Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-187/2022 18.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlunun iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir əsas olmadan işsiz qalmağının səbəkarı olan təqsirləndirilən şəxs, ona qarşı qərəzli olaraq onun, guya AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın əməllərini törətdiyini (əslində guya onun cinayət törətdiyini,cinayətkar olduğunu) ,yəni xx.xx.2020-ci il tarixdə gimnaziyanın şagirdi Eldar Osmanaovun atası Mətləb Osmanovun sinif otağında üzərinə hucum etməyi və eyni zamanda oğlu Eldar Osmanovun xx.xx.2020-ci il tarixdə gimnaziyanın oyuncaq otağında guya tərəfindən döyülməsi kimi üzərinə böhtan ataraq onun şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkəlmişdir. Habelə Sumqayıt Apellyasiya Məhkəməsində “Şərəf və Ləyaqətin” müdafiəsi üzrə gedən prosesdə təsdiqini tapmayan faktla onun ünvanına böhtan ataraq ,guya o, ondan 1800 manat pul alıb qaytarmamışdır. Hətta bunu votsapda müəllimlər qrupunda yazaraq onu müəllimlər qarşısında alçaltmışdır. Habelə təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Space TV-də efirə gedən “X7” verlişinə verdiyi müsahibədə açıq aydın üzərinə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları,o,cümlədən onun Eldar adlı şagirdi döyərək,cinayət törətdiyi və s. kimi ifadələri kütləvi şəkildə yaymışdır (faktı təsdiq edən video disk məhkəməyə təqdim edilir). Başqa sözlə məktəb drektoru olan təqsirləndirilən şəxs Aynur Dadaşova 2020-ci ilin təxminən mart ayından dərslərin onlayın formada keçirilməsi üçün votsap sosial şəbəkəsində yaratdığı “Müəllimlər” qrupunda hələ hüquqi qiyməti verilməyən və hazırda icraatına xitam verilib ləğv olunan AR İXM 157-ci maddəsi ilə cəzalandığı barədə onu alçaltmaq və digər müəllim kollektivi qarşısında nüfuzdan salmaq məqsədi ilə yalan olduğunu əvvəldən bildiyi halda məhkəmə qərarlarının səhfələrinin foto şəkillərini ataraq onu vəhşi qaniçən,habelə uşaqlara (şagirdlərə) qarşı şiddət göstərən bir qadın kimi xarakterza edərək,üzərinə böhtan ataraq onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçadaraq təhqir etmişdir. O, təqsirləndirilən şəxs Aynur Dadaşovanı “Müəllimlər” votsap qrupunda barəsində heç bir əsas olmadan qərəzli olaraq müzakirə etdiyi yuxarıda qeyd etdiyi qərəzli,böhtan və təhqir dolu çıxışından sonra özünü alçalmış və təhqir olunmuş hiss edərək, özünü öldürəcəyi,yəni intihar edəcəyi barədə məlumat vermişdi. Məlumatda AR CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmasına dair araşdırma aparılmış və Siyəzən RPŞ-nin TQ-nm xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Aynur Dadaşovanın əməlində AR CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmadığı, lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X2 müraciətində göstərdiyi xüsusatlarda Aynur Dadaşovanın əməlində AR CM-nin 148-ci və 148-1-ci maddələrinin tərkibi olduğundan haqqında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında iştirak edərək sədrlik edən hakimə etiraz vermiş, etirazda konkret əsaslar olmadığından baxılmamış saxlanıldığı və xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmasının davam etdirildiyi elan olunduğundan sonra C.Rəhbəri sədrlik edənin göstərişlərinə məhəl qoymayaraq məhkəmə iclas zalını icazəsiz tərk etmişdir. Bu səbdən məhkəmə iclası təxirə salınmışdır və növbəti məhkəmə iclası təyin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin növbəti iclası xx.xx.2022-ci il tarixə, saat 10:00 təyin edilmişdir və xüsusi ittiham qaydasında şikayət vermiş X4 təyin edilmiş məhkəmə iclası barədə müvafiq qaydada xəbərdar edilməsinə (məhkəmə iclasına dəvət edilməsinə) baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir və bu səbdən məhkəmə iclası yenidən təxirə salınmışdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin növbəti iclası xx.xx.2022-ci il tarixə, saat 10:00 təyin edilmişdir və xüsusi ittiham qaydasında şikayət vermiş X4 təyin edilmiş məhkəmə iclası barədə müvafiq qaydada xəbərdar edilməsinə (məhkəmə iclasına dəvət edilməsinə) baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, C.Rəhbəri xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclaslarında iştirak etməkdən imtina edir və bu halın nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlu bildirmişlər ki, xüsusi ittihamçının üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri, tərəfin izahatlarını nəzərə alıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə başlanılmış icraata (cinayət təqibinə) xitam verilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bir sıra hallarda o, cümlədən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi halında çıxarılır. Belə ki, həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.5-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.2-ci və 315.5-ci maddələrində nəzərdə tutulmuş hallar hazırki iş üzrə mövcud olduğundan (iş materialları ilə təsdiq olunduğundan) xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzürsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlməmişdir, hətta məhkəməyə ərizə təqdim edərək heç bir məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 müdafəçisi Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Əhrəman oğlu ona cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, xüsusi ittiham materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.2, 315.5 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə başlanılmış icraata (cinayət təqibinə) xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Əhrəman oğlunun vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HakimRəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-187/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-187/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver