Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-186/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1963-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmuş, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prizidentinin Administrasiyasında bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib, sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Ləvəngi” kafesində 20000 (iyirmi min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Həbs olunmamışdan əvvəl hüquqi fəaliyyətlə məşğul olmuşdur. Şahid onun tanışıdır. Dəqiq xatırlamadığı tarixdə Şahid onunla əlaqə saxlayaraq yaxın tanışı olan Zərərçəkmiş şəxs İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasında köməklik göstərməsini xahiş etmiş, o da bununla razılaşmışdır. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Arzumanla o, Nəvainin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən "Ləvəngi" adlı restoranda görüşərək Arzuman tərəfindən ona paket halında cib xərcliyi kimi verilən pulu götürmüşdür. O, həmin paketin içərisində olan pulun məbləğinə baxmamış, sonradan həmin məbləğin 5000 manat olduğunu bilmişdir. Onunla Arzuman arasında işin düzəlməsi məqsədilə verilməli olan məbləğ dəqiq danışılmamışdır. O, Arzuman tərəfindən ona verilən pulu cib xərcliyi kimi başa düşərək qəbul etmişdir. Lakin sonradan Arzumana verdiyi vədə əməl etməyərək onu icra başçısı vəzifəsinə düzəldə bilməmişdir. Yekun olaraq onun etdiyi əməldən peşman olmasını, yaşını və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək onunla barışmasını nəzərə alımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, siyasi fəaliyyətlə məşğuldur, bundan əlavə pedoqoq kimi çalışır. Şahid onun dostudur. Dəqiq xatırlamadığı tarixdə o, Nəvai ilə söhbət edərkən ona icra başçısı vəzifəsində işləmək arzusunda olduğunu bildirmiş, Nəvai isə ona Akif adlı tanışının onu həmin vəzifəyə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Nəvai vasitəsilə Təqsirləndirilən şəxslə tanış olaraq onunla bu məsələ haqqında danışmış və onlar təxminən bir neçə dəfə görüşmüşlər. Təqsirləndirilən şəxs onu Daşkəsən rayonunun İcra Başçısı düzəltmək imkanının olduğunu bildirmiş və o, 01 aprel 2024-cü ildə Nəvai ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında, Müzəffər Həsənov küçəsində yerləşən “Ləvəngi” restoranında Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin görüşdə o, Daşkəsən rayonunun İcra Başçısı vəzifəsinə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs 20000 manat pul vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və ona verilən pulu geri qaytarmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Dəqiq xatırlamadığı tarixdə o, Zərərçəkmiş şəxs ilə söhbət edən zaman Arzuman ona icra başçısı vəzifəsində işləmək arzusunda olduğunu bildirmişdir. O da dostunun vəzifədə irəli getməsi məqsədilə Akif adlı tanışının onu vəzifəyə düzəltmək imkanına malik olduğunu demişdir. Bundan sonra o, Arzumanı Akiflə tanış etmiş və onlar görüşüb söhbət etmişdirlər. Dəqiq xatırlamadığı tarixdə onlar Bakı şəhəri, Yasamal rayonu "Ləvəngi" restoranında görüşmüşlər. Həmin görüşdə X3 rayonunun İcra Başçısı vəzifəsinə düzəlmək məqsədilə 20000 manat pul vermişdir. Lakin həmin məsələ öz həllinin tapmamış, Akif ona verilən pulu geri qaytarmamış və müxtəlif bəhanələrlə işi uzadaraq Arzumanı aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskə baxış keçirilməsi haqqında” 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən sənədin və hərbi biletinin surəti, Akif adlı şəxs ilə Arzuman adlı şəxsin “whatsapp” mobil tətbiqi üzərindən olan yazışmaların fotogörüntüləri, həmin fotogörüntülərdə olan yazışmaların xx.xx.2024-cü il tarixdən 2024-cü ilin may ayının sonuna kimi davam etməsi, həmin yazışmalara əsasən Akif adlı şəxsin Arzuman adlı şəxs üçün hər hansısa bir işin görməsi öhtəliyini üzərinə götürməsi, daha sonra isə həmin işi görmədiyi üçün Arzuman adlı şəxsin Akif adlı şəxsdən 20000 (iyirmi min) manat verdiyi pulu geri tələb etməsi, Akif adlı şəxsin isə Arzuman adlı şəxsə narahat olmamasını, hərşeyin düzələcəyini, daha sonra Arzuman adlı şəxsin Akif adlı şəxsdən may ayının 16-da pulunu qaytarmasına söz verdiyini, lakin niyə qaytarmamasını soruşmasını, Akif adlı şəxsin isə Arzuman adlı şəxsə qaytaracağını deməsini, Arzuman adlı şəxsin isə əgər iki günə pulumu qaytarmasan şikayət edəcəyəm deməsini bildirməsi barədə yazışmalardan, səs yazılarında da eyni qayda ilə Akif adlı şəxsin Arzuman adlı şəxs üçün hər hansısa bir işin görməsi öhtəliyini üzərinə götürməsi, onu dövlər orqanlarında işləməsinə təyinat alması, dövlət orqanları tərəfindən çağırılacağı vədi verməsi, lakin verdiyi vədə əməl etmədikdə isə Arzuman adlı şəxsin Akif adlı şəxsdən ona verdiyi 20000 (iyirmi min) manat pulunu qaytarmasını bildirməsi, qaytarmadığı təqdirdə isə barəsində dələduzluq barədə şikayət edəyəcini deməsini, istər forogörüntülərdə olan yazışmalarda və istərfədə səsli danışıqlarda olan səs yazılarda Arzuman adlı şəxsin Akif adlı şəxsdən 20000 (iyirmi min) manat pulunu qaytarmasını tələb etdiyi zaman, Akif adlı şəxsin isə həmin 20000 (iyirmi min) manat pulu danmaması və qaytaracağına söz verməsi barədə yazışmalar olmuşdur. (i.v. 44-46) “İfadənin yerində yoxlanılması haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 20000 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyi yer, Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov 12 ünvanında yerləşən “Ləvəngi” kafesinin otaqlarından biridir. Həmin “Ləvəngi” kafesi Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov 12 ünvanında olmaqla üzü 20 Yanvar dairəsi istiqamətində olmaqla yolun sol tərəfində yerləşmişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahid iştirakı ilə Təqsirləndirilən şəxs sonuncunun onu Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdirməsi üçün əvəlcədən danışılıb razılaşdırılmış 400000 manat pulun bir hissəsi olan 20000 manatı zərfin içərisində həmin kafedə verdiyini bildirdi. (i.v. 165-168) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid ifadəsində göstərdiklərini təsdiq edərək, yəni 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdirməsi üçün əvəlcədən danışılıb razılaşdırılmış 400000 manat pulun bir hissəsi olan 20000 manat pulu zərfin içərisində Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov 12 ünvanında yerləşən “Ləvəngi” kafesində Təqsirləndirilən şəxs verildiyini, sonuncunun isə vədinə əməl etməyərək aldatmasını Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs isə deyilənləri qismən qəbul etmişdir. (i.v. 212-215) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək, yəni 01 aprel 2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahid iştirakı ilə onu Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdirməsi üçün əvəlcədən danışılıb razılaşdırılmış 400000 manat pulun bir hissəsi olan 20000 manatı zərfin içərisində Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov 12 ünvanında yerləşən “Ləvəngi” kafesində ona verdiyini, onun isə vədinə əməl etməyərək aldatmasını Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs isə deyilənləri qismən qəbul etmişdir. (i.v. 216-221) “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə foto və video görüntülər əks olunan bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 223-234) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli məhkəmə hökümü dəyişdirilərək təyin edilmiş azadlığın məhtudlaşdırılması cəzası 01 ilə endirilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qərar və xx.xx.2019-cu il tarixli höküm ləğv edilib, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən AR CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 77-79) Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-76/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində "həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbs edilməsi hökm edilmişdir. (i.v. 112-142) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın 10000 manatı ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Onlar barışmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2013-cü il tarixli 031002 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Hacıqabul Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(071)-76/2024 saylı hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, X1 zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini, onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Hacıqabul Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(071)-76/2024 saylı hökmü ilə ona qəti təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 1(071)-76/2024 saylı hökmü ilə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-186/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-186/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver