Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-178/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, mülki iddiaçı Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 qızı X12 Dillər Universitetinə qəbul etdirəcəyinə dair vəd etsə də, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyində olan yaxın tanışları vasitəsilə köməklik göstərəcəyini bildirib, əslində isə Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 5 nömrəli tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs2 11000 (on bir min) manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasında olan yaxın tanışları vasitəsilə köməklik göstərəcəyini bildirib, əslində isə Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2023-cü ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında Vüsal Hüsənovdan 5000 (beş min) manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasında olan yaxın tanışları vasitəsilə köməklik göstərəcəyini bildirib, əslində isə Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2023-cü ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs2 vasitəsilə 10000 (on min) manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızma işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 nəvəsi X2 Xarici Dillər Universitetinə qəbul etdirəcəyinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyində olan yaxın tanışları vasitəsilə köməklik göstərəcəyini bildirib, əslində isə Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq Zərərçəkmiş şəxs1 2023-cü ilin iyul ayının sonlarında sonuncunun Naftalan şəhəri, N.Nərimanov parkında yerləşən ödəmə terminalından kart hesabına köçürtdürdüyü 3000 (üç min) manat və 2023-cü ilin avqust ayının ortalarında ünvan 3 ünvanda 5.000 (beş min) manat olmaqla, ümumilikdə 8.000 manat (səkkiz min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızma xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qızma işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 oğlu X11 adına Tibb Universitetinin Bakı filialına qəbul etdirəcəyinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyində olan yaxın tanışları vasitəsilə köməklik göstərəcəyini bildirib, əslində isə Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Makdonalds” restoranında 5000 (beş min) manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq xəstəxananın yaxınlığında milli valyuta ilə 12002 manat təşkil edən 7060 (yeddi min altmış) ABŞ dolları və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda sonuncunun anası X7 vasitəsi ilə göndərdiyi milli valyuta ilə 5100 manat təşkil edən 3000 (üç min) ABŞ dolları olmaqla, ümumilikdə 22102 (iyirmi iki min yüz iki) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 qızma xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia verilmiş, mülki iddia məhkəmənin icraatına qəbul edilməklə zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Qeyd olunan mülki iddiaya əsasən 22102 (iyirmi iki min yüz iki) manat məbləğində dəymiş ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ona mobil telefonla zəng etmiş, onlar Yasamal rayonu ərazisində görüşmüşlər. Həmin zaman Zərərçəkmiş şəxs2 ona Məleykə Qurbanovanın dayısı oğlu olduğunu demiş, qızı 2005-ci il təvəllüdlü Fatimə Həsənlini ali məktəblərdən birinə qəbul etdirmək istədiyni bildirmişdir. Məleykə Qurbanovanın qızının ali təhsil məsələsini əvvəllər həll etdiyi üçün onu yaxşı tanımış, münasibəti olmuşdur. Bu baxımdan Məleykə Vüsalla görüşməmişdən əwəl ona zəng edərərk Vüsala kömək etməyini xahiş etmişdir. O da Vüsalla görüşdükdə ona yalandan qızı Fatiməni yaxın tanışları və nüfuzlu şəxlərin köməkliyi ilə Xarici Dillər Universitetinə qəbul etdirə biləcəyini demişdir. O yaxın tanışları dedikdə heç kimi nəzərdə tutmamış, ona heç kimin adını da çəkməmişdir. Sadəcə ona pul lazım olduğu üçün Vüsaldan yalan vədlə pul almaq və şəxsi işlərini həll etmək, daha sonra pulunu qaytarmaq və işin alınmadığını bildirmək məqsədi olmuşdur. Həmin ərəfədə oğlu X8 Dövlət Neft Şirkətinə (“SOCAR”) işə düzəltmək üçün Asif Rəhimov adlı şəxslə danışıqlar aparmış, Asif də oğlunu həmin Şirkətə işə düzəltmək müqabilində ondan 20.000 manat pul istəmişdir. O da Asifə bir qədər pul versə də ona əlavə ödəniş etməli olmuşdur. Bu baxımdan Vüaldan pulu alıb Asifə vermək istəmişdir. Bunun üçün o Vüsalla görüşdükdə ona qızı X20 Universitetinə 11.000 manat pulun müqailində düzəldə biləcəyini, qızının adının 2023-cü ilin sentyabr ayında dərc olunacaq abuturiyent jurnalında çıxacaqğını, heç bir narahatçılıq olmayacağmı, çünki bu işləri həll etmək onun sahəsi olduğunu demişdir. Vüsal onunla razılaşmış və onlar yenidən 2023-cü ilin aprel ayını sonlarında onun yaşadığı Nəsimi rayonu Cavadxan küçəsində 5 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Vüsal həmin zaman qızının ali məktəbə qəbulu ilə bağlı ona 11.000 manat pulu təklikdə əlbəəl vermişdir. O da bir daha ona vəd edərək narahat olmamasını, müəyyən adamlarla danışıqlar apardığını demiş, qızının artıq həmin universitetə qəbul olunması ilə bağlı onu tam əmin etmişdir. Amma o, Vüsala qızının qəbulu ilə bağlı işləri Təhsil Nazirliyində işləyən Fridun və Yaqub adlı şəxslərin etdiyini deməmişdir. Vüsaldan pulu aldıqdan sonra Asiflə görüşüb həmin məbləği oğlunun işə qəbulu ilə bağlı Asifə vermiş və ondan Vüsalın qızının ali məktəbə qəbulu ilə bağlı köməklik etməsini xahiş etməmiş, bunu Asifə heç bir aidiyyəti olmamışdır. Ümumiyyətlə o Vüsalın qızının ali məktəbə qəbulu ilə bağlı heç bir iş görməmiş, heç kimdən xahiş belə etməmişdir. Fikirləşmişdir ki, qızı Fatimə özü qəbul olunarsa bu onun qazancı olar, qəbul olmazsa Vüsalın pulunu qaytarar. 2023-cü ilin sentyabr ayında abuturiyent jurnalı çıxadıqda Vüsalın qızı qəbul olmamış və adı orada çıxmadıqda Vüsala yalandan qızının adının 2-ci turda qəbul olunanlar sırasında çıxacağını demişdir. Belə ki Asif həmin ərəfədə ona zəng edərək onun hansısa hüquq mühafizə orqanlarında probleminin olduğunu, həmin problemi həll etmək üçün xərcinin çıxdığını, oğlu Zakiri “SOCAR”a işə düzəldəcəyini və bu işdə problem olmayacağmı, iş düzəlməyəcəyi təqdirdə 2023-cü ilin may ayında pulunu özünə qaytaracağını demiş, amma işin tezliklə həll edəcəyini bildirsə də ona pul qaytarmamışdır. Bu baxımdan o Asifdən pulunu geri ala bilmədiyi üçün Vüsala heç bir ödəniş edə bilməmişdir. Sonda Vüsalın qızı ali məktəbə qəbul olunmamış və onun yalanı ortaya çıxmışdır. Bundan başqa 2023-cü ilin iyul ayında Vüsal ona Zərərçəkmiş şəxs4 adında imkanlı tanışının olduğunu demiş, onu Prezident Təhlükəsizlik Xidmətinə işə düzəltməklə bağlı özü ilə danışıq apararaq pulunu almağı təklif etmişdir. Həmçinin Vüsal ona bu barədə özü Nizamiyə desə ona inanmayacağmı, Vüsalın həmin zaman kiməsə borcunun olduğunu və ona pul lazım olduğu üçün Nizamidən aldadıb pul almağı ona bildirmişdir. Bu baxımdan Vüsal ona tapşırmışdır ki, o Nizami ilə görüşməli və onu Prezident Təhlükısizlik Xidmətinə düzəldə biləcəy ilə bağlı yalan vədlər verib inandırmalı və ondan pul alıb Vüsala verməli və o, da borcunu ödəməli olmuşdur. O buna razılıq verərək Vüsalın xahişi ilə Zərərçəkmiş şəxs4la Binəqədi rayonu ərazisində Z.Əliyeva adına göz xəstəlikləri institunun yaxınlığında görüşmüş və ona yalandan 20000 manat pulun müqabilində onu yaxın tanışlarının köməkliyi ilə Prezident Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini demişdir. Nizamini inandırdığı üçün o demişdir ki, bu işlə bağlı sadəcə 10.000 manat pul verə bilər, həmin pulu da onu tanımadığından Vüsala verə bilər. O da əgər bu işi istəyirsə Vüsalla görüşüb bu barədə danışmasını demişdir. 2023-cü ilin iyul ayında Vüsalla yaşadığı evin yaxınlığında görüşmüş və Vüsal ona 5000 manat pul vermişdir. Vüsal ona Nizamidən işə qəbulla bağlı 10.000 manat pul aldığını bildirmişdir. O da Vüsaldan aldığı 5000 manat pulu Asiflə görüşüb ona vermişdir. Amma Vüsalın istəyi üzrə Nizami ilə danışdıqda işə qəbulla bağlı proseslərin getdiyini yalandan ona demişdir. Bundan başqa Vüsal ona Elçin və Cəlalə adlı bacı-qardaşın sənədlərini vermiş, X3 Xidmətinə, bacısı Cəlaləni də 2 saylı Tibb Texnikomuna işə düzəltmək adı ilə pul almaq lazım olduğunu demişdir. O bundan imtina etsə də həmin şəxslərin sənədlərini özündə saxlamışdır. O həmin şəxsləri görməmiş, onlarla ünsiyyəti olmamış, heç bir danışıq da aparıb onlara yalan vədlər verməmişdir. Sadəcə Vüsal həmin şəxsləri işə düzəltməyi ona demişdir. Daha sonra Vüsal özü ona Cəlalənin texnikoma işi ilə bağlı 13.000 manat pul aldığını və həmin məbləği qaytarmaqda çətinlik çəkdiyini demişdir. Bundan başqa 2023-cü ilin iyul ayında Vüsal ona zəng edərərk X6 adamları olduğunu, onları işə düzəltmək lazım olduğunu demişdir. O imtina etdikdə Vüsal ona problemlərimizi həll edərik, sonra Aynurənin pulunun qaytararıq demişdir. O da razılaşmış və Aynurə ilə Yasamal rayonu ərazisində görüşmüşdür. Aynurə ona tanışlarını uşaq bağçasına tərbiyəçi və müəllim işinə düzəlmək lazım olduğunu demişdir. O da Aynurəni 77 və 174 saylı uşaq bağçasına aparıb müdirlə görüşmüşdür. Vakansiyanın olmadığını bildikdən sonra oradan çıxmışlar. Amma sonradan Vüsalla görüşdükdə o, Aynurə ilə iş görməyi və ondan pul almağı tələb edərək “Aynurəni qaçırma” ifadəsini işlətmişdir. Bu baxımdan bir neçə gün sonra o Aynurə ilə görüşmüş və Aynurə ona 4 nəfər qadının diplom və sənədlərini təqdim etmişdir. Həmin qadınlardan sadəcə Xəyalə Musayevanın adı yadımda qalmışdır. Aynurənin təqdim etdiyi diplomlara baxdıqda onların Xarici Dillər, BDU və digər texnikomu bitirdiklərini görmüşdür. Aynurə ondan həmin qadınları ixtisalarına uyğun iş tapmalarını xahiş etmişdir. O da razılaşmış və buna dair ona vədlər vermişdir. Sonrakı günlərdə Aynurə onunla yaşadığı evin yaxınlığında Nəsimi rayonu Cavadxan küçəsində 7 dəfə görüşmüş və təqdim etdiyi qadınları işlə təmin etməyinə görə ümumilikdə ona 29.700 manat pul vermişdir. O da hər dəfə Vüsalla görüşərək aldığı pulun bir hissəsini Vüsala vermiş və ümumilikdə ona 11.500 manat pul vermişdir. Ona qalan məbləği isə o Asifə vermişdir. O Aynurədən aldığı pulun müqabilində həmin qadınların işə qəbulu ilə bağlı heç kimə müraciət etməmiş, heç bir iş görməmişdir. Xəyalə Musayevanı işə düzəltmək üçün onunla görüşüb Yasamal rayonu ərazisində yerləşən “01imp”in yaxınlığıdakı məktəbəqədər təhsil ocağına getmiş və orada onlara hazırda vakansiya yoxdur demişlər. Amma Xəyalə ilə söhbət edərkən öyrənmişdir ki, o kiminsə vasitəsi ilə özünün işə qəbulu ilə bağlı Aynurəyə 13.000 manat pul vermiş, Aynurə isə Xəyaləyə görə ona 5000 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 2023cü ilin iyul ayında mobil telefonuna zəng edərək tanışı olan Zərərçəkmiş şəxs1 qızı olmasını və oğlu Fikrəti Bakı şəhərində yerləşən Seçinov adına Tibb Universitetinə qəbul etdirmək istədiyini demişdir. Sima öncədən ona zəng edərək qızı Leylanın onunla danışmaq istədiyini demişdir. Leyla ilə danışdıqda o, oğlunu həmin universitetə qəbul etdirməyini xahiş etmişdir. O da heç bir problemin olmadığını, oğlunu yaxın tanışlarının vasitəsilə 17.000 manat pulun müqabilində istədiyi universitetə qəbul etdirəcəyinə dair yalan vədlər verməyə başlamışdır. Razılaşma olduğu üçün xx.xx.2023-cü il tarixdə Leyla yaşadığı Goranboy rayonundan Bakı şəhərinə gəlmiş və onlar Nəsimi rayonu 3-cü mikrorayon ərazisindəki Makdonaldsda görüşmüş və orada Leyla ona beh kimi 5000 manat pul vermişdir. O da Leylaya bir daha vəd vermiş və artıq yaxınlarına bu barədə dediyini və oğlunu istədiyi universitetə qəbul etdirəcəyyini bildirmişdir. Daha sonra o xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində olanda Leyla və anası Zərərçəkmiş şəxs1 ilə görüşmüş və Leyladan oğlunun ali məktəbə qəbulu ilə bağlı tələb olunan pulu verməsini demişdir. Leyla da ona 7060 ABŞ dolları pul vermiş və vhatsappla yazışdıqda ona yalandan oğlunun mütləq qəbul olunacağını, narahat olmasını demişdir. O Leylaya yalandan vəd etmişdir ki, oğlu 2023-cü ilin sentyabr ayında ali məktəbə qəbul olunacaq və adı da abutureyent jurnalında çıxacaqdır. Bakı şəhərinə qayıtdıqda o Asiflə görüşərək həmin pulu ona vermişdir. Belə ki Asif oğlunun işə düzəlmə məsələsini həll edə bilməmiş və ona verməyə pulu olmadığı üçün təklif etmişdir ki, ona əlavə pul versin və o, bağ evini təmir edib satsın və bütün borclarını bağlasın. O Leylanın oğlunun ali məktəbə qəbulu ilə bağlı heç bir iş görə bilməmiş, heç kimə müraciət etməmişdir. Həmin ərəfələrdə Aynurə ona 4 nəfər qadının işə düzəlməsi ilə bağlı verdiyi pulları tələb etməyə başladıqda Leylaya müraciət etmişdir ki, ona 6000 manat borca pul versin. Leyla onunla razılaşmış və pulu anası Sima ilə göndərəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Sima zəng edərək onu Məleykənin Yasamal rayonu ərazisindəki evinə çağırtdırmışdır. O həmin evə getdikdə Vüsalın həmin mənzildə olmasını öyrənmiş, Sima orada əlində tutduğu məbləği, sonradan 6000 manat olduğunu öyrəndiyid pulu Vüsalın cibinə qoymuşdur. Vüsal həmin pulla özü Aynurənin pulunu qaytaracağını demişdir. Az sonra o Vüsalla birlikdə həmin evdən çıxmış və görmüşdür ki, Aynurə bir qədər aralıda dayanmış avtomobilin içərisində oturub. Vüsal yaxınlaşaraq Aynurə ilə görüşmüş, sonra Vüsal onun yanma qayıtdıqda Aynurəyə 2000 manat pul verdiyini demişdir. Bundan başqa Sima nəvəsi Səkinəni ali məktəbə qəbul etdirmək adı ilə ona heç bir məbləğdə pul verməmişdir. Simanın oğlu Valeh onun qaynının yoldaşı Arzuya borclu olduğu pulu verməmişdir. O həmin borcu Simadan tələb etdikdə Sima onun kart hesabına 3000 manat pul göndərmişdir. Daha sonra yerdə qalan 5000 manat məbləği 2023-cü ilin avqust-sentyabr ayında onun yaşadığı Naftalan şəhərindəki evinə gedərək şəxsən Simadan almışdır. Sima nəvəsinin ali məktəbə qəbulu ilə bağlı onunla heç bir danışıq aparmamış, o Simaya belə bir vəd verməmişdir. İki zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsm 2023-cü ilin aprel ayından dayısı qızı Məleykə Qurbanovanın və onun həyat yoldaşı Valehin vasitəsi ilə tanımışdır. Məleykə ona Təqsirləndirilən şəxs onun övladlarının ali təhsil müəssisəsindəki problemləri həll etdiyini demişdir. Bundan sonra o Məleykədən Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alaraq onunla görüşmüşdür. Təqsirləndirilən şəxs ona özü həkim işləsə də, Təhsil Nazirliyində işləyən Firuddin və Yaqub adlı yüksək vəzifəli şəxlərlə iş gördüyünü, abiturient olan uşaqları ali təhsil müəssisələrinə qəbul etdirdiyini demişdir. Həmin ərəfədə 2005-ci il təvəllüdlü qızı Fatimə Həsənli 11 -ci sinifdə oxumuş və ali təhsil müəssisəsinə daxil olmaq üçün hazırlıqlara getmişdir. O bu barədə Təqsirləndirilən şəxs dedikdə Xanım özü ona təklif etmişdir ki, rahatlıqla Fatiməni Təhsil Nazirliyində işləyən Firuddin və Yaqub adlı yüksək vəzifəli şəxslərin köməkliyi ilə Xarici Dillər Universitetinə ali məktəbə qəbul etdirə bilər. O gedişatın necə olacağını soruşduqda Təqsirləndirilən şəxs ona ali məktəbə qəbulun ümumilikdə qiymətinin 25000 (iyirmi beş min) manat olduğunu, lakin onu yaxın bildiyi və Məleykənin qohumu olduğu üçün, eləcə də həmin təhsil müəssisəsinin rektorunun onun tanışı olduğu üçün qızının qəbul məsələsini onun üçün 11000 (on bir min) manata düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həkim olmasını, eləcə də dayısı qızı Məleykənin də övladlarının problemini həll etdiyini görüb ona inanmış, 2023-cü ilin aprel ayının ortalarında Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 5 nömrəli orta məktəbin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və təklikdə əlbəəl 11000 (on bir min) manat nağd pulu ona vermişdir. Təqsirləndirilən şəxs bir daha onu əmin etmişdir ki, qızının ali məktəbə qəbul işində heç bir problem olmayacaq, artıq lazımi adamlarla Fatimənin qəbul məsələsi ilə bağlı danışıqlar aparıb, imtahanlardan sonra abuturyent jurnalında qızı Fatimə Həsənlinin adı Xarici Dillər Universitetinə qəbul olunan şəxlərin siyahısında çıxacaq. O da Xanıma inanıb pulu verdikdən sonra oradan ayrılmışdır. Sonrakı görüşlərin birində Təqsirləndirilən şəxs onun hərbiçi olaraq hazırda təqaüddə olduğunu öyrəndikdə ona bildirmişdir ki, onun ətrafı genişdir və yaxşı əlaqələri vardır, əgər istəsə həmin əlaqələr vasitəsi ilə onu Prezident Təhlükəsizlik Xidmətinə yaxşı maaşlı işə qəbul etdirə bilər. Bu təklif ona maraqlı gəldiyindən Xanımdan necə bu işi düzəldə bildiyini soruşmuş, Təqsirləndirilən şəxs isə bildirmişdir ki, onun Prezident aparatında çox yaxın münasibətdə olan tanışları vasitəsi ilə onu, hətta ona yaxın olan digər zabitləri PTX-ya işə düzəldə bilər. O bu sahədə düşünüb Xanıma sonradan məlumat verəcəyini demişdir. Sonradan o Nərimanov rayon Hərbi Komissarlığında işləyərək ehtiyata buraxılmış tanışı Zərərçəkmiş şəxs4la bu təklif barədə danışmışdır. Nizami həmin işə qəbul olunmaq istədiyini və hansı məbləğdə pul lazım olmasını soruşduqda o Nizaminin yanından Təqsirləndirilən şəxs zəng edərək özü və Nizaminin bu işə qəbul olunmaq niyyətinin olmasını deyib nə etməli olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs bu işi görəcək Prezident Aparatında işləyən tanışları ilə danışdıqdan sonra məlumat verəcəyini demişdir. Səhərisi gün Təqsirləndirilən şəxs ona işə qəbulla bağlı ilk növbədə onların idman normativlərini verməli, daha sonra lazimi sənədləşmə və əmrin verilməsi üçün hər birinin 30000 manat pul verməli olduqlarının demişdir. Hətta Təqsirləndirilən şəxs onun qızının ali mətkəbə qəbul etdirməsi ilə bağlı onunla iş gördüyünə görə Nizami ilə onun işə qəbul işini hər birinə 20000 (iyirmi min) manata həll edəcəyini, həmin pulun 10000 manatını qabaqcadan, qalan 10000 manatını isə əmrlər çıxandan sonra ona verməli olduqlarını demişdir. Sonradan Nizami özü də Təqsirləndirilən şəxs ilə ayrıca görüşüb söhbət etmiş, Xanım Nizamini də əmin etmişdir ki, PTX-ya qəbul işini yüz faiz həll edəcəkdir. 2023-cü ilin iyul ayında Nizami ona yaxınlaşmış və işə qəbulla bağlı 10000 (on min) manatı ona vermiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, əgər əmindirsə həmin məbləği özü versin. O da Təqsirləndirilən şəxs zəng edərək ona PTX-ya işə qəbulu ilə bağlı pul vermək istədiyini demiş və Xanım onu Binəqədi rayonu ərazisində yerləşən “Heydər Məscidi”nin qarşısına çağırmışdır. O həmin tarixdə qeyd edilən ərazidə Təqsirləndirilən şəxs ilə təklikdə görüşmüş, özünə görə 5000 (beş min), Nizaminin işə qəbulu ilə bağlı 10000 manat, ümumilikdə 15000 (on beş min) manat nağd pulu Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 15000 manat pulu onların işini həll edən Prezident Aparatında işləyən şəxsə verməyə getdiyini, həmin şəxsin yaxınlıqda yaşadığını demişdir. O idman normativlərini hansı tarixdə verəcəyi ilə bağlı soruşduqda Təqsirləndirilən şəxs ona vaxtını öyrənib onlara deyəcəyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona başqa zabit olan tanışları varsa onların da PTX-ya işə qəbul məsələsini həll edə biləcəyini demişdir. O da Təqsirləndirilən şəxs onların işini həll etdikdən sonra digər tanışlarına bu barədə məlumat verəcəyini demişdir. 2023-cü ilin avqust ayının ortalarında o qızı Fatimənin işi ilə maraqlandıqda Təqsirləndirilən şəxs ona işlərin qaydasında getdiyini, problem olmadığını demişdir. Eləcə də Təqsirləndirilən şəxs başqa şəxslərin övladları varsa onların da ali təhsil müəssisələrinə qəbul işini Təhsil Nazirliyində işləyən tanışları vasitəsilə həll edə biləcəyini demişdir. Həmin ərəfələrdə ümumi tanışları vasitəsilə sonradan tanıdığı Aynurə Məmmədova ondan Təhsil Nazirliyində tanışının olub-olmadığını soruşmuşdur. O da cavabında Təqsirləndirilən şəxsnm adını çəkmiş və qızı Fatiməni ali təhsil müəssisəsinə qəbul etdirmək üçün işlər gördüyünü bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxsnm istifadə etdiyi ***-***-**-** və 050- ***-**-** mobil nömrəsini Aynurəyə vermiş və danışmağını tapşırmışdır. O bu barədə öncədən Təqsirləndirilən şəxs Aynurə barədə danışmışdır. Sonradan eşitmişdir ki, Aynurə Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmiş, amma onlar arasında hansı danışqılar olması və nə işlə bağlı razılaşdıqlarını bilməmişdir. 2023-cü ilin avqust ayının sonunda imtahanın nəticələri elan olunduqda qızı X13 Universitetinə qəbul edilənlər arasında adı abuturiyent jurnalında çıxmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ödənişli əsasla qəbul olan uşaqların, eləcə də qızı Fatimənin adı 2023-cü ilin sentyabr ayının sonunda ikinci turun nəticələri elan olunanda çıxacaqdır. O buna inanıb gözləməyə başlamışdır. Həmin ərəfədə Aynurədən öyrənmişdir ki, 2023-cü ilin avqust ayında o, Təqsirləndirilən şəxs bir neçə nəfər tanışının işə düzəlməsi adı ilə 29700 (iyirmi doqquz min yeddi yüz) manat pul verib, lakin Təqsirləndirilən şəxs heç bir iş görməmişdir. Aynur narazılığını bildirdikdə o Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda ona demişdir ki, “Aynurun pulunu Təhsil Şöbəsinə verməmiş, şəxsi işlərinə xərcləməmiş, həmin pulu yaxın günlərdə qayataracağım, Aynurun həmin pulu sonradan tələb etsə də Təqsirləndirilən şəxs sadəcə ona 10700 (on min yeddi yüz) manat qaytarmışdır. Sonradan Aynurə ona zəng edərək yerdə qalan məbləği ondan geri tələb etməyə, guya Təqsirləndirilən şəxs ona görə tanıdığını əsas gətirərək onunla mübahisələr etməyə başlamış, Aynurə hətta ondan şikayət edəcəyini də bildirmişdir. O Təqsirləndirilən şəxs Aynurənin şikayət edəcəyini dedikdə ondan xahiş etmişdir ki, yerdə qalan məbləği o Aynurəyə özündən ödəsin, Xanım özü sonradan ona qaytaracaqdır. O da həmin ərəfə də "xxxx" ASC-dən 23000 manat kreditlə pul götürüb Aynurəyə qaytarmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında ikinci turun da nəticələri elan olunduqda qızı X13 Universitetinə ali məktəbə qəbul edilmədiyini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə danışdıqda o, ali məktəbə və işə qəbulla bağlı pul verdiyi şəxslərlə görüşüb bu barədə məlumat alaraq onları məlumatlandıracağını deməyə başlamışdır. O da Təqsirləndirilən şəxs ya boynuna götürdüyü işləri həll etməsini, ya da ki aldığı pulları qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs da sonradan işlər alınmasa da verdiyikləri bütün məbləği geri qaytaracağını demişdir. Sonradan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək ondan qızı Fatimənin işi ilə bağlı aldığı 11000 manat, onun və Nizaminin işə qəbulu ilə bağlı aldığı 15000 manat, eləcə də Aynurəyə görə ödədiyi 19000 manat olmaqla cəmi 45000 (qırx beş min) manat pulu ödəməmişdir. Hər dəfə onunla danışdıqda və vhatsappla yazışdıqda iş görmək üçün pul verdiyi şəxslərlə görüşüb pulları qaytaracağını, gah da pulu geri almaq üçün həmin şəxsləri gözlədini, gah da özünü öldürüb şərini onun üstünə atacağım demişdir ki, o pulunu ondan istəməsin. Pulu ala bilmədiyini görüb barəsində şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hissə-hissə ona 15000 (on beş min) manat pulu ödəmiş, hazırda Xanım ona 30.000 manat borclu qalmışdır. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2015-ci il tarixədək ilk olaraq X22, daha sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit kimi xidmət aparmışam, 2015-ci il tarixdə təxris olunmuşdur. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2023-cü ilin iyun-iyul aylarında 25 ildir ki tanıdığım, tələbə yoldaşı, eyni zamanda dostu və Səfərbərlik Xidmətində bir yerdə çalışdığı Zərərçəkmiş şəxs2 ona Xanım adlı tanışının onu Prezident Təhlükəsiz Xidmətinə işə düzəltdiyini demiş, həmin qadını ona kimi istəyirsənsə gətir, yüksək vəzifəli tanışlarının vasitəsilə digər şəxsin əmrini də verdirəcəyini təklif etmişdir. Vüsal istəmişdir ki, o da Vüsalla birlikdə həmin işə düzəlsin. O da Vüsalla çox yaxın dost olduğundan onunla razılaşmış, həm də işləmədiyinə görə fikirləşmişdir ki, işə düzəlib normal maaş alar. Bundan sonra o Vüsala həmin Xanımı tanımadığını və etibar etmədiyini bildirmişdir. Vüsal ona Xanımın onun qızı X16 Universitetinə qəbul etdirməklə də məşğul olduğunu demişdir. Buna görə də, o həmin qadınla görüşmək istədiyini bildirmişdir. Daha sonra ünvan 5 ünvanında yerləşən “Xaniman” restoranında o, Vüsal və həmin qadın olan Xanım görüşmüş və işə qəbulla bağlı söhbət etmişlər. Xanım vəd etmişdir ki, onu və X4 Xidmətinə işə düzəldəcək, bu iş 5- 6 ay müddətə həllini tapacaq, yoxlamalardan keçməli, həmçinin idman normativlərini verməli, daha sonra qəbulla bağlı hazıralaşmalı olduqlarını demişdir. Xanım bir daha qeyd etmişdir ki, o, onların əmrini Prezident Aparatından tanıdığı, yüksək vəzifə sahibi olan bir nəfərin əli ilə edir, əmr yüz faiz veriləcək, başqa problem ola bilməz. Bundan sonra Xanım ondan və Vüsaldan ilkin olaraq 25000 (iyirmi beş min) manat pul istəmiş, yerdə qalan məbləği isə əmr imzalanandan sonra verəcəklərini demişdir. O tələb edilən məbləğin çox böyük olduğunu və həmin məbləği verməyə imkanının olmadığını və işin düzəlməsinə şübhə ilə yanaşdığını bildirmişdir. Xanım isə bildirmişdir ki, heç olmasa ona 10000 manat pulu etibar etsin ki, o, da işi həll etsin, qalan məbləği isə iş düzələndən sonra onlardan götürəcəkdir. Xanım ona özünün mobil telefon nömrəsini vermişdir ki, nə sualı olsa zəng etsin. O bir qədər məsləhətləşmələr aparmış və sonradan zəng edərək Xanımın özünə ona etibarının olmadığını, ancaq ona inanmaq istədiyini, bu baxımdan 10000 manat pulu ona deyil, Vüsala verəcəyini, gələcəkdə də ondan geri tələb edəcəyini demişdir. O da bu barədə Vüsalla görüşərək danışmış və ona əgər Xanım onları aldatsa 10.000 manat pulu ondan geri alacağını demişdir. Vüsal razılaşdıqda 2023-cü ilin iyul ayında o PTX-ya işə qəbulla bağlı 10.000 manat pulu Vüsala Binəqədi rayonu, Mir Cəlal küçəsində təqdim etmişdir. Daha sonra Xanımın istəyi üzrə tərcümeyi-halını, şəxsiyyət vəsiqəsini, diplom və hərbi biletin fotoşəklini Xanımın istifadəsində olan mobil telefonun “Whatsapp”ma mesajla göndərmişdir. Daha sonra Xanımla mobil telefonla danışdıqda onun göndərdiyi 10.000 manat pulu Vüsaldan almasını özü də təsdiq etmişdir. Vüsalla həmin gün görüşdükdə ondan öyrənmişdir ki, Vüsal tələb olunan 10.000 manat pulu Binəqədi rayonu ərazisində yerləşən Heydər məcsidinin yaxınlığında Xanıma vermişdir. Bir müddət sonra o Vüsalla əlaqə saxlayıb ondan işə qəbulla bağlı soruşmağa başlamışdır. Vüsal isə cavabında onların gözləməli olduqlarını və işin bugün-sabah düzələcəyini deməyə başlamışdır. 2023cü ilin sentyabr ayının sonlarında Vüsalla danışıq zamanı ona məlum olmuşdur ki, Xanım Vüsalın qızının ali məktəbə qəbulu işində də onu aldadıb, pulu ələ keçirmiş, heç bir iş görməmişdir. Bundan sonra onlarda əminlik yaranmışdır ki, Xanım onları da işə qəbulla bağlı bu yolla aldatmış və pullarını ələ keçirmişdir. 07 oktyabr 2023-cü il tarixdə o Xanımın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp”la mesaj yazıb məsələnin nə vaxt həll olunacağını soruşmuş, o isə cavabında “cavab gözləyirik, həll olunacaqdır” deyə cavab vermişdir. O da cavab olaraq “kimdən cavab gözləyirik” deyə ona sual vermiş, lakin Xanım hər hansı cavab verməmişdir. Ancaq həmin yazışmadan öncə Xanım guya iş gördüyü şəxlə apardığı mesajları ona atmış və onu inandırmağa çalışmışdır ki, onların işini Müdafiə Nazirliyində yüksək vəzifə tutan bir nəfər həll edir. Xanım sonrakı zənglərinə cavab vermədikdə o Təqsirləndirilən şəxs onu və bir neçə nəfər digər şəxsləri aldadıb pullarını ələ keçirdiklərini baş düşmüşdür. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu Fikrət 2023-cü il tarixdə Goranboy şəhər 3 saylı orta məktəbin 11-ci sinifini bitirərək ali məktəbə imtahan vermiş və 250 bal toplamışdır. İstəmişlər ki, Fikrət Bakı şəhərində yerləşən Seçinov adına Tibb Universitetinə qəbul olsun. Lakin universitetə qəbul üçün 350 bal toplamaq tələb olduğundan istəkləri yerinə yetməmişdir. Bundan sonra bu işə köməklik edən şəxsləri axtarmağa başlamışlar. Naftalan şəhərində yaşayan anası Sima ilə danışdıqda ondan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Təhsil Nazirliyində olan tanışları vasitəsilə ali məktəbə uşaq düzəltməklə məşğuldur. O anasından xahiş etmişdir ki, Təqsirləndirilən şəxs tanımadığından onunla danışsın və Fikrəti Seçinov adına Tibb Universitetinə qəbul etdirib-etdirə bilməyəcəyini, düzəltdirə bilərsə nə qədər xərcinin çıxacağını soruşsun. Anası Sima sonra ona zəng edərək Təqsirləndirilən şəxs ilə danışdığını və Fikrəti 20000 manat pulun müqabilində həmin universitetə qəbul etdirə biləcəyini öyrənmişdir. xx.xx.2023-cü il tarixdə o Təqsirləndirilən şəxs ilə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə danışdıqda demişdir ki, oğlu Fikrəti onun Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxslərin köməkliyi ilə 17000 manat pulun müqabilində Seçinov adına Tibb Universitetinə düzəldə bilər, ancaq ilkin olaraq 5000 manat beh verilməlidir ki, niyyətlərinin doğruluğuna inansın. O da oğlu Fikrətlə birlikdə xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Bakı şəhərinə gəlmiş və Memar Əcəmi metrostansiyasının yaxınlığındakı Makdonaldsda görüşmüşlər. Orada o Fikrətin yanında 5000 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs yanında mobil telefonla kiməsə zəng edərək “müəllim dediyim adam gəlib, ondan sənədləri və ali məktəbə qəbulla bağlı behi aldım” sözlərini demişdir. Həmin şəxsin kim olmasını bilməmiş, ancaq Təqsirləndirilən şəxs sonra demişdir ki, bizi yola saldıqdan sonra həmin şəxlə görüşüb ondan aldığı pulu verəcəkdir. O Təqsirləndirilən şəxs “birdən işlər alınmaz, həmin müəllim dediyiniz şəxs Fikrəti istədiyimiz universitetə qəbul etdirməz, onda biz biabıq olarıq” demişdir. Təqsirləndirilən şəxs isə “nə danışırsız, mən çiy iş görmürəm, müəllim çox yüksək vəzifədə işləyir və onun tapşırığı müzakirə olunmur, siz narahat olmayın Fikrətin adı 15 və ya xx.xx.2023-cü il tarixdə abuturyent jurlalında 420 balla istədiyimiz universitetə çıxacaqdır” demişdir. O Təqsirləndirilən şəxs ona inandığını, bu bxımdan Fikrətin özünün topladığı 250 balla digər universitetlərə müraciət etməyəcəyini, əgər bu iş alınmırsa müraciət edəcəyini demişdir. Təqsirləndirilən şəxs lazım deyil, o, Fikrəti istədikləri universitetə qəbul etdirəcəkdir demişdir. O Təqsirləndirilən şəxs inandığı üçün ondan verdiyi pula dair qəbz tələb etməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək 12000 manat pulu onun kartına köçürməyi xahiş etmiş, müəllimin qalan pul ödənməlidir ki, universitetə qəbulun reallığını həyata keçirə bilsin dediyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla Gəncə şəhərində görüşməyi təklif etmiş, onlar Gəncə şəhərində Beynəlxalq xəstəxananın yaxınlığındakı kafedə görüşmüşlər. Həmin vaxtı anası Sima da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs yenə də onları əmin etmişdir ki, Fikrətin universitetə qəbəlu ilə bağlı bütün razılıqlar, icazələr alınıb, bu baxımdan icazə verən şəxslərə pul çatmalıdır. O Xanımın sözlərinə inanaraq 7060 (yeddi min altmış) ABŞ dolları pulu anası Simanın yanında sayaraq Təqsirləndirilən şəxs vermiş, Xanım ona “sən uşağını qəbul olunmuş kimi bil” demişdir. xx.xx.2023-cü il tarixdə abuturiyent jurnalı çıxdıqda məlum olmuşdur ki, Fikrət həmin universitetə qəbul olunmayıb, adı jurnalda da yoxdur. O Xanım Əmirbəy ovaya zəng etdikdə Xanım ona “sən narahat olma Fikrətin adı xx.xx.2023cü il tarixdə 2-ci turda dərc olunacaq jurnalda çıxacaqdır” sözlərini demişdir. Dediyi tarix gəlib çıxdıqda Təqsirləndirilən şəxs demişdir ki, xx.xx.2023-cü il tarixdə Fikrət yüz faiz universitetə gedəcək. Hətta onu o qədər əmin etmişdir ki, o Bakı şəhərinə gələrək Yasamal rayonu ərazisində Fikrət üçün kirayə ev də tutmuşdur. Lakin sonradan görmüşlər ki, Fikrət universitetə qəbul olunmamışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona Fikrətin universitetə qəbul olunmaq üçün tələb olunan abuturiyent kodunu ona verdiklərini, o, istəsə həmin kodu təqdim etdiyi halda Fikrəti universitetə qəbul edəcəklər, ancaq gəlinləri Məleykənin bibisioğlu olan Zərərçəkmiş şəxs2 tanışı Aynurəyə vəd etdiyi işi görə bilmədiyindən və Vüsal ondan pulu tələb etdiyindən Aynurənin pulu qaytarılmalıdır, bu baxımdan Fikrətin kodunu onu verməyəcəkdir demişdir. Təqsirləndirilən şəxs əgər ona 3000 ABŞ dollar pul versə Fikrətin qəbul kodunu ona verəcəklərini demişdir. O da Xanımın sözlərinə inanıb Fikrətin qəbul kodunu almaq üçün xx.xx.2023-cü il tarixdə anası Simaya 3000 ABŞ dolları pulu verib Bakı şəhərinə göndərmişdir. Anası Sima da həmin pulu gəlinləri Məleykənin yaşadığı Yasamal rayonu Ə.Vahabzadə küçəsi ev 1055 mənzil 87-də gəlinləri və Zərərçəkmiş şəxs2 yanında Təqsirləndirilən şəxs vermişdir. Az sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la birlikdə Məleykənin evindən çıxıb getmişlər. Sonradan öyrənmişlər ki, Təqsirləndirilən şəxs ümumiyyətlə əvvəlcədən yalan danışıb onları aldatmışdır. O Xanımdan pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə onu aldatmış və daha sonra özünü öldürüb şərini onun üstünə atacağım demişdir. O sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa Zərərçəkmiş şəxs2 və digərlərini aldatmışdır. Ziyan qismən ödənilmişdir. Qalan məbləğin ödənilməsini və mülki iddianın təmin edilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X9 onun qızı Leylanın böyük övladıdır və Fikrət 2023-cü il tarixdə Goranboy şəhər 3 saylı orta məktəbin 11-ci sinifini bitirərək ali məktəbə imtahan vermiş və 250 bal toplamışdır. X23 Bakı şəhərində yerləşən Seçinov adına Tibb Universitetinə qəbul olunmasını istəmişdir. Lakin universitetə qəbul üçün 350 bal toplamaq tələb olduğundan istədikləri yerə qəbul oluna bilməmişdir. Bundan sonra bu işə köməklik edən şəxsləri axtarmağa başlamışlar. O da Bakı şəhərindən tanıdığı keçmiş qonşusu olan Arzu ilə danışdıqda öyrənmişdir ki, Təqsirləndirilən şəxs Təhsil Nazirliyində olan tanışları vasitəsilə ali məktəbə uşaq düzəltməklə məşğuldur. O bunu bildikdən sonra Leylaya məlumat vermiş, Leyla da Xanım Əmirbəy ovanı tanımadığından Xanımla danışmasını və Fikrəti Seçinov adına Tibb Universitetinə qəbul etdirib-etdirə bilməyəcəyini, düzəltdirə bilərsə nə qədər xərcləri çıxacağını soruşmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs nəvəsi Fikrəti onun Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxslərin köməkliyi ilə 20000 manat pulun müqabilində Seçinov adına Tibb Universitetinə düzəldə biləcəyini dedikdə, o da Leylaya zəng edərək bu barədə məlumat vermişdir. Qızı Leyla bundan sonra Təqsirləndirilən şəxs ilə özü mobil telefonla danışmış, 5 gün sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gedərək Fikrətin yanında Təqsirləndirilən şəxs beh kimi 5000 manat pulu sayaraq vermişdir. Təqsirləndirilən şəxs Leylaya demişdir ki, o, çiy iş görmür, Fikrətin işini həll edəcək müəllim olan şəxs Təhsil Nazirliyində çox yüksək vəzifədə işləyir və müəllimin tapşırığı müzakirə olunmur, nəvəsi Fikrəti 2023-cü ilin avqust ayında istədikləri universitetə qəbul etdirəcəkdir. O da Leyla ilə danışdıqda Təqsirləndirilən şəxs inamlı danışığını eşitdikdə ona zəng edərək digər nəvəsi X2 Xarici Dillər Universitetinə ali məktəbə qəbul etdirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona nəvəsi Səkinəni də digər nəvəsi Fikrətin işini görən Təhsil Nazirliyində tanışı olan müəllimin vasitəsilə 11000 manat pulun müqabilində Xarici Dillər Universitetinə ali məktəbə qəbul etdirəcəyini, ancaq beh verməlidir ki, işin həqiqiliyinə inansınlar demişdir. O Təqsirləndirilən şəxs sözlərinə inanıb Naftalan şəhərində yerləşən N.Nərimanov adına parkdakı marketdə ödəmə terminalı ilə onun verdiyi hesab nömrəsinə 3000 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ilə danışdıqda pulun onun hesabına çatdığını demiş və nəvəsi Səkinənin 2-ci turda Xarici Dillər Universitetinə qəbul olunacağına söz vermişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, Səkinənin ali məktəbə qəbulu ilə bağlı heç kimə məlumat verməsin, çünki bunu hamıya sürpriz edəcəkdir. Təqsirləndirilən şəxs Səkinəyə aid sənədləri istəməmiş və tam olaraq anket məlumatları götürərərk bunun bəs etdiyini söyləmişdir. 2023-cü ilin avqust ayında Leyla ona demişdir ki, Təqsirləndirilən şəxs yerdə qalan 12000 manat pulun ödənilməsini istəmiş, bu baxımdan o Leyla ilə növbəti gün Gəncə şəhərinə gedərək Beynəlxalq xəstəxananın yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təqsirləndirilən şəxs Fikrətin universitetə qəbulu ilə bağlı bütün razılıqları və icazələri aldığını, bu baxımdan icazə verən şəxslərə pul çatdırmaq lazım olmasını demişdir. Leyla da sözlərə inanaraq 7060 (yeddi min altmış) ABŞ dolları pulu onun yanında sayaraq Təqsirləndirilən şəxs vermiş və o, da qızı Leylaya demişdir ki, “sən uşağını qəbul olunmuş kimi bil”. Aradan 7-8 gün keçdikdən sonra 2023-cü ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onun Naftalan şəhərindəki evinə gəlmiş və demişdir ki, Səkinənin işini görən şəxslər əlavə pul ödənilməsini istəyirlər, bu baxımdan ona yerdə qalan məbləği ödəmişdir. O da yaşadığı evdə təklikdə 5000 manat pulu əlbəəl vermiş, bir daha tapşırmışdır ki, Səkinənin ali məktəbə qəbul olunmaq işini heç kimə deməsin. Ancaq o Səkinənin anası olan gəlini Məleykəyə zəng edərək nəvəsi Səkinəni Təqsirləndirilən şəxs vasitəsilə Xarici Dillər Universitetinə ali məktəbə düzəltdirəcəyini demişdir. Lakin sonradan 2-ci turun nəticələri elan edilmiş, lakin nə Fikrət, nə də ki Səkinənin adı abuteriyent jurnalında çıxmamışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs qızı Leyladan Fikrətin universitetə qəbul kodunu vermək üçün 3000 ABŞ dollar pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Leyla ona 3000 ABŞ dolları pulu verib Bakı şəhərinə göndərmişdir. O da həmin pulu gəlini Məleykənin yaşadığı Yasamal rayonu Ə.Vahabzadə küçəsi ev 1055 mənzil 87də gəlini Məleykənin qohumu olan Zərərçəkmiş şəxs2 yanında Təqsirləndirilən şəxs vermişdir. Az sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la birlikdə Məleykənin evindən çıxıb getmişlər. Sonradan öyrənmişlər ki, Təqsirləndirilən şəxs ümumiyyətlə əvvəlcədən yalan danışıb onları aldatmış, o və qızı Leyla Təqsirləndirilən şəxs pullarını verməsini tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə onları aldatmış və daha sonra özünü öldürüb şərini onların üstünə atacağım demişdir. O sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan, Leyladan başqa Zərərçəkmiş şəxs2 və digərlərini aldatmışdır. O Səkinənin ali məktəbə qəbul işini ilk əvvəl gəlinləri Məleykəyə, işin alınmadığını öyrəndikdə isə hər kəsə demişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Arzu xanımın vasitəsi ilə tanımışdır. Onunla hər hansı əlaqəsi və yaxın münasibəti olmamışdır. Onun ifadəsində adını çəkdiyi qaynının yoldaşı Arzu adlı qadına onun hər hansı məbləğdə borcu olmamışdır. Təqsirləndirilən şəxs anası Simadan qızı Səkinəni universitetə düzəltmək üçün pul almasını sonradan bilmişdir. Belə ki, qızı Səkinə anası Simanın sevimli nəvəsi olduğu üçün anası onu öz şəxsi vəsaiti hesabına universitetə qəbul etdirmək istəmişdir. Ona da bu barədə hər hansı məlumat verməmişdir. Xanımla yaxın münasibəti olmasa da onun etibarlı bir şəxs olmadığını bilmişdir. Buna görə də əgər o anasının ona qızı Səkinənin universitetə qəbul etdirmək üçün pul verməsinə razı olmazmış. O anası Simanın ona pul verdiyini çox sonradan, yəni Xanımın anasını, bacısı Leylanı və digər şəxsləri aldatdığını bildikdən sonra bilmişdir. Onun Arzuya borcu olmamış və Xanım anası Simadan Arzunun borcunu ödəmək üçün pul almamışdır. Xanım məsuliyətdən yayınmaq üçün bu şəkildə yalan uydurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs2 təqdim etdiyi vatsap yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xanım kimi qeyd edilmiş vatsap istifadəçisi 01 sentyabr tarixində, saat 13:33-də Vüsal adlı istifadəçiyə “mehleye gelme, gelirem zerife terefe goz institutunun gabaginda parka gel” sözlərini yazmış, Vüsal isə ona “ok” yazaraq cavab vermişdir. 06 sentyabr tarixində, saat 21:53-də vüsal adlı istifadəçi Xanım adlı istifadəçiyə “xanim sabah hell elemek lazimdi camaat pulunu teleb edir meseleni boyutmek olmaz” sözlərini yazmış, Xanım isə saat 21:53-də “danismism” sözlərini yazaraq cavab vermiş, saat 21:54-də Vüsal “sabah buna vermek lazimdi Nese” sözlərini yazmış, Xanım “seher catdiracaglar” sözləri ilə cavab yazmış, Vüsal “seher ne qedem catdiracaqlar” yazmış, Xanım cavabında “Narahat olma” sözlərini yazaraq cavab vermişdir. 08 sentyabr tarixində saat 12:00-da Vüsal adlı istifadəçi “Men 17000 min azn verirem gedib 10 Min dollar bilesen” sözlərini yazmışdır. 13 sentyabr tarixində Xanım adlı istifadəçisi “Gozde zengimi” sözlərini yazmış, Vüsal cavabında “Men seni gozdeye bilmirem deyirler getir pulumuzu ver” sözlərini yazaraq cavab vermiş, Xanım “Yigim”, Vüsal isə “Sene catmir?” Xanım “Catir alim ki verim Catdiriram”, Vüsal “gotur olardan tez ele”, Xanım “Sebrin olsun imkan ver Sen yazmağla basimi gatma”, Vüsal “Denen gedim mellimlerden goturum men 19 mini gedim”, Xanım “Alim gonderirem 24 min puldu Alacam Men gecene denize gedib ataram ozumu”, Vüsal “Ordan pul alamish cixma”, Xanim “Oldurerem verirem deyir”. Bundan sonra pulun qaytarılması ilə bağlı oxşar məzmunlu yazışmalar davam edir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs4 təqdim etdiyi vatsap yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xanım Vüsal kimi qeyd edilmiş vatsap istifadəçisinə Nizami adlı istifadəçi “dovlət gulluqçusu hansi vəzifə” sözlərini deyir, Xanim Vüsal isə cavabında “Ancaq mudafıə nazirliyi Yig danışın” cavabını verir. Danışıqlar bu şəkildə davam edir - Nizami “salam xanım mənim işimnen ne xeber ne geder gozlayacam gocaldim axi”, Xanim Vüsal “Gozdeyirem. Gelmelidi. Eleykum salam. Sen bir kelme soruş Gor zabit kimi qayitmaq isteyir ya mulku kimi”, Nizami “zabir kimi beli amma gvardiya”, Xanim Vüsal “dovlet gullugcusu??, Nizami “mulki ishi baxir hara”, Xanim Vüsal “Vezifefı”, Nizami “dovlet gulluhcusu hansi vezifa”, Xanim Vüsal “Ancaq mudafıe nazirliyi” kimi yazışmalar vardır. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 təqdim etdiyi vatsap yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xanım kimi qeyd edilmiş vatsap istifadəçisi 01 sentyabr tarixində, saat 13:33-də Vüsal adlı istifadəçiyə “mehleye gelme, gelirem zerife terefe goz institutunun gabaginda parka gel” sözlərini yazmış, Vüsal isə ona “ok” yazaraq cavab vermişdir. 06 sentyabr tarixində, saat 21:53-də vüsal adlı istifadəçi Xanım adlı istifadəçiyə “xanim sabah hell elemek lazimdi camaat pulunu teleb edir meseleni boyutmek olmaz” sözlərini yazmış, Xanım isə saat 21:53-də “danismism” sözlərini yazaraq cavab vermiş, saat 21:54-də Vüsal “sabah buna vermek lazimdi Nese” sözlərini yazmış, Xanım “seher catdiracaglar” sözləri ilə cavab yazmış, Vüsal “seher ne qedem catdiracaqlar” yazmış, Xanım cavabında “Narahat olma” sözlərini yazaraq cavab vermişdir. 08 sentyabr tarixində saat 12:00-da Vüsal adlı istifadəçi “Men 17000 min azn verirem gedib 10 Min dollar bilesen” sözlərini yazmışdır. 13 sentyabr tarixində Xanım adlı istifadəçisi “Gozde zengimi” sözlərini yazmış, Vüsal cavabında “Men seni gozdeye bilmirem deyirler getir pulumuzu ver” sözlərini yazaraq cavab vermiş, Xanım “Yigim”, Vüsal isə “Sene catmir?” Xanım “Catir alim ki verim Catdiriram”, Vüsal “gotur olardan tez ele”, Xanım “Sebrin olsun imkan ver Sen yazmağla basimi gatma”, Vüsal “Denen gedim mellimlerden goturum men 19 mini gedim”, Xanım “Alim gonderirem 24 min puldu Alacam Men gecene denize gedib ataram ozumu”, Vüsal “Ordan pul alamish cixma”, Xanim “Oldurerem verirem deyir”. Bundan sonra pulun qaytarılması ilə bağlı oxşar məzmunlu yazışmalar davam edir. xx.xx.2024- cü il tarixli Zərərçəkmiş şəxs3 vatsap yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xanim Mama kimi qeyd edilmiş vatsap istifadəçisi ilə Leyla adlı vatsap istifadəçisi arasında aşağıdakı şəkildə yazışmalar vardır - Xanim Mama “salam”, Leyla “Salam”, Xanim Mama “Tanidin.menim vat.-dir.”, Leyla “Men sizin nomrenizi kontaktda saldim”, Xanim Mama “Yaz ne maraglandirsa cavab yazaram”, Leyla “oldu”, Xanim Mama “Narxoza olsa usag Yerledire bilerem İhtisadiyyat”", Leyla “İnşallah 5 gun görüşəndə her terefli danisariq.”, Xanim Mama “NEZRİN oxuyan”, Leyla “He bildim”, Xanim Mama “Sabahin xeyir Leyla cixmisan? Ecemide Mag donas var gir ora otur gelirem. Catdin Serindi ora Bayirda istide durma canim Cixiram Geyinib”, Leyla “Oldu çatan kimi deyecem size” kimi yazışmalar vardır. Bundan sonra olan yazışmalarda Leylanın Xanımdan pulunu tələb etməsi, işini düzəltməməsi ilə bağlı yazışmaları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, Binəqədi rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən 3 epizod üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını, 1 epizod üzrə isə dəymiş ziyanın qismən ödənilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halları, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 22102 (iyirmi iki min yüz iki) manat məbləğində dəymiş ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərçəkmiş şəxs1 mülki qaydada dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxs3 məxsus 22102 (iyirmi iki min yüz iki) manat məbləğində pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurulmuşdur. Lakin məhkəmə istintaqının gedişatında tələb olunan məbləğdən 5.000 manat zərərçəkmiş şəxs mülki iddiaçıya ödənilmişdir. Ona görə də mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi 17102 manat pul vəsaitin alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs3 verilməli və mülki iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi 17102 (on yedi min bir yüz iki) manat pul vəsaiti alınaraq, mülki iddiaçı Təqsirləndirilən şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs1 mülki qaydada dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-178/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-178/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver