Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-174/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1998-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş X15 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, X10 20 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şüşə qabın içərisində şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 21 yanvar 2021 -ci il tarixdə saat 00:15-də Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölyünün əməkdaşları tərəfindən Yasamal rayonu A.Şaiq küçəsi 178 saylı ünvanın qarşısında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı qeyd edilən psixotrop maddə olan metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X15 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təsadüf nəticəsində təxminən iki il əvvəl psixotrop maddə olan metamfetamini qəbul etməyə başlamış, bədənində olan küt ağrıları müvəqqəti olaraq sakitləşdirmək məqsədi ilə sonradan mütəmadi olaraq psixotrop maddə olan metamfetamin qəbul etmiş, adətən qəbul etdiyi psixotrop maddələri Bakı şəhərində müxtəlif yerlərdən, tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmiş, sonuncu dəfə isə o, 20 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı, lakin görsə xatırlaya biləcəyi bir nəfər kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şüşə qabın içərisinə yerləşdirilmiş psixotrop maddə olan metamfetamini 10 manata alaraq özündə saxlamış, müvafiq şərait yarandıqda həmin psixotrop maddəni istifadə etmək üçün içərisindəki qeyd etdiyi maddə ilə birlikdə həmin şüşə qabı əynində olan şalvarın sağ yan cibində saxlamış, həmin gün ərzində o, Bakı şəhərində müxtəlif ünvanlarda tək olaraq boş vaxtını keçirmiş, 21 yanvar 2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində tək olaraq ünvan 3 ünvanın qarşısında dayanan vaxt ona iki nəfər polis geyimində və serjant rütbəsində olan kişi cinsli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin PPXB-nin polis nəfəri kimi təqdim etmiş, həmçinin həmin şəxslər ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirərək özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİ-nin 27-ci PB-ya getməsini təklif etmişdirlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmiş, həmin bölməyə çatdıqda onun şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri «Mərkəz» Vəkil Bürosundan vəkil dəvət edilmiş, həmin vəkilin hüquqi yardımından imtina etməmiş, daha sonra ona üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və o, həmin çəkilişdən imtina etməmiş, şəxsi axtarış və götürmədə o özü, müdafiəçisi Müdafiəçi, həmçinin onu polis bölməsinə dəvət etmiş polis nəfərləri iştirak etmişdirlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmiş, əynindəki boz rəngli şalvarın sağ yan cibində olan şüşə qabın içərisinə yerləşdirilmiş şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin psixotorop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldaqda orada şəffaf rəngli, spesifik iyli, kristall şəkilli metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 20 yanvar 2021-ci il tarixdə, saat 17:00 radələrində Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və əynində olan şalvarın sağ yan cibinə qoyaraq gəzdirdiyini, 21 yanvar 2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində Yasamal rayonu A.Şaiq küçəsi 178 saylı ünvanın qarşısında dayanarkən polis əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə gətirildiyini bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş qeyd edilən maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol orada olan iştirakçılar, müdafiəçi və onun özü tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş bükümdəki maddə məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin bükümdəki təmiz çəkisi 0.234 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin PPX Bölüyünün polis nəfəri vəzifəsində polis baş serjantı xüsusi rütbəsi ilə xidmət edir. 21 yanvar 2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində dislokasiya üzrə xidmət yoldaşı, Yasamal RPİ-nin PPX Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə ünvan 4 ünvanın qarşısında, təxminən 20-22 yaşlı, kişi cinsli şəxsin tək dayandığını görmüşdürlər. Həmin şəxsin hərəkətlərindən onun narkomana oxşaması və özünü bu yönümdə şübhəli aparması diqqətlərini cəlb etmişdir. Buna görə də onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və sonuncuya özləri ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-ya getməsini təklif etmişlər. Həmin şəxs buna etiraz etməmiş və onlar birlikdə yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-ya getmişdirlər. Həmin PB-da onlara məlum olmuşdur ki, qeyd edilən şəxs xx xxxxxxx 1998-ci ildə İmişli şəhərində anadan olmuş X6r. Buna görə də, onlar tərəfindən PB-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin vaxt müvafiq araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Fuad Cənnətova həvalə edilmişdir. Təhqiqatçı F.Cənnətov tərəfindən Qasım Qasımovun hüquq və vəzifələri izah edilmiş, həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Həmçinin Q.Qasımova hüquqlarının müdafiə edilməsi üçün oraya Bakı şəhəri «Mərkəz» Vəkil Bürosundan vəkil Müdafiəçi dəvət edilmişdir. Sonra Q.Qasımovun şübhəli şəxs qismində tutulması ilə bağlı müvafiq rəsmiləşdirilmə aparılmışdır. X11 üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və o, həmin çəkilişdən imtina etməmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Qasım Qasımova üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər- hansı bir əşyanı, maddəni təqdim etməsi təklif edilmişdir. Bu zaman Qasım Qasımov əynindəki boz rəngli şalvarın sağ yan cibində olan şüşə qabın içərisinə yerləşdirilmiş şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin psixotorop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldaqda orada şəffaf rəngli spesifik iyli, kristall şəkilli metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Qasım Qasımov həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 20 yanvar 2021-ci il tarixdə, saat 17:00 radələrində Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və əynində olan şalvarın sağ yan cibinə qoyaraq gəzdirdiyini, 21 yanvar 2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində Yasamal rayonu A.Şaiq küçəsi 178 saylı ünvanın qarşısında dayanarkən polis əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə gətirildiyini bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Qasım Qasımovun üzərindən götürülmüş qeyd edilən maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş, bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol imzalanmışdır. X13 üzərindən aşkar edilmiş bükümdəki maddə məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin bükümdəki təmiz çəkisi 0.234 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPX Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş, Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri polis baş serjantı Şahid1 və polis serjantı Şahid2, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu və şübhəli şəxs X15 oğlu tərəfindən imzalanmış 21 yanvar 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 01:40-da Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında X4 üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şüşə qab çıxararaq, həmin qabın içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Protokola əsasən həmin şüşə qabın içərisində şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində spesifik iyli, ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir (cild 1, i/v 25-26) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 21.01.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə - kimyəvi ekspertizasınını 21 yanvar 2021 - ci il tarixli 6/267 saylı rəyi ilə təsdiq olunur ki, təhqiqata təqdim edilmiş, üzərində “X4 üzərindən aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.234 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i/v 31-36). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 254 saylı rəyi ilə təsdiq olunur ki, X5 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 75-76). İş materiallarında olan 12 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Q.Qasımovun barəsində aparılmış şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə videogörüntüləri əks etdirən bir ədəd «Verbatim CD- R 700 mb» adlı disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. X4 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.184 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin yekun hökmünədək saxlnaması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 80-85). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, X4 məhkumluğu barədə məlumat yoxdur (cild 1, i/v 79). İş materiallarına əlavə olunmuş 21 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X15 oğlu 21 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 15-17) İş materiallarına əlavə olunmuş 22 yanvar 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X15 oğlunun barəsində 22 yanvar 2021-ci il tarixdən “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 62-63). İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən 10.02.2021-ci il tarixdə çıxarılmış arayışdan görünür ki, X15 oğlu ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X15 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, əvəllər məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən X15 oğlunun 21 yanvar 2021-ci il tarixdən 22 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, X15 oğlu yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, X15 oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət X15 oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, X15 oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, X15 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 81.82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan X4 üstündən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 0.184 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs X15 oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-174/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X15 oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 20 iş saatı həcmində hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat, məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X15 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X15 oğlunun 21.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X10 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X15 oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X15 oğlunun haqqında seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 oğlundan 81.82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.184 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Verbatim CD-R 700 mb adlı disk iş materiallarında saxlanılsın. X7 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-174/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-174/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver