Məhkəmə qərarları › İş №1(004)-185/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-185/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-185/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, X6 22 yanvar 2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən “Al market”-də olarkən keçmiş əri X8 onu, mobil telefonunun şifrəsini deməməsi və sosial şəbəkədə özünü paylaşması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Nicat Cümşüdlü keçmiş arvadı Çinarə Cümşüdlünün üz və baş nahiyəsinə qəsdən yumruqla və təpiklə vurub ona sağ gözün konyuktiva qişası altına qansızma ilə müşaiyət olunan sağ gözaltı nahiyyəsinin qançırı, sağ bazunun qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs N.Ş.Cümşüdlü məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X6 ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Aralarında mütəmadi mübahisələr olduğu üçün Çinarə məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin qərarı ilə boşanmışdırlar. Lakin onlar buna baxmayaraq birlikdə yaşayırmışlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Çinarəyə zəng edib harada olduğunu soruşmuşdur. Çinarə isə onunla telefonda kobud danışmışdır. Bundan sonra o, Çinarənin işlədiyi “Al” marketə getmişdir. Marketdə Çinarəyə telefonunun kodunu açmasını bildirmiş, lakin Çinarə kodu açmadığı üçün telefonunu götürüb yerə çırparaq sındırmışdır. Həmin telefonu Çinarəyə o özü almışdır. Marketin içərisində olan zaman Çinarə Cümşüdlünün üzərinə hücum edib üz və baş nahiyyələrinə təpik və yumruq zərbələri vurmuşdur. Daha sonra oradan çıxıb getmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, X8 ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Hər bir ailədə olduğu kimi onların ailəsində də müəyyən söz-söhbətlər olmuşdur. O, yola getmədiklərindən və keçmiş həyat yoldaşı ona xəyanət etdiyindən, onunla tez-tez mübahisələr etdiyindən boşanmaq üçün məhkəməyə müraciət etmiş və 2021-ci il tarixdə Yasamal rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Buna baxmayaraq, hələ də Nicat Cümşüdlü birlikdə yaşamışlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanışının salon açılışına getmişdir. Oradan çıxarkən Nicat Cümşüdlü ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, Nicata harada olduğunun heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra küçədə Nicat onun qarşısını kəsmiş və küçənin ortasında onunla ucadan danışaraq söz mübahisəsi etməyə başlamışdır. Telefonunu küçədə əlindən alaraq onu döyməklə hədələməyə başlamışdır. O, Nicatdan qorxub işlədiyi “Al” marketə qaçmışdır. Orada 102 xidmətinə məlumat verərkən, Nicat Cümşüdlü marketə daxil olub üzərinə hücum edərək, hər iki əlləri ilə üz və baş nahiyyələrinə yumruqlar vurmuşdur. O, yerə yıxılmış və yerdə olarkən Nicat Cümşüdlü baş və üz nahiyyəsinə də ayaq zərbələri vurmağa başlamışdır. Münaqişə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt marketdə işçilər və müştərilər hadisəyə şahidlik etmişdir. Nicatın onu vurması nəticəsində sağ göz nahiyyəsindən xəsarət almışdır. Daha sonra zərərçəkmiş şəxs Ç.M.Cümşüdlü məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs N.Ş.Cümşüdlü ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2025- ci il tarixdən Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən Al marketin müdiri vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında marketdə olan zaman işçisi Çinarə Cümşüdlü marketə daxil olmuş və ona bildirmişdir ki, 102 xidmətinə zəng edib telefonu Çinarəyə versin. O da, Çinarənin dediklərini etmiş və bu zaman Çinarənin keçmiş əri Nicat Cümşüdlü marketə daxil olmuşdur. X14 xanımdan telefonunu istəmiş və kodunu açmağını bildirmişdir. Lakin Çinarə xanım kodu açmamış və Nicat bu səbəbdən də Çinarənin telefonunu götürüb marketin içərisində qırmışdır. Daha sonra Çinarə Cümşüdlünün üzərinə hücum edərək hər iki əlləri ilə ona yumruq zərbələri vuraraq yerə yıxmışdır. Yerdə olarkən də Çinarə Cümşüdlünün baş nahiyyəsinə təpik zərbəsi vurmuşdur. Daha sonra Nicat marketdən çıxıb getmişdir. Sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X16 xx.xx.2025-ci il tarixli, 64 saylı rəyindən görünür ki, X3 almış olduğu xəsarət- sağ gözün konyuktiva qişası altına qansızma ilə müşaiyət olunan sağ gözaltı nahiyyəsinin qançırı, sağ bazunun qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Ç.M.Cümşüdlü şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs N.Ş.Cümşüdlü barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, N.Ş.Cümşüdlü əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Ç.M.Cümşüdlünün ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs N.Ş.Cümşüdlü ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, N.Ş.Cümşüdlünün zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən N.Ş.Cümşüdlünün əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan N.Ş.Cümşüdlünün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs N.Ş.Cümşüdlünün ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili A.G.Cavadova və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, N.Ş.Cümşüdlüyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili A.G.Cavadova ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar