Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-186/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən “Ovçular” mağazasının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Sunny” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun idarə etdiyi “Opel Astra” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməməsini bəhanə edərək aralarında yaranmış münaqişə zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət ənənələrlə və əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, avtomobillərin hərəkətlərinə maneçilik yaradıb, bilərəkdən özlərini ictimai qaydalara qarşı qoyaraq gücünü nümayiş etdirməklə, cəmiyyətdə mövcud olan əxlaq və mənəviyyat normalarına açıqca hörmətsizlik ifadə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edərək, sonuncunun sağ alın və sağ qulaq nahiyələrindən bir neçə dəfə yumruqla qəsdən vurub ona alın nahiyəsinin sağ yarısının, sağ gicgah nahiyəsinin və sağ qulaq seyvanın arxa səthinin qançırları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinin ardınca Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edərək, sonuncunun sağ gicgah və ənsə nahiyələrindən bir neçə dəfə yumruqla qəsdən vurub ona sağ gicgah və ənsə nahiyəsini əhatə edən hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə etibarnamə əsasına idarə etdiyi “Opel Astra” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman onunla eyni yolda eyni istiqamətdə qarşısında hərəkət edən “Nissan Sunny” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs işıqları yandırıb-söndürməklə işarə verib yol istəsə də, həmin avtomobilin sürücüsü ona əliylə etirazını bildirərək yol verməmişdir. Zərərçəkmiş şəxs ona yol vermədiyi üçün o, əsəbləşərək həmin avtomobilin sürücüsünün ardınca getmişdir ki, həmin sürücüdən ona yol verməməsinin səbəbini öyrənsin. Zərərçəkmiş şəxs “Nissan Sunny” markalı avtomobiliylə Şərifzadə küçəsi ilə hərəkət edib həmin küçədən Ə.Əhmədov küçəsinə dönmüş, o da sonuncun arxasınca getmişdir. O, Zərərçəkmiş şəxs avtomobilinin arxasına düşüb işıqları yandırıb-söndürərək saxlamasını istəmişdir. Topçubaşov adına xəstəxananın qarşısındakı yolda hərəkət edərək işıqfordan sağa dönüb Zərərçəkmiş şəxs avtomobilinin yanına yaxınlaşıb ona “sənə bayaqdan marqat edirəm niyə saxlamırsan” deyərək nalayiq ifadələr işlədib avtomobili ilə yoluna davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs avtomobilini onun arxasıyca sürüb gələrək ona işıq yandırıbsöndürmüşdür. O, yaşayış binalarının arasına girən yolda avtomobilini saxlamışdır. Zərərçəkmiş şəxs da H.B.ünvan 2 ünvanında yerləşən “Ovçular” mağazasının qarşısında avtomaşınını saxlayaraq maşından düşüb ondan nalayiq söyüşlərlə söyüb təhqir etməyinin səbəbini soruşmuşdur. O, Zərərçəkmiş şəxs həmin vaxt əsəbi olduğunu, artıq çıxıb getməsini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona səhv etdiyini, başqa şəxslərlə səhv salmamağını adamını tanımasını bildirərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs bu tonda cavabı onu əsəbləşdirdiyi üçün o və avtomobilində olan bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin şəxslə aralarında münaqişə yaranmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o və Zərərçəkmiş şəxs bir-birilərinə yumruq zərbələri vurmuşlar. Ətrafda olan və onların səs-küyünə başlarına toplanan tanımadığı sakinlər araya girərək onları ayırmışlar. Bundan sonra onlar “Opel” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Sonradan o, öyrənmişdir ki, həmin şəxs ondan və bibisi oğlu Təqsirləndirilən şəxs2 polisə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə əvvəllər aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs o, ilk dəfə xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən “Ovçular” mağazasının qarşısında münaqişə edən zaman görmüşdür. O, H.B.Zərdabi küçəsində öz idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb sonuncu barəsində nalayiq ifadələr işlədib sürüb getmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun arxasından gələrək işarə verdiyinə görə avtomobilini saxlayaraq, avtomaşından düşüb Zərərçəkmiş şəxsla tutaşmışdır. Həmin vaxt o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirmişlər. Həmin münaqişə zamanı o, Zərərçəkmiş şəxs yumruqla baş nahiyəsindən vursa da zərbələrinin konkret olaraq Zərərçəkmiş şəxs hansı nahiyələrinə dəyməsini görməmiş, eyni zamanda bibisi oğlu Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuşdur. Onlarla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə onun yolda Zərərçəkmiş şəxs söyüb təhqir etməsi səbəbindən baş vermişdir. Həmin vaxt yanlarında yoldan keçən tanımadığı 5-6 nəfər şəxs olmuş və aralarındakı münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı onun burnu əzilmişdir lakin xəsarət izi qalmadığı üçün məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən imtina etmişdir. Həmin vaxt yoldan keçən şəxslər onları aralarmışdılar. Hadisənin baş verdiyi ünvanın yaxınlığında yerləşən binadan isə heç bir sakinin eyvana çıxmasını görməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci ildə dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə İmişli rayonundan, hüzür yerindən qayıdıb Bakı şəhərinə gəliblər. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində “Kontakt Home” mağazasına yaxın yerdə olan döngədən dönmək istəyərkən onlarla eyni istiqamətdə qarşılarında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Sunny” markalı avtomaşın onlara mane olduğu üçün həmin avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs yol istəmişlər. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 əli ilə etirazını bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hərəkətindən əsəbləşərək avtomobilini saxlaması üçün maşının işıqlarını yandırıb-söndürmüşdür. Lakin həmin “Nissan Sunny” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 fikir vermədən yoluna davam edib Ə.Əhmədov küçəsinə dönmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs arxasıyca Ə.Əhmədov küçəsinə dönüb Topçubaşov xəstəxanasının qarşısı ilə gedib qarşıdakı işıqfordan dönərək öz avtomobili ilə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb yol vermədiyi üçün sonuncuya nalayiq söyüşlər söymüşdür. Həmin şəxs onlara demişdir ki, siz məni başqasıyla səhv salırsınız. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ötüb keçərək yoluna davam edib ara küçəyə dönən zaman o, görmüşdür ki, həmin avtomobilin sürücüsü onların arxasıyca gəlir. O, Təqsirləndirilən şəxs1 demişdir ki, “Nissan Sunny” markalı avtomobil arxamızca gəlir. Təqsirləndirilən şəxs1 avtomaşını saxlamışdır. “Nissan Sunny” markalı avtomobilin sürücüsü maşından düşüb onlara yaxınlaşmışdır. O, dərhal avtomaşından düşmüşdür. Arxalarında başqa avtomaşında olduğundan o, Təqsirləndirilən şəxs1 maşını irəliyə sürməsini demişdir. Daha sonra o, həmin şəxsin üzərinə gedib demişdir ki, sən niyə yolda qabağımızı kəsmişdin? Zərərçəkmiş şəxs da demişdir ki, “mən səninlə danışmıram, avtomobili sürənlə danışacağam”. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobildən əsəbi düşərək Zərərçəkmiş şəxs üzərinə gəlib üz-üzə dayanmışlar. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 itələmişdir. O da münaqişə olsa ayırmaq üçün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Zərərçəkmiş şəxs onlara demişdir ki, “mənim üzərimə ikiniz gəlirsiniz?” O da demişdir ki, “səninlə sürücü özü söhbət edəcək.” Daha sonra Təqsirləndirilən şəxs1 ilə həmin şəxs tutaşmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zərbə vurub vurmadığını o, dəqiq görməmişdir. Həmin vaxt “Nissan Sunny” markalı avtomobilin sürücüsü onların nəsillərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Belə olan halda o da Zərərçəkmiş şəxs üzərinə hücum edib Zərərçəkmiş şəxs döyməyə başlamışdır. Ora toplaşanlar birinci Təqsirləndirilən şəxs1 aralaşdırmışlar. Həmin şəxs onun saçından yapışmışdır. Orda olan insanlar onları aralaşdırdıqdan sonra o da Zərərçəkmiş şəxs saçından yapışmış lakin onları yenədə aralaşdırmışlar. Həmin vaxt “Nissan Sunny” markalı avtomobilin sürücüsü onların ünvanına nalayiq söyüşlər söydüyünə görə onlar yenidən Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, lakin ağsaqqal bir kişi onları saxlayaraq dalaşmamalarını xahiş etmişdir. Hadisə yerində bir yaşlı kişi və 2-3 nəfər cavan adam yalnız onları aralaşdırırmışlar. Digər şəxslər isə kənarda toplaşırmışlar. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. O, Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə əvvəllər aralarında hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin şəxsi o, ilk dəfə xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən “Ovçular” mağazasının qarşısında münaqişə edən zaman görmüşdür. O, Zərərçəkmiş şəxs yumruğuyla baş nahiyəsindən və bədənin müxtəlif hissələrindən vurmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs öz maşınına söykəyərək döymüşdür. Həmin münaqişə zamanı o, Zərərçəkmiş şəxs yumruqla baş nahiyəsinin sağ tərəfindən vursada zərbələrinin konkret olaraq Zərərçəkmiş şəxs hansı nahiyələrinə dəyməsini görməmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs döymüş, daha sonra həmin şəxs söyüş söydüyü üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə o da Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs onun saçından tutmuş və yumruqla sifət nahiyəsinə bir-iki zərbə vurmuşdur. O, alt dodağından xəsarət alsada həkimə müraciət etməmişdir. Hazırda bədənində hər hansı bir xəsarət izi qalmadığı üçün o, məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən könüllü olaraq imtina etmişdir. Hadisə zamanı yoldan keçən insanlar narahat olub yaxınlaşaraq onları aralaşdırmışlar. Hadisə yerində onları aralaşdıran vətəndaşları isə tanımamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin, həmçinin şahidin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində özünə məxsus “Nissan Sunny” markalı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinə doğru hərəkət edərək həmin küçənin kəsişməsində yerləşən işiqforda dayanıb yaşıl işığın yanmasını gözləməyə başlamışdır. Yaşıl işıq yandıqdan sonra o, Ə.Əhmədov küçəsinə dönərək həmin küçə ilə H.B.Zərdabi küçəsi istiqamətində hərəkət edib “Topçubaşov” xəstəxanasının qarşısında yenə də işıqforun qırmızı işığında dayanıb gözləyirmiş. Həmin vaxt o, avtomobilin yan güzgülərində arxada dayanmış “Opel” markalı avtomobilin dayanmadan işıqlarını yandırıb-söndürərək və siqnal verərək ondan yol istəməsini görmüşdür. Həmin vaxt o da dayanmış olduğu üçün arxasındakına yol verə bilməmiş və əliylə işarə etmişdir ki, yol yoxdur hara sürsün ki, həmin şəxsdə keçsin. Bu zaman işıqforun yaşıl işığı yandığı üçün o, sağ zolaqla hərəkət edib H.B.Zərdabi küçəsinə dönmüşdür. Həmin küçə ilə təxminən 20-30 metr irəliləmişdir ki, “Opel” markalı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs1 onun paralelinə gələrək asta surətlə hərəkət edə-edə avtomobilinin içərisindən heç bir əsaslı səbəb olmadan ona baxıb nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “sən məni tanımırsan nə səbəbə məni nalayiq ifadələrlə təhqir edirsən, adamını səhv salma yoluna davam edib çıx get.” Bu zaman həmin Təqsirləndirilən şəxs1 və yanında ondan fiziki quruluşca balaca olan ikinci şəxs onu və ailəsini nalayiq ifadələrlə təhqir edib bir qədər surəti artıraraq onun qarşısına keçmişlər. Bu zaman o, həmin şəxslərin nə səbəbə onu və ailəsini təhqir etməsini öyrənmək üçün arxadan işıqlarla işarə vermişdir ki, avtomobili saxlasın. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel” markalı avtomobili ilə Zərdabi küçəsindən sağa ara yola dönüb saxlamışdır. O da həmin küçədə 73 ünvanında yerləşən “Ovçular” mağazasının qarşısında avtomobilini saxlayaraq yerə düşmüşdür. Bu zaman “Opel” markalı avtomobildə sağ ön oturacaqda oturmuş sonradan adının Emil olduğunu öyrəndiyi sərnişin avtomobildən düşərək onun üzərinə gəlmişdir. O, Təqsirləndirilən şəxs2 demişdir ki, “mənim səninlə işim yoxdur, mənim sözüm sürücüyədir.” Həmin vaxt avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs1 isə bir qədər avtomobildə ləngiyərək sonradan avtomobildən düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun üzərinə doğru gələrək yenədə heç bir əsaslı səbəb olmadan onu və ailə üzvülərini yüksək səslə nalayiq ifadələrlə təhqir etməyə başlamışdılar. O, Təqsirləndirilən şəxs1 bu hərəkətinin səbəbini soruşmaq istəyəndə Təqsirləndirilən şəxs1 yanında olan şəxs anidən onun qollarından tutub qucaqlayaraq onu öz avtomobilinə doğru sıxıb köməksiz vəziyyətə salmışdır. Bundan istifadə edən Camo yumruq zərbələri ilə bir neçə dəfə onun baş nahiyəsindən əsasən də sağ alın və sağ qulaq nahiyələrindən vurmuşdur. Həmin vaxt o, başını qorumağa çalışaraq hərəkət edib Təqsirləndirilən şəxs2 əlindən çıxan zaman sonuncu yumruqla onu sağ gicgah və ənsə nahiyəsindən vurmuşdur. Bu zaman onların münaqişəsinə görə oraya toplaşmış şəxslər araya girib onları aralaşdırmağa çalışanda o, həmin şəxslərdən birini özündən kənara itələmişdir. Bundan sonra orada olan bir nəfər yaşlı kişi və cavan uşaqlar onları aralaşdırmışlar. Təqsirləndirilən şəxs1 və yanında olan oğlan onu təhqir edərək avtomobilinə əyləşib oradan çıxıb getmişlər. O isə hadisə yerini tərk etmədən DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları gəlmişlər. O, həmin şəxsləri tanımamış və əvvəllər görməmişdir. Həmin münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi birlikdə onun üzərinə cumub onu döyərək xəsarət yetirmişdirlər. Həmin vaxt o, orada heç kimi söyüb təhqir etməmiş və vurmamış sadəcə olaraq özünü müdafiə üçün Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 imkan tapdıqca özündən kənara itələmişdir. O, Təqsirləndirilən şəxs2 saçından dartmamış və təhqir etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmasını, hazırda sonunculara qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 5 ilə yaxındır ki fitnes zalında idmanla məşğul olur. Zərərçəkmiş şəxs ilə həmin fitnes zalından tanış olmuşdur. İdmanla məşğul olduğu ilk günlərdən Zərərçəkmiş şəxsla əlaqəsi olmuşdur. xx xxxx 2020-ci il tarixdə həmişəki kimi zalda Zərərçəkmiş şəxsla məşq etmişdir. Həmin gün təxminən saat 20:00 radələrində Nəsimi bazarının yaxınlığında olan “Ağ Çiçəyim” gül mağazasının yanındakı “Underground GYM” fitnes zalından dostu Zərərçəkmiş şəxsla birlikdə idmanlarını bitirib çıxmışlar. Onlar Arslana məxsus “Nissan Sunny” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək “İnşaatçılar” metrostansiyasına tərəf gəlmişlər. Həmin gün saat 20:15 radələrində Zərərçəkmiş şəxs onu avtomobili ilə yaşadığı ünvan 4 v ünvanına apararaq evinin qarşısında düşürtmüşdür. Təxminən saat 20:40-da Zərərçəkmiş şəxs onun telefonuna zəng edərək “Opel” markalı avtomobildə olan 2 nəfər şəxsin arxasınca düşərək qarşısını kəsib özünü və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edərək döyüb xəsarət yetirdiklərini bildirmişdir. O, bunu eşidib dərhal qaçaraq Zərərçəkmiş şəxs dediyi yerə gəlmişdir. O, hadisə yerinə gəldikdə hadisə yerində Zərərçəkmiş şəxs və çoxlu sayda tanımadığı şəxslər olmuşdur. O, Zərərçəkmiş şəxs sifət nahiyəsindəki qızartıları və şişkinlikləri görüb nə baş verdiyini soruşduqda sonuncu ona bir neçə dəqiqə bundan öncə 2 nəfər şəxsin Zərərçəkmiş şəxsla burada münaqişə edib təhqir edərək döyüb xəsarət yetirdiklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin şəxslərin harada olduğunu soruşduqda Zərərçəkmiş şəxs ona həmin şəxslərin qaçıb getdiklərini söyləmişdir. Bundan sonra onlar hadisə yerində gözləyən zaman oraya Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Zərərçəkmiş şəxs ilkin izahatını verdikdən sonra o, Zərərçəkmiş şəxs xəstəxanaya aparmış və orada sonuncuya ilkin tibbi yardım göstərib evə buraxmışlar. O, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davasını görməsədə hadisə yerinə gələn zaman Zərərçəkmiş şəxs üzərində xəsarət izlərinin olduğunu görmüşdür. O, hadisə yerinə gələndə ətrafda çoxlu sayda tanımadığı insanlar olmuşdur. Cinayət işinin 82-83-cü vərəqələrində olan xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 107-108-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 156-158-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən, son müddəti isə xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 159-161-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən, son müddəti isə xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 23-25-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx xxxx 2020-ci il tarixli, 216 saylı nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ gicgah-ənsə nahiyəsin əhatə edən sahənin hematoması, alın nahiyəsini sağ yarısının, sağ gicgah nahiyəsinin və sağ qulaq seyvanının arxa səthinin qançırları küt əşya təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 181-ci vərəqəsində olan 32 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin 183-cü vərəqəsində olan 32 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, hazırda sonunculara qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidin ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Y.C.Hüseynə, M.T.Şahmarova, Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarova ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, X1 isə isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-186/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-186/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver