Məhkəmə qərarları › İş №1(004)-190/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-190/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-190/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər: "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakısəsi.com” və “Big.az”, Şahnaz Salehqızı, Pərviz Cəbrayıl, Əfsələddin Ağalarov, Hacıybəy Heydərli, "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakısəsi.com” və “Big.az” subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakısəsi.com” və “Big.az” subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, Redaksiyaları Bakı şəhərinin Nəsimi rayonu ərazisində, yuxarıda qeyd olunan "xxxx" MMC, “Hitaz”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakisesi.com”, “Big.az” saytları 12 fevral 2022-ci ildə fotoşəkli ilə müşaiət olunan "Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş xəbər yazmaqla barəsində yalan olduğunu biləbilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla (sənəd 1, 2, 3, 4. Həmin mətnlərin saytlardan print/screen edilmiş təsvirləri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələrində göstərilən cinayət əməli törətmişlər. Bu xəbər dərhal “BAKU.WS”-ə istinad edilməklə və edilməməklə 30-dan çox xəbər saytında da dərc olunmuşdur (sənəd 5., 6. Saytların siyahısı) Elə həmin gün o, yaxşı tanıyan və xətrini istəyən onlarla dost, qohum, tanış ona zəng edərək bu yazıların doğru olmadığını, qərəz və məqsədli yazıldığını və yayımlandığını bildirdilər. Bəzi xoş münasibətdə olduqları isə görüşərkən hərəkətlərindən bunun onlara təsir göstərdiyini hiss etdirdilər. Məsələn, maraqlı bir məkanda tədbir keçirdik, həmişə dəvətini can-başla yerinə yetirən insanların bəziləri əvvəl mütləq gələcəklərini bildirdilər, sonra isə zəng edib gələ bilməyəcəklərini dedilər. Yəni, bu yazının o, müəyyən qədər gözdən saldığının, şərəf və ləyaqətinə təhlükə olduğunun şahidi oldu. Hətta, ona böyük hörmət bəsləyən jurnalistlərin rəhbərlik etdikləri “Oxuməni.az”, “Paralel az” saytları da bilmədən bu yazını yaymışdılar. Sonra duyuq düçüb dərhal silərək AzərTAC-ın tədbirləri barədə yaydığı xəbəri və haqqında geniş müsbət yazıları dərc etdilər. Həmin məqalədə ona atılan alşaldığı ifadələrin və böhtanların sırası və böhtan olmasını təsdiqləyən subutlar: Rəhbərlik etdiyi təşkilat guya o qədər geriləyib ki, bir müddətdir başlanğıc nöqtəsində yerində sayır. AİJA 10 may 1995-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təsis edilib, həmin il noyabrın &-da AR Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınıb və fəaliyyətinə icazə verilib (Sənəd 7. 8. Təsis protokolundan və AR ƏN Kollegiyası qərarından çıxarışlar). Həmin vaxtdan sonra nizamnamə öhdəliklərinə uyğun geniş fəaliyyətə başlamışlar. Lakin, nazirlik tərəfindən təşkilata göstəriləcək maddi dəstək söz olaraq qalıb. AİJA-nın 12 noyabr 1995-cı il tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə təşkilatın prezidenti seşilmişdir (Sənəd 9. Yığıncaq protokolundan çıxarış təqdim olunur). Həmin il “Azərbaycan” Nəşriyyatının binasında 1 otaq icarəyə götürdülər, müraciəti əsasında təşkilata X4 Assosiasiyasına - AİPS (Lozanna, İsveçrə) və X9 İttifaqına (UEPS) müvəqqəti üzv statusu verildi, AİPS-in 1997-ci ilin mayında iştirak etdiyi İspaniyanın Oviyedo şəhərində keçirilən 60-cı Ümumdünya Konqresində isə üzvlüyü yekdil səslə təsdiqləndi (Sənəd 9. Foto). Gənclər və İdman Nazirliyindən müraciətlərinə cavab almadıqdan sonra onun söz verdiyi yardımından əlini üzdülər. AİJA vıtse prezidenti rəhmətlik Arif Şahzadənin 2 yanvar 1996-cı il tarixli 2 №-li məktubuna əsasən (sənəd 10 məktub) təsisçisi və sahibi olduğu "xxxx" firması göstərişi ilə AİJA-nın “Azərtürkbank”dakı bank hesabına onun öz hesabına 2 dəfəyə 2 500 000 rubl məbləğində əvəzsiz maddi yardım köçürdü (Sənəd 11. bank sənədlərinin surətləri təqdim olunur). Bundan sonra AİJA fəaliyyəti genişləndirməyə başladı, öz nəzdində xaricı dil tərcümə, ofis texnikaları servisi, reklam və digər xidmətlər üzrə mərkəzlər yaratdı və "xxxx" Firmasının fəaliyyətini müvəqqəti (indiyədək işləmir) dayandıraraq bütün partnyorlarını AİJA-ya cəlb etməklə təşkilatın maliyyə vəziyyətinin müəyyən qədər yaxşılaşmasına nail oldu. Sifarişçiləri arasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Dövlət Teleradio Verilişlən Şirkəti, Dünya Bankı, Yasamal Rayon Vergi Müfəttişliyi, “Azercell” BM, bir sıra başqa nüfuzlu dövlət və özəl qurumlar vardı. AİJA ilə o vaxt Bakıda yeganə 5 ulduzlu hotel olan “X13” üçün göstərdiyi tərcümə xidməti partnyorumuzun tələblərini yüksək səviyyədə ödədiyi üçün bu qurumun rəhbəri cənab Günəş İnkaya ilə AİJA-ya davamlı sponsorluq etməsi barədə səmimi söhbəti müsbət nəticə verdi, 1996-cı ildən başlayaraq ildə bir-iki dəfə hotelin müasir konqres salonunda idman jurnalistlərinin və idman ictimaiyyəti öncüllərinin iştirakı ilə Azərbaycanda ilk Avropa səviyyəli tədbirlər keçirməyə başladılar. Bu tədbirlərin birində hotellə qarşılıqlı əlaqələri barədə müqavilə imzaladılar, ilin seçilmiş idmançılarına və idman jurnalistlərinə əhəmiyyətli məbləğdə pul mükafatı verdilər, hotel isə onlara müasir kompüter dəsti bağışladı. Müqaviləyə əsasən təşkilatlarının üzvləri onların vəsiqələri ilə hotelin bütün xidmətlərindən 50 faiz güzəştlə yararlanmaq imkanına malik oldular. Bu, dünya səviyyəsində indiyədək analoqu olmayan bir güzəşt faizi idi. O, vaxt ölkə prezidenti olmayan, Milli Olimpiya Komitəsinə başçılıq edən cənab İlham Əliyevə müraciət etdilər, hər il 2 nəfərin beynəlxalq tədbirlərə ezam xərclərinin MOK tərəfindən qarşılanmasına nail oldular. MOK-un icraçı vitse prezidenti, "Milli Olimpiya Komitəsi" jurnalının baş redaktoru Çingiz Hüseynzadə təşkilatlarına 15.02.2018-ci ildə rəsmi müraciət edərək AİJA üzvlüyünə qəbul olundu. 2001-ci ildə Torontoya (Kanada), 2003-cü ildə Afinaya (Yunanıstan) və İstanbula (Türkiyə), 2012-ci ildə İnnsbruska (Avstriya), 2013-cü ildə Soçiyə (RF) və bir sıra başqa ölkələrdə keçirilən AİPS konqreslərinə Çingiz müəllimi də nümayəndə seçmişlər və konqreslərə bir yerdə getmişlər. AİJA keşmiş Sovet respublikaları arasında Rusiyadan sonra ilk dəfə 26 aprel - 1 may 2014-cü il tarixlərdə AİPS-in Ümumdünya Konqresinin və AİPS EUROPE/UEPS-in Baş Assambleyasının Azərbaycan paytaxtında keşırilməsınə nail olub. X1 Əliyev tədbir iştirakçıları şərəfinə verilən ziyafətdə iştirak edib və olduqca maraqlı çıxışı ilə tarix yazıb AİJA hər il çoxsaylı maraqlı layihələr həyata keçirir. Təkcə 2021-ci il tarixdə çətin pandemiya şəraitinə baxmayaraq AİPS üzvü olan 165 ölkə arasında və ölkəmizdə fəaliyyət göstərən ictimai qurumlar, o cümlədən, jurnalist birlikləri arasında ən yüksək fəaliyyət göstəriciləri əldə etmiş, öncül idman jurnalistlərinin iştirakı ilə 20-yə yaxın maraqlı layihəyə imza atmışıq. Bu tədbirlərin hamısı yerli və xarici mediada geniş işıqlandırılmışdır (Sənəd 12., 13., 14. AİJA • 2021-ci ilin yekunları barədə məlumat) Bu il isə artıq 3 maraqlı layihə həyata keçirmişlər. Faktlardan görünür ki, rəhbərlik etdiyi təşkilat heç də özbaşlanğıc nöqtəsində yerində saymır, daim yüksəlişdədir. Barəsində şikayət verdiyi saytlar bütün bunları təşkilatın rəsmi saytından və rəsmi feysbuk səhifəsindən öyrənə, yaxud onunla əlaqə saxlayıb dəqiq məlumat ala bilərdilər. Təəssüf, onlar bu böhtan dolu cızma-qaranı özləri tanıdıqları şəxsdən onu dəstəkləyən hansısa məmurun sifarişı ilə hazır yazı kimi qəbul etmiş, media haqqında qanunun ziddinə, dəqiqləşdirmədən birbaşa öz adlarından rəhbərlik etdikləri onlayn media vasitəsilə yayımlamışlar. Hazırda 74 yaşında olan E.İsmayılovun, AİJA prezidenti olanadək idman mediasına heç bir aidiyyəti olmayıb. O, AİJA prezidenti 1995-ci ildə seçilmişdir. 1966-cı ildən, yəni, 18 yaşından başlayaraq rayon və ölkə qəzetlərində bütün mövzularda, o cümlədən idmana aid çoxsaylı yazıları və fotoşəkilləri dərc edilib, 1991-ci ildə isə təsis etdiyi və rəhbəri olduğu "xxxx" mətbuatnəşriyyat firmasının qrifi ilə “Azərbaycan” Nəşriyyatının mətbəəsində həm müəllif kimi 30 000 tirajla “Uğur olsun. Qarabağ!” adlı kitabı nəşr olunub (Sənəd 15,16,17 Qəzet yazılan çoxdur, ancaq bir neçəsini və kitabın üzqabığı və titul səhifəsinin surətlərini təqdim edir). Sayan isə bilirsinizmi kim və ya kimlərdən ibarətdir? Özünü AİJA-nın prezidenti elan edən Eldar İsmayılov və onun yaxın qohumlarından. Qoy, özlərini və digər maddiyyatları saymaqda olsunlar, biz isə idman jurnalistikasına vurduqları zərərlərə nəzər yetirək”. O, özünü AİJA prezidenti elan etməmişdir. AİJA-nı təsis edən 3 nəfərdən birincisidir, hər 4 ildə bir dəfə keçirilən ümumi yığıncaqların qərarı ilə bu vəzifəyə seçilmişdir (sənəd 16 sonuncu yığıncağın qərarından çıxarış təqdim olunur). AR CPM-nin 7.0.32-ci maddəsində göstərilir, “yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir”. AİJA rəhbərliyində tək bircə yaxın qohumu - qızı, AİJAnın 3 təsisşisindən biri, Azərbaycan Dövlət Dillər Universitetini ingilis dili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən, Kembric (Böyük Britaniya) və Aragon (ABŞ) Universitetlərinin yerində imtahan verərək yüksək pillə mərhələləri üzrə diplomlarını almış, 4 il X10 Məktəbində yüksək dərəcəli ingilis dili mütəxəssisi kimi dərs demiş, AİJA Tərcümə Mərkəzini yaradaraq təşkilata maddi səmərə vermiş, uzun illər ölkənin nüfuzlu təhsil ocaqlarında ingilis dili departamentinə rəhbərlik etmişdir, bu gün də həmin missiyasını davam etdirir. Nərgiz Mahmudzadə AİJA-nın 1-ci vıtse prezidenti seşilmişdir. təşkilatın beynəlxalq əlaqələrinə məsuldur, idman mövzusunda çoxsaylı maraqlı yazıları ilə yerit və beynəlxalq mediada müntəzəm çıxışlar edir, bir sözlə, üzərinə düşən missiyanı şərəflə və yüksək səviyyədə yerinə yetirir. Onun əmək müqaviləsi üzrə əsas iş yeri vardır, AİJA-da könüllü ictimai fəaliyyət göstərir və əməkhaqqı almır (Sənəd 18., 19., 20., 21 Qızı Nərgizin təhsil sənədləri). Bu vəzifədə yerini möhkəmlətdikdən sonra isə başlayıb qurumdan şexsi biznesi, özü və ailəsinin xarici turist gəzintiləri üçün istifadə etmeye. Ezamiyyətlərə isə uzun müddət Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gedib. Əvəzində təşkilatı özünə nə az-nə çox - 500 min manata yaxın borclandırıb. Bura özünə və oğluna aldığı minik avtomobilləri, benzin xərcləri, hətta şəxsi mobil danışıq və digər xərcləri “daxildir”. Yəni, vəzifəsindən getməsi üçün dolayısı ilə şərt qoyub: Kim 500 min manat versə, gedərəm. Bu sözlərdən belə çıxır ki, guya, o, vəzife səlahiyyətlərindən suiistifadə edərək Milli Olimpiya Komitəsinin, Gənclər ve İdman Nazirliyinin dəstəyi ilə reallaşan xarici ezamiyyətlərə görə, başçılıq etdiyi təşkilatdan da eyni məqsəd üçün pul ödənişinə sərəncam verməyi, sonra bu pulları mənimsəyərək özünə və oğluna maşın alıb dəyərini təşkilatın xərclərində göstərməklə iqtisadi cinayət törətmişdir. Bu, şəxsinə qarşı ağır cinayətdə ittiham edilmək deməkdir, AR CM 19 4-cü maddəsində nəzərdə tutulan “cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik ve ya onlardan istifadə etmə, yaxud sərəncam vermək”, və 194.2.2-ci maddəsi ilə “vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifade etməklə törədildikdə” cinayətini törətmək deməkdir. Bu cinayət əməlinə görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bunun ağ yalan və böhtan olduğunu təkzibolunmaz də illərlə sübut edir. Əvvəla, nazirlik hərdən-birdən bir, yaxud 2 nümayəndənin ancaq yol xərclərini ödəyib, mehmanxana və qidalanmanı isə təşkilatçı ölkə çəkib. Həmin adamlara heç vaxt eyni ezamiyyət üçün AİJA tərəfindən xərc hesablanmayıb və ödənilməyib. İkincisi, fəaliyyət ərazisi Azərbaycan Respublikası olan rəhbərlik etdiyi təşkilatının balansında AR DİN BDYPİ QİŞ tərəfindən 23.10.2012-ci il tarixdə verilmiş AB 796708 №-li qeydiyyat şəhadətnaməsi ilə dövlət nömrə nişanlı AZ ** AJ *** olan “Mersedes-Benz E220 SDİ” markalı minik avtomobili, 24.05.2014-cü ildə AC 233759 №-li qeydiyyat şəhadətnaməsi ilə buraxılış ili 2008 olan “X11 Limited 3.0 CRD” markalı, AZ ** AG *** dövlət nömrə nişanlı minik avtomobili, 24.05.2014-cü il tarixdə verilmiş AB 796708 №-li qeydiyyat şəhadətnaməsi ilə dövlət nömrə nişanı AZ ** AG *** olan 2002-ci il buraxılışlı “Hariey Davidson FLHRCİ X14” markalı motosikl olub (22. qeydiyyat şəhadətnamələrinin surətləri təqdim edilir) və həmin nəqliyyat vasitələrinin istismar-yanacaq xərcləri qismən, həm də bank köçürmə yolu ilə həmin nəqliyyat vasitələrinin hüquqi sahibi AİJA tərəfindən çəkilib. Bu barədə dövlət vergi orqanına təqdim etdiyi bəyannamələr və hesabatlarda qanuni olduğu üçün həmişə qəbul edilib. AİJA- nın maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar həmin nəqliyyat vasitələri 22 iyul 2020-ci ildə başqa bir təşkilata qalıq dəyərinin 2 misli qədər artıq qiymətə köçürmə yolu ilə satıldığından təşkilatın balansından çıxarılıb (23. sərəncamın surəti təqdim edilir). Bu, AR CM-nin 147.2-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə atılmış böhtan deməkdir. İkincisi, hansı şəxsi biznesdən söhbət gedə bilər ki, rəhbərlik etdiyi AİJA-nın təşkilati-hüquqi statusu qeyrikommersiya, qeyri hökumət təşkilatıdır, özü və qızı xaricə həmişə üzv olduqları beynəlxalq təşkilatın rəsmi dəvəti ilə 3-4 günlük konqreslərə getmişlər. Konqreslərdə milli təşkilatlara 4 status üzrə dəvətlər olur - 1-ci nümayəndə 2-ci nümayəndə, müşahidəşi, müşaiyətçi, 1-ci və 2-ci nümayəndələr və onları müşaiyət edən həyat yoldaşı, övladı və s. üçün hər ölkəyə hoteldə 3, yaxud 4 gecəlik bir ikiyerli standart otaq verilir və onların qidalanması təmin edilir. Konqres təşkilatçıları nümayəndələri müşaiət edənlər üçün konqresin işində iştirak etmədiklərinə görə pulsuz turlar təşkil edirlər. Müşahidəçilər isə milli təşkilatın təqdimatı ilə bu sahəyə maraq göstərən istənilən şəxslər ola bilərlər. Onlar konqresin keçirildiyi hoteldə yaxud hər hansı başqa yerdə öz vəsaitləri hesabına qalır, konqresi müşaiət etmək və qəbullarda, nahar və şam yeməkləri ilə təmin olunmaq üçün isə AİPS-ə adambaşına 300 avro pul ödəyirlər. Nümayəndələr, müşaiyyətçilər və müşahidəşilər konqres başa çatandan sonra vizaları həddində istədikləri qədər öz hesablarına həmin ölkədə qala, maraqlı yerlərə ödənişli turist gəzintilərinə gedə bilərlər. Olimpiya Komitəsi (MOK) və nazirlik heç vaxt AİJA-nın beynəlxalq tədbirlərə gedən müşahidəçisi, yaxud müşaiyyətçisi üçün hərhansı xərc çəkməmişdir. Bu yazıdan belə çıxır ki, guya, xarici səfərlərə nazirlik dəstək göstərib, o, isə kimdənsə pul alıb onu turist səfərinə göndərmişdir. Bu, ağ yalandır və böhtan materialını öz adından yayanlar bunu konkret sənədlərlə sübut etməlidirlər. Üçüncüsü, rəhbərlik etdiyi AİJA rəsmi hüquqi şəxsdir, təşkilatdır, onun nəqliyyat, rabitə, internet, dəftərxana, bank və digər xərcləri olmaya bilməz və bu barədə hər il iqtisadi fəaliyyətini peşəkar auditor tərəfindən yoxlatdırır, aidiyyəti dövlət orqanlarına rəsmi hesabatlar verir. Burada hər-hansı əyər-əskik olsaydı, dövlət nəzarət orqanlarının diqqətini çəkərdi. Bundan əlavə, AİJA-nın istifadə etdiyi bütün avadanlıqlar şəxsi əmlakıdır, təşkilatın balansinda uzun illərdən bəri heç bir əsas vəsait yoxdur, bank hesabına da 4 ildən çoxdur ki, vəsait daxil olmur. “Azərbaycan” Nəşriyyatındakı icarəyə götürülmüş ofisinə isə 26 ildə şəxsi hesabından 60 min manatdan çox icarəhaqqı ödəmiş, indi də ayda 191 manat 30 qəpik ödəməkdə davam edir. Hər bir hüquqi şəxsdə olduğu kimi, AİJA-ya aid də müəyyən debitor və kreditor borclar ola bilər. Dövlət dövlətdir, onun da mütləq qaydada müəyyən məbləğdə xarici borcları olur. Amma AİJA-da debitor və kreditor borclar heç vaxt 500 000 manata, heç onun ücdə birinə də yüksəlməmişdir. O, heç vaxt, heç kimə deməmişdi ki, kim 500 000 versə, vəzifədən gedərəm və getməyi üçün əsas da yoxdur. AİJA prezidenti indiyedek yalnız 2019-cu ilin dekabrında seçki keçirib. Bu isə mərhum gənclər və idman naziri Azad Rəhimovun təşkilatın fəaliyyətsizliyindən açıq narazılıq ifadə etməsindən sonra baş verib. Həmin vaxtadək E.İsmayılov ailəsi və yaxın qohumlarının əhatəsində təşkilatını tam güvəndə hiss edib. Bu da ağ yalandır. Əvvəla mərhum nazirin onun işindən narazılıq etməyə heç bir mənəvi haqqı olmayıb. Ona görə ki, dəfələrlə yazılı müraciətlərinə baxmayaraq nazirlik AİJA-ya öz işini lazımi səviyyədə aparması üçün heç bir maddi dəstək verməyib. Ona ardıcıl olaraq AİJA-nın, guya pis fəaliyyət göstərməsi və ikinci idman jurnalistləri təşkilatının zəruri olması barədə yalan və məqsədli məlumat və təkliflər verənlər ona məlumdur və bu yazıda uydurulan fikirlər də onlara aiddir və həmin məqsədin davamıdır. Məhkəmə prosesində bu yazının haradan, kimdən qaynaqlandığının aşkarlanmasına nail olmaq istəyir. O, bu təşkilata açıq seçkilərdə seşilmişdir. Yarandığı vaxtdan indiyədək təşkilatın 23 dəfə ümumi yığıncağı keçirilmişdir və hamısı da müvafiq qaydada protokollaşdırılmışdır. AİJA-nı ailə biznesi kimi idarə etməsinin nəticəsidir ki, X4 Assosiasiyasının (AİPS) konqreslərində, beynəlxalq media tədbirlərində iştirak üçün Azərbaycana ayrılmış pulsuz yeri ailə üzvləri və dostlarına ərməğan edib, onlardan başqa heç kimi həmin toplantılara aparmayıb. Təsəvvür edin, hansısa imkanlı şəxsə deyir ki, Avropaya getmək istəyirsənsə, vizan mənlikdir, biletləri və digər xərcləri həll et, gedək. Belə müştərilər arasında hətta İlqar Sail də olub. Halbuki səfər üçün lazımi vəsaiti Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi ayırıb. Rəhbərlik etdiyi milli təşkilat hər il üzv olduğu beynəlxalq təşkilata - AİPS-ə 120 ABŞ dollan üzvlük haqqı ödəyir. Bu haqqı ödəməyən ölkə konqresə buraxılmır. AİPS konqreslənnin xərclərini isə tam olaraq təşkilatçı ölkə çəkir. Nazirlik hər il deyil, nadir hallarda konqresə gedən 1, yaxud 2 nümayəndənin yalnız yol xərclərini çəkib. AlPS-in sonuncu konqresi 2020-ci ilin 3-6 fevralında Macarıstan paytaxtı Budapeştdə keçirildi. Nazirlik həmin səfəri maliyyələşdirmədi, 2 nümayəndənin aviabiletlərini o, 3 nəfərinkini isə özləri aldılar. Həmin konqresə nümayəndə kimi o, və 1-ci vitse prezident Nərgiz Mahmudzadə, müşahidəçi kimi isə AİJA-nın gənc foto reportyoru X6 akkreditə olundu. Gənc qızlarını xaricə yalnız buraxmaq istəməyən valideynləri, əməkdar artist İlqar Sail və xanımı Bahar Əliyeva da onu müsaiyət etdilər. Burada milli və beynəlxalq təşkilatların reqlamentlərinə zidd heç nə yoxdur. Onlar konqresin iclaslarına qatılmadılar, yaxınlıqda hoteldə öz hesablarına qaldılar və rəsmi mərasimlərdə iştirak etmək üçün tələb olunan (300 x 3 nəfər) 900 avro pulu AİPS-ə ödədilər (sənəd 24. Qəbz) Bunun səfər üçün bir qəpik də ödəməyən nazirliyə, yaxud kiməsə nə dəxli var? Konqres iştirakçılarının əksəriyyəti həmişə onları müşaiyyət edən xanımlarını, yaxud başqalarını da gətirirlər. Bu, AİPS-də qəbul olunmuş qaydadır. Bir daha vurğulayır ki, həmin səfər üçün Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi heç bir vəsait ayırmamışdı. Bundan əlavə, konqresə yalnız təşkilatımızın fəal üzvləri milli və beynəlxalq təşkilata üzvlük haqqını vaxtında ödədikləri təqdirdə akkredditə ola bilərlər. Konqreslərə dəfələrlə bu tələblərə cavab verən digər idman jurnalistlərinin də akkreditəsini təşkil etmişlər. Amma onların heç birinə nazirliyin, yaxud olimpiya komitəsinin hər-hansı dəstəyi olmamışdır. İndiyədək Azərbaycan idman jurnalistləri bir neçə dəfə AİPS və AİPS X5 təmsil olunma şansı əldə ediblər. Lakin hər dəfə AİJA prezidenti heç kimə bu imkanı verməyib, özü namizədliyini verib, amma seçilməyib. Beləliklə, Əli aşından da olub, Vəli aşından da. Bu da ağ yalandır. Konqreslərdə dünya təşkilatı AİPS və qitə qurumu AİPS EUROPE/UEPS İcraiyyə Komitələrinə hər 4 ildə bir dəfə seçgilər keçirilir. Hər milli təşkilat 6 ay əvvəldən yalnız 1 nəfər AİPS üzvünün namizədliyini verə bilər. Bu seçkilər gizli keşırilir və orada qalib gəlmək çətindir. Təşkilatımızın beynəlxalq qurumlara üzvlüyə namizədliyi təsdiq olunandan 1 il sonra qitə təşkilatının İstanbulda keçirilən ali forumunda namizədliyini vermişdi, gizli səsvermədə yalnız 1 səs çatmadı və bu barədə Rusiyanın populyar “Советский спорт» qəzetində yazı dərc edildi (sənəd 25 Qəzetdə məqalə). 12 ildən sonra ikinci dəfə bu qurumun icraiyyə komitəsi üzvlüyünə namizədliyini verdi. 28 aprel 2010-cu ildə Antalyada keşirilən baş assambleyada səs şoxluğu ilə qalib gəldi və MDB məkanında Russiyadan sonra ilk dəfə İdman Mətbuatı üzrə Avropa İttifaqı İcraiyyə Komitəsinin 11 üzvündən biri oldu (sənəd 26. icraiyyə komitəsi üzvlərinin qrup fotosu). Beləliklə, Azərbaycan milli mətbuatının 146 illik tarixində beynəlxalq jurnalist təşkilatı rəhbərliyində təmsil olunan ilk jurnalist oldu. Bundan sonra Bakıda bir-birinin ardınca beynəlxalq tədbirlər keçirdilər. 2011-cı ildə qitə təşkilatının icraiyyə komitəsinin Bakıda keçirilən yığıncağının iştirakçıları ölkə başçımız Bakıda olmadığından onun göstərişi ilə Milli Məclis rəhbəri tərəfindən qəbul edildilər (Sənəd 27 Fotolar), ölkə başçımız İlham Əliyev təkliflərini dəyərləndirərək AİPS-in və AİPS EUROPE/UEPS-in ali məclislərinin 2014-cü ildə Bakıda keçirilməsinə xeyir-duasını verdi. 26 aprel 2014-cü ildə Bakıda keçirilən Baş Assambleyada yenidən qitə təşkilatımızın icraiyyə komitəsinə üzv seşildi. (Sənəd 28. fotolar təqdim olunur). E.İsmayılovun daha bir “uğurlu” fəaliyyəti AİPS kartları biznesindedir. Bu vəsiqələrin qiyməti cəmi 40 dollar olduğu halda, özü 100 avroya satır. Onun “qurban”ları arasında Azərbaycanın bir çox jurnalistləri də var. Təkcə jurnalistlərmi? Onun tilovuna gülsatan və fermerlər də keçib! AİPS üzvlük kartlarını almaq üşün birinci növbədə milli təşkilat olan AİJA-nın üzvü olmalı, “Qeyri hökümət təşkilatları ictimai birliklər və fondlar haqqında” qanunun müddəalarına əsasən birdəfəlik və müntəzəm üzvlük haqqı ödəməlidirlər. Bu haqqın məbləği təşkilatın icra orqanı tərəfindən müəyyən edilir. AİPS kartları 2 illik müddətə verilir və hər kart üçün 40 avro/dollar alınır. Bundan əlavə, hər iki ilə milli təşkilatlar AlPS-ə 240 dollar üzvlük haqqı ödəyirlər. Bu ödənişlər üçün bank transfer xərcləri və sürətli poçt ödənişləri alınır. Bu məsrəfləri qarşılamaq üşün AİPS kartı istəyənlərdən 2 ilə 160 AZN AİJA üzvlük haqqı da tələb edilir. Bu məbləği ödəmək imkanı olmayanlar ərizə ilə təşkilatlarına müraciət edib əsaslar gətirirlər, onlara məbləğin 50 faizi qədər güzəşt edilir. Bəzi imkansız, lakin təşkilatın işlərində fəallıq göstərən üzvlərin üzvlük haqlarını isə 100 faiz özü ödəyir. Məsələn, 2022-2023-cü illər üçün 6 nəfərin üzvlük haqqını tam ödəmiş, 4 nəfərə isə 50 faiz həcmində güzəşt edilib. Əslində, AİPS üzvü olmayanlar da AİJA üzvlüyü üçün üzvlük haqqı ödəməlidirlər, lakin ödəmirlər, ona görə də həmin üzvlər ümumi yığıncaqda həlledici səsə malik deyillər. 18-20 nəfər AİPS üzvündən 2 ildə bir dəfə verilən üzvlük haqları AİJA-nın ümumi xərclər qarşısında mizerdir. Üzvlər arasında fermederin və gülsatanların olmasına gəlincə, onların arasında fermer yoxdur, hava limanı yolundakı icarəyə verdiyi gül satışı obyektinin sahibi “Sportsman” jurnalında illərdən bəri davamlı şəkildə dərc olunan çoxsaylı məqalələrin, idmana aid “İdmançının qələbə psixologiyası”, “İdmanda zəka” və bir sır başqa kitabların müəllifi. Suraxanı qəsəbəsində fəaliyyət göstərən “İgid” Güləş Klubunun prezidenti Kazım Əliyev və həmin klubun mətbuat katibi Azər Əliyevdir. Məsələdən AİPS prezidenti Canni Merlo da xəbərdardır. Amma o, hələlik səbrli davranır. Daha doğrusu, hər şeyi buraxıb Azərbaycan idman mediasının öhdəliyinə. Həmkarlarının isə AİJA-nı AİLƏ biznesinə çevirmiş “qocaman rəhbər"© təsir imkanları yoxdur. Hamı dövlətin məsələyə müdaxilə etməsini gözləyir.” Bəli, AİPS prezidenti Canni Merlo Azərbaycanda AİJA əleyhinə işləyən insanın qanunsuz və riyakar fəaliyyətindən xəbərdardır. Bu barədə onlar cənab Merloya həm rəsmi, həm də qeyri rəsmi məlumat vermişlər. Cənab merlo milli təşkilatın daxili işinə qarışmamalıdır və qarışmır da. Lakin həyata keçirdikləri layihələr AİPS və onun rəhbəri tərəfindən hər zaman bəyənilir və dəstəklənir. Bunu, təşkilatın 2021-ci ildə nəşr olunan rüblük “AİPS WORD SPORT MEDİA” jurnalının 4 nömrəsinin 3-də dərc olunan foto və məqalələr, həyata keçirdiyi bütün layihələrin təşkilatın rəsmi saytında geniş işıqlandırılması sübut edir (Sənəd 29., 30"., 31.,32.) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsinə görə onlayn media - mətn, audio, vizual və ya diger elektron (rəqemsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media subyektidir. Həmin qanunun 14-cü maddəsi isə mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblən ortaya qoyur. Bu tələblərə görə həmin informasiyalar əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməli, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana, təhqirə və nifrət çıxışlarına, birtərəfliliyə yol verilməməli, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalıdır. “DemokratikMusavat.com" MMC, “Hitaz”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxeber.com”, “Bakisesi.com”, “Big.az” saytları 12 fevral 2022-ci ildə fotoşəkli ilə müşaiyət olunan “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş xəbər yazmaqla barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, həm nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla ciddi mənəvi zərər vurmuş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148 1-ci maddələrinə göstərilən cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə görə “zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır”. Həmin məcəllənin 12.2-ci maddəsinə görə isə “Cinayətin əlamətlən olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır”. "xxxx" MMC, “Hitaz”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxeber.com”, “Bakisesi.com”, “Big.az” saytlarında 12 fevral 2022-ci ildə yayımlanan və hazırda da həmin saytlarda yayımlanmaqda davam edən böhtan ona dərin mənəvi ziyan vurmuş, həm həddən artıq əsəbləşdimiş, qanını qaraltmış və səhhətinə mənfi təsir göstərməkdədir. Şəxsiyyətini aşağılayan, onu ictimaiyyət arasında gözdən salan böhtana görə ona deyən mənəvi ziyanı 50 000 manat həcmində qiymətləndirir. Şikayətində barəsində yayımlanan informasiyada yazılanları bənd-bənd göstərməklə doğru olmadıqları və “Media haqqında” qanunun ziddinə, xoşagəlməz ifadələr və jestlərlə müşaiyyət edildiyini sübut edən müfəssəl izahat vermiş, yazılı və maddi dəlillər təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.42-ci maddəsi izahatın - cinayət prosesi iştirakçılarının və ya ərizəçilənn özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillər olduğu təsbit edilir. Həmin məcəllənin 183.1-ci maddəsinə görə isə törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Göstərilənlərə əsasən, 1) 12 fevral 2022-ci il tarixdə “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş xəbər yazmaqla, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, həm nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atan "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxeber.com”, “Bakisesi.com”, “Big.az” onlayn media subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-cı maddələrində təsbit olunan cinayət əməli törətmələri faktının tanınmasını, həmin onlayn media subyektləri və onların məsul rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilmələrini, 2) 12 fevral 2022-ci il tarixdə “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş xəbər yazmaqla, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, həm nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-ıstifadə etmə cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atan "xxxx" MMC, “Hitaz”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakisesi.com”, "Big.az” saytlarından və onların rəhbərlərindən ona vurduqları mənəvi ziyanın kompensasiyası kimi xeyrinə 50 000 (əlli min) manat tutulmasını, 3) barəsində 12 fevral 2022-ci il tarixdə yayımladıqları böhtan və təhqiramiz ifadələr, jestlərlə müşaiyət olunan “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli yazının həmin saytlardan dərhal silinməsi, manşetdə, diqqətçəkən yerdə nümayiş etdirməklə həmin yazıya müvafiq təkzib yerləşdirilməsi vəzifəsinin "xxxx" MMC, “Hitaz”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxebər.com”, “Bakisesi.com”, “Big.az” saytlarının məsul rəhbərlərinin üzərlərinə qoyulmasını xahiş etmişdir. 05.04.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətini müdafiə etdiyini və şikayətin icraata qəbul edilməsini və həmin saytların məsul rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Lakin 19.04.2022-ci il tarixli məhkəmə iclasında şikayət vermiş şəxs X3 hər hansı bir üzürlü səbəb olması barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində şikayət verilən şəxs haqqında məlumatlar göstərilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə, şikayətdə "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxeber.com”, “Bakisesi.com”, “Big.az” onlayn media subyektlərinin Cinayət Məcəlləsinin 147.2 və 148.1-cı maddələrində təsbit olunan cinayət əməli törətmələri faktının tanınmasını, həmin onlayn media subyektləri və onların məsul rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edilmişdir. Bununla da cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilən kütləvi informasiya vasitələri kimi göstərilən internet saytları və MMClər CM-nin 19-cu maddəsində müəyyən edilmiş fiziki şəxs deyildir. Ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş həmin internet saytları və MMC-lər cinayətin subyekti sayıla bilməz. Çünki CM-nin 19-cu maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC, “Hit.az”, “Qaynarinfo.az”, “Milliinfo.az”, “Azxəbər.com”, “Bakısəsi.com” və “Big.az” subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar