Məhkəmə qərarları › İş №1(004)-176/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-176/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-176/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu A.Sadiq küçəsi ev 208 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını gizli talayarkən həmin əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının sonlarında gecə saat 01-02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, evin pəncərəsinin açıq olmasından istifadə etməklə yaşayış sahəsinə göstərilən evə qanunsuz daxil olaraq evdə qiyməti 3500 manat olan 01 ədəd 2 qulplu 17 sm diametrdə dərin yemək qabı, 06 ədəd 23 sm diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 06 ədəd 20 sm diametrdə yemək qabı, 06 ədəd 20 sm diametrdə və 4 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 19 sm diametrdə 6 sm dərinlikdə yemək qabı, 01 ədəd 23x15x3 sm ölçüdə bulud, 02 ədəd 4 sm dərinlikdə və bir tərəfinin uzunluğu 16 sm olan kvadrat formalı yemək qabı, 06 ədəd 20 sm diametrdə dərin yemək qabı, 06 ədəd 13 sm diametrdə və 2 sm dərinlikdə yemək qabı, 06 ədəd 16 sm diametrdə dayaz yemək qabı, 03 ədəd 8 sm hündürlükdə ədviyyat qabı, 01 ədəd 7 sm diaqonal və 9 sm hündürlükdə qapaqlı şəkər tozu qabı, 01 ədəd 10 sm diaqonal və 6 sm hündürlükdə qənd qabından ibarət yemək qabı dəstini, qiyməti 2500 manat olan 01 ədəd 25 sm diametrdə və 9 sm dərinlikdə 2 qulplu və qapaqlı yemək qabı, 01 ədəd 35x23 sm ölçüdə dördkünc formalı bulud, 06 ədəd 23 sm diametrdə yemək qabı, 01 ədəd 35x12 sm ölçüdə dördkünc formalı bulud, 01 ədəd 20x8x8 sm ölçüdə qulplu dərin qab, 06 ədəd 23 diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 27 sm diametrdə dayaz qab, 06 ədəd 17 sm diametrdə dayaz qab, 06 ədəd 20 sm diametrdə dayaz qabından ibarət yemək qabı dəstini, qiyməti 250 manat olan 01 ədəd “Sakura Glass” markalı meyvə qabını, qiyməti 300 manat olan göy rəngli 6 ədəd yemək kasasında ibarət dəstini, qiyməti 200 manat olan 01 ədəd “Sakura Glass” markalı çərəz qabının və qiyməti 250 manat 06 ədəd mürəbbə qabından ibarət dəstini, ümumilikdə 7000 manat dəyərində xeyli miqdarda olan əmlakı 2 ədəd qutuya və 3 ədəd sellofan paketə yığıb pəncərənin qarışısına qoyaraq gizli olaraq talamaq istəmiş, həmin vaxt onun bu hərəkətlərini hadisə yerinin yaxınlığında qonşu evdə yaşayan Şahid2 tərəfindən aşkar olunmasını görərək ifşa olunduğunu bilib oğurlamaq istədiyi qeyd edilən qabqacağı pəncərənin qarışısında saxlayaraq hadisə yerini tərk etmiş, iradəsindən asılı olmayan qeyd edilən səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X1 təxminən 10 ildən çoxdur ki, tanıyır. Belə ki, Müsliim Xasməmmədov qonşuluqda yaşayır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə gecə saatlarında yaşadığı evin pəncərəsindən baxan zaman görmüşdür ki, qonşusu Elvin və dayısı Elnur əllərində 01 ədəd televizoru öz evlərinin damından öz həyətlərinə düşürürlər. Bu ona əvvəlcə qəribə gəlmişdir. Amma sonra buna o qədər də fikir verməmişdir. Bundan təxminən 10 dəqiqə sonra səhər təxminən saat 05-06 radələrində siqaret almaq üçün məhəlləyə çıxmışdır. Müslümün evinin yanından keçərkən görmüşdür ki, Müslümün evinin pəncərəsindən fanar işığı düşür. İşığın formasından görünürmüş ki, alışqanın işığıdır. Müslümün bir neçə gündür evdə olmadığını bildiyi üçün bu vəziyyət ona qəribə gəlmiş və kənarda gözləmişdir ki, görsün orada nə baş verir. Bu vaxt Elvin pəncərədən dama çıxmış və əlində sellofanlar olmuş. Elvin damın üstü ilə öz evlərinə tərəf qaçmağa başlamışdır. Bu vaxt onun arxası ilə pəncərədən Elnur çıxmış və Elvinin arxası ilə damın üstü ilə qaçmağa başlamışdır. Elnurun əlində hər hansı əşya olub-olmadığını görməmişdir. 1-2 gün sonra Elvini məhəllədə görmüş və televizor, eləcə də Müslümün evi barədə soruşduqda Elvin ona demişdir ki, «özüm bilərəm, səni maraq 1 andırmır». Bir neçə saat sonra məhəllədə Elvinin dayısı Elnuru gönnüş və söhbət vaxtı Elnurdan Elvinlə oğurluq edib-etməməsi barədə soruşmuşdur. Bu vaxt Elnur Elvindən şikayətlənmiş və demişdir ki, o iş bacarmır. Elnur bildirmişdir ki, Elvinlə birlikdə Müslümün evindən çox dəyərli əşyalar götürüblər və bir çoxunu satmışdır. O əşyalar barədə maraqlananda Elnur əşyalar barədə hər hansı məlumat verməmiş, sadəcə axırda demişdir ki, Elvin həmin əşyaların qiymətli olmasını bilməmiş, ona görə də Elvinin ruhu da incimədən həmin əşyaları “İçəri Şəhər1' də yaxşı qiymətə satmışdır. Bundan sonra özü də düşünmüşdür ki, Müslümün evindən oğurluq etsin. Bununla bağlı qonşusu və dostluq etdiyi Müşviq adlı şəxsə demiş və əlavə olaraq bildirmişdir ki, Elnur və Elvin Müslümün evindən qiymətli əşyalar oğurlamışlar, onsuz da evdə yaşayış yoxdur, oradan oğurluq edək. Müşviq ona demişdir ki, məhəllədə yerləşən evdən oğurluq etmək yaxşı fikir deyil, Müslüm oğurluqdan xəbər tutanda məhəllə üzrə hamı 4-5 nəfərdən şübhələnəcək, onlardan ikisi onlar olacaqdır, çünki əvvələr məhkumluqları olmuş, ona görə də bu işin sonu yoxdur. O görmüşdür ki, Müşviq oğurluq etmək istəmir, ona görə də Müslümün evindən tək oğurluq etmək qərarına gəlmişdir. 2022ci ilin iyun ayının sonlarında gecə saat 1-2 radələriııdə damın üstü ilə hərəkət edib açıq vəziyyətdə olan pəncərədən Müslümün evinə daxil olmuşdur. Ev dağınıq vəziyyətdə olmuş, çünki ondan qabaq Elvin və Elnur buradan oğurluq etmişlər. Evdə əşyaların dağınıq vəziyyətdə olduğu üçün qızıl və pul axtarmamış, əşyalara baxmışdır ki, qiymətli olanını götürüb aparsın. Evdə qutularda müəyyən əşyalar var olmuş, qutuları açdıqda görmüşdür ki, içində qab-qacaq dəstləri, meyvə, çərəz qabları və yemək kasaları var. Həmin əşyaların bir hissəsini də evdə olan 02 ədəd sellofana yığmışdır 03 ədəd qutu və 02 ədəd sellofanı özü ilə birlikdə pəncərənin qarşısına gətirmiş, həmin sellofanların dəstək hissəsinə ip bağlamışdır ki, həm səssiz, həm də əşyalar sınmadan pəncərədən çölə çıxarıb damın üzərinə rahat qoya bilsin. Qutuları isə pəncərənin önünə qoymuş və sonra pəncərədən çölə çıxıb həmin qutuları da damın üzərinə qoymuşdur. Bu vaxt qonşusu Yadigar adlı şəxs öz evinin pəncərəsindən ona baxdığını görmüşdür. O özünü itirmiş və Yadigar ondan soruşmuşdur ki, burada nə edirsən? Yalandan ona demişdir ki, «göyrəçin uçururam». Bu vaxt Yadigar ona demişdir ki, gecənin bu vaxtı damda göyərçin uçurarlar? O da heç nə demədən oradan uzaqlaşmış və oğurlamaq istədiyi əşyalar orada damın üzərində qalmışdır. Sonradan Müslüm oğurluq barədə polisə şikayət etdikdə o qorxmuşdur ki, Yadigar onun adını çəkə bilər. Anası Firəngizə demişdir ki, Yadigar damda gəzən vaxt onu görüb və ola bilər ki, sonradan onun adını çəksin. Anası ondan soruşmuşdur ki, sən həmin evdən oğurluq etmisən? O anasın yalandan demişdir ki, yox, etməmişəm, Yadigar onu görüb və birdən səhv başa düşər onun barədə Müsltimüə nəsə deyər. Anası demişdir ki, gedib vəziyyəti izah edərik, Yadigar heç nə deməz. O və anası Firəngiz Yadigarın yanına getmiş və bu məsələni danışmışlar. Yadigar ona «sənin nəsə oğurladığını görməmişəm, amma soruşan olsa, mən səni damda gördüyümü deyəcəyəm»-demişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda Bakı şəhəri Yasamal rayonu A.Sadiq küçəsi ev 208 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə o İmişli rayonundan Bakı şəhərinə gəlmiş və gecəni bacısı Sulduzun evində olmuşdur. Ertəsi gün, yəni 01 iyul 2022-ci il tarixdə saat 10 radələrində qonşusu Rauf ona zəng edib evin pəncərəsinin açıq vəziyyətdə olduğunu bildirmişdir. O tez evinə gəlmiş və qapını açıb yuxarıda qeyd etdiyi əşyaların oğurlandığını aşkar etdikdə düşünmüşdür ki, bu hadisəni onunla eyni məhəllədə yaşayan Elvin və Müşviq adlı şəxslər törətmə ehtimalı böyükdür. Çünki həmin şəxslər uzun müddət onun evimə gəlib-gedirdilər. Belə ki, o həmin şəxslərə müəyyən işlər tapşırır, mağazaya göndərir, bəzi məişət məsələlərində müraciət edir və həmişə də onlara zəhmət haqqı olaraq əlavə pul verirmiş. Sonradan Elvinin narkotik vasitə istifadəçisi olduğunu eşitdikdə aıtıq son 2 ildə onu evinə yaxın buraxmırmış. Hadisə barədə 27-ci PB-yə məlumat verdikdən sonra polis əməkdaşları gəlib hadisə yeribnə baxış keçirmiş və bu barədə mən müəyyən ərizə, izahat yazdıqdan sonra çıxıb getmişlər. Sonradan məhəllədə gəzən sözsöhbətdən ona aydın olmuşdur ki, onun evindən oğurluq edən şəxslər onunla eyni məhəllədə yaşayan Elvin, Elvinin dayısı Elnur adlı şəxs, Cəbrayıl və Müşviq adlı şəxslərdir. Sonradan Elvin adlı şəxs polislər tərəfindən tutulduqda Elvinin anası Rəna adlı şəxs ondan üzrxahlıq edərək bildirmişdir ki, hadisəyə görə utanıram sizdən, sizin evinizdən oğurluq edən şəxs mənim oğlum Elvin, bundan başqa, mənim qardaşım Elnur adlı şəxs, eləcə də digər qonşular Cəbrayıl və Müşviq adlı şəxslərdir. Sonradan Rəna xanımla telefonla əlaqə saxlayanda ona səsli mesaj göndərərək oğlu Elvinlə istintaq təcridxanasında telefonla danışdığını, həmin danışıq zamanı Elvinin bu cinayəti törətdiyini bir daha dediyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, oğurluq baş verən evdə yaşamadığı üçün hadisədən sonra da həmin evdə olmamış, heç bir əşyaya toxunmamışdır. Evə qayıdan zaman görmüşdür ki, oğurlanması üçün 3 ədəd qutuya və 2 ədəd sellofana yığılmış, lakin aparılmamış əşyalar evdə qalmışdır. Oğurluqla bağlı hadisə yerinə baxış keçirilən vaxt qutular və sellofanlar olduğu qaydada evdə, pəncərənin qarşısında olmuşdur. Belə ki, evindən oğurluq edən şəxslər tərəfindən evdə 3 ədəd qutunun və 2 ədəd sellofanın içinə qab-qacaqlar yığılsa da, aparılmamışdı. Hadisə yerinə baxış zamanı o bu barədə polis əməkdaşlarına məlumat versə də, polis əməkdaşları həmin qab-qacağı daha sonra müayinə edəcəklərini desələr də, sonradan bunu etməmişlər. Həmin qutular və sellofanlara toxunmamış, olduğu kimi evindədir. Orada olan yemək qabı dəstlərinin, eləcə də digər əşyaların ümumi dəyəri 7000 manat təşkil edir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq cəzanın seçilməsini xahiş etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 15 ildən çoxdur ki, tanıyır. Belə ki, Müslüm əvvəllər onunla qonşuluqda yaşayıb. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə Müslümlə həmişə normal münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayının sonlarında saat 23 radələrində yaşadığı evdə olan zaman Müslümün evinin pəncərəsi ilə üzbəüz digər qonşunun damında bir nəfər şəxsin dayandığını, qarşısında sellofanlar, qutular olduğunu görmüşdür. Həmin şəxsə diqqətlə baxanda görmüşdür ki, qonşuluqda yaşayan, məhəllədə “Cəbi” deyə çağırılan Cəbrayıldır. Cəbrayıldan orada nə etdiyini soruşduqda Cəbrayıl demişdir ki, «mən quş uçurmuşam, quşlardan biri buraya düşüb». Bu vaxt o Cəbrayıla əsəbiləşərək «gecə vaxtı da quş uçurarlar?»-demişdir. Bu sözdən sonra Cəbrayıl çıxıb getmiş, lakin həmin sellofan və qutular orada qalmışdır. O başa düşmüşdür ki, Cəbrayıl yaxınlıqdakı evlərdən birindən oğurluq etmişdir, belə təxmin edirmiş ki, oğurluq edilən ev Müslümün evi ola bilər, çünki Müslüm uzun müddət evdə olmamışdır. Müslümün telefon nömrəsi onda olmadığı üçün ertəsi gün qonşusu Raufu axtarmışdır ki, o Müslümün nömrəsinə zəng edib bu barədə məlumat versin. Lakin Raufu tapa bilməmiş, sonradan gəlib pəncərədən baxdıqda görmüşdür ki, həmin 5-6 ədəd sellofan və 2 ədəd qutu həmin yerdədir. Həmin gün Raufu tapa bilməmişdir. Ertəsi gün, məhəllədə Raufu görmüş və demişdir ki, Müslümə zəng et məlumat ver ki, gəslin evin qapısını açsın görək onun evindən oğurluq edilib ya yox. Rauf Müslümə zəng edib demiş və Müslüm hal-hazırda Bakı şəhərindəyəm, bir azdan gələcəyəm. O özü də Raufun telefonu ilə Müslümlə danışmış və əşyalar barədə də məlumat vermişdir. Onun işi olduğu üçün çıxıb getmişdir. Sonradan həmin gün o eşitmişdir ki, Müslüm gəlib evin qapısını açıb və görüb ki, evdən çoxlu əşyalar oğurlanmışdır. Bundan 2 gün sonra o evdə olan zaman Cəbrayıl və anası onun yaşadığı evə gəlmişdir. Həmin qadının adını bilməsə də, qonşu kimi Cəbrayılın anası olduğunu bilir. Cəbrayıl ona «əgər səndən soruşan olsa, heç kimə demə ki, 3-4 gün əvvəl məni Mtislümün pəncərəsinin qarşısında əşyalarla birlikdə görmüsən» demişdir. O da Cəbrayıla “əgər kimsə ondan bu haqda nəsə soruşsa, həqiqəti deyəcək» demişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 5-6 ildən ki, tanıyır. Belə ki, Müslüm əvvəllər onunla qonşuluqda yaşamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə Müslümə məişət və təmir-tikinti işləri ilə bağlı kömək lazım olanda ona müraciət edir və çox vaxt əlavə olaraq ona da pul verirmişdir. 2022-ci ilin iyun ayının sonlarında qonşusu Cəbrayıl demişdir ki, Müslüm evdə yaşamır, həmin evdə çox yaxşı əşyalar var, gəl birlikdə oradan oğurluq edək. O Cəbrayıla «bu yaxşı fikir deyil, sənə də məsləhət görmürəm, sonra problem olar»- demişdir. Cəbrayıl ona demişdir ki, həmin evdən qonşusu Elvin və dayısı Elnur oğurluq etmişlər. O bunu haradan bildiyini soruşduqda Cəbrayıl «mən onları Mtislümün pəncərəsinin qabağındakı damda görmüşəm və bilirəm ki, Elvin və Elnur həmin evdən oğurluq ediblər, ikisi həmin evdən televizor çıxaran vaxt mən onları görmüşəm»- demişdir. Bundan başqa Cəbrayıl ona demişdir ki, Elnurla söhbət vaxtı sonuncu ona deyib ki, Müslümün evindən çox qiymətli əşyalar oğurlayıb və baha qiymətə “İçəri şəhər”də satmışdır. O Cəbrayıldan Elnurun hansı əşyalar barədə dediyini soruşmuş, lakin Cəbrayıl demişdir ki, Elnurun əşyanın dəqiq adını deməyib, ancaq qiymətli olması barədə məlumat verib. Həmin vaxt o Cəbrayıla Elvin və Elnuru gecə saatlarında damda xalça aparan vaxt gördüyünü deməmişdir. Halbuki bir neçə gün əvvəl gecə saatlarında məhəllədə görmüşdür ki, Elvin və Elnur damda xalça aparır. Çünki Elvin və Elnur problemli uşaqlardı, həmin söz məhəllədə yayıldıqdan sonra istəmirdi ki, onun sözünə görə tutulsunlar. O Cəbrayılın oğurluq etmək təklifi ilə razı olmamışdır. Bundan təxminən 2-3 gün sonra o Cəbrayıldan bu oğurluq törədibtörətmədiyini soruşduqda Cəbrayıl demişdir ki, oğurluq etmək üçün həmin evə tək girmiş, evdə olan qab-qacaqdan götürmüş, pəncərədən çölə çıxarmış və bu vaxt səs eşitdiyi üçün həmin əşyaları qonşu Yadigarın həyətinə tərəf damda saxlamış və qaçıb getmiş, bu vaxt Yadigar da onu həmin evin pəncərəsindən çıxanda görmüşdür. Bundan sonra o Cəbrayıla demişdir ki, yaxşı ki, əşyaları orada saxlamısan və oğurluq etməmisən, Müslüm çox problemli adamdı, səndən əl çəkməzdi. Bundan başqa, Cəbrayıl demişdir ki, məhəllədə Müslümə deyiblər ki, guya, mən səninlə birlikdə onun evindən oğurluq etmişik, ona görə də Müslüm səndən də şübhələnir. Bundan sonra onlar başqa mövzu ilə bağlı danışmışlar. 2022-ci ilin avqust ayının ortalarında məhələyə gələndə orada eşitmişdir ki, Müslümün evindən oğurluq edən Elvin tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs əmlakının talanması hadisəsi ünvan 2 ünvanında baş vermişdir. xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən evə qayıdan zaman oğurlanıb aparılmamasını üçün pəncərənin qarşısına qoyulmuş 3 ədəd qutu və 2 ədəd sellofana yığıldığını aşkar etdiyi əşyalar ünvan 2 ünvanından 03 ədəd qutu və 02 ədəd sellofan götürülmüşdür. xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanından götürülmüş 03 ədəd qutu və 02 ədəd sellofan açıldıqda içərilərində təzə vəziyyətdə 01 ədəd 2 qulplu 17 sm diametrdə dərin yemək qabı, 06 ədəd 23 sm diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 06 ədəd 20 sm diametrdə yemək qabı, 06 ədəd 20 sm diametrdə və 4 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 19 sm diametrdə 6 sm dərinlikdə yemək qabı, 01 ədəd 23x15x3 sm ölçüdə bulud, 02 ədəd 4 sm dərinlikdə və bir tərəfinin uzunluğu 16 sm olan kvadrat formalı yemək qabı, 06 ədəd 20 sm diametrdə dərin yemək qabı, 06 ədəd 13 sm diametrdə və 2 sm dərinlikdə yemək qabı, 06 ədəd 16 sm diametrdə dayaz yemək qabı, 03 ədəd 8 sm hündürlükdə ədviyyat qabı, 01 ədəd 7 sm diaqonal və 9 sm hündürlükdə qapaqlı şəkər tozu qabı, 01 ədəd 10 sm diaqonal və 6 sm hündürlükdə qənd qabında ibarət yemək qabı dəsti, 01 ədəd 25 sm diametrdə və 9 sm dərinlikdə 2 qulplu və qapaqlı yemək qabı, 01 ədəd 35x23 sm ölçüdə dördkünc formalı bulud, 06 ədəd 23 sm diametrdə yemək qabı, 01 ədəd 35x12 sm ölçüdə dördkünc formalı bulud, 01 ədəd 20x8x8 sm ölçüdə qulplu dərin qab, 06 ədəd 23 diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 27 sm diametrdə dayaz qab, 06 ədəd 17 sm diametrdə dayaz qab, 06 ədəd 20 sm diametrdə dayaz qabdan ibarət ədəd təzə vəziyyətdə yemək qabı dəsti, 01 ədəd təzə vəziyyətdə “Sakura Glass” markalı meyvə qabı, 06 ədəd təzə vəziyyətdə göy rəngli yemək kasası, 01 ədəd təzə vəziyyətdə “Sakura Glass” markalı çərəz qabı, 01 ədəd qutuda olan təzə vəziyyətdə 06 ədəd mürəbbə qabı aşkar edilmiş, baxışda iştirak edən inspektor-kriminalist tərəfindən həmin əşyalardan 07 ədəd əl-barmaq izi götürülərək müvafiq qaydada qablaşdırılmışdır. xx.xx.2022-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında’' protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl-bannaq izi nümunələri götürülərək daktiloxəritəyə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in KTİ-nin 011-10801-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, M.Sübhi küçəsi ev 213 ünvanında Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində 01 ədəd əl-barmaq izi (ADİS-in məlumat bankına İHOSMT və Yasamal RPİ-dən daxil olmuş) xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1556 JM nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, 03 ədəd qutu və 02 ədəd sellofan bağlamada olan qab-qacaq dəstləri və əşyaların səthindən aşkar edilərək götürülmüş 07 ədəd əl-barmaq iziləri- 2 Ns-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından qalmışdır. 2 AVli zərfdə təqdim edilmiş 2-7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin 9/1993 nömrəli ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, təqdim edilmiş 01 ədəd 2 qulplu 17 sm diametrdə dərin yemək qabı, 06 ədəd 23 sm diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 06 ədəd 20 sm diametrdə yemək qabı, 06 ədəd 20 sm diametrdə və 4 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 19 sm diametrdə 6 sm dərinlikdə yemək qabı, 01 ədəd 23x15x3 sm ölçüdə bulud, 02 ədəd 4 sm dərinlikdə və bir tərəfinin uzunluğu 16 sm olan kvadrat formalı yemək qabı, 06 ədəd 20 sm diametrdə dərin yemək qabı, 06 ədəd 13 sm diametrdə və 2 sm dərinlikdə yemək qabı, 06 ədəd 16 sm diametrdə dayaz yemək qabı, 03 ədəd 8 sm hündürlükdə ədviyyat qabı, 01 ədəd 7 sm diaqonal və 9 sm hündürlükdə qapaqlı şəkər tozu qabı, 01 ədəd 10 sm diaqonal və 6 sm hündürlükdə qənd qabından ibarət yemək qabı dəstinin qiyməti 130 manat, 01 ədəd 25 sm diametrdə və 9 sm dərinlikdə 2 qulplu və qapaqlı yemək qabı, 01 ədəd 35x23 sm ölçüdə dördkünc formalı bulud, 06 ədəd 23 sm diametrdə yemək qabı, 01 ədəd 35x12 sm ölçüdə dördkünc formalı bulud, 01 ədəd 20x8x8 sm ölçüdə qulplu dərin qab, 06 ədəd 23 diametrdə və 5 sm dərinlikdə sulu yemək qabı, 01 ədəd 27 sm diametrdə dayaz qab, 06 ədəd 17 sm diametrdə dayaz qab, 06 ədəd 20 sm diametrdə dayaz qabından ibarət yemək qabı dəstinin qiyməti 120 manat, 01 ədəd “Sakura Glass” markalı meyvə qabının qiyməti 25 manat, göy rəngli 6 ədəd yemək kasasında ibarət dəstin qiyməti 18 manat, 01 ədəd “Sakura Glass” markalı çərəz qabının qiyməti 25 manat və 06 ədəd mürəbbə qabından ibarət dəstin qiyməti 12 manat təşkil edir, Ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 330 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Sadıqov X2 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmişdir. 21 noyabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin saxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 10:30-dan şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 118). 23 noyabr 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 1000/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən 01 (bir) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 19 dekabr 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 1103/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 177/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimat təmin edilməyərək onun barəsində 19 aprel 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 19 aprel 2023-cü il tarixli “Ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. 15 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 15 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli özünün ifadələri, hadisə yerinə baxış protokolu, Zərərçəkmiş şəxs, həmçinin X8, X4, X7 və Seyfullayev- Yadigar Seyfulla oğlunun ifadələri, Azərbaycan Respublikası DİN-in KTİ-nin xx.xx.2022- ci il tarixli, 011-10801-1222 nömrəli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1556 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1993 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, hadisə yerinə baxış, götürmə və baxış protokolları, maddi sübutlarla və digər istintaq səndələri ilə təsdiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsini cəzanın məqsədlərini təmin edə biləcəyi qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 29 gün müddət bir günə iki gün gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu A.Sadiq küçəsi ev 208 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 111,29 (bir yüz on bir manat 29 qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut ünvan 4 ünvanından götürülmüş 3 ədəd qutu və 2 ədəd sellofanda olan qabqacaq dəstləri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, eləcə də iş üzrə maddi sübut 07 ədəd əl-barmaq izləri, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd daktiloxəritə cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-176/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 29 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 09 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 08 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu A.Sadiq küçəsi ev 208 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 07 ədəd əl-barmaq izləri, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd daktiloxəritə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut ünvan 4 ünvanından götürülmüş 3 ədəd qutu və 2 ədəd sellofanda olan qabqacaq dəstləri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 111,29 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar