Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-183/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ”Cəmiyyət” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 8, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 7.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Cəmiyyət" informasiya agentliyində redaktor işləyir. “SOCAR" da, yəni Azərbaycan Dövlət Neft şirkətində heç bir vəzifə tutmamış və hər hansı bir müqavilə ilə şirkətdə işləməmişdir. Mingəçevir şəhər sakini Şahid1 bir neçə ildir ki, tanımış, onunla dostluq münasibəti olmuşdur. 2018-ci ilin yanvar ayında Bakı şəhərində işdə olarkən Şahid1 onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəli telefon vasitəsi ilə zəng vuraraq Gədəbəy rayonu, Zəhmət kəndində olduğunu, qohumu Zərərçəkmiş şəxs azyaşlı qızının xəstə olması səbəbindən onun müalicəsi üçün Bakı şəhərinə köçüb yaşamasını və işlədiyi “SOCAR”ın nəzdində olan Gədəbəy rayon Qaz İstismarı idarəsindən, Bakı şəhərinə eyni işə dəyişmək istədiyini və bu barədə onun özü ilə danışmağını və Elvinə köməklik etməsini xahiş etmişdir. Həmin zaman telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla danışmış və ona sənədlərini də özü ilə götürüb Şahid1la birlikdə Bakı şəhərinə gəlməsini bildirmişdir. Bir gündən sonra İbrahim ona mobil telefonla zəng vuraraq Elvinlə birlikdə Bakı şəhərinə gəldiklərini onunla görüşmək istədiklərini bildirmişdir. Həmin gün tanışı və jurnalist dostu olan “Kirpi'* satira-yumor jurnalının təsisçisi Şahid3 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsinda yerləşən Elmlər Akademiyası metro stansiyasının yaxınlığında olduğundan X4 metro stansiyasının yaxınlığına gəlməsini bildirmişdir. Bir müddətdən sonra İbrahim, Zərərçəkmiş şəxsla birlikdə gələrək Elvini onunla və Şahid3lə tanış etmişdir. Onlar tanış olduqdan sonra birlikdə Milli Elmlər Akademiyasının bağında olan çayxanaya gəlib, çay masasının arxasında əyləşib çay içib söhbət etmişlər. İbrahim ona Elvinin Gədəbəy rayon Qaz İstismarı idarəsində işlədiyini və ailə vəziyyət ilə əlaqədar Bakı şəhərində yaşamaq istəməsini və iş yerinin də Bakı şəhərində yerləşən "SOCAR”-ın nəzdində olan Qaz İstismar idarəsinə dəyişməyini Bakı şəhərinə eyni işə dəyişməsinə köməklik etməyini xahiş etmişdir. İbrahimə və Elvinə çalışıb onun iş yerinin Bakı şəhərinə dəyişdirilməsində köməklik etməsini vəd etmiş, lakin söhbət zamanı maddi durumunun aşağı olduğunu deyərək İbrahimdən borc olaraq 7.500 manat pul istəmişdir. İbrahim isə onun pulu olmadığını, Elvinin isə iş yerinin dəyişdirilməsi üçün pulu olduğunu bildirmişdir. Həmin vaxt Elvin "əgər pula ehtiyacın varsa mən sənə 7.500 manat verim, sən də məni işə düzəldərsən sonra biz hesablaşaraq" demişdir. Söhbət zamanı Elvinə onun yerdəyişmə məsələsi ilə maraqlanacağını kömək edə biləcəyi təqdirdə onu Bakı şəhərində yerləşən "SOCAR"-ın nəzdində olan Qaz İstismar idarəsinə yerdəyişmə etdirə biləcəyini demişdir. Lakin, Zərərçəkmiş şəxs köməklik üçün verəcəyi pulun yerdəyişmə üçün alacağı pul ilə heç bir əlaqəsi olmadığını ondan borc kimi alacağını demişdir Elvin isə 7.500 manat pulu səhəri gün ona çatdıracağını bildirmişdir. Həmin günün səhəri Şahid3lə saat 15 radələrində Yasamal rayonu. Bəxtiyar Vahabzadə küçəsi 12 ünvanda yerləşən Elmlər Akademiyası metrostansiyasının qarşısına gəlmişlər və orada Elvin və İbrahimlə görüşmüşlər. Zərərçəkmiş şəxs 7.500 manat nağd pul və sənədlərinin surətini ona vermişdir. Elvindən pulu götürdükdən sonra həmin pulu ondan borc kimi aldığını, iş yerinin dəyişmə məsələsi ilə maraqlanacağını və nəticəsi ilə bağlı ona bir söz deyəcəyini bildirmişdir. Elvin də onunla razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu görüşdən sonra Elvin bir neçə dəfə ona zəng vurub iş yerinin dəyişməsi ilə bağlı nə etdiyini soruşmuş, o, isə Elvinə onun iş yerinin dəyişdirilməsi məsələsini həll edə bilməyəcəyini bildirmişdir. Bir neçə dəfə telefon əlaqəsi zamanı Elvin ona verdiyi 7.500 manat pulu istəmişdir. O. isə maddi durumu aşağı olduğuna görə bir az gözləməsini xahiş etmişdir. Lakin, sonradan Elvinin ondan Gədəbəy rayon polis şöbəsinə şikayət etməsi məlum olmuşdur. Ona görə də Elvinlə telefon əlaqəsi saxlamış və onun adma xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə 2000 manat pul göndərmişdir. Ona pulun qalan hissəsini isə hissə-hissə qaytaracağını və bir az gözləməsini xahiş etmişdir. Sonradan maddi durumu aşağı olduğuna görə pulun qalanı hissəsini Elvinə qaytara bilməmişdir. Lakin nə özü nə də ki, Şahid3 özlərini "SOCAR"-ın işçiləri kimi Zərərçəkmiş şəxs təqdim etməmişlər, Şahid3 onları söhbətinə qarışmamışdır. O, Zərərçəkmiş şəxs iş yerinin Bakı şəhərinə dəyişdirilməsi üçün vəd verib ondan pul almamışdır. Şahid1 onun və Arzumanın media nümayəndələri olduğunu yaxşı bilmişdir. 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs aldığı 7.500 manat puldan Şahid1 və ya Şahid3 işin müqabilində mükafat və ya şirinlik kimi heç bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs Şahid1 iş yerinin dəyişdirilməsi müqabilində Gədəbəy rayonu Zəhmət kəndində “şirinlik" kimi 500 manat pul alması barədə məlumatı olmamış, onlar bu barədə ona heç nə deməmişlər. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasınınonun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli AZ2111/********** saylı teleqramdan və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs kimi ona vurulmuş zərər - 7500 manat pul tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, ona görə də cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki,2010-cu ildən Gədəbəy rayon X10 nəzarətçi çilingər kimi işə düzəlmiş və hazırda da həmin vəzifədə işləyir. Əslən Gədəbəy rayonu Zəhmət kəndindən olan Şahid1 uzaq qohumu olmaqla onunla əvvəllər münasibətləri yaxşı olmuşdur. Şahid1 hazırda Mingəçevir şəhərində yaşamış, hərdən bir kəndlərinə gəlmişdir. Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs isə Şahid1 vasitəsi ilə tanımışdır. 2018-ci ilin yanvar ayının sonlarında Şahid1la Zəhmət kəndində görüşərək haləhval tutduqdan sonra çay içmək üçün çayxanaya gəlmişlər. Onlar birlikdə çayxanaya çay içib söhbət edərkən azyaşlı qızının xəstə olduğunu və müalicəsini Bakı şəhərində davam etdirmək üçün işini dəyişmək istədiyini bildirmişdir. Şahid1 da "əgər istəsən iş yerini Bakıya dəyişərəm" demişdir. Söhbət zamanı İbrahim Bakı şəhərində tanışı olduğunu yerdəyişməyə görə kömək edə biləcəyini ona bildirmişdir. İbrahimla razılaşmış və onlar həmin görüşlərindən bir gün sonra avtobusa əyləşib Bakı şəhərinə gələrək Elmlər Akademiyası metro stansiyasının yaxınlığında Məhsud və Arzuman adlı şəxslərlə görüşüb tanış olmuşdur. Məhsud özünü "SOCAR"-ın işçisi kimi təqdim etmişdir. X5 iş yerinin X14 İdarəsindən Bakı Qaz İstismarı İdarəsinə dəyişdirmək məsələsini danışmışdır. Məhsud tez bir zamanda ona 7500 manat nağd pulun müqabilində Gədəbəy rayonunda olan iş yerini Bakı şəhərinə dəyişəcəyini vəd etmişdir. Onlar razılaşdıqdan sonra həmin gün axşam saatlarında Bakı şəhərindən avtobusla çıxıb rayona gəlmiş və 7.500 manat pulu düzəldərək sabahı günü Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə çatdıqdan sonra İbrahim, Məhsud və Arzuman ilə Elmlər Akademiyası metro stansiyasının qarşısında görüşüb 7500 manat nağd pulu və yerdəyişmə üçün lazım olan sənədləri: şəxsiyyət vəsiqəsini və diplomunun surətlərini Təqsirləndirilən şəxs vermişdir. Məhsud pulu və sənədlərin surətlərini götürüb cibinə qoymuş və iş yerinin dəyişdirilməsini ən tezi bir həftəyə, geci isə iki aya kimi düzəldəcəyini vəd etmişdir. İki aydan artıq bir müddət gözləmiş və bu müddət ərzində bir neçə dəfə İbrahim və Məhsuda zəng vurub işinin nə yerdə olduğunu soruşmuş, hər dəfə İbrahim və Məhsud ona gözləməsini demişlər. Lakin, Məhsud və İbrahimlə danışılan vaxtandan 5-6 ay keçdikdən sonra iş yerinin yerdəyişməsi alınmadığına görə İbrahim və Məhsuddan pulunu geri istəmişdir. Onlar pulunu vermədiyinə görə polisə şikayət ərizəsi yazmışdır. Məhsud isə polisdə araşdırma gedən zaman 2.000 manat pulunu qaytarmış və qalanı hissəsini isə bir həftəyə qaytaracağını vəd etmişdir. Lakin, Təqsirləndirilən şəxs vəd etdiyi pulun qalan hissəsini qaytarmadığına görə təkrar polisə şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Mingəçevir şəhərində yaşayır. Zərərçəkmiş şəxs əmisi nəvəsidir. Elvinlə əvvəllər münasibətləri yaxşı olmuş, ona qarşı düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, onunla münasibətləri yaxşı olmuş, ona qarşı düşmənçiliyi ədavəti olmamışdır. Şahid3 isə tanışı Məhsudun vasitəsi ilə tanımışdır. 2018-ci ilin yanvar ayında atası evinə baş çəkməsi üçün Gədəbəy rayonu. Zəhmət kəndinə gəlmişdir. O, kənddə olan zaman qohumu Elvini görüb onunla görüşmüş və söhbət üçün çayxanaya getmişlər. Onlar çayxanda olan zaman söhbət əsnasında Elvin iş yerini Bakı şəhərinə dəyişmək istədiyini ona demiş və ondan bu işdə ona köməklik etməsini istəmişdir. O, Elvinə “bir adam var bu işdə sənə köməklik edər” demiş və sonra Məhsuda zəng vurmuşdur. Telefon əlaqəsi zamanı o, Elvini Məhsudla danışdırmışdır. Elvin Məhsudla telefonla danışdıqdan sonra ona sənədləri də götürüb Bakı şəhərinə gedəcəyini demişdir. Onlar Bakı şəhərinə birlikdə getməyə razılaşmışlar. 2018-ci ilin yanvar ayının sonlarında Elvinlə birlikdə avtobusa əyləşib Bakı şəhərinə gəlmişlər. Onlar Bakı şəhərinə gəldikdən sonra Məhsudla “Elmlər Akademiyası” metrosunun yaxınlığında görüşmüşlər. Həmin günü Məhsudla görüşdükdən sonra ona Elvinin işinə köməklik etməsini xahiş etmişdir. Daha sonra Məhsudun dediyi Arzuman adlı şəxs gəlmiş və Elvin Məhsud və Arzumanla yerdəyişmə işini danışmışlar. Onlar razılaşmış və yerdəyişmə işinə görə Elvindən 8000 manat pul istəmişlər. O, Məhsuddan xahiş etmişdir ki, yerdəyişmə işinə görə alının pulun məbləğini azaltsınlar. Təqsirləndirilən şəxs da 8000 manat puldan 500 manat pul keçmiş və Elvinlə Məhsud 7500 manata razılaşmışlar. Onlar razılaşdıqdan sonra Elvin Gədəbəy rayonuna getmək üçün İbrahimlə birlikdə “Avtovağzal” adlanan əraziyə gəlmişlər. O, Elvinə yerdəyişmə işinə görə pulu verməyə tələsməməsini demişdir. Elvin isə ona “pulu nə qədər tez versəm, iş bir o qədər tez düzələr1* demişdir. Həmin günü Elvin avtobusa əyləşib Gədəbəy rayonuna getmişdir. Səhəri gün Elvin Bakı şəhərinə qayıdıb gəlmişdir. Onlar birlikdə Məhsud adlı şəxslə görüşmək üçün “Elmlər Akademiyası” metrosunun yaxınlığına gəlmişlər. O, Elvinə pulu onun yanında Məhsuda adlı şəxsə verməsini demişdir. Həmin günü onlar Məhsud və Arzuman adlı şəxslə görüşmüşlər. X16 iş yerini Bakı şəhərinə dəyişməsi üçün Məhsuda 7500 manat pul vermiş, Məhsud 7500 manat pulu və sənədlərin surətini Elvindən götürmüşdür. X17 “işin ola bilər bir çəkər” dedi. Sonra onlar Məhsud və Arzumandan ayrılıb “Avtovağzal” adlanan əraziyə gəlmişlər. O, Elvindən borca 50 manat yol pulu almışdır. Elvin Gədəbəy rayonuna qayıtmış, o isə Mingəçevir şəhərində yerləşən evinə gəlmişdir. İki- üç gündən sonra Gədəbəy rayonuna gəlmiş və Elvinlə görüşmüşdür. O, Elvinlə birlikdə pensiya kartının dəyişdirmək üçün banka gələrək müraciət etmiş və sonra Elvindən pensiya kartı hazır olanda bankdan götürməsini xahiş etmişdir. Bundan sonra Elvindən 100 manat borca pul alaraq pulu karta köçəndə oradan götürməsini demişdir. Daha sonra ona məlum olmuşdur ki. Elvinin iş yerinin dəyişdirilməsi düzəlməmiş, Məhsud onu aldadaraq 7500 manat pulunu almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhərində yaşayır və “Kirpi" jurnalının təsisçisi və redaktoru, eləcə də “Sozcu.info" saytının rəhbəri vəzifəsində işləyir. “Cəmiyyət” qəzetini redaktoru Təqsirləndirilən şəxs onun tanışıdır. Gədəbəy rayonu Zəhmət kənd sakini X6 ilə şəxsən tanış deyil, onunla qohumluq əlaqəsi, ədavəti və ziddiyyəti olmamışdır. 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu. Milli Elmlər Akademiyasının bağında olan çayxanada çay içərkən Zərərçəkmiş şəxs və şəxsiyyəti sonradan ona məlum olan Şahid1 ilə buirlikdə gəlmişlər. Məhsud Elvini və İbrahimi tanışı və qohumu kimi ona təqdim etmişdir. Lakin onların hansı səbəbə Bakı şəhərinə gəlmələrini bilməmişdir. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs eşitmişdir ki, O Zərərçəkmiş şəxs 7.500 manat pul almış və qaytarmamışdır. Elvin də ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs və Şahid1 Gədəbəy rayon Qaz İstismarı idarəsindən, Bakı şəhərinə Qaz istismar idarəsinə yer dəyişməsinə köməklik etmələrindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, hal-hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır və Zərərçəkmiş şəxs qohumudur. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. X7 uzun müddətdir tanımış, onula münasibətləri yaxşı olmuşdur. Şahid3 isə tanımamışdır. 2018-ci ilin qış aylarında Zərərçəkmiş şəxs onların yaşadığı Mincəçevir şəhərinə gəlmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işə yerinin dəyişdirilməsi adı ilə Elvindən pul almış və işi görməmiş, pulu da qaytarmamışdır. Sonra onlar birlikdə Bakı şəhərinə gəlmiş və Məhsudla görüşmüşlər. Onlar görüşdükdən X17 yerdəyişmə işi alınmadığını pulunun bir hissəsini qaytaracağını demişdir. Həmin günü Məhsud Elvinə 1500 manat pul verəcəyini qalan hissəsinidə qaytaracağını demişdir. X18 verdiyi pulu tam şəkildə istədiyi üçün ondan 1.500 manat pulu götürməmişdir. Onlar arasında heç bir razılıq olmamış, sonradan Zərərçəkmiş şəxs yerdəyişmə üçün aldığı pulu qaytarmadığına görə Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 2010-cu ildə anadan olmuş Humay və 2012-ci ildə anadan olmuş Gülay adlı qızları vardır. Həyat yoldaşı Elvin Gədəbəy rayon X10 nəzarətçi çilingər işləmişdir. 2018-ci ildə qızı Gülayın xəstəliyi ilə bağlı olaraq onlar Bakı şəhərində yaşamaq qərarına gəlmişlər. Ona görə də əri Zərərçəkmiş şəxs işlədiyi Gədəbəy rayonu X9 işini Bakı şəhərinə eyni işə dəyişmək istəmişdir. Həmkəndliləri və qohumu Mingəçevir şəhərində yaşayan Ələkbərov X1 görüşmüş, iş yerinin dəyişdirilməsi məsələsini danışmışlar. Şahid1 Elvini Bakı şəhərində tanışı olan Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs da Elvinin iş yerinin dəyişməsi üçün 7.500 manat pul istəmiş, Elvin də 2018-ci ilin yanvar ayının sonlarında Şahid1la Bakı şəhərinə gedərək 7500 manat manat pulu iş yerinin dəyişdirilməsi müqabilində Təqsirləndirilən şəxs vermişdir. Elvin pulu Məhsuda verdikdən sonra evlərinə qayıtmış və yaxın zamanlarda Təqsirləndirilən şəxs iş yerini Bakı şəhərində yerləşən Qaz İstismar idarəsinə dəyişdirəcəyini bildirmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Elvinin iş yerini dəyişdirməmişdir. X19 Səfərovun onu aldadaraq pulunu ələ keçirdiyini bildikdə ondan verdiyi pulu geri qaytarmağı tələb etsə də Təqsirləndirilən şəxs imkanı olmadığını bəhanə edərək pulu qaytarmamışdır. Ona görə də əri Elvin Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Elvinin müraciəti əsasında Gədəbəy rayon polis şöbəsində Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqid edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli AZ2111/********** saylı teleqramdan və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs kimi ona vurulmuş zərər - 7500 manat pul tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, ona görə də cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20023 nömrəli "xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1.876.88 manat məbləğində pul Maliyyə Nazirliyi - Dövlət Xəzinarlığı Agentliyinə ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur . İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxscinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxshəmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-183/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 35 (otuz beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsinvə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-183/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-183/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver