Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-19/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs26, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22 , müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və “Prospekt” Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu,Biləcəri qəsəbəsi, “Kristal ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə, o cümlədən fiziki şəxslərin hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qanunvericilikdə nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdan keçməklə hüquqi şəxs yaratmadan "xxxx" hazırlıq kurslarına faktiki rəhbərlik edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini görmək və digər səlahiyyətlərə malik şəxs kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 46 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydada əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlamalı və bununla əlaqədar əmək müqaviləsinin bildirişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməli olduğu halda həmin tələbləri yerinə yetirmədən, yəni əmək müqaviləsi bağlanmadan və müqavilə hüquqi qüvvəyə minmədən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 2022-ci ilin may ayından həmin ilin oktyabr ayına qədər olan müddət ərzində X11, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər X12, 2022-ci ilin avqust ayından həmin ilin sentyabr ayına qədər X4, 2022-ci ilin sentyabr ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs20, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs15, 2022-ci ilin sentyabr ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs4, 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs19, 2022-ci ilin may ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs11, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs10, 2022-ci ilin avqust ayından həmin ilin noyabr ayına qədər Zərərçəkmiş şəxs16, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs25, 2022-ci ilin sentyabr ayından həmin ilin sentyabr ayına qədər Zərərçəkmiş şəxs24, 2022-ci ilin avqust ayından həmin ilin sentyabr ayına qədər Zərərçəkmiş şəxs21 , 2022-ci ilin avqust ayından həmin ilin avqust ayına qədər Zərərçəkmiş şəxs3, 2022-ci ilin sentyabr ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs5, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs22, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs23, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs13, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs14, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs2, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs12, 2022-ci ilin avqust ayından həmin ilin noyabr ayına qədər Zərərçəkmiş şəxs17, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs18, 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs1 və 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər Zərərçəkmiş şəxs9, 25 nəfər adları qeyd olunan şəxsləri, yəni 10 nəfər və ondan çox olan işçiləri rəhbərlik etdiyi Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən “Nizami” və Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən “Nərimanov” filiallarında icarəyə götürdüyü obyektlərdə tədris işlərinin yerinə yetirilməsinə cəlb etmiş, onlara 13.744 manat məbləğdə verilməli olan əməkhaqqlarını ödəməməklə, əmək haqlarından məcburi tutulmalar, o cümlədən məcburi dövlət sosial sığorta haqqı, gəlir vergisi və məcburi dövlət sosial sığorta ayırmaları üzrə cəmi 1719,94 manat pul vəsaitini dövlət büdcəsinə ödəməməklə, nəticədə əmək münasibətlərinin tənzimlənməsi sahəsində əmək qanunvericiliyin tələblərinə eyni qaydada və dürüst əməl edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarının pozulmasının qarşısının alınması və eyni zamanda fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində müəyyən edilmiş prinsiplərin pozulmasına səbəb olan həmin qanunazidd əməlləri ilə kütləvi surətdə dövlətin qanunla qorunan mənafelərinə, o cümlədən fiziki şəxslərin hüquqlarına mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən on nəfərdən və ondan çox olan işçilərin işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən 2021-ci ilə qədər Edu Company tədris kurslarında Nizami filialının rəhbəri işləmiş, 2021-ci ildə kurs açmaq qərarına gəlmiş, bu fikiri həyat yoldaşı Fəridə Hüseynova ilə onun ortaq qərarı olmuş, 2021-ci ilin oktyabr ayında ilk öncə "Xəzinə” MMC-ni təsis etmişdir. 2022- ci ilin yanvar ayına qədər olan müddət ərzində təşkilati məsələlər həll olunmuş və şagirdlər üçün müəyyən sınaq dərsləri keçirilirmişdir. Tədris müəssisəsi Bakı şəhəri, Yasamal rayonu, Vidadi 80 küçəsində yerləşmiş, həmin yerə hər ay 3500 manat kirayə pulu ödəmiş, ora müəyyən vəsaitlərin hesabına sərmayələr qoymağa başlamışdır. İlk dəfə 2021-ci ilin oktyabr ayında Nüşabə xanım qeydiyyatçı, daha sonra Fidan, Afaq, Qonçə adlı soyadlarını bilmədiyi müəllimləri işə cəlb etmiş, daha sonra isə hissə-hissə müəllimlərin sayı çoxalmış, 2022-ci ilin yanvar ayında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və hüquqi şəxsin vergi ödənişləri çox olduğundan fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Kurs kimi fəaliyyət göstərməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etməmiş, hər hansı icazə almamış və belə bir icazə tələb olunmamışdır. Vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müəllimlərin sayı bu ardıcıllıqla artmışdır. 2022-ci ilin may ayına qədər isə təxminən 8 müəllim cəlb edilmiş və kursda fəaliyyət göstərmişlər. Təxminən 60-80 arası şagirdlər məşğələlərə qoşulmuş, uşaqlar ödənişləri nağd şəkildə onun özünə etmiş, qeydiyyatı isə vergi qəbzini valideynlərə ödəməklə aparılmışdır. Çap mərkəzlərindən həmin çeklər sifariş verilib götürülmüş, müəssisədə kassa aparatı ümumiyyətlə olmamışdır. Hər bir tələbə 50-100 manat civarında aylıq ödəniş etmişdir. Pullar hər ay onun tərəfindən, o, olmadıqda isə qeydiyyat şöbəsi tərəfindən götürülmüşdür. 2022-ci ilin may ayına qədər şagirdlərin və müəllimlərin sayı azalmışdır. Müəssisənin fəaliyyəti bir qədər zəifləmiş, bu həmçinin mövsümlə əlaqədar olmuşdur. O, 2022-ci ilin may ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs6 bu sahədə təcrübəli olduğu üçün artıq Nizami filialının müdiri kimi işlərə cəlb etmiş və ona hər ay 700 manat əmək haqqı vermişdir. Əmək haqqı Zərərçəkmiş şəxs6 nağd şəkildə verilmiş və Zərərçəkmiş şəxs6 valideynlər ilə təmasda olmasına şərait yaradılmışdır. Həmçinin müəllim çatmamazlığı ilə əlaqədar, Zərərçəkmiş şəxs6 təklifi ilə müəllim gətirməsinə razılıq verilmişdir. Rəsmi olaraq 2022-ci ilin avqust ayından etibarən işlər genişlənmiş və müəllimlərin sayı dərs ili başladığından artmağa başlamışdır. Təxminən 7-8 nəfər tanıdığı müəllimlər kursda fəaliyyət göstərməyə başlamış, bu müəllimlərdən bəziləri ilə illərdir birlikdə fəaliyyət göstərmiş, lakin hər bir müəllimlə təması olmamış, həmçinin Nizami kursunda kursa təşkilatçı işində Zərərçəkmiş şəxs6, mühasibat işlərinə baxan Zərərçəkmiş şəxs8, qeydiyyat işlərinə və ümumi nəzarətlə davamiyyət məsələlərinə baxan Nazxanım adlı əməkdaşlar olmuşdur. Bir müddət sonra isə 2022-ci ilin avqust ayında kurs Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanına köçmüşdür. Bundan başqa 2022-ci ilin avqust ayında Nərimanov filialı fəaliyyətə başlamışdır. Həmin kursun fəaliyyətə başlamasında onun dəstəyi olsa da, Həsən Nağıyev həmin kursa faktiki rəhbərlik etmiş, orada isə 10 müəllim fəaliyyət göstərmişdir. Həmin filial Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev 11, A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov flialı olmuşdur. Ümumilikdə hər iki filialda 2022-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddət ərzində kursda 20-yə yaxın müəllim işləmişdir. Həmin müəllimləri Nizami filialında əsasən Zərərçəkmiş şəxs6 digər filialda Həsən Nağıyev işə götürmüşdür. 2022-ci ilin avqust ayında sınaq olduğu üçün müəllimlərlə əmək müqaviləsi bağlanmamışdır. O, 2022-ci ilin sentyabr ayında VOEN-lərin açılması, əmək müqavilələrinin bağlanması ilə əlaqədar Zərərçəkmiş şəxs6 və Həsən Nağıyevə tapşırıqlar vermişdir. Bir müddət onun səhhətində çətinlik olduğuna görə işlərlə məşğul ola bilməmişdir. Sonra 2022-ci ilin oktyabr ayında müəyyən olunmuşdur ki, kursda işləyən 20 müəllimlə əmək müqaviləsi bağlanmamış, həmin müəllimlərin vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və hər hansı müqavilə bağlanmamış, müəllimlər maaşlarının ödənilməməsi ilə əlaqədar şikayət etmişlər. Zərərçəkmiş şəxs6 fəaliyyəti onu qane etməmiş, apardığı yoxlamalarla Zərərçəkmiş şəxs6 kursun büdcəsindən hər gün 100 manat pul götürməsini, 1500 manat da əlavə götürdüyünü öyrənmişdir. O, bununla yanaşı Zərərçəkmiş şəxs6 müəllimlərlə əmək müqaviləsi bağlanmadığından Elvin müəllimi işdən azad etmiş, Elvin müəllim də özünün işə gətirdiyi müəllim heyəti ilə birlikdə kursu tərk etmişdir. O, müəllimlərə VÖEN açmağı təklif etsə də, onlar onunla razılaşmamış, bu səbəbdən müəllimlər də işdən azad edilmişlər. Şikayət ərizəsi ilə müraciət etmiş bütün müəllimlərə borclu qaldığı əməkhaqqlarını, məcburi dövlət sosial sığorta haqqını, gəlir vergisini və məcburi dövlət sosial sığorta ayırmaları üzrə pul vəsaitini dövlət büdcəsinə ödəmiş, 25 nəfərin heç bir əmək müqaviləsi (əmək kontraktı olmadan) işlədilməsinin cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir daha belə hallara yol verməyəcəyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbi və mülki iddialarının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir yerdə işlədiyi Kəmalə xanımın köməkliyi ilə "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatı olmuş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Beləliklə, o, 2022-ci ilin avqust əvvəllərində tanışı, iş yoldaşı Kəmalə xanımın köməkliyi ilə "xxxx" hazırlıq kurslarının Nizami filialına getmiş, binaya daxil olmuş, onu Zərərçəkmiş şəxs6 qarşılamışdır. İlk görüşdə yalnız Zərərçəkmiş şəxs6 olmuş, özünü kursun Nizami flialının məsul şəxsi kimi təqdim etmişdir. Səhərsi gün isə özünü kursun direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs orada olmuş, həmin gündən işə başlamışdır. Maaş və ödənişləri, iş qaydasını, işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməyini ona Təqsirləndirilən şəxs demiş, həmin gündən etibarən o, həftədə 2 dəfə hər biri 6 saat olmaqla, rus dili fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan münasibət qurduqda, K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, o sonuncuya inanmış və onunla heç bir əmək müqaviləsi bağlamamışdır. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini, nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Onda olan məlumata görə kursa gələn tələbələr aylıq bir fənn üzrə 200 manat ödəniş etmiş, orada adətən 8, 9, 10 və 11-ci sinif şagirdləri ali məktəbə hazırlaşmışlar. O, təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərs demiş, ümumilikdə orada Riyaziyyat, Azərbaycan dili, İngilis dili, Tarix fənlərindən müəllimlər dərs demişlər. O, kursun Nərimanov filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşlar. Təqsirləndirilən şəxs onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi "xxxx" kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş, o, dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla onların jurnallarda imza etmələrini təmin etmiş bundan sonra dərsə başlamışdır. Ona vurulmuş 620 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Sumqayıt Dövlət Univetsitetinin filologiya fakültəsinin məzunu olmuş, bir sıra təhsil müəssisələrində müəllim işləmişdir. 2017-ci ildən hazırki vaxta qədər isə Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseydə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmişdir. Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Tanışı Eldəniz müəllim həmin kursların Nizami filialında işləmiş və o, Eldəniz müəllimə həmin kurslarda iş axtardığını demişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Eldəniz müəllim ona Nərimanov filialında vakansiya olduğunu demiş, bundan bir neçə gün sonra "xxxx" Təhsil Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ona zəng edərək telefonda stajını soruşmuş və xx.xx.2022-ci il tarixdən etibarən Nərimanov filialında işə çıxa biləcəyini demişdir. O, xx.xx.2022-ci il tarixdə "xxxx" hazırlıq kurslarının Nərimanov filialına getmiş, Nərimanov filiali Nərimanov metrosunun yaxınlığında yerləşən binanın 2-ci mərtəbəsində yerleşmiş, binaya daxil olmuş, onu Təqsirləndirilən şəxs qarşılamış və auditoriyaya aparmışdır. Təqsirləndirilən şəxs ona işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməyini bildirmiş və o, həmin gündən etibarən həftədə 3 dəfə hər biri 3 saat olmaqla Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs demişdir. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Ona vurulmuş 270 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, X8 filologiya fakültəsinin məzunu olmuş, 222 nömrəli orta məktəbdə Azərbaycan Dili və Ədəbiyyat müəlliməsi işləmişdir. Əvvəllər işlədiyi “Edu” təhsil mərkəzində tanıdığı Təqsirləndirilən şəxs vastiəsilə 2021-ci ilin noyabr ayının əvvəlində "xxxx" Təhsil Mərkəzinin Bakı şəhəri Yasamal rayonunda, Nizami metrosunun yaxınlığında olan Nizami flialına yaxınlaşmış, həmin zaman onu Təqsirləndirilən şəxs tək qarşılamışdır. Təqsirləndirilən şəxs onunla dərslər, ödənişlər, qrafiklər və iş saatları barədə söhbət eləmiş, həmin vaxtdan “Xəzinə" Təhsil Mərkəzinin Bakı şəhəri Yasamal rayonunda, Nizami metrosunun yaxınlığında olan Nizami flialında işə başlamışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən mərkəzin Nizami filialında həftənin hər günü 4 dərs hər biri 1saat yarım olmaqla, dərs deyəcəyi və hər dərs saatı üçün 20 manat alacağı bildirilmiş, sonradan “Xəzinə" Təhsil Mərkəzinin Bakı şəhəri Yasamal rayonunda, Nizami metrosunun yaxınlığında olan Nizami flialının direktoru kimi təqdim edən Zərərçəkmiş şəxs6 tanımışdır. 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər "xxxx" təhsil mərkəzində işlədiyi zaman onunla təhsil mərkəzinin təsisçisi Təqsirləndirilən şəxs tərəfindən heç bir əmək müqaviləsi bağlanmamış, xx.xx.2023-cü il tarixdə ona vurulmuş 1682 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2008-2012-ci illərdə Bakı Asiya Universitetində ingilis dili müəllimliyi üzrə təhsil almış, 2021-ci ilin noyabr ayından tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" təhsil mərkəzinin Nizami flialında işə düzəlmişdir. Təqsirləndirilən şəxs “Edu” təhsil mərkəzində işləyən zaman tanımış, biryerdə işlədikləri zaman, Təqsirləndirilən şəxs ona tədris mərkəzi açması barədə məlumat vermiş, öz yanına işləməyə dəvət etmişdir. "xxxx" təhsil mərkəzinin Nizami flialında işə başlamış, işə başlayarkən 336 manat maaş alacağı məlum olmuşdur. Əvvəllər hər hansı problem olmasa da, 2022-ci ilin avqust ayından maaşlar Təqsirləndirilən şəxs tərəfindən verilməməyə başlanmış, sonuncu biraz sıxıntıları olduğunu bildirmişdir. Ona vurulmuş 506 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2010-2014-cü illərdə Prezident yanında X3 İdarəçiliyi Fakültəsində təhsil almışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs6 2021-2022-ci illərdə “Hədəf” kurslarında koordinator işləmişdir. Sonradan 2022-ci ildə Zərərçəkmiş şəxs6 tanışı Təqsirləndirilən şəxs "xxxx" adlı kurs açdığını bildirmiş, E. Alcanova "xxxx" adlı kursu olduğunu, lakin abituriyent şöbəsinin düzgün işlədə bilmədiyinə görə yoldaşı Zərərçəkmiş şəxs6 işləməyə dəvət etmişdir. Zərərçəkmiş şəxs6 2022-ci ilin may ayından "xxxx" adlı X15 flialında flial rəhbəri üzrə işləməyə başlamış, Təqsirləndirilən şəxs isə "xxxx" adlı Tədris Mərkəzinin baş direktoru və təsisçisi olmuşdur. Həmçinin mərkəzin Nərimanov və Nizami filiallarına nəzarət etmiş, hər gün gedib gəlmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 3 ay 700 azn maaş verəcəyini, avqust ayından isə 1500 azn alacağını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6la heç bir müqaviləsi bağlamamış və şifahi olaraq sonuncunu flial direktoru təyin eləmişdir. Beləliklə, o da həmçinin 2022-ci ilin sentyabr ayından Xəzinə” adlı X15 flialında riyaziyyat müəlliməsi işləməyə başlamışdır. Təqribən 20 dən yuxarı şəxs Xəzinə” adlı X15 flialında işləmişdir. Həmin ilin oktyabt ayından isə maaşlar verilməməyə başlamış, hesablama zamanı, hətta avqust ayından bəri xeyli müəllim heyətinin maaşı verilmədiyi müəyyən olunmuşdur. Maaşlar Təqsirləndirilən şəxs tərəfindən verilmiş və hesabat isə mühasib Zərərçəkmiş şəxs8 tərəfindən aparılmışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən 1460 azn məbləğində dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Sumqayıt Dövlət Universitetinin məzunu olmuşdur. Bir sıra təhsil müəssisələrində müəllim işləmişdir. Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, tanıdığı şəxslər vasitəsilə "xxxx" Təhsil Müəssisəsi barədə məlumat almış və orada işləmək istədiyini bildirmişdir. 2022-ci ilin may ayının əvvələrində ona "xxxx" Təhsil Mərkəzinin rəhbəri Təqsirləndirilən şəxs zəng edərək onu Nizami flialına dəvət etmiş və işçiyə ehtiyac olduğunu bildirmişdir. O, bir müddət “Kainat” kurslarında flial müdiri işlədiyi üçün təşkilati işləri bilmiş və Təqsirləndirilən şəxs bu barədə məlumatı olmuşdur. Həmin vaxt kursun yalnız Nizami flialı fəaliyyət göstərmiş və Kamil müəlim ona kursu canlandırmaq, müəllimləri cəlb etmək vəzifələrini tapşırmış və şifahi qaydada işə götürdüyünü demişdir. Təqsirləndirilən şəxs onunla əmək müqaviləsi (əmək kontraktı) bağlamamış, həmçinin, vergi ödəyicisi kimi qeydiyyatdan keçmək istəsə də, Təqsirləndirilən şəxs bunun sonranın işi olmasını bildirmişdir. 2022-ci ilin may ayından həmin ilin oktyabr ayına qədər əmək müqaviləsi olmadan Nizami flialının müdiri işləmişdir. Ona vurulmuş 3000 azn ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Naxçıvan Dövlət Universitetinin tarix-filologiya məzunu olmuş, əvvəllər tanıdığı müəllim Zərərçəkmiş şəxs6 sayəsində "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları öyrənmişdir. Həmin kursların iki filialı mövcud olmuş, fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Tanışı Zərərçəkmiş şəxs6 Nizami flialının direktoru olmuş, 2022-ci ilin avqust ayının əvvələrində Zərərçəkmiş şəxs6 tanışlığı ilə "xxxx" hazırlıq kurslarının Nizami flialına getmişdir. Binaya daxil olmuq da onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 qarşılamışdır. Maaş və ödənişləri Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs ona işə başlaya biləcəyini, işə götürdüyünü, uşaqlara dərs deməsini bildirmiş və o, həmin gündən etibarən həftədə 2 dəfə hər biri 2 saat olmaqla tarix fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 45 dəqiqə və hər bir dərsin qiyməti 10 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş və heç bir əmək müqaviləsi bağlanmamış, Təqsirləndirilən şəxs özünü Xəzinə kurslarının təsisçisi, Zərərçəkmiş şəxs6 isə Nizami flialının direktoru kimi təqdim etmişdir. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Onda olan məlumata görə kursa gələn tələbələr aylıq bir fənn üzrə 200 manat ödəniş etmiş, orada adətən 8, 9, 10 və 11-ci sinif şagirdləri ali məktəbə hazırlaşmışdırlar. Təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərslər demiş, ümumilikdə orada riyaziyyat, azərbaycan dili, ingilis dili, tarix fənlərindən müəllimlər dərs demişlər. O, kursun Nərimanov filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşlar. Təqsirləndirilən şəxs onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi "xxxx" kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş, dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla onların jurnallarda imza etmələrini təmin etmiş bundan sonra dərsə başlamışdır. Ona vurulmuş 300 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Pedaqoloji Universitetinin riyaziyyat fakültəsinin məzunu olmuşdur. Əvvəllər tanıdığı müəllim Günay Hüseynovanın sayəsində "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları öyrənmişdir. Həmin kursların iki filialı mövcud olmuş, fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Tanışı Zərərçəkmiş şəxs6 həmin kursların Nizami flialının direktoru olmuş, 2022-ci ilin avqust ayının əvvələrində "xxxx" hazırlıq kurslarının Nizami flialına getmiş, ora yaxınlaşmış, binaya daxil olmuş və onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 qarşılamışdır. Maaş və ödənişləri Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs ona işə başlaya biləcəyini, işə götürdüyünü, uşaqlara dərs deməyini bildirmiş və o, həmin gündən etibarən həftədə 2 dəfə hər biri 2 saat olmaqla riyaziyyat fənnindən dərs demişdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, lakin heç bir əmək müqaviləsi bağlanmamış, Təqsirləndirilən şəxs özünü "xxxx" kurslarının təsisçisi, Zərərçəkmiş şəxs6 isə Nizami flialının direktoru kimi təqdim etmişdir. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi bağlanmamışdır. Ona ümumillikdə 2022-ci ilin sentyabr aylarından xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində dediyi dərslərə görə ödənilməli olan 360 (üç yüz altmış altmış manat) pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Azərbaycan Müəllimlər institutunun ingilis dili müəllimi fakültəsinin məzunu olmuş, bir sıra kurslarda müəllim işləmişdir. X5 da Riyaziyyat müəllimi olmuşdur. 2022-ci ilin avqust ayının əvvəlində əvvəllər tanıdığı Azərbaycan dili müəllimi Zərərçəkmiş şəxs6 əri ilə əlaqə saxlamış, "xxxx" təhsil mərkəzinin Bakı şəhəri Yasamal rayonunda ünvanını dəqiq bilmədiyi yerdə yerləşən və Nizami metrosunun yaxınlığında olan Nizami filialının direktoru olduğunu demiş və onunla ərinin işləmək istəyib-istəmədiyini soruşmuşdur. Onlar əvvəllər Elvin müəllimlə birlikdə "Kainat” təhsil mərkəzinin Sahil filialında müəllim işləmişlər. Hal-hazırda onlar işsiz olduqları üçün, "xxxx" təhsil mərkəzində Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxsla bir yerdə görüşmüşlər. "xxxx" təhsil mərkəzinin Nizami filialında həftədə 2 dəfə hər biri 4 saat olmaqla, həm də Nərimanov filialında həftədə 4 dəfə hər biri 8 saat olmaqla, əri ancaq Nizami filialında həftədə 4 dəfə olmaqla dərs deyəcəklərini və hər dərs saatı üçün 10 manat alacaqlarını bildirmişlər. Hər bir dərs saatı 45 dəqiqə olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 onlarla əmək müqaviləsi bağlamaları barədə heç nə deməmişdir. O, həmçinin vergi ödəyicisi kimi qeydiyyatdan əvvəllər keçmiş, onunla əmək müqaviləsindən savayı Kamil müəllim və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, Kamil müəllim əmək kitabçanın nə əslini, nə surətini istəmiş, o da tələb etməmişdir. 2022-ci ilin avqust ayının 8-dən Nizami filialında, avqust ayının 9-dan Bakı şəhəri Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi yerdə yerləşən və Nərimanov metrosu yaxınlığında olan Nərimanov filialında işə başlamış, əri isə avqust ayının 8- dən Nizami filialında dərs deməyə başlamışdır. Ona vurulmuş 250 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, yuxarıda göstərdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Azərbaycan Dövlət Slavyan Universitetinin rus dili və ədəbiyyat müəllimliyi fakültəsinin məzunu olmuşdur. Bir sıra təhsil müəssisələrində müəllim işləmişdir. Əvvəllər tanıdığı, bir yerdə işlədiyi Zərərçəkmiş şəxs1 köməkliyi ilə "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatlar öyrənmiş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində tanışı, iş yoldaşı Zərərçəkmiş şəxs1 köməkliyi ilə "xxxx" hazırlıq kurslarının Nizami filialına getmiş, ilk görüşdə yalnız Zərərçəkmiş şəxs6 olmuş, özünü kursun Nizami flialının məsul şəxsi kimi təqdim etmişdir. Səhərsi gün isə özünü kursun direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs orada olmuş, həmin gündən işə başlamışdır. Maaş və ödənişləri, iş qaydasını, işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməyini ona Təqsirləndirilən şəxs bildirmişdir. Həmin gündən etibarən o, həftədə 2 dəfə hər biri 6 saat olmaqla, rus dili fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, lakin onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Onda olan məlumata görə kursa gələn tələbələr aylıq bir fənn üzrə 200 manat ödəniş etmiş, orada adətən 8, 9, 10 və 11-ci sinif şagirdləri ali məktəbə hazırlaşmışlar. O, təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərslər demiş, ümumilikdə orada riyaziyyat, azərbaycan dili, ingilis dili, tarix fənlərindən müəllimlər dərs demişlər. O, kursun Nərimanov filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşdurlar. Təqsirləndirilən şəxs onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi Xəzinə kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş, dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla onların jurnallarda imza etmələrini təmin etmiş, bundan sonra dərsə başlamışdır. Ona vurulmuş 250 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, münasibət qurduq da, Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Tanışı Eldəniz müəllim həmin kursların Nizami filialında işləmiş, Eldəniz müəllimə həmin kurslarda iş axtardığımı demiş, 2022-ci ilin avqust ayının əvvəllərinda Eldəniz müəllim ona Nərimanov filialında vakansiya olduğunu bilmişdir. Bundan bir neçə gün sonra "xxxx" Təhsil Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ona zəng edərək telefonda iş stajinı soruşmuş və xx.xx.2022-ci il tarixdən etibarən Nərimanov filialında işə çıxa biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" hazırlıq kurslarının Nərimanov filialına getmiş, onu Təqsirləndirilən şəxs Azar oğlu qarşılamış, auditoriyaya aparmışdır. Orada yuxarı sinif şagirdləri oturmuş, Təqsirləndirilən şəxs işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməsini bildirmiş və həmin gündən etibarən həftədə 3 dəfə hər biri 3 saat olmaqla Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, lakin heç bir əmək müqaviləsi bağlanmamışdır. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Onda olan məlumata görə kursa gələn tələbələr aylıq bir fənn üzrə 200 manat ödəniş etmiş, orada adətən 8, 9, 10 və 11-ci sinif şagirdləri ali məktəbə hazırlaşmışdırlar. O, təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərslər demiş, ümumilikdə orada riyaziyyat, azərbaycan dili, ingilis dili, tarix fənlərindən müəllimlər dərs demişdirlər. O, kursun Nizami filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşdurlar. Təqsirləndirilən şəxs onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi Xəzinə kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş, o, dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla onların jurnallarda imza etmələrini təmin etmiş bundan sonra dərsə başlamışdır. O, ifadəsində göstərmişdir ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin ingilis dili müəllimliyi fakültəsinin məzunu olmuş, bir sıra təhsil müəssisələrində müəllim işləmişdir. Əvvəllər tanıdığı, bir yerdə işlədiyi Leyla xanımın köməkliyi ilə "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları almış, 2022-ci ilin avqust ayının əvvəllərində Leyla xanımın köməkliyi ilə "xxxx" hazırlıq kurslarının Nizami filialına getmiş, onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 qarşılamışlar, Zərərçəkmiş şəxs6 özünü kursun Nizami flialının direktoru, Təqsirləndirilən şəxs isə “Xəzinə təhsil Mərkəzinin” təsisçisi kimi kimi təqdim eləmişlər. Səhərisi gündən o, işə başlamış, maaş və ödənişləri, iş qaydasını, işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməyini ona K. Hüseynov bildirmişdir. Həmin gündən etibarən o, həftədə 3 dəfə hər biri 4 saat olmaqla, ingilis dili fənnindən dərs deməyə başlamışdır. K. Hüseynov ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 10 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, o lakin onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini, nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Orada adətən 8, 9, 10 və 11-ci sinif şagirdləri ali məktəbə hazırlaşmış, O, təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərslər demiş, ümumilikdə orada riyaziyyat, azərbaycan dili, ingilis dili, tarix fənlərindən müəllimlər dərs demişlər. O, kursun Nərimanov filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşlar. K. Hüseynov onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi Xəzinə kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş, o, dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla onların jurnallarda imza etmələrini təmin etmiş, bundan sonra dərsə başlamışdır. Ona vurulmuş 400 Azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Xəzər Universitetinin təhsil fakültəsinin məzunu olmuş, tanıdığı Ülkər müəllimənin sayəsində "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları öyrənmişdir. Həmin kursların iki filialı mövcud olmuş, fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Ülkər müəllimənin köməkliyi ilə "xxxx" hazırlıq kurslarının Nizami filialına getmiş, onu Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs ona maaş və ödənişləri, iş qaydasını, işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməyini bildirmişdir. Həmin gündən etibarən o, həftədə 2 dəfə hər biri 1 saat yarım olmaqla, kimya fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldığını, maaşları vaxtında ala biləcəyini bildirmiş, o sonuncuya inanmış və onunla heç bir əmək müqaviləsi bağlamamışdır. xx.xx.2023-cü il tarixdə ona vurulmuş 100 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya müəllimliyi fakültəsinin məzunu olmuş, 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Aysel Mürsəlovanın vasitəçiliyi ilə "xxxx" hazırlıq kurslarının Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filialına getmiş, onu Zərərçəkmiş şəxs6 tək qarşılamışdır. Zərərçəkmiş şəxs6 ona maaş və ödənişləri, iş qaydasını bildirmiş, 10 gün sonra "xxxx" təhsil mərkəzinin Nizami flialında işə başlamış, özünü "xxxx" Təhsil Mərkəzinin təsisçisi kimi təqdim edən Təqsirləndirilən şəxs orada olmuşdur. Zərərçəkmiş şəxs6 ona şifahi şəkildə həftədə 2 dəfə hər biri 4 saat olmaqla dərs deyə biləcəyini, dərsin 45 dəqiqə və hər bir dərsin qiyməti 08 azn olacağı barədə məlumat vermişdir. Ona vurulmuş 360 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2 nömrəli liseydə işlədiyi zaman Kəmalə xanımın vasitəsi ilə Xəzinə" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatlar almış, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. 2022-ci ilin sentyabr ayının əvvələrində "xxxx" hazırlıq kurslarının Nizami flialına getmiş, onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 qarşılamışdır. Maaş və ödənişləri Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs ona işə başlaya biləcəyini, işə götürdüyünü, uşaqlara dərs deməyini bildirmiş və o, həmin gündən etibarən həftədə 2 dəfə hər biri 3 saat olmaqla Rus dili və ədəbiyyat fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, o lakin, heç bir əmək müqaviləsi bağlanmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamışdır. Ona vurulmuş 300 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Nazirliyində işləyir. O, Təqsirləndirilən şəxs dövlətimizə və şəxslərə vurduğu ziyan tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, əvvəllər "Kainat" tədris müəssisəsində işləmiş, onunla birlikdə həmin tədris müəssisəsində işləmiş Zərərçəkmiş şəxs6 ona 2022-ci ilin may ayında "Xəzinə” təhsil mərkəzi hazırlıq kursları barədə məlumat vermiş, Nizami filialının müdiri olduğunu və işçiyə ehtiyacı olmasını bildirmişdir. O, həmin vaxt işsiz olduğu üçün və bu sahədə əvvəllər işlədiyinə görə təcrübəyə malik olduğundan Elvin müəllimin təklifi ilə razılaşmış, "xxxx" X14 rayonunda yerləşən filialına getmişdir. Onu kursun rəhbəri Təqsirləndirilən şəxs qəbul etmiş, iş təcrübəsi ilə maraqlanaraq işə qəbul etmiş, işə başlaya biləcəyini şifahi şəkildə bildirmişdir. xx.xx.2022-ci il tarixdən onu Abituriyent şöbə rəhbəri olaraq qəbul etmişdir. Bu abituriyentlərlə, valideynlərlə danışıqların aparılması, şagirdlərin davamiyyətinə nəzarət edilməsindən ibarət olmuşdur. Hər gün saat 09-dan 18-0 qədər olan müddət ərzində Nizami filialında olmuş və işləri Təqsirləndirilən şəxs tapşırığı ilə yerinə yetirmişdir. Həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Həmin vaxt kursun yalnız Nizami filialı fəaliyyət göstərmiş və o, hər hansı fənn üzrə tədris aparmamış, Kamil müəllim onu işə götürməsinə baxmayaraq onunla heç bir əmək müqaviləsi bağlamamışdır. Bundan başqa vergi ödəyicisi kimi qeydiyyata alınmamış və xidmət müqaviləsi də bağlanmamışdır. Abituriyent şöbəsinin müdiri olaraq qeyd etdiyi kimi abituriyentlərlə işin təşkilini həyata keçirmişdir. Dərslərin qiyməti və müəllimlərin işə qəbulunu Kamil müəllim özü şəxsən qəbul edib danışıb icra etmişdir. Nizami filialında 200-dən çox şagird dərs almış, müəllimlərin sayı isə təxminən 20 rəqəmi üzərində olmuşdur. Orada demək olar ki, qəbul imtahanları üçün nəzərdə tutulmuş bütün fənnlər tədris edilmişdir. Müəllimlərin heç biri ilə Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlamamış, yalnız şifahi razılaşmaya əsasən işə qəbul etmişdir. Nizami filialında 11 sinif otağı olmuşdur. 2022-ci ilin avqust ayında Nizami filialında 237 şagird tədris almışdır. Ortalama hər bir şagird üçün 200 manat civarında aylıq ödəniş edilmişdir. Həm Rus, həm Azərbaycan bölmələri fəaliyyət göstərmiş, ödəniş Zərərçəkmiş şəxs8 adlı mühasibatçıya nağd şəkildə verilmiş, Zərərçəkmiş şəxs8 isə bu barədə vərəqədə olan qəbzə möhür vuraraq valideynə təqdim etmişdir. Şagirdlərin valideynləri ilə tədrislə əlaqədar müqavilə bağlanılmış, bu müqavilə Aydan xanım tərəfindən bağlanılmışdır. Orada dərs və ödəniş barədə məlumatlar olmuşdur. Bütün bu işlərin təşkilatçısı Təqsirləndirilən şəxs özü olmuşdur. Zərərçəkmiş şəxs8 aylıq ödənişə dair yığılmış pulları Təqsirləndirilən şəxs və arvadı Fəridə Hüseynovaya təqdim etmişdir. İbtidai şöbənin rəhbəri Nüşabə xanım, İmtahan bölməsinin rəhbəri Aysel xanım, qeydiyyatçı isə əvvəllər Ülkər xanım sonra isə Zeynəb xanım olmuşdur. Bu şəxslərin heç biri ilə də Təqsirləndirilən şəxs tərəfindən əmək müqaviləsi bağlanmamışdır. Əmək kitabçanın nə əslini nə surətini Kamil müəllim istəməmiş, o da təqdim etməmiş, Təqsirləndirilən şəxs işə götürərkən 700 manatdan maaş verəcəyini vəd vermiş, Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən iyun, avqust və sentyabr ayları ilə əlaqədar 500 manatdan, oktyabr ayı üçün 600 manat əmək haqqı almışdır. Təqsirləndirilən şəxs ona160 manat borcu qalmışdır. Dərs grafikləri Kamil müəllim, onun və Elvin tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Kursun jurnalları olmuş. müəllimlər dərsə başlamazdan öncə mövzunun adı, şagirdlərin davamiyyəti yoxlanılmaqla jurnallarda imza etmələrini təmin etməli olmuşdurlar. Bir müddət sonra 2022-ci ilin oktyabr ayında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs maaşları vermir, yubadır və ya olduğu qədər kəsirlərlə vermiş, 2022-ci ilin oktyabr ayında artıq xeyli müəllimlər narazılığa başlamış, buna səbəb onların pullarının verilməməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə Nərimanov rayon filialında Təqsirləndirilən şəxs iclas keçirmiş və orada Zərərçəkmiş şəxs6 müəllimlərin və digər işçilərin maaşını verməyəcəyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə 600 manat əmək haqqı almış, bundan sonra müəllimlərlə birlikdə o da, kursdan işdən çıxmışdır. İşə girməyi və işdən çıxmağı rəsmiləşdirilməmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət arzində "Xəzinə” hazırlıq kursunun Nizami filialında Abituriyent şöbəsinin müdiri olaraq işləmişdir. Lakin, ona ödənilməli olan həmin zaman 160 manat maaş ödənilməmiş və əmək müqaviləsi bağlanmamış, bu səbəbdən müəllimlərlə birlikdə bu barədə X16 Xidmətinə ərizə ilə müraciət etmiş və orada izahat vermişdir. xx.xx.2023-cü il tarixdə ona vurulmuş 160 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs12 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, əlavə iş axtardığı üçün iş yoldaşlarının dəvəti ilə "xxxx" təhsil mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filialına getmiş, Zərərçəkmiş şəxs6 onu qarşılamış və maaş və ödənişləri, iş qaydasını bildirmişdir. Zərərçəkmiş şəxs6 ona şifahi şəkildə həftədə 3 dəfə 3 dərs hər biri 1 saat yarım olmaqla, dərs deyə biləcəyini və hər bir dərsin qiyməti 20 azn olacağı barədə məlumat vermişdir. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamışdır. Ona vurulmuş 1720 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs16 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuşdur. Həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Elanlardan nömrə götürərək "xxxx" Təhsil Mərkəzinin Nizami flialı ilə əlaqə saxlamış, və ora dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə "xxxx" Təhsil Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami flialına getmişdir. O, binaya daxil olduqda onu Təqsirləndirilən şəxs qarşılamış, işə başlaya biləcəyini, işə götürüldüyünü və 2022-ci ilin avqust ayından həftədə 2 dəfə hər biri 8 saat olmaqla ingilis dili fənindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 8 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldığını, maaşları vaxtında ala biləcəyini bildirmiş, lakin, onunla heç bir əmək müqaviləsi bağlamamışdır. 2 ay əmək müqaviləsiz işlədildikdən sonra, onun təkidi nəticəsində əmək müqaviləsi bağlanılmışdır. Kursun Nizami filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşlar. Təqsirləndirilən şəxs onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi Xəzinə kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş, grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. O, 2022-ci ilin oktyabr ayından həmin ilin noyabr ayının 1-ə qədər olan müddətdə "xxxx" təhsil mərkəzində əmək müqaviləsiz işləmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs17 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu olmuş, bir sıra təhsil müəssisələrində, 2022-ci ilin noyabr ayından hazıki vaxta qədər 254 nömrəli məktəbdə fizika müəlliməsi işləmişdir. Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. Elanlardan nömrə götürərək "xxxx" Təhsil Mərkəzinin Nizami flialı ilə əlaqə saxlamış və ora dəvət olunmuş, xx.xx.2022ci il tarixdə "xxxx" Təhsil Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami flialına getmişdir. O, binaya daxil olduq da, onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 qarşılamış, işə başlaya biləcəyini, işə götürüldüyü deyilmiş və xx.xx.2022-ci il tarixdən həftədə 3 dəfə hər biri 3 saat olmaqla riyaziyyat fənindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 16 azn olacağı barədə məlumat vermişdir. Sonradan münasibət qurduqda K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş və onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Ona ümumillikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzindən dərslərə görə ödənilməli olan 230 azn (iki yüz otuz azn) pul Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Bakı Biznes Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olmuş, ixtisası mühasibat uçotu və auditi olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində tanışından Bakı şəhərində fəaliyyət göstərən "Xəzinə təhsil mərkəzində mühasib vəzifəsi üzrə vakansiya olmasını öyrənmiş və işsiz olduğu üçün təhsil mərkəzinin rəhbəri Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu ona mühasib vəzifəsi üzrə vakansiya olduğunu demiş və Təhsil Mərkəzinin Bakı şəhəri, Nərimanov rayonu, E.Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialında görüşmüşdür. K.Hüseynvov ona kursun Nizami filialında işləyəcəyini və 300 manat aylıq əmək haqqı ödəyəcəyini bildirmiş, vəzifə təlimatı barədə isə kursda olan abituriyentlərdən aylıq ödənişlərin yığılaraq hesabat tutulması, müəllimlərin və digər işçilərin əmək haqlarının hesablanaraq ödənilməsi və digər mühasibat işlərinin görülməsinin aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla razılaşmış və 08 avqust 2022-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filialında işə başlamış, kursa gələn abituriyentlərin aylıq ödənişlərini toplamış və bu barədə Excel faylında qeydiyyat aparmışdır. Ayın sonunda isə bu barədə Təqsirləndirilən şəxs hesabat vermişdir. Kursa təxminən 130-150 arası abituriyent gəlmiş və abituriyentlərin hər biri 50-250 manat arası aylıq ödəniş etmişdirlər. "xxxx" hazırlıq kursunun Nizami filialında əmək müqaviləsi olmadan mühasib olaraq 3 ay müddətində işlədilmiş və ümumilikdə 140 (yüz qırx) manat əmək haqqı kəsilmiş, sonradan isə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs25 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, "xxxx" Təhsil mərkəzində hazırlıq kurslarında müəllim kimi işləmişdir. Həmin kursun iki filialı var idi. Nizami filialında işə başlamazdan önçə Təqsirləndirilən şəxs razılaşmışdır ki, hər dərsə görə ona 20 manat pul verəcəkdir.. Lakin Kamil ona heç bir pul verməmişdir.Məhz ona görə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs18 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, həmin kursların iki filialı mövcud olmuşdur. Filiallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. 2022-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayına qədər "xxxx" təhsil Mərkəzində işləmiş və Təqsirləndirilən şəxs tərəfindən əmək müqaviləsi bağlanılmamışdır. Ona dəymiş 300 azn ziyan xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs21 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Pedaqoloji Universitetinin riyaziyyat-informatika fakültəsinin məzunu olmuş, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs6 sayəsində "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları öyrənmiş, o, Zərərçəkmiş şəxs6 “Hədəf” Kurslarında işləyən zaman tanımışdır. Həmin kursların iki filialı mövcud olmuş, fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs6 köməkliyi ilə "xxxx" hazırlıq kurslarının Nizami filialına getmiş, onu Elvim qarşılamış, sonradan Təqsirləndirilən şəxs gəlmişdir. Maaş və ödənişləri, iş qaydasını, işə başlaya biləcəyini, işə götürdüyünü və uşaqlara dərs deməsini ona Təqsirləndirilən şəxs bildirmişdir. Həmin gündən etibarən o, həftədə 3 dəfə hər biri 2 saat olmaqla, informatika fənnindən dərs deməyə başlamışdır. Təqsirləndirilən şəxs ona şifahi şəkildə dərsin 90 dəqiqə və hər bir dərsin qiyməti 10 azn olacağı barədə məlumat vermişdir. Sonradan K. Hüseynov ona kursun yeni açıldğını, maaşları vaxtında ala biləcəyini bildirmiş, lakin, onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Həmçinin o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və bu barədə sertifikatı olmamışdır. Onunla əmək müqaviləsindən savayı Kamil və ya digər şəxs tərəfindən xidmət müqaviləsi də bağlanmamış, əmək kitabçasının nə əslini nə surətini Kamil müəllim istəməmiş, o da tələb etməmişdir. Təxminən hər sinifdən 6-9 tələbəyə sinif otaqlarında dərs demiş, ümumilikdə orada riyaziyyat, azərbaycan dili, ingilis dili, tarix fənlərindən müəllimlər dərs demişlər. O, kursun Nərimanov filialını ümumiyyətlə görməmiş, orada müəllimlər otağı olmamış, adətən dəhlizdə və ya mətbəxdə olmuşdurlar. K. Hüseynov onu şifahi razılaşmaya əsasən işə götürmüş və müəllim kimi "xxxx" kurslarında işlərə cəlb etmiş, dərs qrafikləri Kamil müəllim tərəfindən tərtib edilmiş grafikə əsasən sinif jurnallarında uşaqların davamiyyətinə görə qeyd aparılmışdır. Ona vurulmuş 160 Azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs23 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin avqust ayının əvvəlində "xxxx" Təhsil Mərkəzinin Bakı şəhəri, Yasamal rayonunda, Nizami metrosunun yaxınlığında olan Nizami flialına yaxınlaşmış, onu Zərərçəkmiş şəxs6 tək qarşılamış, dərslər, ödənişıər və iş saatları barədə söhbət eləmişdir. 10 gün sonra "xxxx" Təhsil Mərkəzinin Bakı şəhəri, Yasamal rayonunda, Nizami metrosunun yaxınlığında olan Nizami flialına işə başlamış, ilk dərs gününə çıxanda özünü "xxxx" Təhsil Mərkəzinin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs orada olmuşdur. Zərərçəkmiş şəxs6 həftədə 2 dəfə hər biri 4 saat olmaqla, dərs deyəcəyini və hər dərs saatı üçün 08 manat alacağını bildirmişdir. Onunla heç bir əmək müqaviləsi bağlanmamış, ona vurulmuş 120AZN ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs24 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin müxtəlif yerində olan elanlardan "xxxx" Təhsil Mərkəzində hazırlıq kurslarında iş olması barədə məlumatları oxumuş, həmin kursların iki filialı mövcud olmuşdur. Fliallardan biri Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28A ünvanında yerləşən Nizami metrosunun yaxınlığında Nizami filiali, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev 11 A ünvanında yerləşən Nərimanov metrosunun yaxınlığında olan Nərimanov filialı olmuşdur. O, 2022-ci ili sentyabr ayından elə həmin ayın axırına qədər "xxxx" Təhsil Mərkəzinin Nizami flialında əmək müqaviləsiz işləmişdir. Ona vurulmuş 40 azn ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinə materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaq zamanı ödəməkdən yayındırılmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 4027,94 (dörd min iyirmi yeddi manat, doxsan dörd qəpik) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. (Cild 2, vərəqə: 180-183, Cild 3, vərəqə: 175-178) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X18 üzrə Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********4055600 nömrəli məktuba əsasən, xx.xx.2023-cü il tarixə qədər vergi ödəyicisi Təqsirləndirilən şəxs (VÖEN:**********) və "xxxx" MMC-nin (VÖEN: **********)-nin borcu mövcud deyildir. Təqsirləndirilən şəxs fəaliyyəti aktiv, "xxxx" MMC-nin fəaliyyəti isə müvafiq ərizəyə əsasən xx.xx.2032-ci il tarixədək dayandırılmışdır. (Cild 3, vərəqə: 209-210) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 mart 2023-cü il tarixli, 16/1-395ia nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs DİN-in Vahid Məlumat axtarış sistemində məhkumluğu barədə ilkin məlumatları aşkar edilməmişdir. (Cild 2, vərəqə: 204-205) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyəti Başçısının İ müavini Hüseyn Əfəndiyevin xx.xx.2023-cü il tarixli, 5-21/2- 866/26 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs haqqında Yasamal rayon 43 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. (Cild 4, vərəqə: 1-3) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 3, vərəqə: 183-188) İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, onların təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan “X19” qəbzindən görünür ki, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 3178 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci və 308.1-ci maddələri ilə tövsif edilməli və o, həmin Məcəllənin 308.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs fiziki şəxslərin hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qanunvericilikdə nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsi əməlinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olsa da, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə, o cümlədən fiziki şəxslərin hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir daha belə hallara yol verməyəcəyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbi və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilməlidir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Əlavə cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun aylıq qazancından ilk dəfə dövlət nəfinə tutulmanın aparıldığı gündən hesablanmalı və hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 110 saata görə 660 (altı yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs26 tərəfindən verilmiş mülki iddia təmin olunmalıdır. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülmüş qalıq qalan 3178 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət idarə və müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma, həmçinin pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 110 saata görə 660 (altı yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs26 tərəfindən verilmiş mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülmüş qalıq qalan 3178 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-19/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-19/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver