Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-174/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkuluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib, üzərində saxlamış, 19.12.2021-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektindən Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasına gəlməklə daşımış və həmin vaxt tibbi maskadan istifadə etmədiyi üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq şəxsiyyəti müəyyən edilən zaman Yasamal RPİ-si tərəfindən borcli fiziki şəxs və cavabdeh kimi axtarışda olduğu müəyyən edilmiş, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, 19.12.2021-ci il tarixdə saat 16:30-da ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə ümumi çəkisi 1,528 qram narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda ona təyin edimiş cəzanı çəkməmişdir. 19 dekabr 2021-ci il tarixdə saat 02 radələrində 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 14:40 radələrində o, Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasına daxil olmuşdur. O, stansiyaya daxil olan zaman tibbi maskadan istifadə etmədiyi üçün orada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq ondan özünü təqdim etməyini tələb etmiş və o öz ad soyad və ata adını demişdir. Bundan sonra polis əməkdaşı ona "xxxx" QSC-nin qapalı məkan olduğunu və tibbi maskadan istifadə etməyin məcburi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı onun şəxsiyyətini müəyyən etməkdən ötrü portal sisteminə baxıb onun fiziki borclu kimi axtarışda olduğunu bilmiş və onu aidiyyəti üzrə təhvil verməkdən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Polis şöbəsində olan zaman o, narkotik vasitələrin istifadəçisi olduğunu və üzərində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra ona təqdim olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə ona üzərində olan daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuş və o əynində olan göy rəngli cins şalvarın sağ cibindən ağ rəngli salfet kağızını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin salfet kazğızı açılan zaman içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm olmuşdur. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşmuşdur. O, həmin bükümün içərisində şəxsi istifadəsi üçün 19.12.2021-ci il tarixdə 20 manata aldığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış o və müdafiəçisi həmin zərfi imzalamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Bakı Metropolitenində Polis X17 Xidmətində polis nəfəri vəzifəsində xidmət edir. 19.12.2021-ci il tarixdə saat 14:50 radələrində Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasında xidmətdə olan zaman bir nəfər şəxsin stansiyanın platformasına tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsə Bakı Metropolitenin QSC-nin qapalı məkan olduğunu bildirərək tibbi maskadan istifadə və ara məsafəsinin saxlanılmasının məcburi olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil edib şəxsiyyətini dəqiqləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-si tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs aidyyəti üzrə Yasamal RPİ-nə təhvil verməkdən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Bakı X1 zaman Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli salfet kağızı kəsiyi bükümünü təqdim etmişdir. Həmin büküm içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü masanın üzərinə qoyaraq sellofan kəsiyi bükümünün içərisində “kakos” yəni narkotik maddə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini 19.12.2021-ci il tarixdə “WhatsApp” ani mesajlaşma vasitəsi ilə İran İslam Respublikasının vətəndaşından onlayn aldığını bildirmişdir. Sonra həmin narkotik vasitə zərfə qoyulayaraq qablaşdırılmış Təqsirləndirilən şəxs və müdafiəçisi həmin zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş X9 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 72-74-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o 2010-ci ildən DİO-da və həmin tarixdən Bakı Metropolitenində Polis Şöbəsində xidmət edir. 19.12.2021ci il tarixdə saat 14:50 radələrində Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 40-45 yaşlarında olan bir nəfər şəxsin stansiyanın platformasına tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Daha sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs onu saxlamağının səbəbini soruşmuşdur. O, həmin şəxsə Bakı Metropolitenin QSC-nin qapalı məkan olduğunu bildirərək tibbi maskadan istifadə və ara məsafəsinin saxlanılmasının məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxsə tibbi maskadan düzgün istifadə qaydasını izah edərək tibbi maskanın ağız boşluğunu və burunu tam örtməli olduğunu demişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil edib şəxsiyyətini dəqiqləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-si tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs aidyyəti üzrə Yasamal RPİ-nə təhvil verməkdən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Bakı X1 zaman Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X5 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X5 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli solfet kağızı kəsiyini bükümünü təqdim etmişdir. Həmin büküm içərisində şəffaf rəngli rəngli sellofan kəsiyinə bükülmüş bükülünü masanın üzərinə qoyaraq sellofan kəsiyi bükümünün içərsində “kakos”, yəni narkotik maddə olan heroin olduğunu bildirmişdir. Həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 19.12.2021-ci il tarixdə “WhatsApp” ani mesajlaşma vasitəsi ilə İran İslam Respublikasının vətəndaşından onlayn aldığını bildirmişdir. Sonra həmin narkotik vasitə zərfə qoyulayaraq qablaşdırılmış Təqsirləndirilən şəxs və müdafiəçisi həmin zərfi imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasının xidməti otağında dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən o könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli salfet kağızının içərisində şəffaf rəngli sellofan kəsiyi bükümünə bükülümüş bükümü masının üzərinə qoyaraq həmin bükümün içərsində “kakos”, yəni narkotik vasitə heroin olduğunu və həmin heroinin ona məxsus olmasını, həmin narkotik vasitəni 19.12.2021-ci il tarixdə 20 manata tanımadığı şəxsdən onlayn aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin olan büküm zərfə qoyularaq qablaşdırılmış, 37 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 21-22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 20 dekabr 2021-ci il tarixli 6/5552 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №37” möhürü əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və.s yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,528 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq ediımiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 29-33) “Video görüntüyə baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli salfet kağızını çıxararaq təqdim etdi. Həmin salfet kağızının içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünün içərisində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 19.12.2021-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə 20 manata əldə etdiyini bildirmişdir. (i.v. 38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 nəticələrinə dair 07 mart 2022-ci il tarixli 1162 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Bəybala oğlunda OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiycı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1.528 narkotik vasitə heroin maddi sübut kimi tanınmalı tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin 1.478 qram qalığı Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirlən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirlən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi ekspertizasının 6/4190 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 96-102) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.528 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 18) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 4(004)-761/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19.12.2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 30.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11.12.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1 və 29.177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına mhkum edilmişdir. (i.v. 77-79) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(003)-499/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 80-84) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(003)-499/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-499/21 saylı 25.11.2021-ci il tarixli hökmü 17.12.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 18 aprel 2022-ci il tarixli 21-1/3-4930 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum Təqsirləndirilən şəxs barəsində olan 25.11.2021-ci il tarixli hökmü Bakı Probasiya İdarəsinə daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(003)-499/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan və AA3814045, AA1203883, AA1203884 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, 05.07.2006-cı il təvəllüdlü X6, 26.09.2009-cu il təvəllüdlü X7 və 26.04.2013-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıöın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən eyni növ cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.478 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsini məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(003)-499/2021 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 dekabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(003)-499/2021 saylı hökmü ilə təyin olunmuş və 05 may 2022-ci il tarixinə çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 19 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin Təhcizad şöbəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.478 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs ooğluna göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-174/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-174/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver