Məhkəmə qərarları › İş №1(004)-189/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-189/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-189/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Janashia Leilanın (Mixailovna) və onun müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, tərcüməçilər X2 və X3 iştirakları ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Janashia Leilanın (Mixailovna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Janashia Leilanın (Mixailovna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan, ölkə daxilində və xaricində tanınan vəkildir. Əsasən, insan hüquqları sahəsində fəaliyyət göstərir, hazırki günədək 100-dən çox strateji əhəmiyyətli işlərə çıxıb. X8 Respublikası vətəndaşı ticarətçidir. Digər cavabdehlər Azərbaycan Respublikasından alınmış domen əsasında fəaliyyət göstərən internet saytı və onun baş redaktorudur. xx xxxxxx 2020-ci il tarixdə http://mozalan.az/articlc/az/1347 internet səhifəsində '‘Məni təkrar ölümə təhrik edirlər” - Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT" başlığı ilə Janashia Leilanın məqaləsi yerləşdirilib. Məqalədə qeyd olunub: 17 dekabrda ona 4000 dollar əlavə pul vermişdir. Lakin o yenə sakitləşməmişdir. O, vaxtilə Rebekanın onu aldatdığını gördükdə ona guya kömək məqsədi ilə tanışı vəkil Elçin Sadıqovu məsləhət görmüşdür. Elçinə o, natariusdan etibarnamə, vermişdir. Elçinə 2.400 manat Dilarə və Rebekanın işinə görə, 1000 ABŞ dolları, məni Kürdaxana göndərdiklərinə görə, Miqrasiya getmək üçün məndən pul aldılar. Pulum olmadığı üçün, mənim ərfiqəm Nevrastan Surmanidze öz qızılını lombarda girov qoyub 1000 dolları gətirib Nübara evində verdi. Nübar bu pulun az olduğunu Elçinə əlavə pul verməyini tələb etdi. Ona görə də 2000 manat isə pulu vaxtında 18 dekabrda mən Elçinə Nübr vasitəi ilə verdim. Nübar Leila adında tanışından güy 5000 mnat borc pul götrüb, 2000 mnat Elçinə, ona isə, 1500 manat Türk vətəndaşı Cemə vermək üçün. 1000 mnat ona vermiş, mallarını Dərnəgüldən gətirsin. O, mebelləri gətirdikdən bir hftə sonra Nübar ona zəng edib, ondan pulları qaytarmağı tələb etmişdir. Yara adlı qadınla onun təzə mağazasına gəlmişdir. O, mağzada olmadığı halda küçə söyüşləri ilə onun ünvanına maöğazadakıların yanında onu təhqir etdi. Ona zəng edib, pul tələb edərək onu ölümlə hədələdi. Nübar telefonda qışqıraraq ona demişi ki, get özünü öldür, sənə ipək kəndir alaram as özünü. Onsuz da sən ölsən belə mən pullarımı sənin uşaqlarından alacağam.O, Elçinə zəng edib ağlamış, demiş ki, Nübar bura gəlib hav -küy salıb məni ölümlə hədələyir. Onu başa sal. O isə mənə dedi ki, mən prosesdəyəm, çıxıb zəng edərək. O isə zəng etmədi. Sonra mağazaya gəldim. Elçinə zəng edib sənədlərimi qaytarmağımı tələb etdim, ağladım. Elçin mənlə bir dəfəmüqavilə bağladı. Orada cəmi 1000 manat pul göstərilib,qalan aldığı pulun nə qəbzini nə müqaviləsini mənə təqdim etməyib. O boyda pul vermişdim Elçinə vəkillik xidmətə görə. Bir dəfə də olsun o mənə zəng etmədi. Nübar və Elçin mənə dedi ki, əlimizdə sənin deport etməyə kağız var, sənin burda qalmağına az qalıb. Mən şokda idim. Mağazaya gəlib “Azaleptin“ adlı dərmanı içdim. Elçinə vatsapla zəng edib, sənədlərimi qaytarmağı tələb etdim. Elçinə isə verdiyim 2400, 1000 ABŞ dolları, 2000 manatımın qaytarılmasını tələb edirəm. Elçin mənə heç bir yardım etməyib. Bir dəfə Miqrasiya İdarəsinə gedib. Miqrasiyaya da şikayətləri özləri təşkil ediblər. Bir iki dəfə ərizə yazıb ki, o ərizələrdən heç bir cavab bu günə kimi almamısam. Elçinə verdiyimiz pula görə Nevrostan qızılını Lombarda qoyub ona vermişik. Göründüyü kimi, Janashia Leila yalan olduğunu bilə-bilə Elçin Sadıqovun nüfuzuna ciddi xələl gətirən, onun şərəfini ləyaqətini və işgüzar nüfuzunu alçaldan ifadələr işlədir. Elçin Sadıqovu Dövlət Miqrasiya Xidməti ilə əlbir olub öz müştərisinə qarşı işləməkdə, müqavilədən kənar pul almaqla maliyyə fırıldağı etməkdə ittiham edir. Bu yetməzmiş kimi, Elçin Sadıqovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 -ci maddəsi ilə cinayət hesab edilən dələduzluq cinayətində ittiham edir və "Bu dələduz dəstə...” ifadəsini işlətməklə Elçin Sadıqovu AR CM-nin 178.2.2. maddəsində yəni əvvəlcədən əlbir olan bir qrup şəxs halında dələduzluq etmə cinayətində ittiham edir. Bununla da, X14 Sadıqovu yalan olduğunu bilə-bilə az ağır kateqoriyalı cinayətdə ittiham edir. Janshi Leilanın ilk dəfə 2019cu ilin may ayının 17-də əvvəllər vəkili olduğu və işini uğurla həll etdiyi X5 vasitəsi ilə tanımışdır. O, ofisə gələrək Dilarə Bağırova və Rebeka Shaktarova adlı şəxslərin ondan Səbail Rayon Polis İdarəsinə şikayət etdiklərini, onun da həmin şəxslərdən şikayət etdiyini, lakin işin ədalətli aparılmadığını bildirdi, onunla müqavilə bağlamaq istədiyini bildirdi. Söhbət əsnasında başqa düşdü ki, Janashia Leila azərbaycanca bilmir və ona da rus dilində danışmaq biraz çətin olduğundan onun işini götürə bilməyəcəyini demişdir. Lakin, Janashia Leila israr etdi ki, onunla müqavilə bağlasın. Bildirdi ki, Nübar Əliyeva onun ən yaxın rəfiqəsidir, ona tam inanır hər dəfə onunlaə Nübar Əliyevanın iştirakı ilə görüşəcək, ünsiyyətdə çətinlik yaransa Nübar Əliyeva tərcümə edəcək onun üçün. Bildirdi ki, hətta Nübar Əliyevadan onun şəxsiyyət vəsiqəsinin (əvvəllər nümayəndəsi və vəkili olduğum üçün onda var idi şəxsiyyət vəsiqəmin surəti) məlumatlarını alıb və hətta xx xxx 2019-cu il tarixdə etibarnamə verib. Janashianın israrlı xahişindən sonra o, onun hüquqlarını müdafiə etməyə razılaşmışdır. Müqaviləni iki nüsxə çapa vermiş, o, imzaladı, daha sonra mən imzaladım və müqavilənin bir nüsxəsini ona vermişdir. Həmin vaxt X6 1000 manat pul alaraq ona verdi və o, 1000 manat pulun ödənilməsi barədə kassa mədaxil orderinin qəbzini yazaraq ona verilməli hissəni ortadan kəsib ona verdim. Daha sonra onun etibarnaməsini və müqavilə əsasında tərtib edilmiş vəkil orderini Səbail Rayon Polis İdarəsinin müstəntiqi Cavid Məmmədova vermiş, sonuncu dəfələrlə onun iştirakı ilə Janshia Leilanı qəbul etdi və müvafiq araşdırma apardı. Onlar həmişə Əliyeva Nübarın iştirakı ilə görüşmüşlər və o, ona müqavilədən kənar heç bir pul verməyib. Onu da qeyd edir ki, həmişə onunla görüşündə X9 Leila özü gətirirdi və xahiş edirdi ki, onun yanında, üçlükdə söhbət edək, onun Nübar Əliyevadan gizlədəcək heç bir şeyi yoxdur. O istəyir ki, əmlakını qaytarıb Əliyev Nübara olan borcunun heç olmasa bir hissəsini versin. Söhbət zamanı hətta bilirdi ki, X11 Nübarla hətta o qədər yaxındırlar ki, Janashia Leila, onun qızı Nino və oğlu hərdən Nubargildə qalırlar. Daha sonra 2019-cu ilin iyul avının 11-də X16 Əliyeva ilə onun yanına gəliblər. Janashia Leila bildirdi ki, Dilarə Bağırova və Sakhtarova Rebeka adlı tanımadığı şəxslər onun Azərbaycan Respublikasında müvafiq icazə olmadan bizneslə məşğul olması barədə şikayət ediblər və onu AR DMX-nin Bakı Ərazi idarəsinin əməkdaşı ona zəng edərək onu axtarır. Ondan onun hüquqlarını müdafiə etməyii xahiş etdi. Həmçininimkanın olmamasını Əliyeva Nübardan ancaq 300 (üç yüz) manat borc alıb ona verə biləcəyini bu işi 300 manata görməyini xahiş etdi. Nübar Əliyeva da eyni xahişi etdiyindən, təkrar müştəri olduğunu da nəzərə alıb razılaşmışdır. Müqaviləni hazırlayıb iki nüsxə çapa vermiş. Əvvəl imzalaması üçün ona verdim o müqaviləni imzaladı, daha sonra müqaviləni özü də imzalayaraq Nübar Əliyevanın yanında müqavilənin 1 nüsxəsini ona vermişdir. O, 300 manatı Nübar Əliyevadan alaraq ona verdi. O, bu barədə kassa mədaxil orderini tərtib etmiş və müştəriyə çatmalı olan hissəsini kəsib Nübar Əliyevanın yanında Janashia Leilaya vermişdir. Bundan savayı o, Janshia Leilanın işi ilə bağlı nə Janashia Leiladan nədə ki, Nübar Əliyevadan pul almamışdır. AR DMX-nin Bakı Ərazi İdarəsinin Janashianı həmin idarəyə dəvət edən əməkdaşı ilə danışdıqda onun Janashia ilə birlikdə xx xxxx 2019-cu il tarixdə saat 16:00 radələrində həmin idarədə olmalı olduğunu bildirdi. Onlar qeyd edilən vaxtda həmin idarədə olmuşlar. Həmin gün Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* saylı inzibati tənbeh vermə qərarı ilə Leila Janashia AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4 cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edildi və Janshia Leilanın Azərbaycan Respublikasına gəlmə hüququ 3 il ərzində məhdudlaşdırıldı. DMX-nin Bakı Ərazi idarəsinin inzibatı binasından həbsə alınaraq AR DMX-nin Kürdəxanı qəsəbəsində yerləşən saxlama yerinə ararıldı. O, dərhal AR DMX-nin rəisi cənab Vüsal Hüseynovun facebook səhifəsinin messengerinə şikayət yazmış. Daha sonra DMX-nin qaynar xəttinə zəng etmiş v əBakı şəhəri 7 saylı poçt şöbəsindən DMX- nin rəhbərliyinə teleqramlar göndərmişdir. Bir müddətdən sonra cənab Vüsal Hüseynov şikayətimin araşdırılacağı barədə ona facebookumun messengerinə məktub yazdı. Həmin güna xşam üstü Janashia Leila həbsdən azad edildi. 2019-cu ilin noyabrayının 14-də saat 16:27-də Janashia istifadəsində olan ********** saylı mobil nömrənin vatsapp xidməti ilə onun vəkil Namiq Ələkbərovun pul alması barədə video və onun barəsində yazdığı məqalələri ona göndərdi. Həmin haldan sonra o, Nübar xanımın iştirakı ilə onunla görüşmüş və belə halların yolverilməz olduğunu bildirmişdir. Janashia bildirdi ki, ona bu işdə yol göstərən və "vəkillik" edən Zümrüd Məmmədova adlı qadındır. Göstərilənlərə əsasən xx xxxx 1970-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı (PGEO 11AB76571) Janashia Leilanın (Mixailovna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs E.Ə.Sadıqov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Janashia Leila (Mixailovna) çıxış edərək bildirmişdir ki, vaxtı ilə onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqova 6300 manat pul ödəmişdir, sonradan o digər tərəf ilə müqavilə bağlayaraq və onlardan etibarnamə alaraq sonuncuların mənafelərini qorumaqa başlamışdır və beləliklə onun hüquqları pozulmuşdur. Məhz buna görə, o özünə intihar etməyə cəhd etmişdir. O, Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək onu E.Ə.Sadıqovdan və digər şəxslərdən müdafiə olunmasını xahiş etmişdir. Bundan başqa o, bildirmişdir ki, vəkil E.Ə.Sadıqov barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına da şikayət etmişdir, onun fikrincə E.Ə.Sadıqovun onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməsi məhz ona verdiyi 6300 manatı qaytarmaqdan boyun qaçırması ilə bağlıdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Janashia Leilanın (Mixailovna) müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində cinayət əməlinin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsini və ya göstərilən cinayətin törədilmə hallarının hansı şahid və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə təsdiq edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X1 sədr müavini Pərviz Ələkbərov tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, X4 vəkil Elçin Sadıqov barəsində olan müraciəti əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks olunmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Janashia Leilanın (Mixailovna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar