Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-191/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı Kamil Rəhmanov tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucov tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli yekun protokol məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində ünvan 2 ünvanında yerləşən həyət evinin həyətində ailədaxili münasibətlərin pozulması zəminində arvadı Zərərçəkmiş şəxs ayağı ilə hər iki ayaqlarından qəsdən vurub, Zərərçəkmiş şəxs sol diz oynağının qançırı, sağ baldırın hematoması (yumşaq toxumaların arasına qan yığılması) ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən son 3 ildir ki, Humayın gözəllik salonunda işləməsinə görə narazılığını bildirdiyindən aralarında sözlü mübahisələri yaranır. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Humaya bir neçə dəfə zəng etsə də Humay əvvəlcə zənglərinə cavab verməmiş, sonradan isə zənginə cavab verərək aqressiv formada ondan nə istədiyini, nəyə görə onu narahat etdiyini soruşmuşdur. O, isə Humaya onun əri olaraq hər hərəkətini onunla razılaşdırmalı olduğunu bildirdikdə Humay ona kobud cavab verərək telefonu söndürmüşdür. Həmin gün saat 19:10 radələrində Humay birgə yaşadıqları Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 81 ünvanındakı evlərinin küçə qapısını açıb həyətə daxil olduqda onu görüb arxasınca həyətə daxil olmuş və yenə də Humaya onun əri olduğunu xatırladaraq əgər özbaşına hərəkətlər edəcəksə valideynlərindən ona miras qalmış evinə gəlməməsini tələb etmişdir. Humay isə yenə də kobud surətdə ona “nəyə görə öz evimə gəlməməliyəm” demişdir. Humaya evin atasından ona miras qaldığını xatırlatdıqda Humay vəfat etmiş atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, əsəblərini cilovlaya bilməyərək təpiyi ilə onun hər iki ayağından zərbələr vuraraq ondan aralanmışdır. O, əlavə olaraq qeyd etmişdir ki, arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə təxminən 10 dəqiqə davam etmiş, evdə yalnız ikisi olduğundan hadisəni bilavasitə görən hər hansı bir şahid olmamışdır. Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını bildirib məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1999-cu ildə rəsmi nikaha girərək Təqsirləndirilən şəxs ilə ailə qurmuş və birgə nikahlarından 3 övladları var. Təxminən son 3 ildir ki, əri Təqsirləndirilən şəxs əsassız olaraq onu qısqanaraq evdə sözlə mübahisələr yaratmışdır. Lakin hər dəfə onun hərəkətlərinə dözərək onunla boşanmaq fikrindən daşınmışdır. xx xxx 2020-ci il tarixdə işdə olarkən Mübariz ona zəng edib yenə də onu əsassız olaraq pozğun həyat tərzi keçirməkdə günahlandıraraq nalayiq sözlərlə təhqir etmiş və sonda ona evlərinə gəlməməsini tapşırmışdır. Lakin o, işdən sonra özünün və uşaqlarının tutduqları orucu açmaq üçün evə getmiş və saat 19:10 radələrində Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 81 ünvanındakı evlərinin küçə qapısını açıb həyətə daxil olduqda həmin vaxt küçədə dayanmış əri Mübariz onu görərək tez arxasınca həyətə gəlmişdir. Mübariz yenə də onu nalayiq sözlərlə təhqir edib nəyə görə evə gəldiyini soruşduqda ona “nəyə görə öz evimə gəlməməliyəm” deyərək cavab vermişdir. Bu zaman Mübariz onun sözlərindən əsəbləşərək hər iki ayağından təpiklə zərbələr vurub ondan aralanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və ərizə ilə 28-ci PB-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, onlar arasında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, evdə yalnız ikisi olduğundan hadisəni bilavasitə görən hər hansı bir şahid olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də sonuncu barəsində sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin xx xxx 2020-ci il tarixli 392 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol diz oynağının qançırı, sağ baldırın hematoması (yumşaq toxumaların arasına qan yığılması) xəsarətləri aşkar edilmişdir. Aşkar edilmiş həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxx 2020-ci il tarixdə kənar şəxsin onu vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığn qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin, kənar şəxsin ona vurması nəticəsində törənə bilərdi. (iş vər.: 14-16) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (iş vər.: 45) İş materiallarında olan xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan müəyyən edilir ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi, ev 81-dir. (iş vər.: 8-9) Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. AzərbaycanRespublikasıCM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onunbarəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Kapital Bank 1 saylı Yasamal filialı, Bankın kodu 200037, VÖEN ********** Müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK AİİBAZ 2 X, hesablaşma hesabı AZ32AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəriYasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-191/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-191/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver