Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-185/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonu, Kubinka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Miyanku ərazi Dairəsi Kubin kəndində qediyyatında olmaqla ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanda yerləşən «Unversal» avto servis məntəqəsində ona məxsus Kio rio maraklı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerində olan pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus 1200 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumlikdə 1200 (bir min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Kubin kəndində pasport qediyyatındadır və 2017-ci il tarixdən bu günə kimi faktiki ünvan 1 ünvanda kirayə anası X3 və 2015-ci il təvəlldülü oğlu X2 ilə birlikdə yaşayır. 2019cu il tarixdə həyat yoldaşı Aytən Nəzərova qadın xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Son vaxtları işsiz olduğuna görə iş tapa bilməmişdir. 11 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Unversal” avto servisin içərisində yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işinə düzəlib və həmin gündən 13 yanvar 2022-ci il tarixədək həmin işdə işləmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Unversal” avto servisin həyətində yerləşən avtoyuma məntəqəsində işdə olan zaman ona sonradan məlum olan həmin “Unversal” avto servisində usta işləyən Zərərçəkmiş şəxs özünə məxsus idarə etdiyi “Kio rio” maraklı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilini avtoyuma məntəqəsinə yumaq üçün gətirmişdir. Bundan sonra o, həmin avtomobili yumaq üçün Ramillə 6 manat pula danışmış və Ramil isə onunla razılaşmışdır. Bundan sonra o, avtomobili bir qədər yuduqdan sonra onun xalası oğlu Vahidə 10 manat borcu olduğundan onu həmin iş yerinə çağırmış, Vahid isə «Bolt» şirkətində taksi kimi fəaliyyət göstərdiyi Opel markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun iş yerinə gələrək ona 10 manat borca aldığı pulu vermişdir. Bir qədər söhbət etdikdən sonra Vahid oradan cıxıb getmişdir. Bundan sonra o, həmin avtomobili yumağa davam edərkən və avtomobilin salonun sağ qabaq hissəsində yerləşən saxlanc yerində pul kisəsinin olduğunu görüb və həmin pul kisəsinin içərisində baxdıqda orada cəmi 478 manat pul olmuşdur. Bundan sonra o, belə bir qərara gəlib ki, həmin pulları oğurlayıb və öz şəxsi ehtiyaclarına xərciləsin. Elə həmin günü saat təxminən 19 radələrində o, həmin avtomobilin salonun sağ qabaq hissəsində yerləşən saxlanc yeridə olan pul kisəsinin içərisində 478 manat pulu oğurlayıb cibinə qoyub və həmin pul kisəsini isə həmin saxlanc yerinə qoyaraq, avtomobili yarımçıq yuyub, avtomobili həmin avtoyuma məntəqəsinin həyətində saxlamışdır. Bundan sonra o, avtoyuma məntəqəsini tərk edərək, həmin ünvanın qarşısında yoldan keçək tanımadığı taksi saxlayıb Binəqədi rayonu Biləcəri dairəsinin yaxınlığında yerləşən “Host” otelinə getmiş və orada çörək yeyərək həmin oğurladığı 478 manat puldan 20 manat pul xərciləmişdir. Bundan sonra həmin ünvanda olan zaman elə həmin günü yəni 13 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, Vahidə zəng edərək ona onun işlədiyi iş yerinə getməməyini bildirmiş, Vahid isə ondan səbəbini soruşduqda, o, ona yalandan işdən acıq edərək çıxdığını bildirmişdir. Bundan sonra elə həmin günü yəni 13 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, yenidən Vahidə zəng edərək onun qaldığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsinin yaxınlığından yerləşən «Host» otelində olduğunu və onun həmin ünvana gəlməyini bildirmişdir. Bir qədər sonra Vahid həmin ünvana gəlmiş və orada bir qədər onunla söhbət edən zaman o, Vahidə bu gün yəni 13 yanvar 202-ci il tarixdə saat təxminən 19 radələrində ünvan 5 ünvanda yerləşən «Unversal» avto servis məntəqəsinin həyətində yerləşən avtoyuma salonunda müştəriyə məxsus Kio rio markalı avtomobilinin yuyurkən həmin avtomobilin saxlanc yerində olan pul kisəsinin içərisindən yalandan 250 manat pul oğurladığını bildirmişdir. Vahid isə ona irad tutaraq və həmin pulu avtoyuma məntəqəsinin müdiriyətinə qaytarmağını və ya bu barədə polisə təslim olmağını bildirmişdir. O, isə Vahidə yalandan həmin oğurladığı pulu avtoyuma məntəqəsinin müdiriyətinə qaytaracağını bildirmişdir. Bundan sonra elə həmin günü saat təxminən 22:30 radələrində o, istirahət etmək qərarına gələrək Vahidən xahiş edərək onu Xırdalan şəhərində yerləşən «Vulkan» otelinin qarşısına aparmağını bildirmiş və elə həmin günü Vahid onu Opel markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Vulkan» otelinin qarşısına apararaq və o, Vahidə gediş haqqı 25 manat pul vermişdir. Vahid isə onu orada düşürdərək cıxıb getmişdir. Bundan sonra o, «Vulkan» otelinə keçərək orada istirahət üçün 30 manat otaq üçün vermiş və oradan İnernet vasitəsi ilə bir nəfər xanıma zəng edərək həmin otelə gəlməsini bildirmiş, lakin həmin xanım gəlmədiyindən və tək spirtli içki və yemək yeyərək 40 manat pul xərcləmişdir. Növbəti qün ünvan 6 ünvana getmişdir. 02 mart 2022-ci ildə o polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci polis bölməsinə aparılmışdır. Həmin polis bölməsində onu polis əməkdaşları baş vermiş oğurluq hadisəsi barədə sorğu sual etdilər və o, isə səmimi olaraq avtomobildən 478 manat pul oğurladığımı etiraf etmişdir. O, törətmiş cinayət əməlindən peşman olduğunu və nəzərə alınmasını xahiş etmişdir. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda pasport qediyyatındadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2015-ci il tarixdən bu günə kimi ünvan 9 ünvanda yerləşən « Unversal» avto servisində avtomobilərin rəng sazı işləyir. Kio rio markalı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili özü idarə edir. 13 yanvar 2022-ci il tarizdə saat 16 radələrində işlədiyi ünvan 10 ünvanda yerləşən «Universal» avto servisində işdə olan zaman, elə həmin avto servizin həyətində avtoyuma məntəqəsi olduğundan, idarə etdiyi Kio rio markalı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avto yuma məntəqəsini işlədən Rəşadın işçisi adını sonradan bildiyi Cavidan adlı şəxsə yumaq üçün avtomobilini vermişdir. Bundan sonra o, işə getmiş, təxminən elə həmin günü saat 20 radələrində həmin avtoyuma məntəqəsinə gəlib avtomobili götürərkən, ona avtomobilini Rəşad təhvil verərkən, Rəşad ona Cavidan günorta saatından sonra harasa getdiyini və onun avtomobilini yarımçıq yuyaraq qoyduğunu və sonra isə Rəşad avtomobili özü başa çatıraraq yuduğunu bildirmişdir. Bundan sonra o, avtomobilin sağ qabaq hissəsində yerləşən saxlanc yerinə qoyduğu pul qabının içərisində ona məxsus 3 ədəd 200 manat pul əskinsaları və 6 ədəd 100 manat pul əsinkasları olmaqla ümumlikdə 1200 manat pulunun oğurlanmasını aşkar etmişdir. Bu zaman o, bu barədə Rəşada məlumat vermiş, Rəşad isə DİN-nin 102 zəng xidməti mərkəzinə onun avtomobilinin icərisindən Cavidan tərəfindən 1200 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra həmin ünvana Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları gəlmiş və hadisə yerində onun avtomobilinə baxış keçirərək müvafiq sənədləşdirmələr aparmışlar. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİnin 28-ci PB-nə gedərək orada Cavidan barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda qeydiyyatdadır və həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. 08 yanvar 2020-ci il tarixdən etibarən ünvan 14 ünvanda yerləşən «Lalar və Karlar» cəmiyyətinin nəznində olan «Unversal» avto servisin həyətində yerləşən avtoyuma məntəqəsinin icarəyə götürərək işlədir. Həmin avtoyuma məntəqəsində avtomobillərin yuması üçün Tar.az sayıtına elan vermiş, 12 yanvar 2021-ci il tarixdə saat təxminən 11 radələrində onun istifadə etdiyi ***-***-**-** GSM mobil telefon nömrəsinə, özünü Cavidan kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** GSM mobil telefon nömərəsi ilə ona zəng edərək avtoyuma məntəqəsində avtomobilərin yuması üçün işləməsini bildirmişdir. Bundan sonra o, Cavidanı həmin avtoyuma məntəqəsinə dəvət etmiş, tanış olduqdan sonra Cavidanın iş təcrübəsini yoxlamaq üçün, həmin avtoyuma məntəqəsinə onun avtomobilinin Cavidan tarəfindən yumasını tapşırmışdır. Bu zaman Cavidan onun avtomobilini yuması onu qani etdiyindən, ona səhərsi günü yəni 13 yanvar 2022-ci il tarixdə həmin avto yuma məntəqəsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə gəlib onu işə qəbul edib və öz aralarında Cavidanla danışaraq yuyulan avtomoblərin 40% əmək haqqı Cavidana olacağını və 60% əmək haqqı isə ona olacaqdır. Cavidan isə onunla razılaşmışdır. 13 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Cavidan ünvan 14 ünvanda yerləşən «Lallar və Karlar» cəmiyyətinin nəznində olan «Unversal» avto servisin həyətində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, o, ondan şəxsiyyət vəsiqəsinin gətirməsini soruşmuş Cavidan isə ona şəxsiyyət vəsiqəsinin evdə qaldığını və yadından cıxdığını bildirmişdir. O, isə Cavidana inanaraq elə həmin günü işə başlayaraq təxminən 3 atomobili saat 16 radələrinədək yumuş, bundan sonra elə həmin saat 16 radələrindən sonra həmin «Ünversal» avto servisində avtomobilərin rəng sazı işləyən əvvəllər tanıdığı Ramil öz iradə etdiyi və ona məxsus Kio rio markalı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilini yumaq üçün həmin avto yuma məntəqəsinə gətirərək Cavidana təhvil vermişdir. Bundan sonra o, yaxınlıqda olan mağazaya getmiş, təxminən 5-10 dəqiqədan sonra həmin avtoyuma məntəqəsinə qayıdarkən, Cavidanı avtoyuma məntəqəsində olmadığını görmüşdür. Həmin vaxtı Ramilin avtomobilini yarımcıq yumuşdur. Bundan sonra o, özü həmin avtomobili tam yuyub başa çatıraraq Ramilə təhvil verərkən, həmin vaxtı Ramil ona avtomobilinin saxlanc yerində olan pul qabının içərisindən ona məxsus 1200 manat pulun oğurlanmasını bildirmişdir. Bundan sonra o, artıq Cavidanın avtoyuma məntəqəsindən öz başına tərk edərək cıxıb getməsindən şübhələnərək, həmin hadisə barədə onun tərəfindən DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Bir qədən sonra həmin ünvana Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları gəlmiş və hadisə yerində Ramilin avtomobilimə baxış keçirərək müvafiq sənədləşdirmələr aparmışlar. Bundan sonra Ramil polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gedərək orada Cavidan barəsində şikayət ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 iyul 2021-ci il tarixdən bu günə kimi ünvan 14 ünvanda yerləşən 1 saylı «Lallar və Karlar» cəmiyyətinin müdir vəzifəsində işləyir. ünvan 9 ünvanın həyətində «Unversal» avto servisinin təmir sexlərinin icaradarları fəaliyət göstərir və avtomobilərin təmiri sexləri, avtomumya məntəqəsi, avtomobillərin ehtiyat hissələrinin satışı mağazası vardır. Şahid1 onun oğludur, oğlu Rəşada 08 yanvar 2020-ci il tarixdən etibarən ünvan 9 ünvanda yerləşən «Lallar və Karlar» cəmiyyətinin nəznində olan «Unversal» avto servizin həyətində yerləşən avtoyuma məntəqəsinin icarəyə vermişdir. Zərərçəkmiş şəxs « Unversal» avto servisində avtomobilərin rəng saz ustası işləyir. O, oğlu Rəşaddan və Ramildən aldığı məlumata görə 13 yanvar 2022-ci il tarizdə saat 16 radələrində Ramil işlədiyi ünvan 10 ünvanda yerləşən «Unversal» avto servisində işdə olan zaman, elə həmin avto servizin həyətində avtoyuma məntəqəsi olduğundan, idarə etdiyi Kio-rio markalı Az ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avto yuma məntəqəsini işlədən oğlu Rəşadın işcisi adını sonradan bildiyi Cavidan adlı şəxsə yumaq üçün avtomobilimi vermişdir. Bundan sonra Ramil işə getmiş təxminən elə həmin günü saat 20 radələrində həmin avtoyuma məntəqəsinə gəlib avtomobili götürərkən, oğlu Rəşad avtomobilini Ramilə təhvil verərkən, X7 gunorta saatından sonra harasa getdiyini və Ramilin avtomobilini yarımcıq yuyaraq qoyub cıxıb getmişdir. Bundan sonra Rəşad Ramilin avtomobilini özü yuyaraq Ramilə təhvil vermişdir. Bundan sonra Ramil avtomobilin sağ qabaq hissəsində yerləşən saxlanc yerinə qoyduğu pul qabının içərisində ona məxsus 3 ədəd 200 manat pul əskinsaları və 6 ədəd 100 manat pul əsinkaslar olmaqla ümumlikdə 1200 manat pulunun oğurlanmasını aşkar etmişdir. Bu zaman Ramil bu barədə Rəşada məlumat vermiş, Rəşad isə DİN-nin 102 zəng xidməti mərkəzinə Ramilin avtomobilinin icərisindən Cavidan tərəfindən 1200 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Ramil həmin hadisə barədə Yasamal RPİ-nin 28-ci PB-nə gəedərək orada Cavidan barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Astara rayonu Siyaku kəndində pasport qeydiyyatdadır və faktiki ünvan 16 ünvanda ailəsi ilə birlikdə kirayə yaşayır. 2018cı il tarixdən bu günə kimi Bakı şəhərində yerləşən «Bolt» şirkətində həmin şirkətə məxsus Opel markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun xalası oğludur. 13 yanvar 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, taksi kimi fəaliyyət göstərdiyi Opel markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində olan zaman, xalası oğlu Təqsirləndirilən şəxs ona zəng edərək onun ünvan 18 ünvanda yerləşən «Unversal» avto servis məntəqəsinin həyətində olan avtoyuma salonunda işə olduğunu bildirmişdir. Buna görə də o, elə həmin günü Cavidanın ondan əvvəl borca aldığı 10 manat pulu almaq üçün onun işlədiyi həmin ünvana getmiş və orada Cavidan həmin ünvanda yerləşən avtoyuma salonunda müştəriəlrin avtomobillərini yuyur. Bundan sonra o, Cavidanın ondan borca aldığı 10 manat pulu almış və bir qədər söhbət etdikdən sonra o, oradan cıxıb və Bakı şəhərində müxtəlif ünvanlardan sifariş vermiş müştələri idarə etidiyi Opel markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvanlarına aparmışdır. Elə həmin günü yəni 13 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda olan zaman Cavidan mənə zəng edərək onun işlədiyi iş yerinə getməməyini bildirmiş, o, isə ondan səbəbini soruşduqda, ona guya işdən acıq edərək çıxıdığını bildirmişdir. Elə həmin günü yəni 13 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində Cavidan ona yenidən zəng edərək onun qaldığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsinin yaxınlığından yerləşən «Host» otelində olduğunu və onun həmin ünvana gəlməyini bildirmişdir. O, isə həmin ünvana gəlmiş və orada bir qədər Cavidanla söhbət edən zamanı ona bu gün yəni 13 yanvar 202-ci il tarixdə saat təxminən 19 radələrində ünvan 5 ünvanda yerləşən «Unversal» avto servis məntəqəsinin həyətində yerləşən avtoyuma salonunda müştəriyə məxsus Kio rio markalı avtomobilinin yuyurkən həmin avtomobilin saxlanc yerində olan pul qabının içərisindən 250 manat pul oğurladığını bildirişdir. Bu zaman o, Cavidana irad tutaraq və həmin pulu avtoyuma salonun müdriyətinə qaytarmasını və ya bu barədə polisə təslim olmasını bildirmişdir. Cavidan isə ona həmin oğurladığı pulu avtoyuma salonun müdiriyətinə qaytaracağını bildirmişdir. Bundan sonra elə həmin günü o, idarə etdiyi avtomobillə Cavidanı onun xahişi ilə Xırdalan şəhərində yerləşən «Vulkan» otelinin qarşısına aparmış və ona gediş haqqı 25 manat pul vermişdir. Bundan sonra o, oradan cıxıb evə gəlmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ona həmin oğurluq hadisəsi zamanı cəmi 250 manat pul oğurladığını bildirmişdir. Lakin ona həmin oğurluq hadisəsi zamanı 478 manat pulun oğurlanmasını deməmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan 02 mart 2022-ci il tarixli axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 134-135-ci vərəqələrində olan 04 mart 2022-ci il təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 28 yanvar 2022ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 154-cü vərəqəsində olan AZE seriyalı, 18281379 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü oğlu Nəzərli İbrahim vardır. Cinayət işinin 155-ci vərəqəsində olan AZ-İ seriyalı, 949696 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır, 478 manat pulun oğurlanmasını etiraf edərək inzibati məsuliyyətinə cəlb olunmasını istəyini göstərir. Lakin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri oğurlanan məbləğin məhz elə 1200 manat olması tam sübuta yetirilmişdir. Həmçinin 1200 manat pulun zərərçəkmiş şəxsə ödənilməsi bir daha bunu təsdiq edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, sonuncunun 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 04 (dörd) gün islah cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 04 (dörd) gün islah cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-185/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-185/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver