Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-190/2020 08.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1986-ci il tarixdə Bərdə şəhərində anadan olan, işsiz, əvvəllər məhkum olunmamiş, evli, orta təhsilli, Bərdə şəhəri, Sabir küçəsi, ev 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 17-ci mkr., bina 28, mənzil 55-də kirayədə yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində inşa edilmiş saxlanc yeri hesab olunan tövləyə qapının kilidli olmamasından istifadə etməklə qanunsuz daxil olaraq oradan 2400 (iki min dörd yüz) manat dəyərində bir baş, iki yaşar, yerli cins erkək dananı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2400 (iki min dörd yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bərdə şəhəri Sabir küçəsi ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 222-də kirayədə yaşayır. Zərərçəkmiş şəxs Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 222-də yerləşən fərdi yaşayış evində 2020-ci ilin mart ayının sonlarından kirayədə qaldığı evin sahibi kimi tanıyır, evində qaldığı müddətdə Nadirlə səmimi münasibəti yaranmış, xx.xx.2020-ci il tarixdə Nadirin təklifi ilə Qanlı Göl ərazisində yerləşən fermasına getmiş, təmənnasız olaraq Nadirin Qanlı Göl ərazisində yerləşən fermasında yarı hissəsini daşla qalan hissəsini isə dəmirlə olmaqla çəpər çəkmişlər ki, həmin əraziyə zibil tullantılarını qonşular atmasın. Həmin vaxt o bilmiş ki. Nadirin qeyd olunan ərazidə ferması, həmin fermada iri buynuzlu 6 baş, xırda buynuzlu 30-35 baş qoyunu və ev quşları vardır. Həmin vaxtdan sonra Nadirlə iki dəfə heyvanlara Nadir baxmağa gedən zaman yol yoldaşı kimi gedib-gəlmiş, xx xxxxx 2020-ci il tarixdə borcları olduğu üçün belə qərar gəlmiş ki, Nadirin fermasından oğurluq etsin. Bundan sonra o oğurlayacağı heyvanı satmaq üçün klient axtarmaq niyyəti ilə 20 Yanvar Metrosunun yanına getmiş, təsadüfən 20 Yanvar Metrosunun yanında Musa adlı həmkəndlisi ilə qarşılaşmış, özündə erkək dana olduğunu satmaq üçün adam axtardığını demişdir. Bundan bir gün sonra saat 19 radələrində Pərviz adlı şəxs ona 055 ***-**-** nömrəsindən zəng etmiş telefon nömrəsini Musa adlı şəxsdən aldığını bildirmiş, o “erkək heyvan var Qanlı Göl ərazisindədir istəyirsənsə satıram gedib baxa bilərsən” deyə cavab vermişdir. Bundan 2 saat sonra o, Pərvizlə danışıb onunla Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən Kapsella Pərdə dükanının yanında görüşmüş, həmin vaxt Pərviz idarə etdiyi “VAZ 2107” markalı, ** CV *** dövlət nömrə nişanlı avtomobillə onun görüşünə gəlmiş. Pərvizin yanında sonradan adını bildiyi Zöhrab və Mövlan adlı şəxslər olmuş, onlarla birlikdə Nadirin Qanlı Göl ərazisində olan tövləsinə getmişdir. Pərviz və yanında olan şəxslərlə birlikdə fermanın həyətinə daxil olub həyətdə olan 6-7 baş itlər onların üzərinə hürməyə və hücum etməyə başlamış, onun yanında olanlardan heç kim itlərin nə üçün hürdüyü və üzərlərinə hücum etməməsi barədə sual verməmişdir. O, fermanın qapısını açıb içəri daxil olduqda qara rəngdə təmiz çəkisi sonradan bildiyinə görə 207 kq olan erkək cinsdən olan heyvanı Pərviz və yanında gələn yoldaşlara göstərmiş, Pərviz həmin heyvanın yanında olan ala dananında satırsan deyə ona müraciət etmiş, o isə ancaq birini sata biləcəyini demişdir. Bundan sonra Pərviz çölə çıxıb heyvanı aparmaqdan ötrü Qazel çağırmaq üçün kiməsə zəng etmiş, həmin adam gələ bilməyəcəyini demiş, Pərviz başqa Qazel tapmış şoferi ilə danışıb və həmin şəxsi gətirmək üçün Texniki Universitetin yanında olan Yataqxananın yanına getmişlər. Qazel sürücüsü avtomobilə yaxınlaşanda o, həmin sürücünü tanımış və bilmişdir ki, Nadirin tanışı Ağabala adlı şəxsdir. Buna görə də Pərvizə həmin şəxsə de avtomobilinin son nömrəsi 113-lə bitir, Pərviz bu barədə sürücüdən soruşanda sürücü onun sözünü təsdiqləmiş, o əmin olmuş ki, həmin Qazelin sürücüsü Ağabaladır. Pərvizə başqa Qazel tapmaq lazım olduğunu həmin Qazelin sürücüsü ilə arasında mübahisə olduğunu demiş, Pərviz də Ağabalaya yenidən zəng edib “sənin avtomobilin bizim işimizə yaramır” demiş, bu vaxt Pərvizə Elnur adlı digər Qazel şoferi zəng etmiş, Pərviz Elnur adlı şəxslə danışıb ünvanı ona izah etdikdən sonra təxminən yarımsaat bir saat keçmiş xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Qazel gəlmiş və adını sonradan bildiyi şoferi Elnur kənarda dayanmış, Pərviz və yanında olan Mövlan birlikdə dananı Elnurun idarə etdiyi “Qazel” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. O, Pərviz və yanlarında olan şəxslər Şərifzadə küçəsində olan Tibb Texnikomunun yanına getmişlər. Pərviz Mövlanın yanında ona əvvəlcə fermada danaya baxandan sonra danışdığı 1150 manat pulu vermiş və o pulu götürüb həmin yerdə düşüb getmişdir. Qeyd edilən 1150 manatı (min yüz əlli) Pərvizdən aldıqdan sonra ehtiyyaclarına xərcləmiş, oğurluq etməyinin səbəbi isə tanışlarına işləmədiyi üçün borclanmağı olmuşdur. Zərərçəkmiş şəxs xəbəri olmadan Qanlı Göl ərazisində inşa edib içərisində müxtəlif cinslərdən olan heyvanlar saxladığı tövləyə və tövlənin həyətinə daxil olmağa onun icazəsi olmamış, bazarda mal əti 11-12 manat, qoyun əti 14-45 manata satıldığını bilmiş, pula ehtiyyacı olduğu üçün heyvanı tez-bazar ucuz qiymətə satmış, satdığı heyvanın 200 kiloqram çəkisi olduğunu satan zaman bilmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Vasif Əliyev küçəsi, ev 222-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Gündəlik təlabatını ödəmək üçün həyətində 3 ayrı-ayrı otaq tikmiş və hər birini 40 manata olmaqla kirayə verir. 2020-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs adlı şəxs onun evinə gəlmiş və kirayə ev olub-olmaması ilə maraqlanmış, o “boş otaq var 70 manata verirəm” demişdir. Bəhruz razılaşmış, onun həyətindəki otaqda qalmağa başlamışdır. 1983-cü il tarixdən Yasamal rayonu Qanlı Göl ərazisində istifadə etdiyi torpaq sahəsində 2008-ci il tarixdə tövlə tikmiş, həmin tövlədə İmişli və Bərdə rayonlarından ucuz qiymətə aldığı iri buynuzlu erkək heyvanları gətirib saxlamış, heyvanları kökəldib ət dükanlarına satmaqla məşqul olmuşdur. Hazırda həmin tövlədə 18 baş xırda buynuzlu qoyunlar, 5 baş erkək heyvanlar və 45 baş toyuğu vardır. 2020-ci ilin aprel ayının əvvəllərində Bəhruz “evdə qalmaqdan darıxmışam tövləyə heyvanların yanına gedəndə mənidə apar” deyə ona müraciət etmiş, o, Bəhruzu bir iki dəfə özü ilə tövləyə aparıb gətirmişdir. Bir dəfə də camahat tövlənin qarşısına zibil atmasın deyə Bəhruzun köməkliyi ilə tövlənin qarşısını çəpərləmişdir. Həmin tövlə dörd tərəfdən mişar daşları ilə 2 metr hündürlüyündə hasara alınmışdır, bir giriş qapısı var və həmin qapı tövlədən çıxan zaman kilidlə olmasa da dəmir paya ilə bağlanır, həyətdə 5 baş yerli cinsdən olan itlər var açıq olur, hətda bir dəfə Bəhruzun üzərinə it cumanda ona yalvarmış ki, itdən qorxuram qoyma ona tərəf gələr demişdir. O hər gün səhər saat 07 radələrində tövləyə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə gedir saat 11 radələrində evə qayıdır, birdə həmin gün axşam 19 radələrində gedib saat 21 radələrində evə qayıdır. Tövləyə gedib-gəlməyinin səbəbi heyvanlara yem və su verməkdən ibarətdir. xx xxxxx 2020-ci il tarixdə heyvanları kəsən qəssab Rəşad adlı şəxslə saat 17 radələrində tövləyə getmiş və ona qara rəngdə olan heyvanı göstərib bunu sabah kəs pulunu gəlib götürəcəm demiş, razılaşdıqdan sonra bir yerdə tövlədən çıxanda Rəşad “heyvanı səhər o başdan kəsəcəm gəlib özüm tövlədən aparım” deyə sual vermiş, o “həmişə necə etmisən elə et gəl özün apar mən o vaxtlar yatıram” deyə cavab vermişdir. xx xxxxx 2020-ci il tarixdə saat 04:30da Rəşad ona zəng etmiş, “sənin mənə satacağm qara rəngli heyvan tövlədə yoxdur” demiş, o tez tövləyə getmiş iki yaşında olan qara rəngli heyvanı tövlədə görməmiş, baş vermiş hadisə barədə DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra bilmiş ki, tövlədən heyvanını oğurlayan şəxs evində kirayədə qalan Bəhruz adlı şəxsdir. Həmin heyvanı Beyləqan rayonundan 2100 manata almış, 300 manat bahalı yem vermiş, heyvan ona 2400 manata başa gəlmiş və oğurluq hadisəsi nəticəsində ona 2400 mnanat maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs Qanlı Göl ərazisində olan tövləyə gedib-gəlməyə və heyvanlara qulluq etməyə icazəsi olmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, Şərifzadə küçəsi 131A ünvanında 3 ildir dükan götürüb ət satışı ilə məşqul olur. Həmin yerdə Ağcabədi rayonundan alıb gətirdiyi erkək iri buynuzlu və xırda buynuzlu heyvanları gətirib kəsir, iri buynuzlu mal ətini 11 manat 50 qəpiyə satır. Ət dükanında Söhrab adlı şəxslə birlikdə işləyir. xx xxxxx 2020-ci il tarixdə ona Roman adlı dostunun tanışı Musa adlı şəxs zəng vurub bir nəfər şəxsdə erkək iri buynuzlu heyvan olduğunu demiş, o dostu xahiş etdiyi üçün həmçinin Covid-19 pandemiyası dövründə rayona gediş-gəliş çətin olduğu üçün Musadan həmin şəxsin yəni sonradan adını bildiyi Bəhruzun telefon nömrəsini alıb zəng etmiş və telefon nömrəsinin Musa adlı tanışı tərəfindən verildiyini deyib onda iri buynuzlu erkək cinsdən olan satlıq heyvanın olub-olmaması barədə soruşmuş, Bəhruz satlıq heyvanın olduğunu, lakin oruc tutduğu üçün gedib yeməyini yeyəndən sonra görüşə biləcəyini demiş, o saat 21 radələrində Bəhruzla yenidən zəngləşmiş və Şərifzadə küçəsində Kapsella pərdə mağazasının yanından onu götürüb birlikdə idarə etdiyi “VAZ 2107” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Söhrab və Mövlanla Qanlı Göl ərazisində yerləşən fermaya getmişlər. Qeyd edilən ərazidə yerləşən tövlənin dəmir darvazasını itələyərək açan Bəhruzun arxasınca onlarda fermanın həyətinə daxil olmuşlar. Həyətdə olan itlər üzərlərinə və onun üzərinə hücum etmiş, itlərin hürməyini görüb bunlar nə üçün hürür deyə Bəhruza sual vermiş, Bəhruz cavabında sizi tanımır ona görə hürür narahat olmayın gəlin demişdir. Tövlədə 6 baş heyvan olmuş onlardan ikisini ağ qara və qara rəngdə olanı göstərib Bəhruz demişdir ki, bunlardan yalnız birini 1200 manata satır. O Bəhruza “ikisinidə sat alım” desə də Bəhruz birini satmağa razılıq vermiş, bundan sonra o Bəhruza satdığı heyvanı aşağı qiymətə verməyi təklif etmiş, Bəhruz 1150 manata sata biləcəyini deyəndən sonra onlar razılaşmışdır. O, qara rəngdə olan erkək danaya baxıb qaranlıq olduğundan fikirləşmiş ki, 1500 (min beş yüz) manata yaxın pul çıxarar ona görə də həmin dananı almaq qərarına gəlmiş, aldığı heyvanı aparmaq üçün Qazel axtarmağa başlamış, tanışı Rüstəmə zəng etmiş, lakin sonuncu gələ bilməyəcəyini demişdir. Bir iki adama həmçinin tanışı Elnura zəng etmiş telefonuna zəng çatmamış, tövlədən çıxıb heyvanı aparmaq üçün Qazel axtarmağa getmişlər. Bu vaxt Rüstəmdən telefon nömrəsini aldığı adını bilmədiyi Qazel şoferi kimi ona nömrəsi verilən 070 *** ** ** saylı telefonun sahibinə zəng etmiş və Qanlı Göl ərazisində aldığı heyvanı aparmaq lazım olduğunu demiş. Tibb Texnikomunun yataqxanasında olduğunu dedikdən sonra heyvanı Bəhruzun sözü ilə Nadirin tövləsindən az aralıda marketin yanından aparacağını ona demiş, sürücünün olduğu yerə yaxınlaşan zaman Bəhruz avtomobili görüb heyvanı bununla aparmayaq çünki onunla pul mübahisəm olub demiş, o Bəhruzun sözü ilə həmin şəxsin telefon nömrəsinə zəng edib 113 N-li avtomobilin sahibinin o olub-olmaması barədə sual vermiş, həmin şəxs qeyd edilən avtmobilin sahibi olduğunu deyəndə, o, Bəhruzun dediklərini təkrarlamaqla “sənin avtomobilin bizim işimizə yaramır” deyib telefonu söndürmüşdür. Bu vaxt Elnur ona zəng etmiş, nə olduğunu soruşanda o, “Qanlı Göl ərazisində dana almışam aparmaq lazımdır” demiş, Elnur razılaşaraq saat 23 radələrində onun tərifilə həmin əraziyə gəlmiş, heyvanı tövlədən çıxarıb o və Mövlan birlikdə Elnurun idarə etdiyi Qazel markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmişlər. Hətda heyvanı Qazelə mindirmək üçün onlara yeri Bəhruz göstərmişdir. Elnur Qazellə heyvanı aparmış, o, isə idarə etdiyi avtomobillə Bəhruz və Mövlanla birlikdə Yeni Yasamala gəlmiş, orda avtomobili saxlayıb Mövlanın yanında 1150 manat pulu əvvəldən danışdığı kimi Bəhruza sayaraq vermiş və səhəri gün həmin Bəhruzdan aldığı heyvanı ət dükanında kəsmiş 207 kq 500 qram ət vermişdir. Bu vaxt Söhrab ona “heyvan fikirləşdiyimizdən artıq gəldi belə gözələmirdim” demiş, o Söhraba yiyəsi ehtiyacı olduğu üçün bu heyvanı satıb ona gedib dincəlib gəldikdən sonra zəng edim hallalıq alım və əlavə olaraq 500 manat pul verim aramızda halallıq olsun demiş. Heyvanı kəsdikdən sonra işlərinin arxasınca evə getmiş ət dükanında isə Söhrabı qoymuşdur. Səhəri gün Söhrab ona zəng edərək dükana Zöhrab adlı şəxs gəlib deyir heyvan mənimdir deyə məlumat vermiş, O Söhraba “həmin şəxs gözləsin gəlirəm” dükana deyə cavab vermiş, dükana çatanda bilmiş ki, Söhrab artıq həmin şəxsə aldığı heyvan barədə olanları olduğu kimi demişdir. Həmin şəxslə söhbət zamanı hər şeyi olduğu kimi danışmış, həmin Zöhrab adlı şəxs Bəhruz adlı şəxsin kim olması və harda yaşaması barədə soruşmuş, o Bəhruzun anket məlumatlarını və yaşadığı yeri bilmədiyini demiş, Zöhrab baş verənləri polisə deyəcəyini deyib gedəndə o, Zöhrabdan xahiş etmiş ki, imkan varsa səninlə polisə gəlim. Həmin vaxtdan bir neçə dəqiqə sonra polislər gəlib onu 28 PB-nə dəvət etmişlər və sorğu sual etmişlər. Hadisəni olduğu kimi danışıb aldığı heyvanın oğurluq olmasını Zöhrabdan öyrəndiyini demiş, Bəhruza zəng etmiş 28-ci PB-nə gəldiyini, heyvanın oğurluq olduğunu demiş, Bəhruz “narahat olma, heyvan mənimdir, gəlim özüm polislərə danışacam” deyə cavab vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsiilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 adlı qızı, xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da, o, hazırkı vaxtadək 04 ay 13 gün həbsdə və ev dustağlığında olmuşdur. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 13 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 03 ay 04 gün (bir il üç ay dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıdövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X9 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-190/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-190/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver