Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-189/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində birinci qrup əlil olduğu üçün sərbəst hərəkət edə bilməyən qonşusu Zərərçəkmiş şəxs2 köməklik göstərməkdən ötrü sonuncunun yaşadığı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 26 nömrəli bir otaqlı fərdi yaşayış evində olarkən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə masanın üzərində olan və sonuncunun nəvəsi Zərərçəkmiş şəxs1 məxsus içərisində 7 manat dəyərində ***-***-**-** GSM nömrə olan, üzərinə 5 manat dəyərində qoruyucu çəkilmiş və 12 manat dəyərində qoruyucu üzlüklə təmin edilmiş 550 manat dəyərində 1 (bir) ədəd “Samsunq-A 21” markalı, “SM- 1217F/DSN” modelli mobil telefonu Zərərçəkmiş şəxs2 gözü qarşısında götürüb əynindəki gödəkçənin qol hissəsinin içəri tərəfinə gizlədərkən Zərərçəkmiş şəxs2 qeyd edilən əmlakın onun tərəfindən talamasını aşkar etməklə geri qaytarmasını israrla tələb etməsinə əhəmiyyət verməyərək öz qanuna zidd hərəkətlərini davam etdirib taladığı əmlakı götürərək həmin mənzildən getməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 574 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 26 A nömrəli fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 və onun nəvəsi Zərərçəkmiş şəxs1 ilə qapı bir qonşu və uzaq qohumdurlar. Qonşu kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaxşı olmuş, onlar bir-birinin mənzilinə gedib-gəlmişlər. Zərərçəkmiş şəxs2 1-ci qrup əlil olmaqla ayaqları şikəst olduğundan əl arabasından istifadə etmiş, o isə Zərərçəkmiş şəxs2 vaxtaşırı əlil arabasına əyləşdirib həyətdə gəzdirmiş, sonra isə evə gətirib çarpayıda uzatmışdır. Zərərçəkmiş şəxs2 xidmət etdiyi üçün nəvəsi Zərərçəkmiş şəxs1 hər dəfə ona pul ödəyirmiş. 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən həyətə çıxdıqda Zərərçəkmiş şəxs2 kömək üçün qonşulara səslədiyini eşidib onun mənzilinə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 işdə olduğundan evdə olmamış, Zərərçəkmiş şəxs2 isə çarpayıda uzanmış vəziyyətdə olduğundan onu çevirib çarpayıda yerini dəyişmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 çarpayısının qarşısında stulun üzərində “Samsung” markalı mobil telefonu görmüşdür. O, Zərərçəkmiş şəxs2 ilə bir neçə dəqiqə söhbət etdikdən sonra sonuncu balaca stulun üzərində olan telefonu götürüb gözünün qarşısındakı böyük masanın üzərinə qoymasını ondan xahiş etmişdir. O, da telefonu götürərək Leylanın gözü qarşısına masanın üzərinə qoymuşdur. Bir müddətdən sonra Zərərçəkmiş şəxs2 ondan saatı soruşmuş daha sonra telefonu masanın üzərindən götürüb enerjisinin az olması səbəbilə enerji cihazina qoşmağı xahiş etmişdir. Lakin o Leylanın gözlərinin zəif görməsini və onun telefonu götürməsini görə bilməməsini düşünərək masanın üzərindən mobil telefonu götürüb əynindəki gödəkçəsinin qol hissəsinin içəri tərəfinə gizlətmiş və Zərərçəkmiş şəxs2 telefonun masanın üzərində olmadığını demişdir. Lakin Leyla ona telefonu gödəkcəsinin içəri tərəfinin qolluğunda gizlətdiyini gödüyünü bildirərək, telefonu qaytarmasını xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs2 əhəmiyyət verməyib telefonu götürüb evlərinə gedib orada gizlətmişdir. Leylanın telefonunu götürüb evlərinə getdikdən 15-20 dəqiqədən sonra sonuncunun nəvəsi Zərərçəkmiş şəxs1 onlara gələrək telefonu ondan geri istəsə də o telefonu götürmədiyini bildirmişdir. Həmin gün təxminən saat 14 radələrində polis əməkdaşları ona yaxılaşaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Orada polis əməkdaşlarının suallarına cavab olaraq törətdiyi cinayəti etiraf etmiş və Zərərçəkmiş şəxs1 məxsus telefonu polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi ev 26 ünvanında 1950-ci il təvəllüdlü, 1-ci qrup əlil olan nənəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların qonşusudur və hər zaman onların münasibətləri yaxşı olmuşdur. Nənəsi Leylanın ayaqları şikəst olduğu üçün əlil arabasından istifadə etmiş, əlil arabasına minməkdə və düşməkdə çətinlik çəkdiyindən Bahadur ona bununla bağlı xidmət etmiş və o nənəsi Leylaya göstərdiyi xidmətə görə Bahadura zəhmət haqqı olaraq pul vermişdir. 16 fevral 2021-ci il tarixdə saat 17 radələrində işə getməyə hazırlaşarkən nənəsi Leyla evdə tək qaldığından, darıxmaması üçün 12 sentyabr 2020-ci il tarixdə aldığı “Samsung-A 21” markalı mobil telefonda “You Tube” kanalında olan maraqlı verilişlərə baxması üçün telefonu nənəsi Leylanın qarşısında olan masanın üzərinə qoyaraq işə getmişdir. Həmin gün “Araz” market mağazasında işdə olmuş və iş saatı qurtardıqdan sonra saat 23 radələrində evlərinə qayıtmışdır. Evə girən zaman nənəsi Leyla ona demişdir ki, 10 dəqiqə əvvəl Bahadur onun mobil telefonunu onun gözləri qarşısında masanın üzərindən götürüb aparmışdır. Bahadurdan həmin hərəkəti gözləmədiyindən əvvəlcə nənəsi Leylanın sözlərinə inanmamış, mənzili axtarmış və həqiqətən evdə ona məxsus olan “Samsung-A 21” markalı telefonun olmadığına əmin olmuşdur. O nənəsi Leyladan hadisənin necə olduğunu soruşduqda sonuncu ona kömək üçün Bahaduru səsləyib evə çağırdığını, onunla söhbət etdikdən sonra Bahadurdan vaxtı öyrənmək üçün mobil telefonu istədiyini, lakin Bahadur onun gözü qarşısında mobil telefonu sağ qolunun gödəkcəsinin iç tərəfində gizlədiyini, ondan telefonu qaytarmasını tələb etsə də Bahadur telefonun masanın üzərində olmadığını bildirərək mənzildən getdiyini bildirmişdir. Bundan sonra o Bahadurun yaşadığı evinə getmiş və ondan telefonu geri qaytarmasını tələb etmişdir. Lakin Bahadur telefonu götürmədiyini bildirərək telefonu qaytarmamışdır. O həmin telefonu öz vəsaiti hesabına almışdır. Həmin mobil telefon 550 manat dəyərində olan “Samsunq-A 21” markalı olmuş, telefonun icərisində 7 manat dəyərində ***-***-**-** GSM nömrəsi, üzərinə 5 manat dəyərində qoruyucu və 12 manat dəyərində qoruyucu üzlük çəkmişdir. Bahadur ona ümumilikdə 574 manat ziyan vurmuşdur. Son olaraq o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, nənəsi Zərərçəkmiş şəxs2 Abbas qızı 06 may 2021-ci il tarixdə vəfat etmişdir. Nənəsi ünvan 3 ünvanda digər nəvəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Vəfat edənədək ağır xəstəliyi ilə bağlı yataq xəstəsi olmuşdur. Təqsirləndirilən şəxs həm onların qapıbir qonşusu həmdə uzaq qohumudur. Nənəsinin ayaqları şikəst olduğundan Bahadur ona xidmət edirdi və bunun müqabilində bibisi qızı Leyla ona pul verirdi. Bir gün Leyla ona zəng edərək Bahadurun ona məxsus “Samsung-A 21” markalı mobil telefonu nənəsinin gözü qarşısında götürdüyünü demişdir. Lakin o Bahaduru tanıdığı üçün onun belə bir əməli bilərəkdən törətməcəyini bildirib, sərxoş olduğu üçün hərəkətlətinin mahiyyətini dərk etməyərək götürdüyünü və birazdan ona telefonunu geri qaytaracağını bildirmişdir. Çünki Bahadur spirtli içki qəbulundan sonra bir müddət öz hərəkətlərini dərk etmək iqtidarında olmur, bəzi hərəkətləri bilmədən və istəmədən edir. Bunu bildiyindən o Leylaya narahatçılıq keçirməməsini, birazdan Bahadurun öz əməlindən peşman olaraq götürmüş olduğu ona məxsus mobil telefonu geri gətirəcəyini bildirmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, 16 fevral 2021-ci il tarixdə saat 17 radələrində bibisi qızı Leyla özünə məxsus “Samsung-A 21” markalı mobil telefonda “You Tube” kanalında olan maraqlı verilişlərə baxması üçün telefonu nənəsi Leylanın qarşısında olan masanın üzərinə qoyaraq işə getmişdir. Həmin gün evə girən zaman nənəsi Leyla ona demişdir ki, 10 dəqiqə əvvəl Bahadur onun mobil telefonunu onun gözləri qarşısında masanın üzərindən götürüb aparmışdır. X11 telefonu qaytarmasını tələb etsə də Bahadur telefonun masanın üzərində olmadığını bildirərək mənzildən getmişdir. Bundan sonra bibisi qızı Leyla Bahadurun yaşadığı evə getmiş və ondan telefonu geri qaytarmasını tələb etmişdir. Lakin Bahadur telefonu götürmədiyini bildirərək telefonu qaytarmamışdır. Həmin mobil telefon 550 manat dəyərində olan “Samsunq-A 21” markalı olmuş, telefonun içərisində 7 manat dəyərində ***-***-**-** GSM nömrəsi, üzərinə 5 manat dəyərində qoruyucu və 12 manat dəyərində qoruyucu üzlük çəkmişdir. Bahadur Leylaya ümumilikdə 574 manat ziyan vurmuşdur. Son olaraq o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 4 ünvanda oğlu Təqsirləndirilən şəxslə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs2 onların qapı bir qonşusu və uzaq qohumudurlar. Nənə və nəvə Leyla ilə qonşu kimi münasibətləri yaxşı olmuş, bir-birinin evinə gedib, gəlmişlər. Yataq xəstəsi olan Zərərçəkmiş şəxs2 oğlu Bahadur əlil arabasına əyləşdirib məhlədə hamama və sair yerlərə aparmaqda köməklik etmişdir. X16 Əhmədovanın nəvəsi Zərərçəkmiş şəxs1 mobil telefonunu evlərindən götürməsini 16 fevral 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 onun evinə gələrək “Araz” marketdə işdə olarkən Bahadurun onun mobil telefonunu nənəsi Leylanın gözü qarşısında masanın üzərindən götürməsi barədə dedikdə bilmişdir. Həmin vaxt Bahadur evdə olmuş və Leyla mobil telefonunu geri istəsə də oğlu telefonu ona qaytarmayaraq, telefonu götürmədiyini bildirmişdir. Bundan sonra Leyla da polisə şikayət etmiş və həmin günün səhəri polislər Bahaduru tutmuşlar. Yekun olaraq o yaşlı olduğu və oğlu Bahadurun ona qulluq etdiyi üçün Bahadura azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəməmdən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 41-43-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Ələskər Ələkbərov küçəsi ev 26 ünvanda nəvəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. Pensiyaçıdır 1-ci qrup əlillik dərəcəsi vardır. Hal-hazırda ağır xəstəliyi ilə bağlı yataq xəstəsidir. Oğlu X13 və gəlini X6 10 il əvvəl xəstəlikdən vəfat etdiyindən nəvəsi Leyla onun himayəsində yaşamışdır. Leyla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əyani şöbəsinin 2-ci kursunda təhsil almış, həmçinin maddi vəziyyətinin çətin olması ilə bağlı olaraq “Araz” market ərzaq mağazasında satıcı kassir işləmişdir. Təqsirləndirilən şəxs onun qapı-bir qonşusudur. Bahadur dəfələrlə məhkum olunmuşdur. Onun və nəvəsi Leylanın Təqsirləndirilən şəxs və anası Tamella Ağayeva ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onun əlil olmaqla ayaqları şikəst olduğundan əl arabasına əyləşdirib həyətdə gəzdirməkdə köməklik etmiş, zəhmətinin əvəzində hər dəfə nəvəsi Leyla ona pul vermişdir. 16 fevral 2021-ci il tarixdə saat 17 radələrində evdə tənha qalıb darıxmaması üçün Leyla özünə məxsus “Samsunq-A 21” markalı mobil telefonuna “You Tube” kanalında “Bizim şəhərdə” verilişini baxması üçün onun istifadəsinə verərək “Araz” marketə işə getmişdir. Həmin gün gecə saat 23 radələrində çarpayıda tərpənə bilmədiyi üçün kömək üçün qonşuları səsləmiş, onun səsinə Bahadur gələrək çarpayıda onu başqa səmtə çevirmiş və onlar söhbət etmişlər. Bahadura Leylanın telefonunu qarşısındakı stulun üzərindən götürüb masanın üzərinə gözləri qarşısına qoymasını Bahadur bildirmişdir. Bahadur da telefonu stulun üzərindən götürüb onun gözləri qarşısına masanın üzərinə qoymuşdur. Bahadurla bir müddət söhbət etdikdən sonra mobil telefonda saata baxıb vaxtı öyrənmək üçün Leylanın mobil telefonunu masanın üzərindən götürüb ona verməsini bildirmişdir. Bahadur isə masanın üzərindən Leylanın telefonunu götürüb ona verməyərək onun gözü qarşısında telefonu əynindəki gödəkçənin qol hissəsinin içəri tərəfinə gizlətmiş və telefonun masanın üzərində olmadığını ona demişdir. Lakin o, Bahadura telefonu gödəkcəsinin içəri tərəfində qolluğunda gizlətdiyini telefonu ona geri qaytarmasını bildirmişdir. Bahadur isə ona əhəmiyyət verməyərək telefonu özü ilə apararaq otaqdan çıxmışdır.Bahadurun arxasınca telefonu qaytarmasını qışqıraraq tələb etsə də o, geri qayıtmamışdır. Bahadur telefonu onun gözləri qarşısında taladıqdan 10 dəqiqə sonra nəvəsi Leyla işdən gəlmiş, ona mobil telefonunu Bahadurun masanın üzərindən götürərək əynindəki gödəkçənin qol hissəsinin içəri tərəfinə gizlədərək talayıb aparmasını bildirmişdir. Əvvəlcə Leyla onun sözlərinə inanmamış və telefonu tapmaq üçün evi axtarmış, lakin nəvəsi telefonu tapmamış, Leyla Bahadurun evinə gedərək telefonu ondan geri qaytarmasını tələb etsə də o, telefonu qaytarmamışdır. Ona görə də nəvəsi Leyla Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gedərək telefonunun Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə talaması barədə şikayət ərizəsi yazmışdır. Bahadur telefonu açıq talayan zaman hadisəni kənar şəxslər görməmiş və ona qarşı hər hansı bir zorakı hərəkətləri etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 26 nömrəli fərdi yaşayış evində baş vermiş, mənzil iki hissədən ibarət olmaqla giriş qapısının sağ tərəfi mətbəx kimi istifadə edilmiş, mətbəxtdə əlil arabası olmuşdur. Yaşayış evinin ikinci hassəsinə keçdikdə sol tərəfdə çarpayı vardır. Çarpayıda 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 uzanmış vəziyyətdə olmaqla onun qarşısında isə stul qoyulmuşdur. Çarpayının aşağı hissəsində isə iri kitab masası olmuş, sağ tərəfdə kitab şkafı, çarpayı ilə üzbəüz isə televizor olmuşdur. Həmin evə bitişik Təqsirləndirilən şəxs məxsus ünvan 6 ünvan olmuşdur. Hadisə yerinə baxış keçirilərkən protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. (i.v. 7-14) “Götürmə və baxış keçirilməsi haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 17 fevral 2021-ci il tarixdə 1 ədəd “Samsunq-A 21” markalı, “SM-1217F/DSN” modelli mobil telefon, həmin telefona aid qoruyucu üzlük (kabura) və 1 ədəd ***-***-**-** GSM nömrə Təqsirləndirilən şəxs protokolla götürülüb baxış kecirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 47-49) “Əşyanı tanınmaya təqdim etmə haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsunq-A 21” markalı, “SM- 1217F/DSN” modelli mobil telefon, həmin telefona aid qoruyucu üzlük (kabura) və 1 ədəd ***-***-**-** GSM nömrə Zərərçəkmiş şəxs1 təqdim edilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilmiş mobil telefonlar arasında özünə məxsus olan mobil telefonu tanımışdır. (i.v. 84-87) 18 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Babayeva Leyla Ceyhun qızı ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 88-91) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 gözləri qarşısında nəvəsi Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsunq A-21” markalı mobil telefonu masanın üzərindən götürüb açıq taladığını əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 117-123) 19 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Əhmədova Leyla Abas qızı ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 124-126) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 9/1033 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-1217F/DSN” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olduğunu nəzərə alaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 250,00 manat, 1 ədəd qoruyucu üzlük (kabura) 3,0 manat, 1 ədəd GSM nömrə 4,0 manat müəyyən olunur. Təqdim edilmiş 1 ədəd şəffaf polietilen üzlük (ekran qoruyucusu) təkrar istifadə üçün nəzərdə tutulmadığından qiymətsiz müəyyən olunur. (i.v. 152-155) “Sübutların qiymətləndirilməsi haqqında” 12 may 2020-ci il tarixli qərardan görünür ki, Cinayət işinin başlanılmasına əsas olmuş ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirmə və maddi sübut mobil telefona baxış keçirmə protokolları, üzləşdirmələr, tanınma üçün təqdim etmə, ifadələrin yerində yoxlanılması, məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 mart 2021-ci il tarixli 9/1033 nömrəli rəyi, maddi sübutlar, arayışlar, protokollar və mühüm əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilsin. (i.v. 170-180) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 18.03.2021-ci il tarixli qəbzdən görünür ki, 1 (bir) ədəd “Samsunq-A 21” markalı mobil telefonu məhkəmənin yekun hökmünə qədər saxlamaq üçün təhvil almışdır. (i.v. 214) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Şübhəli şəxsin tutulması haqında 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 66-67) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 115-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 24.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Ağayev X2 Rayon Məhkəməsinin 02.07.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 24.10.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 131-133) Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli, 1(004)-510/2010 tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 138-140) Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 1(004)-483/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 həbsdə saxlanıldığı 05 (beş) ay, 150 (bir yüz əlli) gün müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 141-147) Yasamal Rayon Məhkəməsinin 02.07.2004-cü il tarixli, 1(004)-174/2004 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 148-150) Zəərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 30.04.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilib, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin xahiş etmişdir ki, ona vurulmuş ziyan tam ödənildiyindən və Bahadur xəstə nənəsinə qulluq etdiyindən onun barəsində yüngül cəza təyin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan” xidmət mərkəzinin 20 may 2021-ci il tarixli AZ-İİ № 187817 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs2 06.05.2021-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqiq varisi X9 tərəfindən verilmiş ərizdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən cəza təyin edərkən nəzərə alınması xahiş edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ağayev X2 rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü ilə əvvəllər məhkum olunsa da, 13.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki əməli törədərkən CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CMnin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə çatmaq mümkündür. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan, yəni 17 fevral 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsunq-A 21” markalı mobil telefon, 01 ədəd qoruyucu üzlük (kabura) və 01 ədəd “GSM” nömrənin qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, X10 məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung-A 21” markalı mobil telefon, 01 ədəd qoruyucu üzlük (kabura) və 01 ədəd GSM nömrə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X8 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, X10 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-189/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-189/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver