Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-188/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təsis etdiyi "Reaksiya TV" kanalıda mütəmadi olaraq ictimayəti maraqlandıran və gündəmdə olan mövzularla bağlı çıxışlar edir və hökümətin gördüyü yaxşı işləri təqdir edir, neqativ işləri isə etik qaydalar çərçivəsində tənqid edir. Etik qaydalar daxilində tənqid etdiyi çoxsaylı deputat, məmur, nazir və s vəzifəli şəxslər olur. Belə şəxslərdən biri də Azərbaycan Respublikası Milli Məclisin deputatı X3 olmuşdur. Onu deputatlıq fəaliyyəti ilə bir araya sığmayan sahibkarlıq fəaliyyəti Azərbaycanda və dünyada fəaliyyət göstərən cari mətbuatda olduğu kimi onun da tərəfindən tənqid edilmişdir. Onun faktiki olaraq sahibkarlıq fəaliyyət göstərməsi Böyük Britaniya Məhkəməsi tərəfindən təstiq edilmiş və Azərbaycan Respublikasından çıxardığı pulların bir qismi çirkli pullar siyahısına daxil edilərək dondurulmuşdur. Bu məlumat qeyd etdiyi kimi tək onun tərəfindən yox ölkə və dünya medyasında işıqlandırılmış hətta Cavanşir Feyziyevin özü də bunu etiraf etmişdir. Cavanşir Feyziyev 06.02.2022-c il tarixdə özünə məxsus olan facebook səhifəsində və “modern.az' saytında media nümayəndələrini, qəzet və televiziya rəhbərlərini adları çəkilməklə etik davranış qaydalarını kobud surətdə pozmaqla təhqir etmiş və ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atmışdır. Təhqir etdiyi və böhtan atdığı şəxslər sırasında o da vardır. Cavanşir Feyziyev onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək ona böhtan atmışdır. O, yazdığı yazıda qeyd edir ki, youtub kanallarında imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu ifadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır ki, həmin maddənin də sanksiyasında 17 ilədək azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur ki, bu da xüsusilə ağır cinayət hesab olunur. Cavanşir Feyziyev ona atdığı böhtanı ilk olaraq özünə məxsus feyzbuk sosial şəbəkəsində (https://ww\v. facebook.com/cavansir.feyziyev. 16) yaymış bundan sonra ölkənin demək olar bütün mətbu orqanlarında həmin böhtan xarakterli məlumatlar paylaşılmışdır. (Qafqaz-info: h 11 ps 7/qafqazinfo. az/nc ws/de t ai 1/ cavansir- feyziyev» jurnalistieri-tehqir-etdi-352270). Ona görə də hazırkı xüsusi ittiham qaydasında şikayətə X1 qeydiyyatda olduğu Yasamal rayon Məhkəməsində baxılmalıdır. Baxmayaraq ki, ictimai qınağın gücünə tab gətirməyən Cavanşir Feyziyev sonradan həmin statusunu görünməz rejimə qoyub ancaq həmin böhtan bütün ölkə gündəmini zəbt etdi və bir həftədən çox ictimai müzakirələrə səbəb oldu. Ona görə də Cavanşir Feyziyevin Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli bitmişdir və ona görə də məsuliyyətə cəlb edilməsi vacibdir. Cavanşir Feyziyevin törətdiyi cinayət nəticəsində o, mənəvi sarsıntı keçirmişdir, əsəbdən səhətində ciddi problemlər yaranıb, həkimlərə müraciət edib müalicələr almışdır. Dəymiş maddi və mənəvi zərərlə bağlı ayrıca mülki iddia qaldıracaqdır. Cavanşir Feyziyevin statusundan sonra onu şəxsən tanıyan insanlardan bəziləri ona dəstək versələr də, bəziləri də onunla münasibətlərdə müəyyən soyuqluqlar yaratmışdırlar. Hesab edir ki, bunun da səbəbi ölkədə onun fikirlərinə görə artıq təqib olunduğu fikri cəmiyyətdə formalaşmış, bu da insanlarda müəyyən qorxu yaratmışdır ki, onunla olan münasibətlərində məsafə saxlayırlar. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs C.Feyziyevin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyatı Yasamal Rayon Məhkəməsi deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Z.Qəriboğlu şikayətində göstərmişdir ki, X3 onun barəsində böhtan xarakterli ifadələri “facebook” sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində bildirmişdir. “Facebook” sosial şəbəkəsi isə xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatıdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 isə ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyatı Nəsimi Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.174.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs C.Feyziyev xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Z.Qəriboğlunun barəsində ilkin olaraq böhtan xarakterli ifadələri “facebook” sosial şəbəkəsində özünə məxsus istifadəçi profilində yaymışdır. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş (çıxarılmış) çıxarışdan görünür ki, C.Feyziyev Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ev 59, mənzil 60 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayətə əsasən şikayət vermiş şəxsin barəsində ilkin olaraq böhtan xarakterli məlumatlar “facebook” sosial şəbəkəsində yerləşdirilmişdir. “Facebook” sosial şəbəkəsi isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında əlavə edilmiş elektron çıxarışa əsasən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs C.Feyziyev Nəsimi rayonunun ərazisində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə böhtan xarakterli hesab edilən məlumatların ilkin olaraq “facebook” sosial şəbəkəsində (yalnız sonradan digər informasiya ehtiyatlarıda yayılmasını) yerləşdirilməsini, sözügedən internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs C.Feyziyevin yaşayış yerinin ünvan 2 ünvanın Nəsimi rayonunun inzibati ərazisinə aid olduğunu nəzərə alaraq hazırkı şikayətə Yasamal Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-188/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-188/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver