Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-190/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Unity Food” şirkətində sürücü işləyən, məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Mehdiabad yolu, dayanacaq 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə saat 17:40-da idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “KİA OPTİMA” minik markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti ilə “Nəriman Nərimanov” heykəlinin yerləşdiyi dairə istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, sürücü daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatmadan dayandırmalı, piyadaya yol verməli, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 203 nömrəli ünvanın qarşısında yerləşən piyada keçidində yolu sağdan-sola doğru keçən piyada X7 idarə etdiyi “KİA OPTİMA” minik markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızına, kəllə sümüklərinin sınıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol gicgahtəpə nahiyəsinin, sol alın-cicgah nahiyəsinin, sağ qulaq seyvanının, sol dirsək oynağının əzilmiş yaraları, sol əlin və sağ bayır topuğun sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxs F.K.Cəfərovun hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17 radələrində idarə etdiyi “Kia Optima” markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən “Dövlət Statistika Komitəsi”nin qarşısındakı dairədən üzü Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən “Nəriman Nərimanov”un heykəlinin yerləşdiyi istiqamətə doğru, daha dəqiq Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti ilə hərəkətdə olan zaman avtomobil yolu normal aydın formada görünmüşdür. Nə tam günəşli, nə də tam qaranlıq olmuş, hava qaralmağa doğru tündləşmiş, sakit, normal, yağmursuz və durğun bir hava olmuşdur. Avtomobildə sükan arxasında hərəkətdə olan zaman təhlükəsizlik kəmərini taxmış, spirtli içki qəbul etməmiş və heç bir maddənin təsiri altında olmamış, mobil telefondan istifadə etməmiş, hər hansısa fikrini yayındıracaq musiqiyə qulaq asmamışdır. Dörd zolaqlı yol ilə qeyd etdiyi istiqamətdə hərəkət edən zaman qarşısında avtomobillərin yavaşladığını, tədricən qarşısındakı zolaqda sıxlıq yarandığını görüb onları ötüb keçmək məqsədi ilə sol zolağa tərəf istiqamətlənmişdir. Sağdan ikinci zolaqla hərəkət zamanı ilk olaraq sağdan üçüncü zolağa doğru keçmiş, daha sonra sağdan dördüncü zolağa doğru, yəni, soldan birinci zolağa doğru keçib təxminən saatda 50-60 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Qarşısında piyada zolağını və buna aid yol-hərəkəti nişanlarını görüb piyada zolağına yaxınlaşdığını zənn etmişdir. Qarşısınakı piyada zolağına çatmağına təxminən 2- 3 metr məsafə qalmışdır ki, hərəkət istiqamətinin sağ tərəfindən, digər üç zolaqda, piyada zolağının qarşısında dayanmış markalarını və dövlət nömrə nişanlarını xatırlamadığı avtomobillərin dayandığını və onların qarşısından bir nəfər, iri cüssəli, az miqdarda dolu bədən quruluşuna malik kişi cinsli piyadanın yolun onun hərəkət istiqamətinin sağ hissəsindən sol hissəsinə doğru normal addımlarla keçdiyini görmüşdür. Bir anlıq tormozlamadan istifadə edib saxlamaq istəmiş, lakin, həmin anda zənn etmişdir ki, piyadada onu görmüş və bir anlıq ayaq saxlamışdır. Piyadanın onu görüb, olduğu yerdə dayanacağını zənn edərək yenidən avtmobil ilə hərəkətinə davam etmiş və bu zaman piyada da özünü çaşdıraraq yolu keçmək üçün öz hərəkətinə davam edib piyada zolağı ilə gəldiyi istiqamətdə keçməyinə davam etmişdir. Bu zaman, yəni, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 203 nömrəli ünvanda yerləşən “Əfsanə” kafesinin qarşısındakı piyada zolağının üstündə, getdiyi istiqamətin sol zolağında idarə etdiyi sözügedən avtomobilinin ön sağ tərəfi ilə yolu kəçən həmin piyadanı vurmuşdur. Zərbədən sonra həmin piyada fırlanaraq təxmini 15-20 metr qarşı uzaqlığına, qarşısındakı asfaltın üzərinə düşmüşdür. Dərhal idarə etdiyi avtomobili saxlayıb yerə enmiş və vurduğu şəxsə yerə yaxınlaşmışdır. İdarə etdiyi avtomobillə vurduğu kişi, gəldiyi istiqamətdə, gəldiyi zolaqda, qarşısında, piyada zolağından təxminən 15-20 metr uzaqlıqda, yolun soldan ikinci zolağında yerdə hərəkətsiz uzanmış və başından qan axmışdır. Bunu görən kimi dərhal ətrafa toplaşmış şəxslərin köməkliyi ilə təsadüfən hadisə yerinə yaxın keçən “X22” avtomobilini saxlatdırmış və həmin avtomobilə şəxsi mindirib xəstəxanaya yola salmış, o isə həmin avtomobili yolun sağ hissəsinə çəkib hadisə yerinə polis əməkdaşlarının yaxınlaşmasını gözləmişdir. Hazırda ziyanın ödənilməsinə cəhd etmiş, istintaq zamanı isə maddi vəziyyəti çətin olduğundan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə və onun tələb etdiyi ziyanı ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 göstərmişdir ki, 13 noyabr 2024-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X12 əridir. Fərhad Cəfərovla 2020-ci ildən rəsmi nikahda olmaqla 2 övladı vardır. Fərhad müvəqqəti olaraq işləməmişdir. 13 noyabr 2024-cü il tarixdə günorta saatlarında anasının yaşadığı Yeni Yasamala getmişdir. Həmin gün saat 20 radələrində ona məlumat çatmışdır ki, Fərhad Nərimanov prospektində yolu keçən zaman onu maşın vurmuş və xəstəxanaya aparmışlar. Bu barədə o, Fərhadın qohumlarına məlumat vermiş və onlar xəstəxanaya getdikdə məlum olmuşdur ki, Fərhad artıq ölmüşdür. Məhkəmə-tibb ekspertizası müayinəsindən sonra meyiti qəbul edib həmin gün Nardaran kənd qəbristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Fərhad piyada keçidi ilə yolu keçərkən piyada keçidinin üzrəində Təqsirləndirilən şəxs, idarə etdiyi “Kia Optima” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. Həmin avtomobilin sürücüsü və ya qohumları ona heç bir yardım göstərməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 203-ün qarşısıdır. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt olmaqla, örtüyün vəziyyəti normal asfaltdır. Yol örtüyünün eni birtərəfli yoldur və ümumi 13 metrdir. Hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 12 metrdir. Hərəkət hissədə birtərəfli yəni, avtomobillərin eyni istiqamətdə hərəkət etməsi üçün nəzərdə tutulmuş, lazımi bütün işarələr və həmçinin yolun işıqlandırması ilə tam olaraq təmin olunmuşdur. Hərəkət hissəsi birləşir: sağdan hərəkət hissəsinin kəsişən tərəfi yoxdur və düzünədir, soldan: ümumi istifadə üçün nəzərdə tutulmuş park, sonra sağdan: yaşayış binaları ilə əhatə olunmuşdur. Yol (küçə) tam, görünən formada işıqlandırılır. Vurulan piyadanın (velosipedçinin) sayı 01, piyadanın və ya piyadaların (velosipedçinin) vurulma yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları piyada – nizamlanmayan piyada keçidində vurulmuşdur. Piyadanın və ya piyadaların (velosipedçinin) hadisədən əvvəlki hərəkət istiqaməti yolun sağdan-sola doğrudur. Velosipeddən qalma izlər aşkar olunmadı. Şinlərin izləri, tormozlanma izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmişdir (i.v. 4-14); “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi, daha dəqiq qabaq sağ bufer, fara və avtomobilin ön sağ alın şüşəsində zədələr, batıqlar və həmçinin qırıqlar müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin ox və təkərlərinin sayı 04, şinlərin vəziyyəti normal, əl tormozu dəstəyinin və sürət ötürücüsünün vəziyyəti normal, sükan və idarə sisteminin vəziyyəti qənaətbəxş, tormoz sisteminin vəziyyəti qənaətbəxş, işıq sisteminin vəziyyəti qənaətbəxş, hər təkəri şinində havanın təzyiqi qənaətbəxş olmuşdur (i.v. 15-19); 13 noyabr 2024-cü il tarixli, 2/62910 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (i.v. 20); Məhkəmə-Tibb Ekspertiza və X10 X23 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, 1. Vət.X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, kəllə sümüklərinin sınıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol gicgah-təpə nahiyəsinin, sol alın-gicgah nahiyəsinin, sağ qulaq seyvanının, sol dirsək oynağının əzilmiş yaraları, sol əlin və sağ bayır topuğun sırıqları. 2. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar, ölümün baş vermə səbəbi ilə bir başa əlaqəlidir. 3.Vət.X5 ölümünə səbəb - kəllə sümüklərinin sınıqları nəticəsində baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərinə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir. 4.Vət.X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (i.v. 42-47); Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Azər İsmayılzadə tərəfindən DİN-in BDYP-nin Siqnal İLİİ-nə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli, 3-53-53/2- 240090707 nömrəli məktubdan görünür ki, “13 noyabr 2024-cü il tarixdə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə tərəfimizdən istintaq tədbirləri davam etdirilir. İş üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq “KİA Optima” minik markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Aparılmış istintaq nəticəsində yaranmış zərurət aradan qaldırıldığından yuxarıda markası və dövlət nömrə nişanı qeyd edilən avtomobilin cərimə meydançasından azad edilərək sahibi X2 geri qaytarılmasına icazə verilir” məzmunda olmuşdur (i.v. 48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 3-13-16/2-198312/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 307190 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 49); “Diskə baxış keçirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-175 nömrəli kameralarının xx.xx.2024-cü il saat 17:38dən 17:58-dək olan müddətdəki video görüntülərinə baxış keçirilmiş və baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda xx.xx.2024-cü il tarixdə saat 17:40:35 dəqiqədə qaralmaqda olan hava şəraitində Bakı şəhəri, Yasamal rayonu,“Statistika” dairəsi adlanan yerdən, Bakı şəhəri, Yasamal rayonu, “Nəriman Nərimanov” heykəlinin yerləşdiyi dairə istiqamətində “Kia Optima” minik markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobilin soldan sağa doğru 3-cü hərəkət zolağı ilə hərəkət etməsi, nizamlanmayan piyada zolağı ilə yolu sağdan sola doğru piyadanın zolağla yolu keçməsi, eyni zamanda «Kia Optima» markalı avtomobilin sola istiqamətlənib 1-ci hərəkət zolağına daxil olaraq piyada zolağında piyadanı vurması müəyyən olunmuşdur. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs “Kia Optima” minik markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobilin hadisə vaxtı onun tərəfindən idarə olunmasını və piyada zolağında yolu keçən piyadanı vurmasını bildirmişdir (i.v. 51); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X16 daxil olmuş xx.xx.2024-cü il tarixli, 6120 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur ( i.v. 53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 daxil olmuş xx.xx.2024-cü il tarixli, 19/5113633 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur ( i.v. 54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X3”dan daxil olmuş xx.xx.2024cü il tarixli, 1/5071 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 6 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib ( i.v. 55); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 daxil olmuş xx.xx.2024-cü il tarixli, 14388 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v. 56); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi atası: xx.xx.1979-cu il təvəllüdlü X17, anası: xx.xx.1981-ci il təvəllüdlü X13, arvadı: xx.xx.2001-ci il təvəllüdlü X14 (nikah-xx.xx.2024-cü il tarixdə 88 saylı akt ilə Tovuz rayon qeydiyyat şöbəsində) qeydə alınıb, qardaşı: xx.xx.2010-cu il təvəllüdlü X8 ibarətdir (i.v. 57); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 8/3263 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Optima markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 64-67); “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır (i.v. 73); “sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzədə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 115 №-li rəyi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3263 №-li rəy, DİN-in BDYPİin Qeydiyyat-İmtahan Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2- 198312/2024 №-li məktubu, xx.xx.2024-cü il tarixli 2/62910 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktının toplanmış iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Azərbaycan Respublikası DİN-nin X6 Xidmətinin təqdim etdiyi 01 ədəd CD diskin sübut növü kimi qəbul olunması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “KİA OPTİMA” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobillər üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 80-85). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 aprel 2025-ci il tarixli, 3-13-16/2-68957/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində son bir il ərzində törədilmiş yol hərəkəti qayda pozuntularına görə tətbiq edilmiş inzibati tənbeh tədbirlərinə dair məlumatda Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə İXM-nin müxtəlif maddələri ilə (İXM-nin 346.4, 327.1,328.1, 328.1, 339.1-1, 346.2 və s.) inzibati xətalara yol verdiyi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzasının ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işini başlamaq və icraata qəbul etmək haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tövsifedici əlamətləri mövcud olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 58); “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 60); “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat cinayəti törətmiş şəxsin müəyyən edilənədək dayandırılmışdır (i.v. 62); “Cinayət təqibi üzrə icraatın dayandırılmış icraatın təzələnməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 68); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 95-96); “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 112-113). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq və onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı ciddi addımlar atmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi və və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun (zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq və onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı ciddi addımlar atmaması) şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəza çəkməsinin əvvəli hökmün tarixindən hesablanmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı X11 Təqsirləndirilən şəxs dəfn xərclərinə çəkilmiş 15000 (on beş min) manat, banklara olan kredit borclarının əvəzi olaraq 50000 (əlli min) manat və mənəvi zərərə görə 35000 (otuz beş min) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmiş, lakin təqsirləndirilən şəxs və mülki cavabdeh isə mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı X4 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, mülki iddiaçı X11 tərəfindən mülki iddianın mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir ki, bu da mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar aparılmasına və məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X4 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ X9 izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan “Kia Optima” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 qaytarılması nəzərə alınsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-190/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-190/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver