Məhkəmə qərarları › İş №1(004)-186/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-186/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-186/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə təkrarən yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmiş, həmçinin təkrarən gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmişdir. Belə ki, X6 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan xx xxxx 2003-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün onu istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 300, 500 və 1000 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 100, 200 və 400 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon adlanan ərazidə yerləşən istintaqa məlum olmayan yeni yaşayış binasındakı mənzildə yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 və 200 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən 2018-ci ilin mart ayının ortalarından 2020-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən istintaqa məlum olmayan mənzildə yaşayan xx.xx.2002ci il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün onu istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 300, 500 və 1000 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 100, 250 və 500 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ləmanla yaxın münasibətləri olmamışdır. Sadəcə olaraq bir neçə dəfə məclislərdə qızların yanında görmüşdür. Nəzrini instagram sosial şəbəkəsindən tanımışdır. Lakin onunla yaxın münasibəti olmamışdır. Bildiyinə görə Nəzrin makiaj ustası olmuş və gözəllik salonunda işləmişdir. O, Nəzrini fahişəliyə cəlb etməmişdir və heç kimlə tanış etməmişdir. Bundan başqa Zərini təxminən 2018-2019-cu illərdən tanımışdır. Həmin zamanlar Bakı şəhərinə yeni gəldiyi üçün onunla yaxın münasibəti olmamışdır. Zərinlə rəfiqə olmuşdur. Tez-tez görüşmüşlər. Onların görüşü zamanı oğlanlar da həmin məclisdə olsalar da həmin şəxslər onların dostları olmuşdur. O, Zərini fahişəliyə cəlb etməmişdir. Onlar məclisdə olan zaman xoşlarına gələn geyim əşyası olduqda onu almaq istədiyini oğlana bildirmişlər ona görə də oğlanlar onlara pul vermişlər. Lakin o, pul almamışdır və Zərinə verməmişdir. O, Zərini tanıdıqda onun 17 yaşı olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, anasının xəstə olmaqla onun himayəsində olmasını, qardaşının rəhmətə getdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini bildirərək, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Müjgan adlı qadını təxminən 2019-cu ilin yay aylarında məclislərin birində tanımışdır. Onunla münasibəti olmasa da bir növ qiyabi olaraq tanımışdır. Təxminən 2020-ci ilin yanvar ayının əvvələrində Dürdanə adlı rəfiqəsinin evində olan zaman Müjganla söhbət etmiş, ona işdən çıxdığını, maddi vəziyyətinin yaxşı olmadığını, övladını böyütməkdə çətinlik çəkdiyini və bu kimi problemləri olduğunu bildirmişdir. Müjgan ona çoxlu kişi tanışlarının olmasını, əgər onlarla cinsi əlaqədə olsa yaxşı pul qazana biləcəyini ona bildirmişdir. Müjgan bunun müqabilində müştəridən 300 manat alacağını həmin pulun 100 manatını özünə götürəcəyini, qalan 200 manatını ona verəcəyini bildirmiş və aralarında razılıq əldə edilmişdir. Müjgan onun fotoşəkillərini instagram sosial şəbəkəsindən götürüb müştəriyə göndərmişdir. Daha sonra Müjgan taksi ilə gələrək onu “Qədim Bakı” adlanan restorana aparmışdır. Həmin restoranda 5 nəfər kişi olmuşdur. Ondan başqa restoranda Zərin adlı qadın da olmuşdur. Onlar orada yemək yedikdən sonra Müjgan müştərilərlə birlikdə onları hazırda xatırlamadığı hotelə aparmışdır. Orada müştəri ilə cinsi əlaqədə olduqdan sonra Müjgan ona 200 manat pul vermişdir. Zərin adlı qız isə hotelə getməmişdir. Bu məsələdən sonra Müjgan mütəmadi olaraq onunla əlaqə saxlayıb onu müştərilərlə görüşdürmək üçün aparmışdır. Bəzi hallarda onu hotelə özü aparmış bəzi hallarda isə özü hoteldə olub onu dəvət etmişdir. Hərbir halda pulu müştəridən Müjgan almışdır. Müjgan onu müxtəlif ünvanlara fərqli müştərilərə göndərir və müştərilərlə özü danışıqlar aparmışdır. Müjgan onu müştərilərlə əlaqə saxlamağa icazə verməmişdir. Fahişəliklə məşğul olmasına səbəb maddi imkansızlıqdır və hazırda iş üzrə təqsirləndirilən şəxs X4 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fəqli ifadə verərək ifadəsində bildirmişdir ki, X2 gözəllik salonunda işlədiyi vaxtlarda tanımışdır, lakin o, X1 vasitəsi ilə kişilərlə tanış olmamış, Müjgan onu fahişəyə cəlb etməmişdir. Mujganın onun yaşı barədə məlumatı olmamaışdır. Qızlarla əyləşdiyi məclislərdə oğlanlar olmuşdur həmin oğlanlarla tanış olduqdan sonra öz istəklərinə əsasən və maddi ehtiyacları olduğu üçün fahişəliklə məşğul olmuşdur. X4 onu heç kimlə tanış etməmiş və görüşdürməmişdir. X4 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fəqli ifadə verərək ifadəsində bildirmişdir ki, X2 tanımışdır, lakin o, X1 vasitəsi ilə kişilərlə tanış olmamış, fahişəliklə məşğul olmamışdır. X4 onu heç kimlə tanış etməmiş və görüşdürməmişdir. Mujganın onun yaşı barədə məlumatı olmamaışdır. X4 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Müjganla məclislərin birində tanış olmuşdur. Müjganın qadınları fahişəliyə cəlb etməsi barədə məlumatı olmuşdur. Çünki Müjganın haqqında tanışlarından eşitmişdir. Müjgan bir neçə dəfə ona da müştərilərlə pul müqabilində görüşməyi təklif etsə də o, Müjgana fahişəliklə məşğul olmadığını bildirib bu təklifini rədd etmişdir. Müjganla hərdən bir məclislərdə əyləşib yemək yemişlər. Bundan başqa Müjganla yaxın əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, məclislərin birində tanımışdır. Müjganı qadınları fahişəliyə cəlb edən qadın kimi tanımışdır. O Müjganla əlaqə saxladıqda ondan cinsi əlaqədə olmaq üçün qadın istəmişdir. Müjgan da onun istəyinə uyğun cinsi əlaqədə olmaq üçün ona qadın göndərmişdir. O cinsi əlaqədə olduğu qadınlardan Nəzrin adlı qadını xatırlayır. Nəzrin üçün Müjgana 200 manat pul vermişdir. Müjgan özü də orada olduğu üçün pulu Müjgana vermişdir. Cinayət işi üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, Bakı şəhərində hazırda adını xatırlamadığı hotellərin birində dostunun yanına gedən zaman tanış olmuşdur. Onun Sənan adlı dostu Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişdir. O həmin zamanlar hotellərin birində qalmışdır və görüşmək üçün onu yanına dəvət etmişdir. Həmin hoteldə ondan başqa 2-3 nəfər də öz tanışları olmuşdur. Hotelə gedən zaman orada Müjganla tanış olmuş, bildiyinə görə Müjgan oraya cinsi əlaqədə olmaq üçün qadınlar dəvət etməklə məşğul olmuşdur. O, 2-3 dəfə həmin dostunun yanına getmişdir. Həmin zaman orada Nəzrin və Zərin adlı qadınlar da olmuşdur. Həmin zaman o, Müjganla danışmış və Nəzrinlə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bu zaman Müjgan ona 150 manat pul verməli olduğunu bildrimişdir. O Müjgana 150 manat pul verdikdən sonra Nəzrinlə cinsi əlaqədə olmuşdur. Bundan sonra Müjgala və Nəzrinlə əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 070 *** ** ** və 050 *** ** ** rəqəmli mobil telefon nömrələri ona məxsusdur və son 2-3 ildir ki, həmin mobil nömrələri istifadə edir. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, məclislərin birində tanımışdır. Müjganın ilk əvvəllər hansı işlə məşğul olmasını bilməsə də sonradan onun qadınları fahişəliyə cəlb etməsini bilmişdir. Təxminən 2020-ci ilin əvvəllərində Müjgan ona 3 dəfə cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Hər dəfəsində cinsi əlaqədə olmaq üçün qadınlara 100-150 manat pul ödəmişdir. Bunlardan birində pulu cinsi əlaqədə olduğu qadına vermiş, digərlərində isə Müjgan pulu şəxsən ondan almışdır. Müjgan fahişəliyə cəlb etdiyi qadını onun yanına gətirmiş və onlarla birlikdə əyləşmişdir. Cinsi əlaqədə olmaq istədikdə isə pulu Müjgana vermişdir. Təxminən 2020-ci ilin may ayından etibarən Müjganla heçbir əlaqəsi olmamışdır və onunla əlaqəni kəsmişdir. 2020-ci ilin may ayından etibarən onunla ümumiyyətlə əlaqə saxlamamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsindən tanıyır. Müjganı qadınları fahişəliyə cəlb edən qadın kimi tanımışdır. Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdə günorta saatlarında istifadə etdiyi “guneldemirova” profilinə "Müjgan mmmmr” instagram profilindən mesaj yazaraq onun mobil nömrəsini istəmişdir. O mobil nömrəni Müjgana verdikdə, Whatsapp ani mesajlaşma proqramı vasitəsilə yazaraq axşam işinin olub-olmadığını soruşmuşdur. O Müjgana nə üçün bu sualı verdiyini soruşduqda Müjgan bir nəfər tanışının ondan xoşu gəldiyini və həmin şəxslə cinsi əlaqədə olsa ona 500 manat pul verəcəyini bildirmişdir. Onun həmin vaxtı maddi çətinliyi olduğu üçün bu təkliflə razılaşmışdır. Müjgan onu Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında yerləşən evlərin birinə dəvət etmişdir. O taksi ilə deyilən ünvana getmişdir. Müjgan özü orada olmuşdur. Onlardan başqa orada hazırda tanımadığı 2 nəfər qız da olmuşdur. Əlavə olaraq 6-7 nəfər də oğlan olmuşdur. Təxminən 5 saat onlarla əyləşdikdən sonra Müjgana artıq getmək istədiyini bildirmişdir. Müjgan isə səbrli olmağı bildirmişdir. O Müjgandan pulunu istədikdə Müjgan həmin şəxsin hazırda sərxoş olduğunu bildirmiş və pulun daha sonra verəcəyini bildirmişdir. O taksi çağırıb həmin yerdən getmişdir. Daha sonra dəfələrlə Müjganla əlaqə saxlayıb pulunu verməsini tələb etsə də Müjgan onun pulunu verməmişdir. Bundan sonra da Müjganla əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, məclislərinin birində tanımışdır. Müjgan həmin məclisə bir nəfər tanışı vasitəsilə gəlmişdir. Həmin vaxt onlar mobil nömrələrini bir-birlərinə vermişdirlər. Bu məsələdən təxminən bir neçə gün sonra Müjgan ona zəng vuraraq əgər narkotik maddə istəsə ona müraciət edə biləcəyini bildirmişdir. O da ona yaxşı deyib mobil telefonu söndürmüşdür. Daha sonra onunla heç bir əlaqəsi və danışığı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan yaşda fahişəliyə cəlb edildiyini və Təqsirləndirilən şəxs onun yetkinlik yşına çalmayan olması barədə məlumatlı olduğunu bildirmişdir (səh. 72-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan yaşda fahişəliyə cəlb edildiyini və Təqsirləndirilən şəxs onun yetkinlik yaşına çatmayan olması barədə məlumatlı olduğunu bildirmişdir (səh. 164-166). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs3 birinci yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərk onun tərəfindən fahişəliyə cəlb edildiyini bildirmişdir (səh.160-163). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********77 saylı mobil telefon nömrəsi vasitəsilə **********84 rəqəmli mobil telefon istifadəçisinin arasında yazışmalar olmuşdur, həmin mətnlərdən görünür ki, Mujgan Nəzrinin müxtəlif ünvanlara göndərilməsi üçün təkliflər almış və onu tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (səh.80-90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 4(005)-979/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (138, 194-200). Cinayət işində olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-1236/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay yəni, yəni 25 yanvar 2022-ci il tarixədək üzadılmışdır (138, 194-200). Cinayət işində olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-60/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay yəni, yəni 25 mart 2022-ci il tarixədək üzadılmışdır (138, 194-200). Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri qadın həmrəyliyi nümayiş etdirərək iş üzrə Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə edilmişdir, ibtidai istintaq zamanı verdikləri ifadələri daha inandırıcıdır. Belə ki, ibtidai istintaq zamanı iş üzrə əhəmiyyət kəzb edən bütün halları ardıcıllıqla və tam təfsilatı ilə qeyd edirlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxslər ifadələrində yaranmış əhəmiyyətli ziddiyətlərin hansı səbəbdən baş verdiyini müxtəlif bəhanələr gətirərək izah edə bilməmişlər. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin mart ayının əvvəllərindən tanımışdır. Müjganla restoranların birində ortaq rəfiqələri vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında yaxın münasibətləri yaranmışdı. Onunla daimi olaraq əlaqə saxlamışlar. Müjgan tez-tez mobil nömrələrini dəyişsə də , hazırda xatırladığı mobil nömrə 050 *** ** ** rəqəmli mobil telefon olmuşdur. Müjganla əsasən Whatsapp vasitəsilə əlaqə saxlamışlar. O, həmin zamanlar istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrəni işlətmişdir. O, həmin zamanlar Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə kirayədə yaşamışdır. Həmin zamanlar Müjgan onun 16 yaşının olmasını bilmişdir. Aralarında olan söhbət zamanı Müjgana 2002-ci ildə anadan olduğunu hətta gimnastika edən zaman bakirələyinin pozulmasını da bildirmişdir. Həmin vaxtlar maddi sıxıntıları olmuşdur. Müjganla aralarında olan söhbət zamanı bu barədə ona bildirmişdir. Müjgan yaxşı imkanlı tanışlarının olmasını, əgər onlarla cinsi əlaqədə olsa yaxşı qazanc əldə edə bilcəyini bildirmişdir. O maddi çətinlik çəkdiyi üçün Müjganla razılaşmışdır. Beləliklə 2018-ci ilin mart ayının ortalarından 2020-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində Müjgan onu tanışı olan kişi müştərilərlə görüşdürməyə başlamışdır. O, Zahid Xəlilov küçəsində evində olan zaman Müjgan Whatsapp vasitəsilə ona zəng vuraraq müştərinin olmasını bildirmişdir. Onu restorana dəvət etmişdir. Restoranda əyləşib yemək yedikdən sonra kişi müştərilərdən biri ilə hotelə gedib cinsi əlaqədə olmuşdur. Daha sonra Müjganla danışdıqda müştərinin hansı miqdarda pul verməsini və qazanc olaraq özünə nə qədər götürdüyünü bildirmişdir. Müjgan onu müştəri ilə 300, 500 və 1000 manat müqabilində görüşdürmüşdür. Həmin pullardan müvafiq olaraq 100, 250 və 500 manat müştəri təşkil etdiyi üçün özünə qazanc olaraq götürmüşdür. Bu qaydada Təqsirləndirilən şəxs onu 16 yaşının olmasını bildiyi halda 2018-ci ilin mart ayının ortalarından 2020-ci ilin mart ayının ortalarınadək fahişəliyə cəlb edib qazanc əldə etmişdir. Müjgan onu müxtəlif ünvanlara fərqli müştərilərə göndərmiş və müştərilərlə özü danışıqlar aparmışdır. Hər dəfə də Müjgan onu Zahid Xəlilov küçəsində yaşadığı mənzildə olan vaxtlarda Whatsappla əlaqə saxlayıb müştərilərin yanına göndərmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs adlı qadın onu qarşılığında öz müştəriləri ilə görüşdürərək qazanc əldə etmişdir. Belə ki, Müjgan onu bir dəfə pul qarşılığında öz müştərilərinin yanına göndərmişdir. Belə ki, 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Yasmaal rayonunda yaşadığı evdə olan zaman Müjgan ona Whatsapp proqramı vasitəsilə yazaraq bir nəfər tanışının olmasını, həmin şəxslə cinsi əlaqədə olacağı halda yaxşı pul qazanacağını bildirmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Müjganın bu təklifi ilə razılaşmışdır. Müjganın dediyi Bakı şəhərində olan hotellərin birinə getmişdir. O, təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində 4-5 gün ərzində hər gün eyni hotelə gedib həmin müştəri ilə cinsi əlaqədə olmuşdur. Müjgan hərgün ona 300-400 manat arası pul vermişdir. Lakin müştəridən hansı miqdarda pul alması barədə məlumatı olmamışdır. Həmin zaman hoteldən ondan başqa Zərin, Dürdanə, Leyla və Ləman adlı qadınlarda olmuşdur. Təqsirləndirilən şəxs başqa onu fahişəliyə cəlb edən şəxs olmamışdır. Məhkəmə həmçinin iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin özünü Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələri ilə təqsirli bilməməsi, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb etməməsi barədə hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, iş üzrə zərərçəkmiş şəxs Leyla Hacıyevanın və şahidlərin məhkəmə iclasında verdiyi ifadəsi ilə təkzib edilərək Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam olaraq sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə X1 ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşlı anasının onun himayəsində olmasını (valideyninə ondan başqa ona baxacaq övladının olmamsını), ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərəçəkmiş şəxlərlə barışmasını və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə X1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə X1 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM- nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamağı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi, barəsində Azərbaycan Respublikası CM- nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. X1 barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM- nin 357.0.3-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna tapşırılmalıdır. Cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-186/2022 saylı, 08 aprel 2022ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 08 aprel 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilməklə, 06 (altı) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X3 məhkəmə icraatı zamanı göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 171.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 3 (üç) il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş və özündə girişçıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin X5 vəkil işlədiyi Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar