Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-184/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, xususi ittihamçı X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi qismində dəvət edilmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittihamedici hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ərizə ilə müraciət edərək xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini qeyd edərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X8 xüsusi ittiham qaydasında şikayətini geri götürülməsinə və işə xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, şikayət üzrə cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edlmiş ərizənin məzmunundan görünür ki, o, xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina edərək işə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, bu müraciət xüsusi ittiham qaydasında şikayətdən imtina edilməsi kimi dəyərləndirilməlidir və həmin müraciəti nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-184/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-184/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver