Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-182/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşımaqla cinayət əməli törətmişdir. Belə ki, o, 16 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, “Yasamal Bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 0,223 qram və 0,376 qram olmaqla ümumi təmiz çəkisi 0,599 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 (iki) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 0,566 qram və 0,763 qram olmaqla ümumi təmiz çəkisi 1,329 qram olan ağ rəngli kristalik hissəcikdən ibarət maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 yanvar 2021-ci il tarixdə saat 16:25-də Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmiş, Yasamal RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparan zaman üzərində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 0,223 qram və 0,376 qram olmaqla ümumi təmiz çəkisi 0,599 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 (iki) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 0,566 qram və 0,763 qram olmaqla ümumi təmiz çəkisi 1,329 qram olan ağ rəngli kristalik hissəcikdən ibarət maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitə aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 16 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu “Yasamal bazarı” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata iki büküm narkotik vasitə olan “heroin” və iki büküm psixotrop maddə olan “metamfetamin” alıb istifadə etmək üçün özündə saxlamışdır. 16 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37, mənzil 41 ünvanının qarşısında dayanan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirərək Yasamal RPİ-nə dəvət etmişlər. O, həmin vaxt qorxduğu üçün cəld hərəkət edərək polis əməkdaşlarından qaçmağa başlamış və 6-7 metr hərəkət etdikdən sonra müvazinətini itirərək yerə yıxılmış və yerdəki şüşə parçası onun sol qolunu kəsmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilləri ilə xəstəxanaya aparmışlar və orada ona tibbi yardım göstərildikdən sonra onu Yasamal Rayon Polis İdarəsinə gətirilmişlər. Polis idarəsində o əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşları ona məxsus heroini və metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, o Yasamal RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 yanvar 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin X1 xidməti ərazisində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Yasamal RPİ-nin X3 baş əməliyyat müvəkkili Şahid2 və Yasamal RPİ-nin X3 kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, Şahid2 və Şahid3la birlikdə 16 yanvar 2021-ci il tarixdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 16:25-də əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 4 ünvanının giriş qapısında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu bildirib ona Yasamal RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bu təklifdən sonra anidən cəld hərəkət edərək onlardan qaçmağa başlamış, lakin 5-6 metr uzaqlaşdıqdan sonra müvazinətini itirərək yerə yıxılmışdır. Bundan dərhal sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar və onun sol qolunun şüşə parçası ilə kəsildiyini aşkar etmişlər və bu səbəbdən xidməti avtomobillə onu Respublika Klinik Xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nə gətirmişlər. Bundan sonra, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X13 Ağayevin müdafiəçisinin iştirakı ilə sonuncuya üzərində olan qanunsuz saxladığı əşya və ya bilavasitə narkotik vasitə olduğu tədqirdə onları könüllü çıxarıb təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tün boz rəngli cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf sellofon bükümlərini çıxardıb təqdim edərək bildirmişdir ki, 02 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə heroin, digər 02 ədəd bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamindir, həmin narkotik vasitələri və psixotrop maddələri Yasamal rayonu “Yasamal bazarı” adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdır. Onların iştirakı ilə həmin bükümlərə baxış keçirilmiş və 02 ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli heroinə bənzər maddə, digər 02 ədəd bükülünün içərisində isə ağ rəngli kristalşəkilli metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Əli Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmaqla Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O və şəxsi axtarışda iştirak etmiş bütün şəxslər həmin protokolu öz imzalarıyla təsdiq etmişlər. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3 da Şahid1 Hafiz oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 104-107-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 yanvar 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin X4 xidməti ərazidə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Yasamal RPİ-nin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Hafiz oğlundan və Yasamal RPİ-nin X3 kiçik inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 16 yanvar 2021-ci il tarixdə polis əməkdaşları Şahid3 və Şahid1la birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 16:25-də əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 5 ünvanının giriş qapısında dayandığını görüb yaxınlaşaraq dərhal onu saxlamışlar. Həmin şəxsi saxladıqdan sonra onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, o, xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu bildirərək ondan Yasamal RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bu təklifdən sonra anidən cəld hərəkət edərək onlardan qaçmağa başladığını və 5-6 metr uzaqlaşdıqdan sonra müvazinətini itirərək yerə yıxıldığnı bildirmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmış və onun sol qolunun şüşə parçası tərəfindən kəsildiyini aşkar etmiş və xidməti avtomobillə Respublika Klinik Xəstəxanasına apardıqlarını göstərmişdir. Orada ilkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs polis əməkaşları ilə razılaşaraq oradan Yasamal RPİ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİnə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Əli Məmmədova həvalə olunmuşdur. Bununla bağlı, X13 Ağayevin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Əli Məmmədov vəkil Müdafiəçi Yasamal RPİ-nə dəvət etmişdir. Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 16 yanvar 2021-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefondan istifadə edilərək çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O, həmin təklifi qəbul edirək əynindəki tün boz rəngli cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf sellofon bükümləri çıxardıb təqdim edərək bildirmişdir ki, 02 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, digər 02 ədəd bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri Yasamal rayonu Yasamal bazarı adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bilmişdir. Həmin bükümlərə təhqiqatçı tərəfindən onların iştirakı ilə baxış keçirilmiş. 02 ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli heroinə bənzə maddə, digər 02 ədəd bükülünün içərisində isə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Əli Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmaqla Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzasıyla təsdiq etmişdir.Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satışı ilə məşğul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotro maddəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş maddələri çıxarıb könüllü təqdim edərək, 02 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, digər 02 ədəd bükülünün içərisindəki maddənin isə narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitələri 16 yanvar 2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində yerləşən “Yasamal bazarı” adlanan ərazidə, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pul ödəyərək şəxsi isfadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış keçirilən zaman 02 ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digər 02 ədəd bükülünün içərisində isə ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. (i.v. 29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 17 yanvar 2021-ci il tarixli 6/211 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.566 qr., 0.763 qr., ümumi təmiz çəkisi 1.329 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.223 qr., 0.376 qr., ümumi təmiz çəkisi 0.599 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 38-44) “Maddi sübut kimi tanınması haqqında” 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz vəkiləri 0,566 qram və 0,763 qram ümumi təmiz çəkisi 1,329 qram, lakin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,229 qr çəkidə olan olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram və 0,376 qram olan ümumi təmiz çəkisi 0,599 qram qram, lakin tədqiqata şərf edildikdən sonra zalıq qalmış 0,499 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 81-82) “Diskə baxış keçirilməsi barədə” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülmüş maddələri könüllü çıxarıb təqdim edərək masanın üzərin qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofon bükümlərə baxış keçirilən zaman içərisində ilk iki bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin bükümlərin nə olduğu soruşulduqda o ilk baxış keçirilən iki bükümün psixotrop maddə olan metamfetamin oldunu bildirir. Digər iki bükümə baxış keçirilərkən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilir. Təqsirləndirilən şəxs həmin iki bükülünün narkotik vasitə olan heroin olduğunu, 16 yanvar 2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu Yasamal bazarı adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirir. (i.v. 86-87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 nəticələrinə dair 11.03.2021-ci il tarixli 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 117-118) “Sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2021-ci il tarixli qərardan görünür ki, 16.01.2021-ci il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokol, məlumat daşıyıcısı olan "DVD” disk, maddi sübut, Təqsirləndirilən şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu, Şahid3 və Şahid2 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 17.01.2021-ci il tarixli 6/211 saylı rəyi və ambulator-məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli 761 saylı rəyi və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 120-134) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,974 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 16.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli 4(004)-36/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 73-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin təqdim etdiyi 24 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 108-109) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.229 qram qalıq çəkisi olan metamfetamin və 0.499 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 16 yanvar 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 1.229 qram qalıq çəkisi olan metamfetamin və 0.499 qram qalıq çəkisi olan heroin məhv edilsin. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X8, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-182/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-182/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver