Məhkəmə qərarları › İş №1(004)-181/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-181/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-181/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan cinayət əməlini törətmiş və qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:04 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Şahid1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan ”Nissan X-Trail” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini idarə etmək hüququ və həmçinin idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə olmadan ünvan 2 ünvanında avtobus dayanacağının qarşısından keçən yolda saatda 10-20 km sürətlə geriyə doğru hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13cü hissəsinin tələblərini pozaraq, yəni sürücü nəqliyyat vasitəsini geriyə hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçısına maneə yaratmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməli olduğu halda bu tələblərə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyərək həmin qaydaları pozmaqla Bakı şəhəri, Yasamal rayonu, Şəmsi Bədəlbəyli küçəsində yolu soldan sağa doğru keçən piyadalar 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Canqir qızını avtomobilin arxa hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol saidin və sol budun hematomaları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən zərər və Zərərçəkmiş şəxs2 isə ehtiyatsızlıqdan açıq kəllə beyin travması, sağ gicgah nahiyəsinin pnevmosefaliyası (kəllə daxilinə havanın toplanması), sağ alın-gicgah-təpə nahiyəsinin səhifavari subdural hematoması, sağda ənsə sümüyünün lambdayabənzər tikişə keçən və gicgaha doğru uzanan qəlpəli sınığı, lambdayabənzər tikişin aralanması və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən zərər vurduqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olsa da həbs olunana kimi Bakı şəhərində işlədiyi avtoyuma sexində yaşamış və buna səbəb Bakı şəhərində onun daimi yaşamaq üçün evinin olmaması olmuşdur. 9 ilə yaxın o, Astara rayonunda avtoyuma sexində işləmişdir. Həbs olunan günə qədər 10 gün olardı ki, ünvan 3 ünvanında yerləşən avtoyuma sexini 600 manata icarəyə götürüb işlətmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, buna baxmayaraq avtomobil sürə bilir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində adı həmin gün ona məlum olan Şahid1 «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilini sexin qabağında saxlayıb avtomobilini yumağı ona dedikdə o, sonuncuya bildirmişdir ki, 2-3 avtomobildən sonra onun avtomobilini yuyub təmizləyəcək. Şahid1 ondan avtomobili hansı dayanacaqda saxlaya biləcəyini soruşduqda o, sonuncuya aşağıda və yuxarı tərəfdə dayanacaqların olduğunu, hansında istəyirsə saxlamağı və sonra açarı gətirib ona verməsni demişdir. Şahid1 isə ona birlikdə gedib avtomobili dayanacaqda saxlayıb gəlməyi və açarı da ona verəcəyini bildirmişdir. O, əlində olan avtomobilin işini yarımçıq saxlayıb Şahid1 avtomobilinə oturmuş və həmin avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Şahid1 öz avtomobilini binaların arasında, onun iş yerindən 60-70 metr aralı məsafədə saxlamış və sonra onlar birlikdə onun işlədiyi avtoyuma sexinə gəlmişlər. Şahid1 avtomobilinin açarını ona verib demişdir ki, həmin günü axşam saat 20:00 radələrində gəlib avtomobili sexdən götürəcək. Avtomobilin açarını Şahid1 təhvil alandan sonra o, işini davam etdirib 5-6 avtomobil yuduqdan sonra saat 17:00 radələrində gedib dayanacaqdan Şahid1 məxsus “Nissan X-Trail” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edib Şəmsi Bədəlbəyli küçəsinə gətirmişdir. X5 küçəsində yerləşən avtoyuma sexinə sürmək fikrində olmuş, lakin Şəmsi Bədəlbəyli küçəsi bir tərəfli olduğuna görə o, avtomobili 10-20 km sürətlə idarə edib arxaya verməyə başlamışdır. Avtomobili təxminən 20 metr arxaya verdikdə “tappıltı” səsi eşidib avtomobili saxlamış və o, avtomobildən yerə düşüb avtomobilin arxa tərəfinə baxanda görmüşdür ki, avtomobilin arxa tərəfi iki qadına dəyibdir. Qadınlardan biri asfalt üzərinə yıxılmış, digər qadın isə yerə yıxılan qadına içməyə su vermişdir. O, hər iki qadına demişdir ki, avtomobili aparıb dayanacaqda saxlayıb geri qayıdıb gəlir və onların hər ikisini də xəstəxanaya aparacaq. Həmçinin o, 103 xidmətinə zəng etmək istədikdə mobil telefonu üzərində olmadığını bilmişdir. Buna görə yaxınlıqda dayanmış tanımadığı 30-35 yaşlarında olan taksi sürücüsünə təcili tibbi yardıma zəng etməsini xahiş etmişdir. Hadisədən bərk həyacanlandığı üçün demək olar ki, nə etdiyini bilməmişdir. Bundan sonra o, avtomobili sürüb avtoyuma sexinə gətirib orada saxlamış və daha sonra isə qadınları vurduğu yerə qayıtmışdır. Qadınları vurduğu yerə gələndə qadınların həmin yerdə olmadığını görmüşdür. O, işlədiyi sexə gedib «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili yuyub qurulamışdır. Həmin ərazidə taksilik fəaliyyəti ilə məşğul olan iki nəfər adlarını bilmədiyi kişi sexə gəlib ona avtomobillə vurduğu arvadları X8 apardıqlarını və xəstəxanaya gedib onların vəziyyəti ilə maraqlanmağı bildirdikə həmin kişilərə qorxduğunu və gedə bilməyəcəyini demişdir. Sonra fikirləşmişdir ki, insanlıq naminə xəstəxanaya gedib həmin qadınların vəziyyəti ilə maraqlanmaq lazımdır və taksiyə minib xəstəxanaya getmiş, lakin o, xəstənin yaxınlarından qorxub oradan uzaqlaşmış və iş yerinə qayıtmışdır. Sonra avtomobilin sahibi Şahid1 onun iş yeri olan sexə gəlmiş və o, baş vermiş hadisəni sonuncuya demişdir. Əvvəl Şahid1 onun sözlərinə inanmamışdır. Avtomobilin arxa hissəsini Şahid1 göstərib avtomobilin bu hissəsi ilə qadınları vurduğunu demişdir. Avtomobilin arxa hissəsinə heç bir zədə dəyməmişdir. Avtomobilin sahibi Şahid1 ondan vurduğu qadının vəziyyətinin necə olmasını və qadını hara apardıqlarını soruşduqda Mamukaya qadınları xəstəxanaya aparıdıqlarını demişdir. Şahid1 nə üçün vaxtında zəng edib hadisə barədə xəbər vermədiyini demişdir. Şahid1 telefon nömrəsi avtomobildə olmuşdur. O, Şahid1 bu sözlərindən sonra ona səhf etdiyini demişdir. Şahid1 sonra onun yanından DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən bir saat sonra polis əməkdaşları gəlmişdir və o, hadisənin necə baş verməsini polislərə danışmış, hadisə yerini də onlara göstərmişdir. Sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Avtomobili o, həmin günü ayıq vəziyyətdə idarə etmişdir. Buna baxmayaraq onu narkoloji dispanserə tibbi müayinəyə aparmışlar və onun ayıq olduğu bir daha müayinə zamanı təsdiq edilmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə etibarnaməsi də olmamışdır. Ancaq buna baxmayaraq avtomobil idarə edə bilir və buna görə də avtomobili sahibi dayancaqdan avtomobili avtoyuma məntəqəsinə gətirməyə ona özü icazə vermişdir. Şahid1 onun sürücülük vəsiqəsinin olub-olmadığından xəbəri olmamışdır və heç sonuncu ondan bu barədə soruşmamışdır. Zərərçəkənlərə avtomobili dayanacağa qoyub hadisə yerinə geri dönəcəyini desə də o, hadisə yerinə qayıtdıqda onların orada olmadığını görmüşdür. İlkin İfadəsində qorxduğu üçün onların arxasınca xəstəxanaya getmədiyini bildirmişdir. O, xəstəxanaya getmişdir, lakin bunu təsdiq edən sübutu yoxdur. Xəstələrin yaxınlarından qorxub oradan uzaqlaşmışdır. Özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, avtoyuyucu fəaliyyəti ilə məşğul olmaqla ailənin yeganə qazanc gətirən şəxs olmasını, atasının müharibə veteranı, anasının isə ağır formada şəkərli diabet xəstəsi olmasını, zərərçəkmiş şəxslərlə aralarında barışıq olmasını, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, CD disklərdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, ünvan 4 mənzil 39 ünvanında əri Ağamehti və qızı Rəhilə ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 Canqir qızı onun dayısı qızıdır. Səidə ailəsı ilə birlikdə Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Zərərçəkmiş şəxs2 Bakı şəhərində mənzili var və o, hərdən Bakı şəhərində gələndə öz evində yaşayır. Zərərçəkmiş şəxs2 əri Zaurla 2020-ci ilin yanvar ayının son on günlüyündə Bakı şəhərinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Zərərçəkmiş şəxs2 ilə zəngləşib görüşmüş və sonuncunun evinə gedib çay içmiş və təxminən saat 16:00 radələrində Bakı şəhərində gəzmək üçün hər ikisi evdən çıxıb gəzə-gəzə gəlib “28 May” metrosuna çıxmışlar. Həmin yerdə “Mərkəzi Univermağa” hansı marşurut avtobusun getdiyini soruşduqda 14 nömrəli avtobusun univermağa getdiyini onlara demişlər. Həmin avtobusa minib “Qış” parkının qarşısında avtobusdan düşüb yeraltı keçid ilə parka getmişlər və baxanda düz keçmədiklərini görüb univermağa getmək üçün “Qış” parkının digər kənarına gəlmişlər və yolun boş olduğunu görüb yolu keçmək istədikdə Zərərçəkmiş şəxs2 onun sağ qoluna sol qolunu keçirmiş, daha sonra onlar bilrikdə adi yeriş addımları ilə avtomobil yolunun digər kənarına keçməyə başlamışlar. Onlar yolu keçən zaman avtomobillərin gəlib gəlmədiyini bilmək üçün sağ tərəfə baxmışlar. Bu zaman “tappıltı” səsi gəlmiş, onunla birlikdə Zərərçəkmiş şəxs2 da yerə yıxılmışdır. O, baxanda görmüşdür ki, onların sol tərəfindən arxa-arxaya hərəkət edən qara rəngli “Nissan X-Trail” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil arxası ilə onları vurmuş və avtomobil tam onların yanında dayanmışdır. Həmin avtomobil sonra bir neçə metr qabağa tərəf gedib dayanmışdır. O, özünü toplayıb dərhal ayağa qalxmış, Zərərçəkmiş şəxs2 isə yerdə qalıb inildəmişdir. O, Zərərçəkmiş şəxs2 yerdən qaldırmaq istəsə də qaldıra bilməmiş, sonuncu ona halının pis olduğunu demişdir. O, görmüşdür ki, onları vuran avtomobilin sürücüsü avtomobildən düşüb onlara baxır. Əvvəl o, sürücüyə əl edərək gəlib kömək etməsini desə də sürücünün gəlmədiyini görüb bu dəfə yenə sürücüyə qışqıraraq əli ilə işarə edib onu onlara kömək etməyə çağırmışdır. Oğlan isə onlara yaxın gəlməyib avtomobilinə oturub avtobili sürüb getmişdir. O, Zərərçəkmiş şəxs2 vəziyyətinin getdikcə pisləşdiyini görmüşdür. Bir neçə nəfər tanımadığı oğlan onların yanına gəlmiş, sürücüyə “ay vicdansız, vurmusan niyə qaçırsan, gəl kömək elə” deyib Zərərçəkmiş şəxs2 3 nəfər oğlan yerdən qaldırıb səkiyə apararaq səkiyə uzatmışlar və daha sonra təcili tibbi yardıma zəng edib çağırmışlar. Az bir vaxtdan sonra oraya təcili yardım maşını gəlmiş və həmin oğlanlar həkimlərin göstərişi ilə Zərərçəkmiş şəxs2 təcili yardıma mindirmişlər. Təcili yardımda Zərərçəkmiş şəxs2 və ona tibbi yardım göstərilməklə iynə vurmuşlar. Zərərçəkmiş şəxs2 maşında olan zaman qusmuşdur. Təcili yardım avtomobili onları X9 gətirmişdir. Zərərçəkmiş şəxs2 vəziyyəti ağır olduğuna görə onu reanimasiya şöbəsinə götürmşülər. Onun özünə isə ilk tibbi yardım göstərildikdən sonra sol qolunun, dirsəyinin, sol ayağının əzildiyini demişlər, Zərərçəkmiş şəxs2 isə 2 gün huşsuz qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 Canqir qızının ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində anadan olmuşdur. O, X2 ilə 1975-ci ildə ailə qurmuş və həmin ildən də X1 şəhərində yaşayırlar. Özü latın qrafikalı Azərbaycan dili əlifbası ilə sərbəst yazmağı və oxumağı bacarır. Onun uşaqları da Moskva şəhərində yaşayırlar. O, hər il əri və uşaqları ilə Bakı şəhərinə gəlib qohumlarına baş çəkir. Bakı şəhərində olan zaman onlar ünvan 5 ünvanında qalırlar və daha sonra Moskva şəhərinə qayıdırılar. O, xx xxxxxx 2019-cu il tarixdə qatarla Bakı şəhərinə gəlmişdir. Moskva şəhərinə qayıtmaq üçün isə xx xxxxxx 2020-ci il tarixə bilet də almışdır. Zərərçəkmiş şəxs1 onun bibisi qızıdır. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun evinə qonaq gəlmiş və onlar birlikdə şəhərə gedib mağazalara baxmaq qərarına gəlmişlər. Təxminən saat 16:00 radələrində onlar şəhərə gəzməyə çıxmışlar. Onlar “28 May” küçəsinə gəlmişlər, “Mərkəzi Univermağa” hansı marşrut avtobusun getdiyini soruşduqda 14 nömrəli avtobusun univermağa getdiyini onlara demişlər. Onlar həmin avtobusa minib “Qış” parkının qarşısında avtobusdan düşüb yeraltı keçid ilə parka getmişlər və baxanda düz keçmədiklərini görüb univermağa getmək üçün “Qış” parkının digər kənarına gəlmişlər. Yolun boş olduğunu görüb yolu keçmək istədikdə o, Zərərçəkmiş şəxs1 ilə qolqola girib bilrikdə adi yeriş addımları ilə avtomobil yolunun digər kənarına keçməyə başlamışlar. Həmin yol bir tərəfli idi. Onlar yolu keçən zaman avtomobillərin gəlibgəlmədiyini bilmək üçün sağ tərəfə baxmışlar. Avtomobilin yolun digər kənan çatmağa az qalmış onlara zərbə ilə nəsə dəydiyini hiss etmişdir. Sonra o, huşunu itirmiş və ona nəyin dəydiyini xatırlamır və yalnız təcili yardım maşınında qusduğunu xatırlayır. Bir gündən sonra huşu gəldikdə xəstəxanada olduğunu görmüşdür. Sonra Zərərçəkmiş şəxs1 dedikdən sonra bildmişdir ki, onları həmin yolda sol tərəfdən arxa-arxaya hərəkət edən qara rəngli “Nissan X-Trail” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil arxası ilə vurub. Sürücü onlara yardım göstərmədən avomobili sürüb çıxıb getmişdir. Hadisə yerinə toplaşan adamlar hadisə yerinə təcili yardım maşını çağırıb onları xəstəxanaya yola salmışlar. Hadisə zamanı o, başından ciddi xəsarət almışdır. Sürücüdən onun şikayəti və tələbi də yoxdur və sürücü müalicə olması üçün heç bir köməklik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş və valideyinləri azərbaycanlıdır. O, Bakı şəhərində 145 saylı orta məktəbi azərbaycan dilində, sonra isə İqtisadiyyat Universitetini 2000-ci ildə və Bakı şəhərində magistaturanı bitirmişdir. Azərbaycan dilində latın əlifbası ilə sərbəst yazıb oxuyur. Onun müvəqqəti qeydiyyata düşdüyü Bakı şəhəri Nizami rayonunda yerləşən mənzil onun özünə məxsusdur. Onun valideyinləri rəhmətə gedib, bacısı və qohumları Bakı şəhərində yaşayırlar. O, hazırda Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Fisincan” restoranında təcrübə keçir. Onun «Nissan-X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili var və avtomobili özü idarə edir. xx xxxxxx 2020-ci il tarixdə o, avtomobili ilə Təbriz Xəliloğlu küçəsindən keçərkən avtoyuma sexini görüb avtomobilini yudurtmaq üçün sexdə işləyən iki oğlandan onun avtomobilini də yuyub təmizləyə bilib bilmədiklərini soruşduqda oğlan 3- 4 avtomobilin olduğunu və bir neçə saatdan sonra onun avtomobilini yuyub təmizləyə biləcəyini, aparıb dayanacaqda saxlamağı və gətirib açarı ona verməsini demişdir. Oğlana aparıb harada saxlayacağını və birdən yerini bilməyəcəyini bildirib oğlana onunla bir yerdə gedib avtomobili harada saxlayacağını görməsini və açarı da açarı da verəcəyini, sonra sürüb avtoyuma sexinə yumağa gətirməsini demişdir. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs gəlib onun avtomobilində oturmuş və dayanacağın olduğu yeri ona göstərmişdir. O, avtomobili idarə edib dayanacaqda boş sahədə saxlamışdır. O, əraziyə nəzarət edən işçiyə avtomobili təhvil verib Təqsirləndirilən şəxs ilə birlikdə onun işlədiyi avtoyuma sexinə gəlmiş, sonra Təqsirləndirilən şəxs avtomobilinin açarını vermiş və sonuncunun telefon nömrəsini telefonuna yazıb öz telefon nömrəsini kağız parçasına yazılı vəziyyətdə şitin üstünə qoyub öz iş yerinə getmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng etmiş və onun telefona cavab vermədiyini görüb saat 19:00 radələrində piyada avtoyuma sexinə getmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs onun avtomobilini başqa bir oğlanla qurulayır. Təqsirləndirilən şəxs onu otağa dəvət etmiş və ona onun avtomobilini arxaya verəndə yolu keçən piyada qadını vurduğunu demişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanmayaraq elə başa düşmüşdür ki, sonuncu onunla zarafat edir. Təqsirləndirilən şəxs ona avtomobilin arxa hissəsini göstərmiş, onun özü avtomobilin arxasına baxdıqda heç bir əziyin olmadığını görmüş və ona görə də o, Təqsirləndirilən şəxs sözlərinə inanmamışdır. Təqsirləndirilən şəxs onu yaxınlıqda, qarşı tərəfdə yerləşən kafeyə aparmış, orada olan oğlan ona hadisənin necə baş verdiyini, Təqsirləndirilən şəxs onun avtomobilinin xəbərdar işıqlarını yandırıb arxaya verərkən iki qadın yolu qaçaraq keçməyə başladığını və həmin vaxt keçən “Mercedes- Benz” markalı avtomobildən qadınların qaçıb onun avtomobilinin arxa hissəsinə çıxdıqlarını və bu vaxt onların avtomobilin arxa hissəsinə dəyib asfalt üzərinə yıxıldıqlarını gördüyünü ona danışmışdır. Həmin oğlan həmin yerə gələn təcili yardım avtomobilinin gəlib yaralını KTM-nə apardığını da ona demişdir. Bu zaman o, inanmışdır ki, onun avtomobili ilə Təqsirləndirilən şəxs piyada qadını vurub xəsarət yetirib. Bundan sonra o, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra ona Bakı şhəəri Yasamal RPİ-nin təhqiqatçısı Elnur müəllim zəng edib ondan harada olduğunu soruşduqda o, olduğu ünvanı demiş və polis zabiti Elnur müəllim gəlib hadisə yerinə baxış keçirib onun avtomobilini və Təqsirləndirilən şəxs aparmışdır. Onun özü də Bakı şəhəri Yasamal RPİ-nə gəlmişdir. O, avtomobilinin açarını Təqsirləndirilən şəxs özünün verdiyini və dayanacaqdan avtomobili idarə edib avtoyuma sexinə Təqsirləndirilən şəxs gətirməsini və yuyub təmizlədikdən sonra kənarda saxlayıb ona zəng etməsini demişdir. Onun avtomobilinə heç bir zərər dəyməmişdir. Baş vermiş hadisə ilə bağlı onun heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində xidmətdə olan zaman Bakı şəhəri Yasamal RPİnin növbətçi hissəsinə ünvan 2 ünvanda iki nəfər qadın piyadanın vurulması barədə məlumat alıb piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvana getmişdir. Hadisə yerinə gəldikdə həm nəqliyyat vasitəsi və həm də zərərçəkənlər olmadığından hadisə yerinin koordinatlarını müəyyən edə bilməmiş və bundan sonra hadisə yerindən bir başa KTM-ə getmiş və xəstəxanada müəyyən olunmuşdur ki, ”Nissan X-Trail” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 Canqir qızını və Zərərçəkmiş şəxs1 avtomobilin arxa hissəsi ilə vurduqdan sonra onlara köməklik etmədən hadisə yerindən qaçmışdır və zərərçəkən piyadaları KTM-ə təcili tibbi yardıma məxsus avtomobillə gətirmişlər. Piyada L.M.Məmmədovaya ilk tibbi yardım göstərildikdən sonra o, evə buraxılmış, Zərərçəkmiş şəxs2 isə KTM-in Cərrahi Reanimasiya Şöbəsində olduğundan və onun vəziyyətinin ağırlığı ilə əlaqədar olnu dindirmək mümkün olmamışdır. Xəstəxanada yalnız xəstənin qohumaları və yaxınları olmuşdur, onlar sürücü barədə məlumtlarının olmadıqlarını, sürücünün xəstəxanaya gəlmədiyini, sürücünü tanımadıqlarını, ancaq qadınları vuran avtomoblin dövlət nömrə nişanını bildikdlərini ona demişlər. Buna görə KTM-də həmin tarixdə saat 20:30 radələrində ona arayış təqdim edilmişdir. Bundan başqa həmin günü, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Yasamal RPİ-nin növbətçi hissəsinə DİN-nin 102 zəng mərkəzindən məlumat daxil olmuşdur ki, bir nəfər özünü Şahid1 kimi təqdim edən şəxs ***-***-**-** mobil nömrəsindən zəng edərək ona məxsus “Nissan X- Trail” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili bir nəfərin yumağa aparan zaman yolda qadını maşınla vurduğunu bldirmişdir. Növbətçi hissədən ***-***-**-** mobil nömrəsini əldə etdikdən sonra o, həmin nömrəyə istifadəsində olan mobil telefon nömrəsindən zəng etmiş və ona özünü Şahid1 kimi təqdim edən şəxsdən harada olduğunu soruşduqda sonuncu ona Təbriz Xəlilbəyli küçəsində olduğunu dedikdən sonra o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili Etibar Rəsulovla həmin ünvanda yerləşən avtoyuma məntəqəsinə getmişdir. Şahid1 ona hər şeyi olduğu kimi danışmış və Təqsirləndirilən şəxs ona göstərib özünə məxsus “Nissan X-Trail” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili yumaq üçün Təqsirləndirilən şəxs açarları ilə birlikdə təhvil verdiyini, maşını yumaq üçün avtoyuma məntəqəsinə dayanacaqdan gətirmək üçün sürməyə icazə verdiyini və sonuncunun da maşını sürən zaman qadınları vurduğunu və sonra hadisə yerində qadınlara kömək etmədiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs nəyə görə zərərçəkənlərə kömək etmədiyini və hadisə yerindən maşını sürüb getdiyini soruşduqda sonuncu ona qorxduğu üçün hadisə yerindən getdiyini bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gəlmişlər, hadisə yeri müəyyən edildikdən sonra həmin günü saat 21:18 radələrində hadisə yerində baxış aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə nəqliyyat vasitəsinə baxış aparılmış və daha sonra Təqsirləndirilən şəxs tibbi müayinəyə göndərilmişdir. Xəsarət alan qadınlardan birinin vəziyyəti ağır olduğu üçün araşdırmanın aparılması Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə həvalə edilmişdir. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 88-100-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 215-216-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 2/1615 saylı aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 1-ci cild 156-157-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx xxxxxx 2020-ci il tarixli, 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sol saidin və sol budun hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 159-161-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx xxxxxx 2020-ci il tarixli, 169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər açıq kəllə beyin tarvması, sağ gicgah nahiyəsinin pnevmosefaliyası (kəllə daxilinə havanın toplanması), sağ alıngicgah-təpə nahiyəsinin səhifavari subdural hematoması, sağda ənsə sümüyünün lambdayabənzər tikişə keçən və gicgaha doğru uzanan qəlpəli sınığı, lambdayabənzər tikişin aralanması və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5362 nömrəli rəyindən görünür ki, “Nissan X-Traıl” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığı üçün onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx xxxx 2020-ci il tarixli, 016-27982-1220 nömrəli məktubundan görünür ki, xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 1-ci cild 189-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 241-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx xxx 2020-ci il tarixli, 916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da anlaqlıdır və onun məcburi müalicəyə ehdiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onda hal harızda hər bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərklən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olduğundan onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamşdır və onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında hövsələsizlik, tez həyəcanlanma müşahidə olunur. O, hadisənin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq, təsvir etmək və bu barədə məlumat vermək, həmçinin etdiyi hərəkəti dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı psixi-emosional sferasında həyəcan, gərginlik, stress yaranmışdır. Həmin halın yaranması törətdiyi, qərarın təsviri hissəsində göstərilən hadisə əlaqədar olmuşdur. Keçirdiyi emosional halı psixi və əqli fəaliyyətini məhdudlaşdırmadığından o, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. O, hadisədən bir qədər sonra da həmin emosional vəziyyətin təsiri altında ola bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və törətdikdən sonra da fizioloji affekt halında olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafı nəzərə alınmaqla yaşaynmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilıərdi. Emosional halndan aslı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs davranışı onun real reaksiya imkanına uyğun olduğu qənaitinə gəlinir. Təqsirləndirilən şəxs hadisə zamanı və ondan sonrakı davarnışına əqli-psixi xüsusiyyətləri deyil, hadisə zamanı müəyyən dərəcədə təsir göstərə, hadisə yerindən uzaqlaşmasına zəmin yarada bilərdi. Cinayət işinin 2-ci cild 50-61-ci vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 1) Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi «Nissan X-Trail” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid1 qaytarılmış; 2) 02 (iki) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş 011885 saylı vəsiqədən görünür ki, X3 (Təqsirləndirilən şəxs atası) müharibə veteranıdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər L.M.Məmmədova və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin 2 ədəd CD diskdə TŞ 3-165 nömrəli kameranın görüntüləri əks edilmişdir. Görüntüdən məlum olur ki, 18 fevral 20-ci il tarixdə saat 18:03:48-də bir nəfər Bakı şəhəri, Yasamal rayonu, Şəmsi Bədəlbəyli küçəsinin sağ kənarında dayanmış qara rəngli «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq tərəfdən başında qara çeçenka papaqlı, əynində qara paltarı olan, dolu bədən qurluşlu oğlan yaxınlaşıb qapını açıb sükanın arxasında oturaraq avtomobilin arxa xəbərdarlıq sanını yandırıb avtomobili işlək yolla sağ kənara yaxın 1-ci qırıq-qırıq ağ xəttin üzəri ilə arxaya doğru hərəkət etdirib avtobus dayanacağında dayanmış avtobusa çatanda saxlayır. Həmin avtobus avtomobilin sol yanından ötdükdən sonra «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağında dayanmış “Mercedes-Benz” markalı perlamutr rəngli, damında taksi nişanı olan avtomobilin yanından ötüb arxaya doğru sürətlə hərəkətini davam etdirib həmin küçəyə sağdan birləşən Təbriz Xəlilov küçəsinə çatır. Avtomobil dayanmadan sürətlə hərəkətini 1-ci zolaqla davam etdirərkən avtomobil yolunu soldan «Qış parkı» tərəfdən sağa keçən iki piyada qadınları avtomobilin arxa hissəsi ilə saat 18:04:44-də vurub asfalt üzərinə yıxır. Avtomobil zərbədən sonra dayanır və sonra qabaq sağ kənara bir neçə metr gedib dayanır. Asfalt üzərində qalmış iki qadınlara 3 kişi qaçaraq yaxınlaşır. Onlardan biri yaşlı qara gödəkçəli, digər ikisi isə cavan qara və tünd yaşıl gödəkçələri olan oğlanlardır. Yaşlı kişi digərləri ilə birlikdə qadınları yerdən qaldıra-qaldıra sürücüyə əl edib çağırır ki, gəlib onlara kömək göstərsin. Kamera fırlanan kamera olduğundan növbəti görüntüdə saat 18:05:30-da avtomobilin hadisədən sonra sağ kənara yaxın hadisə yerindən bir neçə metr qabaqda avtobus dayanacağından arxa işıqları yanıb-sönən vəziyyətdə getdiyi görünür. Xəsarət almış qadınları hadisə yerinə toplaşmış adamlar köməkli ilə asfalt üzərindən qaldıraraq avtomobil yolunun sağ kənarındakı ehtiyat hissəyə çıxarıb səkidə oturdurlar. Növbəti görüntüdə hadisə yerinə saat 18:13:40-da təcili tibbi yardım avtomobili gəldiyi görünür və hadisə yerinə toplaşmış vətəndaşlar işlək avtomobil yoluna çıxıb hərəkətdə olan avtomobillərə əlləri ilə işarə verib təcili tibbi yardım avtomobilinə yol vermələrini göstərirlər. Təcili tibbi yardım avtomobili yaralı qadınların yanlarında dayanır və yaralılara ilkin tibbi yardım göstərilib təcili tibbi yardım avtomobilinə mindirirlər,saat 18:16:30 radələrində təcili tibbi yardım avtomobili hadisə yerindən gedir. Həmin müddətdə və görüntünün başa çatdığı 18:20 radələrinədək olan müddətdə «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş qara papaqlı, əynində qara paltarı olan dolu bədən qurluşlu oğlan hadisə yerinə gəlmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD disklərdə olan video görüntülərlə və digər iş materialları ilə onun zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırdaraq sərxoş halda, idarə etmək hüququ olmadan avtomobil idarə edərək, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmçinin yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, avtoyuyucu fəaliyyəti ilə məşğul olmaqla ailənin yeganə qazanc gətirən şəxs olmasını, atasının müharibə veteranı, anasının isə ağır formada şəkərli diabet xəstəsi olmasını, zərərçəkmiş şəxslərlə aralarında barışıq olmasını, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəza-ların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi his-səsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən ar-tıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları -özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, avtoyuyucu fəaliyyəti ilə məşğul olmaqla ailənin yeganə qazanc gətirən şəxsi olmasını, atasının müharibə veteranı, anasının isə ağır formada şəkərli diabet xəstəsi olmasını, zərərçəkmiş şəxslərlə aralarında barışıq olmasını, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) günə 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə əsas və əlavə cəzalar qismən toplanaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış etdiyi “Nissan X-Trail” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınmalı, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar tam, əlavə cəzalar isə qismən toplanaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək, yəni 05 (beş) ay 19 (on doqquz) gün həbsdə olma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin İş üzrə maddi sübut kimi tanınmış «Nissan X-Trail» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınsın. İş üzrə digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar