Məhkəmə qərarları › İş №1(004)-177/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-177/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-177/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, xüsusi ittihamçı X4 onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Quba rayonu, Haput kəndində yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən, sonuncunu nüfuzdan salan məlumatları “SPACE” telekanalında yalan və böhtan xarakterli məlumatlar yaymaqla X6 böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, o, gömrük orqanlarında işləyir. Əsli Quba rayonunun Əlik kəndindəndir. Əlik kəndinin yerləşdiyi Quba rayonunun dağlıq ərazisində təbiət xüsusiyyətlərinə görə əhali heyvandarlıq və qoyunçuluqla məşğul olur. Vaxtı ilə mərhum atası da Əlik kəndində yaşayarkən qoyunçuluqla məşğul olmuşdur. O, Quba şəhərində anadan olmuş, burada orta məktəbi qurtarmış, Bakı şəhərində ali təhsil almış və yuxarıda qeyd etdiyi kimi, gömrük orqanlarında işləməklə, hal-hazırda Balakəndə xidmətini davam etdirir. Dayısı oğlu X10 ona dəfələrlə müraciət edərək, maddi imkanı olmadığından ondan borc pul almışdır. O, onun imkansız olduğunu, dayısı oğlu olmasını nəzərə alaraq, heç vaxt ona verdiyi borc pulları geri istəməmişdir. Həm də ki, o, ondan böyük məbləğlərdə borc pul almadığına görə, o bu pulları geri istəməmişdir. Lakin təqribən bir il bundan əvvəl o ondan böyük məbləğdə borc pul istədi. O ona bildirdi ki, böyük məbləğdə ona pul verə bilməz, ona görə ki, bu pulu ona qaytara bilməyəcək, onlar yaxın qohumdular, araya narazıçılıq düşəcək, həm də ki, onun böyük məbləğdə pulu da yoxdur ki, versin. Bundan sonra Şahin onu şantaj etməyə başladı və bildirdi ki, sənin imkanın var, ona pul verməlisən, yoxsa səni dövlət işində işləməyə qoymayacağam, səni işdən qovduracağam. O, həmin vaxt onun hədə-qorxusuna diqqət verməmiş, fikirləşmiş ki, o, onun dayısı oğludur, belə iş etməz. Lakin bundan sonra X19 Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər yazmağa başladı. O, şikayətlərində guya onun X7 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban işlətdiyini yazır. Lakin həm Dövlət Gömrük Komitəsi, həm də ki, başqa orqanların araşdırmaları nəticəsində bunların böhtan olması təsdiq olundu. Nəhayət yuxarıda göstərilənlərlə kifayətlənməyən X10 onun barəsində “SPACE” telekanalına yenə də böhtan dolu müraciət etmiş və onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları kütləvi informasiya vasitəsində saymışdır. Belə ki, “SPACE” telekanalında 23 dekabr 2022-ci il tarixində, saat 20.30-da yayımlanmış “SPACE xəbər” xəbərlər buraxılışında X10 telekanalın müxbirinə müsahibə formasında bildirmişdir ki, “Mən sadəcə öz haqqımı istəyirəm, 180 heyvanımı versin mənə, ondan istədim, dedi ki, bir yerdə pulunu yığıb verəcəyəm, ona dedi ki, səninçün Qubadan yer alaramam, ev alaram, belə şeylərlə, yalan vədlərlə məni aldatdı. Yol getmişəm, ailəmlə, uşağımla, qarovul dayanmışam onun heyvanına, əziyyət çəkmişəm.” Süjetin əvvəlində xəbərlər buraxılışının aparıcısı bildirir: "Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb. Haput kənd sakinini eşidəcəyik.” X5 telekanalın müxbirinə müsahibəsinin arasında müsahibəni alan müxbir izahatlar verir: "180 heyvanımı versin mənə' sözlərindən sonra: 12 il əvvəl Mübariz Əhmədovun heyvandarlıq təsərrüfatına baxmağa razılıq verib, çoban kimi işə başlayıb, amma iddiasına görə bir müddət sonra aldadıldığını hiss edib, əməyi qarşılığında edilən vədlər söz olaraq ortada qalıb, onların razılaşmasına görə qarşı tərəf ödəniş əvəzi hər il ona 30 quzu verməli olub, cəmi 6 ilinin haqqını həmin şəxsdən gücnən qoparıb, qalanı isə.” "Belə şeytərlə, yalan vədlərlə onu aldatdı" sözlərindən sonra: Bu təsərrüfat üçün özümü fəda etmişəm deyən şikayətçi evində də düz-əməlli yaşaya bilmədiyini, illərini çöllərdə keçirdiyini bildirir, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olub, bir söznən min bir zəhmətə qatlaşıb. " Göstərilənlərin əks olunduğu diski ərizəyə əlavə edir. Beləliklə, X10 ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ei maddəsi ilə nəzərdə tutulmuş cinayəti (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kiilləvı informasiya vasuəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) törətmişdir. Bildirir ki, onun heyvandarlıq təsərrüfatı yoxdur və o, heç vaxt X7 çoban kimi işlətməmişdir. Onun barəsində bu böhtan dolu salanları yaymasına səbəb suxarıda da qeyd etdiyi kimi, ondan şantaj yolu ilə pul qoparmağa çalışmasıdır. Azərbaycan Respııblikasılnm bütün ərazisinə yayımlanan, respublikada əsas televiziya kanallarından biri olan “SPACE” telekanalında bu böhtan dolu çıxışı edən X5 bildirdikləri böhtan dolu salan ifadələr onun barəsində şərəf ləyaqətimi ləkələyən yalan məlumatların kütləvi informasiya vasitəsində sayılmasına səbəb olmuş, bu verilişə baxmış şəxslər arasında onu nüfuzdan salmış, barəsində guya onu işlədib, onu aldadaraq, pulunu verməməyi barədə böhtan xarakterli məlumatların yayılması ona bu verilişə baxmış və bundan başqa şəxslərdən xəbərdar olmuş insanların inamını azaltmış, iş yerində bir dövlət qulluqçusu kimi nüfuzunun ləkələnməsinə səbəb olmuşdur. Göstərilələrə əsasən Ş.Ş.Eldarovun Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, Ş.Ş.Eldarovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Ş.Ş.Eldarov xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, Əhmədov Mübariz onun bibisi oğludur. 3-4 il əvvəl Mübariz ona müraciət edərək, sonuncuya məxsus heyvanları saxlanıb artırılması məqsədi ilə ona köməklik edilməsini xahiş etmişdir. O isə onunla razılaşaraq, əvəzində heyvanların bir hissəsini sonradan onda qalmasını tələb etmişdir. Mübariz bu təkliflə razılaşmışdır. Lakin 2022-ci ilin aprel ayında onların arasında mübahisə yarandı və Mübariz özünə məxsus heyvanları qeri qaytarılmasını tələb etdi. Mübariz ona vəd etdiyi heyvanları ona verməkdən imtina etdi. Sonradan anlamışdır ki, Mübarizdən pulu avə ya heyvanları ala bilməyəcək, məhz buna görə dövlət orqanlarına şikayət etməyə başlamışdır. Bir tanıçı məsləhət gördü ki, “Space” telekanala müraciət etsin. TV əməkdaşı yaşadığı rayona gələrək onunla bağlı süjet hazırlayaraq yayıma vermişdi.Bütün gördüyü tədbirlərə baxmayaraq, Mübariz hələ də ona vəd verdiyini verməyib. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o Eldarov Şahinin və Əhmədov Mübarizin yaxın qohumudur. Bir neçə ildir ki, Eldarov Şahinlə birlikdə çobanlıq edir. Keçən ilin aprel-may aylarında onun iştirakı ilə Əhmədov Mübarizin adamına heyvanların təhvil təslimində iştirak edib. Mübarizin Şahinə müəyyən gədər malqara vəd verilməsini Şahindən eşidib. Məhkəmə iclasında iştirak edən X1 ifadəsində göstərmişdir ki, Eldarov Şahinin qohumudur və onunla birlikdə rayonda çobanlıqla məşğuldur. Mübarizdə onun qohumudur. Mübarizə məxsus heyvanların saxlanılmasında o da iştirak edib.X9 arasında mübahisə yaranaraq, sonuncu özünə məxsus heyvanları qeri tələb etmişdir. Keçən il yaz aylarında Şahin hamısını təhvil verib, lakin Mübariz Şahinə vəd verdiyi heyvanları ona verməyib.Mübariz dövlət işində işlədiyinə görə Şahin ondan çəkinirdi və ona görə heyvanları təhvil verəndə bir qismini özünə saxlamamışdır. Beləliklə, təqsirləndirilən şəxs Ş.Ş.Eldarov özünü təqsirli bilməsə də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli olması, DVD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Ş.Ş.Eldarov “SPACE” telekanalına müsahibə verərək bildirir ki, onu yaxın qohumu olan Mübariz Əhmədov aldadaraq vəd verdiyi heyvanları ona verməmişdir. O uzun müddətdir ki, Mübarizə məxsus heyvanları otarıb, onların sayını çoxaldıb. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ş.Ş.Eldarovun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 1(004)-177/2023 saylı qərarı ilə Ş.Ş.Eldarovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair M.H.Əhmədov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Ş.Ş.Eldarov əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 866/2022 saylı qərarından görünür ki, M.H.Əhmədovun şikayəti təmin edilmiş və onun barəsində Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin X2 rəisi X12 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin X3 göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-530/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-866/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs Ş.Ş.Eldarovun törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının nümayəndəsi və vəkilinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə Ş.Ş.Eldarovun yalan olduğunu bilə-bilə xüsusi ittihamçı M.H.Əhmədovun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, Ş.Ş.Eldarovun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Ş.Ş.Eldarov tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ş.Ş.Eldarovun əlində heç bir mötəbər sübutu olmadan M.H.Əhmədovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq sonuncuya böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Ş.Ş.Eldarov xüsusi ittihamçı M.H.Əhmədovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı M.H.Əhmədovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayıldığı andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Ş.Ş.Eldarov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Ş.Ş.Eldarova cəza təyin edərkən onun əvvəllər məhkum edilməməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Ş.Ş.Eldarovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Ş.Ş.Eldarova cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Ş.Ş.Eldarovnı cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs Ş.Ş.Eldarovun cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Ş.Ş.Eldarovun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Ş.Ş.Eldarova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar