş, bundan sonra isə kənara çəkilmişdir. O, heç kimin yaxasından tutub itələşdirməmişdir. Üzərində hadisə zamanı tapança qaburası olmamışdır. Ümumiyyətlə ona xidməti tapança təqdim edilməmişdir. Artıq əqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzadan azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanışahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 22 radələrində o, yaşadığı ünvan 3 ünvanında istirahət edən zaman dostu Təqsirləndirilən şəxs zəng edərək bildirmişdir ki, hazırda məhəllənin yaxınlığından keçir və təklif etmişdir ki, görüşsünlər. O da həmin vaxt yorğun olduğundan Cavidin bu təklifi ilə razılaşmamış və çölə çıxmaq istəmədiyini bildirmişdir. Buna cavab olaraq Cavid israrla çolə çıxıb görüşməyi təklif etmiş, lakin o, həmin günü çox yorğun olduğundan mobil telefonu söndürmüşdür ki, yatsın. Mobil telefonu söndürdükdən sonra təxminən 1 (bir) saat yatmışdır. Bir saat sonra qapının döyülmə səsinə oyanmış və oyanıb qapını açdıqda görmüşdür ki, gələn “Mehi" adlı rəfiqəsidir. Mehi bildirmişdir ki, evə gələndə məhəllənin yaxınlığında səs-küy eşitmişdir. Lakin Mehi, səs-küyün kimlər tərəfindən yaradılması, konkret olaraq kimin mübahisəetməsi barədə xəbərsiz olduğunu demişdir. Mehi ilə bir müddət söhbətləşdikdən sonra mağazaya getmək üçün binadan küçəyə çıxmış, amma küçədə səs-küy salan heç kəsi görməmişdir. Mağazadan alış-veriş etdikdən sonra evə qayıtmış və mobil telefonu işə salıb Cavidə zəng etmişdir. Cavidlə hal-əhval etdikdən sonra Cavid bildirmişdir ki, bir müddət öncə küçənin yaxınlığında tanımadığı bır şəxslə dalaşıb həmin şəxsi vurmuşdur. O dava-dalaşın səbəbini və digər təfərrüatlarını soruşduqda Cavid ondan işinə qarışmamağı tələb etmişdir. Ona görə də o, bu mövzuda başqa sual verməmiş, ardınca isə Cavidlə sağollaşmışdır. xx.xx.2018-ci il tarixdə o, dostu Cavidlə növbəti görüşdə metronun “İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən “Oven" adlı un məmulatları mağazasının üstündəki binanın 3-cü mərtəbəsində fəaliyyət göstərən adını bilmədiyi kafedə oturub söhbətləşən zaman saat 17:40 radələrində mülki geyimdə olan, özlərini Yasamal RPl-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edən şəxslər kafeyə daxil olaraq Cavidə yaxınlaşmış və Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Cavid də həmin polis işçilərinə etiraz etməyib birlikdə kafeni tərk etmişdir. O da Cavidlə birgə Yasamal RPl-nin 29-cu PŞ-nə yollanmışdır. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, hadisə günü hər hansı bir səs-küy və ya mübahisə nə eşitməmiş, nə də görməmişdir. Rəfiqəsi Mehi onun evinə gələn zaman küçədə səs-küy, mübahisə eşitdiyini demişdir. O özü isə hadisə barədə xəbərsiz olmuşdur. Dava etdiyini Cavidin özü ona hadisədən sonra demişdir. Lakin Cavidin kimlə, hansı səbəbə dalaşması barədə məlumatı olmamışdır. O Cavidin həqiqətən də dalaşıb-dalaşmamasını öz gözləri ilə görməmişdir. Bu barədə Cavidin özündən sadəcə eşitmişdir. Xəsarət alan şəxsi də görməmişdir. Yəni hadisənin həqiqətən də xəsarətlə nəticələnməsi və ya yalnız söz mübahisəsi ilə yekunlaşmasından xəbərsiz olmuşdur. Bu barədə dəqiq məlumatı olsaydı çox güman ki, hüquq mühafizə orqanlarına məlumat verərdi. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 790 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin hematoması və sol yanağın şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs adına olan tibbi sənəd ekspertizaya təqdim olunmadığından onun almış olduğu xəsarətlərin xarakterini və sağlamlığa zərər vurma dərəcəsini təyin etmək mümkün olmadı. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 38/790 saylı, xx.xx.2018-ci il tarixli əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ təpə sümüyünün xarici sümük səhvəsi hüdudunda məhdudlanan xətti sınığı, sağ təpə-gicgah nahiyəsinin həyat üçün təhlükəliolmayan epidural hematoması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsinin hematoması, sol yanağın yumşaq toxumalarının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2018-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin zərbənin təsiri nəticəsində yıxılan zaman yerin bərk səthinə dəyməsi nəticəsində törənməsi inkar olunmur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla, xx.xx.2008-ci il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, evli olmasını, 1 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2018-ci il tarixdə tutulmuş, xx.xx.2018ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün həbsdə olmuşdur. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2019-cu il tarixdə tutularaq, həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 51 gün həbsdə olmuşdur. İş üzrəməhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin, CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılmasıcəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 51 günmüddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 18 gün (bir il səkkiz ay on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar