Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-188/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X4 etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun vəkili Bakı şəhəri “Mərkəz“ Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X7 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək X7 və X9 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Rəşid İslam oğlu ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, xx xxxxxxx 2019-cu il tarixdə sonuncu “Essensial hipertenziya” diaqnozu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşadığı evdə ölmüşdür. Belə ki, onun mərhum əri X14 bir neçə müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bundan sonra ərinin birinci nikahından olan oğlu X15 və ərinin qardaşı X16 onun barəsində kənd arasında və digər yerlərdə həqiqətə uyğun olmayan yalan məlumatlar, böhtan xarakterli şaiyələr yayaraq ərinin ölümündə onu günahlandırıb bildirmişlər ki, guya R.Quliyev ölən zaman əllərində qana bənzər ləkələr və kəsik izləri olmuşdur. Rəşad Quliyev bununla kifayətlənməyərək, eyni fakta görə onun barəsində Bakı şəhəri, Xəzər rayon prokurorluğuna şikayət etmiş və qeyd olunan məlumatlar hərtərəfli araşdırılıb öz təsdiqini tapmadığından xx xxxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş Rəşad Quliyev və Seydi Quliyev öz qərəzli və böhtan xarakterli əməllərindən əl çəkməyərək onun barəsində olan böhtan və həqiqətə uyğun olmayan, qərəzli hərəkətlərini daha geniş auditoriyaya çatdırmaqla, xx.xx.2021-ci il tarixdə “ARB” televiziya kanalının “Elgizlə izlə” verilişində efirə çıxaraq eyni fikirləri dəfələrlə bir daha səsləndirib ona böhtan atıb, onun şərəf və ləyaqətini alçaltmışlar. Sözügedən televiziya verilişinin yayımından sonra ona qohumları, tanıdığı ziyalı insanlar, qonşuları dayanmadan zəng edib hadisə ilə bağlı maraqlanmışlar. O, isə həmin şəxslərə yayılan məlumatların yalan olmasını, faktla bağlı Xəzər rayon prokurorluğunda müvafiq araşdırma aparıldığını, şikayətlərin əsassız olmasını və yayılan fikirlərin heç birinin öz təsdiqini tapmadığını bildirmişdir. O, bu səbəbə görə artıq özünü öldürmək həddinə çatmış, heç kimin üzünə baxa bilməmiş və hazırda depressiya vəziyyətindədir. Ərizədə vurğulanmışdır ki, xx.xx.2021-ci il tarixdə “ARB” kanalında “Elgizlə izlə” verilişində Seydi Quliyev və Rəşad Quliyev ona böhtan ataraq aşağıdakı fikirləri səsləndirmişlər: ““Mənim adım Seydi İslam oğludur”. Jurnalist ona bildirir ki, mərhumun ölüm şəhadətnaməsini oxuyub X14 2019-cu ildə vəfat edib, ölümün səbəbi isə “Essensial hipertenziya”dır. Jurnalist yenə sual verir: “Qardaşın xəstə olanda getmişdinizmi onun yanına? Seydi İslam oğlu cavab verir: “Bilmirəm indi xərçəng olub-olmayıb axır ki, o, Rəşidin divanının qabağında ağır purjunnan, bərk material var idi. Onu boğub öldürüblər”. Bundan başqa, verilişin aparıcısı “Elgiz müəllim Rəşad Quliyevə sual verir: Siz niyə deyirsiniz ki, atamı bu qadın öldürüb? Elgiz müəllim, mənim atam canı üçün qorxan adam idi. Getmişəm demişəm ki, mənim atamın telefonunu ver, vermiyib. Mənim atam ölüm mamentində çıxardı bayıra deyərdi ki, necə ki, bu qadın səkkizə qalmış çıxıb deyirdi ki, həci öldü həci öldü”. Rəşad Quliyev verilişdə daha sonra bildirir: “Mən atamı gətirdim kəndə. Gəldim evə gördüm atamın əli parça-parçadı, dırnaqlarının altı qandı. Təcrübəsiz olduğumdan polis gətirmədim, onu ekspertiza elətdirmədim”. Sonra əlini mənə tərəf uzadaraq “bu döyüb öldürüb atamı””. Beləliklə, Rəşad Quliyev və Seydi Quliyev yenə də böhtan xarakterli fikirlərini davam etdirib, onu etmədiyi və heç zaman ağlına gəlməyən ağır bir cinayətdə ittiham etmişlər. Onların məqsədi onu bezdirib yaşadığı kənddən və evdən uzaqlaşdırmaq, qərəzli olaraq ona böhtan atıb, şərəf və ləyaqətini alçatmaq məqsədi daşımışdər. Eyni zamanda qeyd edilmişdir ki, X15 və X9 X10 barəsində böhtan xarakterli çıxışları şahid ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, qonşusu X20 (Türkan qəsəbə sakini), iş yoldaşları X17 (Bakı şəhəri Binə qəsəbəsində yaşayan) və X13 (Türkan qəsəbə sakini) ona zəng edərək “ARB” kanalında gedən “Elgizlə izlə” proqramına baxdıqlarını bu proqramı çox ürək ağrısı ilə izlədiklərini ona bildirmişlər. Göstərilənlərlə əsasən, şikayətçi X10 ərizəsində müvafiq qanunvericilik normalarına istinad edərək X15 və X16 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət işi başlanılaraq, onların cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, həmin məhkəmə xx xxxxxx 2021-ci il tarixli, 1(003)-169/2021 nömrəli qərarla şikayət ərizəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, X15 və X16 hüquqlarını təmsil etdiyi X10 barəsində, onun ərini öldürməsinə dair böhtan xarakterli məlumatları ilk dəfə olaraq yaşadığı Xəzər rayonu Türkan kəndində bir neçə şəxs arasında söz-söhbət şəklində yaymışdır. Daha sonra onlar həmin məlumatları bütün respublika ərazisində yayımlanan “ARB” televiziya kanalının “Elgizlə izlə” verilişində yaymışlar. Belə ki, həmin verilişin xx.xx.2021-ci il tarixdə yayımlanan buraxılışında Rəşad Quliyev “ARB” kanalının yerləşdiyi studiyada X10 barəsində böhtan xarakterli məlumatları özündə əks etdirən müsahibə vermişdir. Verilişin gedişatında isə kanalın jurnalisti Türkan kəndinə getmiş və həmin vaxt X16 olduğu yerdən X10 barəsində eyni məzmunlu böhtan xarakterli müsahibə vermişdir. Nümayəndə Müdafiəçi qeyd olunan əməlin Türkan kəndində başa çatmasını, “xxxx” MMC-nin rəsmi hüquqi ünvanının ünvan 1 isə faktiki olaraq X24 küçəsi ev 2E ünvanında yerləşməsini nəzərə alaraq, şikayət ərizəsinin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 və X15 işin aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X18 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli, məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, barəsində “ARB” televiziya kanalının “Elgizlə izlə” verilişində yayımlanan məlumatlarla bağlı şikayət etmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına görə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin və ya internet informasiya ehtiyatlarının hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindəki iddia edilən böhtan xarakterli məlumatların “ARB” İnternet Televiziyası vasitəsilə yayılması, “xxxx” MMC-nin hüquqi ünvanının isə rəsmi olaraq ünvan 2rə alınaraq işə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən vəkil X18 işin baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 da xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məlumatların yayıldığı “xxxx” MMC-nin hüquqi ünvanının rəsmi olaraq ünvan 2rə alınaraq aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(103)-169/2021 nömrəli qərarında qeyd olunanlarla bağlı fikir ayrılığı yarandığından məhkəmə aidyyəti məsələsinə hüquqi qiymət verilməsi üçün X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli 1(103)- 169/2021 nömrəli qərarı ilə müəyyən etmişdir ki, X4 xüsusi ittiham qaydasında şikayətində göstərilmiş məlumatların yayımlandığı ARB kanalının tabeliyində olduğu “ARB MEDİA GROUP”un hüquqi ünvanı ünvan 3a hər hansı bir sənəd əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “google” internet axtarış sistemində “arbtv.az” domen adı üzrə axtarış verilərkən “ARB” televiziya kanalının faktiki yerləşdiyi ünvan ünvan 4zirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”dan müəyyən edilir ki, reyestrdə “ARB MEDİA GROUP” adı üzrə hər hansı hüquqi şəxs aşkar edilməmişdir. Lakin, VÖEN ********** olan “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 5 Məhkəmə Sistemində verilmiş axtarış zamanı da öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, Hüquqi anlamda, ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan”ı fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində təşkilatın “hüquqi ünvanı” hüquqi əhəmiyyət kəsb edir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(103)-169/2021 nömrəli qərarında göstərilən əsaslarla razılaşıla bilinməz. Ona görə ki, Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmənin hazırlıq iclasında müəyyən edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının CPM-nin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı qeyd edilmiş Qərarından da göründüyü kimi kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı nəzərdə tutulur, hüquqi ünvanı məlum olmadıqda isə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(103)-169/2021 qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, aidiyyət ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-188/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-188/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver