Məhkəmə qərarları › İş №1(004)-183/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-183/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-183/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmayan, Kəlbəcər rayonu Narınclar ərazi dairəsi, Narınclar kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 15 mart 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində əvvəllər işlədiyi ünvan 2 ünvanda yerləşən «OBA» adlı marketin içərisində kassa aparatının yaxınığında dayanıb keçmiş iş yoldaşları ilə söhbət edən zaman müştəri qismində marketdə olan Zərərçəkmiş şəxs Madar oğlunun ona yaxınlaşıb marketin işçisi olmasını zənn edərək aldığı məhsulların pulunu ödəmək üçün kassa aparatının arxasına keçib əməliyyat apararaq onu tez yola salmasını tələb etməsindən əsəbləşərək sonuncuya kobud cavab verdiyindən aralarında yaranmış mübahisə zamanı heç bir səbəb olmadan ictimai yerdə və vətəndaşların gözü qarşısında istintaqa məlum olmayan tarixdə və şəraitdə əldə edib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs Madar oğlunun sol əlinin barmaqlarına və sol bazu nahiyəsinə çoxsaylı zərbələr yetirib, nəticədə Zərərçəkmiş şəxs sol əlin 01 ədəd kəsilmiş yarası, sol əlin İİ barmağının 02 ədəd, sol bazunun 01 ədəd səthi kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə o, «OBA» marketində bir cox müştərilər olduğundan, iş yoldaşlarına tərəzidə ərzaq malların çəkilməsində və onların qiymətlərində kassaya baxmışdır. Həmin vaxtı mağazada müştəri olan sonradan soyadı, adı və atasının adı məlum olan Zərərçəkmiş şəxs ona müştərilərin növbəsindən kənar yaxınlaşıb kassa işləyib-işməməsini soruşmuş, o, isə ona kassanın işləmədiyini və digər kassada növbə tutmasının ona bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona bir neçə dəfə kassanın işləyib- işlməməsini soruşmuş və o, isə ona bir daha kassanın işləmədiyni bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun bu sözündən əsəbləşərək ona yaxınlaşıb nəyə görə onun ona əsəbləşdiyini soruşmuş, o, isə ona əsəbləşmədiyini və eyni sualları ona təkrar soruşduğundan narazı olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla üzbə-üz dayanıb söhbət edərkən, əli ilə onun sinəsindən kənara itələmiş, bu zəminində onlar arasında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı bir- birilərinə əlbə-yaxa olmuş, Zərərçəkmiş şəxs ondan bir qədər fiziki gücülü olduğundan onun ona gücü çatmayacağını əmin olub şalvarının kəmərindən meyvə doğramaq üçün nəzərdə tutulan cib bıçağını çıxarıb onu qorxutmaq məqsədi ilə onun üzərinə tərəf tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs onun üstünə hüçüm edərək yerə yıxmış, həmin vaxtı onun əlində olan bıçaq yerə düşmüşdür. O, isə həmin bıçağı yerdən götürüb Zərərçəkmiş şəxs qorxutmaq məqəsədi ilə onun üzərinə tərəf tutmuşdur. Lakin Zərərçəkmiş şəxs onun üstünə hücüm edərkən, o, əlində tutduğu bıçaqla onun sol əlinə vurmuşur. Bundan sonra marketdə olan keçmiş iş yoldaşları onları ayırmışlar. Bundan sonra o, marketi tərk edərək evə getmişdir. Həmin vaxtı bıçağı isə yoldan keçərkən tanımadığı zibil qutusuna tullamışdır. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, onun ondan heç bir şikayət və tələbinin olmadığını, qardaşı Rahib Quliyevin “Suqovuşanın azad olunmasəna görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanda yerləşən «OBA» marketindən özü üçün dostu X2 ilə bildikdə su və çörək almışdır. Marketdə olan kassaya yaxınlaşaraq ödəniş etmək üçün, həmin kassa aparatının arxansında dayanmış sonradan Yasamal RPİnin 27-ci PB-də soyadı, adı və atasının adı ona məlum olan Təqsirləndirilən şəxs onun əlində olan həmin məhsulları kassa aparatından keçirərək onu yola salmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona kobud cavab verərək onun həmin nə mağazada və nə də kassada işləmədiyini bildirmişdir. Bundan sonra ondan başqa marketdə olan digər müştəridə Təqsirləndirilən şəxs mürüaciət edərək onuda yola salmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs onada kobud cavab verərək və ona yaxınlaşıb əl atmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxslə sözlə mübahisələri baş verdi və mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən cib bıçağını çıxarıb onun sol əlinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra marketdə olan işçilər onları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs marketi tərk edərək getmiş, onun xəsarət almağı ilə bağlı X6 müraciət edərək, orada ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərmişlər. Elə həmin günü o, baş vermiş hadisə barədə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazıırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə saat 17:30 radələrində işlədiyi Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanda yerləşən «OBA» marketindən Amil Alışovla bildikdə su və çörək almışdırlar. Ödəniş etmək üçün marketdə olan kassaya yaxınlaşıblar. Həmin kassa aparatının arxansında dayanmış sonradan adı məlum olan Təqsirləndirilən şəxs Amilin olan həmin məhsulları kassa aparatından keçirərək onu yola salmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Amilə kobud cavab verərək onun həmin nə mağazada və nə də kassada işləmədiyini bildirdi. Həmin vaxtı Amildən başqa marketdə olan digər müştəridə Təqsirləndirilən şəxs müraciət edərək onuda yolu salmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onada kobud cavab verərək və Amilə yaxınlaşıb aralarında mübahisələri baş verdi və mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindən cib bıçağını çıxarıb Amilin sol əlinə bir neçə dəfə vuraraq ona xəsarət yetirdi. Bundan sonra marketdə olan işçilər və o, onları ayırdılar. Bundan sonra Təqsirləndirilən şəxs marketi tərk edərək getdi. Bundan sonra Amilin xəsarət alması ilə bağlı X8 müraciət etmiş və orada ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərmişlər. Elə həmin günü Amil baş vermiş hadisə barədə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək orada Təqsirləndirilən şəxs oarəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanda yerləşən «OBA» matetində olan iş otağında olan zaman, həmin marektdə səs-kuy etşitmişdir. Bu zaman o, martekin kassa aparatına yaxınlaşdıqda «OBA» marketindən sonradan adını bildiyi müştəri Amil su və çörək alıb, marketdə olan kassaya yaxınlaşaraq ödəniş etmək üçün, həmin kassa aparatının arxansında dayanmış Təqsirləndirilən şəxs Amilin olan həmin məhsulları kassa aparatından keçirərək onu yola salmasını xahiş etməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs Amil arasında bir-biriləri aralarında mübahisələri baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindən cib bıçağını çıxarıb Amilin sol əlinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra mərketdə satıcı kassir işləyən Bəxtiyar, Kənan və Amilin yanında şəxslə birlikdə onları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs marketi tərk edərək getmişdir. Bundan sonra Amilin xəsarət alması ilə bağlı X8 müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 15 mart 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanında yerləşən «OBA» marketində olmuş, hadisənin səbəbi Təqsirləndirilən şəxs Amil Alışovla kobud cavab verərək onun həmin nə mağazada və nə də kassada işləmədiyinin üstündə olmuş, hadisənin şahidləri o, Bəxtyiar,Kənan və Amilin yanında olan şəxs olmuşdur. Həmin hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanda yerləşən «OBA» matetinə gələrək bir qədər onlara ərizaq malların kassa aparatında müştəriləri xidmət göstərməsinə köməklik etmişdir. Həmin günü saat təxminən 17:30 radələrində «OBA» marketindən sonradan adını bildiyi müştəri Amil və onun yanında olan dostu Raufla birlikdə su və çörək alıb, marketdə olan kassaya yaxınlaşaraq ödəniş etmək üçün, həmin kassa aparatının arxansında dayanmış Təqsirləndirilən şəxs Amilin olan həmin məhsulları kassa aparatından keçirərək onu yola salmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Amil arasında bir-biriləri aralarında mübahisələri baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindən cib bıçağını çıxarıb Amilin sol əlinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra mərketdə olan,mənimlə birlikdə satıcı kassir işləyən Bəxtiyar və Amilin yanında olan Rauf şəxslə birlikdə onları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs marketi tərk edərək getmiş, Amilin xəsarət alması ilə bağlı X8 müraciət etmişdir. Bundan başqa bildirmişdir ki,baş vermiş hadisə 15 mart 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanında yerləşən «OBA» marketində olmuş, hadisənin səbəbi Təqsirləndirilən şəxs Amil Alışovla kobud cavab verərək onun həmin nə mağazada və nə də kassada işləmədiyinin üstündə olmuş, hadisənin şahidləri o, həmin martektdə satıcı kassir işləyən Bəxtiyar, marketin rəhbəri Zaur və Amilin yanında olan Rauf adlı şəxs olmuşdur. Həmin hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanda yerləşən «OBA» marketinə gələrək bir qədər onlara ərzaq mallarını kassa aparatında müştəriləri xidmət göstərməsinə köməklik etmişdir. Həmin günü saat təxminən 17:30 radələrində «OBA» marketindən sonradan adını bildiyi müştəri Amil və onun yanında olan dostu Raufla birlikdə su və çörək alıb, marketdə olan kassaya yaxınlaşaraq ödəniş etmək üçün, həmin kassa aparatının arxansında dayanmış Təqsirləndirilən şəxs Amilin olan həmin məhsulları kassa aparatından keçirərək onu yola salmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Amil arasında bir-biriləri aralarında mübahisələri baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindən cib bıçağını çıxarıb Amilin sol əlinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra mərketdə olan, onunla birlikdə satıcı kassir işləyən Kənan və Amilin yanında olan Rauf şəxlə birlikdə onları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs marketi tərk edərək getmiş, Amilin xəsarət alması ilə bağlı X8 müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 15 mart 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 2 A ünvanında yerləşən «OBA» marketində olmuş, hadisənin səbəbi Təqsirləndirilən şəxs Amil Alışovla kobud cavab verərək onun həmin nə mağazada və nə də kassada işləmədiyinin üstündə olmuş, hadisənin şahidləri o, həmin martektdə satıcı kassir işləyən Kənan, rəhbəri Zaur və Amilin yanında olan Rauf adlı şəxs olmuşdur. Həmin hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təhqiqat araşdırma zamanı hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilərkən Bakı şəhəri X3 küçəsi 2 A ünvanında yerləşən «OBA» marketində 15 mart 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərinin pozulması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən üzərində gəzdirdyi cib bıçağı ilə onun sol əlinə bir neçə nahiyəsinə vuraraq xəsarət yetirdiyi yeri, yəni Bakı şəhəri X3 küçəsi 2 A ünvanında yerləşən «OBA» marketində əyani olaraq göstərməklə baxış protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 12-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Valeh Bağırov tərəfindən üzərində gəzdirdiyi bıçaqla onun sol əlinə qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir (səh. 79-81). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir (səh. 67-70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir (səh. 75-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli qərarla təyin edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X9 Ekspertinin 02 mart 2022-ci il tarixli 208 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər, sol əlin 1 (bir) ədəd kəsilmiş yarası, sol əlin İİ barmağının 02 (iki) ədəd, sol bazunun 01 (bir) ədəd səthi kəsilmiş yaraları iti kənarlı alətin (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan 15 mart 2022-ci il tarixdə bıçaqla törədilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarəti vətəndaş Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması və özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur (səh. 32-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (səh. 102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs əizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayətləri olmadıqlarını bildirmişdir (səh. 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N İ-63400 və N İ-10719 nömrəli vəsiqələrin surətindən görünür ki, X4 “Suqovuşanın azad olunmasəna görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə isə barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 119-120,132-13). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, onun ondan heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin qardaşı Rahib Quliyevin “Suqovuşanın azad olunmasəna görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları zərərçəkmiş şəxslə barışdığını, onun ondan heç bir şikayət və tələbinin olmadığını, qardaşının “Suqovuşanın azad olunmasəna görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar