Məhkəmə qərarları › İş №1(004)-187/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-187/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-187/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Moskva şəhərində “Lada Largus” markalı avtomobil alıb sərnişin daşımaq və birlikdə gəlir əldə edəcəklərinə dair yalan vəd verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə saat 09:17-də 4700,04 ABŞ dolları ekvivalentində 7990,68 manat, xx.xx.2023-cü il tarixdə saat 09:09-da 880,90 ABŞ dolları ekvivalentində 1497,53 manat, xx.xx.2023-cü il tarixdə saat 09:08-də 1000 ABŞ dolları ekvivalentində 1700 manat, saat 09:15-də 600 ABŞ dolları ekvivalentində 1020 manat pulu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 3, kvartal 547 ünvanda yerləşən “Yelo Bank”ın Elmlər filialında “Zolotoya Korona” bank xidməti vasitəsi ilə Rusiya Federasiyasının Moskva şəhərinə öz adına köçürtdürməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12208,21 manat məbləğinqə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 il müddətdir ki, tanıyır. Onlar birbirinin evinə gedib-gəlirmişlər, onunla dostluq münasibətləri vardır. O, əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Arada Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə gedib avtomobil icarəyə götürüb orada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2023-cü ilin mart ayında Kamil ilə söhbət əsnasında ona Rusiya Federasiyasının Moskva şəhərinə işləmək üçün getmək istədiyini, hətta bilet də aldığını, onu gedərkən yola salmağını Kamildən xahiş etmişdir. Kamil də ona narahat olmamağını, özü onu yola salacağını bildirmişdir. Aradan bir müddət keçdikdən sonra Kamil onu avtomobili ilə aparıb X3 yola salmışdır. O, Moskva şəhərində olan zaman mütəmadi olaraq hər gün bir-birilə danışırmışlar. O, əvvəl Moskva şəhərində mebel şirkətində sürücü işləyirmiş. Hətta ona idarə etmək üçün “Ford Transit” markalı avtomobil də verildiyini Kamilə danışıq əsnasında demişdir. Aradan bir neçə ay keçdikdən sonra telefonda danışarkən Kamilə Moskva şəhərində sərnişin daşımaq məqsədi ilə bir ədəd “Lada Largus” narkalı avtomobil alıb iş qurmağı təklif etmişdir. O, Kamilə bu işdə yaxşı qazanc olduğunu, qısa zaman ərzində xeyli gəlir əldə edə biləcəklərini demişdir. Bu barədə Moskvada məlumatı olduğu üçün Kamilə olduğu kimi demişdir. Danışıq əsnasında o, Kamilə həmin “Lada Largus” markalı avtomobilin 20.000 manat dəyərində olduğunu, lakin 12.000 manat pulu olduğunu, 8000 manat pul çatmadığını demişdir. O, Kamilə həmin 8000 manat pulu ona gör dərəcəyi təqdirdə onunla şərik bu işi görə biləcəyini təklif etmişdir. Uzun müddətdir ki, bir-birlərini tanıdıqları üçün Kamil ona həmin məbləğdə pulunun olmadığını dedikdə, o, Kamilə işlədikləri dövrdə ilkin olaraq onun borcunu qaytarmağı, sonradan isə əldə olunacaq qazancı şərikli bölməyi təklif etmişdir. Kamil də bu barədə fikirləşib xəbər edəcəyini ona demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kamil onun adına “Zolotoy Korona” bank xidməti vasitəsi ilə 4700 ABŞ dolları pul göndərmişdir. O, pulu bankdan təhvil aldıqdan sonra Kamilə zəng edərək pulu götürdüyünü bildirmişdir. Kamil ona telefonda həmin pulu borc aldığını, 2023-cü ilin dekabr ayınadək həmin pulu sahibinə qaytarmağa söz verdiyini demişdir. O, da Kamilə narahat sonra xəbər edəcəyini demişdir. Danışıq əsnasında aldıqları avtomobili isə sürücü tutaraq Moskva şəhərində sərnişin daşıtdırıb əldə olunan gəliri də Kamil ilə böləcəyini demişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra o, Kamilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü zəng edərək Moskva şəhərində yerləşən avtomobil salonunda olduğunu və satışda olan avtomobilləri Kamilə göstərmişdir. Bir qədər avtomobillərə canlı video ilə baxdıqdan sonra Kamilə salonda avtomobillərin qiymətinin baha olduğunu, bunun üçün Sankt-Peterburq şəhərinə gedəcəyini demişdir. Kamil də heç bir söz deməyib onunla razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra o, Kamilə zəng edərək internet saytında Sankt-Peterburq şəhərində bir neçə maşın bəyəndiyini, həmin avtomobillərdən birini seçib alacağını demişdir. Danışıqlar zamanı o, Kamilə alacaqları “Lada Largus” markalı avtomobilin mühərrikinin benzinlə işlədiyini, avtomobilə qaz avadanlığı quraşdırsalar daha sərfəli olacağını və bunun üçün 1500 manat pul lazım olduğunu Kamilə demişdir. Sadəcə onun həmin məbləğdə pulu olmadığını, həmin pulu tapıb ona göndərməyini Kamilə təklif etmişdir. Kamil də xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona zəng edərək 880 ABŞ dolları şəklində pulu “Zolotoya Korona” bank xidməti vasitəsi ilə onun adına göndərmişdir. O, pulu təhvil aldıqdan sonra Kamilə zəng edərək pulu götürdüyünü bildirmişdir. Aradan bir-iki gün keçdikdən sonra Kamilə zəng edərək Sankt-Peterburq şəhərində olduğunu, internet saytında 'Lada Largus” markalı avtomobil tapdığını deyərək avtomobilin şəkillərini də çəkib Kamilə göndərmişdir. Danışıq əsnasında o, həmin avtomobili almaq üçün pulunun çatmadığını və avtomobilin kasko sığorta olunması üçün ümumilikdə ona 1600 ABŞ dolları pul göndərməyini xahiş etmişdir. Kamil də xx.xx.2023-cü il tarixdə səhər saatlarında onun adma 1600 ABŞ dolları pulu “Zolotoya Korona” bank xidməti vasitəsi ilə göndərmişdir. O, pulu təhvil aldıqdan sonra Kamilə zəng edərək pulu götürdüyünü bildirmişdir. Avtomobili aldıqdan sonrtı Kamilə xəbər edəcəyini də demişdir. Aradan bir iki gün keçdikdən sonra Kamilə zəng edərək avtomobili artıq almaq üzrə olduğunu, atası xəstə olduğu üçün dərman almağa görə bacısı Şahid adma olan bank kartına 520 manat pul göndərməyini xahiş etmişdir. O, həmin pulu avtomobil alan zaman əlavə olaraq pul lazım olsa özündən ödəyəcəyini demişdir. Kamil də ailəvi dost olduqları üçün ona köməklik etmək məqsədi ilə bacısı Aidənin kartına 520 manat pul göndərmişdir. Bu barədə o, Kamilə öz minnətdarlığını da bildirmişdir. Hətta həmin ərəfədə Kamilə Sankt- Peterburq şəhərində birlikdə yaşadığı rus qadının da onlara gələcəkdə dəstək olacağını demişdir. Sonradan o, almaq üçün avtomobil tapmış və bu barədə Kamilə də məlumat vermişdir. O, həmin vaxt avtomobilə baxdıqdan sonra avtomobilin açarını da təhvil almışdır. Bundan sonra avtomobili yaşadığı evin həyətində saxlamışdır. Sənədləşmə işlərinə başlamaq istədikdə, onun müvəqqəti qeydiyyatla bağlı sənədləri qaydasında olmadığı üçün həmin avtomobili hər hansı bir rus vətəndaşının adına rəsmiləşdirməli olmuşdur. Maşını satan şəxslə razılaşmalarına görə artıq axşam saatları olduğu üçün səhəri gün birlikdə yaşadığı rus qadınının adına aldığı avtomobili sənədləşdirməli olmuşlar. O, avtomobili satan şəxsə 17.000 manat pulu Rus rublu şəklində vermişdir. Sonra həmin şəxs çıxıb getmişdir. Avtomobil də yaşadığı Sankt-Peterburq şəhərində “Veteranov prospektində” yerləşən hündürmərtəbəli yaşayış evinin qarşısında qalmışdır. Səhəri gün, o, yuxudan qalxan kimi avtomobili aldığı şəxsə zəng etsə də həmin şəxsə zəng çatmadığı üçün əlaqə qura bilməmişdir. Bir qədər keçdikdən sonra yenidən həmin şəxsə zənglər etsə də, onunla danışa bilməmişdir. Bundan sonra evdən həyətə düşən zaman avtomobilin də yerində olmadığını aşkar etmişdir. Avtomobili aldığı şəxslə aralarında heç bir sənədləşmə olmadığı üçün hüquq mühafizə orqanına da şikayət etməmişdir. O, hu barədə Kamilə heç bir məlumat verməmişdir. Sonradan isə telefon nömrəsini də dəyişmişdir. Sonradan o, Kamilin onun barəsində polisə şikayət etdiyini bilmişdir. Baş verənlərə görə səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yuxarıda qeyd etdiyi tarixlərdə ümumilikdə 7180 ABŞ dolları məbləğində pulu Moskva şəhərində sərnişin daşımaq məqsədi ilə bir ədəd “Lada Largus” markalı avtomobil alıb iş qurmaq və bu işdə yaxşı qazanc olduğunu, qısa zaman ərzində xeyli gəlir əldə edə biləcəklərini deyərək almışdır. Zərərçəkmiş şəxs aldığı puldan sonradan ona heç bir məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavət, düşmənçilik, qərəzli münasibətləri və borc məsələsi olmamışdır. Kamilin ona göndərdiyi pul ilə avtomobil aldığını, lakin həmin avtomobilin sahibi tərəfindən avtomobilin ondan xəbərsiz yaşadığı evin həyətindən apardığını, bu barədə Kamilə xəbər vermədiyini deyərək həmin vaxt özü pis vəziyyətdə olduğundan və nə edəcəyini bilmədiyi üçün Kamilə məlumat vermədiyini, sonradan da utandığı üçün bu barədə Kamilə zəng edərək heç bir söz demədiyini bildirmişdir. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulan maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını eləcə də zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın seçilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, daimi qeydiyyatda digər ünvanda olamasına baxmayaraq faktiki olaraq ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 təxminən 10 ildən çoxdur ki, tanıyır. Onunla dostluq münasibətləri vardır, mütəmadi olaraq bir-birinin evinə gedib-gəlirmişlər. Oruc Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Təxminən 2023-cü ilin mart ayında Oruc söhbət əsnasında ona Rusiya Federasiyasının Moskva şəhərinə işləmək üçün getmək istədiyini, hətta bilet də aldığını, onu yola salmağını ondan xahiş etmişdir. O, da Oruca narahat olmamağmı, işlərində uğurlar arzulayıb onu özü yola salacağını bildirmişdir. Aradan təxminən 10 gün keçdikdən sonra o, Orucu yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində evindən götürüb avtomobili ilə X4 aparmışdır. Orucu Moskva şəhərinə yola saldıqdan sonra mütəmadi olaraq hər gün bir-birilə danışırmışlar. Orucla danışarkən Oruc ona Moskva şəhərində mebel şirkətində sürücü fəhlə işlədiyini, şirkət tərəfindən ona idarə etdmək üçün hətta “Ford Transit” markalı avtomobil də verildiyini demişdir. Aradan bir neçə ay keçdikdən sonra telefonda danışarkən Oruc ona Moskva şəhərində sərnişin daşımaq məqsədi Lada Largus” markalı avtomobil alıb iş qurmağı təklif etmişdir. Oruc ona bu işdə yaxşı qazanc olduğunu, qısa zaman ərzində xeyli gəlir əldə edə biləcəklərini demişdir. Danışıq “Lada Largus” markalı avtomobilin 20.000 manat dəyərində olduğunu, lakin 12.000 mandt pulu olsa da, 8000 manat pulu çatmadığını demişdir. Oruc ona həmin 8000 manat pulu göqdərəcəyi təqdirdə onunla şərik bu işi görəcəyini təklif etmişdir. O, Oruca onu yaxşı tanıdığını, Orucun dediyi məbləğdə pulunun olmadığını dedikdə, borcOruc ondan həmin məbləği tanışlardan borc almağını, işi qurduqdan sonra 2 ay ərzində həmin borcu bağlaya biləcəyini demişdir. O da bu barədə fikirləşəcəyini Oruca demişdir. Orucla çox yaxın dost olduqları üçün demək olar ki, hər gün telefonla danışırmışlar. Oruc hər gün ona bu işi qurmağı, dediyi “Lada Largus” markalı avtomobili alıb sərnişin daşımağı israrla təkid etdiyi üçün həmin məbləği, yəni 8000 manat pulu adını mışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində borc aldığı həmin 7990,68 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Yelo Bank” vasitəsi ilə ABŞ dolları ekvivalentinə çevirib 4700,04 ABŞ dolları şəklində Təqsirləndirilən şəxs adına “Zolotoya Korona” bank xidməti vasitəsi ilə göndərmişdir. Pulu Oruc təhvil aldıqdan sonra ona zəng edərək pulu götürdüyünü bildirmişdir. O, telefonda Oruca həmin pulu borc aldığını, 2023-cü ilin dekabr ayınadək həmin pulu sahibinə qaytarmaq barədə öhdəlik götürdüyünü demişdir. Oruc da ona narahat olmamağmı, birbaşa avtomobil salonuna gedib avtomobili alacağını, 2 ay müddətində həmin pulu sahibinə qaytarmaq üçün ona göndərəcəyini, aldıqları avtomobili isə sürücü tutaraq Moskva şəhərində sərnişin daşıtdırıb əldə olunan gəliri də onunla böləcəyini demişdir. O, da Oruca inandığı üçün heç bir söz deməmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Oruc ona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü zəng edərək avtomobil salonunda olduğunu və satışda olan avtomobilləri ona göstərmişdir. Bir qədəf avtomobillərə canlı video ilə baxdıqdan sonra Oruc salonda avtomobillərin qiymətinin baha olduğunu, bunun üçün Sankt-Peterburq şəhərinə gedəcəyini demişdir. O, da heç bir söz deməyib Orucla razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra Oruc onunla danışan zt man internet saytında Sankt-Peterburq şəhərində bir neçə maşın bəyəndiyini, həmin avtomobillərdən birini seçib alacağını demişdir. Sonrakı danışıqlarda Oruc ona alacaqları “Lada Largus” markalı avtomobilin mühərrikinin benzinlə işlədiyini, avtomobilə qaz avadanlığı quraşdırsalar daha sərfəli olacağını və bunun üçün 1500 manat pul lazım olduğunu ona demişdir. Oruc ona həmin məbləği də göndərməyini təklif etmişdir. O, da xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində 1497,53 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası" metro stansiyası yaxınlığında yerləşən “Yelo Bank” vasitəsi ilə ABŞ dolları ekvivalentinə çevirib 880,90 ABŞ dolları şəklində Təqsirləndirilən şəxs adına “Zolotoya Korona” bank xidməti vasitəsi ilə göndərmişdir. Pulu Oruc təhvil aldıqdan sonra ona zəng edərək pulu götürdüyünü bildirmişdir. Aradan bir-iki gün keçdikdən sonra Oruc ona zəng edərək Sankt-Peterburq şəhərində olduğunu, almaq istədikləri “Lada Largus” markalı avtomobili alniaq üçün pulunun çatmadığını və avtomobilin kasko sığorta olunması üçün ümumilikdə ona 1600 ABŞ dolları pul göndərməyini xahiş etmişdir. O, da xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində 2720 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Yelo Bank” vasitəsi ilə ABŞ dolları şəklində 1600 ABŞ dolları şəklində Təqsirləndirilən şəxs adına “Zolotoya Korona” bank xidməti vasitəsi ilə göndərmişdir. Pulu Oruc təhvil aldıqdan sonra ona zəng edərək pulu götürdüyünü bildirmişdir. Avtomobili aldıqdan sonra ona xəbər edəcəyini demişdir. Aradan bir iki gün keçdikdən sonra Oruc ona zəng edərək avtomobili artıq almaq üzrə olduğunu, atası xəstə oldqğu üçün dərman almağa görə bacısı Şahid adına olan bank kartuıa 520 manat pul göndərməyini xahiş etmişdir. O, da Orucla ailəvi dost olduqları üçün köməklik etmək məqsədi ilə bacısı Aidənin kartına 520 manat pul göndərmişdir. Sonradan c, Orucla danışan zaman avtomobil alıb-almadığını soruşduqda, Oruc ona Sankt-Peterburq şəhərində bir rus qadınla tanış olduğunu, birlikdə qurmaq istədikləri biznesi ona danışdığını, qadının da lazımi qədər pul verəcəyini, onun da Oruca göndərdiyi pulları geri göndərəcəyini demişdir. O. da Oruca inandığı üçün heç bir söz demirmiş. Aradan bir müddət keçdikdən sonra Orucla danışan zaman Oruc ona müxtəlif bəhanələr gətirərək avtomobil alacağım desə də, verdiyi vədə əməl etmirmiş. Oruc danışıq əsnasında ona gah tutulduğunu, gah xəstələndiyini deyərək və sair bəhanələr gətirirmiş. Sonradan Oruc mobil telefonunu söndürdükdən sonra o, artıq Orucun onu aldatdığını başa düşmüşdür. Bundan sonra Orucun ailəsi ilə də əlaqə saxlasa da, onlar Orucla əlaqələrinin olmadığını və bu işə heç bir aidiyyətlərinin olmadığını ona demişlər. Sonradan o, artıq məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun təklifi ilə Moskva şəhərində “Lada Largus” markalı avtomobil alıb sərnişin daşımaq və qazanc əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində 7990,68 manat pulu ABŞ dolları ekvivalentinə çevirib 4700,04 ABŞ dolları şəklində, xx.xx.2023-cü il tarixdə səhə saat 09 radələrində 1497,53 manat pulu ABŞ dolları ekvivalentinə çevirib 880,90 ABŞ dolan şəklində, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində 2720 manat pulu ABŞ dolları ekvivalentinə çevirib 1600 ABŞ dolları şəklində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Yelo Bank” vasitəsi ilə Təqsirləndirilən şəxs adına “Zolotoya Korona” bank xidməti vasitəsi ilə Rusiya Federasiyasına göndərmişdir. Oruca ümumilikdə 7180,94 ABŞ dolları məbləğində 12208,21 manat pulu iş görmək və qazanc əldə elmək məqsədi ilə, 520 manat pulu isə köməklik etmək məqsədi ilə bacısı yddənin kartına göndərmişdir. Nəticədə ona ümumilikdə 12728.21 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmiş və hazırda təqsirləndirilən şəxslən şəxslə barışmışdır və hər hansı şikayət və tələbi yoxdur. Buna görə də ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək hazırki cinayət işi üzrə verdiyi mülki iddiadan imtina etdiyini qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı Oruc əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Arada Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə gedib avtomobil icarəyə götürüb orada taks fəaliyyəti ilə də məşğul olur. Zərərçəkmiş şəxs da tanıyır. Kamil qardaşı Orucla təxminən 10 ildən çoxdur ki, dostdurlar. Kamil çox vaxt onların evinə də gəlibgedirmiş. Kamil evlərində təşkil olunan məclislərdə də iştirak edirmiş. Qardaşı Oruc 2023cü ilir oktyabr ayında Moskva şəhərində olan zaman atası Nurədin ağır xəstə olmuşdur. Oruc arada atasının müalicəsi üçün Rusiyadan pul göndərirmiş. Qardaşı ilə telefonda danışan zaman atasına dərman almağa pulu olmadığını demişdir. Oruc da ona narahat olmamağını, dostu Kamildən atasının dərmanları üçün borc pul alacağını demişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə Oruc ona zəng edərək kartına pul gələcəyini demişdir. O, da heç bir söz deməmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 18:58 radlələrində özünə məxsus “Unibank”a aid “Leokart” hesabına 520 manat pul köçürülməsi barədə mobil telefonuna bankdan bildiriş gəlmişdir. O, qardaşı Oruca zəng edərək kartına 520 manat pul köçdüyünü demişdir. Oruc da ona həmin pulu dostu Kamildən borc aldığını, hənin pul ilə alasının dərmanlarını almağını demişdir. Bundan sonra danışılannı bitirmişlər. Həmin pulu kartdan çıxarıb atası Nurədinin müalicəsi üçün dərmanlarına xərcləmişdir. Sonradan Yasamal rayon Polis idarəsinin 27-ci Polis Şöbəsinə dəvət olunan zaman qardaşı Orucun Kamildən iş görmək üçün təxminən 12.700 manat pul aldığını bilmişdir. Onun qardaşı Orucla dostu Kamilin arasında baş vermiş hadisədən heç bir xəbəri olmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs heç bir məbləğdə pul almamışdır. Onunla ümumiyyətlə nə münasibəti, nə də heç bir danışığı olmamışdır. Kamili qiyabi olaraq qardaşı Orucun dostu kimi tanımışdır. Kamil onların evlərinə gələndə və qardaşının toy məclisində iştirak etdiyi üçün ümumilikdə Kamili bir neçə dəfə görmüşdür. Lakin aralarında heç bir tanışlıq və münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs iş görüb qazanc əldə etmək məqsədi ilə pul verməsi barədə heç bir məlumatı olmamışdır, polis şöbəsinə çağırıldıqdan 520 manat pul kart hesabına köçürüldükdən sonra, qardaşı Oruc dostu Kamildən həmin 520 manat pulu borc aldığını və kartına köçürtdürdüyünü demişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında ədavət, düşmənçilik, qərəzli münasibətləri, borc məsələsi olmamışdır, onların yaxın dost olduqlarını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 1). xx.xx.2024-cü il tarixli “əşyaya (sənədə) baxış keçirilməsi və götürülməsi” haqqında protokoldan və qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən “Zolotoya Korona” beynəlxalq pul köçürmə şirkəti vasitəsilə xx.xx.2023 tarixində 600 dollar, xx.xx.2023-cü il tarixində 1000 dollar, xx.xx.2023-cü il tarixində 4700.04 dollar, xx.xx.2023-cü il tarixdə 880.90 dollar olmaqla Təqsirləndirilən şəxs hesabına ümumilikdə 7180.94 dollar pul köçürmüşdür. (İ/V. 53-59). xx.xx.2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (İ/V. 59). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 20:20-də Hava Limanında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilmişdir. (İ/V. 68). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərəl ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 80-81). xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istintaqa vermiş olduqları ifadələri bir-birinin üzünə deməklə bir daha təsdiq etmişlər. (İ/V. 93-98). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1083/2024 saylı, xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 5 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 104-106). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 33). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ/V. 130). Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********903 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə verdiyi mülki iddiadan imtina edir. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü İbrahim adlı bir azyaşlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulan maddi ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə hesab edir ki, himayəsində bir azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olması barəsində daha ağır cəzanın seçilməsi onun himayəsində olan ailə üzvlərinin həyat şəraitinin çətinləşməsinə, uşağının təlim-tərbiyəsinə mənfi təsir göstərməsinə gətirib çıxaracağı baxımından məqsədə müvafiq hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, hazıradək təqsirləndirilən şəxsin 04 aydan artıq bir müddətdə cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yəni həbsdə olmasını, himayəsində azyaşlı uşağının olması halı nəzərə alınmadan təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi şəxsin islah edilməsinə xidmət edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra cəmiyyətə qayıdaraq normal şəkildə inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 dekabr 2024-cü il tarixdən 9 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 04 ay 04 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirlən şəxsdən 12728,21 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 128,19 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, törədilmiş cinayət nəticəsində ona 12728,21 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək hazırki cinayət işi üzrə verdiyi mülki iddiadan imtina etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mlüki iddiadan imtinasını qəbul edir və hesab edir ki, həmin hissədə mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir 128.19 (bir yüz iyirmi səkkiz manat 19 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 1(004)-187/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 11 fevral 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdən 09 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 04 ay 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtinası qəbul edilsin və xitam verilsin,128.19 (bir yüz iyirmi səkkiz manat 19 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar