Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-180/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, ev 12 mənzil 53-də yaşamış, ********* saylı (hazırki) cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təqdbiri seçilmiş, Abşeron RPİ-nin İş-də istintaq olunan ********* saylı cinayət işi üzrə isə barəsində Abşeron Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 15:00-da Bakı şəhəri Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofanda təmiz çəkilsi 1,100 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 24 yanvar 2022-ci il tarixdə saat 16:55-də ünvan 1 ünvanının qarşısında Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 7-də qeydiyyatda olmaqla, Yasamal rayonu M.Müşviq küçəsi ev 12 mənzil 53-də kirayədə anamla bir yerdə yaşayır, bi ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir, 24 yanvar 2022-ci tarixdə təxminən saat 15 radələrdə Nəsimi rayonu ərazisində Kubinka deyilən yerdə üzdən tanıdığı kişi cinsli şəxsdən bir ədəd şəffaf selofana bükülmüş heroin kimi bildiyi və bir ədəd şeffaf selofan bükülmüş metamfetamin kimi bildiyi narkotik vasitələrin həri birini 15 manat pul verməklə ümumilikdə 30 manata almışdır. Narkotik vasitə heroin və metamfetamini şəxsi istifadə məqsədi ilə həmin gün üzərində saxlayıb gəzdirirmiş, 24 yanvar 2022-ci il tarixdə saat 16:55-də ünvan 3 ünvanınən qarşısında Post Patrul Xidməti əməkdaşları onu saxlayaraq özlərini təqdim edib Yasamal RPİ-nin PPXB-nün əməkdaşları olduqlarını deyib onun anket məlumatlarını soruşmüş, o anket məlumatlarını polis əməkdaşlarına deməmiş, sorğu sual zamanı üzərində narkotik vasitə olmasını etiraf etdiyi üçün polis əməkdaşları tərəfindən yol boyu nəzarət altında Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyim təklif edilmiş, bununla da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş heroin və bir ədəd şəffaf selofana bükülmüş metamfetamin kimi bildiyi maddələri təqdim etmiş, həmin maddələr götürülmüş və müvafiq protokol tərtib edilmiş, şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümünün və digər bükümün özünə məxsus olduğunu, həmin bükümü 24.01.2021-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarılnı bilmədiyi şəxsdən ümumilikdə 30 manat müqabilində aldığını, narkotik vasitələrin satışını həyata keçirmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, verilən sualları düzgün başa düşdüyünü, doğru, səmimi cavablar verdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid3 bildirmişdir ki, DİO-da 2019-cu il tarixdən, elə həmin ildən də Yasamal RPİ-nin PPXB-də polis nəfəri baş serjant vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyıra, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. 24 yanvar 2022-ci il tarixdə 1-4 nömrəli marşurut xətti üzrə saat 08:00-da xidmətə iş yoldaşları polis serjantı Şahid2 və polis serjantı Şahid1 ilə başlamış, həmin gün saat 16:55-də Yasamal rayonu Z.Xəlilov küçəsi 523-cü məhəllə ev 3 ünvanın qarşısında olarkən bir nəfər tanımadığı şəxsin özünü şübhəli apardığının şahidi olmuş, ona yaxınlaşan zaman həmin şəxs özünü itirmiş kimi burda otel tanımırsız deyə sual vermiş. O da tanıyırıq dedikdən sonra həmin şəxs sakit dayanıb üzünə baxmağa başlamış, həmin şəxsə özünü təqdim etdikdən sonra ona şəxsiyyəti barədə məlumat verməyi xahiş etmiş, həmin şəxs qaçmağa çalışmaqla özünü təqdim etməkdən imtina etmiş, həmin şəxsi idarə etdiyi Fiat Dobla markalı ** AP *** dövlət nömrə nişanlı avtomobillə 26-cı PB-nə gətirmiş, PB-də məlum olmuş ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verərək üzərində şəxsi axtarış və götürmə aparan anadək onu nəzarətsiz buraxmayaraq daim müşayiət etdiyi üçün o üzərlərində olan narkotik vasitəni ata bilməmiş, 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, digər polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Müdafiəçi qismində iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf selofana bükülmüş ümumilikdə 02 ədəd bükümdə olan narkotik vasitə hesab edilən maddələri çıxarıb otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, qeyd olunan narkotiki haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 24.01.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən üzdən tanımadığı kişi cinsli şəxsdən özünün istifadəsi üçün 30 manata alıb əynindəki şalvarın cibinə qoyduğunu və özü ilə gəzdirdiyini, həmin gün 16:55-də ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər heç bir qanunsuz əşya aşkar olunmadı. Aşkar olunmuş həmin 02 bükümdə olan narkotik vasitə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşlarının, həmçinin onun iştirakıyla zərfə qoyulub qablaşdırılmış, 170 №-li möhürlə möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmiş, o da hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid1 da eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-cü vərəqəsində olan 24 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli, 6/476 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr» yazılar və imzalar olan bir ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.100 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2.427 qram ağ rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik, psixatrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 103-108-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1,05 qram çəkidə olan narkotik vasitə heroin və CD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X2 ekspert komissiyasının 11 fevral 2022-ci il tarixli, 668 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.07.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.3, 180.2.1,180.2.2 və 180.2.4-cü maddələri ilə 05 il AME cəzasına məhkum edilməklə 02.08.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Səbail rayon məhkəməsinin 23.09.2020-ci il tarixli hökmü ilə CM-nin 194.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsədə «8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası MM-nin 05.11.2021-ci il tarixli qərarının tətbiq edilməsi əsası ilə 11.01.2022-ci il tarixli Yasamal rayon məhkəməsinin 7(004)–5/2022 nömrəli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və üzərində olan məhkumluğu götürülmüşdür. Cinayət işinin 84-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)–5/2022 nömrəli, 11.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası MM-nin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilmiş, və o, Səbail Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli qərarından görünür ki, Abşeron RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 24.03.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən 24 yanvar 2022-ci il tarixdə saat 18:05-dən etibarən qeydə alınmış Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri polis serjantı Şahid2, polis serjantı Şahid1, polis baş serjantı Şahid3, Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən selofana bükülmüş iki ədəd bükülünü masanın üzərinə qoyur həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.100 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2.427 qram ağ rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik, psixatrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri aşkar edilmir, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmadı. Sonra həmin iki bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, DİN-in 170 saylı möhürü ilə möhürləndi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 24 yanvar 2022-ci il tarixdən 26 yanvar 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və barəsində Abşeron RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli isə hökmün çıxarıldığı 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X2 ekspert komissiyasının 11 fevral 2022-ci il tarixli, 668 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,05 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq dövründə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.O.Abıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.O.Abıyevə isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri «Mərkəz» Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdən 26 yanvar 2022-ci il tarixədək 02 (iki) gün gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,05 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri «Mərkəz» Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində Abşeron RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-180/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-180/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver