Məhkəmə qərarları › İş №1(004)-178/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-178/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-178/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxx 1988-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu ünvansız evdə kirayədə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat təxminən 02 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs həmin ünvanın qarşısında dayanmağına mane olması səbəbindən yaxınlaşmış, orada sonuncunun qeyd edilən yerdə dayanmasını bəhanə edib özünün şəxsiyyətini Farid Rzayevin şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi kağız və aboy materiallarını kəsmək üçün nəzərdə tutulan iti alətlə «rezakla» Zərərçəkmiş şəxs sol qoluna vuraraq ona sol əlin lll-İV-V barmaqların açılması məhdudiyyəti ilə fəsadlaşmış və həmin barmaqların açışı vətər əzələlərinin kəsilməsi ilə müşayiət olunmuş sol said nahiyəsinin kəsilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Naxçıvan MR, Şərur rayonu Qışlaqabbas kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu Qışlaqabbas kəndində qeydiyyatdadır və Bakı şəhəri Nəsimi rayonu ünvansız evdə kirayə yaşayır. 2008-ci il tarixdə həyat yoldaşı X6 ilə ailə həyatı qurmuş, həmin nikahdan Kənarə adlı qızı və Sahil adlı oğlu vardır. O, 18 yaşından bu günə kimi cinsi azlıq nümayəndəsidir və 2017-ci il tarixdən qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu Qışlaqabbas kəndindən Bakı şəhərinə gəlmişdir. O, cinsi azlığın nümayəndəsi olduğu üçün hər gecə ünvan 4 ünvanın qarışısında dayanıb kişi müştəriləri ilə görüşərək pul müqabilində öz ehtiyaclarını ödəyir. O, təxminən 2021-ci ilin may ayının sonunda ünvan 4 ünvanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün dayanmış, həmin vaxtı əvəllər bir-iki dəfə tanıdığı cinsi azlığın nümayəndəsi olan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onun orada durub kişi müştərilərini gözlədiyinə maneçilik törədərək və onun orada durmağına irad tutub, həmin ünvanın qarşısında onun dayandığı yer onun dayandığı yer olduğunu bildirmişdir. Bu zaman o, ona öz iradını bildirərkən, onlar arasında sözlə mübahisələri baş vermiş və o, ona əhəmiyyət verməyərək oradan başqa ünvana getmişdir. Belə ki, 27 iyun 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, ünvan 4 ünvanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün həmin ünvanın qarşısından keçərkən, həmin vaxtı orada Fəridi və onun tanışı olan Zuliya cinsi azlıq nümayəndəsi olan ləqəbli və əsil adı isə Elçin adlı şəxsi görmüş, bu zaman Fərid ona yaxınlaşıb və ona bir daha bildirərək onun həmin ünvanın qarşısından keçməyini və dayanmağına irad tutmuşdur. O, isə ona öz iradını bildirmiş və bu zəmində onlar arasında mübahisə baş vermiş və mübahisə zamanı Fərid ona tərəf yaxınlaşıb ona əli ilə vurmaq istəyərkən, o, isə özünü müdafiə etmək məqsədi ilə əli ilə onun üz nahiyəsinə iki dəfə sillə ilə vurmuşdur. Bu zaman onu Elçin adlı şəxs ayırmış və o, isə oradan çıxıb başqa ünvana getmişdir. Lakin sonradan Fəridin onun barəsində şikayət ərizəsi ilə müraciət etməsindən məlumatı olmamışdır. 20 noyabr 2021-ci il tarixdə saat 15 radələrində o, ünvan 5 ünvanın qarşısında olan zaman, ona Yasamal RPİ-nin 29-cu PŞnin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Yasamal RPİ-nin 29-cu PB-nə dəvət etmişlər. Sonra isə Yasamal RPi-nin İŞ-nə təhvil vermişlər. Baş vermiş hadisə 27 iyun 2021-ci il tarixdə təxminən saat 02 radələrində ünvan 4 ünvanın qarşısında olmuş, hadisənin səbəbi onun həmin ünvanın qarşısında dayanmağına mane olmasının üstündə olmuşdur. Həmin hadisənin şahidi Fəridin yanında olan Zuliya ləqəbli Elçin adlı şəxs olmuş və hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını, ailəli olduğunu, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən bu günə kimi Bakı şəhərində yaşayır. 2007-ci il tarixdən etibarən cinsi azlığın nümayəndəsidir, cinsi azlığın nümayəndəsi olduğu üçün hər gecə ünvan 4 ünvanın qarışısında dayanıb kişi müştəriləri ilə görüşərək pul müqabilində öz ehtiyaclarını ödəyir. Təxminən 2021-ci ilin may ayının sonunda ünvan 4 ünvanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün dayanmış, həmin vaxtı əvəllər bir iki dətə tanıdığı cinsi azlığın nümayəndəsi olan Emka ləqəbli Təqsirləndirilən şəxs Nizami oğlu ona yaxınlaşaraq onun orada durub kişi müştərilərini gözlədiyiqə mane etmiş və bu zəmində onlar arasında sözlə mübahisələri olmuşdur. O, isə Təqsirləndirilən şəxs əhəmiyyət verməyərək oradan başqa ünvana getmişdir. Belə ki, 27 iyun 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, və onunla birlikdə olan cinsi azlığın nümayəndəsi olan Zuliya ləqəbli Şahid ilə birlikdə ünvan 4 ünvanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün orada olan zaman, həmin vaxtı Təqsirləndirilən şəxs içkili vəziyyətdə onlara yaxınlaşaraq ona yenidən mane olaraq onun oradan getməyini tələb etmiş və bu zəmində onlar arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı onun ünvanına qarşı nalayıq söyüşlərlə təhqir etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs öz iradını bildirdikdə, həmin vaxtı əynində olan şalvarının cibindən kağız və aboy materiallarını kəsmək üçün nəzərdə tutulan iti alətlə «rezak» onun üzərinə hücüm edərək həmin alətlə üzünə vurmaq istəyərkən, o, həmin vaxtı onun üzünə həmin alətlə vurmasın deyə sol qolunu sifət nahiyəsinə qaldırmış və həmin alət onun sol qolunu kəsərək qolundan xəsarət almışdır. Həmin vaxtı onun qolundan qan axdığından, Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Bundan sonra o, Şahid ona ilk tibbi yardım göstərmiş, sonra isə o, 103 saylı X12 Stansiyasına müraciət etmişdir. Bundan sonra həmin hadisə yerinə həkimlər briqadası gələrək orada ona ilkin tibbi yardım göstərmiş və bundan sonra evə gəlmişdir. Səhərsi günü yəni 28 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə 27 iyun 2021-ci il tarixdə təxminən saat 02 radələrində ünvan 4 ünvanın qarşısında olmuş, hadisənin səbəbi onun həmin ünvanın qarşısında dayanmağına mane olmasının üstündə olmuşdur. Həmin hadisənin şahidləri onun yanında olan Şahid olmuş və hadisə 10 dəqiqə davam etmişdir. Artıq əqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 1998-ci il tarixdən bu günə kimi Bakı şəhərində yaşayır. 2012-ci il tarixdən etibarən cinsi azlığın nümayəndəsidir, o,cinsi azlığın nümayəndəsi olduğu üçün arada bir gecə saatlarında ünvan 4 ünvanın qarışısında dayanıb kişi müştəriləri ilə görüşərək pul müqabilində öz ehtiyaclarını ödəyir. Həmin ünvanda ondan başqa Zərərçəkmiş şəxs və digərləridə olurlar. Onun ləqəbi Zuliyadır və hamı onu Zuliya ləqəbi kimi çağırılar və tanıyırlar. Belə ki, 27 iyun 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, və onunla birlikdə olan cinsi azlığın nümayəndəsi olan Fira ləqəbli kimi tanınan Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 4 ünvanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün orada olan zaman, həmin vaxtı həm onun və həm də Fəridin tanıdığı Emka ləqəbli şəxs içkili vəziyyətdə Fəridə yaxınlaşaraq ona yenidən mane olaraq onun oradan getməyini tələb etmiş və bu zəmində onlar arasında sözlə mübahisələri baş vermiş və mübahisə zamanı Fəridin ünvanına qarşı nalayıq söyüşlərlə söyüb təhqir etmişdir. Bundan sonra Fərid ona öz iradını bildirdirkə, Emka ləqəbli Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan şalvarının cibindən kağız və aboy materialallarını kəsmək üçün nəzərdə tutulan iti alətlə «rezak» Fəridin üzərinə hücüm edərək həmin alətlə üzünə vurmaq istəyərkən, Fərid isə həmin vaxtı Təqsirləndirilən şəxs onun üzünü həmin alətlə vurmasın deyə sol qolunu sifət nahiyəsinə qaldırmış və həmin alət isə Fəridin sol qolun kəsərək qolundan xəsarət almışdır. Həmin vaxtı Fəridin qolundan kəskin qan axdı, buna görə Təqsirləndirilən şəxs hadisə yerindən qaçdı. Bundan sonra o, Fəridə ilkin tibbi yardım göstərdi. Bundan sonra Fərid 103 saylı X12 Stansiyasına müraciət etmiş və həmin hadisə yerinə həkimlər briqadası gələrək orada Fəridə ilkin tibbi yardım göstərmişlər. Sonra isə Fəridi həmin həkim briqadası tərəfindən Travmatologiya Xəstəxanasına apardılar və orada həkimlər tərəfindən ona tibbi yardım göstərmişlər. O, sonradan aldığı məlumata görə Fərid səhərisi günü yəni 28 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə 27 iyun 2021-ci il tarixdə təxminən saat 02 radələrində ünvan 4 ünvanın qarşısında olmuş, hadisənin səbəbi Fəridin həmin ünvanın qarşısında dayanmağına mane olmasının üstündə olmuşdur. Həmin hadisənin şahidi o olmuş və hadisə 10 dəqiqə davam etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 570 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sol əlin almış olduğu xəsarətlər - sol əlin İll-İV-V barmaqların açılması məhdudiyyəti ilə fəsadlaşmış və həmin barmaqların açışı vətər əzələlərinin kəsilməsi ilə müşaiət olunmuş sol said nahiyəsinin kəsilmiş yarası kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 27 iyun 2021-ci il tarixdə rezakla yetirməsi mümkündür, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3-dən az (10%) itirməsinə səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarət şəxsin özü tərəfindən özünü yetirməsi nəticəsində törənməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, evli olmasını, 2 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə tutulmuş, xx.xx.2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün həbsdə olmuşdur. Bundan sonra o, yenidən xx.xx.2022-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün həbsdə olmuşdur. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutularaq, həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 14 gün həbsdə olmuşdur. Beləliklə hazrıkı vaxtadək ümumilikdə 18 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 18 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 10 ay 24 gün (bir il on ay iyirmi dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar