Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-188/2020 28.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Məihyəddin qızı Təqsirləndirilən şəxs: xx.xx.1962-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, döngə 11, ev 20-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 21:00-da ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanda yerləşən X15 Cəmiyyətinin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs2 güya Zərərçəkmiş şəxs1 ilə yaxın münasibətdə olmasını bəhanə edib münaqişə yaradaraq ucadan səs-küy salıb nalayıq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs2 iki dəfə qəsdən vurub sonucuya hər iki kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirdikdən sonra qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt qeyd edilən yerdə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz 300D” minik markalı, 10 SG106 dövlət qeydiyyat nişanlı avtomobilə əlində tutduğu həmin bıçaqla zərbələr vurub arxa sağ və sol faralarını, bir ədəd külək qoruyucusunu qırmaqla, sağ və sol qanadlarını cızmaqla sonuncunun əmlakının 295,00 manat dəyərində zədələnməsı ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərdi ki, o, ağır şəkər xəstəsidir, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu ərazisində onu avtomobil vurmuş nəticədə sol ayağından xəsarət almışdır. Hazırda da ayağından müayinə olunur. Zərərçəkmiş şəxs2 tanıyır, onunla 10 il olar ki, qeyri rəsmi olaraq bir yerdə ər-arvad münasibətlərində yaşamış, son bir ildə Zərərçəkmiş şəxs2 ilə münasibətləri pozulmuşdur. 2018-ci ilin yay aylarında İslam ondan 10.000 manat borc pul alaraq həmin pulla avtomobil alveri edərək gəlir əldə edəcəyini demiş, sonradan İslamın onu aldatması onun puluna Mahirə adlı qadının adına avtomobil alaraq özü istifadə etməsi məlum olmuş, bunu eşidəndən sonra İslamdan pulunu geri tələb etməyə balamış, İslamdan ona 2 ildən çox Mahirə adlı qadınla bir yerdə yaşaması məlum olmuş, hər dəfə İslamdan yaşadığı evə gələrkən pulunu tələb edəndə o, əlləri ilə boğazından tutub sıxmaqla boğmuş və evdən çıxıb getmişdir, onun bu hərəkətlərindən heç yerə şikayət etməmiş və heç bir tibb müəssəsinə getməmişdir. xx.xx.2019-da İslam onun bıçaqla hədələyib 1.000 manat pulunu götürüb getməsinə görə Abşeron RPİ-nə şikayət etmişdir. xx.xx.2019-cu il tarixdə qardaşının yaşadığı evə getmiş, həmin vaxtı 20 yanvar metro stansiyasının yaxınlığında «xxxxxx» ASC-nin inzibatı binasının qarşısında İslamla rastlaşmış, saat təxminən 11-12 radələri olmuş, İslam onu görən kimi hara getmək istədiyini soruşmuş, sonra qolundan tutub buraraq söyüb təhqir etmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və Yasamal RPİ-nin 29-cu PŞ-nə gedib ərizə ilə müraciət etmiş, ona tibbi ekspertizasından keçmək üçün təliqə verilmiş, lakin bədənində xəsarət olmadığından o tibbi müayinədən keçməmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə verib qayıdandan sonra saat təxminən 21 radələrində xxxxxx X9 binasının qarşısından keçəndə İslamın orada dayandığını görmüş, həmin vaxtı orada tanımadığı çoxlu sayda insan olmuş, o, İslamın əlindən əsəbi olduğu üçün o, yerdən kiçik ölçülü ucu iti armatur parçasını götürüb ona yaxınlaşaraq kürək nahiyəsinin sağ və sol nahiyələrindən iki dəfə armaturun iti hissəsi ilə vurmuş, onu vurmaqda məqsədi onu söydüyü üçün İslamı cəzalandırımaq olmuş, onu vurmaqda başqa məqsədi olmamışdır. İslamı vurandan sonra yolun kənarında dayanmış İslama məxsus gümüşü metallik rəngində olan “Mersedes” markalı avtomobilin bir neçə hissəsini əlində olan dəmir alətlə əzmiş, İslamı vurduğu həmin dəmir aləti yaxınlıqda yolun kənarına atmış və hadisə yerindən uzaqlaşaraq evinə getmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayında Mahirə adlı qadının yaşadığı Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən evə getmiş, onun evinə gedərkən özü ilə bir şüşə neft götürüb getmiş, orada Mahirə ilə görüşmüş, Mahirənin evinə getməkdə məqsədi özünü orada İslamdan ayırdığı üçün yandırmaq olmuş, lakin yandırıcı heç bir şey olmadığından özünü yandıra bilməmiş, orada nə Mahirəni nə də ki, onun evini yandırmaq məqsədi olmamışdır. Əməlindən peşman olmasını, yaşlı qadın olmasını, ərinin və oğlunun vəfat etməsini, şəkərli diabet xəstəsi olmasını, ayağının sınmasını, sərbəst yeriyə bilməməsini, avtomobil qəzası nəticəsində xəsarətlər aldığını nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxsittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, X3 ilə 10 il olar ki, qeyri rəsmi olaraq ərarvadmünasibətlərində bir yerdə Sədaqətə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, döngə 11, ev 20-də yaşamış, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, 2019-cu ilin yanvar ayının əvvəllərində «20 yanvar» metrostansiyası yaxınlığında dayanıb müştəri gözləmiş, bu zaman sonradan tanıdığı Zərərçəkmiş şəxs1 Məhiyəddin qızı orada dayanan taksi sürücülərinə yaxınlaşaraq ucuz avtomobil alaraq icarəyə vermək istəməsini və bu işdə ona köməklik etməsini xahiş etmiş, ona Ədalət adlı tanışının olmasının və avtomobil satdığını demiş, Mahirə həmin avtomobilə baxmaq istədiyini bildirmiş, Ədalətlə əlaqə saxlamış və Ədalət özünə məxsus «Mercedes Benz-E» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş, Mahirə həmin avtomobili servisdə yoxlatdırdıqdan sonra almaq qərarına gəlmiş və Mahirə Ədalətlə 8.600 manata razılaşıb «Mercedes Benz-E» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra Mahirəyə avtomobili ona gündəlik icarəyə verməsini təklif etmiş, Mahirə onunla razılaşmış və həmin avtomobili etibarnamə ilə ona vermiş, Mahirəni həmin vaxtdan tanımış, hər ay avtomobilə görə Mahirəyə 240 manat pul vermiş, həmin vaxtlarda işsizlikdən pulu olmamış bunun üçün də Sədaqətlə münasibəti pisləşmiş, daha sonra Sədaqət avtomobili Mahirədən icarəyə götürdüyünü bilmiş və həmin vaxtdan daha da münasibətləri soyumuş, aralarında tez-tez sözlü söhbətlər olmuşdur, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 12 radələrində o, idarə etdiyi «Mercedes Benz-E» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar metrosunun yaxınlığında «xxxxxx» Səhimdar Cəmiyyətinə məxsus olan inzibati binasının qarşısında dayanıb müştəri gözlədiyi zaman Sədaqət ona yaxınlaşaraq onu söyüb təhqir edərək hədələmiş və o, orada olan adlarını bilmədiyi bir çox insan və taksi sürücüləri bir təhər Sədaqəti sakitləşdirib uzaqlaşdırmış, həmin günü yəni xx.xx.2019-cu il tarixdə saat 21 radələrində «xxxxxx» X10 məxsus olan inzibati binasının qarşısında idarə etdiyi «Mercedes Benz-300 D» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış, həmin vaxtı arxadan sol və sağ kürək nahiyəsindən nəsə batdığını hiss etmiş və tez dönüb arxaya dönmüş, arxaya çevriləndə Sədaqətin əlində bıçaq görmüş, həmin vaxt Sədaqətin onu bıçaqla vurmasını başa düşmüş, Sədaqətin üstünə getdiyindən Sədaqət nalayiq küçə söyüşləri ilə söyüb geri çəkilmiş, xəsarət aldığı üçün oradan Respublika Xəstəxanasına doğru getməyə başlamış, həmin vaxtı taksi sürücüsü İsrafil yolda onunla rastlaşmış və onun xəsarət almağını görüb onu xəstəxanaya aparmış, orada həkimlər onu müayinə etmiş və kürəyində olan zədələrə tikişlər qoymuşlar, daha sonra eşitmişdir ki, Sədaqət onu bıçaqla vurduqdan sonra «Mercedes Benz-300 D» markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını və bəzi yerlərini bıçaqla sındıraraq yararsız hala salmış, Sədaqət Abdullayevə onu vurarkən əlində uzunluğu təqribən 20 sm, tiyəsi parıltılı, qatlanmayan bıçaq görmüş, Sədaqət onu bıçaqla vurduqdan sonra xəstəxanaya getmiş, avtomobilin isə qapıları açıq vəziyyətdə yolun kənarında qalmış, həmin vaxtı Sədaqət avtomobilin işıqlarını və bəzi hissələrini bıçaqla zədələyərək yararsız hala salmış, Sədaqətin avtomobili yarasız hala salmasını orada olan taksi sürücüləri görmüş, onlar Sədaqətin əlində olan bıçağı maşını vurub yararsız hala salmasın deyə almaq istəmiş, Sədaqət avtomobilin iki arxa işıqlarını və şüşələrin üzərinə vurulmuş yağış qoruyucularını sındıraraq bıçaqla vuraraq zədələmiş bununla da avtomobilə 500 manata yaxın maddi ziyan vurulmuşdur. Sədaqət ona 10.000 manat pul verməmiş, idarə etdiyi avtomobili də Mahirə özü alaraq ona icarəyə vermişdir. Sədaqəti bir yerdə yaşadıqları müddət ərzində heç vaxt döyməmiş, bədən xəsarəti yetirməmişdir. S.Abdullayevə idarə etdiyi avtomobilin texniki pasportunu və ona məxsus sənədləri də götürmüş, lakin bu günə kimi geri qaytarmamışdır.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 Məhyəddin qızı ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 5-6 ay olar ki, tanıyır. 2019-cu ilin yanvar ayında «20 yanvar» metrosunun yaxınlığında toplaşan taksi sürücülərinə yaxınlaşaraq ucuz qiymətə avtomobil alaraq icarəyə vermək istəməyini bildirmiş, həmin vaxtı İslam ona yaxınlaşaraq Ədalət adlı qohumunda «Mercedes Benz-300 D» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı satlıq avtomobil olduğunu demiş, həmin şəxslə görüşmək istəmiş, İslam Ədalətə zəng edərək avtomobilə baxmaq istədiyini bildirib onu Yasamal rayonu, Alatava ərazisinə çağırmış onunla görüşmüş, İslamın həmin qohumu «Mercedes Benz-300 D» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş, həmin avtomobili servisdə yoxlatdırdıqdan sonra avtomobili almaq qərarına gəlmiş və avtomobili 8.500 manata almış, avtomobili aldıqdan sonra İslam ona avtomobili icarəyə verməyi təklif etmiş, İslamla razılaşmış, həmin avtomobili etibarnamə ilə İslama idarə etmək üçün vermiş, İslam hər ay avtomobilə görə ona 240 manat pul vermiş, xx.xx.2019-cu il tarixdə ona İslam zəng edərək onu qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Sədaqət adlı qadın Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında yerləşən “X5 inzibatı binasının qarşısında bıçaqladığını demiş, İslamdan Sədaqətin onu hansı səbəbə görə bıçaqlamasını soruşduqda İslam ona Sədaqət guya onunla bir yerdə yaşamasına görə qısqanclıq zəmnində vurmasını demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində sonradan adını bildiyi Sədaqət adlı qadın onun yaşadığı Yasamal rayonu, 2-ci Alatava 98 nömrəli həyət evinin həyətinə gəlmiş və onu bıçaqla öldürəcəyi ilə hədələyərək təhqir etməyə başlamış, həmin günü onun əlində bıçaq olmamış, sadəcə o həmin hədələri yalnız sözlə ifadə etmiş, İslamı əlindən almasını demiş, Sədaqətə “ərinlə birlikdə deyiləm, sadəcə sənin ərinə avtomobil icarəyə vermişəm” demiş, lakin Sədaqət onun sözünə fikir verməyərək öz sözlərini demiş, həmin vaxtdan bir neçə gün sonra yəni xx.xx.2019-cu ildə Sədaqət yenə də onun yaşadığı ünvana gələrək onun yaşadığı həyətə əlində olan şüşə qabda olan benzini həyətə tökərək yandıracağını bildirmiş, həmin vaxtı DİN-nin 102 xidmətinə zəng etmiş, həmin vaxtı sahə inspektoru olan Müşfiq adlı polis işçisi ünvana gəlmiş və o, da onun hərəktlərini görmüş, Müşfiq Sədaqəti onun həyətindən çıxarmış, daha sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək ərizə və izahat vermişdir. Sədaqət İslama icarəyə verdiyi avtomobilin sənədlərini də avomobildən götürmüş, Sədaqətin ona hədə qorxu gəlməsinin qarşısını alınmasını və həmçinin də avtomobilinin sənədlərinin qaytarılmasında köməklik etməsini xahiş edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, avtomobilinə vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin ən ağır formada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 98-də anası Zərərçəkmiş şəxs1 atası Şahid1 və kiçik bacısı Gülnarə ilə birlikdə yaşayır. 2019-cu ilin fevral ayında anası Zərərçəkmiş şəxs1 8.500 manat müqabilində «Mersedes-benz-E» markalı **-SG-*** dövlətr qeydiyyat nişanlı avtomobili alıb sonradan həmin avtomobili tanımadıqları sonradan adını Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxsə icarəyə vermiş, xx.xx.2019-cu il tarixdə axşam saatlarında İslamın qeyri nigah münasibətlərində yaşadığı Sədaqət adlı bir qadının 20 yanvar metrostansiyasının yaxınlığında onun kürək nahiyəsindən iki dəfə vuraraq bədən xəsarəti yetirməsini, anasının adına olan avtomobilin bir neçə hissəsində bıçaqla zədələr yetirməsini eşitmiş, bu hadisənin səbəbi ilə maraqlananda ona məlum olmuşdur ki, güya həmin qadın anası Mahirəni avtomobili icarəyə verdiyi İslam adlı şəxsə qısqandığına görə bıçaqlamışdır. Həmin bıçaqlanma hadisəsindən sonra xx xxxxxxxx 2019-cu ildə saat 16 radələrində yaşadığı evdə olduğu zaman Sədaqət adlı qadın yaşadığı evin həyətinə gələrək anasını nəlayiq ifadələrlə söyüb təhqir etmiş və anası Mahirəni İslama qısqanmışdır. Həmin hadisədən 5 gün sonra xx xxxxxxxx 2019-cu ildə saat 15 radələrində özü atası bacısı və anası ilə evdə olduğu zaman Sədaqət eyni qaydada həyətə gələrək anasının ünvanına nəlayiq ifadələr işlətmiş, həmin vaxtı kiçik bacısı Gülnarə yataq otağında yatmış, lakin o, Sədaqətin anasını təhqir etməyini benzini yerə tökdüyünü görməmiş, Sədaqət anasını söyərək əri İslamı yoldan çıxartdığını deyərək onu günahlandırmış, həmin vaxtı Sədaqətin əlində şüşə butulkada maye olmuş, Sədaqət əlində olan şüşədəki mayenin benzin olduğunu və həmin benzini evə töküb yandıracağını demiş, sonra isə yerə tökmüş, anası sahə müvəkkili Müşviq müəllimə zəng etmiş, təxminən 20-25 dəqiqə sonra Müşviq müəllim həyətlərinə gəlmiş və Sədaqəti sakitləşdirib aparmışdır. Sədaqətlə onların ailə üzvləri arasında heç bir dava dalaş hadisəsi baş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərdi ki, 20 Yanvar metrostansiyasının yanında idarə etdiyi “Mercedes Benz” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 təxminən 7-8 il olar tanıyır. X2 tanımır. Zərərçəkmiş şəxs2 isə onunla birlikdə idarə etdiyi avtomobil ilə 20 Yanvar metrostansiyasının yanında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində Respublika Kliniki Xəstəxananın həyətindən çıxıb idarə etdiyi avtomobilin yanına gedəndə xəstəxananın həyətində Zərərçəkmiş şəxs2 ilə rastlaşmış, həmin vaxtı ondan hara getməsini soruşmuş, İslam onu təcili həkimə çatdırmağını demiş, ondan nə məsələ baş verməsini soruşmuş, İslam ona bir az bundan əvvəl «xxxxxx» X9 inzibati binasının qarşısnda qeyri rəsmi yaşadığı arvadı X1 onun kürək nahiyəsindən iki dəfə bıçaqla vurub xəsarət yetirməsini demiş, ona kömək edib xəstəxanaya çatdırmış və həkimlər ona tibbi yardım göstərmiş, X6 hansı səbəbə görə hansı şəraitdə necə vurmasını görməmiş və bilmir. Sadəcə olaraq İslamın deməsindən ona məlum olmuşdur ki, onun kürək nahiyəsindən bıçaqla iki dəfə Sədaqət vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərdi ki, ailəsini dolandırmaq məqsədi ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında “xxxxxx” ASC-nin qarşısında dayanaraq sərnişinlərə taksi xidməti göstərir. “Mersedes C” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə əsasında idarə edir. Zərərçəkmiş şəxs2 isə iki ilə yaxındır ki, tanıyır son bir iki ay olar ki, Sədaqət Abdullayevənı tanıyır o, İslamla qeyri rəsmi bir yerdə yaşamış, o tez tez dayandıqları yerə gəlmiş, İslam əvvəllər Mersedes -190 markalı daha sonra Nexiya markalı avtomobil idarə etmiş, son vaxtlar isə gümüşü rəngdə “Mersedes” markalı avtomobili idarə edir, o, da taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi avtomobildə sükan arxasında əyləşib növbəni gözləmiş və həmin vaxtı telefonunda oyun oynamış, birdən çöldən söyüş səslərini eşitmiş və maşından yerə düşəndə İslamın qeyri rəsmi yaşadığı Sədaqət adlı tanış qadını əlində kəsici hissəsi təxminən 15- 20 sm olan mətbəx bıçağı ilə İslamın ünvanına nəlayiq ifadələr işlədərək söyüş söyməklə bərabər eyni zamanda əlindəki həmin bıçağın kəsici hissəsi ilə İslama məxsus gümüşü rəngli Mersedes markalı avtomolbilin arxa stop hissələrinə arxa yan hissəllərinə zərbələr vuraraq avtomobili zədələdiyini görmüş, yanında olan tanımadığı şəxslərin köməkliyi ilə Sədaqət adlı qadını sakitləşdirmiş, lakin bıçağın kəsici hissəsi çöldə olduğundan kimsə ehtiyat edərək həmin bıçağı onun əlindən ala bilməmiş, Sədaqətin qolundan tutub onu kənara çəkmiş o, da sakitləşəndən sonra üzü aşağı yəni 20 yanvar meitrostansiyası istiqamətində piyada getmiş lakin hansı avtomobilə əyləşdiyini bilməmiş, Sədaqət gedəndən təxminən 5 dəqiqə sonra taksi sürücüsü tanıdığı İsrafil adlı şəxs yanına gəlmiş və ona İslamı bir neçə dəqiqə əvvəl Sədaqətin onun avtomobilini bıçaqla zədələməmişdən əvvəl bıçaqla kürək nahiyəsindən iki dəfə vuraraq ona bədən xəsarəti yetirməsini, yolu keçib xəstəxanaya getdiyi zaman o, İslamı görməsini, onu Respublika xəstəxanasına aparmasını demişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 709 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 hər iki kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulub yetirilməsinə xarakterik olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 35/709 nömrəli əlavə rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 aşkar edilmiş hər iki kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 83/2020 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: B (lll)-dür (Fərdi uçot kartanın kserosurətinə əsasən) ekspertizaya təqdim edilmiş bir ədəd qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız B antigeni alındı. Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə B(lll) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 41/2020 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa hissəsinin orta nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin yaxalığının tikildiyi tikişin sağ nahiyəsində bir ədəd məhdud cırılma aşkar oludu. Bu cırılma küt yaranma mexanızimə malikdir, köynəyin müfaviq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin öndən başlandığı İİİ düymə yerində yoxdur. Bu düymənin yerində olmaması ona küt qüvvə tətbiq etməklə qoparıb düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 2082 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, aparılmış ekspert təhqiqatı nəticəsində tədqiq edilən 1992-ci il buraxılışlı, həmin “Mercedes Benz 300D” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2019-cui il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği təqdim edilmiş “Avtoservis” təmir emalatxanası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ziyan aktında olan dəyişməli ehtiyyat hissələri barədə məlumatlarına əsasən, nəzəri hesablama yolu ilə təxminən 295,00 manat müəyyən edilir. O, cümlədən dəyişməli hissələrin qiyməti 250,00 manat, təmir işlərinin qiyməti 45,00 manatdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına olan əsasən (xx.xx.2019-cu il tarixli amblator kardatan çıxarış) Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “şəkərli diabet tip İİ ağır forma” qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Baş səhiyyə idarəsi X12 xx.xx.2019-cu il tarixli amblator kitabdan çıxarışa əsasən Təqsirləndirilən şəxs sol budun orta 1/3 hissəsinin qapalı yerinidəyişən sınığı , döş qəfəsinin küt travması, ağciyərlərin əzilməsi travmatik şok İİ dərəcə, yanakı xəstəlikləri şəkərli diabet tip İİ orta ağır forma, Arterial hipertenziya. Xəstə yol nəqliyyat hadisəsi nəticəsində travma almışdır. İş materiallarında olan X4 barəsində CM-nin 263-1.1-ci maddəsi ilə Abşeron rayon prokurorunun təsdiq etdiyi xx.xx.2020-ci il tarixli ittiham aktında istinad edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 04Ə saylı rəyinə əsasən xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı piyada olan Təqsirləndirilən şəxs sol budun diafizini bitişməkdə olan qapalı yerdəyişən sınığı, travmatik şok İİ dərəcə, döş qəfəsin, sağ saidin, sağ, sol bud nahiyyəsinin, sağ və sol kürəkaltı nahiyyələrin qançırları ilə müşaiyyət olunan sağlamlığın uğun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin 58 yaşının olmasını və qadın olmasını, sərbəst hərəkət edə bilmədiyini, yuxarıda göstərilən xəsarət və xəstəliklərinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını,cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədib, 58 yaşı var, qadındır, yuxarıda göstərilən xəsarətləri və xəstəliyi vardır, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, CM-nin 221.3-cü maddəsi üzrə səhhətinə xəsarət yetirilmiş şəxs Zərərçəkmiş şəxs2 onun barəsində şikayəti və ya tələbi yoxdur.Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan bir ədəd köynəyin Zərərçəkmiş şəxs2, “Mercedes Benz 300D” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınmalı,iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il(iki il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilsinvə Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan bir ədəd köynəyin Zərərçəkmiş şəxs2 təhvil verilməsi və “Mersedes Benz 300D minik“ markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 Məhyəddin qızına qaytarılıb təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat)Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxsibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X7 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-188/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-188/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver