Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-172/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1957-ci ildə Puşkin şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 10 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2009-cu ildən 2019-cu ilin avqust ayınadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanda yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən dostu Şahid4 tanışı Zərərçəkmiş şəxs mənzil almaq istəməsi ilə bağlı təklifinə müsbət cavab verib, sədr kimi öz qulluq mövqeyindən sui-istifadə edərək, xx.xx.2019-cu il tarixdə "xxxx" MTK-nın Aberon rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanda inşa etdiyi binada faktiki olaraq mövcud olmayan guya İİİ giriş, 13-cü mərtəbədə yerləşməklə 86,6 kvm sahəsi olan 76 saylı 2 otaqlı mənzili satmaqla bağlı yalan məlumat verməklə, etibarından sui-istifadə edərək, mövcud olmayan mənzilin satılması barədə təhrif olunmuş və yalan məlumatlar daxil edilmiş Zərərçəkmiş şəxs adına xx.xx.2019-cu il tarixli saxta maliyyə arayışı və həmin tarixli «Kooperativ binanın mənzil tikintisi haqqında» müqaviləni tərtib edərək, aldatmaqla mənzilin dəyərinin bir qismini, yəni özgənin əmlakı olan Zərərçəkmiş şəxs Şahid4 verdiyi 11.250 manat pul vəsaitini, vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfəyə, 2019-cu ilin yanvar-may ayları ərzində Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsinin yaxınlığında Şahid4 alıb, ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu il tarixdən 2019-cu il avqust ayınadək olan müddətdə Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda yerləşən "xxxx" MTK-da sədr işləmiş və xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. Əvvəllər Abşeron rayon məhkəməsinin 2019 və 2020-ci il tarixli hökmləri ilə 2 il və 1 il müddətinə şərti sınaq müddəti ilə azadlıqdan məhrum edilmişdir. Sədr olduğu müddətdə işi MTK-nın bütün işlərinə nəzarət etmək, o cümlədən alıcılarla müqavilə bağlayıb maliyyə arayışı sənədlərini imza və möhürləməkdən ibarətdir. MTK tərəfindən mənzil satılarkən həmin mənzil barədə sədrlə alıcı arasında müqavilə bağlanır, MTK-nın kitabında qeydə alınır, müqavilənin bir nüsxəsi alıcıda qalmaqla bir nüsxəsi də MTK-da saxlanılır. 2019-cu ilin yanvar ayının 1-də dostluq münasibətində olduğu Firuz ona sədr olduğu binadan tanışı Zərərçəkmiş şəxs üçün mənzil almaq istədiyini dedikdə o da razılaşmışdır. İlkin olaraq "xxxx" MTK tərəfindən inşa edilən binanın 3-cü giriş 13-cü mərtəbəsində 76 saylı 2 otaqlı 86,6 kvm sahəsi olan 42000 manat dəyərində mənzillə bağlı Yasamal rayonu “Qələbə” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs yanında Firuz ona 10000 manat pul vermiş, o da Firuza etibar etdiyi üçün müqavilə və mənzilin tam pulunun ödənilməsi barədə, yəni 42000 manat ödəməsini sübut edən maliyyə arayışı vermişdir. 2 ay sonra ödəniş üçün əlavə 1000 manat da pul istədikdə eyni qaydada həmin pul ona verilmişdir. Lakin mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verdiyi üçün həmin 1000 manat pul ilə bağlı heç bir qəbz verilməmişdir. Bundan sonrakı dövrdə elektrik sayğacı ilə bağlı 250 manat pul istədikdə eyni qaydada həmin pul ona verilmişdir. Sonradan Sevinc mənzili istəmədiyi üçün, daha doğrusu mənzilin qalan pulunu ödəməyə imkanı olmadığı üçün 11250 manat pulun qaytarılmasını tələb etdi, o da 3000 və 2000 manat olmaqla cəmi 5000 manat pulu qaytarıb qalan 6250 manat pulu da qısa zamanda qaytaracağını demişdir. Sonuncu dəfə 2000 manat pulu 2021-ci ilə qədər qaytara bilməmişdir. Zərərçəkmiş şəxs mənzil satdıqda bu barədə binanın təsisçilərindən və ya MTK-nın işçilərindən heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs adına olan xx.xx.2019-cu il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə və arayışı nəzərdən keçirib bildirmişdir ki, həmin müqaviləni və arayışı o tərtib etmiş, xx.xx.2019-cu il tarixdə Abşeron A 1 MTK-nın sədri olduğu üçün möhür onda olmuş, buna görə də möhürləyib imzalamışdır. Qeyd etmişdir ki, müqavilədə göstərilən mərtəbədə göstərilən nömrəli mənzil mövcud deyildir. Sevincin tanışı dostu Firuzdan 11250 manat pul almış və Firuza etibar edib tam ödəniş barədə, yəni 42000 manat ödənilməsi barədə maliyyə arayışı vermişdir. Çünki razılığa əsasən pulun qalan hissəsi hissə-hissə ona ödənilməli idi. Sonradan aldığı puldan 5000 manat qaytarmış, qalan 6250 manat pul xəstəliyi ilə əlaqədar hələ də qaytarılmamışdır. Sevincə satdığı mənzil barədə MTK-nın jurnalında heç bir qeydiyyat aparmamış, aldığı pulu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxslərin ziyanının tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 2018-ci ilin sonlarında özünə məxsus Binə qəsəbəsində olan evi satıb yeni tikililərdən mənzil almaq istəmişdir. Bununla bağlı tanışı Firuz adlı şəxsə bildirdikdə ona Abşeron rayonu H.Əliyev prospekti 1 ünvanında yerləşən “ünvan 6dan münasib qiymətə mənzil ala biləcəyini dedikdə razılaşmışdır. Firuz həmin şəxslə, yəni Abşeron A-1” MTK-nın sədri olan Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra ilkin olaraq Yasamal rayonu Qələbə dairəsi yaxınlığında avtomobildə, Duman adlı şəxsə 86.6 kvadrat metr sahəsi olan 2 otaqlı 76 saylı mənzilin alqı-satqısı üçün 10000 manat pulu onun iştirakı ilə vermişdir. Həmin pul ona məxsus olmaqla tərəfindən Firuza evə görə Duman adlı MTK sədrinə ödənilməsi üçün verilmişdi. Təqsirləndirilən şəxs da 2 otaqlı 76 saylı mənzilin 42000 manat dəyərinin olmasına baxmayaraq və həmin pulun yalnız 10000 manat pulunun ilkin olaraq ödənilməsinə baxmayaraq pulun tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli Maliyyə arayışı və həmin tarixli alqı-satqı müqaviləsi tərtib edərək sənədləri də özü imzaladı. Həmin sənədlərdə olan boşluqlar Təqsirləndirilən şəxs tərəfindən əllə özü tərəfindən dolduruldu, mənzil onun adına alındı. Müqaviləni də özü imzalamışdır. Belə ki, Təqsirləndirilən şəxs müqaviləni hazır formada gətirərək elə 10 000 manat pul götürdükdə onun tərəfindən imzalanmışdır. Bundan sonrakı dövrdə təxminən 2 ay sonra Təqsirləndirilən şəxs ödəniş üçün əlavə 1000 manat pul da istədikdə yenə Firuza həmin pulu Təqsirləndirilən şəxs verməsi üçün təqdim etmişdir. Ancaq artıq Təqsirləndirilən şəxs tərəfindən mənzilin tam dəyərinin yəni 42 000 manat guya ödənilməsi ilə bağlı maliyyə arayışı verildiyindən artıq ona hər hansı qəbz, çek və ya maliyyə arayışı verilmədi. Bundan sonrakı dövrdə isə Təqsirləndirilən şəxs tərəfindən əlavə olaraq mənzilin işıq sayğacı üçün 250 manat pul istənilmiş, həmin pul da eyni qaydada Təqsirləndirilən şəxs verilmişdir. Təxminən 2019-cu ilin yay aylarında mənzilin tikintisinin gedəgedə işıq sayğacının pul alınması ilə bağlı şübhələnib maraqlandıqda Təqsirləndirilən şəxs Abşeron A-1” MTK-nın sədrliyindən çıxarıldığını öyrənmiş və ona satılan mənzilin isə əslində başqa adama satıldığını bilmişdir. Bu barədə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilməsi ilə bağlı Yasamal RPİ-nin 27-ci PB-nə şikayət etmiş, sonradan Təqsirləndirilən şəxs tərəfindən 2 dəfəyə, yəni 3000 bir, 2000 də bir dəfə olmaqla cəmi 5000 manat pul qaytarılmışdır. Sonuncu dəfə 2021-ci ilin aprel ayının əvvəllərində 2000 manat pul qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qalan 6250 manat pulu da qaytaracağını desə də indiyədək hər hansı məbləğdə hər hansı pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq olaraq başqa adama satılmış mənzil ona satılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının 16-da Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda yerləşən "xxxx" MTK-nın sədri təyin edilmiş, ondan qabaq 2009-cu ildən Təqsirləndirilən şəxs sədr olmuşdur. İşi MTK-nın bütün işlərinə nəzarət etmək, o cümlədən alıcılarla müqavilə bağlayıb maliyyə arayışı sənədlərini imza və möhürləməkdən ibarətdir. Ağamoğlan ondan qabaq MTK-nın sədri olduğundan Ağamoğlanın gördüyü işlərdən onun xəbəri olmamışdır. MTK tərəfindən mənzil satılarkən həmin mənzil barədə sədrlə alıcı arasında müqavilə bağlanır, MTK-nın kitabında qeydə alınır, müqavilənin bir nüsxəsi alıcıda qalmaqla bir nüsxəsi də MTK-da saxlanılır. Ağamoğlan sədr olduğu müddətdə Zərərçəkmiş şəxs mənzil satarkən bu barədə heç bir qeydiyyat aparmamışdır. Buna görə də Ağamoğlan sədrlikdən çıxarıldıqdan sonra Sevinc adlı şəxs aldığı mənzillə bağlı maraqlandıqda məlum olmuşdur ki, Ağamoğlan bir mənzili 2 nəfər satmışdır, hansı ki, Sevincə satdığı mənzil ondan əvvəl təxminən 2015-2016- cı il tarixdə başqa alıcıya satılmışdır. Ağamoğlan "xxxx" MTK-nın sədri olduğu dövrdə Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə mənzil satmaqla maliyyə arayışı və müqavilə vermişdir. Belə ki, həmin ərəfədə Ağamoğlan MTK-nın sədri olduğundan imza və möhür səlahiyyəti özündə olmuş, müqaviləni özü imzalayıb möhürləmiş, sadəcə olaraq 1 mənzili 2 nəfərə satmışdır, yəni ikinci dəfə eyni mənzillə bağlı Sevincə müqavilə və maliyyə arayışı vermişdir. Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2019-cu il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləni və arayışı nəzərdən keçirib bildirmişdir ki, mənzilin göstəriciləri və qiyməti barədə məlumatlar qələmlə yazılmış, hansı ki, MTK tərəfindən verilən müqavilə və arayış kompüter vasitəsilə yazılaraq çap olunur, yalnız imza qələmlə icra edilir. Həmçinin, 3-cü giriş 13-cü mərtəbədə mənzil sayı 97-dən başlayır, 86,6 kvm sahəsi olan mənzil yoxdur, həmin mərtəbədə qeyd edilən sahəyə uyğun 2 otaqlı 86 kv metr sahəli mənzil vardır, həmin mənzilin də sahibi başqasıdır. Ümumiyyətlə kompleksin 3-cü girişində bütün mənzillər satılmışdır və Zərərçəkmiş şəxs adına MTK-da heç bir mənzil qeydiyyata alınmamışdır. Bildiyi qədəri ilə Ağamoğlan Sevincdən 11250 manat pul almış, sonradan narazılıq yarandıqda bu günədək cəmi 5000 manat pul qaytarmış, qalan 6250 manat pulu hələ də qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ilin oktyabr ayından Xırdalan şəhəri H.Əliyev prospekti 1 saylı ünvanda yerləşən “ünvan 8ühasib işləyir. İşi müştərilərə daxili kredit yolu ilə mənzil satışı qaydasını və digər alış-satış qaydalarını izah etmək, alıcı razı olduqda müqavilə və maliyyə arayışını printerdə çap edib MTKnın sədrinə təqdim etməkdən ibarətdir. MTK-nın sədri Təqsirləndirilən şəxs olduğu vaxt Ağamoğlanın MTK-nın sədri kimi gördüyü işlərdən xəbəri ola bilməzdi, çünki sədrə tabe olan şəxsdir. MTK tərəfindən mənzil satılarkən həmin mənzil barədə sədrlə alıcı arasında müqavilə bağlanır, MTK-nın kitabında qeydə alınır, müqavilənin bir nüsxəsi alıcıda qalmaqla bir nüsxəsi də MTK-da saxlanılır. Ağamoğlan sədr olduğu müddətdə Zərərçəkmiş şəxs mənzil satarkən bu barədə heç bir qeydiyyat aparmamışdır. Buna görə də Ağamoğlan sədrlikdən çıxarıldıqdan sonra Sevinc adlı şəxs aldığı mənzillə bağlı maraqlandıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvan 9 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus həmin ünvanda yerləşən kompleksdə nömrə və sahəsi uyğun gəlməyən mənzili satmışdır. Həmçinin, "xxxx" MTK-nın kitabında da xx.xx.2019-cu il tarixə uyğun, ondan əvvələ və ya sonraya Zərərçəkmiş şəxs hər hansı mənzil satılması faktı qeyd edilməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs və ya onun yaxınlarından ona mənzil satılması ilə bağlı MTK-nın büdcəsinə pul daxil edilməmiş, bununla bağlı onun və ya başqa şəxslər tərəfindən hər hansı rəsmi maliyyə arayışı verilməmişdir. Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin iyul ayında sədrlikdən azad edilmiş, həmin ərəfədə Ağamoğlan MTKnın sədri olduğundan imza və möhür səlahiyyəti özündə olmuş, müqaviləni özü imzalayıb möhürləmiş, sadəcə olaraq, 1 mənzili, yəni nömrəsi üst-üstə düşən, lakin başqa mərtəbələrdə yerləşən, həmçinin mərtəbəsi üst-üstə düşən lakin sahələri fərqli olan mənzilləri 2 nəfərə satmışdır. "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs alıcı Zərərçəkmiş şəxs binanın 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 76 saylı, 2 otaqlı, 86,6 kv. metr sahəsi olan mənzili 42000 manata satılması barədə xx.xx.2019-cu il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə və 42000 manat məbləğin Zərərçəkmiş şəxs tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı barədə onu göstərə bilər ki, mənzilin göstəriciləri və qiyməti barədə məlumatlar müqavilə və arayışda qələmlə yazılmış, hansı ki, MTK tərəfindən verilən müqavilə və arayış kompyuter vasitəsilə yazılaraq çap olunur, yalnız imza qələmlə icra edilir. Çox güman ki, arayış və müqaviləni Ağamoğlan haradasa başqa yerdə kompyuterdə yığdırmış, Sevincə satdığı mənzillə bağlı həqiqətə uyğun olmayan göstəriciləri, yəni mənzilin binanın 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 76 saylı, 2 otaqlı, 86,6 kvm sahəsi olması ilə bağlı halları rəqəmləri yazmaqla vermişdir. Həmin vaxt sədr olduğundan və möhür onda olduğundan möhürləyib imzalamışdır. ünvan 11 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus həmin ünvanda yerləşən binanın 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 76 saylı, 2 otaqlı, 86,6 kv. metr sahəsi olan mənzil yoxdur. Belə ki, 13-cü mərtəbədə mənzillər 97 nömrədən başlamaqla 104-də bitir. Əslində binanın 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 2 otaqlı, 86,6 kvm sahəsi olan mənzilin nömrəsi 97 olmaqla həmin mənzil xx.xx.2014-cü il tarixdə X1, hazırda da həmin şəxs 97 nömrəli mənzildə yaşayır. Binanın 3-cü girişində olan 76 nömrəli mənzil isə həqiqətdə xx.xx.2017-ci il tarixdə X2 11-ci mərtəbən aşağıda, yəni 10-cu mərtəbədə yerləşməklə 61 kvm sahəsi vardır. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs hüquqi əhəmiyyəti olmayan müqavilə və maliyyə arayışında Abşeron rayonu H.Əliyev prospekti 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 5 girişli 5 yaşayış binasından ibarət olan kompleksdə nömrə və sahəsi uyğun gəlməyən mənzili Zərərçəkmiş şəxs satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Təxminən 2018-ci ilin sonlarında Zərərçəkmiş şəxs Binə qəsəbəsində yerləşən torpaq sahəsini satıb, yeni tikilən binalarda münasib qiymətə mənzil axtarması barədə ona bildirmişdir. Bir neçə müddət sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanda yerləşən "xxxx" MTK tərəfindən tikilən hündürmərtəbəli binalarda münasib qiymətə evlər satıldığını öyrənmişdir. Həmin MTK-nın sədri Təqsirləndirilən şəxs tanıdığından ona demişdir ki, onun bir tanışı var, özü üçün münasib qiymətə binada mənzil axtarır. Ağamoğlan ona bildirmişdir ki,onun rəhbərlik etdiyi MTK-da belə bir mənzil var, cəmi 42.000 manat dəyərindədir, onu Sevinc xanıma sata bilər. Bu barədə Zərərçəkmiş şəxs demişdir. Mənzilin qiyməti Zərərçəkmiş şəxs razı saldığı üçün həmin MTK-da mənzili almağa razı olmuşdur. Təxminən 2019cu ilin yanvar ayının əvvəlində o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsində görüşmüşlər, onun idarə etdiyi avtomobildə əyləşmişlər, Zərərçəkmiş şəxs mənzilin şərtləri, yəni sahəsi, mərtəbəsi, qiyməti və sair xüsusatları barədə Ağamoğlanla söhbət etmiş, onu bu xüsusatlar qane etdiyi üçün həmin mənzili almaq qərarına gəlmişdir. Ona görə Sevinc Hüsenovanın xahişinə əsasən onun verdiyi 10.000 manat pulu öz maşınında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb saymış və cibinə qoymuşdur. Bir neçə gün sonra yenə də Qələbə dairəsində görüşmüşlər, Ağamoğlan ona maliyyə arayışı vermiş və mənzil haqqında müqaviləni doldurmuş, imzalamış və Zərərçəkmiş şəxs da müqaviləni imzalamışdır. Ağamoğlan sonra özündə olan möhürlə müqaviləni və maliyyə arayışını möhürləmişdir. Müqavilədə Zərərçəkmiş şəxs tərəfindən 2 otaqlı 76 kv. metr sahəli mənzilin alınması və bu mənzilə görə 42.000 manat pul ödənilməli olduğu qeyd edilmişdir. Maliyyə arayışında isə yazılmışdır ki, Zərərçəkmiş şəxs 42.000 manat pulu MTK-a tam ödəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs mənzili alırsa, pulu tam ödəyəcək, buna əmindir, ona görə də yazıb, lakin bu məbləği ödəməlidir. Zərərçəkmiş şəxs bununla razı olmuş və bildirmişdir ki, pulu tam ödəyəcəkdir. Bundan təxminən 2 ay sonra Zərərçəkmiş şəxs ona 1000 manat və sonra 250 manat da pul vermiş və həmin pulları həmin yerdə yəni Yasamal rayonu, Qələbə dairəsində Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs mənzilin MTK tərəfindən satılması ilə əlaqədar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 11250 (on bir min iki yüz əlli manat) pul vermişdir. Bir neçə müddət sonra tikintinin hələ davam etdiyi bir vaxtda, mənzilin tam hazır olmadığı zaman mənzilin işıq sayğacına görə Ağamoğlan müəllimin Sevinc xanımın ona verdiyi 250 manat pul almasına görə şübhələnmişdir. Maraqlananda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs MTK sədrliyindən çıxarıblar. Artıq Sevinc xanım da bu barədə məlumatlı idi, daha sonra bilmişlər ki, Ağamoğlan müəllimin satmaq adı ilə müqavilədə yazılmış mənzil ümumiyyətlə mövcud eyildir. Ona görə də Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. Şikayət edildikdən sonra Təqsirləndirilən şəxs tərəfinlən hal-hazır ki, vaxta qədər onun vasitəsilə Zərərçəkmiş şəxs 6000 manat pul ödəmiş, qalan 5250 manat pulu isə ödəməmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 11.250 manat pulunu, Təqsirləndirilən şəxs 2019cu ilin yanvar-may ayları ərzində müxtəlif vaxtlarda, dəqiq tarixi yadında qalmayan müddətlərdə Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında vermişdir. Maliyyə arayışında mənzilin ödənilmiş dəyərinin 42.000 manat olması göstərilsə də, Sevinc xanım tərəfindən Təqsirləndirilən şəxs faktiki olaraq 11.250 manat pul ödənilmişdir, Sevinc xanım qalıq qalan pulu da ödəməyə hazır olmuş, lakin Təqsirləndirilən şəxs MTK sədrliyindən çıxarıldığını,onlardan əlavə başqa şəxsləri də aldadaraq mənzil satmaq adı ilə pullarını ələ keçirdiyini, ən əsası isə müqavilədə göstərilən mənzilin ümumiyyətlə mövcud olmadığını biləndən sonra mənzilin qalıq qalan pulu ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 4/956-5/717 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 17-18-ci vərəqlərində "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında olan xx.xx.2019-cu il tarixli «Kooperativ binanın mənzil tikintisi haqqında» müqavilənin kserosurətinin aşağı sol küncündə "xxxx" MTK sədr qrafasında və eyni tarixli maliyyə arayışının kserosurətində "xxxx" MTK-nın sədri A.D.Dadaşov qrafsasında əks olunmuş imzalar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2019cu il tarixli müavilə və eyni tarixli maliyyə arayışın reproqrafik surətlərinin üzərilərində olan «Azərbaycan Respublikası Abşeron rayonu «Mənzil Tikinti Koopetarivi Abşeron-A1» məzmunlu möhür əksinin surətləri təqdim edilmiş sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid və zərərçəkmiş şəxslərinin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Ağayev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)- 34/2021 saylı hökmü ilə Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 10 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyinə görə Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin epizod üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Ağayev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkum xx.xx.2022-ci il tarixdə şöbədə qediyyata alınmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasının 01 il 04 ay 05 gününü çəkmiş, 01 il 05 ay 29 günü isə çəkilməmiş olaraq qalmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2021-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə tutularaq Yasamal MSİ-yə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir və MSİ-dən azad edilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır.. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, ona 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunan cəza ilə CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə, ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icrası ilə əlaqədar cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan (xx.xx.2022-ci il tarixdən) hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 250 manat (iki yüz əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-172/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-172/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver