Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-177/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının, Taqanrok şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə mənzilə-yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talama məqsədi ilə 02 sentyabr 2023-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilə, yəni yaşayış sahəsinə mənzilin plastik pəncərəsini sındıraraq içəri qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində Polşa istehsalı olan “Termet” markalı su qızdırıcısını və 01 ədəd 400 manat dəyərində “Takashi” markalı divar saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, beş il müddət ərzində narkotik vasitə istifadəçisi olmuşdur və təxminən üç ilə yaxındır ki, metadon qəbul etmək məqsədi ilə “Semaşko” adlanan xəstəxanada müalicə alır. Müalicə aldığı müddət ərzində o, həmin xəstəxanada müalicə alan Şahid3 adlanan şəxslə tanış olmuş və onlar arasında dostluq münasibətləri yaranmışdır. O, İlhamla dostluq etdiyi müddət ərzində İlhamın yaşadığı ünvan 2 ünvanda yerləşən evə gedib gəlmiş və hətta həmin evdə gecələmişdir. Əliyeva X6 həyat yoldaşı olmuş, lakin Jalə həmin evdə yaşamamış və Jaləni heç vaxt həmin evdə görməmişdir. İlham tez-tez mənzilinin açarlarını unutduğu üçün o, İlhamın icazəsi ilə mənzilin plastik pəncərəsindən evə daxil olaraq açarı götürüb İlhama vermişdir. İlham ona həmin mənzilə arxa tərəfdən mətbəxin pəncərəsindən daxil olmağa icazə vermişdir. O, İlhamla münasibətdə olduğu müddət ərzində İlham ondan iki dəfə 50 manat olmaqla ümumilikdə 100 manat məbləğində borc pul almış, lakin aldığı pulu ona geri qaytarmamışdır. 25 avqust 2023-cü il tarixdə o, İlhamın yaşadığı evə gəldiyi zaman İlham ondan borc pul istəmiş və 250 manat məbləğində pulu İlhama borc olaraq vermişdir. Həmin vaxt o, özünə məxsus olan “Samsung A 10” markalı mobil telefonu enerji yığması üçün İlhamın evində qoymuş, lakin həmin evdən çıxan zaman mobil telefonunu götürmək yadından çıxmışdır. Bundan sonra o, geri qayıtsa da, qapını döydükdə İlham qapını açmamışdır. Daha sonra o, dəfələrlə İlhamın mobil telefonuna zəng etsə də, İlham onun zənglərinə cavab verməmişdir. 02 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, İlhamın yaşadığı evə gedərək mənzilin qapısını döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra o, evin arxa tərəfində keçərək binanın üçüncü mərtəbəsinə qalxmış və pəncərədən içəri daxil olmuşdur. Həmin vaxt İlham evdə olmamışdır. Daha sonra o, özünə məxsus olan mobil telefonu axtarmağa başlamış, lakin həmin vaxt o, mobil telefonu tapa bilməmişdir. Bu səbəblə o, İlhamdan əvəz çıxmaq məqsədi ilə onun yaşadığı evdən bir ədəd divar saatı və hamadan su qızdırıcısının ehtiyat hissələrini oğurlamışdır. Bundan sonra o, həmin su qızdırıcısının ehtiyyat hissələrini 15 manata satmış, lakin saatı özündə saxlamışdır. Sonradan həmin saatı zərərçəkmiş şəxsə qaytarmış və dəymiş ziyanı ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, törətdiyi əməllə bağlı şübhəli şəxs qismində saxlanıldığı zaman Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ona zor tətbiq olunmuşdur. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərərin ödənildiyini, cavan olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid3 onun keçmiş həyat yoldaşıdır və onların iki övladı var. Onlar ünvan 2 ünvanda yerləşən evdə birlikdə yaşamışlar, lakin sonradan yola gedə bilmədikləri üçün ayrılmışdırlar. Onlar ayrıldıqdan sonra o, həmin evdə yaşamamış, lakin oraya gedişgəlişi olmuşdur. 02 sentyabr 2023-cü tarixdə yaşadığı evə naməlum şəxsin daxil olaraq oradan oğurluq etməsi barədə məlumat aldıqdan sonra oraya gəlmiş və DİN-nin 102xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra Yasamal RPİnin 26-cı PB-nin əməkdaşları həmin ünvana gəlmiş və qapını açaraq oraya daxil olmuşdurlar. O, içəri daxil olanda görmüşdür ki, evdə olan əşyalar dağıdılmış vəziyyətdədir. Sonradan oğurluğun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Oğurluq nəticəsində onun evindən 400 manat dəyərində “Takashi” markalı divar saatı, hamamda olan 500 manat dəyərində “Termet” markalı su qızdırıcısının ehtiyat hissələri oğurlanmış, həmçinin naməlum şəxs oğurluq edən zaman evin pəncərəsini, çöl qapısını yararsız vəziyyətə salmışdır. Beləliklə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 900 manat dəyərində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən mənzilin ikinci mərtəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur və həmin binanın üçüncü mərtəbəsində yaşayır. Əliyev X5 həyat yoldaşı olmuş, lakin sonradan onlar ayrılmışdırlar. Jalənin əri İlhamın yaşadığı evə naməlum şəxslər gəlib getmişdir. Bir müddət sonra İlham cinayət törətdiyinə görə tutulmuş və o, Jaləni sonuncu dəfə İlham tutulduqdan sonra görmüşdür. 02 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olan zaman Jalənin mənzilinin pəncərəsindən bir nəfər naməlum şəxsin Jalənin evinə daxil olduğunu görmüş və dərhal ilk öncə DİN- nin 102 xidmətinə, sonra isə Jaləyə zəng vurub evindən oğurluq edilməsi barədə məlumat vermişdir. O, oğurluq edən şəxsi tanımır və onun üzünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, əlvan metalların qəbulu məntəqəsində işləyir. Dəqiq xatırlamadığı tarixdə əvvəllər tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi məntəqəyə gələrək su qızdırıcı aparatının ehtiyat hissələrini satmaq istədiyini bildirmişdir. Həmin ehtiyat hissələri yararsız vəziyyətdə olmuş və Anar adlı şəxs onların özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs və ehtiyat hissələrinin ona aidliyi onda şübhə yaratmadığı üçün o, Anardan həmin ehtiyyat hissələrini 14 manata almışdır. Sonradan həmin su qızdırıcısının ehtiyyat hissələrinin Anar tərəfindən oğurluq yolu ilə əldə olunması ona məlum olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Onlar “Semaşko” adlanan xəstəxanada müalicə aldıqları zaman tanış olmuşdurlar və aralarında dostluq münasibəti yaranmışdır. O, Anarla dostluq etdiyi müddət ərzində Anar onun yaşadığı ünvan 2 ünvanda yerləşən evə gedib gəlmişdir, lakin o, hansı məqsədlə Anarın onun mənzilinə gəlməsini xatırlamır. O, Anardan heç vaxt borc pul almamış və ona yaşadığı evə xəbəri olmadan daxil olmağa icazə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 71 saylı mənzildir, həmin mənzil 2 otaqdan, bir sanuzeldən və bir mətbəxdən ibarətdir, mənzilin çöl qapısı ağ rəngli seyf qapıdır, mənzilin giriş hissəsində dəhliz yerləşir, dəhlizin sağ tərəfində sanuzel qovşağı, sonra isə mənzilin mətbəxi yerləşir, dəhlizin sol tərəfində qonaq otağı, onun qarşısında isə yataq otağı yerləşir. Naməlum şəxs və ya şəxslər mənzildə olan plastik pəncərəni açaraq içəri qanunsuz daxil olmuş, sanuzel qovşağında olan su qızdırıcı aparatını sökərək ehtiyyat hissələrini oğurlamış, daha sonra isə mənzilin qonaq otağında və yataq otağında olan əşyaları dağıtmış, mənzilin sahibi Zərərçəkmiş şəxs dediklərinə görə naməlum şəxs qonaq otağında olan 5000 manat dəyəri olan şahmat dəstini də oğurlamışdır. Hadisə yerinə ekspert kruiminalist dəvət edilmiş, lakin hadisə yerindən əl-barmaq izlərinin götürülməsi mümkün olmamışdır. Protokol tərtib edilərkən ərizə və şikayət daxil olmamışdır Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 3-6) “Baxış keçirilmə və götürmə haqqında” 06 sentyabr 2023-cü il tarixli ünvan 5 ünvana baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşən həyətyani sahədə olan saxlanc yerindən Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 1 ədəd divar saatını onlara təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin saatı xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sonuncunun yaşadığı evdən oğurlamışdır. Həmin vaxt oğurlanmış divar saatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, saatın arxa tərəfi və ətrafı qonur rəngli taxta materialdandır, saatın ön tərəfi şüşədənbdir, saat özü isə həmin qabın içərisində yuxarı hissəsində yerləşir, saatın aşağı hissəsində isə zəncirlər görünür. Saatın tən orta hissəsində “Takashi” yazısı vardır. Protokol tərtib edilərkən ərizə və şikayət daxil olmamışdır Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 11-16) İfadənin yerində yoxlanılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 92-93) “Əşyanın tanınması haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Takashi” markalı divar saatını tanıyaraq onun evindən oğurlanmış əşya olduğunu bildirmişdir. (i.v. 95) “Maddi sübut kimi tanımaq haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Takashi” markalı divar saatı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 97) “Əşyanın qanuni sahibinə qaytarılması haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “Takashi” markalı divar saatı qanuni sahibi Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. (i.v. 99) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 9/7868 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təyini haqqında qərarda və fotoşəkildə göstərilən istifadə olunmuş 01 ədəd qəhvəyi rəngli, taxta gövdəli, ön hissəsi şüşədən olan “Takashi” markalı mexaniki divar saatının nəzəri qaydada orta bazar qiyməti təxminən 350 manat müəyyən olunur. (i.v. 128-131) Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən sonuncuya qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-nə daxil olarkən bədən baxışı zamanı gözlə görünən heç bir bədən xəsarəti aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti ev 4 saylı binanın üçüncü mərtəbəsində yerləşən evə pəncərədən Şahid3 icəzəsi ilə daxil olması barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talama məqsədi ilə 02 sentyabr 2023-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilə, yəni yaşayış sahəsinə mənzilin plastik pəncərəsini sındıraraq içəri qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində Polşa istehsalı olan “Termet” markalı su qızdırıcısını və 01 ədəd 400 manat dəyərində “Takashi” markalı divar saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 9/7868 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təyini haqqında qərarda və fotoşəkildə göstərilən istifadə olunmuş 01 ədəd qəhvəyi rəngli, taxta gövdəli, ön hissəsi şüşədən olan “Takashi” markalı mexaniki divar saatının nəzəri qaydada orta bazar qiyməti təxminən 350 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus “Takashi” markalı mexaniki divar saatının qiymətinin 400 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 9/7868 saylı rəyində həmin saatın qiymətinin 350 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə “Takashi” markalı mexaniki divar saatının oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 350 (üç yüz əlli) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 37) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 4(004)- 678/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 83-88) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 4(004)-678/2023 nömrəli prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə dair iş materialları 08 sentyabr 2023-cü il tarixdə saat 17:29-da məhkəməyə daxil olmuş, saat 18:39-da yekun məhkəmə aktı qəbul edilmişdir. Təqsirləndirilən şəxs azadlıq hüququ 24 saatdan artıq məhdudlaşdırılmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 89-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 70-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, 01 il 06 ay şərti sınaq müddətinə məhkum edilmiş, Bakı Apelyassiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, qərarı ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi xaric edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzası başa çatmışdır. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4, 70 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddətinə məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlıi bilinərək 02 il müddətinə azadlığın məhdulaşdırılması cəzası təyin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5ci maddəsinə əsasən hazırkı hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. (i.v. 106-108) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-356/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 1(005)-170/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmuş və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. (i.v. 110-119) AZ-İV №075537 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. Bakı Şəhər Probasiya İdarəsinin 12 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilmiş hissəsi 03 ay 08 gün , cəzasının çəkilməmiş hissəsi 03 il 02 ay 10 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli tələbnamədən və Nəsimi rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.1-ci madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cınayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin onun törətdiyi əməl Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, lakin əvəllər eyni xarakterli cinayət əməlinin törətməsinə görə iki dəfə məhkum olmasını, barəsində olan cinayət işinin məhkəmə istintaqı dövründə bir daha cinayət əməlinin törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, əvəllər eyni xarakterli cinayət əməlinin törətməsinə görə iki dəfə məhkum olmasını, barəsində olan cinayət işinin məhkəmə istintaqı dövründə bir daha cinayət əməlinin törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-356/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılaraq qəti cəza müəyyən edilməli, onun xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 06 (altı) gün müddət və hazırkı iş üzrə 07 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-356/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03 (üç) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 12 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Takashi” markalı divar saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-356/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki işlər üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 06 (altı) gün müddət və hazırkı iş üzrə 07 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-356/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03 (üç) ay 08 (səkkiz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 ay 19 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəsasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut bir ədəd “Takashi” markalı divar saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-177/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-177/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver