Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-181/2025 24.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, vahid niyyətlə əhatə olunna qəsdlə dəqiq tarixi istintaqla məlum olmayan günlərdə ünvan 3 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs məxsus ona kirayə verilən üç otaqlı mənzilin bir otağı bağlı saxlanılan, Zərərçəkmiş şəxs özünə məxsus əşyalarını saxladığı, saxlanc yeri hesab olunan, qapısı bağlı olan otağına, açar seçmə yolu ilə qanunsuz daxil olaraq, həmin otaqdan hər birinin ayrı-ayrılıqda dəyəri 400 manat olan cəmi 1600 manat dəyərində 4 ədəd “Tom” markalı xurustal səbət, hər birinin ayrı-ayrılıqda dəyəri 600 manat olan cəmi 1200 manat dəyərində 2 ədəd “Tom” markalı xurustal güldan, hər birinin ayrı-ayrılıqda dəyəri 300 manat olan cəmi 600 manat dəyərində 2 ədəd “Tom” markalı xurustal qrafin, hər dəstin ayrı-ayrılıqda dəyəri 180 manat olan cəmi 720 manat dəyərində 4 dəst “Tom” markalı xurustal bakal, hər birinin ayrı-ayrılıqda dəyəri 320 manat olan cəmi 640 manat dəyərində 2 ədəd “Vinlayn” markalı döşəklər, dəyəri 1500 manat olan 1 dəst qazan və çaynik seti, dəyəri 2500 manat olan 1 dəst pastel, məhraba, süfrə seti, dəyəri 500 manat olan 8 litr tutumlu 1 ədəd köz samovar, hər birinin ayrı-ayrılıqda dəyəri 150 manat olan cəmi 300 manat dəyərində 2 ədəd mis qazan, dəyəri 300 manat olan 1 ədəd ətçəkən-maşın, hər bir dəsti 180 manat olan cəmi 360 manat dəyərində 2 dəst “Giffel” markalı qaşıq seti, hər birinin ayrı-ayrılıqda dəyəri 100 manat olan cəmi 500 manat dəyərində 5 ədəd xurustal qablardan ibarət olan məişət əşyalarını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 10720 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin evə kirayədə qalmışlar, 2022-ci ilin mart ayında evə köçüblər, mayda bu hadisə olub, qardaşı iyun ayında rəhmətə gedib, valideynləri insult keçirdiklərindən onlara deyə bilməmişdir ki, qardaşı oğurluq edib, 2024cü ilin oktybar ayında evi təhvil vermişlər, 10 gün sonra ev yiyəsi polisə oğurluqla bağlı məlumat vermiş, anası və atası saxlanılmışdır, o da məcbur qalaraq oğurluq etməsini etiraf etmişdir ki, ata anasını buraxsınlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, ailəlidir və yoldaşı ilə birgə nigahından bir az yaşlı qızı var. Bundan əvvəl onun Azərbaycan Respublikası Cm-nın 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. Sonuncu dəfə 2022-ci ilin mart ayında azadlığa buraxılmışdır. 2022-ci ilin may ayında cəza çəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra o ailəsi ilə birlikdə Yasamal rayonu ərazisində kirayə ev axtarmağa başlamışdır. Həmin tarixdə makler vasitəsi ilə Səmayə adlı xanımla tanış olmuş və o, ünvan 4 ünvanında mənzili 400 manat müqabilində kirayə vermişdir. Həmin ünvanda o, atası, anası və rəhmətə gedən qardaşı ilə birlikdə qalmışdır. O mənzilin kirayə pulunu hər ay vaxtında Səmayə xanıma vermişdir. Həmin mənzil 3 otaqdan ibarət olmuşdur. Lakin Səmayə otaqlardan birinin qapısını bağlamışdır və onlara həmin otağa daxil olmağı qadağan etmişdir. Belə ki, həmin otaqda onun qızına məxsus əşyalar olmuşdur. Həmin zaman o həmin otağa hər hansı üsulla daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə anası xəstəliyi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilmişdir. O heç yerdə işləmədiyindən və pulu olmadığından mobil telefonda pulnan mərc oyunları oynamışdır. Həmin zaman o xeyli miqdarda pul uduzmuşdur. O yenidən həmin mərc oyunlarında oynamaq istəmiş, lakin pulu olmamışdır. Evdə heç kimin olmadığı zaman bağlı qapını açmaq istəmiş, lakin qapı bağlı olduğu üçün o həmin qapını aça bilməmişdir. Bir qədər evdə axtarış aparmış və dəhlizdə yerləşən siyirtməli dolabın içərisində bir topa açarların olduğunu görmüşdür. O həmin açarları götürmüş və qapını açmağa çalışmışdır. Həmin açarlardan biri qapını açmış və o otağa daxil olmuşdur. Həmin qapını açdıqda otağın içərisində qab-qaşıq və digər ev əşayların olduğunu görmüşdür. O həmin əşyaları satıb pul qazanmaq qərarına gəlmişdir. Həmin əşyaları ilkin olaraq hamısını birdən aparmaq istəmişdir. Lakin nə ilə aparacağını bilməmiş və ona görə qərara gəlmişdir ki, hissə-hissə olmaqla həmin əşyaları aparıb satsın və qazandığı pulada mərc oyunları oynasın. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdə heç kim olmadığı zaman o həmin otağa yenidən daxil olmuş və otaqda olan qabqaşıqlardan və bir neçə əşyalardan götürmüşdür. Həmin əşyaların dəqiq siyahısın xatırlamamışdır. Belə ki, əlinə nə gəldi götürüb torbaya qoymuş və satmaq üçün Sabunçu rayonu, “Bit” bazarı deyilən yerə getmişdir. İlkin olaraq həmin əşyaları o 600 manata satmışdır. Bundan sonra ertəsi gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən o həmin əşyalardan yenə götürmüş və yenidən Sabunçu rayonunda yerləşən “Bit” bazarına aparmışdır. Həmin əşyaları o 800 manata tanımadığı şəxslərə satmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o yenidən otağa daxil olmuş və əşyaları götürüb yenidən Sabunçu rayonuna getmişdir. Həmin əşyaları da o tanımadığı şəxslərə 600 manata satmışdır. O ümumilikdə bir oğurluq zamanı 2000 manat pul əldə etmişdir. Əldə etdiyi pulları o öz ehtiyaclarına xərcləmişdir. 2024-cü il tarixdə oktyabr ayının 21-də mənzili təhvil vermiş və sonradan ona məlum olmuşdur ki, ev sahibi şikayət vermişdir. O ev sahibinin onun barəsində şikayət etdiyini bildikdə könüllü olaraq polisə getdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq edən zaman ona heç kim köməklik etməmişdir, oğurluq barədə ailə üzvlərinin məlumatı olmamışdır, oğurluq əşyaları satan zaman özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməyərək bildirmişdir ki, O ailəlidir və yoldaşı ilə birgə nigahından bir az yaşlı qızı vardır. Bundan əvvəl onun Azərbaycan Respublikası CM-nın 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. Sonuncu dəfə 2022-ci ilin mart ayında azadlığa buraxılmışdır. 2022-ci ilin mart ayında cəza çəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra o ailəsi ilə birlikdə Yasamal rayonu ərazisində kirayə ev axtarmağa başlamışdır. Həmin tarixdə makler vasitəsi ilə Səmayə adlı xanımla tanış olmuş və o, ünvan 4 ünvanında yerləşən mənzili 400 manat müqabilində kirayə vermişdir. Həmin ünvanda o, atası, anası və rəhmətə gedən qardaşı qalmışdır. O mənzilin kirayə pulunu hər ay vaxtında Səmayə xanıma vermişdir. Həmin mənzil 3 otaqdan ibarət olmuşdur. Lakin otaqlardan birinin qapısını bağlamışdır və onlara həmin otağa daxil olmağı qadağan etmişdir. Belə ki, həmin otaqda Səmayənin qızına məxsus əşyalar olmuşdur. Həmin zaman o həmin otağa hər hansı üsulla daxil olmamışdır. Bildirimişdir ki, onun əkiz qardaşı X4 ağır xəstə olduğu üçün bədənində baş vermiş ağrıları sakitləşdirməkdən ötürü narkotik vasitələrdən istifadə etmişdir. Qeyd etmişdir ki, onun qardaşı Üzeyir bundan əvvəl oğurluq maddəsi ilə məhkum olmuşdur. O reabilitasiya mərkəzində işlədiyindən işə gedib gəlmişdir. 2022-ci ilin iyul ayının sonlarında qardaşı yataqda ölüm ayağında olan zaman ona bildirmişdir ki, kirayə qaldıqları evdə qapalı otağın açarını tapmış və həmin otaqdan heç kimin xəbəri olmadan bir neçə əşya oğurlayaraq satmışdır. Həmin ərəfədə anasının və atasının sağlamlıq vəziyyəti yaxşı olmadığından o atasına və anasına əziyyət verməmək üçün heç kimə bu barədə məlumat verməmiş və fikirləşmişdir ki, daha sonra desin. Lakin həyatında problemlər olduğundan bu barədə heç kimə məlumat verə bilməmişdir. 2024-cü ilin oktyabr ayında ev sahibi öz evinə geri qayıtdığından o və ailə üzvləri sonucu ayıda qalıb oradan çıxmışdır. Təxminən 10 gün sonra ev sahibi atasının mobil nömrəsinə zəng edərək evə çağırmış və həmin evdən Elnarə xanıma məxsus əşyaların oğurlandığını bildirmişdir. Bundan sonra polis bölməsindən atasına zəng gəlmişdir. Həmin zəngdən sonra atası və anası polis bölməsinə getmişdir. Bir neçə saat sonra atası ona zəng edərək, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar saxlandıqlarını və onunda polis idarəsinə gəlməsini bildirmişdir. O tez bir zaman polis bölməsinə getmişdir. Atasının və anasının sağlamlıq vəziyyəti yaxşı olamdığı üçün işi araşdıran polisə bildirmişdir ki, ailəsini sərbəst buraxsın. O ailəsinin sərbəst buraxılması və incidilməməsinə görə hadisəni özü törətdiyini bildirmişdir. Çünki, istəmişdir ki, ailə üzvləri sərbəst buraxılaraq evə getsinlər. O buna görə həmin oğruluq hadisəsini qardaşı yox onun tərəfindən törədildiyini bildirmişdir. Lakin həqiqətdə isə həmin oğurluq hadisəsini qardaşı Üzeyir törətmişdir. Bundan sonra o həmin oğurluq hadisəsini öz boynuna alaraq səmimi peşman olduğunu bildirmişdir. Lakin həqiqətdə isə həmin hadisəni qardaşı Üzeyir törətmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsinə məxsus ünvan 5 ünvanında 3 ilə yaxındır ki, Şahid2 və onun ailə üzvləri kirayədə qalır. Həmin mənzili onlara anası Şahid1 vermişdir. Xarici ölkədə yəni Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı üçün mənzilə nəzarəti anası həyata keçirirmiş. Həmin mənzil 3 otaqdan ibarət olmuşdur. Lakin iki otağı onlar kirayə vermiş digər bir otağında isə özü tərəfindən qızı üçün alınan cehizlik əşyalar olmuşdur. Həmin mənzili verən zaman otağın qapısı bağlı olmuş və açar yalnız onda olmuşdur. Həmin otağa ondan başqa heç kimin daxil olmasına icazə verilməmişdir. Belə ki, mənizli kirayə verməzdən əvvəl bu barədə məlumatlandırmışdır. Sonuncu dəfə həmin evdə 2023-cü ilin avqust ayında olduğunu və mənzilin ona məxsus əşyaların yığıldığı otağa baxış keçirən zaman həmin əşyaların yerində olmasını görmüşdür. Bundan sonra anasına bildirmişdir ki, həmin evdən kirayəşinləri çıxartsın. Anası həmin kirayəşinləri çıxartmış və o, evə daxil olub mənzilə baxış keçirən zaman həmin otağın qapısının qapalı olsada özünə məxsus əşyaların yerində olmamasını oğurlanmasını görmüşdür. Həmin əşyaların yəni oğurlanmış əşyaların siyasını istintaqa təqdim etmişdir. Həmçinin 2023-cü ildə Bakı şəhərinə gəlməsi ilə əlaqədar olaraq Ümumvətəndaş pasportunda ölkəyə daxil olması və çıxması ilə əlaqədar möhürlərin olması və həmin möhürlərin fotoşəklini istintaqa təqdim etmişdir. Baş vermiş hadisə zamanı ona 10720 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sonuncu dəfə evə avqust ayında baş çəkmişdir. Əməliyyat olduğuna görə heç nəyi yoxlamamış və 10 gün sonra gəlmişdir ki, bəzi əşyalar yoxdur. Polisə məlumat verəndə Təqsirləndirilən şəxs ata anası gələrək oğurluğu onların etmədiklərini bildirmişlər. Polis idarəsində olan zaman Tərlan oğurluq etməsini boynuna almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə uzun illərdir Rusiya Federasiyasında yaşayır, lakin ünvan 6 ünvanında mənzili vardır. Həmin mənzildə yaşayan olmadığından qızı mənzili kirayə verməyi ona həvalə etmişdir. Təxminən 2 il bundan əvvəl yəni 2022-ci ilin yaz aylarında Şahid2 adlı şəxsin ailəsinə mənzili kirayə vermişdir. Mənzili kirayə verdikdə otağın birinə qızının şəxsi əşyalarını yığmış və qapınıda açarla bağlayaraq bu barədə onlara məlumat vermişdir ki, orada əşyalar var və qapısı bağlıdır, daxil olmaq olmaz. Belə ki, həmin otaqda qızına məxsus yeni əşyalar olmuşdur. Xanlar və ailəsi hər ay vaxtı vaxtında kirayə haqqını ödəyərək yaşamışdır. Mənzildə Xanlar, yoldaşı, oğlu Tərlan və digər oğlu Üzeyir qalmışdır. O Üzeyiri bir neçə dəfə görmüşdür. Üzeyir ağır xəstəlikdən əziyyət çəkmişdir. Belə ki, Üzeyir ümumiyyətlə ağır yeriyir və hərəkətləri məhdudlaşdırlmışdır. Bağlı otağa qızı öz qızları üçün aldığı cehizlik qiymətli qab-qaşıqları və digər ev üçün lazım olan əşyaları yığmışdır. 2023-cü ilin avqust ayında qızı Elnarə Bakı şəhərinə gəldikdə mənzilə gəlmiş və əşyaların orada olduğunu görmüşdür. Daha sonra 2024-cü ilin oktyabr ayının 11-də qızı Elnarə Bakı şəhərinə gəlmiş və ona bildirmişdir ki, kirayə yaşayan şəxsləri evdən çıxarsın, orada qohumları qalacaqdır. Oda Xanlara bu barədə demiş və oktyabr ayının 21-də Xanlar və ailəsi evi boşaltmışdır. xx.xx.2024-cü il tarixdə qızı ilə birlikdə evə gəlmiş və evə baxdıqda görmüşdür ki, bağlı otaqda olan 10720 manat dəyərində cehizlik qiymətli əşyalar oğurlanmışdır. Bu barədə Xanlara məlumat vermiş və Xanlar onlara bu barədə heç bir məlumatlarının olmadıqlarını bildirmişdir. Onlar oğurlanmış əşyaları siyahı etmiş, oğurlandığından tam əmin olmuş və qərara gəlmişdir ki, bu barədə polisə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından həmin mənzilə kirayədə qalmışlar. 20 oktyabr 2024-cü ildə ev yiyəsi zəng elədi ki, evi boşaldın, onlar da evi təhvil vermişlər, təhvil verdikdən sonra onlara zəng gəlmişdi ki, evdə bəzi əşyalar yoxdur, polisə məlumat veriləcək, onlar da bildirmişlər ki, xəbərləri yoxdur, 10 gün sonra onları bölməyə çağırmış və oğlunun gəlməsini tələb etmişlər, yoldaşı da oğluna zəng eləmişdir ki, “gəl səni istəyirlər”, oğlu gəldikdən sonra onları buraxmışlar. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu vəfat etdikdən sonra sonuncu dəfə 2023-cü ilin avqust ayında gəlib baxış keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 ilə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, 2022-ci ilin mart ayından həmin mənzilə kirayədə qalmışlar. 20 oktyabr 2024-cü ildə ev yiyəsi zəng elədi ki, evi boşaldın, onlar da evi təhvil vermişlər, təhvil verdikdən sonra onlara zəng gəlmişdi ki, evdə bəzi əşyalar yoxdur, polisə məlumat veriləcək, onlar da bildirmişlər ki, xəbərləri yoxdur, 10 gün sonra onları bölməyə çağırmış və oğlunun gəlməsini tələb etmişlər, yoldaşı da oğluna zəng eləmişdir ki, “gəl səni istəyirlər”, oğlu gəldikdən sonra onları buraxmışlar. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu vəfat etdikdən sonra sonuncu dəfə 2023-cü ilin avqust ayında gəlib baxış keçirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin bacısı Gülnarə Hüseynovanın həyat yoldaşıdır, hadisəylə bağlı baldızı onu çağırmışdır ki, oğurluq olub, polis əməkdaşları da şikayət olandan sonra onu dəvət etmişdir ki, mənzilə baxış keçiriləcək. O və dostu həmin mənzildə baxış zamanı hal şahidi kimi iştirak etmişlər, oraya 1 neçə nəfər polis əməkdaşı və əl-barmaq izləri götürən mütəxəssislər gəlmişlər. Həmin otaqdan və otağın qapısının dəstəyindən əl-barmaq izləri götürülmüşdür, əl-barmaq izləri götürülərkən onlar həmin otağa müdaxilə etməmək üçün daxil olmamışlar. Cinayət işinin 34-cü vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 04 noyabr 2024-cü il tarixdən məhdudlaşdırılmışdır. Cinayət işinin 83-87-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-154-cü vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan AZ-İİ №304701 saylı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs qardaşı xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxmasından vəfat etmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan vət. Zərərçəkmiş şəxs məxsus ümumvətəndaş pasportuna baxış zamanı müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə “Heydər Əliyev” adına X5 giriş etmiş və xx.xx.2023-cü il tarixdə isə ölkəni tərk etmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Bundan başqa Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə o, Azərbaycan Respubliaksı CM-nın 177.2.2, 177.2.3, 67.1 və 68.1.1-1 maddələri ilə təqsilri bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun çəkilməmiş cəzası 06 ay müddətinə azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəklməmiş 09 gün hissəsindən şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş əlbarmaq izləri Bakı Şəhər Baş Polis İdarəsinin X1raşdırılmış “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində təqdim olunmuş əl-barmaq izlərindən 03 ədədinin (Üzərində “Selin Tekstil” yazısı olan dəsmal dəstinin qutusu üzərindən götürlmüş) xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük, orta və adsız barmaqlarının əksləri ilə (Xəzər RPİ-dən ADİS-in məlumat bankına daxil edilmiş) eynilik təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini qardaşı Üzeyir tərəfindən 2022-ci ildə törətdiyini bildirsə də, həmin məlumat sadəcə özünümüdafiə xarakterlidir. Belə ki, Zərərçəkmiş şəxs oğurlanmış əşyaların 2023-cü ilin avqust ayında evə gəlib baxış keçirərkən gördüyünü və həmin vaxt heç bir oğurluq hadisəsinin baş vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin evə baxış keçirməsi üçün 2023-cü ilin avqust ayında gəlməsi iş üzrə şahidlər tərəfindən də təsdiq edilmişdir. Bundan başqa həmişə bağlı vəziyyətdə qalan oğurluq olan otaqdan müqayisəli tədqiqat nəticəsində təqdim olunmuş əl-barmaq izlərindən 03 ədədinin (Üzərində “Selin Tekstil” yazısı olan dəsmal dəstinin qutusu üzərindən götürlmüş) xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük, orta və adsız barmaqlarının əksləri ilə (Xəzər RPİ-dən ADİS-in məlumat bankına daxil edilmiş) eynilik təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Zərərçəkmiş şəxs ölkəyə giriş-çıxışını əks etdirən ümumvətəndaş pasportu, həmçinin şahidlər Şahid3 və Şahid2 ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər te`xniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Bundan başqa Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə o, Azərbaycan Respubliaksı CM-nın 177.2.2, 177.2.3, 67.1 və 68.1.1-1 maddələri ilə təqsilri bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun çəkilməmiş cəzası 06 ay müddətinə azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəklməmiş 09 gün hissəsindən şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 noyabr 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərəçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərəçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-181/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-181/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver