Məhkəmə qərarları › İş №1(004)-175/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-175/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-175/2022 27.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X6 Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi: Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili X7 Təqsirləndirilən şəxs: xx xxxxx 1987-ci ildə Balakən rayonu, Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdə "xxxx" MMC-nin (VÖEN **********) İnformasiya Texnologiyaları (İT) şöbəsinin rəisi vəzifəsindən azad olunduqdan sonra, may ayının 4-də MMC-nin kompyuter sisteminə daxil olan serverlərdə saxlanılan və yalnız həmin cəmiyyətin aidiyyəti işçilərinin tanış olmasına icazə verilməklə ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların dövri olaraq arxivləşdirildiyi serverə səlahiyyətli şəxsinin razılığı olmadan 5.197.243.128 İP ünvanından özünəməxsus “DELL Latitude 7300” markalı kompyuterə quraşdırılmış “VPN” (Virtual Private NetWork - X11) tətbiqindən istifadə etməklə daxil olduqdan sonra cəmiyyətin direktoru X1 elektron poçt ünvanındakı 1.8 giqabayt həcmində olan məlumatları buna hüququ olmadığı halda qəsdən ələ keçirmiş, may ayının 8-də isə “Yandex disk” kompyuter tətbiqi vasitəsilə istifadəsində olan kompyuterin yaddaşına yükləmişdir. Bundan başqa, o, 31 may 2021-ci il tarixdə istifadəsində olan “Dell” markalı kompyuterə quraşdırılmış “VPN” tətbiqindən istifadə etməklə qəsdən "xxxx" MMC-nin kompyuter sisteminə daxil olan serverlərinə həmin cəmiyyətin səlahiyyətli şəxsinin razılığı olmadan 5.197.243.128 İP ünvanından istifadə etməklə daxil olduqdan sonra “socaraqs.com” rəsmi internet səhifəsinin fəaliyyətini buna hüququ olmadığı halda müvafiq serverlər vasitəsilə “service apache2 stop” komandası ilə bloklamaqla həmin kompyuter sisteminin işləməsinə qəsdən ciddi maneə törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-2016-cı illərdə "xxxx" MMC-də İT mütəxəssisi və şöbə müdiri, "xxxx" ASC- də təhlükəsizlik üzrə mütəxəssis, 2016-cı ilin aprel ayının 1-dən 2021-ci ilin aprel ayının 05-dək "xxxx" MMC-də İT şöbəsinin müdiri vəzifəsində işləmişdir. İT sahəsinə marağı olduğu üçün serverlərin texniki qulluğu, sistemlərin, DATA və Təhlükəsizlik mərkəzlərin qurulması üzrə müxtəlif kurslarda iştirak etmişdir. 2016-cı ilin aprel ayının 1-dən 2021-ci ilin aprel ayının 05-dək "xxxx" MMC-də İnformasiya Texnologiyaları (İT) şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə vəzifələri həmin şirkətin bütün İT ilə bağlı sistemlərinin, yəni məlumat mərkəzinin, təhlükəsizlik sistemlərinin, şirkətin transmissiyasının, İT sahəsi üzrə prosedurların hazırlanmasından, serverlərin qurulmasından və bu kimi həmin sahəyə aid olan digər işlərin görülməsindən ibarət olmuşdur. 05 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə 5 il müddətinə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə o, işdən azad olunmuş, əmək müqaviləsinin müddəti səbəbsiz olaraq uzadılmadığı üçün məyus olduğundan işdən çıxarılma səbəbini öyrənmək məqsədilə MMC-nin serverlərinə icazəsiz daxil olaraq cəmiyyətin hazırkı rəisi Samir Mollayevə məxsus korporativ elektron poçt ünvanında olan məlumatları əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2021 -ci ilin may ayının 4-də istifadəsində olan “Dell Latitude 7300” markalı kompyuterdən istifadə edərək uzaqdan qoşulmaq üçün istifadə olunan “Forti Client VPN” və “Sophos VPN” adlı tətbiqlər vasitəsilə "xxxx"nin “backup”, yəni arxiv serverinə müvafiq icazə olmadan daxil olmuş və orada saxlanılan "xxxx"nin rəhbəri Samir Mollayevin elektron poçt ünvanındakı 1.8 gb həcmində olan məlumatları ələ keçirib “Yandex Disk” adlı tətbiqin yaddaşına yükləmiş, daha sonra isə həmin ilin may ayının 8-də ələ keçirdiyi məlumatları həmin tətbiq vasitəsilə istifadəsində olan “DELL Latitude 7300” markalı kompyuterin yaddaşına köçürmüş, işdən çıxarılma səbəbini bilmək üçün Samir Mollayevə məxsus elektron məktubları müvafiq qaydada açaraq oxumuş, lakin orada özü ilə bağlı heç bir məlumat olmadığından həmin məlumatları kompyuterinin yaddaşından silmişdir. Bundan əlavə o, 31 may 2021-ci il tarixdə yenidən buna icazəsi olmadığı halda gecə saat təxminən 00:11-00:49 radələrində "xxxx" MMC-nin serverlərinə istifadəsində olan “Dell Latitude 7300” markalı kompyuterə quraşdırılmış “VPN” tətbiqi vasitəsilə daxil olmuş və İT şöbəsinin əməkdaşlarının yenidən kömək üçün ona müraciət etmək məcburiyyətində qalmaqları üçün şirkətin “socar-aqs.com” domenli rəsmi saytının fəaliyyətini müvafiq servislər vasitəsi ilə “service apache2 stop” komandası ilə dayandırmış, həmin saytın fəaliyyətini tez bir zamanda bərpa etməyin mümkün olduğu halda orada işləyən mütəxəssislərin lazım olan biliklərinin kifayət etməməsi səbəbindən saytın bir müddət fəaliyyət göstərə bilməyəcəyindən əmin olmuşdur. Törətdiyi əməli səmimi etiraf etməsini, özünü tam təqsirli bilməsini, əməlindən peşman olmasını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını, həmçinin təqsirli bilindiyi maddələrin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiyaya düşdüyünü, buna görə də barəsində həmin Amnistiya aktının tətbiq edilərək, iş üzrə icraata xitam verilməsini məhkəməədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən hazıradək "xxxx" MMC-də İnformasiya- Kommuniksiya Texnologiyaları şöbəsinin müdir müavini və həmin şöbənin müdiri vəzifəsinin icraçısı işləyir. 2021-ci ilin aprel ayının 05-də həmin İT şöbənin müdiri Təqsirləndirilən şəxs müqavilə müddətinin bitdiyi üçün vəzifəsindən azad olunmuş, təhvil-təslim edərkən serverlərin və sistemlərin, “Forti gate” adlı “firewall”un, yəni kənar müdaxilənin qarşısının alınması üçün təhlükəsizlik sisteminin açarları (şifrələrini) qeyd edilən “excel” faylında olan məlumatları, eləcə də şəbəkə avadanlıqlarının ip-lərini ona vermişdir. “Forti gate” adlı “firewalFdan başqa sistemdə “Sophos” adlı “firewall” da mövcud olmuş, lakin Təqsirləndirilən şəxs həmin sistemin işləmədiyini səbəb gətirərək açarlarını ona verməmişdir. 28 may 2021-ci il tarixdə o, “Nobel Oil” holdinqinin İT mütəxəssisi Şahid2la birlikdə şirkətin ünvanına daxil olan təhdid xarakterli elektron məktubların gəlməsinin qarşısını almaq üçün tədbirlər görüdükləri zaman Təqsirləndirilən şəxs ona işləmədiyi kimi təqdim etdiyi “Sophos” adlı sistemin əslində işlək olduğunu, hətta “Fortigate” təhlükəsizlik sisteminin “Sophos” vasitəsilə işlədiyini, yəni hər ikisinin bir birinə bağlı olduğunu aşkar etmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs tərəfindən sistemə icazəsi olmadığı halda daxil olmasından şübhələri yaranmış və o, bu məsələnin araşdıırlması üçün “NEQSOL holdinq”inin Şahid3 adlı İT mütəxəssisi kömək üçün dəvət etmişdir. Bundan sonra onlar server açarlarını dəyişib sistemə daxil olaraq "xxxx" adlı istifadəçinin “vpn” hesabı ilə sistemə daxil olması izlərini (loq) aşkar etmişlər. 31 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində şirkətin ictimaətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abdullayevə ona zəng edərək "xxxx" MMC-nin “socar- aqs.com” domenli rəsmi internet səhifəsinin işləmədiyini bildirmiş, o isə evdən VPN vasitəsilə sistemə qoşularaq “backup”, yəni saytın arxivləşdirilmiş nüsxəsindən istifadə etməklə 40 dəqiqə ərzində saytın fəaliyyətini bərpa etmişdir. Növbəti gün o, digər mütəxəssislər ilə birlikdə şirkətin internet səhifəsinin fəaliyyət göstərməməsi barədə şirkət rəhbərliyinə məruzə etmiş, şirkət rəhbərliyi isə “NEQSOL Holdinq”dən əməkdaşlar dəvət edərək sistemin çökməsinin səbəblərini araşdırmaq tapşırmışdır. Sonradan mütəxəssislərin gəldiyi nəticə əsasında ona Təqsirləndirilən şəxs sistemə daxil olaraq “socar-aqs.com” domenli internet səhifənin fəaliyyətini müvafiq sistem komandası ilə dayandırdığı məlum olmuşdur. Buna sübut kimi mütəxəssislər tərəfindən sistemdə “loq” fayllar, yəni izlər aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən hazıradək “Nobel Oil” şirkətinin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) şöbəsində qrup rəhbəri vəzifəsində işləyir. 28 may 2021-ci il tarixdə o, “Nobel Oil” qrup şirkətlərindən olan "xxxx" MMC-nin baş direktoru Samir Mollayevin ünvanına gələn təhdid xarakterli elektron məktubların qarşısını almaq üçün "xxxx" MMCyə dəvət olunmuş, həmin MMC- nin İT mütəxəssisi Şahid1 və “NEQSOL Holdinq”in digər İT mütəxəssisi Şahid3la birlikdə təhlükəsizlik tədbirləri görən zaman şirkətin keçmiş İT şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən işləmədiyi kimi təqdim edilən “Sophos” adlı sistemin əslində işlək olduğu, hətta oranın “Fortigate” adlı təhlükəsizlik sisteminin belə “Sophos” sistemi vasitəsilə işlədiyi məlum olmuşdur. Bu səbəbdən də onlar server açarlarını dəyişərək sistemə daxil olmuşlar və sistemə baxış keçirən zaman "xxxx" adlı istifadəçinin “vpn” hesabı vasitəsilə sistemə daxil olma izlərini (loq) aşkar etmişlər. 31 may 2021-ci il tarixdə təxminən saat 21 radələrində "xxxx"nin İT mütəxəssisi Şahid1 ona zəng edərək həmin MMC-nin “socar-aqs.com” domenli rəsmi internet səhifəsinin işləmədiyini, 1 saat əvvəl bu barədə xəbər tutduğunu və yaşadığı evdən dərhal VPN tətbiqi ilə sistemə qoşularaq “backup”, yəni arxivləşdirilmiş nüsxəsi vasitəsilə saytın fəaliyyətini bərpa etdiyini bildirmişdir. 01 iyun 2021-ci il tarixdə o, "xxxx" MMC-nin “socar-aqs.com” domenli rəsmi internet səhifəsinə keçirilmiş kiberhücumla əlaqədar "xxxx"yə gəlmiş, orada olan Şahid3 elektron yaddaş daşıyıcısında saytın virtual nüsxəsini götürərək kiberhücumun kimin tərəfindən keçirildiyi barədə araşdırma aparacağını ona bildirmişdir. Nəticədə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin rəsmi internet saytı olan “socar-aqs.com” adlı veb səhifənin fəaliyyəti 5.197.243.128 İP ünvanından istifadə etməklə "xxxx" adlı istifadəçi tərəfindən müvafiq serverlər vasitəsilə “service apache2 stop” komandası ilə 31 may 2021ci il tarixdə saat 00:11-dən 00:49-dək keçirilmiş kiberhücum nəticəsində dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən hazıradək “NEQSOL Holdinq”ə tabe olan "xxxx" MMC-də informasiya təhlükəsizliyi şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. 28 may 2021-ci il tarixdə o, “Nobel Oil” qrup şirkətlərindən olan "xxxx" MMC-nin baş direktoru Samir Mollayevin ünvanına gələn təhdid xarakterli elektron məktubların qarşısını almaq üçün "xxxx" MMCyə dəvət olunmuş, həmin MMC-nin İT mütəxəssisi Şahid1 və “Nobel Oil” holdinqinin İT mütəxəssisi Şahid2la birlikdə təhdid xarakterli elektron məktubların qarşısını almaqla bağlı tədbirlər görən zaman onlara şirkətin İT şöbəsinin keçmiş müdiri Təqsirləndirilən şəxs tərəfindən işləmədiyi kimi təqdim edilən “Sophos” adlı təhlükəsizilik sisteminin əslində işlək olduğu, hətta “Fortigate” adlı təhlükəsizlik sisteminin “Sophos” sistemi vasitəsilə işlədiyi məlum olmuşdur. Bu səbəbdən onlar server açarlarını dəyişərək sistemə daxil olmuşlar və sistemə baxış keçirən zaman "xxxx" adlı istifadəçinin “vpn” hesabı vasitəsilə sistemə daxil olma izlərini (loq) aşkar etmişlər. 01 iyun 2021-ci il tarixdə ona "xxxx" MMC-nin “socaraqs.com” domenli rəsmi internet səhifəsinin keçirilmiş kiberhücum nəticəsində bir müddət işləmədiyi barədə xəbər verilmiş, o isə həmin şirkətə gələrək elektron yaddaş daşıyıcısında saytın virtual nüsxəsini kiberhücumun kim tərəfindən keçirildiyini araşdırmaq üçün götürmüşdür. O, tərəfindən aparılmış araşdırmanın nəticəsində "xxxx" MMC- nin rəsmi internet saytı olan “socar-aqs.com” adlı veb səhifənin fəaliyyətinin 5.197.243.128 İP ünvanından istifadə etməklə müvafiq serverlər vasitəsilə “service apache2 stop” komandası ilə "xxxx" adlı istifadəçi tərəfindən 31 may 2021-ci il tarixdə saat 00:11-dən 00:49-dək keçirilmiş kiberhücum nəticəsində dayandırıldığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi ibtidai istintaq zamanı dindirilmiş X9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci ildən "xxxx" MMC-də yardımçı xidmətləri üzrə menecer vəzifəsində işləyir. 2021-ci ilin aprel ayının 05-də şirkətin İT şöbəsinin müdiri Təqsirləndirilən şəxs iş fəaliyyəti qənaətbəxş olmadığı üçün sonuncu əmək müqaviləsinin müddəti bitdikdən sonra vəzifəsindən azad olunmuş, İT şöbəsinin əməkdaşlarına serverlərin və sistemlərin özü üçün qeyd etdiyi açarları (şifrələri) təhvil vermiş, lakin İT şöbəsinin əməkdaşı Şahid1 tərəfindən ona və birbaşa rəhbərliyə Təqsirləndirilən şəxs təhvil-təslim zamanı guya işləmədiyi kimi təqdim etdiyi bəzi təhlükəsizlik sistemlərinin, eləcə də "xxxx" MMC-yə məxsus “socar-aqs.az” adlı domenin elektron açarlarını təhvil vermədiyi bildirilmişdir. 28 may 2021-ci il tarixdə Şahid1 cəmiyyətin ünvanına gələn təhdid xarakterli elektron məktubların qarşısını almaq üçün “Nobel Oil” şirkətinin İT mütəxəssisi Şahid2la birlikdə tədbirlər gördükləri zaman İT şöbəsinin keçmiş müdiri Təqsirləndirilən şəxs tərəfindən işləmədiyi kimi təqdim edilmiş “Sophos” adlı sistemin əslində işlək olduğunu, hətta şirkətin təhlükəsizlik sistemlərinin “Sophos’la bağlı olduğunu aşkar etdiklərini ona və şirkət rəhbərliyinə bildirmişdir. Bu səbəbdən şirkət rəhbərliyi tərəfindən “NEQSOL” holdinqin tərkibinə daxil olan "xxxx" MMC-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Şahid3 dəvət edilmiş, bundan sonra Şahid2 və Şahid1 iştirakı ilə bütün server açarları dəyişdirilərək sistemə daxil olunmuş və nəticədə "xxxx" adlı istifadəçinin “vpn” hesabının sistemə daxil olması izləri (loq) aşkar edilmişdir. Bu barədə ona məruzə olunmuş, o isə birbaşa rəhbərliyə məlumat vermişdir. 31 may 2021-ci il tarixdə axşam saatlarında şirkətin İctimai əlaqələr üzrə şöbəsinin müdiri Ülkər Abdullayevə ona zəng edərək "xxxx" MMC-nin “socaraqs.com” domenli rəsmi internet səhifəsinin işləmədiyini bildirmiş, bununla əlaqədar şirkətin rəhbərliyi tərəfindən saytın fəaliyyətinin bərpa edilməsi ilə bağlı İT mütəxəssislərinə müvafiq tapşırıqlar verilmişdir. Növbəti gün şirkət rəhbərliyi tərəfindən “NEQSOL” holdinqdən mütəxəssislər dəvət edilərək sistemin çökməsinin səbəblərinin araşdırılması tapşırılmışdır. Sonradan mütəxəssislərin gəldiyi nəticə əsasında ona Təqsirləndirilən şəxs sistemə daxil olaraq “socaraqs.com” domenli internet səhifənin fəaliyyətini müvafiq sistem komandası ilə dayandırdığı məlum olmuşdur. Buna sübut kimi mütəxəssislər tərəfindən sistemdə “loq” fayllar, yəni izlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs şirkətin sisteminə qanunsuz daxil olaraq “socar-aqs.com” domenli internet səhifəsinin fəaliyyətini dayandırması şirkətin nüfuzuna xələl gətirmiş, eləcə də şirkət tərəfindən saytın bərpa olunması və sistemin normal fəaliyyətinin davam etdirilməsi üçün 1850 manat məbləğində vəsait xərclənmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində şirkətə həm mənəvi, həm də maddi ziyan dəyməsi ilə bağlı istintaq orqanına rəsmi məktubla şirkət rəhbərliyi tərəfindən müraciət olunmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən müvafiq avadanlıqlara baxış keçirildikdən sonra ona həmçinin Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin may ayının 4-də "xxxx" MMC-nin kompyuter sisteminə daxil olan serverlərdə saxlanılan şirkətin direktoru Samir Mollayevə məxsus elektron poçt ünvanında olan məktubların ələ keçirilməsi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 05 may 2021-ci ildən hazıradək "xxxx" MMC-də ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində işləyir. 31 may 2021-ci il tarixdə axşam saatlarında o, şirkətin “socaraqs.com” domenli rəsmi internet səhifəsinin fəaliyyət göstərmədiyini görmüş, bu barədə dərhal İT şöbəsinin əməkdaşı Şahid1 və bir başa rəhbəri Elnur Adilova xəbər vermiş, bir müddət sonra isə İT mütəxəssislər tərəfindən internet səhifənin fəaliyyəti bərpa olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş: 04 iyul 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-yə csus “socaraqs.com” adlı domeni “apache” veb serveri üzərində çalışır və >ısında “Sophos” adlı vpn və veb təhlükəsizlik ekranı qoyulmuş, 2021-ci ilin may ıın 31-də veb xidmətin fəaliyyəti kiberhücüm nəticəsində dayandırılmışdır. Mövcud ı son “loq” qeydlərində "xxxx" adlı istifadəçi tərəfindən sistemə daxil olmalar »də, habelə İP ünvan məlumatları müəyyən edilmişdir. 06 iyul 2021-ci il tarixli baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs layev Ruslan İkram oğlunun istifadəsində olmuş “Dell Latitude 7300” markalı pyuterin yaddaşında aparılmış tədqiqat işləri nəticəsində 08 may 2021-ci il tarixdə qeqabayt həcmində “Samir Mollayev.pst” adlı faylın kompyuterin “işçi masa” adlı uğa yerləşdirilməsi və “Outlook” proqram təminatı vasitəsilə baxıldığına dair izlər ır edilmişdir. "xxxx" MMC-dən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə ientyabr 2021-ci il tarixdə daxil olmuş 0753 nömrəli "internet saytına edilmiş hücumun və veb səhifənin fəaliyyətinin dayandırılması ilə bağlı texniki izlər barədə” ubun əlavəsindən görünür ki, 2021-ci ilin may ayının 31-də "xxxx" adlı istifadəçi T243.128 İP ünvanında istifadə etməklə MMC-nin serverlərinə daxil olmuş, “service he2 stop” komandası ilə veb səhifənin fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ktyabr 2021-ci il tarixli, 5/1135 nömrəli məhkəmə-texniki ekspertizasının rəyindən nür ki, tədqiqata təqdim olunmuş “Dell Latitude 7300” markalı kompyuterin laşında “Samir Mollayev” adlı “pst” formatında elektron poçt arxivinin açılması və yaddaşda saxlanılmasına aid məlumatlar, eləcə də "xxxx" MMC-nin “Sophos” adlı təhlükəsizlik tətbiqinin gündəlik fəaliyyətini əks etdirən “log” fayllarda "xxxx" adlı istifadəçinin, 30-31 may 2021-ci il tarixlərdə “5.197.243.128” “ip” ünvandan fadə edilməsinə və 03, 04, 22 və 24 may 2021-ci il tarixlərdə lokal şəbəkəyə uğurlu qoşulmalara dair məlumatlar müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 272.1 və 273.2-ci maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 272.1 və 273.2-ci maddələrindəki əməllrin törədilməsində özünü tam təqsirli bilir, əməlini etiraf edir, əməlindən peşmandır, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilərək, iş üzrə icraata xitam verilməsini məhkəməədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı da təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə olduğu təqdirdə, iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu Cinayət Məcəlləsinin 272.1 və 273.2-ci maddələrindəki əməllər böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Həmin əməl 05.11.2021-ci il tarixədək törədilmişdir. Onun təqsirli bilindiyi CM-nin həmin maddələri üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 10 və 11-ci hissələrinə əsasən məhdudiyyətlər qoyulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 11.4-cü bəndinə əsasən həmin Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində həmin Amnistiya aktının tətbiq edilməməsi qeyd edilsə də, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı elan edilmiş itttiham “hər hansı bir məbləğdə maddi ziyan vurulması” ilə əlaqədar deyildir. Yəni Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamda onun maddi ziyan vurmasına dair müddəa yoxdur. Belə olduğu təqdirdə həmin Amnistiya aktının 11.4-cü bəndi Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə əhəmiyyət kəsb edimir və amnistiyanın tətbiqini məhdudlaşdırmır. Ona görə də məhkəmə hesab edir ki, həmin Amnistiya Qərarının 9.1 və 28-ci hissəsinə əsasən müdafiə tərəfi razı olduğu üçün, Amnistiya tətbiq edilməli və cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Çünki CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 272.1 və 273.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatındadır. Müəyyən edilmişdir ki, kompyuter sistemindən ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş, həmçinin kompyuter məlumatlarının bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmadığı halda qəsdən ciddi maneə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdə "xxxx" MMC-nin İnformasiya Texnologiyaları Şöbəsinin rəisi vəzifəsindən azad olunduqdan sonra, 04 may 2021-ci il tarixdə cəmiyyətin kompyuter sistemlərinə daxil olan serverlərdə saxlanılan və yalnız həmin cəmiyyətin aidiyyatı işçilərinin tanış olmasına icazə verilməklə ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların dövri olaraq İP ünvanmdan özünə məxsus olan "DELL Latitude 7300" markalı kompyuterə quraşdırılmış "VPN" tətbiqindən istifadə etməklə daxil olduqdan sonra, cəmiyyətin direktoru, X1 elektron poçt ünvanındakı 1.8 qiqabayt həcmində olan məlumatları buna hüququ olmadığı halda qəsdən ələ keçirmiş, 08 may 2021-ci il tarixdə "Yandex disk" kompyuter tətbiqi vasitəsilə istifadəsində olan kompyuterin yaddaşına köçürmüşdür. Bundan başqa o, 31 may 2021-ci il tarixdə istifadəsində olan "DELL" markalı kompyuterə quraşdırılmış "VPN" tətbiqindən istifadə etməklə "xxxx" MMCnin kompyuter sisteminə daxil olan serverlərinə həmin cəmiyyətin səlahiyyətli şəxsinin razılığı olmadan daxil olduqdan sonra "socar-aqs.com" rəsmi internet səhifəsinin fəaliyyətini buna hüququ olmadığı halda müvafiq server vasitəsilə "service apache2 stop" komandası ilə bloklamaqla həmin kompyuter sisteminin işləməsinə qqəsdən ciddi maneə törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmə istintaqı zamanı özünün ifadəsi, şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Lakin hesab edirik ki, Təqsirləndirilən şəxs əməlləri daha ağır cinayət əməlinə tövsif edilməli idi. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu 04 may 2021-ci il tarixdə "xxxx" MMC-nin kompyuter sisteminə qanunsuz daxil olmaqla cəmiyyətin direktoru X1 elektron poçt ünvanındakı 1.8 qiqabayt həcmində olan məlumatları buna hüququ olmadığı halda qəsdən ələ keçirməsi epizodu üzrə onun əməli CM-nin 272.1-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxsin ittiham olunduğu 31 may 2021-ci il tarixdə "xxxx" MMC-nin kompyuter sisteminə qanunsuz daxil olmaqla cəmiyyətin "socar-aqs.com" rəsmi internet səhifəsinin fəaliyyətini buna hüququ olmadığı halda müvafiq server vasitəsilə "service apache2 stop" komandası ilə bloklaması epizodu üzrə isə CM-nin 273.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin həmin epizod üzrə ona əlavə olaraq CM-nin 272.2.1-ci maddəsi ilə də ittiham verilməli idi. Belə ki, həmin epizodda da təqsirləndirilən şəxs "xxxx" MMC-nin kompyuter sisteminə təkrarən qanunsuz daxil olmuşdur. Buna görə də ona əlavə olaraq CM-nin 272.1-ci maddəsi ilə ittiham verilməli, həmin cinayəti təkrar törətdiyi üçün ona cinayətlərin məcmusu qaydasında CM-nin 272.2.1 və 273.2-ci maddələri ilə ittiham verilməli idi. Göründüyü kimi təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə cəmiyyətin kompyuter sisteminə qanunsuz daxil olduqdan sonra öz cinayətkar əməllərindən əl çəkməmiş, yenidən 31 may 2021-ci il tarixdə cəmiyyətin kompyuter sisteminə təkrarən qanunsuz olaraq daxil olmuşdur. Təqsirləndirilən şəxsin "xxxx" MMC-nin kompyuter sisteminə təkrarən qanunsuz olaraq daxil olmasma görə, ilk dəfə bu əməli törətdikdən sonra təkrarən bu əməli törətməsinə görə, bununla da "xxxx" MMC-nin işgüzar nüfuzuna ziyan vurmasına görə cəmiyyət onunla barışmamış, ona qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Büna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 272.1 və 273.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməllərində daha ğır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyi üçün ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, iş daha ağır ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmadığı təqdirdə isə təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməllərinin sanksiyası daxilində nəzərdə tutulmuş ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 göstərmişdir ki təqsirləndirilən şəxslə barışmamışlar, şikayətçidirlər. Bununla əlaqədar məhkəmə bir daha qeyd edir ki, bu hal da Amnistiya aktının tətbiq edilməsinə maneə deyildir. Çünki Amnistiya aktının 11.4-cü bəndinə əsasən həmin Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində həmin Amnistiya aktının tətbiq edilməməsi qeyd edilsə də, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı elan edilmiş itttiham “hər hansı bir məbləğdə maddi ziyan vurulması” ilə əlaqədar deyildir. Yəni Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamda onun maddi ziyan vurmasına dair müddəa yoxdur. Belə olduğu təqdirdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasada, şikayətçi olsa da, həmin Amnistiya aktının 11.4-cü bəndi Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə əhəmiyyət kəsb edimir və amnistiyanın tətbiqini məhdudlaşdırmır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə istintaqının yekunları üzrə CPM-nin 318.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsaslar müəyyən edilmir. Həmçinin verilmiş ittiham üzrə şəxs barəsində Amnistiyanın tətbiqi əsasları yarandığından, ilk əvvəl onun bu hüququ təmin edilməlidir. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin Amnistiya aktının tətbiq edilməsinə və cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində Amnistiya aktı tətbiq edilməli, cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 28.09.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan “Dell Latitude 7300” markalı kompyuter Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R tipli disk və keçirilmiş baxış zamanı aşkar edilmiş məlumatların yazıldığı 1 ədəd “SanDisk” markalı sərt disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 60 manat (altmış manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan “Dell Latitude 7300” markalı kompyuter, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R tipli disk və keçirilmiş baxış zamanı aşkar edilmiş məlumatların yazıldığı 1 ədəd “SanDisk” markalı sərt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar