Məhkəmə qərarları › İş №1(004)-185/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-185/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-185/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə; xx.xx.1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında vahid niyyətlə 03 noyabr 2020-ci il tarixdə saat 20:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən təmir tikinti işləri aparılan uşaq baxçasının pəncərəsinin üzərində olan dəmir barmaqlıqları açıb pəncərədən binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 140 manat dəyərində qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı, bir ədəd 120 manat dəyərində göy rəngli “Bosch" markalı GWS20-230H modelli böyük ölçülü laqondanı, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 650 manat dəyərində “Pamer 200” markalı qaynaq aparatı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda, bir ədəd 70 manat dəyərində drel və bir ədəd 1500 manat dəyərində “Bosch” markalı perferatoru, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 100 manat dəyərində laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 260 (iki yüz altmış) manat, Zərərçəkmiş şəxs2 2320 (iki min üç yüz iyirmi) manat və Zərərçəkmiş şəxs3 100 (yüz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 2680 (iki min altı yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,544 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib, üzərində saxlamaqla daşımış, 15 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 28ci PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində şübhəli şəxs kimi Yasamal rayonu, Şərifzadə küçəsi 46 saylı ünvanın qarşısında saxlanılıb 28-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən həmin şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,544 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 Camal oğlu qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq gəzdirməklə yaşadığı evdə saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd 32 kalibrli olmaqla İj-17 modelli, КС-14725 nömrəli, hamaryivsiz təklüləli, çaxmaqlı, keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal edilmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilərək ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə və atəş üçün yararlı odlu silah hesab edilən tüfəng kəsiyini, eləcə də həmin ov tüfənginə aid 06 (altı) ədəd gilizləri zavod üsulu ilə, atəş komponentləri kustar üsulla hazırlanmış patronları və 22 (iyirmi iki) ədəd zavod üsulu ilə hazırlanmış patron gilizlərini əldə edib daşımaqla gəzdirib yaşadığı Şamaxı şəhəri Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağında olan döşəmənin altında saxlamış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun razılığı və ərizəsi əsasında 13 oktyabr 2020-ci il tarixdə saat 14:10 dəqiqədən saat 14:42 dəqiqəyədək yaşadığı evində aparılan axtarış zaman həmin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşımaqla gəzdirdiyi və sonradan qeyd edilən yerdə saxladığı bir ədəd 32 kalibrli olmaqla İj-17 modelli, KC-14725 nömrəli, hamar-yivsiz təklüləli, çaxmaqlı, keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal edilmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilərək ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə və atəş üçün yararlı odlu silah hesab edilən tüfəng kəsiyi, eləcə də həmin ov tüfənginə aid 06 (altı) ədəd gilizləri zavod üsulu ilə, atəş komponentləri kustar üsulla hazırlanmış patronlar və 22 (iyirmi iki) ədəd zavod üsulu ilə hazırlanmış patron gilizləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında vahid niyyətlə 03 noyabr 2020-ci il tarixdə saat 20:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən təmir tikinti işləri aparılan uşaq baxçasının pəncərəsinin üzərində olan dəmir barmaqlıqları açıb pəncərədən binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 140 manat dəyərində qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı, bir ədəd 120 manat dəyərində göy rəngli “Bosch” markalı GWS20-230H modelli böyük ölçülü laqondanı, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 650 manat dəyərində “Pamer 200" markalı qaynaq aparatı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda, bir ədəd 70 manat dəyərində drel və bir ədəd 1500 manat dəyərində “Bosch” markalı perferatoru, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 100 manat dəyərində laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 260 (iki yüz altmış) manat, Zərərçəkmiş şəxs2 2320 (iki min üç yüz iyirmi) manat və Zərərçəkmiş şəxs3 100 (yüz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 2680 (iki min altı yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci -cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci, 2011-ci il tarixdə CM-nin 126.1 və 317.2.1-ci, sonuncu dəfə 2018-ci il tarixdə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 02.05.2020-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra mütamadi olaraq Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda metal tullantılarını toplayıb satmaqla məşğul olmuşdur. Narkotik vasitəni ilk dəfə 2007-ci il tarixdə qəbul etmişdir. 2020-ci ilin oktyabrın ayının ortalarında Bakı şəhəri 20 yanvar dairəsinin yaxınlığında yerləşən çayxanlardan birində təsadüfən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və söhbət zamanı Cavanşirin də Şamaxı rayonundan olduğunu öyrənmişdir. Bundan sonra onların arasında dostluq yaranmışdır. Cavanşirə binaların arasında gəzişib dəmir yığıb satmağı təklif etmişdir. Bu məqsədlə Cavanşirlə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində binaların arasını gəzməyə başlamışlar. Şərifzadə küçəsi 12 saylı təmirdə olan uşaq bağçası olduğunu görmüş və binanın içərisində dəmir tullantıları olacağını düşünüb oraya yaxınlaşmışlar. Həmin bağçanın pəncərəsinin önünə dəmir barmaqlıqlar qoyulmuş və onlar onu kənara çəkib pəncərədən içəri daxil olmuşlar. Otağa işıq saldıqda orada işləyən ustalara məxsus markalarını bilmədiyi bir ədəd drel, iki ədəd qaynaq aparatı, 3 ədəd laqonda və bir ədəd iri tutumlu prefarator aparatının olduğunu görmüşdür. Pulu olmadığı üçün Cavanşirlə razılaşmışlar ki, həmin aparatları oğurlayıb satsınlar. Bu məqsədlə Cavanşirlə birlikdə həmin aparatları oradan götürmüş, lakin komendant vaxtı yaxınlaşdığı üçün alətləri yaxınlıqda olan zibil qutularının yanında gizlətmişlər. Belə ki, alətləri özləri ilə götürəcəkləri halda komendant saatında yoxlanış zamanı polis əməkdaşları tərəfindən tutulacağından ehtiyat etmişlər. Ona görədə Cavanşirlə birlikdə oğurladığı aparatları yaxınlıqda yerləşən zibil qutularının arxasında gizlədib yaşadığı evlərə getmişdir. Səhəri gün, yəni 04.11.2020ci il tarixdə saat 07 radələrində Cavanşirlə birlikdə həmin aparatları gizlətdiyi yerdən götürüb satmaq üçün Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsinin yaxınlığındakı “fəhlə bazarı” adlanan yerə aparmış və yolun kənarında həmin aparatları qarşılarına qoyaraq özlərinə məxsus aparat kimi satmağa başlamışlar. Oğurladığı aparatları orada tanımadığı 2 nəfər şəxsə ümumilikdə 240 manata satmışlar. Kimə hansı alətləri satdığını dəqiq xatırlamamış, lakin bir nəfər şəxsən aparatlara görə 190 manat, digərindən isə 50 manat pul almışlar. Əldə etmiş olduğu pulu Cavanşirlə yarı bölmüşdür. Həmin gündən sonra Cavanşirlə heç bir yerdə görüşməmişdir. Həmin vaxtdan sonra narkotik vasitə almaq üçün Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmiş, orada tanımadığı şəxsdən 20 manat verməklə, özünün istifadəsi üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni üzərində saxlamışdır ki, bədənində ağrılar olduqda istifadə etsin. 15 noyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ilə piyada hərəkətdə olduğu zaman mülki geyimdə polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Sonra isə video müşahidə altında üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşları təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibində saxladığım şəffaf rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxanb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra isə təqdim etdiyi kakos deyilən narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun, vəkilin və digər iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətmiş olduğu cinayət əməllərinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Babası rəhmətə getdikdən sonra onun otağında əşyaların yığışdırarkən şkafda selofan paketin içərisində bir ədəd yarım sökülü vəziyyətdə lüləsi və qundağı kəsik təklüləli tüfək, bir ədəd patrondaşın içərisində 6 ədəd patron və təxmini sayını bilmədiyi boş giliz tapmışdır. Həmin vaxt silah və sursatları götürüb Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evlərinə aparmış və evin yataq otağında taxta polun altında gizlətmişdir. Həmin vaxtdan 13 oktyabr 2020-ci il tarixə kimi olan müddətdə həmin yerdə saxlamışdır. 13 oktyabr 2020-ci il tarixdə saat 14:00 radələrinə yaşadığı evdə olan zaman küçə qapısının döyüldüyünü eşidib küçəyə çıxmışdır. Həmin vaxt bir neçə nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu, bununla bağlı yaşadığı evə baxış keçirilməli olduqlarını demişlər. Bundan sonra yaşadığı evdə odlu silah olub- olmamasını soruşmuşdurlar. Həmin vaxt polis əməkdaşlarına yaşadığı evdə odlu silah saxlamağını etiraf edib, evə baxış keçirilməsinə etirazının olmadığını deyib odlu silahı, ptaron və gilizləri gizlətdiyi yeri göstərmişdir. Baxış keçirilən zaman yaşadığı evin yataq otağında taxta döşəmənin altında bir ədəd lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəng, bir ədəd patrondaşın içərisində 6 ədəd patron və 22 ədəd giliz aşkar olunmuşdur. Onların iştirakı ilə həmin bir ədəd lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəng, 6 ədəd patron və 22 ədəd giliz polis əməkdaşları tərəfindən karton qutuda qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu, qutunu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Yaşadığı evin yataq otağında döşəmənin altında gizlətdiyi bir ədəd lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəngi, 6 ədəd patron və 22 ədəd gilizi saxlamaqda heç bir məqsədi olmamış, yalnız rəhmətə gedən babasından yadigar kimi qalmışdır. Ümumiyyətlə odlu və ya başqa silahların satışı ilə məşğul olmamışdır. Lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəngdən, 6 ədəd patrondan və 22 ədəd gilizdən başqa hər-hansısa bir silah- sursatı yoxdur, bundan əvvəl də olmamışdır. Teymur adlı şəxs ilə 15-20 gündür ki, Bakı şəhəri 20 yanvar dairəsinin yaxınlığında yerləşən çayxanalardan birində təsadüfən tanış olmuşdur. Onunla tanış olduqdan sonra Teymurun da Şamaxı rayonundan olduğunu öyrənmişdir. Bundan sonra onların arasında dostluq münasibəti yaranmışdır. Teymur ona binaların arasını gəzib dəmir toplamağı, sonra isə aparıb satmağı təklif etmişdir. Teymurun təklifi ilə razılaşmış və onunla birlikdə Şərifzadə küçəsində binaları gəzməyə başlamışlar. Şərifzadə küçəsi 12 saylı təmirdə olan uşaq bağçası olduğunu görmüş, həmin bağçanın pəncərəsinin önünə qoyulmuş dəmir barmaqlıqların ora bərkidilmiş vəziyyətdə olmadığını görüb barmaqlıqları kənara çəkib pəncərədən içəri daxil olmuşdurlar. Ora daxil olduqdan sonra Teymur əlində olan mobil telefonun işığı vasitəsi ilə ətrafa baxmış, bu zaman orada işləyən ustalara məxsus bir ədəd drel, iki ədəd qaynaq aparatı, 3 ədəd laqonda və bir ədəd prefarator olduğunu görmüşdürlər. Bundan sonra Teymur həmin aparatları oğurlayıb aparıb satmağı təklif etmişdir. Etiraz etməmiş və onlar birlikdə bütün aparatları götürmüşlər. Teymur ilə oğurladığı aparatları yaxınlıqda yerləşən zibil qutularının arxasında gizlədib yaşadığı evə getmişdir. Səhəri gün, yəni 04.11.2020-ci il tarixdə həmin aparatları 3-cü mikrorayon dairəsinin yaxınlığında “fəhlə bazarı'’ adlanan yerdə satmaq üçün qarşılarına yerə qoymuş və həmin aparatların özlərinə məxsus olduğunu bilirmişlər. Orada tanımadığı şəxslərə talamış olduğu aparatları ümumilikdə 240 manat satmışlar. Əldə etmiş olduğu pulu Teymur ilə yarı bölmüşlər. 14 noyabr 2020-ci il tarixdə Şərifzadə küçəsi 44 saylı ünvanda olan zaman polis əməkdaşları saxlayıb Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Ora gəldikdən sonra törətmiş olduğu əməli səmimi etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində az yaşlı uşaqlarının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən müxtəlif ünvanlarda evlərdə qaynaqçı kimi işləmişdir. 2020-ci ilin oktyabr ayında uzun müddət tanıdığı Zərərçəkmiş şəxs2 təklifi ilə o və digər tanışı Novruzla birlikdə ünvan 6 ünvanda yerləşən uşaq baxçasının tikintisində qaynaqçı kimi işləməyə başlamışdır. Hər gün səhər 09 radələrində işə gəlmiş və həmin gün saat 18 radələrində işdən çıxmışdır. Onlardan başqa orada tanımadığı 6-7 nəfər digər ustalarda işləmişdir. Onlar özlərinə məxsus aparatları həmin tikinti yerində saxlamışdır. 03 noyabr 2020-ci il tarixdə saat 18 radələrində iş vaxtı bitdikdən sonra özünə məxsus bir ədəd qara və sarı rənglərdə olan “TCH-MMA310" markalı, qaynaq aparatını, 1 ədəd göy rəngli “BOSCH” markalı laqondanı işlədiyi baxçanın içərisində olan ümumi istifadə etdiyi otağa qoyaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 04.11.2020 radələrində səhər 08 radələrində baxçada fəhlə işləyən tanıdığı İlham Cəfərov zəng edərək bağçaya kənar şəxsin daxil olaraq ona, Rahilə və Novruza məxsus aparatları oğurlandığını bildirmişdir. Bundan sonra iş yerinə gəlmiş və həqiqətəndə özünə məxsus bir ədəd “TCH-MMA310” markalı, qaynaq aparatının və 1 ədəd “BOSCH” markalı laqonda aparatının oğurlandığını aşkar etmişdir. Bundan sonra onlar baş vermiş hadisə ilə əlaqədar olaraq ilk əvvəl DİN-nin 102 xidmətinə zəng etmiş və sonradan Yasamal RPİ-nin 28-ci PB-nə gedərək şikayət ərizə ilə müraciət etmişdir. Sonradan istintaq orqanına dəvət edildiyi vaxt bir ədəd qaynaq aparatı və 1 ədəd laqonda təqdim edildiyində öz əşyalarını tanımış və bildirmişdir ki, həmin aparatlar uşaq baxçasından oğurlanmış ona məxsus bir ədəd “TCH-MMA310” markalı qaynaq aparatı və bir ədəd “BOSCH" markalı laqonda aparatıdır. Bir ədəd “TCH- MMA310” markalı qaynaq aparatını 2019-cu il tarixdə 300 manata, bir ədəd “BOSCH” markalı laqondanı isə 2019-cu ilin dekabr ayında 320 manata almışdır. Qaynaq aparatını 150 manata, laqondanı isə 170 manata qiymətləndirmişdir. Baş verən cinayət nəticəsində ümumilikdə 320 manat maddi ziyan dəymişdir. Bir ədəd “TCH-MMA310” markalı qaynaq aparatını həm markasından, həm rənglərindən, həm də tikintidə işlədiyi zaman üzərinə boya məhlulu töküldüyü üçün həmin xüsusatdan onu tanımışdır. Bir ədəd “BOSCH” markalı laqondanı isə həm markasından, həm rənglərindən, eləcə də üst hissədə çat olmasından onu tanımışdır. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında ünvan 6 ünvanda yeni inşa edilən uşaq baxçasının tikintisinə qaynaqçı işinə ehtiyac olduğunu öyrənmiş və uzun müddət tanıdığı Zərərçəkmiş şəxs1 və Novruza təklif etmişdir ki, həmin tikintidə işləsinlər. Razılaşdıqları üçün onlar birlikdə həmin tikinti sahəsinə gedərək orada qaynaqçı kimi işləməyə başlamışlar. Hər gün səhər 09 radələrində işə gəlmiş və həmin gün saat 18 radələrində işdən çıxmışdır. Onlardan başqa orada tanımadığı 6-7 nəfər ustalar da işləmişdir. Onlar özlərinə məxsus aparatları evə apara bilmədiklərinə görə onu həmin tikinti yerində saxlamışlar. 03 noyabr 2020-ci il tarixdə saat 18 radələrində iş vaxtı bitdikdən sonra özünə məxsus bir ədəd göy və ağ rənglərdə olan “PAMER 200” markalı, qaynaq aparatını, bir ədəd qırmızı və qara rəngli “Zinhell” markalı laqondanı işlədiyi baxçanın içərisində olan ümumi istifadə etdiyi otağa qoyaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 04.11.2020 radələrində səhər 08 radələrində baxçada fəhlə işləyən tanıdığı İlham Cəfərov zəng edərək bağçaya kənar şəxsin daxil olaraq ona, Vüqara və Novruza məxsus aparatları oğurlandığını bildirmişdir. Bundan sonra iş yerinə gəlmiş və həqiqətəndə onaq məxsus bir ədəd “PAMER 200” markalı, qaynaq, bir ədəd “Zinhell” markalı, laqonda, bir ədəd sarı rəngli Çin istehsalı markasını unutduğu drel və bir ədəd göy rəngli “BOSCH” markalı, 16 kq çəkisi olan beton dağıdan perferator aparatının oğurlandığını aşkar etmişdir. Bundan sonra onlar baş vermiş hadisə ilə əlaqədar olaraq ilk əvvəl DİN-nin 102 Xidmətinə zəng etmiş və sonradan Yasamal RPİ- nin 28-ci PB-nə gedərək şikayət ərizə ilə müraciət etmişlər. Sonradan istintaq orqanına dəvət edildiyi vaxt tanımağı üçün bir ədəd laqonda təqdim edildiyində öz laqondanı tanımış və bildirmişdir ki, həmin laqonda uşaq baxçasmdan oğurlanmış özünə məxsus bir ədəd qırmızı və qara rəngli “Zinhell” markalı laqonda aparatıdır. Qaynaq aparatını 650 manata, laqondanı 260 manata, dreli 70 manata, perferatoru isə 1500 almışdır. Qaynaq aparatını dəyəri 400 manat, laqondanın 200 manat, drelin 50 manat, perferatorun isə dəyəri 1400 manat olmuşdur. Baş verən cinayət nəticəsində ümumilikdə 2050 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 Şükralı oğlu təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxs1 Əlirza oğlundan heç bir şikayətinin olmadığını bildirmişdir,. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən uşaq baxçasında işləmişdir. Ondan başqa orada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da usta kimi işləmişdir. O və həmin şəxslər özlərinə məxsus tikinti alətlərini baxçaya gətirmişlər. Səhər tezdən işə başlayıb axşam işlərini qurtarıb yaşadığı evlərə getmişlər. Lakin özünə məxsus alətləri baxçada qoymuşdur. Belə ki, işləri yekunlaşmadığı üçün heç kim öz alətini götürməmişdir. Onlar baxçda təmir işləri görmüşdür. Ondan və adlarını göstərdiyi şəxslərdən başqa baxçada tanımadığı 7-8 nəfər şəxs işləmişdir. 03 noyabr 2020- ci il tarixdə axşam saat 18 radələrində iş vaxtı bitdiyindən baxçadan çıxıb yaşadığı evə gəlmişlər. Səhəri günü Rahil bildirmişdir ki, gecə onlar getikdən sonra kimlərsə baxçaya daxil olub oğurluq etmişdir. Əşyalarına baxdıqda görmüşdür ki, özünə məxsus bir ədəd markasını bilmədiyi laqondanın oğurlanmışdır. Özünə məxsus olan digər alətlər isə yerində olmuşdur. Zərərçəkmiş şəxs1 və Rahilə məxsus da alətlər oğurlanmışdır. Həmin günü Vüqar mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 100 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, bir laqondanı 100 manata almış və uzun müddətdir ki, istifadə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həyat yoldaşıdır, onunla rəsmi nikahları yoxdur. Cavanşirlə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 13 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları ona bildirmişlər ki, həyat yoldaşı Cavanşir babası X10 rəhmətə getdikdən sonra ondan qalmış bir ədəd yarımsökülü vəziyyətdə lüləsi və qundağı kəsik təklüləli tüfəng, bir ədəd patrondaşın içərisində 6 ədəd patronun və təxmini sayını bilmədiyi boş gilizi yaşadıqları evin döşəməsinin altında saxlamışdır. Onun həmin silahdan heç bir məlumatı yoxdur, həmin silahı Cavanşirin nə vaxt və kiminlə gətirməsindən də heç bir məlumatı olmamışdır. Cavanşirin yaşadıqları evin yataq otağında, döşəmənin altında gizlətdiyi bir ədəd lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəngi, 6 ədəd patron və 22 ədəd gilizi saxlamasından heç bir məlumatı olmamışdır. Cavanşir ümumiyyətlə odlu və ya başqa silahların satışı ilə məşğul olmur və olmamışdır. Cavanşirin babasından qalmış lüləyi və qundağı kəsilmiş tək lüləli tünfəngdən, 6 ədəd patrondan və 22 ədəd gilizdən başqa hər-hansısa bir silah-sursatı olmamış, həyat yoldaşı Cavanşirin ümumiyyətlə silahı olmamışdır. Şahid6, Şahid7 ərizə yazaraq xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 04 noyabr 2020ci il tarixdə DİN-nin 102 xidmətindən işlədiyi bölmənin növbəti hissəsinə Yasamal rayonu Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən baxçadan təmir tikinti alətlərinin oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin günü Zərərçəkmiş şəxs1 ərizə ilə polis bölməsinə müraciət edərək Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən baxçadan təmir tikinti alətlərinin oğurlanmasını göstərmişdir. Bundan sonra əməliyyat axtarış tədbirləri keçirilməyə başlanılmışdır. Həmin cinayət hadisəsində X6 şübhəli olması müəyyən edilmişdir. 15 noyabr 2020-ci il tarixdə iş yoldaşı, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ilə birlikdə Şərifzadə küçəsində yerləşən 46 saylı binanın qarşısına gəlmişdir. Saat 19 radələrində Teymur Temurovu əlamətlərinə görə oxşadıb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də adının Teymur, soyadının Temurov, atasının adının isə Alırza olmasını demişdir. Onlar Teymura oğurluq hadisəsində şübhəli olmasını bildirib ona təklif etmişlər ki, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getsin. O, da heç bir etiraz etməmiş və razılaşmışdır. Polis bölməsinə gəldikdə bölmənin inzibati binasında Teymur Temurov demişdir ki, üzərində narkotik vasitə vardır. X14 rəisinə raportla aidiyyəti üzrə məruzə etmişdir. Polis Bölməsinə vəkil dəvət edilmiş, vəkilin və onların iştirakı ilə X15 Temurova üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış keçirilməzdən əvvəl Teymura hüquq və vəzifələri izah olunmuşdur. Axtarış zamanı Teymura üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə, qəsdən bədənə ağır xəsarət yetirdiyinə və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuş, 10 gün əvvəl əlvan metal tullantılarını toplayarkən Şərifzadə küçəsində yerləşən hündür mərtəbəli binaya bitişik olan birinci mərtəbədəki qeyri yaşayış sahəsindən tanışı ilə təmir alətlərini oğurlamışlar və oğurladıqları əşyaları isə 3-cü mikrayonda körpünün altında dayanan fəhlələrə 240 manata satmışlar. Bundan sonra Teymur özü könüllü olaraq əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Teymur Temurov bildirmişdir ki, həmin büküm içərisində “kakos” deyilən narkotik maddə vardır. Teymur Temurova həmin büküm içərisində nə nə olması, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, 2-3 gün əvvəl “Kubinka” deyilən yerdə şəxsi istfadəsi üçün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 mkanata almış, bir qismini istifadə etmiş, qalan qismini isə üzərində saxlayıb gəzdirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və büküm içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən edilmişdir. Bundan sonra Teymur Temurovun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 eyni xususuatlar üzrə ifadə verərək Şahid6 ifadəsinə göstərilənləri təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsində “Fəhlə Bazarı” adlanan ərazidə gündəlik fəhləlik edərək ailəsini dolandırmışdır. 04 yanvar 2020-ci il tarixdə saat səhər radələrində işlədiyi fəhlə bazarında sonradan adının Teymur və Cavanşir olduğunu öyrəndiyi şəxslərin qabaqlarında, yəni yerdə direl, qaynaq aparatı və laqonda olduğunu görmüşdür. Həmin şəxslər qarşılarında olan alətlərin özlərinə məxsus olduğunu və onları satmaq istədiklərini bildirmişlər. Bundan sonra həmin şəxslərin aparatlarına baxaraq həmin aparatların yaxşı vəziyyətdə olduğunu görüb bir ədəd drel, iki ədəd laqonda və bir ədəd qaynaq aparatını 190 manat pul verib almışdır. Qeyd olunan aparatları aldıqdan bir neçə gün sonra bir ədəd dreli 80 manata tanımadığı şəxsə satmışdır. 14 noyabr 2020-ci il tarixdə işdə olan zaman polis əməkdaşları gəlib bir neçə gün əvvəl burada qaynaq aparatı, direl və laqonda satılıbsatılmadığı barədə soruşmuşlar. Bu zaman polis əməkdaşlarına 04 noyabr 2020-ci il tarixdə bir ədəd drel, iki ədəd laqonda və bir ədəd qaynaq aparatı aldığını bildirmişdir. Qaynaq, direl və laqonda aparatlarını satan şəxsləri əvvəlcədən tanımamışdır. Həmin şəxslər aparatların özlərinə məxsus olduğunu, uşaqları xəstə olduğu üçün təcili satıb rayona getməli olduqlarını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Fəhlə Bazarı” adlanan ərazidə gündəlik fəhləlik etmişdir. 2020-ci il yanvar ayının əvvəllərində səhər saatlarında işlədiyi fəhlə bazarında sonradan adının Teymur və Cavanşir olduğunu öyrəndiyi şəxslərin qabaqlarında, yəni yerdə drel, qaynaq aparatı və laqonda olduğunu görmüşdür. Həmin şəxslər qarşılarında olan alətlərin özlərinə məxsus olduğunu və onları satmaq istədiklərini bildirmişlər. Bundan sonra həmin şəxslərin qarşısında olan qaynaq aparatına baxmış və həmin aparatı almaq istəmişdir. Həmin qaynaq aparatını satan şəxslərdən aparatı hansı məbləğə satdıqlarını soruşduqda onlardan biri həmin aparatı 80 manata satdığını bildirmişdir. Həmin aparata 50 manat pul verə biləcəyini demişdir. Bu zaman həmin şəxslər aparatı uşağı xəstə olduğu üçün satdığını bildirib aparatı 50 manata satacağını demişdir. Həmin şəxsdən aparatı 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Lakin həmin aparatı aldıqdan sonra tanımadığı şəxsə xatırlamadığı məbləğə satmışdır. 14 noyabr 2020-ci il tarixdə işdə olan zaman polis əməkdaşları gəlib bir neçə gün əvvəl qaynaq aparatının satılıb satlmadığı barədə soruşmuşlar. Bu zaman polis əməkdaşlarına 04 noyabr 2020-ci il tarixdə bir ədəd qaynaq aparatını aldığını bildirmişdir. Qaynaq aparatını satan şəxsləri əvvəlcədən tanımamışdır. Həmin şəxslər aparatların özlərinə məxsus olduğunu, uşaqları xəstə olduğu üçün təcili satıb rayona getməli olduqlarını bildirmişlər. Şahid4, Şahid5 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2020-ci il tarixdə Şamaxı şəhəri Xətai küçəsi ev 40-da qeydiyyatda olan, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyat istintaq qrupu ilə həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbsində yerləşən yaşayış evinə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 evdə odlu silah olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadığı evdə bir ədəd odlu silah saxladığını və həmin odlu silahı təqdim edəcəyini demişdir. Evə baxış keçirilərkən evin arxa yataq otağından bir ədəd sellofan paketin içərisində ağ kağıza bükümmüş bükümün içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz aşkar olunaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 bildirmişdir ki, aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz ona məxsusdur, rəhmətə gedən babası X4 olmuş, rəhmətə gedəndən sonra o, özü saxlamışdır. Aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz kardon qutuya qoyularaq qablaşdırılmış, "73" saylı möhürlə möhürlənib götürülməklə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır. Mənzilə baxış mobil telefon vasitəsi ilə videoya çəkilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 eyni xususuatlar üzrə ifadə verərək Şahid4 ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin baş təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş və Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin Cinayət axtarışı şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili X12, həmin şöbənin əməliyyat müvəkkili Şahid7, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçi X9 tərəfindən imzalanmış 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİnin 28-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş etməklə axtarış aparılan zaman sonuncuya üzərində qanunla qadağan olunmuş əşya olması barədə sual verilmiş, bu zaman o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə, qəsdən bədənə ağır xəsarət yetirdiyinə və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmasını, 10 gün əvvəl əlvan metal tullantılarını toplayarkən Şərifzadə küçəsində yerləşən hündür mərtəbəli binaya bitişik olan birinci mərtəbədəki qeyri yaşayış sahəsindən tanışı ilə təmir alətlərini oğurlamasını və oğurladıqları əşyaları isə 3-cü mikrayonda körpünün altında dayanan fəhlələrə 240 manata satmalarını bildirmişdir. Bundan sonra Teymur özü könüllü olaraq əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin büküm içərisində “kakos” deyilən narkotik maddə vardır. Teymur Temurova həmin büküm içərisində nə olması, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, 2-3 gün əvvəl “Kubinka” deyilən yerdə şəxsi istfadəsi üçün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 mkanata almasını, bir qismini istifadə etməsini, qalan qismini isə üzərində saxlayıb gəzdirməsini demişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və büküm içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Bundan sonra Teymur Temurovun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Yasamal RPİ- nin 28-ci PB-nin 167 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (cild 1, i/v: 26-28). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya olması barədə sual verilmiş, bu zaman o, əvvəllər məhkum olunmasını, 10 gün əvvəl təmir alətlərini oğurlamasını, oğurladıqları əşyaları 240 manata satmalarını bildirmişdir. Bundan sonra Teymur özü könüllü olaraq cibindən şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin büküm içərisində “kakos” deyilən narkotik maddə vardır. 2-3 gün əvvəl “Kubinka” deyilən yerdə şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 mkanata almasını, bir qismini istifadə etməsini, qalan qismini isə üzərində saxlayıb gəzdirməsini demişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və büküm içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmudur. Bundan sonra Teymur Temurovun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış digər DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən mənzilə baxış keçirmiş, baxış zamanı sonuncuya yaşadığı mənzildə odlu silah olub-olmaması barədə sual verilmiş, bu zaman Təqsirləndirilən şəxs2 yaşadığı evdə bir ədəd odlu silah saxlamasını və onu göstərə biləcəyini bildirmiş, bndan sonra mənzilin arxa yataq otağından bir ədəd sellofan paketin içərisində ağ kağıza bükülmüş içərisind bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirdi ki, aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 56 ədəd patron və 22 ədəd gizli ona məxsusdur, mərhum babası X1 qalmış, lakin babası öldükdən sonra özünə saxlamışdır. Bundan sonra görüntü Şamaxı RPŞ-nin inzibati binasının içərisində başlanılmış, həmin görüntüdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da üzərində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan 15 noyabr 2020-ci tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 15.11.2021-ci il tarixində saat 19:00-da şübhəli şəxs qimində tutulmuşdur (cild 1, i/v 19-20). İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli 4(004)-650/2020 nömrəli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 73-77). İş materiallarında olan 14 noyabr 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 14 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 141). İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli 4(004)-647/2020 nömrəli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 14 noyabr 2020- ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 193-197). İş materiallarında olan 13 oktyabr 2020-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 225-226). İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 31-32). İş materiallarında olan 11 fevral 2021-ci il tarixli 4(004)-77/2021 nömrəli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 ay, yəni 14 aprel 2021-ci il tarixədək uzadılmışdır (cild 2, i/v 157-160). İş materiallarında olan 12 fevral 2021-ci il tarixli 4(004)-78/2021 nömrəli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay, yəni 15 aprel 2021-ci il tarixədək uzadılmışdır (cild 2, i/v 161-164). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2020-ci il tarixli 6/2499 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i/v 34-39). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 oktyabr 2020-ci il tarixli 20/522 R saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd КС-14725 N-li silah, keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal olunmuş 32 kalibirli İJ-17 modelli çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir odlu yivvsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmidir və hal-hazırda öz təyinatını itirmiş 32 kalibirli ov tüfənginin kəsiyidir-obrezidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, gilizləri zavod üsulu ilə istehsal olunmuş, daxili komponentləri sonradan kustar üsulla doldurulmuş 32 kalibirli ov patronlarıdır, həmin kalibirli hamar lüləli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 22 ədəd gilizlər, zavod üsulu ilə istehsal olunmuşdur, 32 kalibirli yivsiz ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun bir hissəsidir- boş atılmış gilizləridir. Hal-hazırda atəş üçün yararsızdır (cild 1, i/v 247-254). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 X17 X18 Komissiyasının 21 yanvar 2021-ci il tarixli 174 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətdə təyin edilməsi Ambulator məcburi X18 komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 184-185). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli 9/493 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı 140 manat, bir ədəd göy rəngli “Bosch” markalı, GWS20-230H model böyük ölçülü laqonda 120 manat və bir ədəd qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda 100 manat olmaqla, həmin malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 360,00 manat müəyyən edilir (cild 2, i/v 186-189). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli 3/218:3/219 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd KC- 14725 №-li silah keçmiş SSRİ-də İjevsk silah zavodunda istehsal olunmuş 32 ksalibrli, İJ- 17 modelli, çaxmaqlı, hamar-yivsiz təklülə odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş КС-14725 №-li tüfəng kəsiyinin üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilən pastronlarla konkret silahdan atəşin açılması mümkündür. Tədqiqata təqdim edilmiş 05(beş) ədəd patron 32 kalibirli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tefənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan gilizləri zavod, atəş komponentləri isə kustar üsulla hazırlanmış patronlardır, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlarla tədqiqata təqdim edilmiş КС-14725 №-li tüfəng kəsiyindən atəşin açılması mümkündür. Patronların kapsula üzərində vurucu izi yoxdur. Tədqiqata təqdim edilən 22 (iyirmi iki) ədəd yivsiz (hamaıiüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan 32 kalibrli patronların zavod üsulu ilə hazırlanmış hissəsidir-gizlizlərdir. Həmin 22(iyirmi iki) ədəd gilizdən, 21 (iyirmi bir) ədədi “КС 14725” nömrəli tüfəng kəsiyindən atılmışdır. Digər 01 (bir) ədəd gilizin kapsulu yerində olmadığından eyniləşmə tədqiqatı üçün yararsızdır və onun hər hansı silahdan atılıb-atılmaması müəyyən etmək mümkün deyil. Təqdim 32 kalibrli 05 ədəd patronun gilizləri və 22 ədəd gizlizləri (“69 32” “58 32” və “83 32”) 1969-cu, 1958-ci və 1983-cü illərdə eyni zavodda hazırlanmışdır. Tədqiqata təqdim edilmiç КС 14725 №-li tüfəng kəsiyinin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, bu da onu göstərir ki, həmin tüfəng kəsiyindən sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmamışdır. Müvafiq elmi metodik olmadığından atəşin sayını və vaxtını müəyyən etmək mümkün deyil (cild 2, i/v 190-194). İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanda yerləşən uşaq baxçasında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, i/v 119-121). İş materiallarında olan 15 noyabr 2020-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, cinayət yolu ilə ələ keçirilmiş bir ədəd qaynaq aparatı və iki ədəd laqonda X7 götürülmüşdür (cild 1, i/v 168-170). İş materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs2 yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsinədə yerləşən mənzilə videoçəkiliş ilə baxış keçirilən zaman evin arxa yataq otağından bir ədəd sellofan paketin içərisində ağ kağıza bükülmüş lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz aşkar edilərək götürülmüşdür. Adı çəkilən şəxs aşkar olunan bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd gilizin ona məxsus olmasını, mərhum babası X2 qalmasını və sonuncu öldükdən sonra saxlamasını bildirmişdir. Aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 6 ədəd patron və 22 ədəd giliz axtarışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Şamaxı RPŞ-nin 73 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (cild 1, i/v 235-239). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 05.05.2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş və 14.11.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, 14.05.2014-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublıikası CM-nin 31-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin o, 22.10.2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsui ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 02.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, i/v 99-102). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 20.06.2012-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 26.12.2012-ci il tarixdə cəriməni tam ödəmişdir (cild 2, i/v 41-42). İş materiallarında olan AZ-İ seriyalı 281182 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid3 doğulmuş X3 atası hesab edilmişdir (cild 2, i/v 43). İş materiallarında olan AZ-İ seriyalı 383302 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid3 doğulmuş X5 atası hesab edilmişdir (cild 2, i/v 44). İş materiallarında olan 1(006)-212/2018 nömrəli 22.10.2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 2, i/v 168-176). İş materiallarında olan 1(002)-131/2012 nömrəli 20 iyun 2012-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 mamant cərimə cəzasına məhkum edilmişdir (cild 2, i/v 178-180). İş materiallarında olan 1(002)-96\2014 nömrəli 14 may 2014-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 2, i/v 182-183). İş materiallarında olan 04 mart 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,494 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən mənzilindən aşkar edilərək götürülmüş patronlar ekspertiza tədqiqatı zamanı istifadə edildiyindən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 05 ədəd patron və 22 ədəd giliz iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi bir ədəd qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı, bir ədəd göy rəngli “Bosch” markalı, GWS20-230H model böyük ölçülü laqonda və bir ədəd qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, i/v 201-225). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan əməli və Təqsirləndirilən şəxs2 Camal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Camal oğlunun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 05.05.2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş və 14.11.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, 14.05.2014-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublıikası CM-nin 31-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin o, 22.10.2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 02.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 Camal oğlunun törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Camal oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Camal oğlunun 13.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 noyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 261 (iki yüz altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 05 ədəd patron və 22 ədəd giliz dövlət nəfinə müsadirə edilməli, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 0,494 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı, bir ədəd göy rəngli “Bosch” markalı, GWS20-230H model böyük ölçülü laqonda və bir ədəd qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda sahiblərinə qaytarılmalı və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 və Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(004)-185/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 Camal oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(004)-185/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 Camal oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanaraq ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanaraq ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 13 oktyabr 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixdək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məhkəmə-əmtəəşünaslıq, kimyəvi və ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 261 (iki yüz altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 0,494 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 05 ədəd patron və 22 ədəd giliz dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd qara rəngli “ТСН” MMA-310 markalı qaynaq aparatı, bir ədəd göy rəngli “Bosch” markalı, GWS20-230H model böyük ölçülü laqonda və bir ədəd qırmızı rəngli “Einhell” markalı, böyük ölçülü laqonda sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar