Məhkəmə qərarları › İş №1(004)-181/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-181/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-181/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Abşeron ravonu Xırdalan şəhəri 27-ci məhəllə ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022ci il tarixdə “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 Seyfəddin oğluna icarə əsasında işlətdiyi "Play Station” adlı oyun salonuna müştəri qismində gəlib salonda heç kəsin olmamasından istifadə edərək oradakı kabinetlərin birində sonuncuya məxsus olan 500 (beş yüz) manat dəyərində 01 ədəd “Sony Playstation 4" markalı (CUH-2215B) modelli oyun konsulunu və hər birinin dəyəri 50 (əlli) manat olan 02 ədəd "Sony’' markalı CUH-ZCT2G modelli idarəedici oyun pultlarını özü ilə gətirdiyi polietilen torbaya yerləşdirərək gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Seyfəddin oğluna ümumilikdə 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyul 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi "Port lounge" adlı çay evinə müştəri qismində gələrək orada olan kabinetlərin birində əyləşdikdən sonra salon xidmətçilərinin onun hərəkətlərini görməməsindən istifadə edərək əyləşdiyi kabinetdə quraşdırılmış Məhəmınəd Məmmədova məxsus 01 ədəd 750 (yeddi yüz əlli) manat dəyərində "Sony Playstation 4“ markalı oyun konsulunu və həmin konsula aid 01 ədəd 50 (əlli) manat dəyərində "Dualshock 4“ modelli idarəedici oyun pultunu özü ilə gətirdiyi polietilen torbaya yerləşdirərək gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yiiz) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, son zamanlar maddi imkanı olmadığından satın alıb satmağa pulu olmadığı üçün oyun oynamaq adı ilə playstasion salonuna gedib oradan playstasion aparatı oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 31 may 2022-ci ildə saat təxminən 15 radələrində yoldan keçən taksini saxladıb Binəqədi rayonu 28 may qəsəbəsinə gəlmiş, orada ətrafa baxıb yolun kənarında playstasion salonunu görmüşdür. Əvvəlcə oraya oyun oynamaq üçün müştəri qismində girmiş, içəri girdikdən sonra salonda və ətrafda heç kəsin olmadığını, salonun dörd kabinet və böyük zaldan ibarət olduğunu görmüş, kabinetlərdən birinə girib orada masanın üzərinə quraşdırılmış "Playstasion 4 Sliın" oyun konsulu və 01 ədəd idarə etmə cihazını yəni COSİK-i götürüb əlində olan polietilen torbaya qoyaraq salondan çölə çıxmışdır. Yenə ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Oğurladığı həmin "Playstasion 4 Slim" oyun konsulunu və 01 ədəd idarə etmə cihazını COSİK-i əvvəllər bir dəfə "Playstasion 3 Slim" oyun konsulunu və 02 ədəd idarə etmə cihazı COSİK-i satdığı Xətai rayonunda ofisdə işləyən Elşən adlı şəxsə zəng vurub Playstasion 4 Slim oyun konsulu və 01 ədəd idarə etmə cihazı COSİK satdığını bildirmişdir. Qivməti Elşənə bildirdikdən sonra onunla Köhnə Suraxanı qəsəbəsində görüş zamanı öz aralarında 320 manata "Playstasion 4 Slim' oyun konsulunun və 01 ədəd idarə etmə pultunun alqı-satqısına razılaşmışlar. Elşən ondan sənəd tələb edərkən ona onunla əlaqə saxladığı telefon nömrəsinin özünə məxsus olduğunu, hər hansı bir problem yaranarsa əlaqə saxlamasını bildirmişdir. Bundan əvvəldə Elşənə internetdən “Playstasion 3 Slim” oyun konsulunu və 02 ədəd idarə etmə cihazı COSİK satdığı üçün o inanıb razılaşmış, həmçinin ona öz ad və soyadını təqdim etmişdir. Bundan sonra pulunu alıb Elşəndən ayrıldıqdan sonra Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara oğurluq etdiyini səmimi etiraf etmişdir. Bundan başqa göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi 28 "L" ünvanmda yerləşən "Port lounge" oyun salonuna girmiş və orada işləyən xidmətçiyə kabinetdə əyləşib oyun oynamaq və qəlyan çəkmək istədiyini bildirmiş, bundan sonra boş kabinet verildikdən sonra qəlyan sifariş etmişdir. Xidmətçi şəxs qəlyan düzəltmək üçün mətbəxə getdikdən sonra salonda adam az olduğundan heç kəs gəlib kabinetə baş çəkməmişdir. Həmin vaxt özü ilə gətirdiyi göy rəngli polietilen paketi cibindən çıxardaraq kabinetdə olan 01 ədəd (bir) "Sony Playstation 4 Pro" markalı oyun aparatnı və həmin aparata aid üzərində hərbi kamuflyaj örtüyü olan Oi (bir) ədəd "Dualshock 4" modelli idarəedici pultu götürərək polietilen paketə yerləşdirmişdir. Oyun salonunun dəhlizində heç kəs olmadığından dərhal kabinetdən çıxaraq salonu tərk edib oradan uzaqlaşmışdır. Həmin gün "tap.az" internet səhifəsində elan tapmış, həmin elanda bir nəfər tanımadığı şəxsin oyun aparatı almaq istədiyini gördüyünü elanda yerləşdirdiyi telefon nömrəsi ilə əlaqə saxlayaraq onunla Xətai rayonu Əhmədli qəsəbəsində görüşüb, oyun aparatını 250 manata satdığını bildirmişdir. O, da qiymətlə razılaşaraq aparatı pultla birlikdə götürmüş və 250 manat pul vermişdir. İlk dəfə cinayət törətməsini, törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən "Port lounge" kafesini icra müqaviləsi əsasında işlətmiş, həmçinin özü orada qəlyan hazırlamışdır. Həmin kafedə olan bütün avadanlıqlar ona məxsusdur. 10 iyul 2022-ci il tarixdə 17 radələrində işdə olduğu zaman bir nəfər tanımadığı şəxs işlətdiyi kafeyə gəlmiş və qəlyan sifariş verərək kabinetdə əyləşəcəyini bildirmişdir. O həmin şəxsi kafedə olan kabinetlərin birində əyləşdirdikdən sonra qəlyan hazırlamaq üçün mətbəxə getmişdir. Təxminən 10-15 dəqiqə sonra o, kabinetə yaxınlaşarkən görmüşdür ki, həmin şəxs artıq orada yoxdur və kabinetdə olan bir ədəd "Sony Playstation 4 Pro" markalı oyun aparatı və ona aid "Dualshock 4" markalı idarəedici oyun pultu da yoxdur. Bundan sonra kafenin müşahidə kamerasına baxarkən görmüşdür ki, həmin şəxs əlində sellofan paket daşıyaraq kabinetdən çıxmışdır. Halbuki o, kafeyə gələndə əlində paket olmamışdır. Həmin şəxsin kabinetdə olan oyun aparatını və pultu sellofan paketə qoyaraq oğurlayıb apardığından şübhələndiyi üçün işçisi olan Mehdiyə DİN"102" xidmətinə zəng edib hadisə barədə məlumat verməsini bildirmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, oğurlanmış 01 (bir) ədəd "Sony Playstation 4 Pro" markalı oyun aparatının dəyəri 750 manat. 01 (bir) ədəd "Dualshock 4" markalı oyun pultunun dəyəri isə 50 manat təşkil edir. Ümumilikdə 800 rnanat maddi ziyan dəymişdir. Mehdinin həmin vaxt hadisənin şahidi olmadığı ərzaq malları almağa getdiyini və sonradan gəldiyini qeyd etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən Binəqədi rayonu 28may qəsəbəsində yerləşən 2 mərtəbəli binanın zirzəmisində yerləşən obyekti icarəyə götürüb “Playstation” oyun salonu kimi işlədir. Oyun salonunu saat 10:00 açıb axşam saat 00:00-dək işlətmişdir.Oyun salonunda müşahidə kamerası olmuşdur. 31 may 2022-ci il tarixdə saat 21:30-da salondan çıxaraq qonşu obyektə getmiş. 20 dəqiqə sonra salona geri qayıdarkən işlənmiş vəziyyətdə dəyəri 500 (beş yüz) manat olan “PlayStation 4 Slirn" markalı və 02 ədəd hər birinin qiyməti 50 manat olan "PS4 Cosik”-in oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin "102‘‘ xidmətinə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəldidkdən və müşahidə kameralarına baxdıqdan sonra görmüşdür ki. 25-30 yaşlarında naməlum şəxs salona gəlmiş oyun konsulunu və idarəedici pultlarını oğurlamışdır. Hadisə nəticəsində ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə ona zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona zəng vuraraq 01(bir) ədəd ”Sony Playstation 3 Sliım” markalı və 02(iki) ədəd "PS3 Cosik" markalı idarəedici oyun pultunu satdığını bildirdikdən sonra ondan həmin oyun konsulunu və idarəedici pultu ofisə gətirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin oyun konsulunu və idarəedici pultu ofısə gətirərək baxdıqdan sonra 150 manata həmin əşvaları almışdır. Təqsirləndirilən şəxs sənəd istəyən zaman sənədlərinin üzərində olmadığını, lakin ad və soyadın və zəng etdiyi nömrənin özünə məxsus olduğunu bildirmişdir. 21 iyun 2022-ci il tarixdə işdə olan zaman özünü ona Təqsirləndirilən şəxs kimi zəng edərək "Play Station 4 Slim" markalı və 01 ədəd “PS 4 Cosik” satdığını bildirdikdən sonra Suraxanı rayonunda görüşərək həmin oyun konsulunu və idarəedici pultu ona təqdim etmişdir. Həmin əşyaların öz qutusunda olduğunu gördüyü üçün oğurluq olmadığını düşünsə də Təqsirləndirilən şəxs sənədinin surətini istəmişdir. Sonuncu ismarıcla göndərəciyini bildirmişdir. Bundan sonra 320 manata razılaşıb Təqsirləndirilən şəxs 01 (bir) ədəd "Sony Playstation 4 Silm" oyun konsulunu və 01 (bir) ədəd “PS 4 Cosik” oyun idarəedici oyun pultunu almışdır. Bir qədər sonra Eynulla 3 nəfər polis əməkdaşı ilə birlikdə ofisə daxil olmuş və polis əməkdaşları Təqsirləndirilən şəxs göstərib "Playstation" oyun konsullu satdığını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs satdığı 01(bir) ədəd ”Sony Playstation 3 Slim" markalı və 02(iki) ədəd "PS3 Cosik" markalı idarəedici oyun pultlarını və 01 (bir) ədəd "Sony Playstation 4 Silm" oyunkonsulunu və 01(bir) ədəd PS 4 Cosik oyun idarəedici oyun pultunu 40-cı polis bölməsinin əməkdaşlarına təqdim etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid və zərərçəkmiş şəxslərinin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CMnin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bir neçə dəfə tutulmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 17:00-da Yasamal RPİ tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:45 dəqiqəyədək təqsirləndirilən şəxs qismində dindirilmiş, sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 24 saatdan az, yəni 01 gün həbsdə qalmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Binəqədi RPİ İŞ müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:10 dəqiqəyədək təqsirləndirilən şəxs qismində dindirilmiş, sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 24 saatdan az, yəni 01 gün həbsdə qalmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində əvvəl seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış və MSY-dən azad edilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 4 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 (bir) ədəd "Sony" markalı "Playstation 4 (CUH-2215B)” modelli oyun konsulu və 02 (iki) ədəd "Sony" markalı "CUH- ZCT2G" modelli idarəedici pultlar saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınmış aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd "BİNGO" markalı CD-R modelli və 700 MB/80/52x yazısı həkk olunmuş bir ədəd "Verbatim"markalı CD-R modelli disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 22 gün (bir il on bir ay iyirmi iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə oğurlanmış əşyalardan aşkar edilərək maddi sübut kimi tanınmış əşyaların qalan hissəsinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar