Məhkəmə qərarları › İş №1(004)-173/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-173/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-173/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X18 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş - X19 və onun nümayəndəsi-vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Hökumalı oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X20 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X6 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X36 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X36 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək X6 və X20 barəsində Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X36 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "Təzadlar" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında "Nərimanov Prokuroru "xxxx" MTK-nın 90 min dollarlıq dələduzluğunu himayə edirsə" başlığı ilə "zərərçəkmiş, Qarabağ Müharibəsi qazisi X11: "xxxx" MTK-nın rəhbəri X33 nə 90 min dollar pul ödədiyim mənzilimi verir, nə pulumu qaytarır, bu azmış kimi, məni cangüdəni ilə iki dəfə döyüb ağır bədən xəsarət yetirib...». Bakı şəhər sakini X6 «Təzadlar»a etdiyi müraciətinin kömək gözlədiyi ünvan Azərbaycan Respublikasının Prezidentidir. Zərərçəkmişin cənab Prezidentə ünvanlı şikayətini oxuduqca ciddi düşünməyə və həm də təəssüflənməyə bilmirsən. Axı niyə Nərimanov rayon prokuroru X8 imzaladığı Prokurorluq haqqında Qanunda nəzərdə tutulmuş vəzifəsini qanuni səviyyədə icra etmir ki, şikayətçi də Azərbaycanın Qarabağ kimi yüzillik problemini həll etməkdə olan, dünyanın ermənipərəst dövlətləri ilə mübarizə aparan Prezidentdən kömək istəsin?! Hansı ki, prokuror fəaliyyət göstərdiyi rayonda polisin istintaq icraatına nəzarət etməlidir. İndi belə çıxır ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun özünün fəaliyyətinə nəzarət edilməlidir! Elə şikayət də bu barədədir..." Daha sonra "Təzadlar" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında yenidən "Bəs "xxxx" MTK işi üzrə istintaqa nəzarət edən Nərimanov rayon Prokurorluğu niyə həmin müstəntiqi cəzalandırmayıb?" başlığı qoyulmaqla "Axı necə olur ki, dələduzluğun qurbanı olan zərərçəkmiş həm də dələduzluqda şübhəli bilinənlər tərəfindən döyülüb ciddi bədən xəsarətləri alır? Bu barədə zərərçəkmişin «Təzadların rəsmi saytının 06 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmış şikayətində ətraflı bəhs edilmişdir. Bundan başqa “"xxxx" MTK-nın sirri: Müsadirə edilmiş əmlaklar niyə satılıb zərərçəkmişlərə ödənilmir?” başlığı qoyulmaqla aşağıdakı yazılar qeyd olunmuşdur: "120-dən çox zərərçəkmişi zəlil günə qoymuş X25 Şakir oğlu Hüseynovun yeni missiyalı "xxxx"MTK-sı var. Görün oğul nə kimi fəaliyyətdədir." ifadələrindən istifadə olunmaqla aşağıdakı məlumatlar dərc olunmuşdur: "2017-ci ildə "xxxx" MTK-nın rəhbəri X29 guya 90 min dollar ödəyərək Nərimanov rayonu ərazisindən 165 kv.m sahəli mənzili almışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin mənzil başqa vətəndaşa-X1. Bunu bildikdən sonra "Şakir MTK-nın rəhbəri X16 ya mənzili, ya da pulunu qaytarmasını tələb etmişdir. Şikayətçidən canını qurtarmaq üçün Tural Hüseynov xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində N.Niftəliyevi Nərimanov rayonu ərazisindəki "Dostlar" kafesinə dəvət etmiş, şikayətçini ağır ifadələrlə söyüb dizindən güclü zərbə endirmişdir. Ardınca da özünü "qanuni oğru" kimi təqdim edən dostu "İzi" təxəllüslü X9 N.Niftəliyevi boğur, sol çənəsinə güclu zərbələr endirərək qarnına dizi ilə və təpiklə vurur. Şikayətçinin 6 dişi sınır, qarnı deşilir və s. X12 "Təzadlar" qəzeti ilə yanaşı "azeronline.tv"-nin “İnstagram” sosial şəbəkəsində olan rəsmi səhifəsində video müsahibə verərək: Şakir Hüseynov barəsində danışaraq, qeyd edir ki, "Tural Hüseynov onun, yəni atasının davamçısı olaraq dələduzluğunu davam etdirir. Tək mənə qarşı yox, bir çox insanlara qarşı, o cümlədən də təzadlar qəzetində göstərilən şəxslər.. bu işlər Tural Hüseynovun qurmalarıdır və onun vəkil kimi fəaliyyət göstərən qayınatası təşkilatçılıq edir, bunlar isə bizə qarşı təzyiqini davam etdirir. Tural Hüseynov 2017-ci ildə X21 məxsus mənzili mənə satıb 90.000 dollar pulumu alıb” məzmununda barəsində həqiqətə uyğun olmayan müsahibə verərək heç bir sübut olmadan onu dələduz adlandırmaqla təhqir etmişdir. Belə ki, X12 barəsində də yaydığı həqiqətə uyğun olmayan məlumatlar ilə AR CM-nin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq əməli törətməsini qeyd edərək onu xüsusilə ağır cinayətdə ittiham etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X12 AR CM-nin 147.2 və 148- ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu səbəbdən sözügedən maddələrlə məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda X12 "Təzadlar" qəzeti redaksiyası onun baş redaktoru X37 ilə əlbir olaraq məqsədli şəkildə şərəf və ləyaqətini ləkələyən məlumatlar, barəsində cəmiyyətdə mənfi fikir yaratmaq üçün müxtəlif şəxslərin adından böhtan yazılar və ünvanına təhqirli ifadələr əks etdirən yazılar dərc etmişlər. "Təzadlar" qəzetinin redaksiyasının baş redaktoru X5 Niftəliyevlə məqsədli şəkildə əlbir hərəkət edərək öz redaktoru olduğu qəzeti vasitəsi ilə onu təhqir edərək, redaksiyanın rəhbəri kimi ona verilmiş hüquqlarından sui-istifadə etməklə barəsində həqiqətə uyğun olmayan böhtan məlumatları dərc etmiş və bu hərəkətləri ilə AR CM-nin 147.2 və 148–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X20 AR CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair səbəb və əsaslar aşağıdakılardan ibarətdir. "Təzadlar" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında "xxxx" MTK-nın tələyə saldığı iş adamı 7 saylı həbsxanadan "Təzadlar"a şok açıqlama verdi" başlığı qoyulmaqla Telman Səlimov: "xxxx" MTK sədrinin həbsxanada dünyasını dəyişən atası X30 və onun oğlu Tural Hüseynov, sonuncunun əmisi Vidadi Hüseynov... mənə tələ qurub həbsimə nail olublar...». «Təzadlara bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTK-lardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir. Söhbət Bakıda və Sumqayıtda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs X30 və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını sünii surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özunə "xxxx" MTK yaradan oğul X26 məhkəmələrdən keçən fəaliyyəti barədədir. Qısa olaraq deyək ki, uşaqlarının boğazından kasih özünə mənzil alıb rahat yaşamaq istayan 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür. Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasım dəyişənlər də var. Bəs niyə müsadirə edilmiş əmlaklar satılıb zərərçəlmişlərə ödənilmir? Kim buna mane olmur? başlığı qoyulmaqla "120-dən çox şikayətçizərərçəkmişin ah-naləsini aradan qaldırmaq və atasının dövlət büdcəsinə olan 50 milyon manatdan çox vergi borcunun, eləcə də zərərçəkmişlərə olan 3.6 milyon manatlıq mənzil fırıldağı borcunun dərdinini çəkmək əvəzinə, "Şakir MTK-nın sədri Tural Hüseynov əməkdaşımız E.Məmmədlini təhqir və təhdid edərək onu şantaj da etməkdən çəkinməyib." Beləliklə, gəlirik mətləbə "X3 (Hüseynovlar onun 26 min manat pulunu ələ keçirib), X32 (onun isə təxminən 7 milyon pulu çırpışdırılıb), X38 (50 min manata yaxın pulu mənimsənilib, X13 (100 min manatdan çox pulu mənimsənib), X39 (külli miqdarda pul vəsaiti etibardan sui- istifadənin qurbanı olub), X22 (onun da külli miqdarda pul vəsaiti mənimsənilib) zərərçəkmişlər bu gün redaksiyamızla əlaqə saxladılar. Onları redaksiyamıza dəvət etdik. Bəs hüquq mühafizə orqanları "xxxx" MTK-nın və bu şirkətin əvvəlki rəhbəri Şakir Hüseynovun qanunsuzluqlarına və 120-dən çox zərərçəkmişin ah-naləsinə niyə susur? başlığı qoyulmaqla Dövlətə 50 milyon manat, zərərçəkmişlərə 3.6 milyon manat borcu özü ilə o dünyaya aparan mərhumun tikdiyi binalar, şəxsi əmlakları yerində ola-ola necə ola bilər ki, üzərinə həbs qoyulsa da, oğlu Tural Hüseynovun hansısa yollarla Ədliyyə Nazirliyinə yol tapıb mərhum atası Şakir Hüseynovun adına "Şakir” MTK yaradıb bütün əmlakları idarə edir, amma nə prokurorluq, nə də polis orqanları zəlil günə qoyulmuş 120 zərərçəkmişin hayqırtısını eşitmir, amma Tural Hüseynovun "xahişlərini eşidir və hətta ona itaət də edirlər” məzmununda şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar yayılmışdır. Barələrində xüsusi ittiham qaydasında şikayət verilən X12 və "Təzadlar" qəzetinin baş redaktoru X37 əlbir olaraq "Təzadlar" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında "Nərimanov Prokuroru "xxxx" MTK-nın 90 Min dollarlıq dələduzluğunu himayə edirsə" başlığı ilə; xx.xx.2023-cü il tarixli buraxılışında yenidən "Bas "xxxx" MTK işi üzrə istintaqa nəzarət edən Nərimanov rayon Prokurorluğu niyə həmin müstəntiqi cəzalandırmayıb" başlığı ilə; xx.xx.2023-cü il tarixli buraxılışında "xxxx" MTK-nın Tələyə saldığı iş adamı 7 saylı həbsxanadan "Təzadlar"a şok Açıqlama Verdi" Başlığı İlə; "xxxx" MTK-nın sirri: müsadirə edilmiş əmlaklar niyə satılıb zərərçəkmişlərə ödənilmir? başlığı ilə barəsində yayılmış məlumatlar onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən böhtan və təhqir olduğuna görə xüsusi ittiham qaydasında şikayəti əsaslı və tam qanunidir. "Təzadlar" qəzetinin redaksiyasının (baş redaktoru X37) va X2 informasiya vasitəsi ilə barəmdə işlətdiyi ifadələr təhqir və böhtandır. Belə ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən X12 adı ilə göstərilən ifadələr və "Təzadlar" qəzetinin baş redaktoru tərəfindən yayılmış yazılarda guya 90 min dollar ödəyərək Nərimanov rayonu ərazisindən 165 kv.m sahəli mənzili ondan alması barədə qeyd olunanlar həqiqətə uyğun deyil. Bu barədə X12 ilə aralarında hər hər hansı mövzu, razılaşma və ya müqavilə olmamış və ümumiyyətlə bu məsələ ilə bağlı hər hansı məhkəmə mübahisəsi mövcud deyil. Bu cür yalan məlumatları yaymaq məqsədi onu şantaj etməkdir. Həmçinin "Təzadlar" qəzeti tərəfindən "Axı necə olur ki, dələduzluğun qurbanı olan zərərçəkmiş həm də dələduzluqda şübhəli bilinənlər tərəfindən döyülüb ciddi bədən xəsarətləri alır yazdığı başlıq, "Nərimanov prokuroru "xxxx" MTK-nın 90 Min dollarlıq dələduzluğunu himayə edirsə" başlıqda onu dələduz adlandırmaqla, onu təhqir etmişdir. N.Niftəliyevin verdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında "Təzadlar" qəzetinin baş redaktoru tərəfindən yayılmış məlumatlara guya onun tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində N.Niftəliyevi Nərimanov rayonu ərazisindəki "Dostlar" kafesində döyülməsi barədə yazılar onun barəsində növbəti böhtandır. Belə ki, Nərimanov RPİ İŞ-nin 29 dekabr 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın nəticə hissəsindən göründüyü kimi iş üzrə X19 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinə xitam verilmişdir. Bundan başqa "Təzadlar" qəzetində "Telman Səlimov: "xxxx" MTK sədrinin həbsxanada düynasını dəyişən atası X30 və onun oğlu Tural Hüseynov və sonuncunun əmisi Vidadi Hüseynov mənə tələ qurub həbsimə nail olublar" məzmununda həqiqətə uyğun olmayan yazılardan istifadə olunmuşdur. Buna baxmayaraq 7 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, № 3- 16-17/22/2- 3994/2023 saylı məktubunda məhkum X14 "Təzadlar" qəzetinin redaksiyasına hər hansı ərizə və ya yazı göndərmədiyi bildirilmişdir. Bundan başqa bir-birilə əlaqəsi olmayan şəxlərin N.Niftəliyevin "Təzadlar" qəzetinə onun barəsində həqiqətə uyğun olmayan məlumatları verməsi və Telman Səlimovun təsisçisi olduğu "xxxx" MTK barəsində eyni vaxta açıqlama verməsi sual doğurur və bu da öz növbəsində sözügedən məlumatların onu və təsisçisi olduğu "xxxx" MTK-nın işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyan böhtan olduğunu təsdiq edir. Eyni zamanda "Təzadlar" qəzetinin baş redaktoru X20 heç bir sübut olmadan guya onun tərəfindən redaksiyanın əməkdaşı Elçin Məmmədlinin təhqir və təhdid edilməsi barədə böhtan xarakterli yazının dərc edilməsi bir daha sübut edir ki, "Təzadlar" qəzetinin baş redaktoru cəmiyyətdə onun barəsində mənfi fikir yaratmaqda maraqlı olmuş, bu səbəbdən əsassız və həqiqətə uyğun olmaya böhtan xarakterli ifadələr yazmaqla həm onu təhqir etmiş, həm də nüfuzuna xələl gətirən məlumat dərc etmişdir. Həmçinin X3nun Hüseynovlar tərəfindən 26 min manat pulunu ələ keçirilməsi, X15 isə təxminən 7 milyon pulu çırpışdırılıb, X23 50 min manata yaxın pulunun mənimsənilməsi, X7 100 min manatdan çox pulunun mənimsənilməsi, X4 miqdarda pul vəsaiti etibardan sui-istifadənin qurbanı olması, X10 onun da külli miqdarda pul vəsaiti mənimsənilməsi və həmçinin də oğlu Tural Hüseynovun hansısa yollarla Ədliyyə Nazirliyinə yol tapıb mərhum atası Şakir Hüseynovun adına "xxxx"MTK yaradıb bütün əmlakları idarə edir, amma nə prokurorluq, nə də polis orqanları zəlil günə qoyulmuş 120 zərərçəkmişin hayqırtısını eşitmir, amma Tural Hüseynovun "xahişlərini" eşidir və hətta ona itaət də edirlər! barədə yalan məlumatlar yaymaqla həm onu, həm də onun tərəfindən təsis edilən "xxxx" MTK-nı dələduz kimi qələmə verməklə böhtan atmışdır. Hüseynovlar tərəfindən zərərçəkmişlərin aldadılararaq onların külli miqdarda pul vəsaitlərini mənimsəmələri barədə həqiqətə uyğun olmayan məlumatları sözügedən qəzetdə yayılması da ailəsi barəsində mənfi rəy yaratmaqla ailəsinin də şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, əlbir olaraq birlikdə hərəkət edən X12 və "Təzadlar" qəzetinin baş redaktoru X37 onu xüsusilə ağır cinayətdə ittiham etmişdir. Odur ki, xüsusi ittihamçı X36 göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini, X6 və X20 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək barələrində cəza tədbirinin görülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X36 izahatında ərizəsində göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, X28 münasibətdə gələcəkdə ittihamdan imtina etməyi düşünür. Verilmiş suala əsasən bildirdi ki, eyni məsələ ilə bağlı xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 1(004)-125/2024 saylı qərarına əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Hazırda qeyd olunan məhkəmə qərarında apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə Hökumalı oğlu X19 izahatında göstərilənləri təsdiq etmişdir. O, eyni mübahisə ilə bağlı hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında xüsusi ittiham qaydasında işin olmasını nəzərə alaraq hazırkı hazırlıq iclasının təxirə salınmasını məhkəmədn xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 müdafiəçisi Müdafiəçi1 şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X37 şikayət ərizəsinin qanuna zidd tərtib olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X20 müdafiəçisi Müdafiəçi2 çıxışında bildirdi ki, şikayət icraata qəbul edilə bilməz. Belə ki, eyni mübahisə ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi istisna edilir. Beləliklə, məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, eyni ittiham üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi istisna edilir və bu hal özüözlüyündə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin cinayət təqibini qeyri-mümkün edən hal aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-125/2024 saylı qərarına əsasən müəyyən edilir ki, X12 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X36 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırda qeyd olunan qərardan apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş X19 və onun vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Hökumalı oğlunun eyni mübahisə predmeti barəsində şikayətləri əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 125/2024 saylı qərarı ilə X36 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından narazı olan X36 həmin qərardan apellyasiya şikayəti vermişdir. İş halhazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 və X20 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X36 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət eyni fakta görə məhkəmənin icraatında iş olduğundan, həmçinin həmin işdən apellyasiya şikayəti verildiyindən və iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və X20 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, vəkil Müdafiəçi1 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6 və X20 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X36 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və X20 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar