Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-179/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1993-cü ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən “Kənddən şəhərə Yarmarka" adlı meyvə-tərəvəz mağazasının yanında yerdən tapdığı, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə aid qiyməti 20 (iyirmi) manat olan, Şahid2 məxsus və sonuncunun istifadə etməsi üçün qızı Zərərçəkmiş şəxs verdiyi elektron məlumat daşıyıcısı hesab edilən və üzərində 5167-5111-0045-7997 PAN nömrəsi əks olunan plastik bank kartından istifadə edib həmin tarixdə saat 12:21-də ünvan 3 ünvanda yerləşən “Bravo” marketdə 43 (qırx üç) manat, saat 12:22-də eyni marketdə 60.20 (altmış manat iyirmi qəpik) manat və 40.50 (qırx manat əlli qəpik) manat, saat 12:23-də eyni marketdə 43 (qırx üç) manat, saat 12:24-də eyni marketdə 43 (qırx üç) manat, saat 12:32də ünvan 4 ünvanda yerləşən “OBA" marketdə 43.28 (qırx üç manat iyirmi səkkiz qəpik) manat, saat 12:33-də eyni marketdə 18.48 (on səkkiz manat qırx səkkiz qəpik) manat, saat 12:34-də eyni marketdə 10.03 (on manat üç qəp k) manat, saat 12:36-da eyni marketdə 10.44 (on manat qırx dörd qəpik) manat, saat 15:04-də eyni marketdə 12.90 (on iki manat doxsan qəpik) manat, saat 15:11-də eyni marketdə 71.74 (yetmiş bir manat yetmiş dörd qəpik) manat, saat 15:13-də eyni marketdə 25.80 (iyirmi beş manat səksən qəpik) manat, saat 15:15-də eyni marketdə 27.10 (iyirmi yeddi manat on qəpik) manat, saat 15:17-də eyni marketdə 29.98 (iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat, saat 15:20-də eyni marketdə 16.65 (on altı manat altmış beş qəpik) manat, saat 15:21-də eyni marketdə 17.20 (on yeddi manat iyirmi qəpik) manat, saat 15:22-də eyni marketdə 17.20 (on yeddi manat iyirmi qəpik) manat, saat 22:01-də “Araz" Supermarketin ünvan 5 ünvanda yerləşən “Şərifzadə 1” adlı filialında 43 (qırx üç) manat və 81.70 (səksən bir manat yetmiş qəpik) manat, saat 22:03-də eyni marketdə 76 (yetmiş altı) manat məbləğdə alış-veriş edib müxtəlif növ tütün məhsulları, ərzaq məhsulları və uşaq bezi alaraq, həmin kart hesabından nağdsız ödəmə üsulu ilə ödəniş etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 731.20 (yeddi yüz otuz bir manat iyirmi qəpik) manat məbləğdə pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 751.20 (yeddi yüz əlli bir manat iyirmi qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkoman olmuşdur. Özündə olmamışdır. İnsan o vəziyyətdə olanda heç kimi tanımır. Nə evindəkini, nə atasını, nə anasını. Narkoman evində körpəsi ac olsa belə, əlinə 5 manat pul düşən zaman aparıb onu narkotik almaq üçün xərcləyər. Can ağrısı belə bir şeydir. Evdə də durum acınacaqlı idi. Kartı tapandan sonra evə alış-veriş edib. Bəzi aldığı siqaret və şeyləri satıb. Ehtiyacları üçün xərcləyib. İndi çox peşmandır. Daha o yolun yolçusu deyil. Təmizlənmişdir. 2 qız uşağının atasıdır. Ailəsinin yanındadır. Zərər ödənilib, barışıq var. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı ödədiyini, ailəli olmasını və 2 azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxsin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o Qax rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanda yerləşən Memarlıq və İnşaat Universitetinin yataqxanası, otaq 416-da yaşayır, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir. Atası Şahid2 öz adına olan "xxxx" ASC-yə aid və qiyməti 20 manat olan 5167********7997 nömrəli kartını tələbə olduğu üçün ona istifadə etməyə vermiş, eyni zamanda atası onun istifadə etməsi üçün hər ay həmin kart hesabına pul göndərmişdir. O, 25 oktyabr 2023-cü il tarixdə saat 12-də yaşadığı yataqxanadan çıxıb dərsə getmiş, həmin vaxt qeyd edilən bank kartı üstündə olmuşdur. O, təhsil aldığı universitetə dərs saatlarından asılı olaraq səhər saatlarında və günorta saatlarında gedir, evə gələn zaman elə vaxt olur ki, yaşadığı yataqxananın yaxınlığında yerləşən bəzi marketlərə girib alış-veriş edir, alış-veriş edəndə isə, həmin kartdan da istifadə edərək kassada ödəniş etmtşdir. Lakin o, 25 oktyabr 2023-cü il tarixdə həmin kartdan heç yerdə istifadə etməmişdir. Həmin gün saat 18:30 radələrində dərsdən çıxıb rəfiqələri ilə yaşadıqları evin ətrafında bir qədər gəzişib istirahət etmişlər və saat 22:00-da evə qayıtmışdır. O, dərsdə olan zaman mobil telefonu internetə bağlı olmur, lakin yaşadığı yataqxanada olanda mobil telefonu ilə internetə qoşula bilir. O, 25 oktyabr 2023-cü il tarixdə yaşadığı yataqxanaya gəldikdən sonra mobil telefonu ilə internetə qoşulmuş, mobil telefonuna ismarıclar gəlməyə başlamışdır. O, bu vaxt anlamışdır ki, onun kartından istifadə edilmiş, Bakı şəhəri Yasamal rayonu ərazisində «Oba», «Bravo» və «Araz» marketlərdən 25 oktyabr 2023-cü il tarixdə müxtəlif saatlarda kimsə alış-veriş etmişdir. Həmin vaxt o, kartını itirdiyini başa düşmüş, ona görə də qrup yoldaşı Əliqasım Şıxəliyevə bu barədə bildirmiş və sonuncu ilə dərhal yataqxanadan çıxıb yaxınlıqdakı qeyd etdiyi marketlərin ətrafına gedib baxmışlar, marketlərdən də maraqlanmışlar, lakin heç bir nəticə əldə edə bilməmişlər. Ona görə, qrup yoldaşı Əliqasım mobil telefonla Azərbaycan Respublikası DlN-in102 xidmətinə zəng edərək, məlumat vermişdir. Bundan sonra onlar birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə getmişlər və o. orada ərizə ilə müraciət etmişdir. Onun bank kartından kiminsə alış-veriş üçün istifadə etdiyi barədə ismarıclar onun mobil telefonuna gəlmiş, kart hesabında əvvəlcə 35 manat pul olrpuşdur. 25 oktyabr 2023-cü il tarixdə saat 00:00-da onun kart hesabına 840 manat pul köçürülmüş və bununla da, kart hesabındakı 875 manat puldan 731 manat məbləğdə alış-veriş ed İmişdir, kartı bloklandıqdan sonra isə 144 manat qalıq qalmışdır. Belə ki, həmin kartdan 25 oktyabr 2023-cü il tarixdə saat 12:21-də «Bravo» marketdən 43,00 manat məbləğdə, həmin tarixdə saat 12:22-də«Bravo» marketdən 60,20 manat məbləğdə, həmin tarixdə saat 12:22-də «Bravo» marketdən 40,50 manat məbləğdə, həmin tarixdə saat 12:23də«Bravö» marketdən 43 manat məbləğdə, həmin tarixdə saat 12:24-də «Bravo» marketdən 43 manat məbləğdə, həmin tarixdə saat 12:32-də «Oba Yasamal 20» marketdən 43,28 manat məbləğdə, həmin tarixdə saat 12:33-də eyni marketdən 18,48 manat məbləğdə, həmin tarixdə saat 12:34-də eyni marketdən 10,03 manat məbləğdə, həmin tarixdə saat 12:36-da eyni marketdən 10,44 manat məbləğdə, həmin tarixdə saat 15:04-də eyni marketdən 12,90 manat məbləğdə, həmin tarixdə saat 15:11-də eyni marketdən 71,74 manat məbləğdə, həmin tarixdə saat 15:13-də eyni marketdən 25,80 manat məbləğdp, həmin tarixdə saat 15:15-də eyni marketdən 27,10 manat məbləğdə, həmin tarixdə saat 15:17-də eyni marketdən 29,98 manat məbləğdə, həmin tarixdə saat 15:20-də eyni marketdən 16,65 manat məbləğdə, həmin tarixdə saat 15:21-də eyni marketdən 17,20 manat məbləğdə, həmin tarixdə saat 15:22-də eyni marketdən 17,20 manat məbləğdə,həmin tarixdə saat 22:01-də «Araz market Şərifzadə» marketdən 43,00 manat məbləğdə, həmin tarixdə saat 22:01-də eyni marketdən 81,70 manat məbləğdə, həmin tarixdə saat 22:03-də eyni marketdən 76,00 manat məbləğdə alış-veriş edilmişdir. Sonuncu əməliyyat eyni marketdə saat 22:14-də 47,72 manat uğursuz olmuş, çünki o, həmin vaxt artıq kartı bloklamışdır. Zərərçəkmiş şəxs ifadəsində əlavə verilən suallara cavab olaraq bildirirmişdir ki, "xxxx" ASC-yəaid plastik kart atası Şahid2 adına olsa da, kartın hesabında olan 865 manat pul ona məxsus olmuşdur. O, 25 oktyabr 2023-cü il tarixdə bank kartından heç yerdə istifadə etməmişdir. O, hər gün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 1 ünvanda yerləşən «Kaktus» restoranın yaxınlığından dərsə gedib- gəlir, oradan avtobusa minir, ola bilsin ki, 25 oktyabr 2023-cü il tarixdə tələsik olduğundan, cibindər hər hansı bir əşya çıxardarkən, plastik kartı orada düşmüşdür. 25 oktyabr 2023-cü il tarxdə mobil telefonuna gələn ismarıclara görə, bank kart hesabından 451 manat deyil, 731.20 manat məbləğdə alış-veriş edilmişdir. Qrup yoldaşı Əliqasım Şıxəliyev onun xahişi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, bank kartından oğurluq olması barədə məlumat vermiş, çünki o ilk dəfə polisə şikayət etməli olduğu üçün bir qədər həyəcanlı olmuş və qrup yoldaşı Əliqasım Şixalıyevdən zəng etməsini xahiş etmişdir. Onun qrup yoldaşı Əliqasım Şixalıyev Azərbaycan Respublikası DlN-in102 xidmətinə zəng edərək, məlumat verdiyi vaxt həyəcanlı olmuş və ola bilsin ki, tələsik vəziyyətdə hesablama apardıqlarına görə, bank kartı hesabından 486 manat pulun çıxarıldığını bildirmişdir, lakin onun kartının hesabından 731.20 manat məbləğdə alış-veriş edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, qızı Aysun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir, ona görə də, 2022-ci ilin sentyabr ayından Bakı şəhərində, həmin universitetin tələbə yataqxanasında yaşayır. Qızı Bakı şəhərində yaşadığına görə, o, mərhum arvadının ölümü ilə əlaqədar təqaüdü köçürülmüş və onun adına "xxxx" ASC tərəfindən verilmiş tüncj göy rəngli, 5167********7997 nömrəli plastik bank kartını qızı Zərərçəkmiş şəxs vermişdir ki, həmin kart ilə Bakı şəhərində gündəlik tələbatlarını ödəyə bilsin. Həmin kartın dəyəri 20 (iyirmi) manat olaraq dəyərləndirilmişdir və kartın hesabına aylıq 120 (yüz iyirmi) manat «ölüm pulu» kimi deyilən təqaüd pulundan əlavə, 25 oktyabr 2023-cü il tarixdə də 600 (altı yüz) manat pul köçürülmüşdür. Sözügedən bank kartı onun adına qeydiyyatdan keçirilsə də, kartın bank hesabına köçürülmüş pul vəsaitləri yalnız qızı Zərərçəkmiş şəxs məxsus olmuş və onun həmin pula heç bir aidiyyəti olmamışdır. 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında qızı Zərərçəkmiş şəxs onunla telefonla əlaqə saxlayaraq, "xxxx" ASC tərəfindən ona verilmiş bank kartının oğurlandığını və kartının hesabında olmuş ümumilikdə 731 manat 20 qəpik məbləğdə pulunun naməlum şəraitdə oğurlandığını, ona görə, oğurluq barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Bundan sonra bank kartı onun adına olduğu üçün o, kartın hesabını bloklaşdırmış və banka gedərək, həmin kart ilə harada və hansı məbləğlərdə alış-veriş edilməsini müəyyənləşdirmək üçün bank çıxarışını götürüb Bakı şəhərinə gəlmişdir. Burada həmin bank çıxarışını qızı Zərərçəkmiş şəxs ilə araşdırmanı aparmış təhqiqat orqanına göndərmişdir. Şahid2 ifadəsində əlavə verilən suallara cavab olaraq bildirirmişdir ki, oğurlanmış bank kart onun adına qeydiyyatdan keçirilsə də, nə kartın özü, nə də kartın hesabına köçürülmüş pul vəsaitləri ona məxsus olmamış, həmin kart və pul vəsaiti qızı Zərərçəkmiş şəxs məxsus kart və pullar olmuşdur. Bu səbəbdən, ona oğurluq hadisəsi nəticəsində heç bir məbləğdə maddi ziyan vurulmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından onunla eyni qrupda, yəni Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Meliorasiya Mühəndisliyi fakültəsində təhsil aldığı tarixdən tanıyır, sonuncu ilə normal münasibətləri vardır, heç vaxt ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Universitetin tələbə yataqxanasında yaşadığını bilir. 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında o, həmin vaxtı kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən ünvanını dəqiq xatırlamadığı evdə olarkən, tələbə yoldaşı Zərərçəkmiş şəxs onunla telefonla əlaqə saxlayaraq, atasının adına "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartını Bakı şəhəri, Yasamşl rayonu ərazisində tələbə yataqxanasından çıxıb universitetə gedən vaxtı A.M.Şərifzadə küçəsində salıb itirdiyini və həmin kartı tapıb oğurlamış şəxs tərəfindən kartın balansında olan pul ilə Yasamal rayonu ərazisində müxtəlif mağazalardan alış-veriş edilməsi barpdə telefonuna mesajlar daxil olduğunu demiş və ondan xahiş etmişdir ki, kartını axtarmaq üçün kömək etsin. O da, Zərərçəkmiş şəxs ilə razılaşaraq, həmin gün, yəni 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 21-22 radələrinə Zərərçəkmiş şəxs ilə birgə Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsinə getmiş, orada tələbə yataqxanasından avtobus dayanacağına qədər gedən yolu və alış-veriş edilmiş mağazaları gəzsələr də, Zərərçəkmiş şəxs məxsus kartı oğurlamış şəxsi özləri tapa bilməmişlər. Bundan sonra Aysun ondan xahiş etdiyinə görə, o, Azərbaycan Respublikası DİN-in “102 zəng xidməti"-nə zəng edərək, oğurluq hadisəsi barədə məlumat vermişdir. Onlar kartı axtardıqları vaxt Zərərçəkmiş şəxs mobil telefonuna təkrarən bank kartı hesabındakı pul vəsaiti ilə nağdsız alış-veriş edilməsi barədə mesaj daxil olmuş və onun məsləhəti ilə Zərərçəkmiş şəxs ailəsi ilə danışıb həmin kartın hesabını bloklamış, yəni kartından nağdsız ödənişləri və təmənnasız nağdlaşdırmanı əngəlləmişdir. Bundan sonra onlar birlikdə Yasamal RPl-nin 28-ci polis şöbəsinə getmişlər və Zərərçəkmiş şəxs orada oğurluq barədə ərizə ilə müraciət etmişdir. Şahid1 ifadəsində əlavə verilən suallara cavab olaraq bildirirmişdir ki, Zərərçəkmiş şəxs ondan xahiş edib ilk dəfə polisə şikayət etməli olduğu üçün bir qədər həyəcanlı olduğununa görə onun adından Azərbaycan Respublikası DİN-in “102 zəng xidməti”-nə zəng edərək, bank kartından pul oğurlanması barədə məlumat verməyi istədiyi üçün o, zəng etmiş, onlar tələsik vəziyyətdə hesablama apardıqları üçün Aysunun sözlərinə görə, o da, Zərərçəkmiş şəxs bank kartı hesabından 486 manat pul çıxarıldığını bildirmiş, lakin sonradan polis əməkdaşları ilə birlikdə Yasamal RPl-nin 28-ci polis şöbəsinə gedərək, orada dəqiq hesabladıqları üçün Zərərçəkmiş şəxs bank kartı hesabından 731,20 manat məbləğində pul oğurlandığını, yəni nağdsız alış-veriş edildiyini öyrənmişlər. Oğurluq nəticəsində ona heç bir məbləğdə maddi ziyan vurulmamışdır. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 363 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-500/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-500/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti xx.xx.2025-ci il tarixdə başa çatdığı üçün həmin tarixdə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3- 1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-500/2023 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən ona Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 qızı və xx.xx.2021-ci il təvəllüdlü X2 qızı adlı azyaşlı uşaqları vardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, iki azyaşlı uşağının olmasını, törətdiyi əməl üzrə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 2 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) və əvvəlki hökm üzrə tam olaraq çəkilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 5 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-179/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-179/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver