Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-180/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin aprel ayının əvəllərində saat 18 radələrində ünvan 2 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus 11.000 manat dəyərində 2007-ci il buraxılışlı, «Kia Rio», **-BJ-*** dövlət nömrə nişanlı avtomobili gizli olaraq talayıb Zərərçəkmiş şəxs 11.000 manat (on bir min) məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin iyul ayının əvəllərində, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən «Xəmirçi» restoranının yaxınlığında nasaz vəziyyətdə park edilmiş zərərçəkmiş hüquqi şəxs «X14» MMC-ə məxsus Şahid1 müqavilə əsasında istifadəsində olan 10200 manat dəyərində 2008-ci il buraxılışlı, «Kia Rio» markalı, **-YC-*** dövlət nömrə nişanlı avtomobili gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs «X15» MMC-ə 10200 manat (on min iki yüz) məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, 1 ildir ki, özünə məxsus olan «Kia Rio» markalı, göy rəngli **-PU-*** qeydiyyat naşanlı avtomobillə taksi kimi fəaliyyət göstərirmiş. Əsasən gündüz saatlarında Bakı şəhərinin müxtəlif yerlərinə sərnişin daşımaqla məşğul olmuşdur. Təxmini olaraq 2024-cü ilin aprel ayının əvvəllərində taksi faəliyyəti ilə məşğul olan zaman ünvan 3 ünvanına müştəri düşürmüşdür. Həmin vaxt orada təkərinin havası yatmış vəziyyətdə qara rəngli **-BJ-*** qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşdür. Həmin vaxt onun avtomobilinin mühərrikində nasazlıq olduğundan avtomobilini satmaq və yenisini almaq istəmişdir. Ona görə də orada ətrafda yaşayan sakinlərdən soruşaraq qara rəngli «Kia Rio» avtomobilin sürücüsünü tapmağa çalışmışdır. Məqsədi ondan ibarət olmuşdur ki, avtomobilin sahibini taparaq ondan bu maşını alsın. Sakinlərin ona göstərdikləri ünvana gedib qapını döysə də, açan olmamışdır. Bundan sonra öz maşınına minib yaşadığı ünvana getmişdir. Bir-iki gün sonra o, qonşuluqda yaşayan Rəsul adlı tanışına maşın aldığını, lakin həmin maşının uzun müddətdir ki, sürülmədiyini, qapılarının bağlı olduğunu bildirmişdir. Şahid5 uzun müddətdir ki, tanımış, Rəsul maşın ustası kimi fəaliyyət göstərmişdir. Buna görə də, Rəsuldan xahiş etmişdir ki, ünvan 3 ünvanına getsinlər. Rəsul da onunla razılaşmışdır. Təxminən aprel ayının dəqiq gününü xatırlamadığı vaxtda axşam havanın qaranlıq saatlarında o, Rəsulla birlikdə qeyd olunan ünvana gəlmişdir. Rəsula maşının qapılarının açılmadığını bildirdiyindən Rəsul özü ilə dəmir dəyənək götürmüşdür. Beləliklə axşam saatlarında onlar «Kia Rio» markalı, **-BJ- *** qeydiyyat nişanlı avtomobilin dayandığı ünvana gəlmişlər. Rəsula həmin maşını göstərib maşını aldığını bildirmişdir. Bundan sonra Rəsul və o, köməkləşib dəmir dəyənəklə, avtomobilin qabaq sol qapısını açmış, o, isə avtomobilin təkərlərinə hava vurmuşdur. Sonra isə öz avtomobilində olan akkumulyatorun vasitəsi ilə həmin maşını işə salmışlar. Onlar bu işləri görən zaman bir nəfər onlara yaxınlaşıb nə iş gördüklərini soruşmuşdur. O isə həmin tanımadığı şəxsə avtomobili yeni aldığını bildirmişdir. Bundan sonra həmin şəxs yoluna davam etmişdir. Qeyd etdiyi «Kia Rio» markalı avtomobil qara rəngdə olmuş, qabaq nömrə nişanı yerində olmamış, arxa nömrəsi isə yerində olmuşdur. Həmin avtomobili işə saldıqdan sonra Rəsul onu, o isə öz avtomobilimi sürərək yaşadığı ünvan 4 ünvanına gəlmişlər. Həmin oğurladığı avtomobili öz həyətinə salmışdır. Oğurluq olması barədə heç kimə məlumat verməmişdir. Rəsula təşəkkür edib onu yola salmış, heç bir məbləğdə pul verməmişdir. Bundan bir neçə gün sonra Günay adlı tanışına zəng etmişdir. O, Günayı uzun müddətdir ki, tanıyır, Günaya bildirmişdir ki, təzə maşın almış, lakin həmin maşını saxlamağa həyətdə yer yoxdur. Ona görə də avtomobili onların həyətində saxlamaq istəmişdir. Günay da onunla razılaşmış, o, həmin «Kia Rio» markalı oğurladığı avtomobili sürərək Günayın yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsinə gəlmişdir. Günaydan əvvəllər də borca pul almışdır. Avtomobili Günayın yaşadığı həyətdə saxlamış, həmin avtomobilin oğurluq olması barədə Günaya və anası Arzuya məlumat verməmişdir. Lakin avtomobilin arxa qedyiyyat nömrəsini çıxartmış, çünki düşünmüşdür ki, yolda görüb saxlayarlar. Bundan sonra Günaydan 500 manat borca pul alıb oradan getmişdir. Bundan başqa 2024-cü ilin iyul ayında saat təxminən 14 radələrində o, müştərini Yasamal rayonunda yerləşən “Yasamal Mall” ticarət mərkəzinin yaxınlığına aparmış və orada müştərini düşürdən zaman orada “Kia Rio” markalı avtomobili görmüşdür. Sonradan o, həmin avtomobili almaq istəmişdir ki, sonradan həmin avtomobili ehtiyyat hissələrinə ayıraraq satsın. O, avtomobil olduğu yerə bir neçə dəfə getmiş və avtomobilin sahibini axtarmış, lakin “Kia Rio” markalı avtomobilin sahibini tapa bilməmişdir. Həmin ərazidə yaşayan sakinlərdən avtomobilin kimə məxsus olmasını maraqlanmış, lakin avtomobilin sahibini tanıyan olmamışdır. Sonradan o, qərara gəlmişdir ki, avtomobili qaçırsın və ehtiyyat hissələrinə bölərək satsın. 2024-cü ilin iyul ayında o, 156 xidməti ilə əlaqə saxlamış və bildirmişdir ki, ona məxsus “Kia Rio” markalı avtomobili Yasamal rayonundan Xəzər rayonu, Buzovna qəsəbəsinə aparmağını sifariş etmişdir. Saat təxminən 22 radələrində Yasamal rayonunda yerləşən “Yasamal Mall”-un yanına sifariş etdiyi 156 xidmətinin evakuatoru gəlmişdir. Həmin vaxt avtomobilin qapıları açıq olmuş, bundan başqa avtomobilin mühərrək hissəsi yerində olmamışdır. Sifariş etdiyi 156 xidmətinin əməkdaşı “Kia Rio” avtomobilini evakuatora yükləmiş və həmin avtomobili ailəsinə məxsus olan ünvan 5 ünvanına yerləşən evin həyətinə aparmışdır. Avtomobili həyətə gətirdiyindən sonra 156 xidmətinin əməkdaşına 40 manat pul ödəmişdir. Sonradan təxminən 10-15 gün keçdikdə o, avtomobili hissələrə doğrayaraq satmağa qərar vermişdir. O, “Kia Rio” markalı avtomobili hissələrə doğramış və qəsəbədə avtomobillə metal alan tanımadığı şəxslərə avtomobilin gövdəsini 123 manata satmışdır.A vtomobilin qalan hissələrini qabaq qapılarını, ön qanadlıqlarını, maşının içərisində olan ehtiyyat hissələrini həmin həyətdə saxlamışdır. Avtomobilin oturacaqlarını yararsız olduğu üçün tullamışdır. Bundan başqa həyətdə o, avtomobilin ön və arxa işlək sistemlərini, sürətlər qutusunu, ön işıqlarını, arxa stop işıqlarını, benzin çənini və ön manitorunu həyətdə saxlamışdır ki, pula ehtiyac olduqda həmin ehtiyyat hissələrini satsın. Zərərçəkmiş şəxs məxsus «Kia Rio», **- BJ-*** dövlət nömrə nişanlı avtomobili 2024-cü ilin aprel ayının əvvəllərində axşam saatlarında, X2 istifadəsində olan 2008-ci il buraxılışlı, «Kia Rio», **-YC-*** dövlət nömrə nişanlı avtomobili isə 2024-cü ilin iyul ayının əvəllərində saat təxminən 22 radələrində oğurlamış, uzun müddət keçdiyindən tarixləri dəqiq xatırlamamışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə **-BJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili almışdır. Təxminən 4-5 il olar ki, həmin avtomobildən istifadə etməmiş və qeydiyyatda olduğu ünvan 6 ünvanında məhəllədə saxlamışdır. **-BJ-*** ddövlət qeydiyyat nişanlı avtomobildən istifadə üçün və ya digər məqsədlə heç kimə etibarnamə verməmişdir. Həmin avtomobil istifadə olunmayan şəraitdə, təkərləri boş vəziyyətdə artıq bir neçə il idi ki, qalmışdır. Qeyd etdiyi ünvanda o və ailə üvzləri yaşamır, anası həmin ünvanda tək yaşayır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində anasının yaşadığı ünvan 6 ünvanına gedən zaman ona məxsus qara rəngli, **-BJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilinin məhəllədə olmadığını görmüşdür. Anasından bu barədə soruşduqda anası ona maşını görmədiyini bildirmişdir. Qonşulardan bu haqda maraqlanan zaman həmin avtomobilinin təxminən 3-4 həftə olar ki, məhəllədə olmadığını öyrənmişdir. Digər qonşulardan və həmçinin yaxınlarından maraqlanan zaman **-BJ-*** dövlət qeydiyyät nişanlı avtomobil haqqında məlumatlarının olmadığını, sadəcə 3-4 həftə olar ki, məhəllədə görmədiklərini öyrənmişdir. Avtomobildən heç kimə etibarnamə verməmiş və 053143 №-li X1 Şəhadətnaməsinə əsasən onun adına qeydiyyatdadır. **-BJ-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı “Kia Rio” markalı avtomobilinin təxmini qiyməti 9.000-11.000 manat aralığındadır. Hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, «X16» MMC şirkətində müdir müavini vəzifəsində işləyir və etibarnamə əsasında səlahiyyətli nümayəndədir. xx.xx.2023-cü il tarixdə “X15” MMC şirkəti 10.200 manata “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. xx.xx.2023-cü il tarixdə “X15” MMC şirkəti X5 ilə müqavilə bağlayaraq “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.590 manata lizinq müqaviləsi ilə satmışdır. Nuruşov Süphan müqavilədə qeyd olunan ödənişləri vaxtı vaxtında etmiş, sonradan Nuruşov Süphan ödəniş etmədiyi üçün əlaqə saxlanılmış və Süphan Nuruşov avtomobilin oğurlandığını bildirmişdir. Hazırda onlara dəymiş ziyanın tam ödənildiyini, barışdıqlarını və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildə o, 18.800 manata 2008-ci il buraxılışlı “Kia Rio” markalı **- YC-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. 2023-cü ilin sentyabr ayında əldə etdiyi və ona məxsus olan avtomobili lizinqə daxil etmiş və müqavilə əsasında lizinq şirkəti ona məxsus olan avtomobilə görə 8.000 manat pul vermişdir. 2024-cü ilin yanvar ayında ona məxsus olan “Kia Rio” markalı avtomobildə mühərrik hissəsində nasazlıq yaranmış və o, avtomobili Sumqayıt şəhərində təmir etmiş, lakin təmirdən sonra mühərriki avtomobilin mühərrik hissəsinə yerləşdirməmişdir. Həmin mühərriki o, avtomobilin arxa saxlanc yerinə yerləşdirmişdir ki, avtomobilin rənglənmə işləri yekunlaşandan sonra mühərriki öz yerinə yerləşdirsin. Həmin vaxt avtomobilini Sumqayıt şəhərində yerləşən avtoservisdə saxlamaq istəmiş, lakin orada fəaliyyət göstərən usta ona bildirmişdir ki, həmin avtomobili təmir edə bilmiyəcəkdir. O, qərara gəlmişdir ki, avtomobili tanışı olan və avtomobil rəngsazı kimi fəaliyyət göstərən Mahirin yanına aparsın. 2024-cü ilin aprel ayının axırları özünə məxsus olan “Kia Rio” markalı avtomobilini Yasamal rayonunda yerləşən avtoservislərin birinə gətirmişdir. Həmin vaxt tanışı Mahir ona bildirmişdir ki, avtomobili saz vəziyyətə gətirəndən sonra satarlar. O, Mahirlə razılaşmış və özünə məxsus olan “Kia Rio” markalı avtomobili Mehman adlı mühərrik ustasının yanında saxlamışdır. Üstündən təxminən bir ay keçdikdə Mahir ona xəbər vermədən ona məxsus olan avtomobili özü işlədiyi avtoservisə aparmışdır. Sonradan Mahir əlaqə saxlayaraq bildirmişdir ki, ona məxsus olan avtomobili işlədiyi və yaşadığı ünvana aparmışdır. Bundan başqa ona bildirmişdir ki, o, avtoservisin yanında yaşayır və avtomobilə nəzarət edəcəkdir. O, Mahirlə razılaşmış və ona məxsus olan avtomobil 3 ay Mahirdə qalmışdır. Həmin ərəfədə o, Respublika hüdudlarından kənarda olduğu üçün avtomobili götürə bilməmiş və işin nə yerdə qaldığı ilə maraqlanmamışdır. Sonradan Mahir onunla əlaqə saxlamış və bildirmişdir ki, başqa servisə işləməyə gedir və gəlib avtomobilini götürsün. xx.xx.2024-cü il tarixdə dostu ilə əlaqə saxlayıb xahiş etmişdir ki, avtomobili servisdən götürərək yaşadığı ünvana aparsın, lakin avtomobilə aid olan sənədlər olmadığından avtomobili evakuator vasitəsi ilə dostu apara bilməmiş, avtomobil Mahirin əvvəllər işlədiyi servisdə qalmışdır. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikasına qayıtmış, xx.xx.2024-cü il tarixdə avtomobili götürüb aparmaq üçün Mahirin əvvəllər işlədiyi servisə getmişdir. Ora gələn zaman aşkar etmişdir ki, ona məxsus olan “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Adil adlı şəxsi uzun müddətdir ki, tanımış, həmin şəxslə münasibəti velosiped mağazasından yaranmışdır. Belə ki, Adil velosiped mağazasına gəldiyindən orada tanış olmuş, bu səbəblə Adillə aralarında münasibət yaranmışdır. Adil arabir yaşadığı ünvana da gəlmişdir. 2024-cü ilin aprel ayının sonlarında Adil onunla danışdıqdan sonra yaşadığı ünvana Kia markalı avtomobil gətirmiş, ona telefonla zəng edərək bildirmişdir ki, özünə təzə maşın aldığını, həmin maşını saxlamağa həyətlərində yer olmadığı üçün yaşadığı ünvanın həyətində saxlamaq istədiyini bildirmişdir. Bir qədər sonra isə Adil “Kia Rio” markalı avtomobili onların yaşadığı həyətə gətirmişdir. O və anası Adildən avtomobil barədə soruşduqda, Adil avtomobilin özünə məxsus olduğunu və bir müddət sonra gəlib götürəcəyini bildirmişdir. Adil bundan sonra ondan 500 manat borca pul almışdır. Bundan sonra o və anası razılaşaraq avtomobilin həyətdə saxlanılmağına icazə vermişlər. Həmin vaxtdan sonra Adil arabir avtomobilə baxmaq üçün gəlmişdir. O və anası həmin avtomobilin oğurluq olduğunu bilməmiş, polis əməkdaşları yaşadığı ünvana baxış keçirilməsi və həmin avtomobilin götürülməsi ilə bağlı gələn zaman onların avtomobilin oğurluq olmasından məlumatı olmuşdur, yəni polis əməkdaşları bunu bildirmişdirlər. Həmin vaxt ərizə ilə müraciət edərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və könüllü şəkildə avtomobili polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahidlər Şahid5 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələrini elan etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən avtomobil ustası kimi fəaliyyət göstərir. Əsasən avtomobilin matorunu təmir edir. Təqsirləndirilən şəxs 2012-ci ildən etibarən tanımış, belə ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşadığından aralarında münasibət yaranmışdır. Adil taksi faəliyyəti ilə məşğul olmuşdur. O, əvvəllər yaşadığı ünvanda avtomobillərin təmiri ilə məşğul olmuşdur. Son 4-5 aydır ki, Bakı şəhərində işləri zəif olduğundan işləmək üçün Göyçay şəhərinə getmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində dəqiq günü xatırlamadığı vaxtda Adil onun işlədiyi sexə gələrək özünə təzə maşın aldığını, həmin maşının yatmış maşın yəni, sürülməyən maşın olduğunu, qapılarının açılmadığını, o maşını gedib gətirmək üçün ona kömək etməli olduğunu bildirmişdir. O da Adildən həmin avtomobili neçəyə aldığını soruşduqda Adil ona 4 minə aldığını bildirmişdir. Həmin gün saat təxminən 18 radələrində onlar Adillə birlikdə Adilə məxsus olan «Kia Rio» markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanına gəlmişlər. Adil ona qara rəngli **-BJ-*** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobili göstərib həmin maşını aldığını bildirmişdir. Həmin avtomobilin təkərlərinin havası olmadığından maşın oturmuş halda olmuşdur. Adil maşının təkərlərinə hava vurmağa başlamış, o da evdən gətirdiyi dəmir dəyənəklə avtomobilin qabaq sol qapıdan içəri salaraq maşının qapılarını açmışdır. Adil ona əvvəlcədən bildirmişdir ki, qapılar açılmır. Ona görə də o, evdən özü ilə dəmir dəyənək gətirmişdir. Qapıları açdıqdan sonra Adilin özünə məxsus olan avtomobildən akummulyatoru çıxararaq həmin avtomobilə qoymuşlar. Onlar bu işləri görən zaman bir nəfər qonşuluqda yaşayan şəxs onlara yaxınlaşaraq nə etdiklərini soruşmuşdur. Adil həmin şəxsə avtomobili təzə aldığını bildirmiş, həmin şəxs də xeyirli olsun deyib uzaqlaşmışdır. Bundan sonra avtomobilin mühərrikini işə salmış, o, həmin qara rəngli «Kia Rio» markah **-BJ-*** qeydiyyat nişanlı avtomobili, Adil isə öz avtomobilini sürərək Adilin yaşadığı ünvana gəlmişlər. O,idarə etdiyi avtomobilin qabaq nömrəsi olmamış, yalnız arxa hissəsində nömrəsi olmuşdur. Həmin avtomobili Adilin həyətinə saldıqdan sonra o, yaşadığı ünvana getmişdir. Adil ona çox sağol deyib onu yola salmışdır. Bundan sonra Adildən həmin avtomobil haqqında maraqlanmamış, 2024-cü ilin may ayından isə işləri ilə bağlı Göyçay rayonuna getmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının axırları tanışı Şahid1 özünə məxsus olan “Kia Rio” markalı avtomobilini Yasamal rayonunda yerləşən avtoservisə gətirmişdir. O, Sübhana demişdir ki, avtomobili saz vəziyyətə gətirəndən sonra satarlar. Sübhan razılaşmış və “Kia Rio” markalı avtomobili Mehman adlı mühərrik ustasının yanında saxlamışdır. Üstündən təxminən bir ay keçdikdə Sübhana demədən avtomobili özü işlədiyi avtoservisə aparmış, sonradan Sübhana bu barədə demişdir. Sonradan Sübhanla əlaqə saxlayıb bildirmişdir ki, başqa servisə işləməyə gedir, gəlib avtomobilini götürsün. xx.xx.2024-cü il tarixdə Sübhan avtomobili götürüb aparmaq üçün əvvəllər işlədiyi servisə getmiş, lakin özünə məxsus olan “Kia Rio” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanmasını aşkar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, hadisə yeri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Xəmirçi restoranının yaxınlığında yerləşir, ətrafda avtomobillərin saxlaması üçün qarajlar, avtomobillərin hərəkəti üçün avtomobil yolu var. Sol tərəfdə hündür yaşıl ağaclar var, sağ tərəfdə iki daş hündürlüyündə çəpər çəkilib. Arxa tərəfdə 5 mərtəbəli yaşayış binası mövcuddur. Hadisə yerinə baxış keçirilən zaman foto çəkilmiş və materiala əlavə edilmişdir (i.v. 8-11); 02 noyabr 2024-cü il tarixli aktdan görünür ki, “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil ehtiyyat hissələrinə bölünmüş vəziyyətdə götürülmüşdür (i.v. 19-21); “Zərər çəkmiş hüquqi şəxs qismində tanınma haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs – “X16” MMC ********* №-li cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v. 87); “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin cinayət prosesinin iştirakçısı qismində tanınması haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə “X15” MMC-nin səlahiyyətli nümayəndəsi olduğu üçün ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi cinayət prosesinin iştirakçısı qismində tanınmışdır (i.v. 88); “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, hadisə Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 ünvanda baş vermişdir, hadisə yerinin sağ və sol tərəflərində avtomobillər, həmçinin tikili və bina vardır. Hadisə yerinə baxış keçirilərkən fotoşəkilləri şəkilmiş və protokola əlavə edilmişdir (i.v. 115-117); “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 139); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyul 2024-cü il tarixli, 9/4923 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 2007-ci il buraxılışlı, “Kia Rio” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı Koreya istehsalı, qara rəngli, mühərrikin nömrəsi, G4ED7H468883, həcmi 1599 kub/sm olan, ban nömrəsi KNADE**********52 olan 150.000 km yürüşlü 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 11000,00 manat müəyyən olunur (i.v. 172-175); “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut əhəmiyyətinə malik olan “Kia Rio” markalı, KNAPE **********52 VİN kodlu qara rəngli avtomobil Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, nömrəsiz evdən polis əməkdaşı X4, X7, ev sahibi Şahid3 iştirakı ilə sonuncu tərəfindən könüllü təqdim edildiyindən götürülmüşdür (i.v. 180); “Baxış keçirilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Kia Rio” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil solğun qara rəngdədir, avtomobil işlək vəziyyətdə deyil, avtomobilin qabaq sol qabaq qanadı əzilmiş vəziyyətdədir, avtomobilin təkərləri havasız vəziyyətdədir, avtomobilin üst kapot və dam hissələrinin rəngi solğundur, avtomobilin qapıları çətinliklə açılır, avtomobilin qabaq bufer hissəsinin sol hissəsi əzilmiş vəziyyətdədir, avtomobilin başqa hər hansısa bir hissəsi zədələnməmişdir. Baxış zamanı yuxarıda göstərilənlərdən qeyri avtomobilin hər hansı hissəsində əzilmə, vurulma izi müşahidə olunmadı. Avtomobilin salonuna baxış keçirilən zaman salonda hər hansı qırılma və sındırma izləri aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet götürülmədi, lakin ümumilikdə “Kia Rio” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən saxlanması üçün duracağa təhvil verilmiş, baxış zamanı iphone markalı mobil telefonla fotoşəkillər çəkilmişdir (i.v. 181-184); “maddi sübut kimi tanıma haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqdim edilmiş 01 ədəd “Kia Rio” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı, Koreya istehsalı, qara rəngli avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 218); 10 noyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış 2007-ci il buraxılışlı, “Kia Rio” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı, Koreya istehsalı, qara rəngli, mühərrikin nömrəsi G4ED7H468883, həcmi 1599 kub/sm olan, ban nömrəsi KNADE**********52 olan 150.000 km yürüşlü avtomobil qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 220); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 9/9308 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2008-ci il buraxılışlı **-YC-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin normal vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 10200,00 manat müəyyən olunur (i.v. 235-237); “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona qeyd olunan maddələr ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə Şahid4, Şahid3, Şahid2 və Şahid5 barələrində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibi başlanmasının rədd olunması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri işin digər halları ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, baxış keçirilməsi protokolu, maddi sübutun götürülməsi protokollarının sübut növü kimi qiymətləndirilməsi, iş üzrə 2008-ci il buraxılışlı «Kia Rio» markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə bölünmüş vəziyyətdə maddi sübut kimi tanınması və saxlanmasından ötrü zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması, iş üzrə 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanl avtomobilin qiyməti dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4923/2024 saylı rəyinə əsasən 11.000 manat kimi qəbul olunması, iş üzrə 2008ci il buraxılışlı “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9308/2024 saylı rəyinə əsasən 10200 manat kimi qəbul olunması, iş üzrə Şahid1 xx.xx.2023-cü il tarixli 043 nömrəli lizinq müqaviləsinə əsasən 2008-ci il buraxılışlı «Kia Rio» markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi olduğundan və ona hər hansı bir məbləğdə maddi zərər dəymədiyindən zərərçəkmiş şəxs qismində tanınmamasının nəzərə alınması qərara alınmışdır (i.v. 248-255); “X17” MMC-nin direktoru X6 tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 075/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(004)-180/2025 nömrəli cinayət işi ilə bağlı “X17” MMC-yə dəymiş 8000 (səkkiz min) manat ziyan tam ödənilmişdir. “X17” MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 18-cu bəndinə əsasən Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 27-cu bəndinə əsasən Özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); “Cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 15); “Şübhəli şəxsin tutulması haqqında” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə, saat 20:30-da tutulmuşdur ( i.v. 39); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v. 50); “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52); Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 4(004)- 1001/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni 02 fevral 2025-ci il tarixədək həbs qismində qətimkan tədbiri seçilmişdir (i.v. 72-74); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 75); “Cinayət işini icraata qəbul edilməsi, birləşdirilməsi və əməlin tövsif edilməsi barədə” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqın davam etdirilməsi və iş üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır (i.v. 100-101); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 105); “Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material istintaq aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 129-130); “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddələrinə tövsif edilməklə istintaq davam etdirilmişdir (i.v. 167); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır (i.v. 169); “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (i.v. 176); “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 204); “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 105); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v. 222); “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 223); “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir (i.v. 224-225); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur (i.v. 257-258); Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(004)- 95/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, hazırki iş üzrə həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 ay 28 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - “Kia Rio” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-180/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-180/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver