Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-19/2020 27.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilərək cəzası çəkilmiş hesab edilməklə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə təxminən saat 08:30da tanıdığı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 105 B saylı evdə qonaq kimi gecələdikdən sonra sonuncunun hamam otağında olmasından istifadə edərək yataq otağında olan çarpayısının üzərindəki balışın altında qoyduğu dəyəri 4 manat təşkil edən və içərisində 3100 manat pulu olmuş pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3104 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs birinci dəfə xx xxxxxxx 2018-ci il tarixdə görmüşdür. Belə ki, həmin günü çoxdan tanıdığı Şahid2 onunla telefonla danışığı zaman dayısı Qismətin yaşadığı evə çağırmış, o, da axşam vaxtlarında Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən həmin evə getmişdir. O, Şahid2lə evdə oturub çay içib söhbət etmiş, gecə yarı vaxtlarında evə sonuncunun adını bilmədiyi qohumu olan tanımadığı başqa oğlan gəlmiş, bir qədər sonra isə evin sahibi Zərərçəkmiş şəxs də gəlmişdir. Birlikdə bir qədər söhbət etmişlər, sonra durmuşlar ki, yatsınlar. Şahid2, Zərərçəkmiş şəxs və adını bilmədiyi oğlan keçmişlər yataq otağında yatmağa, o, isə başqa otaqda yatmaq üçün uzanmışdır. Uzanmaqdan bir qədər əvvəl o, yataq otağına yaxınlaşmışdır ki, yorğan istəsin və həmin zaman Zərərçəkmiş şəxs balışının altına pul qabını qoyduğunu görmüşdür. Səhər təxminən saat 08:00-da o, yuxudan durub keçmişdir hamam otağına və əl-üzünü yuyaraq 5-10 dəqqiqədən sonra çıxmışdır qonaq otağına, onun ardınca Zərərçəkmiş şəxs keçmişdir hamam otağına. Sonra o, yataq otağına keçəndə Şahid2 və digər oğlanın hələ də yatdıqlarını görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs yerindəki balışı qaldırıb altından qara rəngdə dəridən pul qabını götürmüş və içərisinə baxmadan cibinə qoyaraq ayaqqabılarını geyinərək həmin evdən çıxıb getmişdir. Həmin zaman, yəni təxminən saat 08:30-da Zərərçəkmiş şəxs hamam otağının içərisində olmuş, Şahid2lə qohumu isə yatmış vəziyyətdə olmuşlar. O, evi tərk edərək oradan Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən kirayələdiyi evə getmiş və ora gəldikdən sonra həmin pul qabının içərisinə baxaraq müxtəlif əskinaslarla olmaqla ümumilkidə 3100 manat nəğd pulun, Zərərçəkmiş şəxs adına olan şəxsiyyət vəsiqəsinin və kommunal ödənişlər kartlarının olduğunu aşkar etmişdir. Bundan sonra o, 3100 manat pulu özündə saxlayaraq ehtiyaclarına xərcləməyə başlamışdır. Həmin günü qardaşı Fuad ona zəng edərək Zərərçəkmiş şəxs onu axtardığını və pulunu geriyə tələb etdiyini bildirmiş, o, da pul qabında şəxsiyyət vəsiqəsi olduğu üçün qərara gəlmişdir ki, pul qabını içərisindəki şəxiyyət vəsiqəsi və kartlarla birlikdə Zərərçəkmiş şəxs qaytarsın. Səhərisi günü o, tanıdığı «Roma» adlı sürücüdən xahiş etmişdir ki, pul qabını aparıb Bakı Beynəlxalq Avtovağzaldan Şəki şəhərinə işləyən taksi sürücülərinin birinə versin və Fuaddan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs bu barədə desin ki, o ora gedərək pul qabını götürsün. Bundan sonra o, telefonunu söndürmüş və daha heç kiminlə danışmamışdır, oğurladığı 3100 manat pulu iki-üç günə öz ehtiyaclarına xərcləmişdir. Daha sonra xx xxxxxxx 2018-ci il tarixdə bir günə ümumvətəndaş pasport almaq üçün Heydər Əliyev prospektində yerləşən ASAN xidmətə müraciət edərək səhərisi günü, yəni xx xxxxxxx 2018-ci il tarixdə pasportunu almış və həmin günü avtomobillə Dağıstan Respublikasına çıxıb getmişdir. xx xxxx 2019-cu il tarixdə geriyə qayıtdığı zaman Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əmisi oğlu Şahid1 ilə birlikdə yaşayır. xx xxxxxxx 2018-ci il tarixdə gecə yarı vaxtlarında işini tamamlayaraq səhər xammal almaq üçün 3100 manat pulu qara rəngdə süni dəridən olan pul qabının içərisinə qoymuş, həmin zaman pul qabında adına olan bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd «xxxxxxxxxxxx»ın kredit kartı, qazın və işığın kommunal ödəmələri üçün iki ədəd plastik kartları olmuşdur. Sonra işdən çıxaraq gəlmişdir yaşadığı evə. Evin içinə daxil olduqda görmüşdür ki, evdə Şahid1la yanaşı bacısı oğlu Şahid2 və sonuncunun tanışı, yəni əvvəllər tanımadığı və sonra adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin əyləşərək söhbət etmişlər. O, da sonuncularla bir qədər söhbət etmiş və qərara gəlmişdir ki, Şahid2lə Təqsirləndirilən şəxs da evdə gecələyərək səhər çıxıb getsinlər. Bundan sonra Təqsirləndirilən şəxs üçün balaca otaqda yer ayırmışlar, üçü isə yataq otağında özlərinə yer etmişlər. Yatmaqdan əvvəl Təqsirləndirilən şəxs onların olduqları otağa yaxınlaşaraq yorğan istədiyi zaman o, cibindəki həmin pul qabını çıxararaq çarpayısındakı balışın altına qoymuş, sonuncu da bunu görmüşdür, o, isə buna o qədər əhəmiyyət verməmişdir. Daha sonra hamı öz yerində yatmışdır. Səhər saat 08:00-dan sonra o, yuxudan duraraq əl-üzünü yumaq istədikdə Təqsirləndirilən şəxs hamam otağından çıxdığını görmüş, biri-biri ilə salamlaşmışlar. O, Təqsirləndirilən şəxs sonra hamam otağına keçərək 10-15 dəqiqədən sonra, yəni təxminən saat 08:30-da çıxdıqda sonuncunun evdə olmadığını aşkar etmişdir. O, dərhal pul qabından şübhələnərək balışının altına baxmış və yerində olmadığını görərək başa düşmüşdür ki, Təqsirləndirilən şəxs oğurlamışdır. Sonra o, Şahid1la Şahid2 yuxudan ayıldaraq sonunculara bu barədə bildirmiş və üçü tez küçəyə qaçaraq Təqsirləndirilən şəxs axtarsalar da, tapa bilməmişlər. Şahid2 Təqsirləndirilən şəxs telefonuna nə qədər zəng etsə də, sonuncu əvvəlcə zəngləri cavablandırmamış, sonra da telefonunu söndürmüşdür. Ona görə də Şahid2 sonuncunun qardaşı Fuadın telefon nömrəsini taparaq zəng edərək Təqsirləndirilən şəxs onun pul qabını oğurladığını bildirmiş və xahiş etmişdir ki, özü qardaşını taparaq pulu geriyə qaytartsın. Səhərisi günü, yəni xx xxxxxxx 2018-ci il tarixdə gündüz vaxtlarından sonra o, Bakı Beynəlxalq Avtovağzalına getmiş və orada ona əvvəllər tanımadığı, özünü «Roma» adı ilə təqdim etmiş oğlan yaxınlaşaraq Təqsirləndirilən şəxs xahişi ilə pul qabını ona qaytarmaq istədiyini demişdir. O, pul qabını gördükdə əvvəlcə çox sevinmiş, lakin içərisinə baxdıqda oğurlanmış 3100 manat pulunun olmadığını aşkar etmiş, yalnız şəxsiyyət vəsiqəsi ilə üç ədəd plastik kartların olduğunu görmüşdür. O, «Roma»ya pul qabında 3100 manat pulun olmadığını bildirdikdə sonuncu Təqsirləndirilən şəxs yalnız həmin əşyaları verdiyini və ona çatdırmasını xahiş etdiyini bildirmiş, hər hansı pul barədə məlumatının olmadığını demişdir. Bundan sonra o, dəfələrlə Fuadla əlaqə saxlayaraq bu barədə danışsa da, sonuncu Təqsirləndirilən şəxs harada olmasını bilmədiyini və telefon nömrəsini söndürdüyünü bildirərək pulun ödənilməsinə özünün köməklik edəcəyini söz vermiş, lakin daha sonra ona hər hansı məbləğdə pul qaytarılmamışdır. Həmin pul qabını isə o, oğurluq hadisəsindən iki ay əvvəl dörd manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin oktyabr ayının 13-də Şəki şəhərində olduğu zaman Şahid2 onun telefonuna zəng edərək Təqsirləndirilən şəxs onun dayısı Zərərçəkmiş şəxs evindən 3100 manat pulunu götürüb getdiyini, ona görə sonuncunu təcili axtardıqlarını bildirmiş, xahiş etmişdir ki, tapılmasına və pulun qaytarılmasına köməklik göstərsin. O, həmin günü Təqsirləndirilən şəxslə telefonla danışaraq məsələ ilə maraqlanmış, Təqsirləndirilən şəxs əvvəlcə deyilənləri danmış, lakin sonra hər şeyi etiraf etmişdir. O, Təqsirləndirilən şəxs təklif etmişdir ki, özünə nə qədər lazımdırsa, ***-**** manat götürsün və qalan pulu qaytarsın, sonra o, həmin pulu Zərərçəkmiş şəxs qaytarar. Buna cavab olaraq Təqsirləndirilən şəxs demişdir ki, pul qabını Bakı Beynəlxalq Avtovağzaldan Şəkiyə işləyən sürücülərə göndərir, Zərərçəkmiş şəxs desin ki, gedib oradan götürsün. O, da Zərərçəkmiş şəxs bu barədə bildirmiş və sonuncu pul qabını içərisindəki şəxsiyyət vəsiqəsi və başqa kartlarla birlikdə götürsə də, bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu qaytarmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs telefonunu söndürmüş və sonuncunu daha tapa bilməmişdir. Sonra o, özü Bakı şəhərinə gələrək Şahid2 və Zərərçəkmiş şəxslə bir neçə dəfə görüşərək söz vermişdir ki, pul əldə edərək özü ödəyəcək, sonda Zərərçəkmiş şəxslə razılaşmışlar ki, sonuncuya 2000 manat pul verəcək, lakin imkan tapıb bunu edə bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Dağıstan Respublikasına çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid2 oğlunun və Şahid1 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Q.B.Haciyevin ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin 53-54-cü vərəqələrində olan xx xxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx xxxx 2019-cu il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi üçün o, saxlanıldığı Bakı şəhəri Qaradağ RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2013-cü il tarixdə Qobustan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; 2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) ilə endirilərək cəzası tam çəkilmiş hesab edilmiş və cəza çəkməkdən azad olunmuşdur. Cinayət işinin 114-121-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 123-126-cı vərəqələrində olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzası 04 (dörd) ilə endirilərək cəzası tam çəkilmiş hesab edilmiş və o, cəza çəkməkdən azad olunmuşdur. Cinayət işinin 143-cü vərəqəsində olan 378961 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında xx xxxxxxxx 1999-cu il tarixdə Şəki şəhər VVAQ şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Əliquzuyev, arvada isə Əliquzuyeva soyadı verilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan AZE seriyalı, 12352031 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Əliquzuyev Nicat xx xxxx 2006-cı il tarixdə Şəki şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə V.N.Əliquzuyevadır. Cinayət işinin 148-157-ci vərəqələrində olan toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd pul qabı, adına verilmiş bir ədəd AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, adına verilmiş bir ədəd «xxxxxxxxxxxx»ın Maestro plastik kredit kartı, bir ədəd Azərişıq ASC-nin elektrik enerjini ödəmə plasktik kartı, və bir ədəd SOCAR Azəriqaz İBnin ödəmə plastik kartı cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iş üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nə gətirilmiş və həmin idarənin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinəəsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs xx xxxx 2019 - xx xxxx 2019-cu il tarixlərdə (02 gün) Bakı şəhəri Qaradağ RPİ-nin MSY-də saxlanılması və onun yuxarıda qeyd olunan cinayət əməli ilə bağlı olan azadlığın faktiki məhdudlaşdırılması məhkəmə tərəfindən qəti cəza təyin edərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günəüç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus bir ədəd pul qabı, adına verilmiş bir ədəd AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, adına verilmiş bir ədəd «xxxxxxxxxxxx»ın Maestro plastik kredit kartı, bir ədəd Azərişıq ASC-nin elektrik enerjini ödəmə plasktik kartı, və bir ədəd SOCAR Azəriqaz İB-nin ödəmə plastik kartı sonuncuya qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakışəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqıödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd pul qabı, adına verilmiş bir ədəd AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsi, adına verilmiş bir ədəd «xxxxxxxxxxxx»ın Maestro plastik kredit kartı, bir ədəd Azərişıq ASC-nin elektrik enerjini ödəmə plasktik kartı, və bir ədəd SOCAR Azəriqaz İB-nin ödəmə plastik kartı sonuncuya qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X4 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-19/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-19/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver