Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-182/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi – X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq qızının iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 13:38-də “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Lada Priora 217030» markalı Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, M.Əliyev küçəsindən 30 km/saat sürətlə dönmə əməliyyatı keçirərək növbə ilə iki hərəkət zolağını keçib 3-cü hərəkət zolağından Yasamal rayonu M.Muxtarov küçəsi istiqamətinə dönmə hərəkətini yerinə yetirərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsindən irəli gələn yerdəyişmə, dönmə zamanı manevr hərəkətini təhlükəsiz başa çatdırmaq və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaq kimi tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olduğu halda bu tələbləri pozaraq idarə etdiyi avtomobillə həmin vaxt Bakı şəhəri Yasamal rayonu, M.Əliyev küçəsində 3-cü hərəkət zolağı ilə Qış parkı istiqamətinə hərəkət edən X3 idarə etdiyi «Yamaha SZ-RR V- 2» markalı 99-B-246 dövlət qeydiyyat nömrə nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan X3 xx xxxxxx 2020-ci il tarixdə ölümünə səbəb olan baş beynin hər iki yarımkürəsinin əzilməsi, subraxnoidal qansızma, sağ təpə-gicgah nahiyəsinin lövhəvari subdural, sol alın payın nahiyəsinin lövhəvari epidural hematomaları, alın sümüyünün qəlpəli, sol kürək nahiyəsinin soldan 9-10-cu, sağdan 3-4-cü qabırğaların qapalı, yerinidəyişməyən sınıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib, həmçinin mərhum X6 məxsus “Yamaha SZ-RR V-2” markalı, 99-B-246 dövlət qeydiyyat nömrə nişanlı motosikletə 1623 manat və Zərərçəkmiş şəxs məxsus “Opel” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 13:30-da taksi fəaliyyəti ilə məşğul olduğu 217030 markalı Y638PM102 dövlət qeydiyyat nişanlı avomobillə Yasamal rayonu, M.Əliyev küçəsi ilə Akademik dram teatrı istiqamətində hərəkətdə olarkən yolun birinci sol hərəkət zolağından dönmə əməliyyatı həyata keçirərək 30 km/saat sürətlə növbə ilə hərəkət zolaqlarını dəyişməklə 6 metr yol gedib Yasamal rayonu M.Muxtarov küçəsinə dönmək istədiyi zaman M.Əliyev küçəsi ilə düz yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan Yamaha markalı 99-B-246 dövlət qeydiyyat nömrə nişanlı motosiklet ilə toqquşmuşdur. Toqquşma zamanı motosiklet onun avtomobilinin qabaq sağ qapısına dəymiş, sonra isə motosiklet fırlanmış və motosikletin arxası avtomobilinin sağ qabaq qanadına dəymişdir. Zərbənin təsirindən motosikleti idarə edən şəxs havaya qalxmış və yolun sağ kənarındakı səkiyə düşmüşdür. Motosiklet isə dayanmayaraq M.Muxtarov küçəsində yol kənarında dayanmış Opel markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ arxa qanadına və buferinə dəyərək dayanmışdır. O, dərhal avtomobilini saxlayaraq motosikletin sürücüsünə köməklik etmək üçün onun yanına getmişdir. TTY-a və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş TTYS-nın əməkdaşları ilə birlikdə o da xəstəxanaya getmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək motosikletin sürücüsü olan X11 KTM-də müalicə almışdır. Həmin müddət ərzində o, daima Elman Xanlarovun yanına gedib müalicəsi ilə bağlı bütün maddi tələbatlarını ödəmişdir. Belə ki, Elmanın müalicəsinə təxminən 10.000 manatdan artıq vəsait xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə Elman Xanlarov KTM-də vəfat etmişdir. Bundan sonra, həmçinin onun dəfn xərclərini, yas mərasimləri və qəbr daşının düzəldilməsi ilə bağlı bütün xərcləri şəxsən özü ödəmişdir. Təqsirləndirilən şəxs son sözündə onun ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X11 onun oğludur. Hadisə baş verən günə qədər oğlu Bakı şəhərində qayınatasıgildə yaşamışdır. Mərhum oğlu Elman Xanlarov fərdi olaraq motosikletlə çatdırılma xidməti ilə məşğul olmuşdur. Onda olan məlumata görə hadisə baş verən gün Elman iş görmək üçün evdən çıxmış, günorta saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, M.Əliyev küçəsi ilə Yasamal rayonu M.Muxtarov küçəsinin kəsişməsində Lada Priora markalı avtomobillə toqquşması nəticəsində ağır bədən xəsarətləri almışdır. Bu barədə ona tanımadığı nömrədən zəng edilərək məlumat verilmişdir. O da yaşadığı Hacıqabul rayonundan çıxaraq KTM-ə gəlmişdir. Həmin vaxtdan oğlu KTM-də müalicə almış, lakin edilən tibbi yardımlara baxmayaraq xx.xx.2020-ci il tarixdə KTM-də vəfat etmişdir. Ə.X.Xanlarov həmçinin ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənildiyini, onunla barışdığını və ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, iclaslara gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən müəyyən edildi ki, o, xx xxxxxx 2019-cu il tarixdə özünə məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı minik avtomobilini Yasamal rayonu, M.Əliyev küçəsi ilə Yasamal rayonu M.Muxtarov küçəsinin kəsişməsində tikilən hündürmərtəbəli binanın qarşısında saxlayaraq həmin binada işə getmişdir. Həmin gün saat 15 radələrində işdən çıxdığı zaman maşınının ətrafında və yaxınlığında insanların toplaşdığını görmüş və yaxınlaşdığı zaman ona məlum olmuşdur ki, həmin ərazidə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Priora markalı avtomaşınla Yamaha markalı motosiklet toqquşduqdan sonra motosiklet idarəetməni itirərək onun maşınının arxa sağ hissəsinə dəyib dayanmışdır. Ətrafda olan şəxslərdən öyrənmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində motosikleti idarə edən şəxs ağır xəsarətlər almışdır. O, hadisə yerinə gəldiyi zaman Priora markalı avtomobili idarə edən şəxsin TTY maşınının yanında dayandığını, motosikleti idarə edən şəxsin isə artıq TTY maşınının içərisində olduğunu görmüşdür. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Hadisə zamanı ona məxsus avtomaşına təxminən 400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında tədqiq olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən hadisənin Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində yolun sağ tərəf hissəsində baş verməsi, həmin yerdə yolun bir hərəkət istiqaməti, dörd hərəkət zolağının olması müəyyən edilmişdir. Hadisə yerinə baxışda iştirak etmiş sürücü Təqsirləndirilən şəxs M.Əliyev küçəsindən M.Muxtarov küçəsinə dönərkən onunla eyni istiqamətdə, lakin yolun tam sağ tərəfi ilə hərəkət edən motosikletin sürətlə gedərək onun idarə etdiyi avtomobilin sağ yan hissəsinə çırpıldığını, daha sonra motosikletin küçələrin kəsişməsində dayanmış “Opel Astra” markalı avtomobilə dəyməsini göstərmişdir. (iş vər.: 8-13) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı «Lada Priora 217030» markalı Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində ön sağ təkərinin, ön sağ qanadının, ön sağ qapısının zədələnməsi, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. (iş vər.: 15-18) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı «Opel Astra» markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində arxa bamperində, arxa sağ qanadında, arxa sağ qapısında, arxa təkərlərində zədələlər əmələ gəlməsi, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. (iş vər.: 20-22) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz şəhər xidmətinin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin videogörüntüləri olan 02 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13:38-də «Lada Priora » markalı avtomobil M.Əliyev küçəsində dönmə əməliyyatı keçirərək növbə ilə iki hərəkət zolağını keçib 3-cü hərəkət zolağından M.Muxtarov küçəsi istiqamətinə dönmək istəyərkən avtomobilinin sağ qapısı ilə M.Əliyev küçəsində 3-cü hərəkət zolağı ilə Qış parkı istiqamətində hərəkət edən motosikletin sol mərkəz hissəsindən vurmuş, nəticədə motosikletin sürücüsü havada firlanaraq yolun qarşı tərəfindəki səkinin üzərinə düşmüşdür. Videogörüntüdən həmçinin «Lada Priora» markalı avtomobilin sürücüsünün avtomobili həmin səkinin yanında saxlayaraq motosikletin sürücüsünə köməklik göstərməsi müşahidə edilmişdir. (iş vər.: 43- 44) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X13 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 1069 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X3 almış olduğu xəsarətlər- baş beynin hər iki yarımkürəsinin əzilməsi, subraxnoidal qansızma, sağ təpə-gicgah nahiyəsinin lövhəvari subdural, sol alın payın nahiyəsinin lövhəvari epidural hematomaları, alın sümüyünün qəlpəli, sol kürək nahiyəsinin soldan 9-10-cu, sağdan 3-4-cü qabırğaların qapalı, yerinidəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (iş vər.: 45-47) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx xxxxxx 2020-ci il tarixli, 26 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X11 xx xxxxxx 2019-cu il tarixdə saat 14:15 radələrində «Müştərək qapalı kəllə beyin travması. Baş beyinin yarımkürəsinin hemorağik əzilməsi, subaraxnoidal qansızma. Sağ tərəfdə gicgah nahiyəsində lövhəvari subdural. Sol alın payı nahiyəsində lövhəvari epidural hematoma. Alın sümüyününqəlpəli sınığı. Döş qəfəsinin küt travması. Sol kürək sümüyünün, sol İX, X qabırğaların, sağda İİİ, İV qabırğaların sınıqları» diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılan intensiv terapiya və reanimasiya tədbirlərinə baxmayaraq xəstə xx xxxxxx 2020ci il tarixdə saat 11:30-da xəstəxanada vəfat etmişdir. Mərhum X3 meyitinin məhkəmə-tibbi müayinəsi və xəstəxanada müayinəsi zamanı onda baş beyin toxumasına, onun qışaları altına və yan mədəciklərə qansızmalar ilə müşayiət olunan, baş beynin hər iki yarımkürəsinin əzilməsi, subraxnoidal qansızma, sağ təpə-gicgah nahiyəsinin lövhəvari subdural, sol alın payın nahiyəsinin lövhəvari epidural hematomaları, alın sümüyünün qəlpəli, sol kürək nahiyəsinin, soldan 9-10-cu, sağdan 3-4-cü qabırğaların qapalı, yerinidəyişməyən sınıqları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlr bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölüm baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Mərhum X3 ölümünə səbəb almış olduğu qapalı kəllə beyin travması nəticəsində baş beyin toxumasına, onun qişaları altına və yan mədəciklərə qansızmalaırın ağırlaşması, yəni baş beyin ödemi olmuşdur. Ölüm xx xxxxxx 2020-ci il tarixdə saat 11:30-da X20 xəstəxanasında baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. Mərhum X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (iş vər.: 79-85) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 8/108 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, istintaq tərəfindən göstərilən şəraitdə Lada Priora 217030 markalı, Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vər.: 109-112) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1488 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki,nəzəri hesablama yolu ilə, təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı «Lada Priora 217030» markalı, Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 798,00 (yeddi yüz doxsan səkkiz) manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 697,00 (altı yüz doxsan yeddi) manat təşkil edir. Rəydən həmçinin müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı məlumatlarına əsasən təzə avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2019cu il buraxılışlı «Yamaha» markalı, 99-B-246 dövlət qeydiyyat nişanlı motosikletin təmirbərpa xərci dəyişilməli hissələrin qiyməti 1123,00 (bir min yüz iyirmi üç) manat; təmirbərpa işlərinin qiyməti 500,00 (beş yüz) manat olmaqla, ümumilikdə təxminən 1623,00 (bir min altı yüz iyirmi üç) manat təşkil edir. (iş vər.: 74-78) İş materiallarında olan Y638PM102 seriyalı X8 X1 notarial qaydada tərcümə edilib təsdiq olunmuş surətindən müəyyən edilir ki, buraxılış ili 2013-cü il olan “Lada Priora 217030” markalı, Y638PM102 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X12 məxsusdur. İş materiallarında olan Başkırdıstan Respublikası Ufa şəhəri notariat idarəsində xx xxxxxx 2018-ci il tarixdə verilmiş 02AA4741949 nömrəli etibarnamənin notarial qaydada tərcümə edilib təsdiq olunmuş surətindən müəyyən edilir ki, “Lada Priora 217030” (minik) markalı, Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X14 tərəfindən idarə etmək hüququ ilə Təqsirləndirilən şəxs 10 il müddətinə etibar edilmişdir. (iş vər.: 103-107) İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixdə verilmiş etibarlılıq müddəti xx xxxxxx 2024-cü il tarixədək olan AC seriyalı 513689 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (iş vər.: 14). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin xx xxxxxx 2019-cu il tarixli 2/10025 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (iş vər.: 24) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.: 108) Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan, xəstəxana və oğlunun ölümü ilə əlaqədar yas xərcləri tam şəkildə ödənilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 60.1-ci maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 11, 12 və 13-cü bəndlərinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməsi, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış X6 məxsus “Yamaha” markalı 99-B-246 dövlət qeydiyyat nişanlı motosikletin zərərçəkmiş şəxsin hüquqi varisi X4, “Lada Priora 217030” markalı Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Opel” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq qızına dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq qızına məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X6 məxsus “Yamaha” markalı 99B246 dövlət qeydiyyat nişanlı motosikletin zərərçəkmiş şəxsin hüquqi varisi X5, “Lada Priora 217030” markalı Y638PM102 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Opel” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3)hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq qızına məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-182/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-182/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver