Məhkəmə qərarları › İş №1(004)-183/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-183/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-183/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Beşdəli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib özündə saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 31/33 ünvanı qarşısında yerləşən saxlanc yeri kimi istifadə edilən tikiliyə qapının asma qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 130 manat dəyərində “Euromax” markalı “G8505” modelli laqonda aparatını, 1 ədəd 100 manat dəyərində markası məlum olmayan laqonda aparatını, 1 ədəd 80 manat dəyərində markası məlum olmayan ütünü və 100 metr uzunluğunda olan 200 manat dəyərində kabeli gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 510 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2022-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında olan tullantılar konteynerindən tapmaqla qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, atəş açmaq üçün yararlı olan 5,45 mm kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı yivliodlu silah hesab edilən avtomatı, onun komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik 1 ədəd sandıqçanı və zavod üsulu ilə istehsal edilmiş, Kalaşnikov konstruksiyalı avtomatlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patronu əldə edib üzərində saxlayıb daşımaqla gəzdirərək Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən N.Nərimanov heykəlinin yaxınlığındakı söküntü işləri aparılan ərazidə gizlətmiş, 02 fevral 2022-ci il tarixdə saat 16:00 dəqiqədə həmin 1 ədəd 5,45 kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patronu gizlətdiyi yerdən götürüb başqa yerdə gizlətmək məqsədi ilə qara rəngli idman çantasının içərisində saxlamaqla üzərində daşıyıb gəzdirdiyi zaman Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 9 saylı evin qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman üzərində daşıdığı həmin qara rəngli çantadan həmin 1 ədəd 5,45 kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, onun komplekt hissəsi olan 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə məhkum olunduqdan sonra 2018-ci ildə azadlığa buraxılmışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəlində o, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən məişət tullantıları konteynerində satmaq üçün müxtəlif əşyalar axtarırmış və orada ağ rəngli torba aşkar etmişdir. Həmin torba ağır idi və o, torbanı konteynerdən çıxarıb açmış, içərisinə baxanda orada üstündə daraq olan “Kalaşnikov” avtomatı aşkar etmişdir. Darağı çıxardıqda görmüşdür ki, darağın içərisində altı ədəd patron var. O, həmin avtomatla darağı yenidən həmin torbaya yerləşdirmiş, həmin konteynerdən tapdığı qara rəngli idman çantasına qoymuş və həmin vaxt kirayədə yaşadığı Yasamal rayonu N.Nərimanov heykəli tərəfə getmişdir. O qərara gəlmişdir ki, həmin avtomatı müvəqqəti olaraq heykəlin yaxınlığında söküntü işləri aparılan ərazidə gizli bir yerdə saxlasın. Bundan sonra o, həmin yerə getmiş və tapdığı avtomatı, içərisində patronlar olan darağ ilə birlikdə olduğu həmin idman çantasını həmin söküntü işləri aparılan ərazidə gizlətmişdir. Bundan sonra, 22 yanvar 2022-ci il tarixdə gecə saatlarında o, gecələmək üçün Yasamal rayonu N.Nərimanov prospektində yerləşən “Dominos Pizza” restoranının arxasındakı binanın qarşısında olan tikiliyə daxil olmaq qərarına gəlmiş və həmin tikilinin üzərində olan asma qıfılı orada yerdən tapdığı dəmir parçası ilə sındıraraq həmin tikiliyə daxil olmuşdur. Orada o, müxtəlif təmir-tikinti avadanlıqlarının olduğunu aşkar etmişdir. Həmin zaman o, oradan bir ədəd laqonda aparatını götürmüşdür ki, sonradan satıb gəlir əldə etsin. Həmin laqondanı o, növbəti gün aparıb söküntü işləri gedən yerdə gizlətdiyi içərisində silah-sursat olan həmin idman çantasına yerləşdirmişdir. 02 fevral 2022-ci il tarixdə o qərara gəlmişdir ki, gizlətdiyi həmin silah-sursat və laqundanı götürsün və aparıb başqa yerdə gizlətsin. Buna görə də, həmin tarixdə saat 15 radələrində o, kirayədə qaldığı evdən çıxmış və söküntü işləri aparılan əraziyə getmiş, qeyd edilən əşyaların olduğu qara idman çantasını oradan götürmüşdür. Həmin tarixdə saat 16:00-da o, N.Nərimanov prospekti ilə yol getdiyi zaman ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona özünü təqdim etməyini söyləmişlər və o xx.xx.1972-ci il tarixdə Neftçala rayonu Beşdəli kəndində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, həmin yerdə qeydiyyatda olduğunu və Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşadığını bildirmişdir. Həmin zaman həmin polis əməkdaşları ona silah-sursatın qanunsuz əldə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmişlər və onu 26-cı PB-nə dəvət etmişlər. O razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün onun dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o həmin siyahıdan istənilən vəkilin dəvət olunmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin bürodan vəkil Müdafiəçi dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin üç nəfər polis əməkdaşları və vəkil Müdafiəçi var idilər. O da özü ilə daşıdığı həmin qara rəngli idman çantasını masanın üzərinə qoymuş, həmin çantada Kalaşnikov avtomatının, bir ədəd avtomat darağının, 6 ədəd patron və bir ədəd laqundanın olduğunu bildirmişdir. Həmin avtomatı, darağı və patronları 15-20 gün bundan əvvəl “Sədərək” TM-nin yaxınlığında zibillikdən tapdığını, laqundanı isə 10-12 gün əvvəl N.Nərimanov heykəlinin yanında yerləşən “Dominos Pizza” restoranı arxasında olan tikilidən oğurladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin avtomat, daraq və patronlar sellofan torbaya qablaşdırılmış, möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin torbada olan avtomat, daraq və patronlar ekspertizaya göndərilmişdir. Aşkar edilmiş 1 ədəd laqunda isə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin tikilidən o təkcə bir ədəd laqonda aparatını oğurlamış, orada olmuş digər əşyalardan xəbəri olmamış, oğurluq zamanı o tək olmuş və onu kənardan heç kəs görməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin,şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 ildir ki, Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 31/33 saylı binada santexnika üzrə təmir işlərinə baxır, bunun üçün o özünə məxsus müxtəlif təmir-tikinti avadanlığını həmin binanın qarşısında yerləşən kiçik ölçülü bir tikilidə saxlayır. Həmin tikili binaya aiddir, bir müddət əvvəl həmin yerə komendant nəzarət edirmiş və sonradan komendantın özü ona icazə vermişdir ki, o avadanlıqlarını orada saxlasın. Həmin tikili hər zaman asma qıfıl ilə bağlanırmış, açarı təkcə onda olurmuş. Həmin tikilidə o, 2 ədəd laqunda, 1 ədəd ütü, 100 metr uzunluğunda olan kabel, 2 ədəd perforator, 1 ədəd drel aparatı və digər xırda əşyalar saxlayırmış. O, hər gün səhər saatlarında işləri ilə bağlı ora gəlir və axşam saat 17-18 radələrində çıxıb evinə gedir. 21 yanvar 2022-ci il tarixdə saat 16 radələrində o, həmin tikilinin qıfılını bağlayıb evinə getmişdir. 22 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o gəlib həmin tikiliyə yaxınlaşan zaman görmüşdürki, tikilinin qapısının qıfılı sındırılmış vəziyyətdədir. İçəri daxil olduqdan sonra o orada saxladığı əşyaları nəzərdən keçirmiş və oradan özünə məxsus 2 ədəd laqunda, 1 ədəd ütü və 100 metr uzunluğunda olan kabelin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, oğurluq hadisəsi ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmiş, bir qədər sonra isə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. 02 fevral 2022-ci il tarixdə ona məlum olmuşdur ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs həmin polis bölməsi tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, onun özünə məxsus 1 ədəd “Euromax” markalı laqundanın dəyərinin 130 manat, 1 ədəd markasını xatırlamadığı laqundanın dəyərinin 100 manat, 1 ədəd markasını xatırlamadığı ütünün dəyərinin 80 manat və 100 metr uzunluğunda kabelin dəyərinin 200 manat olduğunu nəzərə alaraq, hadisə nəticəsində ona ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-nin rəis müavini Şahid1 və həmin polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə 02 fevral 2022-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı əldə etməsi, saxlaması, gəzdirilməsi və daşıması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində ünvan 2 ünvanı qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1972-ci ildə Neftçala rayonunda anadan olduğunu, Neftçala rayonu Beşdəli kəndində qeydiyyatda olmaqla Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşadığını demişdir. Həmin zaman Təqsirləndirilən şəxs əlində bir ədəd qara rəngli idman çantası var idi. Onlar sonuncunun qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı əldə etməsi, saxlaması, gəzdirilməsi və daşımasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİnin 26-cı PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirmişlər və sonuncuya Bakı şəhəri 22 saylı Vəkil Bürosunda çalışan vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan istənilən vəkilin dəvət olunmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosundan vəkil Müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə sonuncuya bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki qara rəngli idman çantasını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin çantada nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs isə çantada 1 ədəd “Kalaşnikov” avtomatının, bir ədəd laqundanın, bir ədəd darağın və 6 ədəd patron olduğunu bildirmişdir. Bundan sonra həmin çanta təhqiqatçı tərəfindən açılmış, çantadan bir ədəd laqunda, bir ədəd “Kalaşnikov” avtomatı və bir ədəd həmin avtomata aid sandıqça aşkar olunmuşdur. Sandıqçada 6 ədəd patron aşkar olunmuşdur. Sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomatı içərisində 6 ədəd patron olan sandıqça ilə birlikdə 15-20 gün əvvəl Sədərək Ticarət Mərkəzinin yaxınlığında zibillikdən tapmış və özü ilə daşıyaraq Yasamal rayonu N.Nərimanov heykəlinin yaxınlığında söküntü ərazisində gizlətmişdir. Aşkar edilmiş həmin laqundanı isə 10-12 gün bundan əvvəl Yasamal rayonu N.Nərimanov heykəlinin yanında olan “Dominos Pizza” restoranının arxa hissəsində yerləşən tikiliyə daxil olaraq oradan oğurladığını bildirmişdir. 02 fevral 2022-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs aşkar edilmiş həmin avtomatı və patronları gizlətdiyi yerdən götürüb digər bir yerdə gizlətmək üçün həmin idman çantasında daşıyırmış. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin avtomat, sandıqça və patronlar sellofan torbaya qablaşdırılmış, həmin qablaşdırma DİN-in 170 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə aşkar edilərək götürülmüş və qablaşdırılmış həmin əşyalar ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 02.02.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02.02.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.02.2022-ci il tarixli, 3/156 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yixli-odlu avtomat silahıdır, atəş açmaq üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 06 ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik Kalaşnikov konstruksiyalı avtomatlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - Qərarda qoyulmuş “Ekspertə təqdim edilmiş silahdan əvvəllər hər hansı cinayətdə istifadə olunub-olunmadığı müəyyən edilsin” sualı Mərkəzin ekspertinin zəruri biliyinə aid olmadığından cavablandırılmadı. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 manat təşkil etmişdir. Cinayət işinin 133-135-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2022-ci il tarixli, 9/909 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, “Euromax” markalı, “G8505” modelli laqonda aparatının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 70,00 manat müəyyən olunur. Cinayət işinin 134-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 manat təşkil etmişdir. Cinayət işinin 156-165-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 05.05.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 5,45 mm kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı yivli-odlu avtomat silahı, onun komplekt hissəsi olan 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patron iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd “Euromax” markalı “G8505” modelli laqonda aparatı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş və iş üzrə şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntü köçürülmüş 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 123-125-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.02.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 21.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur, ona görə də sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunur ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru Roman Məmmədov tərəfindən həmin polis bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Həmin zaman otaqda qeyd edilən şəxslərdən başqa Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Yasamal RPİ-nin 26-cı PB-nin rəis müavini polis mayoru Şahid1, həmin polis bölməsinin baş əməliyyat müvəkkilli polis baş leytenantı Şahid2 və həmin polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 olduqları görünür. Şəxsi axtarış keçirildikdən öncə təhqiqatçı R.Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təklif edilir ki, sonuncu üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə özü ilə daşıdığı 1 ədəd qara rəngli idman çantasını təqdim edərək masanın üzərinə qoyur, təhqiqatçı tərəfindən həmin çantada nə olduğu soruşulur. C. Bağırov bildirir ki, həmin çantada 1 ədəd “Kalaşnikov” avtomatı, bir ədəd laqunda, bir ədəd daraq və 6 ədəd patron var. Bundan sonra həmin çanta təhqiqatçı tərəfindən açılır, əvvəlcə çantadan bir ədəd laqunda çıxarılır, sonra isə oradan ağ rəngli torba çıxarılaraq masanın üzərinə qoyulur. Həmin torba açıldıqdan sonra onun içərisindən bir ədəd “Kalaşnikov” avtomatı və bir ədəd həmin avtomata aid sandıqça aşkar olunaraq çıxarılıb masanın üzərinə qoyulur. Aşkar edilmiş sandıqçada 6 ədəd patron olduğu görünür və həmin patronlar oradan çıxarılaraq masanın üzərinə qoyulur. Bundan sonra Təqsirləndirilən şəxs həmin avtomatın haradan əldə edildiyi soruşulur, sonuncu isə bildirir ki, həmin avtomatı ona aid içərisində 6 ədəd patron olan sandıqça ilə birlikdə 15-20 gün əvvəl Sədərək Ticarət Mərkəzinin yaxınlığında zibillikdən tapmış və özü ilə daşıyaraq Yasamal rayonu N.Nərimanov heykəlinin yaxınlığında söküntü ərazisində gizlətmişdir. Aşkar edilmiş həmin laqundanı isə o, 10-12 gün bundan əvvəl Yasamal rayonu N.Nərimanov heykəlinin yanında olan “Dominos Pizza” restoranının arxa hissəsində yerləşən tikiliyə daxil olaraq oradan oğurladığını bildirmişdir. Sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, 02 fevral 2022- ci il tarixdə saat 16:00-da o, aşkar edilmiş həmin avtomatı və patronları gizlətdiyi yerdən götürüb digər bir yerdə gizlətmək üçün idman çantasında daşıyırmış və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin hər hansı bir əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin avtomat, ona aid sandıqça və patronlar sellofan torbaya qablaşdırıldı, həmin qablaşdırma DİN-in 170 nömrəli möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı iştirakçılardan etirazlarının olub-olmaması soruşulur və heç bir etiraz və ya şikayət daxil olmur. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməsinin başa çatdığını bildirdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02.02.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut 1 ədəd 5,45 mm kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı yivliodlu avtomat silahı, onun komplekt hissəsi olan 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd “Euromax” markalı “G8505” modelli laqonda aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilməli, həmçinin digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və 4 saylı Vəkil Bürosunun vəkili Ş.T.Əliyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat, 4 saylı Vəkil Bürosunun vəkili Ş.T.Əliyevaya isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun və 4 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablansın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut 1 ədəd 5,45 mm kalibrli “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı yivli-odlu avtomat silahı, onun komplekt hissəsi olan 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 06 (altı) ədəd 7,62 kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, iş üzrə digər maddi sübut olan 01 ədəd “Euromax” markalı “G8505” modelli laqonda aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat, 4 saylı Vəkil Bürosunun vəkili X3 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun və 4 saylı Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar