Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-18/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənməmiş və götürülməmiş, işləməyən, subay, Zəngilan rayonu, Baharlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, Kristal ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə evin ümumi giriş qapısından qanunsuz olaraq daxil olub həmin evin həyətində divara söykənmiş vəziyyətdə saxlanılan, sonuncuya məxsus 2900 manat dəyərində “Azərbaycan” istehsallı 149 sm3 mühərrik həcmli “Tufan” markalı motosikleti gizli talayıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyun 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanın qarşısından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Çin istehsali olan 2200 (iki min iki yüz) manat dəyərində “Anğel Eye” markalı, 80 sm3 mühərrik həcmli mopedi gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş şəxs X2 2.200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyun 2022-ci il tarixdə, saat 20:30-da Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanının qarşısında saxladığı 1.000 (bir min) manat dəyərində 01 ədəd “Scott” markalı dəyişən surətli, əl əyləcli 26 ölçülü velosipedi gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3E saylı binanın, 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs4 məxsus 350 (üç yüz əlli) manat dəyərində “Start MTB Experience” markalı, 26 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedi gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 28 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə,19/14 saylı binanın dəhlizdə zəncirlə dəmir məhəccərə bərkidilmiş Zərərçəkmiş şəxs5 məxsus 270 (iki yüz yetmiş) manat dəyərində “Star” markalı, 24 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedi bərkidildiyi dəmir məhəccərdən özündəki kəlbətin alətdən istifadə edib zənciri qırmaqla götürüb binadan çıxarkən velosipedin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 tərəfindən əmlakın qanunsuz götürülməsindən ibarət hərəkəti aşkar olunaraq velosipedin geri verilməsi tələb edilməsinə baxmayaraq velosipedi özündə saxlayaraq hərəkətini davam etdirib özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 28 saylı binanın yaxınlığında yerləşən birmərtəbəli tikilinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus 620 (altı yüz iyirmi) manat dəyərində sükanı əyləcli, 29 ölçülü 01 ədəd “Salcano-Astro” markalı velosipedi gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs6 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 avqust 2022-ci il tarixdə, saat 06 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə, 2A saylı yaşayış binasının 1-ci blokunun girişindəki zirzəmi qapısı önündə saxlanılan, Zərərçəkmiş şəxs7 məxsus 250 (iki yüz əlli) manat dəyərində, sükanı əl əyləcli, 20 ölçülü 01 ədəd “Stelsport” markalı velosipedi gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi ev 168/174 ünvnanda yerləşən, Zərərçəkmiş şəxs8 məxsus “Dost Telekom” mobil telefon və aksesuar mağazasına, mağazanın giriş qapısının kilidinə dəmir parçası ilə fiziki təsir göstərib açaraq qeyri yaşayış sahəsi-binaya qanunsuz daxil olmaqla oradan qiyməti 200 manat olan 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, qiyməti 90 manat olan Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, qiyməti 120 manat olan 01 ədəd “JBL” markalı simsiz qulaqlıq, qiyməti 120 manat olan 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, hər birinin qiyməti 4 manat, cəmi 120 manat olan 30 ədəd mobil telefon ekran qoruyucusu, qiyməti 15 manat olan 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, qiyməti 12 manat olan 01 dəst “GMM” markalı 10 predmetli vintaçan seti, qiyməti 10 manat olan 01 ədəd “Type-C” tipli naqilli qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 80 manat olan 20 ədəd naqilli qulaqlıqlar, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB Type-C kabellər, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB micro kabellər, hər birinin qiyməti 60 manat,cəmi 120 manat olan “Huawei -Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekranlar, hər birinin qiyməti 3 manat, cəmi 309 manat olan 103 ədəd Azercell GSM mobil nömrələr, hər birinin qiyməti 8 manat, cəmi 280 manat olan 35 ədəd Bakcell GSM mobil nömrələr, hər birinin qiyməti 4 manat, cəmi 472 manat olan 118 ədəd mobil telefon qoburları, hər birinin qiyməti 15 manat, cəmi 135 manat olan 09 ədəd adapterlər olmaqla ümumilikdə 2123 manat məbləğində əmlakını gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 2123 (iki min yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə, 3 saylı mənzilin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs9 məxsus ciblik hissəsində 2000 (iki min) manat qiymətində “Samsung S22 Ultra” markalı **********88857 İMEİ kodlu, 256 MB yaddaşlı 01 ədəd mobil telefon olan 1000 (bir min) manat qiymətində 12800 mah batareya həcmli,14,2 kq çəkili, 8,5 ölçülü, “X13 Scooter Pro 2” markalı 01 ədəd skuteri, həmin skuterdən almaq istədiyini deyib sürüb yoxladıqdan sonra qaytaracağı adı ilə götürərək sonuncunun etirazına məhəl qoymadan zərərçəkmiş Zərərçəkmiş şəxs9 gözü qarşısında ələ keçirib oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 3.000 (üç min) manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs salış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində gizlədərək saxlamaqla daşımış, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 sentyabr 2022-ci il tarixdə saat 21:50 ralələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd biikümdə təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 dekabr 2022-ci il tarixdə saat 19:30-da ünvan 7 ünvanda yerləşən «Yasamal qəbiristanlığı» adlanan məzarlıqdan 73 ədəd qızılgül güllərini gizli olaraq talayıb həmin yerdən uzaqlaşmaq istəyərkən Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, düz yazılıb, dövlət ittihamçısını diqqətlə dinləyib, bütün epizodlar üzrə özünü təqsirli bilir, çox epizod yadında qalmayıb, çünki hər bir hadisəni narkotik vasitənin təsiri altında törətmişdir, narkotikin təsiri altında olduğu üçün etmişdir, narkomandır, ağrılı olmuşdur. Bəli, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bu 9 epizod üzrə özünü təqsirli bilir, həmin cinayətləri törətmişdir. Xeyr, istintaqda ifadə verərkən ona təzyiq göstərilməyib. 10 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Sonuncu dəfə Kürdəxanıdan buraxdılar, 8-9 ay olar, bəlkə də biraz çox olar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən vaxt yadında deyil, velosiped oğurlamışdı, elektron velosiped, Murtuza Muxtarov 9 ünvanında, o, kuryer işləyirdi, sifarişi verib düşən zaman görüb ki, velosiped yoxdu, zəng edib 102-yə, ordan da bölməyə yönləndiriblər, bölmədən də polis əməkdaşları Torqovu ərazisindən tapıb gətiriblər. Polis əməkdaşları Faiqi həbs elədilər və velosipedlə biryerdə onu tutub gətirdilər. Təqsirləndirilən şəxs velosipedi qaytarıb, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, anası ilə evdən çıxmışdır, marketə gəliblər, anası marketə gedib, o da skuter ilə gəzirdi orda, deyib anasını gözləsin çıxanda biryerdə evə gedərlər. Çıxandan sonra gəlirmiş, orda “Anar” market var, balaca market idi, anası başqa marketə getmişdi, o tərəfdən keçirmiş, təqsirləndirilən şəxs elə bil çağırıb, əlində sok var idi, gəlib qıraqdan onu çağırıb, sonra gəlib yanına deyib oğluna almaq istəyir, qiymətini soruşub, o da deyib. Sonra deyib necə sürürlər bunu, ondan sonra minib üstünə, azca gedib, orda gözəllik salonundan dönüb, düppədüz gedib, qışqıraqışqıra çağırıb onu, görüb gəlmir, qaça-qaça gedib, bir də görüb oradan gedib. Biraz dəyişilib, amma həmin adamdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hardasa il yarım bundan qabaq, hardasa 30 avqust 2022-ci ildə işlədiyi yerə qayıtmalı imiş, 7-8 şüşə su almışdır, velosipedlə ofisə aparırmış, velosipedi saxlayıb heç bağlamayıb da, ağır idi deyə suları götürüb, onları ofisə qoyub. Müəllim su istəyib, o, ona süzüb, 5-10 dəqiqə ləngiyib, bir də görüb ki, bir nəfər içəri girib, qayıdıb ki, su verə bilərsiz bizə, deyiblər ki, su elə çöldə var da, krant ordadı, sonra onun gec yadına düşüb ki, velosipedi ordadı, baxıb görüb ki, velosiped yoxdu, sonra polisə veriblər, ondan sonra da neçə vaxtdır məsələ açıq qalıb. Polisdə araşdırma aparırdılar, sonra dedilər ki, bu adam oğurlayıb. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Musayev Rəşad adlı şəxsdən ağ motosikleti kredit şəklində götürmüşdür, aylıq ödəniş ilə. Hazırda həmin motosiklet oğurlanıb və Musyaev Rəşad onun özünü məhkəməyə verib ki, ya pulu ya motosikleti qaytar. Artıq oğurluqdan 2 il müüddət keçib. İstintaq zamanı müəyyən olundu ki, motosikleti Təqsirləndirilən şəxs oğurlayıb. Ona vurulmuş ziyan ödənilməyib, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yerləşən Yasamal Qəbiristanlığından şəhid qəbrlərinin üzərindən qızıl güllərin oğurlanması barədə çoxsaylı şikayətlər daxil olmuşdu. Bununla bağlı tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 dekabr 2022-ci tarixdə, saat 19:30-da ünvan 11 ünvanında Yasamal Qəbiristanlığında keçirilmiş tədbirlər nəticəsində hadisəni tötətməkdə şübhəli olan Z.Faiq tərəflərindən saxlanılaraq PŞ-nə gətirilmiş, PŞ-də dəvət edilmiş vəkilin iştirakı ilə onun əlində olan torbaya baxış keçirilmiş, 73 ədəd qızılgül aşkar olunmuş, həmçinin narkotik vasitə aludəçisi olduğunu səmimi olaraq etiraf etmiş, dəvət edilən vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman üzərindən metamfetamin aşkarlanaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yerləşən Yasamal Qəbiristanlığından şəhid qəbirlərinin üzərindən qızıl güllərin oğurlanması barədə çoxsaylı şikayətlər daxil olmuşdu. Bununla bağlı tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 dekabr 2022-ci tarixdə, saat 19:30-da ünvan 14 ünvanında Yasamal Qəbiristanlığında keçirilmiş tədbirlər nəticəsində hadisəni tötətməkdə şübhəli olan Z.Faiq tərəflərindən saxlanılaraq PŞ-nə gətirilmiş, PŞ-də dəvət edilmiş vəkilin iştirakı ilə onun əlində olan torbaya baxış keçirilmiş, 73 ədəd qızılgül aşkar olunmuş, həmçinin narkotik vasitə aludəçisi olduğunu səmimi olaraq etiraf etmiş, dəvət edilən vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman üzərindən metamfetamin aşkarlanaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda özünə məxsus olan “Angel” markalı mopedlə “Wolt” çatdırma xidmətində işləyir. 07 iyun 2022-ci il tarixdə, saat 19 radələrində o, yaşadığı evə gələrək özünə məxsus olan “Angel” markalı mopedi yaşadığı ünvan 15 ünvanın qarşısında saxlayıb evə getmişdir. Həmin gün saat 23 radələrində o, evdən çölə çıxdıqda ona məxsus olan “Angel-Eye” markalı 80sm3 mühərrik həcmli mopedin saxladığı yerdə olmadığını aşkar etmişdir. Ona məxsus olan mopedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını anlayaraq bu barədə DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək, hadisə yerini müayinə etmiş və o da polis əməkdaşları ilə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2.200 manat maddi ziyan dəymişdir. Araşdırma zamanı mopedini oğurlamış, şəxsin Təqsirləndirilən şəxs adlı əvvəllər məhkum olunmuş şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış,araşdırma zamanı mopedi polis əməkdaşları tərəfindən müəyən edilərək özünün məsul saxlancına verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə ünvan 16 ünvanında yaşayır. Təxminən 2-3 əvvəl ona anası Qanuni nümayəndə1 tərəfindən 350 manata 01 ədəd “Start MTB Exprience” markalı qara 26 ölçülü velosiped alınmışdır. Bu müddət ərzində mütəmadi olmamaqla həmin velosiped onun tərəfindən istifadə olunmuşdur. Velosipedi həmişə 3E saylı binanın ikinci mərtəbəsində yerləşən 2 saylı mənzilin giriş qapısının yanındakı divara söykəmiş vəziyyət saxlamışdır. Velosipedi orada həmişə qıfıllanmamış və ya hər hansı bir formada divara bərkidilməmiş şəkildə orada saxlanılmışdır. 18 avqust 2022-ci il tarixdə günorta saatlarında o, velosipedi küçədə sürmək istədikdə qoyduğu yerdə, yəni binanın ikinci mərtəbəsindəki yaşadığı mənzilin giriş qapısının yaxınlığında olmadığını görmüşdür. Anasından bu barədə soruşduqda isə heç bir məlumatının olmadığını ona demişdir. Son olaraq həmin velosiped onun tərəfindən 15 avqust 2022-ci il tarixdə sürülmüşdür. Daha sonra velosipeddən istifadə etmədiyi üçün saxladığı yerdə olub-olmadığına fikir verməmişdir. Velosipedin oğurlandığı ona məlum olduqda anası ilk əvvəl məhəllə sakinləri ilə bu barədə soraqlaşıb velosipedi tapacaqları təqdirdə məlumat vermələrini istəmiş, lakin velosiped tapılmadığından anası ona məxsus 350 manat dəyərində sözügedən velosipedin oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra polis bölməsinə şikayət etmişdir. Araşdırma zamanı velosipedini oğurlamış, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və həmin velosipedi Şəhriyar Nuriyev adlı şəxsə satdığını bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, velosipedi polis əməkdaşları tərəfindən müəyən edilərək anasına qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə ünvan 17 ünvanında yaşayır. 28 avqust 2022-ci il tarixdə, təxminən saat 16:30 radələrində mağazadan çörək alıb evə gələn zaman yaşadığı evin həyətində naməlum şəxsin ona məxsus “Star” markalı, narıncı-qara rəngli, 24 ölçülü velosipedi sürərək apardığını görmüşdür. O, həmin şəxsə “əmi, velosipedimi hara aparırsan” dedikdə heç bir cavab almadığını görüb velosipedini ona geri verməsini tələb etmişdir. Həmin şəxs isə heç bir əhəmiyyət vermədən hərəkətini davam etdirərək çıxıb getmiş və nəticədə atası tərəfindən ona alınmış, təxminin qiyməti 270 manat olan velosipedi onun gözü qarşısında, iradəsi ziddinə götürülərək talanmışdır. Bundan sonra o, yaşadığı ünvana qayıdaraq bu barədə atasına danışmış. Atası Qanuni nümayəndə2 isə bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Araşdırma zamanı velosipedini oğurlamış, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, sonuncunun cinayəti nəticəsində ona 270 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin təxminən mart ayında atası Qanuni nümayəndə3 onun üçün 250 manata “Stelsport” markalı velosiped almış və o, vaxtı olduqca həmin velosipeddən istifadə edərək sürdükdən sonra yaşadıqları evin birinci mərtəbəsindəki girişdə olan zirzəmi qapısına söykəyərək saxlamış, xx.xx.2022-ci il tarixə kimi ona kimsə toxunmamış və oğurlamamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində atası Qanuni nümayəndə3 tərəfindən həmin velosipedin naməlum şəxs tərəfindən oğurlandığını aşkar edərək Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı velosipedini oğurlamış, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, sonuncunun cinayəti nəticəsində ona 620 manat məbləğində maddi ziyan vurulmuşdur. Araşdırma zamanı velosipedini oğurlamış, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, sonuncunun cinayəti nəticəsində ona 250 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Dost Telekom” mobil telefon və aksesuarlar mağazası onun tərəfindən istifadə olunur. Belə ki, həmin mağazadakı əşyalar ona məxsusdur və tərəfindən alğı-satqısı aparılır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nə “Dost Telekom” mağazasından oğurluq edilməsi ilə bağlı ərizə ilə müraciət onun tərəfindən edilmişdir. Əksər vaxtlarda mağaza saat 20 radələrinədək fəaliyyət göstərir. 04 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində günlük iş fəaliyyətini sonlandırılmış, o, mağazanın giriş qapısını kilitləyib oranı tərk etmişdir. Növbəti gün, yəni 05 sentyabr 2022-ci il tarixdə, saat 07 radələrində o, mağazaya getdikdə, mağazanın plastik materialdan olan giriş qapısının kilitinin sındırıldığını və mağazadakı çoxsaylı əşyaların orada olmadığını görüb, mağazadan oğurluq edildiyini başa düşmüşdür. İlk əvvəl hansı əşyaların götürüldüyünü dəqiqləşdirmədən ümumi şəkildə mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən telefon aksesuarları, fen-lehimləyici, kalonkalar, Azercell və Bakcell sim kartlarının götürülməsi və ona ilkin olaraq 1875 manat maddi ziyan vurulduğunu barədə polis bölməsinə müraciət etmişdir.Daha sonra əşyaları dəqiqliklə yoxladıqda ona məlum olmuşdur ki, oradan qiyməti 200 manat olan 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, qiyməti 90 manat olan Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, qiyməti 120 manat olan 01 ədəd “JBL”markalı simsiz qulaqlıq, qiyməti 120 manat olan 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, hər birinin qiyməti 4 manat, cəmi 120 manat olan 30 ədəd mobil telefon ekran qoruyucusu, qiyməti 15 manat olan 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, qiyməti 12 manat olan “GMM” markalı 10 predmetli vintaçan seti, qiyməti 10 manat olan “Type-C” tipli naqilli qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 80 manat olan 20 ədəd naqilli qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB Type-C kabel, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB micro kabel, hər birinin qiyməti 60 manat, cəmi 120 manat olan “Huawei -Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekran, hər birinin qiyməti 3 manat, cəmi 309 manat olan 103 ədəd Azercell GSM mobil nömrələr, hər birinin qiyməti 8 manat, cəmi 280 manat olan 35 ədəd Bakcell GSM mobil nömrələr, hər birinin qiyməti 4 manat, cəmi 472 manat olan 118 ədəd mobil telefon qoburları, hər birinin qiyməti 15 manat, cəmi 135 manat olan 09 ədəd adapter olmaqla ümumilikdə 2123 (iki min yüz iyiymi üç) manat məbləğində əmlakının gizli olaraq talanıb ələ keçirildiyini müəyyən etmişdir. Şikayəti əsasında aparılmış araşdırma zamanı əmlakımı oğurlayan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduqdan sonra əşyalarının onun tərəfindən oğurlandığını etiraf etmiş hətta səsgücləndiriciləri satdığı şəxsin adını istintaqa bildirmiş, qol saatını, evində gizlətdiyi əşyalarının əksəriyyətini istintaq orqanına təqdim etmiş,səsgücləndiriciləri satdığı şəxsin adını demiş və polis əməkdaşları həminşəxsi müəyən edərək səsgücləndirici götürülmüşdür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirildikdən sonra qiyməti 200 manat olan 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, qiyməti 90 manat olan Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, qiyməti 120 manat olan 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, qiyməti 15 manat olan 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, qiyməti 12 manat olan “GMM” markalı 10 predmetli vintaçan seti, qiyməti 10 manat olan “Type-C” tipli naqilli qulaqlıq,hər birinin qiyməti 60 manat, cəmi 120 manat olan “Huawei - Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekran, hər birinin qiyməti 3 manat, cəmi 309 manat olan 103 ədəd Azercell GSM mobil nömrələr, hər birinin qiyməti 8 manat, cəmi 280 manat olan 35 ədəd Bakcell GSM mobil nömrələr,hər birinin qiyməti 4 manat, cəmi 468 manat olan 117 ədəd mobil telefon qoburlarından ibarət 1624 manat məbləğində əşyaları özümə qaytarılmış, qiyməti 120 manat olan 01 ədəd “JBL”markalı simsiz qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 120 manat olan 30 ədəd mobil telefon ekran qoruyucusu, hər birinin qiyməti 4 manat, cəmi 80 manat olan 20 ədəd naqilli qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB Type-C kabel, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB micro kabel, hər birinin qiyməti 15 manat,cəmi 135 manat olan 09 ədəd adapterlər,4 manat dəyətində 01 ədəd mobil telefon qoburasından ibarət ibarət 499 manat məbləğdə əmlakını isə müəyyən edib ona qaytarılması mümkün olmamışdır.Əmlakını oğurlamış Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə polis baş leytenantı rütbəsində Səbail RPİ-nin 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən Səbail RPİnin İŞ-nin müstəntiqi, polis baş leytenantı Səxavət Hacıyevin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə axtarış elan olunmuş və barəsində 20431 saylı axtarış işi açılmış xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, işləməyən, Zəngilan rayonu, Baharlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri,”Kristal Abşeron” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olduğuna dair aldıqları əməliyyat məlumatı əsasında ünvan 19 ünvanında yerləşən “Nizami” metrostansiyasının qarşısına gəlmişlər. Həmin gün saat 21:50 radələrində əynində tünd boz rəngli pencək, açıq mavi rəngli cins şalvar,qırmızı köynək və qara ayaqqabılar olan geyimdə olan, Təqsirləndirilən şəxs olduğunu etimal etdikləri şəxsin metrostansiyanın yaxınlığındakı aptekə daxil olaraq tez bir zamanda çıxdığını və şübhəli şəkildə oradan uzaqlaşmaq istədiyini müşahidə etmiş və həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları olduqlarını, eləcədə onun axtarışda olduğunu bildirmişlər.Təqsirləndirilən şəxs olduğunu soruşub dəqiqləşdirdikdən sonra onlarl PB-nə getmək lazım olduğunu ona söyləmiş və bu zaman o, özünü çox şübhəli aparmağa, hətta təşviş keçirməyə başlamışdır. Buna baxmayaraq onların PB-nə getmək təkliflərindən imtina etməmiş və onlarla birlikdə PB-nə getmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparması, narkotik vasitələrin qəbulunda şübhəli olması, həmin şəxsin üzərinə baxış keçirilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsinə dair raportla PB-nin rəisinə rəsmi müraciət ünvanladıqdan sonra həmin hadisənin araşdırılması bölmənin təhqiqatçısı, polis leytenantı Toğrul Əsgərliyə həvalə edilmişdir.T.Əsgərli bununla Səbail RPİ-nin 9-cu PB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmazdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da maddi vəziyyəti ağır olduğu üçün müqavilə ilə vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət vəsaiti hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Səbail rayonunda fəaliyyət göstərən Bakı şəhəri, 3 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs siyahıdan vəkil X3 tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir.Bundan sonra göstərilən büronun vəkili X3 PB-nə dəvət edilmiş və təhqiqatçı Toğrul Əsgərli vəkil X10 Zeynalova təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir.Daha sonra təhqiqatçı Toğrul Əsgərli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra üstünə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Toğrul Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı Toğrul Əsgərli video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri,qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq masa üzərinə qoyub könüllü təqdim etmişdir. Daha sonra təhqiqatçı Toğrul Əsgərli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əməliyyatçılar olaraq bizə həvalə etdi və onlar hər ikisi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparsalarda üzərində paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin nədən ibarət olması, nə vaxt, haradan,kimdən,hansı məqsədlə əldə etməsi barədə ona sual edilərkən o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri,Yasamal rayonu, ”Nizami” metrosatansiyasının qarşısında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 15 manat pul vəsaiti müqabilində əldə edərək əynindəki mavi rəngli şalvarın sağ yan cibində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq möhürlənib götürüldü. Mən də, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzamla təsdiq etmişdir. Şahid2, həmçinin bildirmişdir ki, o, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə hesab olunan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, əldə etdiyi narkotik vasitə olan heroini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında hər hansı dəqiq və tam məlumat əldə olunmamışdır. Yalnız müəyyən olmuşdur ki,Təqsirləndirilən şəxs narkomaniyaya qurşanmış şəxsdir, o, üstündən aşkar olunmuş narkotik vasitə hesab olunan heroini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4983 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əksi və “...Zeynalov-imza, üç imza, tərtib etdi: T.Əsgərli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/7082 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...(imza) Zeynalov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 6420 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4306 № saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Scott” markalı təkər hissəsində “Alexrims” yazıları olan, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1000,0 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5249 № saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Angel Eye” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 1100,0 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7649 № saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2016,00 manat müəyyən edilir. Qərarda göstərilən 4 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 80,00 manat müəyyən edilir. Qanuni nümayəndə1 məxsus 01 ədəd 26-lıq “Start MTB Experience” markalı, istifadədə olmuş qara rəngli veposipedin fotoşəkilə əsasən orta bazar qiyməti nəzəri qaydada təxminən 160,00 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən “Star” markalı, 24 “ölçülü sükanı əl əyləcli velosiped-180 manat, “Stelsport” markalı, 20 ölçülü, sükanı əl əyləcli velosiped-170 manat, “Salcano-Astro” markalı 29 ölçülü, sükanı əyləcli velosiped- 350 manat, “X15 Pro 2” markalı, 12800 mah batareya həcmli, 14.2 kq çəkili, 8.5 ölçülü, qara rəngli skuter-700 manat, “Samsung S22 Ultra” markalı mobil telefon-1800 manat, bununla da malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust sentyabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3200,0 manat müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/391 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, normal vəziyyətdə olan 73 ədəd uzunluğu 30 sm, qırmızı rəngli qızılgül güllərinin 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 73,00 manat müəyyən olunur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə evin ümumi giriş qapısından qanunsuz olaraq daxil olub həmin evin həyətində divara söykənmiş vəziyyətdə saxlanılan, sonuncuya məxsus 2900 manat dəyərində “Azərbaycan” istehsallı 149 sm3 mühərrik həcmli “Tufan” markalı motosikleti gizli talayıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyun 2022-ci il tarixdə saat 22 radələrində ünvan 21 ünvanın qarşısından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Çin istehsali olan 2200 (iki min iki yüz) manat dəyərində “Anğel Eye” markalı, 80 sm3 mühərrik həcmli mopedi gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş şəxs X2 2.200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyun 2022-ci il tarixdə, saat 20:30-da Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanının qarşısında saxladığı 1.000 (bir min) manat dəyərində 01 ədəd “Scott” markalı dəyişən surətli, əl əyləcli 26 ölçülü velosipedi gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3E saylı binanın, 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin qarşısındakı dəhlizdən Zərərçəkmiş şəxs4 məxsus 350 (üç yüz əlli) manat dəyərində “Start MTB Experience” markalı, 26 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedi gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 28 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə,19/14 saylı binanın dəhlizdə zəncirlə dəmir məhəccərə bərkidilmiş Zərərçəkmiş şəxs5 məxsus 270 (iki yüz yetmiş) manat dəyərində “Star” markalı, 24 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedi bərkidildiyi dəmir məhəccərdən özündəki kəlbətin alətdən istifadə edib zənciri qırmaqla götürüb binadan çıxarkən velosipedin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 tərəfindən əmlakın qanunsuz götürülməsindən ibarət hərəkəti aşkar olunaraq velosipedin geri verilməsi tələb edilməsinə baxmayaraq velosipedi özündə saxlayaraq hərəkətini davam etdirib özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 28 saylı binanın yaxınlığında yerləşən birmərtəbəli tikilinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus 620 (altı yüz iyirmi) manat dəyərində sükanı əyləcli, 29 ölçülü 01 ədəd “Salcano-Astro” markalı velosipedi gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs6 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 avqust 2022-ci il tarixdə, saat 06 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə, 2A saylı yaşayış binasının 1-ci blokunun girişindəki zirzəmi qapısı önündə saxlanılan, Zərərçəkmiş şəxs7 məxsus 250 (iki yüz əlli) manat dəyərində, sükanı əl əyləcli, 20 ölçülü 01 ədəd “Stelsport” markalı velosipedi gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi ev 168/174 ünvnanda yerləşən, Zərərçəkmiş şəxs8 məxsus “Dost Telekom” mobil telefon və aksesuar mağazasına, mağazanın giriş qapısının kilidinə dəmir parçası ilə fiziki təsir göstərib açaraq qeyri yaşayış sahəsi-binaya qanunsuz daxil olmaqla oradan qiyməti 200 manat olan 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, qiyməti 90 manat olan Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, qiyməti 120 manat olan 01 ədəd “JBL” markalı simsiz qulaqlıq, qiyməti 120 manat olan 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, hər birinin qiyməti 4 manat, cəmi 120 manat olan 30 ədəd mobil telefon ekran qoruyucusu, qiyməti 15 manat olan 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, qiyməti 12 manat olan 01 dəst “GMM” markalı 10 predmetli vintaçan seti, qiyməti 10 manat olan 01 ədəd “Type-C” tipli naqilli qulaqlıq, hər birinin qiyməti 4 manat, cəmi 80 manat olan 20 ədəd naqilli qulaqlıqlar, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB Type-C kabellər, hər birinin qiyməti 4 manat, cəmi 20 manat olan 05 ədəd USB micro kabellər, hər birinin qiyməti 60 manat,cəmi 120 manat olan “Huawei -Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekranlar, hər birinin qiyməti 3 manat, cəmi 309 manat olan 103 ədəd Azercell GSM mobil nömrələr, hər birinin qiyməti 8 manat, cəmi 280 manat olan 35 ədəd Bakcell GSM mobil nömrələr, hər birinin qiyməti 4 manat, cəmi 472 manat olan 118 ədəd mobil telefon qoburları, hər birinin qiyməti 15 manat, cəmi 135 manat olan 09 ədəd adapterlər olmaqla ümumilikdə 2123 manat məbləğində əmlakını gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 2123 (iki min yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə, 3 saylı mənzilin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs9 məxsus ciblik hissəsində 2000 (iki min) manat qiymətində “Samsung S22 Ultra” markalı **********88857 İMEİ kodlu, 256 MB yaddaşlı 01 ədəd mobil telefon olan 1000 (bir min) manat qiymətində 12800 mah batareya həcmli,14,2 kq çəkili, 8,5 ölçülü, “X13 Scooter Pro 2” markalı 01 ədəd skuteri, həmin skuterdən almaq istədiyini deyib sürüb yoxladıqdan sonra qaytaracağı adı ilə götürərək sonuncunun etirazına məhəl qoymadan zərərçəkmiş Zərərçəkmiş şəxs9 gözü qarşısında ələ keçirib oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 3.000 (üç min) manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanların məbləğini hesablamışdır və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu ziyan 2200 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5249 № saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Angel Eye” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 1100,0 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vurduğu ziyan 350 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən “Start MTB Experience” markalı, 26 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedin orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vurduğu ziyan 270 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən “Star” markalı, 24 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedin orta bazar qiyməti nəzəri qaydada təxminən 180 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vurduğu ziyan 620 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən “Salcano-Astro” markalı velosipedin orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 vurduğu ziyan 250 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən “Stelsport” markalı velosipedin orta bazar qiyməti nəzəri qaydada təxminən 170 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 vurduğu ziyan 2123 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7649 № saylı ekspert rəyinə əsasən həçim malların bazar qiyməti nəzəri qaydada təxminən 2096 manat müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 vurduğu ziyan 3000 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8154 № saylı ekspert rəyinə əsasən “Samsung S22 Ultra” markalı **********88857 İMEİ kodlu, 256 MB yaddaşlı 01 ədəd mobil telefon olan 12800 mah batareya həcmli,14,2 kq çəkili, 8,5 ölçülü, “X13 Scooter Pro 2” markalı 01 ədəd skuterin orta bazar qiyməti nəzəri qaydada təxminən 2500 manat müəyyən edilir. Ekspertiza Mərkəzinin müvafiq rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın miqdarı müvafiq ekspertiza rəylərinə uyğun olaraq müəyyən edilməl, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD disklərə və iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs cinayət əməllərinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan tələbnamədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-97/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 08 may 2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs8 xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı teleqramından görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3 xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı teleqramından görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilərək, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Səbail rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilərək, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün müstəntiq tərəfindən vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 06 ay 22 gün həbsdə olmuşdur. Beləliklə o, ümumilikdə 06 ay 28 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi saxlanılan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, 01 ədəd “Anğel Eye”markalı, 80sm3 mühərrik həcmli mopedin sahibi Famil Mehdiyevə, “Scott” markalı dəyişən surətli, əl əyləcli 26 ölçülü velosipedin sahibi Zərərçəkmiş şəxs3, “Start MTB Experience” markalı, 26 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedin Zərərçəkmiş şəxs4 və onun qanuni nümayəndəsinə, 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, 01 dəst “GMM” markalı 10 predmetli vintaçan seti, 01 ədəd “Type-C” tipli naqilli qulaqlıq, “Huawei - Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekran, 103 ədəd Azercell GSM mobil nömrələr, 35 ədəd Bakcell GSM mobil nömrələr,117 ədəd mobil telefon qoburlarından ibarət əşyaların sahibi Zərərçəkmiş şəxs8 12800 mah batareya həcmli, 14,2 kq çəkili, 8,5 ölçülü,“X13 Scooter Pro 2” markalı 01 ədəd skuterin sahibi Zərərçəkmiş şəxs9 qanuni nümayəndəsi Qanuni nümayəndə4 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349;351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət, 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət, 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət, 16 dekabr 2022-ci il tarixdən 08 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 ay 22 gün müddət (ümumilikdə 6 ay 28 gün) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 423 (dörd yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,255 qram narkotik vasitə heroin və 0,739 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maadi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Anğel Eye”markalı, 80sm3 mühərrik həcmli mopedin sahibi Famil Mehdiyevə, “Scott” markalı dəyişən surətli, əl əyləcli 26 ölçülü velosipedin sahibi Zərərçəkmiş şəxs3, “Start MTB Experience” markalı, 26 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedin sahibi Zərərçəkmiş şəxs4 və qanuni nümayəndəsi Qanuni nümayəndə1, 01 ədəd “X9” markalı, qızılı rəngli, süni dəri kəmərli kişi qol saatı, Çin istehsallı bir dəst “Edifier” markalı “P3080M” modelli 2+1 səs sistemi, 01 ədəd “X6 886D” markalı fen-lehimləyici, 01 dəst “Yaxun Multipurpose set Tool YX-718/719” markalı 7 predmetli vintaçan seti, 01 dəst “GMM” markalı 10 predmetli vintaçan seti, 01 ədəd “Type-C” tipli naqilli qulaqlıq, “Huawei-Honor 8X” markalı mobil telefonlar üçün 02 ədəd ekran, 103 ədəd Azercell GSM mobil nömrələr, 35 ədəd Bakcell GSM mobil nömrələr, 117 ədəd mobil telefon qoburlarından ibarət əşyaların sahibi Zərərçəkmiş şəxs8 12800 mah batareya həcmli, 14,2 kq çəkili, 8,5 ölçülü, “X13 Scooter Pro 2” markalı 01 ədəd skuterin sahibi Zərərçəkmiş şəxs9 qanuni nümayəndəsi Qanuni nümayəndə4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 900 (doqquz yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-18/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-18/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver