Məhkəmə qərarları › İş №1(004)-176/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-176/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-176/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «BM Morrison partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, “Qərbi Kaspi” Universitetində müəllim vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 01 mart 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində Bakı şəhəri, ünvan 3 saylı qaşısında Zərərçəkmiş şəxs idarə etdiyi «Pajero» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman, əvvəllər tanımadığı onun arxasından gələn Təqsirləndirilən şəxs idarə etdiyi «Jeep» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə binaya daxil olaraq üçün Mahmud Əfəndəyivdən yol verməsini istəmiş, sonuncu ona onun önündə avtomobilin olduğu üçün yol verə bilmədiyini bildirərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu ona iradını bildirməklə özünün ünvanına əsassız ittihamlar səsləndirməməsini və nalayiq ifadələrlə təhqir etməməsini tələb etdikdə bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan həmin ünvanda ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməkdə davam edərək cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymamış, səs-küy salıb münaqişə yaratması səbəbindən həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib əli ilə Zərərçəkmiş şəxs gözündə olan eynəyini sındıraraq 1000 manat dəyərində maddi ziyan vurmuş və daha sonra əli ilə alın nahiyəsindən qəsdən vurub sonucuya alın nahiyəsinin qançırı-hematoması kimi zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində qara rəngli, “Jeep Wrangler” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobiliylə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsindəki 2/15 nömrəli binanın həyətinə daxil olmaq istədikdə, binanın girişində ağ rəngli, “Mitsubishi Pajero” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, avtomobilindən 2-3 dəfə siqnal vermişdir ki, həmin avtomobilin sürücüsü yoldan çəkilsin və o, binanın həyətinə daxil olsun. O, 2-3 dəfə siqnal verdikdən sonra həmin “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü avtomobilini arxaya-önə doğru hərəkət etdirməyə başlamışdır. O, təxminən avtomobilində “Mitsubishi Pajero” markalı avtomobilin yoldan çəkilməsi üçün 10 dəqiqə gözləsə də, həmin şəxs avtomobilini yoldan çəkməmişdir. Bundan sonra o, avtomobilindən düşüb “Mitsubishi Pajero” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb həmin avtomobilin sağ ön qapısını açdıqda, avtomobildəki tanımadığı,sonradan adının Mahmud olduğunu öyrəndiyi şəxsə “deyəsən tələsən yeriniz yoxdur” deyə sual vermişdir. Həmin şəxs də ona “guya sənin tələsən yerin var ki” deyə cavab vermişdir. Bundan sonra o, əsəblərini cilovlamayıb həmin şəxslə sözlü mübahisə etməyə başlamışdır. Onlar aralarında təxminən bir dəqiqə sözlü mübahisə etmişdirlər. Mübahisə zamanı təsadüfən onun əli Mahmudun eynəyinə dəymiş və sonuncunun eynəyi avtomobilin içərisinə düşmüşdür. Bundan sonra o, “siz heç məni tanımırsınız” deyib avtomobilin qapısını çırpmış və yenidən öz “Jeep” markalı avtomobilinə əyləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtomobilini bir qədər sağa doğru çəkmiş və avtomobilinin önü açılmışdır. Daha sonra da o, binaya daxil olmuşdur. Hadisədən 3-4 gün sonra Yasamal RPİ-nin 27-ci PB-nə çağırılmış və baş vermiş hadisə ilə bağlı polis bölməsində izahat vermişdir. Həmin münaqişə sonradan adının polis bölməsində Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi “Mitsubishi Pajero” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yoldan çəkilməməsi, bununla da onun yaşadığı binanın həyətinə daxil olmasına imkan verməməsi, habelə onun “deyəsən tələsən yeriniz yoxdur” ifadəsinə “guya sənin tələsən yerin var ki” deyə sərt cavab verməsi səbəbindən baş vermiş və aralarındakı mübahisə təxminən 01 dəqiqə davam etmişdir. O, həmin şəxsə hər hansı fiziki bədən xəsarəti yetirməmişdir. Eynəyinə isə əli mübahisə zamanı təsadüfən dəymiş və təsadüf nəticəsində eynəyi avtomobilin içərisinə düşmüşdür. Lakin eynəyin qırılmasının bilavasitə şahidi olmamışdır. Zərərçəkmiş şəxs ekspert rəyində göstərilən xəsarətləri hansı şəraitdə və hansı müddətdə alması barədə heç bir fikri yoxdur. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs hər hansı nalayiq ifadələrlə təhqir etməmişdir. Bu mübahisədən sonra istintaq dövründə zərərçəkmiş şəxslə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində o, idarə etdiyi özünə məxsus “Mitsubuishi Pajero” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 3 ünvanında yerləşən “5 mərtəbə” kimi bilinən binanın qarşısında avtomobilini saxlayıb dəftərxana ləvazimatları satılan mağazaya getmək üçün avtomobilindən düşmüşdür. O, avtomobilindən uzaqlaşmamış onu tanımadığı bir şəxs geri çağırmışdır ki, bəs avtomobilinizin arxasında gözləyən başqa bir avtomobil var. O, dərhal geri qayıdaraq öz avtomobilinə əyləşib oradan çıxmaq istəyərkən qarşısında orada olan marketə ərzaq məhsulları gətirmiş “Qazel” markalı dövlət qeydiyyat nişanını xatırlmadığı ağ rəngli avtomobil olduğunu görmüşdür. O, həmin “Qazel” markalı avtomobilin sürücüsündən yol istədikdə həmin sürücü ona əli ilə işarə edib bir dəqiqə gözləməsini bildirmişdir. Bundan sonra o da əliylə arxasında olan “Jeep” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə işarə edib bir dəqiqəyə çıxacağını bildirmişdir. Bu zaman həmin avtomobilin sürücüsü öz avtomobilindən düşüb onun avtomobilinin arxa alın şüşəsinə yumruqla vuraraq anidən avtomobilinin onun tərəfdən qapısını açıb onu yüksək səslə nalayiq ifadələrlə təhqir edərək bir dəfə yumruqla alın nahiyəsindən vurmuşdur. Nəticədə gözündə olan eynəy sınmışdır. Bundan sonra orada olan tanımadığı taksi sürücüləri və digər şəxslərin köməyi və iradları nəticəsində həmin şəxs ondan əl çəkmişdir. Daha sonra orada olan şəxlər onun eynəyini yerdən götürüb özünə vermişdirlər. O da avtomobilini kənara vermiş və həmin şəxs çıxıb getmişdir. Bundan sonra o, hadisə bardə DİN-in 102 xidmətinə məlumat vermiş və Yasamal RPİ-nin 27-ci PB-nə gedərək bu barədə ərizə və izahat yazmışdır. Həmin eynəyinin sınması nəticəsində ona 1.000 manat maddi ziyan dəymişdir. Sonradan o Təqsirləndirilən şəxsla barışmışdır və hazırda sonuncuya qarşı hər hansı bir şıkayət və tələbi yoxdur. Cinayət işinin 109-110-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2022-ci il tarixli 208 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-alın nahiyəsinin qançırıhematoması küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə,yəni 01 mart 2022-ci il tarixdətörənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon xalq məhkəməsinin 04 avqust 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.3,194.2:38-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 1997-ci il tarixdə Səbail rayonu xalq məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2 maddəsinə əsasən 03 il 12 gün əməyə cəlb edilməklə şərti cəza təyin edilmiş, 06 sentyabr 1999-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxsla barışmış, odur ki, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar