Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-19/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri, həmçinin narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi “Razin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,035 qram, 0,024 qram, 0,092 qram, olmaqla ümumi təmiz çəkisi 0,180 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,135 qram və bir ədəd plastik qabda təmiz çəkisi 0,157 qram olmaqla ümumi təmiz çəkisi 0,292 qram təşkil edən ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini, psixotrop maddə hesab edilən fenazepamın təsir maddəsinin miqdarı 0,005 qram təşkil edən üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) (bir ədəd həbdə fenazepamın təsir maddəsinin miqdarı 0,001 qramdır) ədəd ağ rəngli həbləri, bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan yaşıl rəngli tozşəkilli psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), həmçinin üzərində “P300” göstəricisi olan, ağ-qəhvəyi rəngli, kapsul formalı hər birində 0,3 qram preqabalin olmaqla, cəmi 03 (üç) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını, üzərində “Tramadol 50 mq” göstəricisi olan 1(bir) ədəd ağ-göy rəngli kapsul formalı tramadolun təsiredici maddəsinin ümumi iniqdarı 0,05 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tarmadol tərkibli dərman preparatını və üzərində “İqeksifen 2mq” gösǝticisi olan 1(bir) ədəd ağ rəngli həb formalı siklodolun təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan siklodol tərkibli dərman preparatını əldə edib üzrǝində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 dəqiqədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli al çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı həmin 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,035 qram, 0,024 qram, 0,092 qram, olmaqla ümumi təmiz çəkisi 0,180 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,135 qram və bir ədəd plastik qabda təmiz çəkisi 0,157 qram olmaqla ümumi təmiz çəkisi 0,292 qram təşkil edən ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, psixotrop maddə hesab edilən fenazepamın təsir maddəsinin miqdarı 0,005 qram təşkil edən üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) (bir ədəd həbdə fenazepamın təsir maddəsinin miqdarı0,001 qramdır) ǝdəd ağ rəngli həblər, bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan yaşıl rəngli tozşəkilli psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), həmçinin üzərində “P300” göstəricisi olan, ağ-qəhvəyi rəngli, kapsul formalı hər birində 0,3 qram preqabalin olmaqla, cəmi 03 (üç) ǝdəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı, üzərində “Tramadol 50 mq” göstəricisi olan 1(bir) ədəd ağ-göy rəngli kapsul formalı tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tarmadol tərkibli dərman preparatı və üzərində “İqeksifen 2mq” gösǝticisi olan 1(bir) ədəd ağ rəngli həb formalı siklodolun təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan siklodol tərkibli dərman preparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. X19 onun tanışıdır və onlar arasında dostluq münasibətləri vardır. X29 isə tanımamışdır, lakin onun Ləman Hacıyevanın ünvan 3 ünvanında kirayə yaşaması, X6 isə həmin ünvanda qalması barədə məlumatı olmuşdur. 12 oktyabr 2023-cü il tarixində X19 onu Ləman Hacıyevanın evinə dəvət etmişdir. O, həmin evə gəldiyi zaman evdə Çinarə və Ləman olmuşdur. O, evə daxil olduqdan sonra xəstə halda evdə yatan Ləman Hacıyevaya salam verdikdən sonra Çinarə ilə birlikdə mətbəxə keçmişdir. Çinarə ona metamfetamin təklif edərək mətbəxdəki stolun üzərinə qoymuş, bundan təxminən on dəqiqə sonra evə gələn Kamran və Telmanın ardınca bir neçə nəfər polis əməkdaşı həmin evə daxil olaraq axtarış aparmağa başlamışdırlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Çinarənin üzərində isə dərman preparatları olmuşdur. Polislər evdə axtarış həyata keçirən zaman həmin evdə Çinarəyə məxsus yataq otağında yerləşən yatağın üzərində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici həplər və digər dərman preparatları aşkar etmişdirlər. Polis əməkdaşları həmin vasitələri qara rəngli əl çantasına yığaraq onlara narkotik vasitələrin dövrüyəsində şübhəli olduğlarını bildirib onları Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 27-ci polis şöbəsinə getmişdir. Orada olan zaman Çinarə ona ikinci dəfə məhkum olunmaq istəmədiyini bildirərək onun üzərində çıxan vasitələrin özünə məxsus olmasını bildirməsini ondan xahiş etmişdir. Çinarə onun rəfiqəsi olduğu üçün onun xahişini yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin vaxt əlində saxladığı qara rəngli əl çantasının içərisində olan müxtəlif növ dərman preparatlarını, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən çıxan dərman preparatlarının və narkotik vasitələri polis əməkdaşları nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin üzərində olan narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini və güclü təsiredici dərman preparatlarını anket məlumatlarını bilmədiyi şəxsdən onlayn qaydada almışdır. Bundan sonra onun əlində olan qara rəngli əl çantasından aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici həplər və digər dərman preparatlar zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman X20, X6, X17, X9, X10, X7 üzərlərində narkoik vasitə və psixotrop maddə olması barədə heç bir məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Yekun olaraq o, üzərindən çıxan narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən vasitələrin ona məxsus olmadığı üçün hazırki cinayət işi üzrə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, Yasamal RPİ-nin 27-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 oktyabr 2023-cü il tarixdə X20 yaşadığı ünvan 4 ünvanında oğurluq vasitəsilə əldə edilmiş “Samsung” markalı televizoru olması barədə daxil olan əməliyyat məlumatının yoxlanılması məqsədilə Yasamal RPİ-nin 27-cı PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 rəhbərliyi altında, onun və digər əməliyyat müvəkkillərinin iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Elə həmin gün, saat 21:00-da o və əməliyyat qrupunun digər iştirakçıları ilə ünvan 4 ünvanına gələrək orada X30 icazəsi ilə həmin mənzilə daxil olaraq mənzildə olan şəxslərə özlərini təqdim etmişdirlər. Həmin vaxt orada olan Əzizə və Çinarə adlı şəxslər stolun üzərinə qoyduqları narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdurlar. Bundan sonra onlar həmin şəxslərə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğlarını bildirib onları Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmişdirlər. Saxlanılan şəxslər onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdirlər. Orada Təqsirləndirilən şəxs xidməti otaqların birində hüquqları izah olunaraq müdafiəçinin iştirakı ilə təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasından 04 ədəd ayrı-ayrılıqda bükümdə qəhvəyi rəngli, 01 ədəd sellofan bükümdə və 01 ədəd plastik qabda ağ rəngli kristallik maddələr, üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) ədəd ağ rəngli həbb, 01 ədəd bükümdə yaşıl rəngli tozşəkilli maddə üzərində P300 göstəriçisi olan 3(üç) ədəd ağ-qəhvəyi rəngli maddə üzərində “Tramadol 50 mq” göstəriçisi olan 1(bir) ədəd ağ-göy rəngli maddə və üzərində “İqeksifen 2mq” gösəticisi olan 1(bir) ədəd ağ rəngli həbbi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində qadağan olunmuş başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini, psixotrop maddə metafetamini və dərman həblərini tanımadığı şəxsdən onlayn qaydada almışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi hər bir maddə və həblər içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid7 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edir. 12 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şöbənin əməliyyat müvəkkilləri tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı şöbəyə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun seçdiyi müdafiəçi dəvət etmişdir. Daha sonra təxminən gecə radələrində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində daşınması qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş və o, əlində olan qara rəngli əl çantasından 04 ədəd ayrı-ayrılıqda bükümdə qəhvəyi rəngli, 01 ədəd sellofan bükümdə və 01 ədəd plastik qabda ağ rəngli kristallik maddələr, üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) ədəd ağ rəngli həbb, 01 ədəd bükümdə yaşıl rəngli tozşəkilli maddə üzərində P300 göstəriçisi olan 3(üç) ədəd ağ-qəhvəyi rəngli maddə üzərində “Tramadol 50 mq” göstəriçisi olan 1(bir) ədəd ağ-göy rəngli maddə və üzərində “İqeksifen 2mq” gösəticisi olan 1(bir) ədəd ağ rəngli həbbi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini, psixotrop maddə metafetamini və dərman həblərini astma xəstəsi olduğu üçün şəxsi istifadə məqsədilə tanımadığı şəxsdən onlayn qaydada aldığını bildirmişdir. Həmin maddələr zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı şöbəyə hər hansı məlumat daxil olmamışdır. Şəxsi axtarış və götürmə protokolunda saat texniki baxımdan səhv qeyd olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış gecə saatlarında aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan və şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə gecə saat 00:00 radələrində yaşadığı evdə olan zaman Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı X32 onun istifadəsində olan mobil telefonuna zəng edərək onu hal şahidi qismində Polis Şöbəsinə dəvət etmişdir. Bundan sonra o, polis şöbəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçinin iştirakı ilə təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan maddələri təqdim etdikdən sonra onun tərəfindən üzərinə şəxsi axtarış aparılmış və onun üzərində qadağan olunmuş başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin, psixotrop maddə metafetaminin və dərman həblərinin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X35 məhkəmə iclasında verdiyi ifadəsinə göstərdi ki, o, həyat yoldaşı X21 ilə birlikdə ünvan 3 ünvanında kirayə yaşayır. Onlar narkotik vasitə istifadəçisidirlər. X19 onun rəfiqəsidir və bəzən onun yaşadığı evdə qalırdı. 12 oktyabr 2023-cü il tarixində Çinarə Məmmədova ona həmin gün evə rəfiqəsinin gələcəyini bildirmişdir. Bundan bir qədər sonra onun yaşadığı evə əvvəllər tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs gəlmişdir. Daha sonra onun yaşadığı evə heç bir icazə olmadan qanunsuz olaraq bir neçə polis əməkdaşı daxil olmuşdur. Həmin polis əməkdaşları evdə axtarış aparmağa başlamış və evdən ona məxsus narkotik vasitələr aşkar etmişdirlər. Bundan başqa polis əməkdaşları Çinarəyə məxsus qara çantadan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar etmişdirlər. Həmin vaxt Əzizə həmin vasitələrin özünə məxsus olmasını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirmişlər. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1-2) Əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2023-cü il tarixli protoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PS-in baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Cinayət-Prosessual məcəlləsinin 51-ci maddəsinin tələblərini rəhbər tutaraq, Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid5, polis leytenantı Şahid6, polis kapitanı X4. polis baş leytenantı Şahid3, polis baş leytenantı Şahid1, sahə inspektoru polis leytenantı Şahid2 və 27-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, xx.xx.1986-cı il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan X20 H.ünvan 6 ünvanda kirayədə yaşayan zaman oradan “Samsung” markalı televizoru oğurlaması şübhəsi yarandığı üçün həmin şəxsin hal-hazırda ünvan 7 ünvanda yaşayıb-yaşamamasının müəyyən olunması üçün daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvercilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yuxarıda göstərilən polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. (i.v. 6) “Şübhəli şəxsin tutulması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:15 dəqiqədə tutulmuş, azadlığı faktiki olaraq 21:00 dəqiqədə məhdudlaşdırılmışdır. (i.v. 20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasının içərisindən gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik iki ədəd bükümü, bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik bükümü, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli salfetə bükülmüş vəziyyətdə toz şəkilli, yaşıl rəngli maddəni, çəhrayı rəngli plastik materiallı qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni, şəffaf rəngli plastik materialdan olan qabın içərisində ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddəni, şəffaf rengli şüşə materiallı qabın içərisində olan bir ədəd dərman preparatı və ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddəni və yaşıl və narıncı platsik materialdan olan borucuğun içərisində ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddələrin paketləri yararsız olduğu üçün həmin bükümlər bir ədəd şəffaf sellofana tökülərək birləşdirilmiş, içərəsində qəhvəyi rəngli ləkələr olan iki ədə şüşə materialli kolbanı və ümumilikdə 39 ədəd həbləri təqdim edib, narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyi maddələri şəxsi istifadəsi üçün onlayn satış yolu ilə tanımadığı şəxsdən aldığını, şüşə materialdan olan kolbaları həmin narkotik vasitə və psixotrop maddələrin qəbul edilməsi üçün istifadə etdiyini, həbləri isə astma xəstəliyindən aldığı müalicəsi ilə əlaqədar qəbul etdiyini bildirdi. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5361 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N168” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs təqdim ...” ad,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki: - 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,029qram, 0,035qram, 0,024qram, 0,092qram ümumi çəkisi 0,180 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1(bir) selofan bükümdə təmiz çəkisi 0,135 qram və 1(bir) ədəd plastik qabda təmiz çəkisi 0,157 qram,ümumi təmiz çəkisi 0,292 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan yaşıl rəngli tozşəkilli maddə psixotrop maddə MDMA(metilendioksimetamfetamindir) Təqdim olunmuş üzərində “P300” göstəricisi olan ümumilikdə 3(üç)ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,9 qram olduğu müəyyən edildi.(bir ədəd kapsulda preqabalinin təsir maddəsində miqdarı 0,3qramdır) Təqdim olunmuş üzərində “tramadol 50mq” göstəricisi olan 1(bir) ədəd ağ-göy rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,05 qram olduğu müəyyən edildi.(bir ədəd kapsulda tramadolun təsir maddəsində miqdarı 0,05 qramdır) Təqdim olunmuş üzərində “Fenezipin 0,01q” göstəricisi olan 5(beş) ədəd ağ rəngli həbin tərkibində fenazepamın təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,05 qram olduğu müəyyən edildi.(bir ədəd həbdə fenezepamın təsir maddəsində miqdarı 0,01qramdır) Təqdim olunmuş üzərində “..iqeksifen 2mq” göstəricisi olan 1(bir) ədəd ağ rəngli həbin tərkibində siklodolun təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,002 qram olduğu müəyyən edildi.(bir ədəd həbdə siklodolun təsir maddəsində miqdarı 0,002 qramdır) Təqdim olunmuş üzərində “Clozapine 100mq” göstəricisi olan 1(bir) ədəd həbin üzərində “..irtazapi..” gösətricisi olan 2 ədəd çəhrayı rəngli həbin,üzərində “Ketotifen” gösətricisi olan 3 ədəd ağ rəngli həbin,üzərində “Majezik” göstərici olan 3 ədəd göy rəngli həbin,üzərində “F” göstəricisi olan 1 ədəd ağ rəngli həbin,üzərində “Fixudal” göstəricisi olan 2 ədəd çəhrayı rəngli həbin,üzərində “Xofitol”göstəricisi olan 15 ədəd qəhvəyi rəngli həbin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə,psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Təqdim edilmiş 2(iki) ədəd ucuna plastik boru bərkidilmiş şüşə kolbanın içərisində psixotrop maddə olan metafetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisi müəyyən etməkvə maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahi İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına”(1 nömrəli əlavə) daxildir. Tramadol hidroxlorif 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına”(1 nömrəli əlavə) daxildir. Triheksilfenidil (siklodol) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına”(1 nömrəli əlavə) daxildir. Fenazepam “Azərbaycan Respublikasının ərazsində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (Siyahi İİİ) daxildir. MDMA 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahi İ) daxildir. (i.v. 39-44) “Diskə baxış keçirilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, DVD-R diskdə əks edilmiş görüntülər 12 oktybar 2023-cü il tarixdə qeydə alınıb. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Çingiz Qurbanovun sağ tərəfində masa arxasında əyləşmiş şəxs, “22 saylı” vəkil bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti otaqda olan masanın sağ tərəfində - əynində qara rəngli idman şalvarı, qara rəngli poliver üzəri ağ rəngli MİAV sözü yazılmış, əlində qara rəngli əl çantası olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 və onun yanında həmin polis şöbəsinin xadiməsi X22r. Video çəkilişin davamında təhqiqatçı Çingiz Qurbanov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasını qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kustar üsulla hazırlanmış narkotik vasitə çəkmək üçün kolba, 01 list çərisində 15 ədəd qəhvəyi rəngli, 01 ədəd ağ və mavi rəngli, 03 ədəd ağ və qəhvəyi rəngli, 03 ədəd mavi rəngli, 07 ədəd ağ rəngli, 01 ədəd sarı rəngli, 01 listdə 05 ədəd ağ rəngli həb, 01 list 04 ədəd gümüşü rəngli həb, 01 ədəd mavi rəngli krem qabı, 01 ədəd şəffaf sellofanın içərisində ağ rəngli kağız bükülüyə bükülmüş yaşıl rəngli maddə, 01 ədəd şəffaf plastik qab içərisində ağ rəngli kristallik maddə, 01 ədəd narıncı və 01 ədəd yaşıl rəngli plastik qabın içərisində ağ rəngli kristallik maddə birləşdirilərək 1 ədəd şəffaf sellofana qoyulmuş, 01 ədəd çəhrayı rəngli plastik qabın içərisində qəhvəyi rəngli maddə, 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində qəhvəyi rəngli maddə, 01 ədəd ağ rəngli salfetkaya bükülmüş içərisində ağ rəngli maddə, 02 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli maddə iştirakçıların və sonuncunun gözü qarşısında açılır. O həmin həblərin narkotik vasitə olduğunu və maddələrin “kakos” kimi bilinən narkotik vasitə heroin və “patı” kimi bilinən psixotrop maddə metafetamin olduğunu, həmin narkotik vasitə, psixotrop maddələri və həbləri 01 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Razin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 (yüz) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşımış, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21:00-da polis əməkdaşları tərəfindən ünvan 8 ünvanında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin qəhvəyi rəngli maddə, ağ rəngli kristallik maddə və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (i.v. 53-54) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X23 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 71-73) “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X36 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 74-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 80) “Diskə baxış keçirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-15265/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə sübut əhəmiyyətinə malik məlumat müəyyən edilməmişdir. (i.v. 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X48 Şəxsi Ambulator X2 nəticələrinə dair 13 oktyabr 2023-cü il tarixli 6494 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 126-127) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnnı barəsində axtarış elan edilmiş və o tutularaq Yasamal RPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v. 128-129) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00-da saxlanılaraq Yasamal RPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v. 136) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (i.v. 144-145) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-39/2024 nömrəli qərardan görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək onun əvvəllər məhkumluğu olmadığından rəfiqəsinin xahişi ilə narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 170-172) “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərk götürülümş narkotik vasitǝ heroin tǝdiqata sərf edildikdən sonra ümumi çəkisi 0,120 qram, psixotrop maddə metafetamin tǝdiqata sərf edildikdən sonra 0,192 qram, psixotrop maddə MDMA tǝdiqata sərf edildikdən sonra 0,114 qram, güclü təsir edən maddəǝ Preqabalin tǝdiqata sərf edildikdən sonra 02 ədəd kapsul, güclü təsir edən maddə Tramadol tǝdiqata sərf edildikdən sonra 02 ədəd kapsul, psixotrop maddə Fenazepam tadiqata sərf edildikdən sonra 04 ədəd həb, güclü təsir edən maddə Triheksilfenidil(siklodol) tǝdiqata sərf edildikdən sonra ½ ədəd həb iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərk götürülmüş tədiqata sərf edildikdən sonra Ketotifen” 3 ədəd həb, üzərində “F” göstəricisi olan ½ ədəd həb, “Klozapin” ½ ədəd həb, “Fixudal” 3 ədəd hǝb, “Majestik” 2 ədəd həb, “Xofitol” 14 ədəd həbb tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid maddi sübut kimi olmadığı üçün iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən tanınmamış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (i.v. 173-185) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən 1.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “Protokol”un 1-ci vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, 2-ci vərəqində “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 1.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “Protokol”un 2-ci vərəqində “Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı” qrafasında “Şahid1” yazılarının qarşısında olan imza - Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 1.3. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “Protokol”un 2-ci vərəqində “Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı” qrafasında “Şahid2” yazılarının qarşısında olan imza - Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 1.4. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “Protokol”un 2-ci vərəqində “Yasamal RPİ-nin 27-ci PŞ-nin xadiməsi” qrafasında “Ayşən Nadirova” yazılarının qarşısında olan imza - X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 1.5. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “ProtokoFun 2-ci vərəqində “Müdafiəçi:” qrafasında “Müdafiəçi1” yazılarının qarşısında olan imza - Müdafiəçi1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 1.6. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) “Protokol”un 2-ci vərəqində “Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı” qrafasında “Çingiz Qurbanov” yazılarının qarşısında olan imza – X32 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. “Cinayət təqibinə xitam verilməsi və iş üzrə icraatın dayandırılması haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, X7 və X20 mənzilindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 177.1, 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Həmin qərardan görünür ki, X3 miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddani satmaq məqsədi ilə qeyri-rəsmi ar-arvad münasibətində olduğu X35 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vatandaşı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən dəqiq ünvanı bilinməyən uşaq bağçasının yaxınlığında qoyulmuş yerdən əldə etdiyi bir ədəd şəffaf rangli plastik qabın içərisində 19 ədəd sellofan bükümdə ümumi tamiz çəkisi 19.290 qram qəhvəyi rangli tozşəkilli xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azarbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxil edilmiş narkotik vasitə heroin 09 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 5,176 qram ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış. 28 iyun 2005-ci il tarixli Azarbaycan Respublikası Qanunu ila tasdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahi 1) daxil edilmiş psixotrop maddə metamfetamin, bir ədǝd plastik qabda təmiz çəkisi 1.172 qram 11 ml həcmində sarımtıl rəngli maye kustar üsulla hazırlanmış metamfetamin məhlulu. Bir ədəd üzərində “PG 300” yazısı olan ağ-qǝhvəyi rəngli kapsul pregabalin tərkibli bir ədəd kapsulda preqabilinin təsiredici maddəsi 0.3 qram dərman preparation qanunsuz olaraq əldə edib kirayədə yaşadığı və tiryəkxana təşkil etdiyi ünvan 10 ünvanına gələrək qeyd edilən narkotik vasitə vǝ psixotrop maddələri üzərində daşımaqla əldə etdiyi həmin kütlələri evdə qonaq otağında olan masanın üzərində saxlamış, tiryǝkxana təşkil etdiyi yaşadığı kirayədə mənzildə təmiz çəkisi 0.231 qram psixotrop maddə olan metamfetamini X11, təmiz çəkisi 0.210 qram psixotrop maddə olan metamfetamini X24, təmiz çəkisi 0,324 qram psixotrop maddə olan metamfetamini X1. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şahari Yasamal RPİ-nin 29-cu PŞ-in əməkdaşları tərəfindən X35, X8 məxsus mənzildən oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün onun kirayədə yaşadığı ünvan 11 ünvana baxış keçirilən zaman evin qonaq otağında masanın üzərindən bir ədəd şəffaf rəngli plastik qabın içərisində 19 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 19.290 qram qəhvəyi rəngli tozşəkilli xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 09 ədəd sellofan bükümdə ümumi tamiz çəkisi 4.411 qram ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyavi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin. Üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərǝzi, üzərində metamfetaminin izləri olan 3 ədǝd 1 manatlıq pul ǝskinazları və üzərində heroinin izləri olan 2 ədəd gümüşü rəngli falqa kağız parçaları aşkar edilərək götürülmüşdür. İş üzrə aparılmış istintaq zamanı 12 oktyabr 2023-cü il tarixli evə baxış protokolundan görünür ki. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 12 ünvanda baş vermiş oğurluqda şübhəli bilinən X37 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, mənzil 658 nömrəli yaşayış evinin giriş qapısının qarşısında olarkən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. X35 qeyri-rəsmi münasibətdə olduğu X25 ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, mənzil 658 nömrəli mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Həmin ünvanda narkotik vasitələrin va ya psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılması haqqında» 12 oktyabr 2023-cü il il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs X37 və X13 bu barədə qərarla tanış edərək ünvana daxil olunmuşdur. Həmin mənzilə daxil olunduqda mənzildə X21, X19, Təqsirləndirilən şəxs, X34, X26 və X10 olması müəyyən edilmişdir. Həmin şəxslərin nə məqsədlǝ mənzildə olmaları barədə Ləman Hacıyevadan soruşduqda L.Hacıyeva, onları narkotik vasitə istifadəçiləri olduğunu, ağrıları olduğu üçün həmin şəxslərə mənzilində narkotik vasitə istifadə etmələrinə şərait yaratdığını bildirmişdir. Ləman Hacıyevaya yaşadığı mənzili narkotik vasitə istifadəçilərinə nəyin müqabilində verməsi barədə sual verdikdə o, öz şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələrin pulunu çıxarması üçün dostlarının mənzildə narkotik vasitə istifadə etməsinə şərait yaratdığını bildirmişdir. Sözügedən ünvanda olması ehtimal edilən Leyla Muradxanovaya məxsus “Samsung” markalı televizoru, bundan başqa, narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları va ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Ləman Hacıyeva 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 12 ünvandan “Samsung” markalı televizoru oğurladığını va həmin tarixdə tanımadığı şəxsə satdığını bildirmiş, həmçinin masanın üzərində olan şəffaf rəngli plastik qabın içərisində 18 ǝdad şəffaf sellofana bükülü, içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər bükülü, 07 ədəd şəffaf sellofana bükülü, içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər bükülü, 01 ədəd siqaretin gümüşü kağızına bükülü, ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamina bənzər bükülü, 01 ǝdəd preqabalin tərkibli psixotrop maddǝyǝ bənzər kapsula, bundan başqa, 01 ədəd elektron tǝrǝzi, 01 ǝdəd içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamina bənzər kütlə olan yaşıl rəngli plastik qab, 03 ədəd narkotik vasitə istifadə etdiyi 01 manatlıq pul əskinası, X37 özünə məxsus qara rəngli çantanı açaraq içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rangli, toz şəkilli maddə öz deməsinə görə “kakos” adlanan narkotik vasitəyə bənzər heroin, 01 ədəd şəffaf rəngli, kristal şəkilli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə, narkotik vasitə qəbulunda istifadə edilən butulka içərisində psixotrop maddə olan metamfetaminə bənzər su məhlulu, 23 ədəd sarı rəngli həbb, narkotik vasitənin qabulunda istifadə edilən gümüşü kağız qablaşdırılaraq götürülmüş, möhürlənmiş və üzəri şübhəli şəxslər tərəfindən imzalanmışdır. Həmin narkotik maddələrə bənzər kütlələrin kimə məxsus olmasi barədə soruşduqda Ləman Hacıyeva və Telman Həsənov narkotik maddələrə bənzər kütlələrin onlara maxsus olduğunu, gəlir əldə etmək məqsədi ilə deyil, dostları olduqları üçün X19, Təqsirləndirilən şəxs, X34, Əliyev Kamran Səfərǝli oğlu va X18 narkotik vasitə istifadə etmələri üçün verdiklərini bildirmişdir. Daha sonra həmin mənzildə olan digər şəxslər X19, Təqsirləndirilən şəxs, X34, X26 və X14 mənzildə hansı səbəbə olmaları barədə soruşulduqda həmin şəxslər narkotik vasitə istifadəçiləri olduqları va ağrıları olduğu üçün Ləman Hacıyeva ilə Telman Həsənovun həmin mənzildə onlara narkotik vasitə istifadə etmələri üçün şərait yaratdıqlarını bildirmişdirlər. Bundan başqa, sözügedən hamin mənzildə masanın üzərindən 01 ədəd “Honor” markalı, 03 ədəd “İphone”, 01 ədəd “Samsung” markalı mobil telefonlar, içərisində 06 ədəd 10 manatlıq pul əskinası, 20 manat pul əskinası, içərisində 5000 rus rublu pul, 01 ədəd 50 manatlıq, 02 ədəd 10 manatlıq pul, 01 ədəd “Leo Bank” kartı olan qırmızı rəngli pul kisəsi, X15 məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsi iş üçün əhəmiyyət kəsb etdiyindən eyniliklə qablaşdırılaraq görülən möhürlənmiş və üzəri şübhəli şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra, sözügedən mənzildə olan digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, digər əşyalar və ya sənədlərin olub-olmaması yoxlanılmış, lakin aşkar edilməmişdir. X35 və X21 onlara verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrin özlərinə məxsus olduğunu, narkotik vasitə istifadəçiləri olduqlarını, əvvəllər məhkum olunmadıqlarını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirərək həmin ünvana gələn narkotik vasitə istifadə edən şəxslərin onların tanışları olduqlarını, öz istifadələri üçün əldə etdikləri narkotik vasitələrin pulunu çıxartmaq üçün həmin mənzildə narkotik vasitənin istifadəsi üçün şərait yaratdıqlarını bildirmişdirlər. Cinayət işinin araşdırılması zamanı müəyyən edilmişdir ki, 12 oktyabr 2023-cü il tarixli evə baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 13 ünvanda baş vermiş oğurluqda şübhəli bilinən X35 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, ev 658 nömrəli mənzilin giriş qapısının qarşısında olarkən Bakı Şəhər 27-ci PŞ-in əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, istintaq materiallarında olan “ünvana baxış keçirilməsi va götürmə aparılması haqqında” protokolda xx.xx.2023-cü il saat 21:00-da başlanılma və xx.xx.2023-cu il saat 22:00-da bitmə qeyd olunsa da protokola ǝlavə edilmiş 01 ədəd CD diskdəki görüntüdə saxlanılan şəxslərə məxsus mobil telefonların ekran görüntüləri xx.xx.2023-cü il saat 00:29 kimi əks olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrdə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri, həmçinin narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Razin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,035 qram, 0,024 qram, 0,092 qram, olmaqla ümumi təmiz çəkisi 0,180 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,135 qram və bir ədəd plastik qabda təmiz çəkisi 0,157 qram olmaqla ümumi təmiz çəkisi 0,292 qram təşkil edən ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini, psixotrop maddə hesab edilən fenazepamın təsir maddəsinin miqdarı 0,005 qram təşkil edən üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) (bir ədəd həbdə fenazepamın təsir maddəsinin miqdarı 0,001 qramdır) ədəd ağ rəngli həbləri, bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan yaşıl rəngli tozşəkilli psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), həmçinin üzərində “P300” göstəricisi olan, ağ-qəhvəyi rəngli, kapsul formalı hər birində 0,3 qram preqabalin olmaqla, cəmi 03 (üç) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını, üzərində “Tramadol 50 mq” göstəricisi olan 1(bir) ədəd ağ-göy rəngli kapsul formalı tramadolun təsiredici maddəsinin ümumi iniqdarı 0,05 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tarmadol tərkibli dərman preparatını və üzərində “İqeksifen 2mq” gösǝticisi olan 1(bir) ədəd ağ rəngli həb formalı siklodolun təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan siklodol tərkibli dərman preparatını əldə edib üzrǝində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 dəqiqədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli al çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı həmin 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,035 qram, 0,024 qram, 0,092 qram, olmaqla ümumi təmiz çəkisi 0,180 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,135 qram və bir ədəd plastik qabda təmiz çəkisi 0,157 qram olmaqla ümumi təmiz çəkisi 0,292 qram təşkil edən ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, psixotrop maddə hesab edilən fenazepamın təsir maddəsinin miqdarı 0,005 qram təşkil edən üzərində “Fenezepin 0,001q” göstəricisi olan 5(beş) (bir ədəd həbdə fenazepamın təsir maddəsinin miqdarı0,001 qramdır) ǝdəd ağ rəngli həblər, bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan yaşıl rəngli tozşəkilli psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), həmçinin üzərində “P300” göstəricisi olan, ağ-qəhvəyi rəngli, kapsul formalı hər birində 0,3 qram preqabalin olmaqla, cəmi 03 (üç) ǝdəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı, üzərində “Tramadol 50 mq” göstəricisi olan 1(bir) ədəd ağ-göy rəngli kapsul formalı tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tarmadol tərkibli dərman preparatı və üzərində “İqeksifen 2mq” gösǝticisi olan 1(bir) ədəd ağ rəngli həb formalı siklodolun təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan siklodol tərkibli dərman preparatı aşkar olunaraq götürülmüşdür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasının içərisindən gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik iki ədəd bükümü, bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik bükümü, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli salfetə bükülmüş vəziyyətdə toz şəkilli, yaşıl rəngli maddəni, çəhrayı rəngli plastik materiallı qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni, şəffaf rəngli plastik materialdan olan qabın içərisində ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddəni, şəffaf rengli şüşə materiallı qabın içərisində olan bir ədəd dərman preparatı və ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddəni və yaşıl və narıncı platsik materialdan olan borucuğun içərisində ağ rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddələrin paketləri yararsız olduğu üçün həmin bükümlər bir ədəd şəffaf sellofana tökülərək birləşdirilmiş, içərəsində qəhvəyi rəngli ləkələr olan iki ədə şüşə materialli kolbanı və ümumilikdə 39 ədəd həbləri təqdim edib, narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyi maddələri şəxsi istifadəsi üçün onlayn satış yolu ilə tanımadığı şəxsdən aldığını, şüşə materialdan olan kolbaları həmin narkotik vasitə və psixotrop maddələrin qəbul edilməsi üçün istifadə etdiyini, həbləri isə astma xəstəliyindən aldığı müalicəsi ilə əlaqədar qəbul etdiyini bildirdi. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış saat 23:10 dəqiqədə başlanmış 23:25 dəqiqədə bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 12 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolundakı imzalar Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, X33, Müdafiəçi1 və X32 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, istintaq orqanının Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasından narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən vasitənin aşkar edilməsi barədə irəli sürdüyü ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldakı imzalar Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, X33, Müdafiəçi1 və X27 aid olmamışdır. Bu halda həmin istintaq protokolu məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.4-cü maddəsinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 144-ci maddəsinə əsasən sübutların yoxlanılması cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. 247.2-ci maddəsinə əsasən Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Bundan başqa “Cinayət təqibinə xitam verilməsi və iş üzrə icraatın dayandırılması haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, istintaq materiallarında olan “ünvana baxış keçirilməsi va götürmə aparılması haqqında” protokolda xx.xx.2023-cü il saat 21:00-da başlanılma va xx.xx.2023-cu il saat 22:00-da bitmə qeyd olunsa da protokola ǝlavə edilmiş 01 ədəd CD diskdəki görüntüdə saxlanılan şəxslərə məxsus mobil telefonların ekran görüntüləri xx.xx.2023-cü il saat 00:29 kimi əks olunmuşdur. Bu da ona dalalət edir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:29 radələrində saxlanılsa da şəxsi axtarış keçirilməsi xx.xx.2023-cü il saat 23:10 dəqiqədə başlanmış 23:25 dəqiqədə bitmişdir. Halbuki, diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin tarixdə və saatda ünvan 2 ünvanında olmuşdur. Bununla da iş üzrə Təqsirləndirilən şəxs şübhəli səxs qismində saxlanılması zamanı tutulma saatları kobud bərpa olunmaz formada pozulmasına səbəb olmuşdur. Belə olan halda, keçirilmiş sözügedən tədbirin bütünlükdə sənədləşməsi zamanı tərtib edilmiş raportlar, qərar və protokollarda qeyd edilən tarix və saatlarla təhqiqatçı tərəfindən bildirilən tarix və saatlar üst-üst düşmür. Həm mənzilə baxış, həm də şəxsiaxtarış zamanı prosessual hərəkətlərdə fərqlər yarandığı müəyyən olunmuşdur. Buda təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanılması, mənzilə baxış, bundan başqa, şəxsi-axtarış və götürmə aparılması vaxtı hüquqlarının kobud və bərpa olunmaz formada pozulmasına səbəb olmuşdur. Belə olan halda, yuxarıda göstərilən qanun pozuntuları, yəni ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında protokolunda imzaların həmin şəxslərə məxsus olmaması, şəxsin saxlandığı vaxtda yox, məhz tarixin və vaxtın geri çəkilməsi 12 oktyabr 2023-cü il tarixli protokolun həqiqiliyini şübhə altına almaqla həmin protokol va ona əsaslanan istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və bununla bağlı həyata keçirən digər istintaq hərəkətlərinin nəticələri mötəbər sübut kimi qəbul edilməməlidir. Təqsirləndirilən şəxs Azarbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətmələrini tasdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutlar kifayət qədər deyildir. Belə vəziyyətdə əldə edilmiş sübut mötəbər sübut hesab edilə bilməz. Mötəbər olmayan sübutla şəxs təqsirləndirilə bilməz, təqsiri sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, həbs qətimkan tədbirinin seçilməsi zamanıda həmin narkotik vasitələrinin ona aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X41 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara və qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 189 (bir yüz səksən doqquz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman psixotrop maddə olan metamfetamin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,120 qram narkotik vasitə heroin, 0,192 qram psixotrop maddə metafetamin, 0,114 qram psixotrop maddə MDMA, 02 ədəd kapsul Preqabalin, 02 ədəd kapsul Tramadol, 04 ədəd həb Fenazepam, 1/2 ədəd həb Triheksilfenidil(siklodol) kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,120 qram narkotik vasitə heroin, 0,192 qram psixotrop maddə metafetamin, 0,114 qram psixotrop maddə MDMA, 02 ədəd kapsul Preqabalin, 02 ədəd kapsul Tramadol, 04 ədəd həb Fenazepam, 1/2 ədəd həb Triheksilfenidil(siklodol), “Ketotifen” 3 ədəd həb, üzərində “F” göstəricisi olan ½ ədəd həb, “Klozapin” ½ ədəd həb, “Fixudal” 3 ədəd həb, “Majestik” 2 ədəd həb, “Xofitol” 14 ədəd həbb isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,120 qram narkotik vasitə heroin, 0,192 qram psixotrop maddə metafetamin, 0,114 qram psixotrop maddə MDMA, 02 ədəd kapsul Preqabalin, 02 ədəd kapsul Tramadol, 04 ədəd həb Fenazepam, 1/2 ədəd həb Triheksilfenidil(siklodol) ”Ketotifen” 3 ədəd həb, üzərində “F” göstəricisi olan ½ ədəd həb, “Klozapin” ½ ədəd həb, “Fixudal” 3 ədəd həb, “Majestik” 2 ədəd həb, “Xofitol” 14 ədəd həbb həmin narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 189 (bir yüz səksən doqquz) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən vasitənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-19/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-19/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver