Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-176/2022 26.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X12 və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1959-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan xx.xx.2022-ci il tarixdə vəfat edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X4 Laçın Nizami oğlu və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X19 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə zabit kimi işə düzəlmək adı ilə aldadıb özünə inandıraraq orada yüksək rütbəli tanışlarının işləməsini bildirməklə 15 yanvar 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 98-də yerləşən evin həyətində 2.700 manat, 20 mart 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı Yasamal rayonu Şərifzadə 44 a ünvanda yerləşən evin yaxınlığındakı adsız çayxanada 6.300 manat və 2020-ci ilinin avqust ayının ortalarında Bakı şəhəri Yasamal rayonu H.Cavid parkının yaxınlığında yerləşən «Kapital» Bankın qarşısında 6.000 manat pulu alıb vədinə əməl etməyərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Eltac Həsənova ümumilikdə 15.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X13 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada 2.000 manat, bundan 10 gün sonra yenə həmin ünvanda 1.000 manat, 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında 1.535 manat və 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da yenə də Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada 5.000 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Gülmirzə Yoldaşova ümumilikdə 9.535 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X7 qardaşı oğlu X8 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada 3.000 manat və 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada 1.535 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Rafət Yoldaşova ümumilikdə 4.535 manat maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X7 qardaşı qızı X24 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində G.Hətəmovanın əmisi Güləmirzə Yoldaşovdan yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada 3.000 manat, 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada 1.535 manat və 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da yenə də Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən adsız çayxanada 5.500 manat pulu Təqsirləndirilən şəxs vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Günel Hətəmovaya ümumilikdə 10.035 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X25 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 20 il müddətinə ayda 256 manat ödəmək şərti ilə 56 kv.metr sahəsi olan 2 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib,11 mart 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evin həyətində K.Əliyevanın həyat yoldaşı X20 500 manat, 14 mart 2020-ci il tarixdə saat 11 radələrində yenə də yaşadığı evin həyətində Z.Bayramovdan 2500 manat, 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən adısız çayxanada Z.Bayramovdan 1.535 manat, 11 avqust 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində 300 manat və 07 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində yenə də yaşadığı ünvan 4 ünvanda yerləşən adısız çayxanada Kəmalə Əliyevanın həyat yoldaşı Zakir Bayramovdan və qızı Gülnarə Bayramovadan 3.920 manat pulu Təqsirləndirilən şəxs vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Kəmalə Əliyevaya ümumilikdə 8.755 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 130 manat ödəmək şərti ilə 32 kv.metr 1 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 2020-ci ilin mart ayının sonlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada 3.000 manat, 2020-ci ilin avqust ayının əvvəlində günorta saatlarında Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Araz Market»in arxasındakı həyətdə 1.534 manat, 14 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən X47 yaxınlığında 1.500 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 6.034 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X15 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 220 manat ödəmək şərti ilə 60 kv.metr 2 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 2020-ci ilin iyun ayının 20-də saat 19 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığında 2.000 manat, 29 iyun 2020-ci il tarixdə saat 20 radələrində Yasamal rayonu Şərifzadə küçəsi 44 A ünvanda şəxsən Təqsirləndirilən şəxs iştirakı ilə 3.000 manat və 30 iyul 2020-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yerləşən «Kilim Mebel» salonunda «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə 1.534 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Nuridə Rəhimovaya ümumilikdə 6.534 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 81 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq inandırmaqla yalan vədlər verib, 18 may 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada 1.000 manat, 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də yaşadığı Şərifzadə 44 A ünvanda yerləşən çayxanada 1.500 manat, 12 iyun 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Şərifzadə küçəsi 44 A ünvanda yerləşən evin həyətində 1.000 manat, 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada 1.535 manat və 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Şərifzadə 44 A ünvanda 5.300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 10.335 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanıdığı X9 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 300 manat ödəmək şərti ilə 81 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq inandırmaqla yalan vədlər verib, 18 may 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Şərifzadə küçəsi 44 A ünvanında yerləşən adsız çayxanada 1.000 manat, 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də Şərifzadə küçəsi 44 A ünvanda yerləşən çayxanada 2.000 manat, 08 iyun 2020-ci il tarixdə saat 17 radələrində yenə də həmin ünvanda 1.010 manat, 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində Şərifzadə küçəsi 44 A ünvanda 1.535 manat və 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanda 5.300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Sevgin Süleymanova ümumilikdə 10.845 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X49, X41 və X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vasitəsi ilə tanıdığı X42 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 82 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq inandırmaqla yalan vədlər verib, 2020-ci ilin avqust ayının əvvəlində saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında 5.000 manat, 14 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində yenə də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada 5.300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Arif Qurbanova ümumilikdə 10.300 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-19/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs, X41 və X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(004)-19/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ayrıca cinayət işi ayrılmış, ayrılmış cinayət işinə əlavə nömrə verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-19/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-19/2022 saylı hökmünə əsasən X41 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X49 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-176/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(004)- 176/2022 saylı cinayət işinin icraatı təzələnmişdir. Hazır ki, cinayət işi ilə əlaqədar olan 1(004)-19/2022 saylı, 05 may 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs hazırki qərarla təqsirli bilindiyi əməllər üzrə verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə Rza adlı şəxslə tanış olmuş və sonradan onunla yaxın münasibəti yaranmışdır. X41 onun telefon nömrəsini Rzadan götürərək ona zəng etmiş və onlar bu qaydada tanış olmuşlar. Həmin vaxt Laçın özünü ona Dövlət Gömrük Komitəsində işləyən yüksək vəzifəli şəxsin köməkçisi kimi təqdim etmişdir. X49 və X21 eyni qaydada telefon danışığı zaman tanımışdır. Rafiq Ənvərli özünü ona Dövlət Gömrük Komitəsində işləyən rütbəsinin isə polkovnik-leytenant olan şəxs kimi təqdim etmişdir. 2019-cu ilin yayında Rza Məmmədov ona zəng vuraraq yaşadığı evin həyətinə gəlmiş və onlar görüşmüşlər. Söhbət zamanı ona olan borcunu düzəldib qaytarması üçün ona vaxt verməsini xahiş etmiş və həmin söhbət əsnasında ona bir nəfər şəxsin Dövlət Gömrük Komitəsində işə düzəltməkdə köməklik edə biləcəyini soruşmuşdur. Rzanın bu sualına cavab olaraq o, maraqlanıb bir xəbər deyəcəyini bildirmişdir. Bundan sonra bu barədə sonradan adının Laçın olduğunu bildiyi Kənan adlı şəxslə danışmışdır. O, Kənən və özünü guya Kənənın rəisi olan Rafiq olduğunu bildiyi Yaşar görüşüb bu barədə danışmışlar. Bundan bir müddətdən sonra X70 Gömrük Komitəsinə işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra isə o bu baradə Rzaya bildirib və həmin məbləğdə pulu ondan almışdır. Bir müddətdən sonra həmin iş düzəlməmiş və o, həmin məbləğdə pulu qaytarmışdır. X61 Komitəsinə işə düzəltmək adı ilə aldığı pulu qaytardığı üçün bu barədə əlavə ifadə vermək istəmədiyini bildirdi. 2020-ci ilin mart ayının sonlarında dostu Güləmirzə ilə evinin yaxınlığındakı çayxanada olarkən Kənan oraya gəlmiş və Güləmirzə ona sosial evlərdən özü üçün mənzil almaq istədiyini bildirmişdir. Həmin vaxt Kənan "xxxx" şirkətinə məxsus sosial evlərdə özlərinə məxsus 9 ədəd mənzillərin olduğunu bildirmişdir. Bundan sonra Kənan üç otaqlı mənzil almaq istəyən şəxslərin sistemə düşmələri üçün əvvəlcə 3.000 manat «şapka» pulu vermək, sonra isə mənzillərin ilkin ödənişləri kimi banka hər birinin 6.800 manat pul ödənilmək şərti ilə ev təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, Güləmirzəni Kənanla tanış etmişdir. Sonradan onun vasitəsi ilə Kənanla Zərərçəkmiş şəxs2, Kəmalə Əliyeva, Fidan Hüseynova, Elza Süleymanova, Günel Hətəmova, Çiçək Tağızadə, Rafət Yoldaşov və Nuridə Rəhimova adlı şəxslərdə tanış olmuşlar. Kənan həmin şəxslərə "xxxx" şirkətinə məxsus sosial evlərdə ev təşkil edə biləcəyini təklif etmişdir. X18, qardaşı oğlu Rafətə və qardaşı qızı Günelə, Kəmalə Əliyeva isə qızı Gülnarəyə ev almaq istəmiş, Fəyyaz, Nuridə, Fidan və Elza isə özlərinə ev almaq istəmişlər. 2020-ci ilin avqust ayının əvvəllərində Kənan özünü bank işçisi kimi təqdim edən Orxan adlı şəxslə gəlmiş və ilkin ödəniş kimi hər bir müştəridən 1.534 manat pul yığıb, bu barədə qəbzlərə imza edəcəklərini bildirmiş, lakin sonradan bank işçisinin atasının xəstə olduğunu bəhanə edib hər kəsdən 1.534 manat pulu özü yığmışdır. Kənan qəbzləri gətirib çatdıracağını vəd etsə bunu etməmişdir. Bundan sonra ona özünü Orxan kimi təqdim edən şəxs zəng edib bildirmişdir ki, o, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən bankın işçisidir, atası xəstə olduğundan hazırda başı qarışıqdı, avtomobilində olan qəbzləri ertəsi gün gətirib çatdıracaqdır. Bir gün sonra Kənan Orxan adlı şəxsin atasının vəfat etdiyini söyləmiş və taksi vasitəsilə çekləri göndərdikdə hər bir kəs öz qəbzlərinə imza etmişdir. Həmin vaxt Kənandan müştərilərin nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəklərini soruşduqda Kənan öz müdiri Yaşarın onunla görüşüb hər şeyi izah edəcəyini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə o, Kənan, Yaşar və Orxan Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt Orxan boynunda adı və soyadı yazılmış lövhə asılmış, bank işçisi formasında olmuş, Yaşar özünü Gömrük Komitəsinin polkovnik-leytenantı kimi təqdim edərək gömrük əməkdaşlarının xidməti geyimləri rəngində olan göy köynəkdə olmuş, Kənan isə özünü Yaşarın köməkçisi kimi təqdim edərək adi geyimdə olmuşdur. O, Kənan yəni, Laçın və Orxan bir yerdə oturmuşlar, Yaşar yəni, Rafiq isə bir gədər kənarda oturmuşdur. Həmin vaxt orada hazırki iş üzrə zərərçəkən şəxslərdə olmuşlar. Orada onlar ev almaq istəyən şəxlərdən müxtəlif məbləğlərdə pullar yığmışlar. Həmin vaxt Orxan bildirmişdir ki, 3 otaqlı mənzil əldə etmək üçün ilkin olaraq 5.300, iki otaqlı mənzil üçün 3.300 və bir otaqlı mənzil üçün isə 1.500 manat ödənilməlidir. Bundan sonra Orxan hazırki cinayət işi üzrə zərərçəkən şəxləri qəbzlərə imza etdirərək müxtəlif məbləğdə pullar yığıb oradan getmişdir. Həmin vaxt Orxan suallara cavab olaraq həftənin cümə günü müştərilərin banka gəlib sənədlərə imza edəcəklərini, bundan sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini alacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Kənan onunla görüşərək Güləmirzənin qohumunun banka gedib sənədləri götürəcəyini bildirsə də, sonradan Kənana zəng çatmamışdır. Onlar hazırki cinayət işi üzrə zərəçəkmiş şəxslərdən müxtəlif məbləğdə pullar yığmışlar. Belə ki, o, X5 özünə və qardaşı və baçısı uşaqlarına ümumilikdə 3 mənzil təşkil etmələri üçün müxtəlif vaxtlarda Laçının iştirakı ilə 2000 manat, 3 dəfə 1534 manat, 5000 manat və 5300 manat pul alıb pulları Laçına vermişdir. Bundan əlavə Güləmirzə 3000 manat Laçının kart hesabına qoymuşdur. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul çatmışdır. X43 tanımamışdır onun yoldaşı Zakirlə əlaqə saxlamış və ondan müxtəli vaxtlarda 2000 manat, 2500 manat, 1534 manat və 3300 manat pul alaraq pulları Laçına vermişdir. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul çatmışdır. Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda 1000 manat, 3000 manat, 1534 manat pulu alaraq Laçına vermişdir. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul çatmışdır. Lakin buna baxmayaq o, 3000 manatı Fəyyaza özü qaytarmışdır. X10 beh olaraq ona 500 manat, daha sonra 1500 manat, 3000 manat, 1534 manat alıb Laçına vermişdir. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul catmışdır. Zərərçəkmiş şəxs1dan müxtəlif vaxtlarda 1000 manat, 2000 manat, 1534 manat və 5300 manat pul alaraq həmin pulları Laçına vermişdir. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul çatmışdır. X34 müxtəlif vatlarda 4534 manat, 300 manat, 200 manat, 5300 manat məbləğdə pullar alaraq Laçına vermişdir. Həmin məbləğdən ona vasitəçilik etdiyi üçün 500 manat pul çatmışdır. X2 özünün vasitəçiliyi üçün 1000 manat hörmət kimi, əlavə olaraq 500 manat, 400 manat, 1534 manat, 5300 manat məbləğdə pullar alıb Laçına vermişdir. Həmin vaxt o, X35 Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsi kimi rütbəsinin isə polkovnik-leytenant olan adının isə Yaşar olduğu, X22 Yaşarın köməkçi və adını Kənan olduğu, Orxanın isə bankdan işləyən məsul şəxs olduğunu bilmişdir. Onun fəaliyyəti ev alqı-satqısında vasitəçilik edərək pul qazanmaq olduğundan həmin vaxt o, sadəcə köməklik etmək və eyni zamanda çörək pulu qazanmaq istəmişdir. O, Laçın Bağırova, Rafiq Ənvərliyə və Rza Məmmədova inanaraq onları iş görən şəxs kimi tanımış, sadəcə həmin şəxslər onu aldadıb özlərinə inandırmışlar. Özlərinə "xxxx" şirkətindən güzəştli şərtlərlə sosial ev almaq istəyən şəxslərin hamısı verdikləri pulun çox hissəsini onun iştirakı ilə Laçına və Rafiqə vermişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs X41 oğlu verdiyi ifadəsində göstərmişdir ki, X36 uzun müddətdir ki tanıyır, Təqsirləndirilən şəxs isə Rzanın vasitəsi ilə tanımışdır. 2019-cu ilin axırlarında Rza ona Əli adlı tanışının Eltac adlı tanışını Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəltmək lazım olduğunu bildirmiş, o, isə Rzaya bu məsələ ilə maraqlanıb cavab verəcəyini bildimişdir. Bundan sonra həmin şəxsi Dövlət Gömrük Komitəsində zabit kimi işə düzədə biləcəyini bildirmiş və Eltac adlı şəxdən 5000 manat götürmüşlər. Bundan bir müddət sonra onlar həmin işin alınmayacağını bilib həmin məbləğdə pulu Eltaca geri qaytarmışlar. Bundan sonra Əli ona az təminatlı ailələr üçün nəzərdə tutulmuş "xxxx" MMCnin Yasamal rayonu ərazisində tikdiyi evləri satmaq adı ilə bir neçə şəxsdən pul almağı təklif etmişdir. Bu məqsədlə 2020-ci ildə X43, X23, Zərərçəkmiş şəxs2, X53, Zərərçəkmiş şəxs1, X16, X27 və X8 Yasamal rayonu ərazisində inşa edilən "xxxx" sosial evlərdən uzunmüddətli ipotek şərti ilə mənzil almaqda köməklik edəcəyi adı ilə Rahib və Rafiq adlı şəxlərlə birlikdə pul almışlar. Sonuncu dəfə ünvan 6 ünvanda yerləşən çayxanada görüşmüşlər. Orada əvvəllər tanımadığı bir neçə kişi və qadın olmuşdur. Həmin vaxt orada Rafiq, Əli və Rahib orada olmuşlar. Aralarında olan razılığa görə X72 Komitəsinin əməkdaşlarının xidməti geyimləri rəngdə yəni, göy köynəkdə olaraq özünü həmin qurumun rəhbər vəzifəli şəxsi kimi təqdim etməli, o özünü Rafiqin köməkçisi kimi, Rahib isə boynundan bank əməkdaşlarına məxsus xidməti vəsiqə asaraq özünü bankda işləyən vəzifəli şəxs kimi təqdim etməli olmuşlar. Həmin vaxt o, Rafiqə heç bir söhbətə qarışmayaraq kənarda oturmağı təklif etmiş Rafiq isə onun bu təklifi ilə razılamışdır. Bundan sonra o, Əli və Rahib orada olan şəxslərlə söhbətlər etmişlər və həmin şəxslərdən "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi evləri satmaq adı ilə müxtəlif məbləğdə ilkin ödəniş və sığorta pulları yığmışlar. O, Zərərçəkmiş şəxs2, Güləmirzə Yoldaşovdan, Rafət Yoldaşovdan, Günel Hətəmovadan, Arif Qurbanovdan, Zərərçəkmiş şəxs1, Kəmalə Əliyevadan, Sevgin Süleymanovdan, Nuradə Rəhimovadan hər birindən 1534 manat olmaqla cəmi 13.806 manat, bundan əlavə Təqsirləndirilən şəxs 2.500 manat və zərərçəkmiş şəxslərlə sonuncu dəfə olan görüş zamanı ümumi yığılan pullardan isə 6.000 manat məbləğdə pul əldə etmişdir. Həmin puldan o X37 5.000 manat məbləğində pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əsl adının Laçın olduğunu, Yaşarın əsil adının X49 olduğunu, X62 Komitəsinin yüksək vəzifəli şəxsi olmadığını, onun isə Rafiqin köməkçisi olmadığı bilmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs X49 oğlu verdiyi ifadəsində göstərmişdir ki, bir müddət əvvəl o X50 vasitəsi ilə X28 tanımışdır. Rahib Laçını ona işgüzar adam kimi təqdim etmişdir. Bundan sonra bir iki dəfə Rahib və Laçınla bir yerdə oturub çörək yemiş, sonradan isə Laçınla yaxın münasibəti yaranmışdır. O, Əlini Laçının vasitəsi ilə tanımışdır. Bundan sonra o Rahibdən borca pul istəmiş, lakin Rahib ona həmin məbləğdə pul verə bilməyəcəyini bildirərək bir neçə adama ev satmaq adı ilə pul qazanmağı təklif etmişdir. Daha sonra o, Əli ilə görüşmüşdür. Əli ilə görüş zamanı Əli onun və Laçının həqiqi adını bilmişdir. Bundan sonra onlar belə qərara gəlmişlər ki, Laçın Bağırovun özünü Kənan kimi, Rahib Rəhimli isə özünü “VTB» bankın rəhbər işçisi kimi adını isə Orxan kimi, o isə özünü Dövlət Gömrük Komitəsinnin polkovnik rütbəli vəzifəli şəxsi kimi adını isə Yaşar kimi təqdim etsin. 2020-ci ilin sentyabr ayında o, Laçın Bağırov, Rahib Rəhimli və Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən çayxanada görüşmüşlər. Orada əvvəllər tanımadığı bir neçə kişi və qadın olmuşdur. Həmin vaxt o, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının xidməti geyimləri rəngdə yəni, göy köynəkdə olmuşdur. Rahib isə boynundan bank əməkdaşlarına məxsus xidməti vəsiqə asmışdır. Laçın və Rahib orada olan şəxslərə onu Dövlət Gömrük Komitəsində polkovnik rütbəli vəzifə şəxs olduğunu bildirmişlər. Bundan sonra Laçın ona heç bir söhbətə qarışmamağını yalnız kənarda oturub özünü Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kimi göstərməyini, Laçının isə onun köməkçisi kimi özünü təqdim etməsini təklif etmişdir. O Laçının bu təklifi ilə razılaşaraq sadəcə kənarda oturub, onların etdiklərinə tamaşa etmişdir. Həmin vaxt Laçın və Rahib orada olan şəxslərdən "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi evləri satmaq adı ilə müxtəlif məbləğdə ilkin ödəniş və sığorta pulları yığmışlar. O, heç bir şəxsdən pul götürməmiş, heç bir zərərçəkmiş şəxslə ünsiyyətdə olmamış, sadəcə Dövlət Gömrük Komitəsinin əməkdaşlarının xidməti geyimi rəngə olan göy köynəkdə kənarda oturmuşdur. Bundan sonra Rahib və Laçın işlərini bitirmişlər və onlar oradan çıxıb getmişlər. Daha sonra Laçın həmin vətəndaşlardan yığdığı pullardan ona cəmi 4000 manat vermişdir. Bundan əlavə bildirmişdir ki, o Laçının və Əlinin daha əvvəl zərərçəkmiş şəxslərdən "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi evləri satmaq məqsədi ilə aldıqları pullardan xəbəri yoxdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əsil adının Rafiq olduğunu, Kənanın əsil adının X28, onun Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsi olmadığını, Laçının isə Rafiqin köməkçisi olmadığı bilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 Tələddin oğlu ifadəsində göstərmişdir ki, 2013-cü ildən ev alqı-satqısı ilə məşğul olur, həmin vaxtdan Təqsirləndirilən şəxs tanıyır. Həmin vaxt Əli bdə onun kimi ev alqı-satqısı ilə məşğul olmuşdur. O, ailəsi ilə birlikdə Bakı şəhərində kirayə yaşadığı üçün özünə münasib qiymətə bir otaqlı ev almaq qərarına gəlmiş və bu barədə Əliyə bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərdən Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus 9 ədəd mənzili vardır həmin evlərdən birini almaqda ona köməklik göstərə bilər. Bundan sonra o, Əlinin vasitəsi ilə Kənan adlı şəxslə görüşmüşdür. Danışıq zamanı Kənan ona bildirmişdir ki, mənzil almaqdan ötrü sistemə düşməli və buna görə əvvəlcədən 3.000 manat verməli olduğu, sonra ilkin ödəniş kimi banka 3.000 manart köçürməli, mənzil adına sənədləşdikdən sonra isə 25 il müddətində ayda 130 manat pul ödəməlidir. Kənanın dediyi şərtlər onu qane etdiyi üçün razılaşmış, bundan sonra isə Kənan ona «3.000 manat «şapkanı» ver, sonra Asan xidmətdən Asan imzanı al, özüm qalan məsələləri həll edib səni qeydiyyata salacağam» demişdir. Həmin vaxt onun 3.000 manatı olmadığına görə Əlidən borc olaraq Kənana 3000 manat verməsini xahiş etmiş, Əli isə bununla razılaşmışdır. 2020-ci ilin avqust ayının əvvəlində Kənan ona zəng edərək bank işçisi Orxan adlı şəxsin gəlib mənzilin ilkin ödənişi kimi 1.534 manat pulu ondan götürəcəyini bildirmiş, lakin həmin vaxt Orxan gəlməmişdir. Bundan sonra o Kənanla Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Araz Market»in arxasındakı həyətdə Təqsirləndirilən şəxs iştirakı ilə görüşmüş və ona 1.534 manat pul vermişdir. 14 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində Əli ona zəng edərək onu Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən X47 yaxınlığına çağırmışdır. Orada Əli, Kənan, Yaşar və özünü “VTB” bankın işçisi kimi təqdim edən şəxsin olmuşdur. Həmin vaxt bank işçisi kostyum geyinmiş, boynunda da bankın adı olan lövhə asılmışdır və bu səbəbdən o onlara inanmışdır. Bundan sonra bank işçisi bir otaqlı mənzil üçün 1.500 manat, iki otaqlı mənzil üçün 3.300 manat və üç otaqlı mənzil üçün 5.300 manat ödəniş edilməli olduğunu bildirmişdir. Həmin vaxt orada ondan başqa mənzil almaq istəyən digər şəxslər də olmuşdur. O, Əlinin yanında 1.500 manat pulu sayıb Kənana vermiş, bundan sonra isə bank işçisi ona qəbzə imza etdirib, cümə günü “VTB” banka çağırılacağını, sonra isə Asan xidmətə gedib sənədlərə imza edərək bir otaqlı 32 kv.metr mənzilin açarı ilə qeydiyyat şəhadətnaməsini alacağını bildirmişdir. Həmin vaxt Yaşar ona demişdir ki, o Dövlət Gömrük Komitəsinin məsul əməkdaşıdır, rütbəsi isə polkovnik-leytenantdır. Sonradan adının Rafiq olduğunu bildiyi Yaşar həmin vaxt Dövlət Gömrük Komitəsinin əməkdaşına məxsus göy köynəkdə olduğu üçün o, həmin şəxsə inanmışdır. Daha sonra həmin şəxslər ona bildirmişlər ki, ona veriləcək 32 kv.metr bir otaqlı mənzilin 11 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. 18 sentyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, Kənan ona banka getdiyini, orada məsələni həll etdikdən sonra ona zəng vurub banka çağıracağını bildirmiş, lakin sonradan Kənanın ona verdiyi nömrəyə zəng çatmamışdır. Belə olduqda o, Təqsirləndirilən şəxs zəng vurmuş, Əli isə Yaşarla danışıb ona məlumat verəcəyini demişdir. Lakin sonradan Yaşarın da nömrəsinə zəng çatmamışdır. Bundan sonra Əli ona söz versə də, Kənanı və Yaşarı tapa bilməmiş, sonradan Əlinin onun əvəzindən Kənana verdiyi 3.000 manatı düzəldib Əliyə qaytarmışdır. Bir müddət sonra o işin alınmadığını və Kənanın qaçıb gizləndiyini görərək Əlidən verdiyi 6.034 manat pulu qaytarmasını tələb etmiş, lakin Əli «narahat olma hər şey yaxşı olacaq» deməsinə baxmayaraq onu aldatmış və pulunu qaytarmamışdır. Son olaraq ona dəymiş 6034.00 (altı min otuz dörd) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, X23 ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan əvvəl Yeni Yasamal rayonu ərazisində özünə mənzil almaq istəyərkən orada evlərin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla növbəti dəfə görüşən zaman Əli ona Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərində Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus bir neçə mənzilinin olduğunu və həmin evlərdən birini ona almaqda köməklik göstərə biləcəyini demişdir. O, Əlinin təklifi ilə razılaşmış və onun vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüşdür. Həmin vaxt Kənan ona bildirmişdir ki, "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial mənzildən almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən 25 il müddətli kredit şərti ilə ilkin ödənişləri kimi banka 6.800 manat ödəyərək ev əldə edə bilər. Kənan əlavə olaraq bildirmişdir ki, o bunun üçün ona əvvəlcə «Asan» xidmətdən «Asan imza» almalı daha sonra «şapka» kimi nəzərdə tutulan 3.000 manatı ödəməlidir. O, Əli və Kənanın bu təklifi ilə razılaşıb üç otaqlı mənzili qızı Çiçək Tağızadənin adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Bundan sonra o, qardaşı oğlu X17 və qardaşı qızı X24 ev aldığını bildirmiş və onlarda ev almaq istədiklərini demişlər. O, bu barədə Əliyə və Kənana bildirdikdə onlar heç bir problemin olmadığını, qohumlarına da "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial mənzildən almaqda köməklik edəcəklərini bildirmişlər. 2020-ci ilin fevral ayının 15-də, saat 16 radələrində tanışı Əlinin dəvəti ilə Yasamal rayonu, Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmişdir. Orada Əli ilə görüşərək bu barədə ətraflı söhbət etmiş, həmin vaxt Əli ona «sən heç nədən narahat olma, sən pulu mənə verirsən, arxayın ol, mən sənə təminat verirəm, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu şəxsən məndən götürərsən» demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Kənanı həmin çayxanaya çağırmış və «Asan imza» almamışdan əvvəl «şapka» pulu kimi özünün, qardaşı oğlunun və qardaşı qızının almaq istədikləri hər üç mənzilə görə Kənana 9.000 manat ödəməli olduğunu bildirmişdir. Orada o ilkin olaraq 2.000 manat Əliyə vermiş, Əli isə həmin pulu götürərək yanında Kənana vermişdir. Bundan təxminən 10 gün sonra Əliyə 1.500 manat vermiş və Kənana çatdırmasını xahiş etmiş, Əli də həmin məbləği deməsinə görə aparıb Kənana vermişdir. Bundan təxminən 15 gün sonra isə Əli ona onun əvəzindən borc olaraq Kənana 2.000 manat verdiyini demiş , hazırda həmin məbləğin 1.300 manatını Əliyə qaytarmış və ona 700 manat borclu qalmışdır. O 2020-ci ilin may ayının ortalarına kimi hissə-hissə olmaqla Əlinin yanında Kənana 9.000 manat pul vermiş yəni, 3.000 manatını öz evi üçün, 3.000 manatını qardaşı oğlu Rafətin evi üçün, 3.000 manatını isə qardaşı qızı Günelin evi üçün vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində Əli ona zəng vuraraq yaşadığı evin yanına çağırmış və bank işçisinin gəlməsini, ilkin ödəniş olan 1.534 manat 70 qəpik pulu gətirib verməsini və bu barədə qəbzə imza etməsini bildirmişdir. 07 avqust 2020-ci il, saat 11 radələrində o qardaşı oğlu Rafətlə birlikdə Yasamal rayonu, Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmiş və orada öz evi və qardaşı qızı Günelin evi üçün ayrı-ayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, qardaşı oğlu Rafət də öz evi üçün 1.535 manat pulu sayıb Əliyə uzatmış, lakin Əli Kənana verməsini bildirmişdir. Bundan bir necə gündən sonra isə Kənan bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərini ona göndərmiş və onlar hamısı həmin qəbzə imza etmişlər. 14 sentyabr 2020-ci il tarixdə, saat 11:30-da Təqsirləndirilən şəxs zəngi ilə Yasamal rayonu, Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmişdir. Həmin vaxt Kənan, Yaşar və bir nəfər şəxs bank işçisi formasında və boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul toplamağa başlamışdır. Bu zaman qardaşı oğlu Rafət bu məsələnin fırıldaq olmasını bildirərək pulu aparıb bankda ödəməsə əlbəəl heç kəsə verməyəcəyini bildirmiş, lakin özü iki mənzilə görə 10.300 manat pulu Kənana ödəmişdir. Bundan sonra bank işçisi həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, bundan sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini alacaqlarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə Kənan onlarla görüşərək özü banka gedib məsələni həll etdikdən sonra yenidən onlarla görüşəcəyini vəd etsə də, lakin sonradan onun istifadəsində olan mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Kənanın öz adını onlara səhv demişdir, onun əsl adının Laçın imiş. O, Laçından alacağı evin yerini göstərməsini xahiş etsə də o, müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. Laçın ondan gizləndikdə o, Təqsirləndirilən şəxsla görüşərək, ondan verdiyi pulları tələb etmiş, lakin Əli müxtəlif bəhanələrlə «narahat olma, mənlikdir» desə də nəticədə pulunu verməmişdir. O, dövlət tərəfindən tikilmiş sosial evlərdən üç otaqlı mənzil almasına görə 9.535 manat, qardaşı oğlu Rafət cəmi 4.535 manat, qardaşı qızı Günel isə 10.035 manat pul vermişdir. Əli ona mənzillərinin açarını belə göstərmişdir. Ümumilikdə Kənana və Əliyə üç mənzil üçün 24.105 manat pul vermiş, hazırda onunla bərabər qardaşı oğlu Rafət Yoldaşova və qardaşı qızı Günel Hətəmovaya da maddi ziyan dəymişdir. Son olaraq ona dəymiş ona, qardaşı oğluna və qardaşı qızına ümumilikdə 24105.00 (iyirmi dörd min bir yüz beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslərdən tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, X23 onun əmisidir. 2020-ci ilin fevral ayının ortalarında əmisi Güləmirzə tanışı Təqsirləndirilən şəxsla görüşərkən Əli ona Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən Laçın adlı, lakin özünü Kənan kimi təqdim edən tanışının Yaşar adlı rəisinə məxsus üç ədəd mənzil olmasını, həmin mənzillərin içərisində isə münasib qiymətə üç otaqlı mənzil mövcud olmasını bildirmiş və həmin evlərdən birini almaqda ona köməklik göstərə biləcəyini demişdir. Həmin vaxt əmisi Güləmirzə tanışı Əlinin bu təklifi ilə razılaşaraq onun vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüşdür. Görüş zamanı Kənan onun əmisinə bildirmişdir ki, mənzil almaqdan ötrü sistemə düşmək üçün əvvəlcə 3.000 manat «şapka» ödəməli, sonra mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat ödənilməli, mənzil adına sənədləşdirildikdən sonra isə mənzilin 25 il ərzində kredit verəməlidir. X73 və Kənanın bu təklifi ilə razılaşaraq almaq istədiyi üç otaqlı mənzili qızı Çiçək Tağızadənin adına rəsmiləşdirmək istəmişdir. Sonradan əmisi bu barədə ona və qızı X44 danışmışdır. O və Güneldə əmisinə ev elmaq istədiklərini demişlər. Bundan sonra əmisi Güləmirzə bu barədə Təqsirləndirilən şəxsla danışmışdır. 2020-ci ilin fevral ayının 15-də Təqsirləndirilən şəxs əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və üç ədəd üç otaqlı mənzil üçün 9.000 manat pul ödəmək lazım olduğunu bildirmiş, həmin vaxt əmisi qızı Günellə birlikdə hərəsi 3.000 manat düzəldib Əliyə çatdırılması üçün əmiləri Güləmirzəyə vermişdir. Daha sonra X73nin dəvəti ilə Bakı şəhərində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada Əli ilə görüşmüş və Əli əmisinə «sən heç nədən narahat olma, sən pulu mənə verirsən, arxayın ol, mən sənə təminat verirəm, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu məndən götürərsən» deyə bildirmişdir. Gülmirzə Əlinin bu sözünə inanaraq razılaşmış, sonra isə Əli tanışı Kənana zəng vuraraq onu da həmin çayxanaya çağırmışdır. Bundan sonra Gülmirzə şəxsən Əlinin yanında hər üç mənzilə görə Kənana ödəməli olduğu 9.000 manat pulu sayıb vermiş, həmin vaxt o və Günel orada olmamış, onların pulunu da əmisi Güləmirzə Laçına vermişdir. 2020-ci ilin yayında Təqsirləndirilən şəxs yenə də əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmışdır. 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmiş, həmin vaxt əmisi Gülmirzə öz evi və Günelin evi üçün ayrı-ayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, sonra öz evi üçün 1.535 manat pulu sayıaraq Əliyə uzatmış, lakin Əli pulu Kənana verməsini bildirmişdir. Həmin vaxt Kənan bank işçisinin atasının xəstə olduğunu bildirərək gələ bilmədiyi üçün pulu özü yığdığını bildirmişdir. Bundan bir neçə gündən sonra isə Kənan Orxan adlı bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərini göndərmiş və onlar da həmin qəbzə imza etmişlər. Həmin vaxt Kənandan nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəklərini soruşduqda Kənan əvvəlcə onlara mənzillərin qalan ilkin ödəniş pullarını hər birinin gedib metronun «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəyəcəklərini bildirsə də sonradan Kənan öz müdiri Yaşar adlı şəxsin Təqsirləndirilən şəxsla görüşüb hər şeyi izah edəcəyini demişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs əmisi Güləmirzəyə zəng etmiş və onunla birlikdə Əli ilə Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmişlər. Həmin vaxt Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, özünü Orxan kimi təqdim edən, boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul toplamışdır. O həmin şəxslərin sanki harasa tələsdiklərini görüb bu məsələnin içində nəsə bir fırıldaq olmasını əmisinə bildirmiş, sonra etiraz edərək əlbəəl heç kimə pul verməyəcəyini, yalnız pulu aparıb banka ödəyəcəyini bildirmişdir. Bu zaman Əli ona «narahat olma, sən pulu banka ödəsən vaxt uzanacaq, Kənan özü həll edicəkdir» demiş, lakin o yenədə buna etiraz etmiş və 5.300 manat pulu verməyəcəyini demiş, lakin əmisi Güləmirzə öz evi və əmisi qızı Günelin evi üçün cəmi 10.300 manat pulu Əlinin yanında Kənana vermişdir. Bundan sonra bank işçisi suallara cavab olaraq həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini (kupçaları) alacaqlarını bildirmiş və Kənan xx.xx.2020-ci il tarixdə saat 11 radələrində onlarla görüşüb banka gedəcəklərini və sənədləri götürəcəklərini demişdir. Bundan sonra isə Kananın istifadə etdiyi mobil nömrəsinə zəng çatmamışdır. Daha sonra isə əmisi Əli ilə görüşərək ondan pullarını tələb etmiş, lakin Əli onlara “narahat olmayın” desə də müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. Əmisi Güləmirzə şəxsən Əliyə və Kənana özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil almasına görə 9.535 manat, özü cəmi 4.535 manat, əmisi qızı Günel isə 10.035 manat pul vermiş, hətta Əli onlara alacaqları mənzillərin açarını da göstərmişdir. Ümumilikdə onlar Kənana və Əliyə üç mənzil üçün 24.105 manat pul vermişlər. Son olaraq ona dəymiş əmisinə, əmisi qızına və ona ümümi 24105.00 (iyirmi dörd min bir yüz beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, X23 onun əmisi, Rafət isə əmisi oğludur. Güləmirzə özünə Yeni Yasamal rayonu ərazisində mənzil almaq istəyərkən evlərin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2020-ci ilin fevral ayının ortalarında əmisi Güləmirzə tanışı Təqsirləndirilən şəxsla görüşərkən ona Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus üç ədəd mənzil olmasını, həmin mənzillərin içərisində isə münasib qiymətə üç otaqlı mənzil mövcud olmasını bildirmiş və həmin evlərdən birini almaqda ona köməklik göstərə biləcəyini demişdir. Güləmirzə Əlinin bu təklifi ilə razılaşaraq onun vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüş, həmin vaxt Kənan mənzil almaqdan ötrü sistemə düşmək üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat ödənilməli, mənzil adına sənədləşdirildikdən sonra isə mənzilin sahəsinə əsasən aybaay 25 il ərzində kredit verəcəyini bildirmişdir. Əmisi Əli və Kənanla razılaşaraq almaq istədiyi üç otaqlı mənzili qızı Çiçək Tağızadənin adına rəsmiləşdirmək istəmiş, çünki Kənan və Əli uzun müddətli ipoteka olmasını bildirərək gənc adamın adına rəsmiləşdirilməli olduğunu şərt olaraq irəli sürmüşlər. Bundan sonra əmisi bu barədə əmisi oğlu X8 və ona danışmışdır. Onlar özlərinə də ipoteka şərti ilə Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən üç otaqlı mənzil almaq istədiklərini əmisi Güləmirzəyə demişlər. Güləmirzə Əliyə və Kənana zəng vurub bu demiş, sonuncular isə ona da problem olmadığını və ev almaqda onlara da köməklik edə biləcəklərini bildirmişlər. 2020-ci ilin fevral ayının 15-də Təqsirləndirilən şəxs əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və üç ədəd üç otaqlı mənzil üçün 9.000 manat pul ödəmək lazım olduğunu bildirmişdir. Həmin vaxt o Rafətlə birlikdə hərəsi 3.000 manat düzəldib Əliyə çatdırılması üçün əmiləri Güləmirzəyə vermişlər, Güləmirzə isə Bakı şəhərində Əlinin yaşadığı Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada onunla görüşmüş və Əli ilə ətraflı söhbət etmişdir. Bu zaman Əli əmisinə «sən heç nədən narahat olma, sən pulu mənə verirsən, arxayın ol, mən sənə təminat verirəm, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu məndən götürərsən» deyə bildirmişdir. Əmisi Əlinin bu sözünə inanaraq razılaşmış, sonra Əli tanışı Kənana zəng vuraraq onu da həmin çayxanaya çağırmışdır. Orada əmisi Güləmirzə şəxsən Əlinin yanında hər üç mənzilə görə Kənana ödəməli olduğu 9.000 manat pulu sayıb vermişdir. Həmin vaxt əmisi oğlu Rafətlə birlikdə orada olmamış, onların pulunu isə əmisi Güləmirzə Kanana yəni Laçına vermişdir. 2020-ci ilin yayında Təqsirləndirilən şəxs yenə də əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmışdır. Görüş zamanı ora bankın işçisidə gəlmiş və ilkin ödəniş olan 1.534 manat 70 qəpik pulu götürəcəyini bildirmişdir. 07 avqust 2020-ci il saat 11 radələrində Rafət əmisi Güləmirzə ilə birlikdə Əlinin yaşadığı evin yanına, yəni Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmişlər. Orada Güləmirzə öz evi və onun evi üçün ayrı-ayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, sonra əmisi oğlu Rafət öz evi üçün 1.535 manat pulu sayıaraq Əliyə uzatmış, lakin Əli pulu Kənana verməsini bildirmişdir. Bundan bir necə gün sonra isə Kənan Orxan adlı bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərini göndərmiş və onlar da həmin qəbzə imza etmişlər. Həmin vaxt əmisi oğlu Rafət Kənandan nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəklərini soruşduqda Kənan əvvəlcə onlara mənzillərin qalan ilkin ödəniş pullarını hər birinin gedib metronun «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəyəcəklərini bildirsə də sonradan Kənan öz müdiri Yaşar adlı şəxsin Təqsirləndirilən şəxsla görüşüb hər şeyi izah edəcəyini demişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs əmisi Güləmirzəyə zəngi ilə Rafət onunla birlikdə Əlinin yaşadığı evin yaxınlığındakı çayxanaya getmişlər Orada Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, özünü Orxan kimi təqdim edən, boynundan adı və soyadı yazılmış lövhə asılmış şəxs olmuşdur. Orada onlardan başqa digər mənzilə sahib olmaq istəyən şəxslərdə olmuşdu. Həmin vaxt Orxan 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul topladıqda Rafət onların harasa tələsdiklərini görüb bu məsələnin içində nəsə bir fırıldaq olmasını əmisinə bildirmiş, sonra etiraz edərək əlbəəl heç kimə pul verməyəcəyini, yalnız pulu aparıb banka ödəyəcəyini bildirmişdir. Bu zaman Əli Rafətə «narahat olma, sən pulu banka ödəsən vaxt uzanacaq, Kənan özü həll edicəkdir» deməsinə baxmayaraq, Rafət yenə də buna etiraz etmiş və 5.300 manat pulu verməyəcəyini demiş, lakin əmisi Güləmirzə öz evi və onun evi üçün cəmi 10.300 manat pulu Əlinin yanında Kənana sayıb vermişdir. Əmisinin sualına cavab olaraq bank işçisi oradan gedincə əvvəl həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini alacaqlarını bildirmişdir. Bank işçisinin cümə günü, yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində onlarla görüşüb banka gedəcəklərini və sənədləri götürəcəklərini vəd verməsinə baxmayaraq, sonradan onun istifadə etdiyi mobil nömrəsinə zəng çatmamışdır. Rafət əmiləri Güləmirzə ilə birlikdə bir neçə dəfə Əli ilə görüşərək ondan pullarını qaytarmasını tələb etmişlər, lakin Əli onlara narahat olmayın desə də müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. Əmisi Güləmirzə şəxsən Əliyə və Kənana özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil almasına görə 9.535 manat, əmisi oğlu Rafət cəmi 4.535 manat, özü isə 10.035 manat pul vermişdir. Son olaraq ona dəymiş ona, əmisi Güləmirzəyə və əmisi oğlu Rafətə ümumilikdə 24105 (iyirmi dörd min bir yüz beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X53 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində oğlu Rəşid üçün münasib qiymətə ev axtararkən tanışı Sevginin həyat yoldaşı Elza xanımın vasitəsilə ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuş və ona oğlu üçün Bakı şəhərində ev almaq istədiyini bildirmişdir. Onun bu xahişinə cavab olaraq Əli ona problem olmadığını və bu işdə köməklik göstərə biləcəyini demişdir. 2020-ci ilin mart ayında Əli ona zəng edərək Yasamal rayonu ərazisində "xxxx" MMC-nin tikdiyi sosial evlərində Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus 9 ədəd mənzilinin olduğunu və həmin mənzillər içərisində onun istədiyi üç otaqlı mənzilin də mövcudluğunu bildirmişdir. Həmin vaxt Əlinin vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüş və Kənan ona üç otaqlı mənzili almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra, mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat pul ödəyəcəyini, mənzil adına sənədləşdirildikdən sonra mənzilin sahəsinə uyğun olaraq 25 il ərzində aylıq kredit ödəyəcəyini bildirmişdir. Kənan əlavə olaraq bildirmişdirki, o «Asan» xidmətdən «Asan imza» alıb özləri tərəfindən qeydiyyata salındıqda «şapka» kimi nəzərdə tutulan 3.000 manatı ödəməlidir. 2020-ci ilinin təxminən avqust ayının əvvəlində saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında Əli və Kənanla görüşmüş, onlara Bakı şəhəri Yasamal rayonu ərazisində "xxxx" MMC-nin tikdiyi sosial evlərdən 82 kv.metr 3 otaqlı mənzil almaq istydiyini bildirmişdir. Bundan sonra Əliyə 5.000 manat pulu sayıb vermiş, sonra Əli onun yanında aldığı pulu Kənana vermişdir. O Əliyə «pulu sənə verirəm və evi də səndən tələb edəcəyəm, başqa adam tanımıram» deyə bildirmiş, Əli isə «narahat olma problem yoxdur» demişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Əlinin tanışı olan Kənan adlı şəxs onun işi ilə məşqul olan Orxan adlı bank işçisinin atasının vəfat etməsini, buna görə özü gələ bilməyəcəyini bildirərək taksi ilə göndərdiyi qəbzləri imza etməsini xahiş etmişdir. Bundan sonra o 1.534 manat ilkin ödəniş etməsi barədə olan qəbzə imza etmişdir. Bundan sonra Əli ona zəng vuraraq imza etdiyi qəbzin bir nüsxəsinin bankda qalacağını, digər nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, boynunda adı və soyadı yazılmış lövhə asılmış şəxs gələrək 82 kv.m 3 otaqlı mənzil üçün 5.300 manat, iki otaqlı mənzil üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat ilkin ödəniş lazım olduğunu dimişdir. O 5300 manat pulu şəxsən Əliyə vermişdir. O həmin görüşdə ilk dəfə olaraq Yaşarı adlı şəxsi görmüşdür. Həmin vaxt bank işçisi həftənin cümə günü «VTB» banka gəlib sənədlərə imza etməsini, bundan sonra «ASAN» xidmətə gedib orada alacağı üç otaqlı mənzilin qeydiyyat vəsiqəsini götürəcəyini bildirmişdir. Cümə günü, yəni 18 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Kənan onunla görüşdükdə özü VTB banka gedib sənədləri götürəcəyini demiş və orada məsələni həll etdikdən sonra, yəni bir saatdan sonra onunla görüşəcəyini vəd etmiş, lakin bundan sonra Kənana məxsus mobil nömrəyə zəng çatmamış. Bundan sonra o Əliyə zəng vuraraq narahatçılığını bildirmiş. Laçın Bağırov, Təqsirləndirilən şəxs və Yaşar İsmayılov adlı şəxslər Bakı şəhəri Yasamal rayonu ərazisində "xxxx" MMC-nin tikdiyi sosial evlərdən 7-ci mərtəbədə yerləşən 82 kv.metr 3 otaqlı mənzil düzəltmək adı ilə onu aldadaraq ümumilikdə, 10.300 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişlər. Son olaraq ona dəymiş 10300.00 (on min üç yüz) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında həyat yoldaşı Fidan işdən gələrək ona iş yoldaşı Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs vasitəsilə özünə "xxxx" şirkətinin Yasamal rayonu ərazisində tikdiyi sosial təyinatlı binalardan ipoteka yolu ilə mənzil aldını demişdir. Həmin söhbət zamanı isə Zərərçəkmiş şəxs2 ona da sosial mənzil almaqda köməklik göstərə biləcəyini bildirmiş və həmin vaxt onun evi olmadığına və kirayə yaşadığına görə Zərərçəkmiş şəxs2 sosial mənzillərdən ona ev almaqda köməklik göstərməsinə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 zəng vuraraq onunla danışmış və Fəyyaz ona əlaqə saxlamağı üçün bu işlə məşqul olan tanışı Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. Təxminən 2-3 gün sonra o Əliyə zəng vurub, ipoteka şərti ilə "xxxx"-dan mənzil almaq istədiyini bildirmiş, Əli isə ona «sabah Yasamal rayonu Şərifzadə 44 a ünvanda yerləşən çayxanada görüşüb üz-üzə bu barədə danışarıq» dir. 2019-cu ilin dekabr ayının əvvəlində o həyat yoldaşı Fidan Hüseynova ilə birlikdə Təqsirləndirilən şəxsla həmin çayxanada görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona «problem yoxdu, sizə köməklik edərəm özünüzə uzunmüddətli ipoteka ilə sosial ev alarsınız» demiş və bu işin düzəlməsi üçün ümumilikdə 10.835 manat pul lazım olduğunu bildirmişdir. Onun sualına cavab olaraq Əli 10.835 manat pulun 6.800 manatının ilkin olaraq ev üçün, 3.500 manatını isə ev növbəsinə düşməyi üçün və tez bir zamanda evlə təmin olunmağı üçün "xxxx"-da işləyən bir şəxsə veriləcəyini, 500 manatını isə özünə götürəcəyini demişdir. Bundan bir müddət sonra həyat yoldaşı Fidanın digər iş yoldaşı olan Elza Süleymanova da həyat yoldaşı Sevgin Süleymanovla birlikdə Zərərçəkmiş şəxs2 vasitəsilə Təqsirləndirilən şəxsla görüşüb söhbət etmiş və Əli onlara da ev almaqda köməklik göstərəcəyinə razılaşmışdir. 18 may 2020-ci il tarixdə saat o həyat yoldaşı ilə birlikdə Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşüb müvafiq sənədləri və 1.000 manat pulu ona vermişdir. Onlar pulu verdikdən sonra Fidanın iş yoldaşı Elza və yoldaşı Sevgin də öz işləri üçün onların yanlarında 1.000 manat pul vermişlər. Onlar pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Həmin vaxt Sevginlə birlikdə ona «səndən başqa heç kimi tanımırıq, pulu sənə veririk və iş alınmayacağı təqdirdə pulu səndən tələb edəcəyik» deyə bildirmiş, Əli də onların bu sözü ilə razılaşaraq ona və Sevginə «narahat olmayın işiniz alınmasa pulunuzu özüm qaytaracam» demişdir. Bundan təxminən 10 gün sonra Əli yenidən ona və Sevginə zəng edərək Asan xidmətlə bağlı sənədlərinin hazırlanması üçün 2.000 manat verməli olduqlarını demişdir. 28 may 2020-ci il tarixdə saat 18 radələrində onu həyat yoldaşı Fidan Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək Təqsirləndirilən şəxs 1.500 manat pul vermişdir. Həmin görüş zamanı Sevgin və Elza da orada olmuşlər və onlar da öz işləri üçün Fidanın yanında Əliyə 2000 manat vermişlər. Əli onlardan pulu alan zaman həmin pulu «işi həll eliyən adamlara» verəcəyini bildirmiş, lakin Fidan və Sevgin bu dəfə də Əliyə həmin şəxsləri tanımadıqlarını, bu işdə yalnız Əlini tanıdıqlarını və cavabdeh özü olmasını, iş alınmasa pulu Əlidən tələb edəcəklərini dedikdə, Əli də yenə onların sözü ilə razılaşıb «narahat olmamalarını» bildirmişdir. Həmin günün axşamı Əli ona zəng edərək, ona verdiyi sənədləri gəlib götürməsini demiş, bu zəngdən sonra Sevginlə birlikdə Yasamal rayonu Şərifzadə 44A ünvanına gedərək Əlidən sənədlərini götürmüşdür. Həmin vaxt Əli onlara «egov.az» saytına girib öz şəxsi hesablarına baxmalarını bildirsədə bu alınmamışdır. Bundan sonra X75 zəng etmiş və onlara kömək etməsi üçün yanına gəlməsini xahiş etmişdir. Kənan gəldikdən sonra Əli onlara Kənanı bu işi görən adam kimi təqdim etmiş və Kənan oraya gələrək onların «egov.az» saytındakı hesablarına girib şəxsi portallarını onlara göstərmiş və bu səbəbdən onlar Əliyə inanmışlar. 12 iyun 2020-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı Fidanla birlikdə Şərifzadə 44 A ünvanına gedərək Əlinin yaşadığı məhlədə binanın qarşısında Əli və Kənanla görüşmüş və Kənanın yanında 1.000 manat pul sayıb Əliyə vermişdir. Orada bundan sonrakı proseslərin necə olacağını soruşduqda Əli «VTB» bankdan sənə zəng gələcək, qalan 6.834 manat pulun 1.534 manatını həmin bankda sığortaya, 5300 manatını isə evin ilkin ödənişi üçün verəcəyini» bildirmişdir. 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Fidan Hüseynova, onun iş yoldaşı Elza Süleymanova və onun həyat yoldaşı Sevgin Sülemyanovla birlikdə Şərifzadə 44A ünvanına getmişlər. X76 birlikdə olmuşlər və Əli onlara imzalamaqları üçün sığorta qəbzi verdikdən sonra o, 1.535 manat pulu Əliyə vermiş və Sevgin də eyni məbləğdə pulu sayıb onun yanında Əliyə vermişdir. Həmin vaxt Kənan və Əli təxminən bir ay ərzində bankdan onlara zəng gələcəyini bildirmişdir, lakin bundan iki ay keçmişinə baxmayaq onlara zəng gəlməmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı, Sevgin və onun həyat yoldaşı ilə birlikdə yenidən Şərifzadə 44A ünvanına gedərək orada Əli ilə görüşmüşlər. Həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X29 adında bank işçisi də olmuşdur. Orda Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını bildirmişdir və o Sevginlə birlikdə hər biri 5.300 manat pul sayaraq Əliyə vermişlər, Əli də pulu qəbul edib Kənana vermişdir. Bundan sonra Əli onlara sabah «VTB» banka yaxınlaşmaqlarını, orada bank nümayəndəsinin onları çağıracağını və evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəklərini bildirmiş və onlara özündə olan evin açarlarını da göstərmişdir. Bundan sonra isə Əli onlara narahat olmamalarını, işilərinin düzələcəyini, düzılmısı belə həmin adamlardan pulu alacağını dəfələrlə deməsinə baxmayaraq onların pullarını qaytarmamışdır. Onlar Əliyə ümumilikdə 10.335 manat pul vermişlər. Son olaraq ona dəymiş 10335.00 (on min üç yüz otuz beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında dövlət tərəfindən az təminatlı ailələrə görə tikilən sosial evlərdən mənzil almaq məqsədi ilə Ərəstun adlı şəxsin vasitəsi ilə həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs adlı şəxslə görüşlər. Görüş zamanı Əli onlara «narahat olmayın sizə kömək edə bilərəm, ancaq bu işin düzəlməsi üçün 3.000 manat əlavə xərciniz çıxacaqdır, evin düzəlməsi üçün isə guya dövlətə iki otaqlı ev üçün 5.450 manat ödəniş olmalıdır» demiş, həyat yoldaşı buna razılıq vermişdir. 11 mart 2020-ci il tarixdə təxminən saat 15 radələrində həyat yoldaşı Zakir Təqsirləndirilən şəxs ilə onun yaşadığı Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evinin həyətində görüşmüş və ona 500 manat beh olaraq vermiş, eyni zamanda Əli onlardan müvafiq sənədləri də almış və işə başlaması üçün mart ayının 14-də 2500 manatı gətirib vermələrini bildirmişdir. Həmin tarixdə həyat yoldaşı Zakir yenə də Əli ilə onun yaşadığı evin həyətində görüşüb 2500 manat pulu ona vermişdir. Hımin vaxt Əlinin yanında özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Yalçın Bağırov adlı şəxs orada olmuş, lakin həyat yoldaşı pulu şəxsən Əliyə vermişdir. Əli pulu götürən zaman həyat yoldaşına aldığı 3.000 manatın işi düzəldənə və özünə çatdığını bildirmiş və mart ayının sonunda 5.450 manat pulu da düzəldib gətirməsini bildirmişdir. 2020-ci ilin iyun ayında "xxxx" şirkətindən onlara telefon vasitəsilə SMS gəlmiş, həmin mesajda 2020ci ilin iyul ayının 30-da onlar evlə bağlı dəvət ediləcəkləri göstərilmişdir. Onlar bu mesaja inanmışlar və həmin vaxtı gözləmişlər. 29 iyul 2020-ci il tarixdə həyat yoldaşı Zakir Əliyə zəng vuraraq ondan hara getməli olduğunu və kiminlə görüşəcəyini soruşmuş, bu zaman Əli heç yerə getməyin deyərək, yaşadığı evin həyətinə çağırmış və özü ilə 1.534 manat pul gətirməsini bildirmişdir. Bundan sonra həyat yoldaşı Zakir yenə də Əlinin dediklərinə inanaraq, 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində Əli ilə həmin yerdə görüşmüş 1.534 manat pulu ona vermişdir. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs həyat yoldaşına zəng vurub onu təbrik etmiş, guya ev işi düzəldiyini bildirmiş və özü üçün 300 manat şirinlik istəmişdir. Əliyə inanaraq 11 avqust 2020-ci il tarixdə həyat yoldaşı ilə Əliyə 300 manatı vermiş və həmin vaxt Əli həyat yoldaşına onlar üçün düzəltdiyi iki otaqlı mənzilin açarlarını da göstərmişdir. Əlinin dediyinə görə həmin mənzil «Midia» şirkəti inşa etmişdir, iki otaqlı olmaqla 56 kv metr sahəsi var və binanın 4-cü mərtəbəsində yerləşir. 2020-ci ilin avqust ayının sonunda Əli Hüsyenov yenədə zəng vuraraq işlərin tamamlandığını və yerdə qalan 3.920 manat pulu düzəldib hazır vəziyyətdə olmalarını bildirmişdir. 07 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Zakir Bayramov və qızı X30 yerdə qalmış 3.920 manat pulu Əlinin yaşadığı evin həyətində Əliyı vermişlər. Həmin vaxt Əlinin yanında Kənan və özünü bank işçisi kimi təqdim edən Yaşar və Kənan adlı şəxslər olmuşlar. Bundan sonra isə Əli onlara narahat olmamalarını, işilərinin düzələcəyini, düzəlməsə belə həmin adamlardan pulu alacağını dəfələrlə deməsinə baxmayaraq onların pullarını qaytarmamışdır. Son olaraq ona dəymiş 8754.00 (səkkiz min yeddi yüz əlli dörd) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Y.Yasamal Ə.Əhmədov Şərur MTK, ev 24 b mənzil 198-də kirayə yaşayır, həyat yoldaşı Elza Süleymanova təxminən iki ilə yaxındır ev alqı-satqısı ilə məşğul olmuş, həmin vaxtdan ev alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2 tanımışdır. 2020-ci ilin əvvəllərində Elza ona iş yoldaşı Fəyyazın öz tanışı Təqsirləndirilən şəxs vasitəsilə özünə Yasamal rayonunda yerləşən "xxxx" yaşayış kompleksində ipoteka şərti ilə mənzil almasını və onlara da ev almaları üçün köməklik göstərə bilcəyini demiş, həyat yoldaşı Elzanın təklifi ilə razılaşaraq kirayə yaşadığı üçün özünə mənzil almaq istəmişdir. Fəyyaz ona əlaqə saxlaması üçün Təqsirləndirilən şəxs nömrəsini vermiş, təxminən 2-3 gün sonra, yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs zəng etmiş və ipoteka şərti ilə "xxxx" şirkətindən özünə ev almaq istədiyini bildirmişdir. Əli də ona telefonda “sabah Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən çayxanaya gələrsən orada görüşüb üz-üzə bu barədə danışarıq” demiş, onunla razılaşaraq 2020-ci ilin mart ayının sonlarında həyat yoldaşı Elzanı da götürüb özü ilə aparmış və Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Əli onlara Yasamal rayonunda yerləşən sosial evlərdən 81 kvadrat metr olan 3 otaqlı evin verilməsi üçün 11.335 manat xərci çıxacağını bildirmişdir. Ondan həmin xərclərin nəyə veriləcəyini soruşduqda o, həmin məbləğin 5.300 manatı evin ilkin ödənişinə, 1.534 manatı sığortaya, qalan məbləği isə işi həll edənlərə veriləcəyini demişdir. Əli ilə razılaşmış və fikirləşmək üçün vaxt istəmiş, həmin görüşdə onların yanında həyat yoldaşının iş yoldaşı Fəyyaz və onun arvadı Fidan da olmuşdur. Bu görüşdən təxminən bir həftə sonra Əli onlara zəng edərək, şəxsiyyət vəsiqəsinin surətini, asan imzanının sənədlərini, həmçinin beh olaraq 1.000 manat pul gətirməsini bildirmişdir. 2020-ci ilin may ayının 18-də, saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşərək istədiyi sənədləri və 1.000 manat pulu ona vermiş, həmin görüşdə də onunla birlikdə Fəyyaz və həyat yoldaşı Fidan da olmuş və onlar da öz işləri üçün Əliyə 1.000 manat pul vermişdir. Onlar pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Əli bunu dedikdən sonra ona «səndən başqa heç kimi tanımıram, pulu sənə verirəm və iş alınmayacağı təqdirdə pulu səndən tələb edəcəyəm» deyə bildirmiş və Əli də onlarla razılaşmışdır. Təxminən 10 gün sonra Əli yenidən ona zəng edərək Asan xidmətlə bağlı sənədlərinin hazırlanması üçün 2.000 manat verməli olduğunu bildirmiş, sonra 28 may 2020-ci il tarixdə, saat 18 radələrində yenə də Əlinin deməsi ilə Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada Təqsirləndirilən şəxsla görüşmüş, həmin görüş zamanı Fəyyazın işi olduğundan həyat yoldaşı Fidan onlarla getmiş, Fidanla birlikdə hərəsi ayrılıqda öz işləri üçün 2.000 manat pulu sayaraq Əliyə vermiş və Əli pulu qəbul edərək onlara “narahat olmayın” demişdri. Həmin günün axşamı Əli onlara zəng edərək, verdikləri sənədləri gəlib götürə biləcəklərini bildirmiş, axşamı onlar Şərifzadə 44A ünvanına gedərək Əlidən sənədləri götürmüş və həmin vaxt Əli onlara «egov.az» saytına girərək öz şəxsi hesablarına baxmalarını söyləmiş, buna görə Əlinin yanında hesablarına daxil olmaq istəsələr də, alınmamış, Əli də bunu görüb Kənan Bağırova zəng etmiş və onlara kömək etməsi üçün gəlməsini xahiş etmişdir. Kənan gəldikdən sonra Əli onlara Kənanı bu işi görən adam kimi təqdim etmiş, sonra Kənan adlı şəxs onların «egov.az» saytındakı hesablarına girərək şəxsi portallarını göstərmiş, daha sonra Əli onlara çatacaq 4.000 manatdan son olaraq, 1.000 manatını da verməli olduqlarını bildirmişdir. Bu görüşdən təxminən 10 gün sonra, yəni 08 iyun 2020-ci il tarixdə saat 17 radələrində Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt həyat yoldaşı Elza və Fəyyazın həyat yoldaşı Fidan da onlarla birlikdə olmuş, lakin onlar çayxanada deyil Əlinin yaşadığı məhəllədə binanın qarşısında onunla görüşmüş, sonra Əli onların yanında dediyi kimi işlərini həll edən Kənan adlı şəxsə zəng vurub onu da çağırmışdır. Kənanın və Fəyyazın yanında 1.010 manat pul sayaraq Əliyə vermiş, Əli də həmin pulu qəbul edib Kənana vermişdir. Eyni ilə Fəyyaz da 1.000 manatı sayıb Əliyə vermiş, bundan sonrakı proseslərin necə olacağını soruşduqda Əli onlara «VTB» bankdan zəng gələcəyini, qalan 6.834 manat pulun 1.534 manatını həmin bankda sığortaya, 5.300 manatını isə evin ilkin ödənişi üçün verəcəklərini bildirmişdir. Həmçinin evin açarının və sənədinin də bank tərəfindən veriləcəyini demiş, bundan təxminən bir ay sonra Əli ona zəng edərək, sığortanın pulunu ödəməyi üçün görüşməli olduqlarını bildirmiş, həmin vaxt ondan bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini demişdir. 31 iyul 2020-ci il tarixdə, saat 10 radələrində Elza, Fidan və Fəyyazla birlikdə Şərifzadə 44A ünvanına getmiş, həmin vaxt Əli oraya Kənanla birlikdə gəlmiş, orada Əli imzalamaqları üçün sığorta qəbzləri vermiş, sonra 1.535 manat pulu sayaraq Əliyə vermiş, həmin vaxt Fəyyaz da eyni məbləğdə pulu sayaraq Əliyə vermişdir. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü zəng edəcəyini bildirmiş, bu görüşdən iki ay keçsə də, heç kəs onlara zəng etməmişdir. İşin belə olduğunu görərək Əliyə zəng edib bu barədə bildirmiş, Əli isə onlara guya ölkə ərazisində yayılmış koronavirus səbəbindən işin gecikdiyini demiş, nə etməli olduqların soruşduqda Əli yerdə qalan pulu gətirib ona vermələrini və işi özünün həll edəcəyini bildirmişdir. Əliyə bu dəfə də inanaraq 17 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində yenidən Şərifzadə 44 A ünvanına gedərək orada Əli ilə görüşmüş, həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X29 adında bank işçisi kimi təqdim edilən şəxslər olmuş, orda Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını demiş, sonra Fəyyazla birlikdə hərəsi öz evi üçün 5.300 manat pulu sayaraq Əliyə uzatmış, Əli də pulu qəbul edib Kənana sayıb vermişdir. Əli onlara sabah «VTB» banka yaxınlaşmalarını, orada bank nümayəndəsinin onları çağıracağını və evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəklərini bildirmiş, həmçinin Əli onlara özündə olan evin açarlarını da göstərmiş, ondan evi göstərməsini xahiş etsələr də, Əli müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmış, həmin günün sabahısı «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan ***-***-**-** saylı və Yaşarın istifadəsində olan ***-***-**-** saylı nömrələrə zəng etsələr də, onlara zəng çatmamışdır. Bundan sonra Əliyə zəng edərək bu haqda danışdıqda Əli onlara narahat olmamalarını, yəqin ki, tez bir zamanda onlarla əlaqə quracaqlarını söyləmiş, lakin onlarla maraqlanıb əlaqə saxlayan olmadığını gördükdə Əlinin yaşadığı yerin yaxınlığına gedərək onunla görüşüb danışmış və Əli onlara “narahat olmayın həmin adamları tapacağam” deyə bildirmişdir. Aldadıldıqlarını başa düşərək Təqsirləndirilən şəxs pullarını qaytarmasını tələb etmiş, lakin Əli pulun onda olmadığını bildirib həmin adamları tapdıqdan sonra qaytaracağını demişdir. Buna baxmayaraq Əli onların pulunu qaytarmamış və müxtəlif bəhanələrlə onları aldatmışdır. Şəxsən Əliyə dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alması üçün cəmi 10.845 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayının 19-da Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsini görərək polisə şikayət etdikdə Əlinin tanışları Yaşar və Kənan adlı şəxslərlə birlikdə ondan və Fəyyazdan başqa daha bir neçə tanımadığı şəxsləri də eyni üsulla aldadıb pullarını ələ keçirməsini eşidib-bilmişdir. Son olaraq ona dəymiş 10845.00 (on min səkkiz yüz qırx beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 40, mənzil 36-da yaşayır. X3 2004-cü ildən tanıyır, Nəriman müəllim atasının yaxın dostu olmaqla ailəvi münasibətləri olmuşdur. Nəriman müəllim əvvəllər Bakı şəhərində coğrafiya müəllimi işləmiş, sonradan isə repititor kimi fəaliyyət göstərərək Nərimanov rayonu, N.Hacıyev 46 ünvanda icarəyə yer götürüb orada universitetə tələbə hazırlamış, özü də Nəriman müəllimin yanında hazırlaşmışdır. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, 2019-cu ildə Dövlət Gömrük Komitəsində işə düzəlmək istəmiş və buna görə repititor yanına gedib hazırlaşmış, lakin qəbul imtahanı olmamış, 2019-cu ilin noyabr ayında Nəriman müəllim ona Təqsirləndirilən şəxs adlı tanışı olmasını və onunla işi barədə söhbət etməsini, Təqsirləndirilən şəxs onu Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəltməkdə köməklik edə biləcəyinə söz verməsini bildirmiş və bunun üçün 15.000 manat pul lazım olduğunu, özünə isə 300 manat hörmət olunmasını bildirmişdir. Nəriman müəllim bu barədə ona bildirdikdə razılıq vermiş, 2019-cu ilin noyabr ayının 29-da səhər tezdən 6.300 manat pulu aparıb Nəriman müəllimin icarəyə götürüb işlətdiyi ofisdə ona vermiş, danışığa görə qalan pulu işə düzəldikdən sonra verməli olmuşdur. Nəriman müəllim ondan pulu götürüb yanında tanışı Əliyə zəng vurmuş, həmin vaxt Əli işi olduğunu bildirərək axşamtərəfi özü gəlib ofisdən pulu götürcəyini demişdir. Sonra pulu Nəriman müəllimə təhvil verərək getmiş, həmin günü, yəni 29 noyabr 2019-cu il tarixdə, axşam saat 16 radələrində evdə olan zaman Nəriman müəllim zəng vuraraq tanışı Təqsirləndirilən şəxs işlədiyi Nərimanov rayonu, N.Hacıyev 46 ünvanında yerləşən ofisə gəlib ondan verdiyi 6.300 manat pulu götürüb getməsini bildirmiş və təxminən 3 ay ərzində onun işini düzəldəcəyinə söz vermiş və zabit kimi işinə çıxacağını demişdir. Nəriman müəllimlə Təqsirləndirilən şəxs arasında olan danışığa görə 2019-cu ilin dekabr ayının sonuna kimi yerdə qalan 9.000 manatı da düzəldib Əliyə verəcək, Nəriman müəllim 6.300 manat pulu Əliyə verdikdə ona «sən kiminlə işi düzəltməyin mənə maraqlı deyil cavabdeh sənsən, pulu sənə verirəm» deyə bildirmiş, Əli də cavabında Nəriman müəllimə «narahat olma hər şey mənlikdir, arxayın ol, işin düzələcəkdir» demişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs tanışı Nəriman müəllimə zəng vuraraq «işlər qaydasında gedir, yeni ildən sonra, yəni 2020-ci ilin yanvar ayında qohumun X63 Ticarət Mərkəzinin yanında olan avtomobil gömrük idarəsində xidmətə başlayacaqdır» demişdir. Qalan 9.000 manat pulu düzəldib vermək lazım olduğunu bildirmişdir. Nəriman müəllim ona zəng vurub bu barədə bildirdikdə 15 yanvar 2020-ci il tarixdə, saat 17 radələrində 9.000 manat pulu düzəldib Nəriman müəllimin ofisinə getmiş, sonra Nəriman müəllim yanında tanışı Təqsirləndirilən şəxs zəng vurmuş, həmin vaxt Əli onları yaşadığı Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən evinin həyətinə çağırmış, orada söhbət zamanı Əli ona şirin vədlər vermiş və tezliklə işə çıxacağını, işlərinin qaydasında getməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş, orada ondan, Əlidən və Nəriman müəllimdən başqa kənar şəxs olmamış, sonra Nəriman müəllimin iştirakı ilə özü ilə gətirdiyi 9.000 manat pulu sayıb Əliyə vermişdir. Lakin Təqsirləndirilən şəxs vəd etdiyi vaxt gəldikdə işindən xəbər çıxmamış və onlar Əliyə zəng vuraraq işlə maraqlandıqda hər dəfə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldadıb vaxtı uzatmış, bu gün sabah iş düzələcək demiş, mart ayından sonra da pandemiyanı bəhanə etmiş, bu minvalla 2020-ci ilin may ayına kimi Əli onu get-gələ salıb aldatmışdır. Artıq Əliyə inanmadığına görə və işinin alınmadığını görərək verdiyi 15.300 manat pulunu qaytarmasını Əlidən tələb etmiş, lakin yenə də Əli vaxtı uzatmış, pulunu qaytaracağını desə də, pulunu hələ də verməmişdir. Ona cəmi 15.300 manat maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs kimin vasitəsilə onu işə düzəltməsini bilməmiş, ancaq sözlə Dövlət Gömrük Komitəsində işləyən tanışının vasitəsilə onu işə düzəltmək istədiyini bildirmiş, lakin işi ilə bağlı Təqsirləndirilən şəxs başqa hes kəslə görüşməmişdir. Son olaraq ona dəymiş 15300.00 (on beş min üç yüz) manat məbləğində zərərin təqsirləndirilən şəxs X41 tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsi yeni tikilidə yaşayır. 2020-ci ilin iyun ayında özünə Bakı şəhəri Yasamal rayonunda "xxxx" şirkəti tərəfindən az təminatlı ailələr üçün tikilmiş sosial təyinatlı evlərdən uzun müddətli ipoteka şərti ilə ev almaq istəmiş, bu zaman tanışı X6 vasitəsi ilə Yasamal rayonunda ev alqısatqısı ilə məşqul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs tanışı Sevgin Süleymanova da sosial təminatlı mənzil düzəltməkdə köməklik etmiş, Təqsirləndirilən şəxsla görüşüb danışdıqda mənzili almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat ödəyəcəyini, mənzil adına sənədləşdirildikdən sonra isə mənzilin sahəsinə əsasən aybaay 20-25 il ərzində kredit ödəyəcəyini şərt kimi irəli sürmüşdür. Əli ona bunun üçün əvvəlcə «Asan» xidmətindən «Asan imza» alıb qeydiyyata salındıqda 3.000 manatı ödəyəcəyini, daha sonra isə banka ilkin ödənişi olunacağını bildirmişdir. Əlinin deməsinə görə iki otaqlı mənzilə görə ümumilikdə 10.034 manat pul ödəməli olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona «qızım sən heç nədən narahat olma, sən pulu mənə verirsən, arxayın ol, mən sənə təminat verirəm, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu məndən götürərsən» demişdir. Bu səbəbdən və Əlinin tanışı Sevginə də mənzil düzəltməsinə görə ona inanaraq razılaşmışdır. 2020-ci ilin iyun ayının 20-də, saat 19 radələrində Təqsirləndirilən şəxs zəngi ilə onun yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə küçəsi 44 A ünvanın qarşısına getmiş və orada təklikdə Təqsirləndirilən şəxsla görüşərək ona 2.000 manat pulu sayıb vermiş, Əli pulu götürdükdə ilkin işlərə başlanacağını demişdir. Bundan təxminən 10 gün sonra, yəni 29 iyun 2020-ci il tarixdə, saat 20 radələrində yenə də Təqsirləndirilən şəxs zəngi ilə onun yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə küçəsi 44 A ünvanın qarşısına getmiş və bu dəfə də orada təklikdə Təqsirləndirilən şəxsla görüşərək 3.000 manat pul və müvafiq sənədlərin surətini vermişdir. Həmin vaxt Əli ondan pulu və sənədləri qəbul edərək 2020-ci ilin avqust ayında Yasamal rayonunda "xxxx" şirkətinin tikdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial təyinatlı binanın 6-cı mərtəbəsindən uzun müddətli ipoteka şərti ilə 60 kv.metr mənzil veriləcəyini və 20 il ərzində ayda 220 manat pul ödəyəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayının 30-da, günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq alacağı mənzilin sığorta pulu olan 1.534 manat pulu gətirməsini bildirmiş və onu yenə də yaşadığı evin yanına çağırmış, orada digər ev almaq istəyən şəxslərin də yığışmasını demişdir. Həmin vaxt işdən çıxa bilməyəcəyini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs «narahat olma sən işdən çıxa bilmirsənsə sənin iş yerinə Kənan adlı şəxs göndərəcəm, 1.534 manat pulu ona verərsən» deyə cavab vermişdir. Həmin gün, saat 15 radələrində özünü Kənan kimi təqdim edən şəxs işlədiyi ünvan 12 ünvanda yerləşən «Kilim Mebel» salonuna gəlmiş və iş yerində təklikdə Əlinin sığorta üçün istədiyi 1534 manat pulu sayıb Kənana vermiş, hətta Kənan ona bir qəbzə imza etdirmiş, ancaq həmin qəbzi ona verməmişdir. Həmin vaxt Kənan tək gəlmiş, Kənan ondan pulu götürüb gedən kimi Təqsirləndirilən şəxs zəng vurmuş və Əli telefonda ona «xəbərim var, narahat olma, bir neçə gün sonra ödəniş qəbzini göndərəcəm» demişdir. Ancaq bir neçə gün keçməsinə baxmayaraq Əli və Kənan ödəniş qəbzini gətirib ona verməmiş, buna görə Təqsirləndirilən şəxs zəng vurmuş və Əli ona yenə də «qızım narahat olma, işlər qaydasında gedir, qəbz məndədir, görüşəndə verərəm» demişdir. Lakin vaxtı olmadığına görə, yəni işdən qala bilmədiyi üçün Təqsirləndirilən şəxsla görüşə bilməmiş, yalnız onunla telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda ona zəng vurmuş və nə zaman evin sənədlərinin veriləcəyini və mənzilə nə zaman köçəcəyini soruşmuş, ancaq Əli pandemiyaya görə işlərin bir qədər uzandığını bildirərək bir həftə də gözləməsini demişdir. Lakin Əli onu aldadıb avqust ayını başa vurmuş, sonda isə 2020-ci ilin sentyabr ayının əvvəlində mənzilin hazır olacağını bildirmişdir. Ancaq yenə də Əli və Kənan onu aldatmış, yəni vədlərinə əməl etməmiş, belə olan halda Kənana zəng vuraraq pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt Kənan ona «narahat olma pulunu qaytararam» demiş, sonra Əliyə zəng vurmuş və Əli onunla əsəbi danışaraq «nə üçün Kənana zəng vurmusan, o, kimdi, sən pulu mənə vermisən, artıq işlər düzəlib, hətta alacağın evin açarları artıq məndədir» deyə bildirmişdir. Bu dəfə də Əliyə inanıb gözləmiş, sonda isə heç bir nəticəsi olmamış, iş alınmadığı üçün yerdə qalan 3.500 manat pulu Kanana və Əliyə verməmiş, çünki onlar möhürsüz sadə bir kserokopiya sənədi gətirib ona qol çəkdirmək istəmişdir. Ancaq onlarla razılaşmayaraq imza etməmiş, ona görə yerdə qalan pulu verməmişdir. Özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 2 otaqlı mənzil almasına görə şəxsən Əliyə 5.000 manat, Kənan adlı şəxsə isə 1.534 manat, cəmi 6.534 manat pul vermişdir. Hazırda Əli və Kənan pulunu qaytarmamış və onu aldadaraq vədinə əməl etməyib pulunu ələ keçirmiş, sonradan Təqsirləndirilən şəxs və Kənan adlı şəxsin ondan başqa bir neçə şəxsi də eyni üsulla aldadıb pullarını ələ keçirməsini eşitmişdir. Son olaraq ona dəymiş 6534.00 (altı min beş yüz otuz beş) manat məbləğində zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Y.Yasamal Ə.Əhmədov Şərur MTK, ev 24 b mənzil 198-də kirayə yaşayır. Təxminən iki ilə yaxındır ev alqı-satqısı ilə məşğul olur və Fəyyazı da həmin vaxtdan iş yoldaşı kimi tanımış, onunla münasibətləri yaxşı olmuş, 2020-ci ilin əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adlı tanışı vasitəsi ilə özünə Yasamal rayonunda yerləşən "xxxx" yaşayış kompleksində ipoteka şərti ilə sosial evlərdən mənzil almasını bildirmiş və ona da köməklik göstərə biləcəyini demiş, çünki Fəyyaz evi olmadığını bilmişdir. Fəyyazın bu təklifi ilə bağlı evdə həyat yoldaşı Sevgin Süleymanova bildirmiş və onlar da özlərinə sosial evlərdən mənzil alaq kirayə yaşamaqdan canlarını qurtarmaq qərarına gəlmiş, sonra Fəyyaz ona əlaqə saxlamağı üçün Təqsirləndirilən şəxs nömrəsini vermişdir. 2-3 gün sonra, yəni 2020-ci ilin mart ayının sonlarında həyat yoldaşı Sevgin Təqsirləndirilən şəxs zəng etmiş və ipoteka şərti ilə "xxxx" şirkətindən ev almaq istədiyini bildirmiş, Əli də ona telefonda «sabah Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən çayxanada görüşüb üz-üzə bu barədə danışarıq» demişdir. 2020-ci ilin mart ayının sonlarında həyat yoldaşı Sevginlə birlikdə gedib Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Əli onlara Yasamal rayonunda yerləşən sosial evlərdən 81 kvadrat metr olan 3 otaqlı evin verilməsi üçün 11.335 manat xərci çıxacağını demişdir. Ondan həmin xərclərin nəyə veriləcəyini soruşduqda 11.335 manatdan 5.300 manatı evin ilkin ödənişinə, 1.534 manatı sığortaya, qalan məbləği isə işi həll edənlərə veriləcəyini bildirmiş, həyat yoldaşı Sevgin də Əli ilə razılaşmışdır. Həmin görüşdə onların yanında iş yoldaşı Fəyyaz və onun həyat yoldaşı Fidan da olmuş, bu görüşdən təxminən bir həftə sonra Əli onlara zəng edərək, şəxsiyyət vəsiqələrinin surətini, asan imzanının sənədlərini, həmçinin beh olaraq 1.000 manat pul gətirmələrini demişdir. Həyat yoldaşı Sevgin də həmin günün sabahısı, yəni 2020-ci ilin may ayının 18-də, saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşərək istədiyi sənədləri və 1.000 manat pulu ona vermişdir. Həmin vaxt Fəyyaz və yoldaşı Fidan da onlarla gedərək öz işləri üçün Əliyə 1.000 manat pul vermişdir. Həyat yoldaşı Sevgin Təqsirləndirilən şəxs pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Əli bunu dedikdən sonra Sevgin ona «səndən başqa heç kimi tanımıram, pulu sənə verirəm və iş alınmayacağı təqdirdə pulu səndən tələb edəcəyəm» demiş, Əli də onlarla razılaşaraq «narahat olmayın iş alınmasa pulunuzu qaytaracam» deyə cavab vermişdir. Bu görüşdən təxminən 10 gün sonra Əli yenidən həyat yoldaşı Sevginə zəng edərək Asan xidmətlə bağlı sənədlərinin hazırlanması üçün 2.000 manat verməli olduqlarını bildirmiş, həyat yoldaşı onunla razılaşaraq 28 may 2020-ci il tarixdə, saat 18 radələrində yenə də Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin görüş zamanı Fəyyazın işi olduğundan həyat yoldaşı Fidan da onlarla getmiş, Sevgin və Fidan ayrı ayrılıqda hər biri öz işləri üçün 2.000 manat pulu sayaraq Əliyə vermiş, həmin günün axşamı Əli onlara zəng edərək, ona verdikləri sənədləri gəlib götürmələrini demiş, sonra həyat yoldaşı ilə birlikdə Şərifzadə 44A ünvanına gedərək Əlidən sənədlərini götürmüşdür. Həmin vaxt Əli onlara «egov.az» saytına girərək öz şəxsi hesablarına baxmalarını desə də, hesablarına girə bilmədikdə X75 zəng edərək, kömək etməsi üçün gəlməsini xahiş etmişdir. Kənan gəldikdən sonra Əli onlara bu işi görən adam kimi təqdim etmiş, Kənan oraya gələrək onların «egov.az» saytındakı hesabına girib şəxsi portallarını göstərmiş, daha sonra Əli onlara çatacaq 4.000 manatdan son olaraq, 1.000 manatını da verməli olduqlarını bildirmişdir. Bu görüşdən təxminən 10 gün sonra, yəni 08 iyun 2020-ci il tarixdə, saat 17 radələrində həyat yoldaşı Sevgin Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt özü və Fəyyazın həyat yoldaşı Fidan onlarla getməmiş, lakin həyat yoldaşı Sevgin həmin vaxt Əli ilə çayxanada deyil, onun yaşadığı məhlədə binanın qarşısında görüşmüşdür. Sonra Əli işlərini həll edən Kənan adlı şəxsə zəng vuraraq onu da çağırmış, həyat yoldaşı Sevgin Kənanın və Fəyazın yanında 1.010 manat pul sayıb Əliyə vermiş, Əli də həmin pulu götürüb Kənana vermişdir. Eyni ilə Fəyyaz da 1.000 manat pulu sayaraq Əliyə vermişdir. Həyat yoldaşı Sevgin bundan sonrakı proseslərin necə olacağını soruşduqda Əli onlara «VTB» bankdan zəng gələcəyini, qalan 6.834 manat pulun 1.534 manatını həmin bankda sığortaya, 5.300 manatını isə evin ilkin ödənişi üçün verəcəyini bildirmiş, həmçinin evin açarının və sənədinin də bank tərəfindən onlara veriləcəyini demişdir. Bundan təxminən bir ay sonra Əli həyat yoldaşı Sevginə zəng edərək, sığortanın pulunu ödəmələri üçün görüşməli olduqlarını demiş, həyat yoldaşı Sevgin Əlidən bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini bildirmişdir. Bundan sonra, 31 iyul 2020-ci il tarixdə, saat 10 radələrində həyat yoldaşı Sevgin, Fidan və Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt Əli oraya Kənanla birlikdə gəlmişdir. Orada Əli imzalamaqları üçün onlara sığorta qəbzi vermiş,daha sonra həyat yoldaşı Sevgin və Fəyyaz 1.535 manat pulu sayaraq Əliyə vermişdir. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü zəng edəcəyini bildirmiş, bundan iki ay keçsə də heç kəs onlara zəng etməmiş, buna görə onlar Əliyə zəng edib bu barədə narahatçılıqlarını bildirmişdir. Əli isə ölkə ərazisində yayılmış koronavirus səbəbindən işin gecikdiyini demiş, ondan nə etməli olduqlarını soruşduqda Əli yerdə qalan pulu gətirib ona vermələrini, işi özü həll edəcəyini demişdir. 17 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində həyat yoldaşı ilə birlikdə yenidən Şərifzadə 44A ünvanına gedərək orada Əli ilə görüşmüş, həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X29 adında bank işçisi olan şəxslər olmuş, orda Əli onları Yaşar İsmayılovla tanış edərək Kənanın rəisi olmasını bildirmiş, sonra həyat yoldaşı Sevgin və Fəyyaz hər biri öz işi üçün 5.300 manat pul sayıb Əliyə vermiş, Əli də pulu qəbul edib onların yanında sayaraq Kənana vermişdir. Daha sonra Əli onlara sabah «VTB» banka yaxınlaşmalarını, orada evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəkləri demiş, hətta Əli onlara özündə olan evin açarlarını da göstərmişdir. Həyat yoldaşı Sevgin Əlidən alacaqları evi göstərməsini xahiş etsə də, Əli müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. Həmin günün sabahısı onlar «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan ***- ***-**-** saylı və Yaşarın ***-***-**-** saylı nömrələrə zəng etsələr onlara zəng çatmamış, daha sonra onlar Əliyə zəng edərək bu haqda danışdıqda Əli onlara narahat olmamalarını, yəqin tez bir zamanda onlarla əlaqə quracaqlarını söyləmişdir. Lakin Kənanın və Yaşarın onlarla əlaqə qurmadıqlarını görüb Əlinin yaşadığı evin yaxınlığına getmiş və onunla görüşüb danışmış, ancaq Əli «narahat olmayın onları tapacağam» deyib yola salmışdır. Artıq aldadıldıqlarını başa düşərək Əlidən pullarını qaytarmasını tələb etmiş, ancaq Əli pulun onda olmadığını bildirirərək həmin Kənanı və Yaşarı tapdıqdan sonra pullarını qaytara biləcəyini demişdir. Buna baxmayaraq bu günə kimi Əli onları aldadıb pullarını qaytarmamış, bəhanələrlə həyat yoldaşı Sevgini aldadıb vaxtı uzatmış, həyat yoldaşı Sevgin şəxsən onun yanında Əliyə dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alması üçün cəmi 10.845 manat pul vermişdir. Hətta Əli onlara mənzilin açarını da göstərib 9-cu mərtəbədə yerləşməsini bildirmişdir. Həyat yoldaşı Sevgin 2020-ci ilin sentyabr ayının 19-da Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsini görərək şikayət etmiş, bu zaman Əlinin tanışları Yaşar və Kənan adlı şəxslərlə birlikdə onlardan başqa bir neçə şəxsi də eyni üsulla aldadıb pullarını ələ keçirməsini eşidib-bilmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sərhədçi MTK blok 93 ev 7/3-də yaşayır. 2019-ci ilin sonlarından online formada ev alqı-satqısı ilə məşğul olmağa başlamış, həmin vaxtdan iş yoldaşı Zərərçəkmiş şəxs2 tanımış, iş yoldaşı kimi onunla münasibətləri normal olmuşdur. 2019-cu ilin noyabr ayında Fəyyaz ona Əli adlı tanışının olmasını, onun vasitəsilə özünə "xxxx" şirkətinin Yasamal rayonu ərazisində tikdiyi sosial təyinatlı binalardan ipoteka yolu ilə mənzil almaq istəməsini bildirmişdir. Söhbət zamanı Fəyyaz onun kirayə yaşadığını bildiyi üçün «istəyirsən səni Əli ilə tanış edim, sənə də sosial ev almaqda köməklik göstərsin» deyə təklif etmişdir. Bu barədə evə gedərək həyat yoldaşına bildirmiş və həyat yoldaşı Əli ilə görüşüb söhbət edəcəyini və onlara sosial ev almaqda kömək etməsini xahiş edəcəyini bildirmişdir. Sonra həyat yoldaşı Zərərçəkmiş şəxs2 zəng vurmuş və onunla danışmış, həmin vaxt iş yoldaşı Fəyyaz həyat yoldaşına əlaqə saxlaması üçün tanışı Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. Bundan təxminən 2-3 gün sonra həyat yoldaşı Əliyə zəng vurmuş, ipoteka şərti ilə "xxxx"-dan mənzil almaq istədiyini bildirmiş, Əli də ona «sabah Yasamal rayonu Şərifzadə 44 a ünvanda yerləşən çayxanada görüşüb üz-üzə bu barədə danışarıq» deyə təklif etmiş və həyat yoldaşı onunla razılaşmışdır. 2019-cu ilin dekabr ayının əvvəlində həyat yoldaşı Zərərçəkmiş şəxs1la birlikdə gedib Təqsirləndirilən şəxsla Şərifzadə 44a ünvanında yerləşən çayxanada görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs onlara «problem yoxdu, sizə köməklik edərəm, özünüzə uzun müddətli ipoteka ilə sosial ev alarsınız» demişdir. Əli bu işin düzəlməsi üçün ümumilikdə 10.835 manat pul lazım olduğunu demiş, həyat yoldaşı həmin məbləğin hara və necə sərf ediləcəyini soruşduqda Əli onlara 10.835 manat pulun 6.800 manatını ilkin olaraq ev üçün, 3.500 manatını isə ev növbəsinə düşmələri üçün və tez bir zamanda onların evlə təmin olunmaları üçün "xxxx"-da işləyən bir şəxsə verəcəyini, qalan 500 manatını isə özünə götürəcəyini bildirmişdir. Mənzil barədə soruşduqda isə Əli 10.835 manatın qarşılığında onlara Yasamal rayonunda az təminatlı ailəlr üçün tikilən sosial təyinatlı evlərdən 25 illik ipoteka şərti ilə ayda 285 manat ödəməklə 81 kvadrat metr 3 otaqlı mənzil alıb verəcəyini demiş, sonra onlar Əli ilə danışıb həmin məbləği verməyə razılaşmış, lakin həyat yoldaşı hal-hazırda əlində nağd pulu olmadığını bildirərək Əlidən vaxt istəmiş, Əli də onları dinləyib «narahat olmayın, əlinə pul düşəndə yaxınlaşarsan» demişdir. Həmin ərəfədə iş yoldaşı Elza Süleymanova da həyat yoldaşı Sevgin Süleymanovla birlikdə Zərərçəkmiş şəxs2 vasitəsilə onun kimi Təqsirləndirilən şəxsla görüşüb söhbət etmiş və Əli onlara da ev almaqda köməklik göstərəcəyinə söz vermiş və eyni şərti onlara bildirmişdir. Bundan bir müddət sonra həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edərək lazımı qədər pulu tapdığını, bu səbəbdən onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt Sevgin Süleymanov da lazımı məbləği tapdığından onlar eyni vaxtda eyni yerdə görüşməyi qərara almışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 2020-ci ilin may ayının 18-də saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşüb istədiyi sənədləri və 1.000 manat pulu ona vermiş, həmin vaxt həyat yoldaşının yanında olmuş, onlar pulu verdikdən sonra iş yoldaşı Elza və yoldaşı Sevgin də öz işləri üçün yanlarında Əliyə çıxarıb 1.000 manat pul vermiş, onlar pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Əli bunu dedikdən sonra həyat yoldaşı və Sevgin ona «səndən başqa biz heç kimi tanımırıq, pulu sənə veririk və iş alınmayacağı təqdirdə pulu səndən tələb edəcəyik» deyə bildirmiş, Əli də onlara qulaq asıb razılaşmıq və onlara «narahat olmayın mənlikdir, hər şey yaxşı olacaq, işiniz alınmasa pulunuzu özüm qaytaracam» deyə cavab vermişdir. Bundan təxminən 10 gün sonra Əli yenidən həyat yoldaşına və Sevginə zəng edərək Asan xidmətlə bağlı sənədlərin hazırlanması üçün 2.000 manat verməli olduqlarını bildirmiş, həyat yoldaşı Əli ilə razılaşaraq işi olduğunu deyib pulu onunlam göndərəcəyini bildirmişdir. 28 may 2020-ci il tarixdə, saat 18 radələrində Əlinin deməsi ilə yenə də Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada onunla görüşüb 1.500 manat pulu ona vermiş, həmin görüş zamanı Sevgin və Elza da orada olmuş və onlar da öz işləri üçün onun yanında Əliyə 2.000 manat vermişdir. Əli onlardan pulu alan zaman bu dəfə də həmin pulu «işi həll eliyən adamlara» verəcəyini demişdir. Həmin günün axşamı Əli həyat yoldaşına zəng edərək, ona verdiyi sənədləri gəlib götürməyini istəmiş, sonra həyat yoldaşı Fəyyaz və Elzanın həyat yoldaşı Sevgin Şərifzadə 44A ünvanına gedərək Əlidən sənədləri götürüb gəlmişdir. Həmin vaxt Əli həyat yoldaşına «egov.az» saytına girərək öz şəxsi hesablarına baxmalarını bildirmiş, lakin onlar hesablarına girə bilmədikdə X75 zəng edib onlara kömək etməsi üçün yanlarına çağırmış, Kənan gəldikdən sonra Əli onlara Kənanı bu işi görən adam kimi təqdim etmişdir. Kənan oraya gələrək onların «egov.az» saytındakı hesablarına daxil olub şəxsi portallarını göstərmiş, bu səbəbdən onlar Əliyə inanmış və işlərinin qaydasında olmasına arxayın olmuş, daha sonra Əli həyat yoldaşına və Sevginə zəng vuraraq, onlara çatacaq 4.000 manatdan son olaraq, 1.000 manatını da verməli olduqlarını demiş, bu görüşdən təxminən 10 gün sonra, yəni 08 iyun 2020-ci il tarixdə, saat 17 radələrində Sevgin və həyat yoldaşı Elza gedib Əli ilə görüşmüş, ancaq pul tapa bilmədikləri üçün həyat yoldaşı Fəyyaz getməmişdir. 12 iyun 2020-ci il tarixdə, saat 16 radələrində həyat yoldaşı Fəyyazla birlikdə pulu düzəldib Şərifzadə 44 A ünvanına getmiş və Əlinin yaşadığı məhlədə binanın qarşısında onunla görüşmüş, sonra Əli dediyi kimi işlərini həll edən Kənan adlı şəxsə zəng vurub onu da çağırmış, həyat yoldaşı Kənanın yanında 1.000 manat pul sayıb Əliyə vermişdir. Həmin vaxtı bundan sonrakı proseslərin necə olacağını həyat yoldaşı soruşduqda Əli «VTB» bankdan zəng gələcəyini, qalan 6.834 manat pulun 1.534 manatını həmin bankda sığortaya, 5300 manatını isə evin ilkin ödənişi üçün verəcəyini, alacağı evin açarı və sənədi də bank tərəfindən onlara veriləcəyəini bildirmişdir. Bundan təxminən bir ay sonra Əli həyat yoldaşına zəng edərək, sığortanın pulunu ödəmələri üçün görüşməli olduqlarını bildirmiş, ondan bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini demişdir. 31 iyul 2020-ci il tarixdə, saat 10 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1, iş yoldaşı Elza Süleymanova və onun həyat yoldaşı Sevgin Sülemyanova ilə birlikdə Şərifzadə 44A ünvanına gedərək orada Əli və Kənanla görüşmüş, həmin vaxt Əli onlara imzalamaları üçün sığorta qəbzi də vermiş, daha sonra həyat yoldaşı 1.535 manat pulu sayaraq Əliyə vermiş, həmin vaxt Sevgin də eyni məbləğdə pulu sayıb Əliyə vermişdir. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü onlara zəng edəcəyini bildirmiş, lakin bundan iki ay keçmiş və heç kəs onlara zəng etməmiş, işin belə olduğunu görərək onlar Əliyə zəng edib bu barədə bildirmiş, Əli isə ölkə ərazisində yayılmış koronavirus səbəbindən işin gecikdiyini bildirmiş, narahat olmamalarını tövsiyyə etmişdir. Nə etməli olduqlarını soruşduqda Əli onlara yerdə qalan pulu gətirib ona vermələrini bildirmiş və işi özünün həll edəcəyini demişdir. Daha sonra 17 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1, Sevgin və onun həyat yoldaşı Elza ilə birlikdə yenidən Şərifzadə 44A ünvanına gedərək orada Əli ilə görüşmüş, həmin vaxt Əlinin yanında Kənan Bağırov, sonradan adlarını bildiyi Yaşar İsmayılov və X29 adında bank işçisi kimi özlərini təqdim edən şəxslər də olmuş, Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını bildirmiş və onları inandıraraq həyat yoldaşı Fəyyazdan və Sevgindən hər birinin işi üçün 5.300 manat pulu almışdır. Əli pulu qəbul edərək onların yanında Kənana sayıb vermiş, sonra isə «gedin, sabah «VTB» banka yaxınlaşarsınız», orada bank nümayəndəsinin onları çağıracağını və evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəklərini bildirmişdir. Əli onlara özündə olan evin açarlarını da göstərmişdir. Həyat yoldaşı Fəyyaz və Sevgin Əlidən evi aparıb göstərməsini xahiş etsələr də, Əli müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. Həmin günün sabahısı onlar «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan ***- ***-**-** saylı və Yaşarın ***-***-**-** saylı nömrələrə zəng etmiş, lakin onlara zəng çatmamış, bundan sonra həyat yoldaşı Əliyə zəng edərək bu haqda ona bildirdikdə Əli onlara «narahat olmamalarını, yəqin ki tez bir zamanda onlarla əlaqə quracaqlarını» söyləmişdir. Onların əlaqə qurmadığını görərək Əlinin yaşadığı yerin yaxınlığına gedib onunla görüşərək danışmış və Əli onlara həmin adamları tapacağına söz vermişdir. Lakin aldadıldıqlarını başa düşərək Əlidən pullarını qaytarmasını tələb etmiş, ancaq Əli pulun onda olmadığını bildirirərək həmin adamları tapdıqdan sonra pullarını qaytara biləcəyini demişdir. Buna baxmayaraq bu günə kimi Əli onların pulunu qaytarmamışdır. 2020-ci ilin sentyabr ayının 19-da Təqsirləndirilən şəxs onları aldadıb pullarını ələ keçirməsini gördükdə ondan şikayət etmiş, bu zaman onlara Əlinin tanışları Yaşar və Kənan adlı şəxslərlə birlikdə onlardan və Sevgindən başqa bir neçə şəxsi də eyni üsulla aldadıb pullarını ələ keçirməsi bəlli olmuşdur. Həmin iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi ev 79 mənzil 76-da yaşayır. Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır, onunla normal münasibəti olmuşdur. Əvvəllər Bakı şəhərində coğrafiya müəllimi işləmiş, sonradan isə repititor kimi fəaliyyət göstərmiş, hazırda Nərimanov rayonu, N.Hacıyev 46 ünvanında yerləşən 4 otaqlı mənzili icarəyə götürərək orada universitetə tələbə hazırlamışdır. 2019-cu ildə uzaq qohumu olan, həm də tələbəsi olan X1 Gömrük Komitəsində işə düzəlmək istəmiş, bu barədə söhbət zamanı tanışı Təqsirləndirilən şəxs bildirmiş və o, yanında kiminləsə telefonla danışıb problem olmadığını, tələbəsi X59 Gömrük Komitəsində zabit kimi işə düzəlməsində köməklik göstərə biləcəyini demiş, sonra bunun üçün 15.000 manat pul lazım olmasını və onun özünə də 300 manat hörmət olunmasını bildirmişdir. Əlinin sözlərini qohumu Eltaca çatdırmış və sonuncu evində məsləhətləşərək Əlinin dediyi qiymətə işə düzəlməyə razılıq vermişdir. 2019-cu ilin noyabr ayının 29-da qohumu Eltac səhər tezdən 6.300 manat pulu gətirib onun icarəyə götürüb işlətdiyi ofisdə ona vermiş və tanışı Təqsirləndirilən şəxsla görüşərək pulu ona çatdırmasını xahiş etmişdir. Həmin məbləğdə pulu Eltacdan aldıqdan sonra Əliyə zəng vuraraq bu barədə məlumat vermiş və görüşüb pulu vermək istədiyini bildirmiş, Əli isə gəlib özü pulu ofisdən götürəcəyəni demişdir. 29 noyabr 2019-cu il tarixdə, saat 16 radələrində Nərimanov rayonu, N.Hacıyev 46 ünvanında yerləşən ofisdə olarkən tanışı Təqsirləndirilən şəxs yanına gəlmiş və ondan Eltacın verdiyi 6.300 manat pulu götürüb getmiş, təxminən 3 ay ərzində qohumu Eltac Həsənovun işə qəbul edilib zabit kimi işinə çıxacağına söz vermişdir. Həmin vaxt Əli ilə danışıb razılaşmalarına görə 2019-cu ilin dekabr ayının sonuna kimi yerdə qalan 9.000 manatı da verəcəyinə söz vermiş, 6300 manat pulu tanışı Əliyə verdikdə «kiminlə işi düzəltməyin mənə maraqlı deyil cavabdeh sənsən, pulu sənə verirəm» demiş, Əli də cavabında «narahat olma hər şey mənlikdir, arxayın ol, işin düzələcəkdir» demiş, 2019-cu ilin dekabr ayının 10-dan sonra tanışı Təqsirləndirilən şəxs ona zəng vuraraq işlərin qaydasında getdiyini, yeni ildən sonra, yəni 2020-ci ilin yanvar ayında Eltac Həsənovun «Sədərək Ticarət Mərkəzinin» yanında olan avtomobil gömrük idarəsində xidmətə başlayacağını deyərək qalan pulu da düzəldib gətirməsini bildirmişdir. Bu barədə qohumu Eltaca demiş və 15 yanvar 2020-ci il tarixdə, saat 17 radələrində qohumu Eltac 9.000 manat pulu düzəldərək ofisinə gəlmiş və Əliyə zəng vuraraq onun dəvəti ilə Eltacla birlikdə Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən evinin həyətinə getmişdir. Yenə də söhbət zamanı Əli Eltaca şirin vədlər vermiş və tezliklə işə çıxacağını, işlərin qaydasında getməsini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş, orada ondan, Əlidən və qohumu Eltacdan başqa kənar şəxs olmamış, bildiyi qədər görüşdükləri yer Əlinin yaşadığı evin həyəti olmuşdur. Sonra qohumu Eltac onun iştirakı ilə 9.000 manat pulu sayıb Əliyə vermişdir. Əli Hüsenynovun vəd etdiyi vaxt gəldikdə qohumu Eltacın işindən xəbər çıxmamış və buna görə Əliyə zəng vuraraq işlə maraqlanmış, hər dəfə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu aldadaraq vaxtı uzatmış və bu gün, sabah iş düzələcək demişdir. Mart ayından sonra da pandemiyanı bəhanə etmiş, bu minvalla 2020-ci ilin may ayına kimi Əli onları get-gələ salıb aldatmış, qohumu Eltac artıq Əliyə inanmadığına görə və işin alınmadığını görərək Əliyə verdikləri cəmi 15.300 manat pulunu qaytarmasını Əlidən tələb etmiş, lakin yenə də Əli vaxtı uzatmışdır. Eltacın pulunu qaytaracağını desə də, bu vaxta qədər onları aldatmış və pullarını qaytarmamışdır. Əlidən başqa heç kəslə görüşməmiş və Əlinin iş gördüyü şəxsi tanımamışlar. Həmin iş üzrə şahid qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 74-də kirayə yaşayır. 2020-ci ilin mart ayında həyat yoldaşı Kəmalə Əliyeva ilə birlikdə maddi vəziyyətləri ilə pis olduğuna görə və özlərinə ev ala bilmədikləri üçün dövlət tərəfindən az təminatlı ailələr üçün tikilən sosial evlərdən mənzil alıb kirayədən canlarını qurtarmaq istəmiş, bunun üçün müvafiq səndlər toplamışlar. Həmin ərəfədə tanışı Ərəstun adlı şəxs ona kömək məqsədilə Əli adlı tanışının olmasını və ev alqı-satqısı ilə məşğul olmasını bildirərək Yasamal rayonunda onu Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Həmin vaxt Əli ona «narahat olma, sənə kömək edərəm, ancaq bu işin düzəlməsi üçün 3.000 manat əlavə xərcin çıxacaq yəni «şapka» verəcəksən, evin düzəlməsi üçün isə guya dövlətə iki otaqlı ev üçün 5.450 manat ödəniş olunmalıdır» demişdir. Əli ilə razılaşaraq birinci dəfə 2020-ci ilin mart ayının 11-də, saat 15 radələrində sonradan soyadını dəqiq bildiyi Təqsirləndirilən şəxs ilə onun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən evinin həyətində görüşmüş və ona 500 manat beh olaraq vermiş, eyni zamanda Əli ondan müvafiq sənədləri almış və işə başlaması üçün mart ayının 14-də də 2.500 manat pulu düzəldib gətirməsini demişdir. Ona görə Əliyə inanaraq 2020-ci ilin mart ayının 14-də, saat 11 radələrində Əlinin deməsi ilə onun yaşadığı evin həyətinə gedərək orada onunla görüşmüş 2.500 manat pulu şəxsən sayıb ona vermiş, həmin vaxt Əlinin yanında özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Laçın Bağırov adlı şəxs olmuşdur. Pulu şəxsən Əliyə vermiş və Əli pulu ondan götürdükdə “mart ayının sonunda 5.450 manat pulu da düzəldib gətirərsən və novruz bayramından sonra evə köçəcəksiniz” demiş, Əlinin vədlərinə və onun yanında olmuş "xxxx" şirkətinin işçisi kimi özünü təqdim edən Laçın (Kənan) adlı şəxsə inanaraq onlarla razılaşmışdır. 2020-ci ilin mart ayında məlum karonavirus pandemiyası ilə əlaqədar arada boşluq yaranmış və Əli ona karantin bitdikdən sonra evə köçürüləcəyini bildirmiş, ona görə məlum hadisələrlə bağlı Əliyə inanıb gözləməyə başlamışdır. 2020-ci ilin iyun ayında "xxxx" şirkətindən ona telefon SMS-i gəlmiş və həmin mesajda 2020-ci ilin iyul ayının 30-da evlə bağlı dəvət olunacağı göstərilmiş, bu mesaja inanmış və sakit dayanıb vaxtı gözləmiş, iyul ayının 29da Əliyə zəng vuraraq işlə maraqlanmış, hara getməli və kiminlə görüşməli olduğunu soruşmuş, bu zaman Əli ona heç yerə getmə demiş və yaşadığı evin həyətinə gələrək sıgortaya köçürülməli olan 1.534 manat pulun ona verməli olduğunu bildirmişdir. Bundan sonra yenə də Əlinin dediklərinə inanaraq, 30 iyul 2020-ci il tarixdə, saat 12 radələrində onun deməsi ilə yaşadığı evin həyətinə gedərək onunla görüşmüş, həmin vaxt Əli olmuş və 1.534 manat pulu sayaraq təklikdə ona vermiş, Əli pulu götürdükdə həmin məbləği sığortaya köçürdəcəyini və iki-üç günə mədaxil çekini də verəcəyini, sonra isə onu «BTB» bankdan çağıracaqlarını və orada onunla müqavilə bağlanacağını, yerdə qalan 3.920 manat pulu da orada ödəyəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq təbrik etmiş və guya ev işinin düzəlməsini demiş, hətta buna görə özü üçün 300 manat şirinlik də istəmişdir. Sonra həmin məbləği düzəldib 2020-ci ilin avqust ayının 11-də, saat 16 radələrində Əli ilə yaşadığı evin yanında görüşərək 300 manatı ona vermiş, həmin vaxt Əli ona alacağı iki otaqlı mənzilin açarlarını da göstərmiş və 2020-ci ilin sentyabr ayının əvvəlində mənzilinə köçəcəyinə söz vermiş, ancaq Təqsirləndirilən şəxs mənzilin yerləşdiyi yeri və mənzili aparıb ona göstərməmişdir. Dediyinə görə Yasamal rayonunda «Midia» şirkətinin tikdiyi sosial evlərdir və ona düzəltdiyi mənzili iki otaqlı olmaqla 56 kv.metrdir, binanın 4-cü mərtəbəsində yerləşmiş və 20 illik ipoteka ilə olacaqdır, ayda 256 manat ödəniş edəcəkdir. Yenə də Əlinin vədlərinə inanaraq onun dediyi vaxtı gözləməyə başlamış, 2020-ci ilin avqust ayının sonunda Əli Hüsyenov ona zəng vuraraq yerdə qalan 3.920 manat pulu düzəldib hazır vəziyyətdə olmasını, guya işlərin tamamlanmasını bildirmiş və 2020-ci ilin sentyabr ayının 7-də, yəni birinci günü pulun ona verəiləcəyini, həmin həftənin 5-cü günü isə mənzilinə köçəcəyini demişdir. 2020-ci ilin sentyabr ayının 07-də, saat 10 radələrində qızı Gülnarə Bayramova ilə birlikdə yerdə qalmış 3.920 manat pulu götürərək yenə də Əlinin deməsi ilə yaşadığı evin həyətinə gedib orada onunla görüşmüş və şəxsən 3.920 manat pulu Əlinin özünə vermişdir. Həmin vaxt Əlinin yanında Kənan və özünü bank işçisi kimi təqdim edən Yaşar adlı şəxs də olmuş, həmin vaxt qızı Gülnarəni Əlinin deməsi ilə özü ilə aparmış, çünki alacağı sosial ev dövlət işində işləyən birinin adına qeydiyyata alınmalı olduğundan və qızı İçəri şəhərdə yerləşən 46 saylı uşaq bağçasında tərbiyəçi-xadimə işlədiyinə görə həmin iki otaqlı sosial evi elə onun adına qeydiyyata alınmasına qərar vermişdir. Ona görə də 3.920 manat pulu şəxsən qızı Gülnarənin iştirakı ilə Əliyə sayıb vermiş, həmin vaxt Yaşar və Kənan adlı şəxslər hətta qızına bir neçə sənədə imza belə etdirmiş və onları tam arxayın yola salmışdır. 2020-ci ilin sentyabr ayının 11-də iki otaqlı evinin qeydiyyat şəhadətnaməsinin və açarınin onlara veriləcəyini bildirmişdir. Əlinin vədinə inanıb onu gözləmiş, lakin vaxt gəldikdə Əliyə zəng vurmuş və Əli tanışı Kənana zəng çatmadığını, bir az gözləməsini və onu tapıb əlaqə saxlayacağını bildirmişdir. Lakin bir neçə gün də keçmiş, ancaq Əlindən xəbər çıxmamış, artıq ona inamı itməyə başlamış və buna görə həyat yoldaşı Kəmalə ilə birlikdə şəxsən özü Əlinin yaşadığı ünvana getmiş və ondan ya mənzilin açarını verib onu köçürtməsini, ya da ki, verdiyi 8.754 manat pulunu qaytarmasını tələb etmiş, yoxsa hüquq mühafizə orqanına şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Əli pulunu qaytarmasını üçün ona bir ay vaxt verməsini xahiş etmiş, ancaq 2020-ci ilin noyabr ayına kimi Əlini gözləmiş, bu dəfə də Təqsirləndirilən şəxs onu aldatmış və verdiyi sözə əməl etməmişdir. Hətta onu və həyat yoldaşını təhqir etmiş, Təqsirləndirilən şəxs özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Kənan və özünü «VTB» bankın əməkdaşı kimi təqdim edən Yaşar adlı şəxslərlə birləşərək onları aldadaraq 8.754 manat pulunu ələ keçirtmişdir. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə görə ondan Yasamal rayon prokurorluğuna şikayət etdikdə orada onun tanışları Yaşar və Kənanla birlikdə ondan başqa bir neçə şəxsi də eyni üsulla aldadıb pullarını ələ keçirməsini eşidib-bilmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş X30 digər şahid X51 ilə eyni məzmunlu ifadə vermişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış qardaşı X32 müvafiq ərizə təqdim edərək mərhum barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarına araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata onun xx.xx.2022-ci il tarixdə ölümü ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3.-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə öldüyünə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməli olduğundan ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “həbs” qətimkan tədbirinin seçilməsi haqqında qərar ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-176/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-176/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver